“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq olunması barədə



Yüklə 30,94 Kb.
Pdf görüntüsü
tarix23.02.2017
ölçüsü30,94 Kb.
#9300

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya 

Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi 

arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq 

olunması barədə

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI



 

 

 

 

1.  2006-cı  il  oktyabrın  20-də  Bakı  şəhərində  imzalanmış  “Azərbaycan 

Respublikasının  Kənd  Təsərrüfatı  Nazirliyi  və  İtaliya  Respublikasının  Kənd 

Təsərrüfatı,  Ərzaq  və  Meşəçilik  Siyasəti  Nazirliyi  arasında  əməkdaşlıq  haqqında 

Anlaşma Memorandumu” təsdiq edilsin.

 

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, bu 



Sərəncamın  1-ci  bəndində  göstərilən  Anlaşma  Memorandumunun  həyata 

keçirilməsini təmin etsin.

 

  

 



 

 

 

 

 

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

 

 

 

 

 

 

 

 

  Bakı şəhəri, 15 noyabr 2006-cı il

 

№ 1777 



  

 

 



 

 

 



 

 

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd 



Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında

 

 

 

ANLAŞMA MEMORANDUMU

 

 

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı 



Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi, 

kənd təsərrüfatı sahəsində iqtisadi və elmi-texniki əlaqələrin, habelə aqrar-sənaye sahəsində 

əməkdaşlığın genişləndirilməsi məqsədilə aşağıdakılar barədə razılığa gəldilər:

 

 



 

Maddə 1


 

 

 



Tərəflər səmərəli əməkdaşlığa nail olmaq üçün aşağıda göstərilmiş istiqamətlərdə birgə 

fəaliyyət göstərəcəklər:

 

a)  bitkiçilik  sahəsində  toxumçuluq,  yeni  tarla,  tərəvəz  və  meyvə  bitkiləri  sortlarının 



mübadiləsi;

 


b)  heyvandarlıqda  süni  mayalandırma,  damazlıq  və  seleksiya  işlərinin  aparılması 

sahələrində əməkdaşlıq;

 

c) kənd təsərrüfatında aqroservislərin yaradılmasına kömək göstərilməsi;



 

d) kənd təsərrüfatı məhsullarının müasir texnologiya ilə istehsalı və emalı, marketinqi, 

eləcə  də  infrastruktur  sahələrinə  investisiya  qoyuluşu,  bu  sahələrdə  mövcud  müəssisələrin 

fəaliyyətinin  genişləndirilməsi  və  yeni  birgə  müəssisələrin  yaradılmasına  kömək 

göstərilməsi;

 

e)  mineral  gübrələr  və  bitki  mühafizəsi  vasitələrinin,  həmçinin  baytarlıq 



preparatlarının istehsalı sahəsində əməkdaşlıq;

 

f) ekoloji təmiz kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz və bostan bitkiləri) istehsalı 



üzrə aqrokimyəvi tədbirlərin aparılması sahəsində təcrübə mübadiləsi;

 

g)  kənd  təsərrüfatı  sahəsində  elmi  əlaqələrin  genişləndirilməsi  və  bu  istiqamətdə 



təcrübə mübadiləsi;

 

h)  kənd  təsərrüfatının  müxtəlif  sahələrinə  həsr  edilmiş  simpozium,  seminar, 



videokonfrans vasitəsilə həyata keçirilən konfranslar, sərgi və yarmarkaların təşkil edilməsi;

 

i)  beynəlxalq  standartlar,  texnologiyalar  və  elmi-texniki  yeniliklər  barədə  məlumat 



mübadiləsi;

 

j) bitkiçilik və heyvandarlıqda genetik və bioloji materiallar mübadiləsi;



 

k) təbii və qarışıq yem istehsalının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq;

 

l)  yeni  iqtisadi  münasibətlər  şəraitində  kənd  təsərrüfatı  sahəsində  elmi-tədqiqat  və 



islahatların aparılması işlərinin əlaqələndirilməsi, məlumat və təcrübə mübadiləsi;

 

m) bitkiçilik sahəsində ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə, eləcə də baytarlıq 



tədbirlərinin həyata keçirilməsi;

 

n)  aqrar  sahənin  prioritet  problemlərinin  həlli  üçün  birgə  layihələrin  hazırlanması  və 



həyata keçirilməsi;

 

o)  suvarmanın  səmərəli  üsullarından  istifadə  və  bu  üsulların  tətbiqi  sahəsində 



əməkdaşlıq.

 

 



 

Maddə 2


 

 

 



Bu  Anlaşma  Memorandumunda  nəzərdə  tutulan  Əməkdaşlıq  Tərəflərin  öz 

səlahiyyətləri çərçivəsində milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq 

həyata keçiriləcəkdir.

 

 



 

Maddə 3


 

 

 



Tərəflər mövcud problemlərin həlli üçün məsləhətləşmələr keçirəcəklər.

 

Məsləhətləşmələrin keçirildiyi yer, tarix, gündəliyi, habelə xərclərin ödənilməsi qaydası 



qarşılıqlı  razılıq  əsasında  müəyyənləşdiriləcəkdir  və  bu  Anlaşma  Memorandumunda 

nəzərdə tutulan fəaliyyətlər onun Tərəflərinin hesabına həyata keçiriləcəkdir.

 

Məsləhətləşmələr  nəticəsində razılıq  əldə edilməzsə,  mübahisəli  məsələlər  diplomatik 



kanallar vasitəsilə həll ediləcəkdir.

 

 



 

Maddə 4


 

 

 



Tərəflərin  qarşılıqlı  razılığı  əsasında  bu  Memoranduma  dəyişiklik  və  əlavələr  edilə 

bilər.  Həmin  dəyişiklik  və  əlavələr  Memorandumun  ayrılmaz  tərkib  hissəsi  olan  ayrıca 



Protokollarla  tərtib ediləcək  və  5-ci  maddədə nəzərdə  tutulmuş  prosedurlara  uyğun  olaraq 

qüvvəyə minəcəkdir.

 

 

 



Maddə 5

 

Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minir.



 

Bu  Anlaşma  Memorandumu  beş  il  müddətinə  bağlanılır  və  Tərəflərdən  biri  həmin 

müddətin başa çatmasına ən azı altı ay qalmış, diplomatik kanallar vasitəsilə onun qüvvəsini 

ləğv etmək niyyəti barədə digər Tərəfi məlumatlandırmazsa, onun qüvvəsi avtomatik olaraq 

növbəti beşillik müddətlərə uzadılır.

 

Bu Anlaşma Memorandumu Bakı şəhərində 2006-cı il oktyabrın 20-də iki əsl nüsxədə 



Azərbaycan,  italyan  və  ingilis  dillərində  imzalanmışdır  və  bütün  mətnlər  eyni  dərəcədə 

autentikdir. Bu Memorandumun təfsiri zamanı fikir ayrılığı yaradıldıqda ingilis dilində olan 

mətn əsas götürülür.

 

 

 

 

 

 Azərbaycan Respublikasının                                                                                                    İtaliya Respublikasının

 

Kənd Təsərrüfatı Nazirliyi                                                                                                             Kənd Təsərrüfatı,

 

       Ərzaq və Meşəçilik Siyasəti  



                      Nazirliyi

 

               adından                                                                                                                               adından                  



   

 

                 (imza)                                                                                                                                    (imza) 



 

 

 



Yüklə 30,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin