A(H1N1) QRİPİNƏ QARŞI VAKSİNASİYA
AĞ CİYƏRLƏRİNİN XRONİKİ XƏSTƏLİKLƏRİ
OLANLAR ÜÇÜN MƏLUMAT
Yəqin ki, yeni A(H1N1) adlanan qrip virusu haqqında
eşitmişsiniz. Bu virus bütün dünyaya yayılmışdır və
əksər insanların A(H1N1) virusuna qarşı immuniteti
yoxdur. Dünyada aparılan müşahidələr göstərir ki, ağ
ciyərlərinin xəstəlikləri olan insanlar çox ağır formada
A(H1N1) qripi ilə xəstələnə bilərlər. Bu insanlar
A(H1N1) qripi virusuna yoluxduqları halda onlarda
əsas xəstəliklərinin ağırlaşmaları, pnevmoniyanın
inkişafı və ölüm təhlükəsi yarana bilər.
Qorunma yolları
Qrip haqqında məlumat
Xəstəliyin əlamətləri: yüksək hərarət, əzələ və oynaq ağrıları, təngnəfəslik
və hava çatışmazlığı, halsızlıq, öskürək, boğaz ağrısı və zökəm, baş
ağrısı, bəzən qusma və ishal.
Əllərinizi tez-tez sabunla yuyun.
Məlumatla ailə üzvləri, dostlar və işçilər arasında bölüşün.
Xəstə olduğunuz təqdirdə evdə qalın, mümkün qədər çox istirahət
edin, insanların kütləvi toplandığı yerlərdən uzaq olun, səyahət
etməkdən çəkinin.
Öskürmə və asqırma zamanı ağız və burun nahiyələrinizi örtün.
Maskadan və tənzifdən istifadə edin.
Peyvənd nə üçün indi lazımdır?
• A(H1N1) pandemiyası ötən il başlamışdır və çoxsaylı xəstələnmə halları
barədə məlumatlar verilmışdir. Amma mütəxəssislər proqnozlaşdırırlar ki, bu ilin
sonunadək və yaxud gələn il qripin ikinci, daha güclü dalğası baş verə bilər.
• 2010-cu ilin fevral ayına olan məlumata əsasən dünyanın 50-dən çox
ölkəsində 350 milyondan çox insan artıq peyvənd edilib. Avropanın 36
ölkəsində pandemik qripə qarşı 51 milyona yaxın insan peyvənd olunub.
Peyvənd təhlükəsizdirmi?
A(H1N1) qripinə qarşı peyvənd təhlükəsizlik baxımından mövsümi qrip
peyvəndləri ilə eynidir. A(H1N1) qripinə qarşı peyvəndlərin istehsalı zamanı
aparılan kliniki təcrübələr, həmçinin istifadə olunduğu ölkələrdə nəzarət
nəticəsində əldə edilmiş bütün mövcud dəlillər bu peyvəndlərin təhlükəsiz
olduğunu göstərir.
Qeyd
Bəzi hallarda çox zəif olan yan təsirlər mümkün ola bilər (hərarət, baş ağrısı, əzələ
ağrıları). Əlamətlər 1-2 gün davam edə bilər. Çox nadir hallarda allergiya halları
müşahidə oluna bilər.
Aşağıda qeyd olunan şəxslər peyvənddən çəkinməlidirlər:
•
Peyvəndin müxtəlif komponentlərinə qarşı yüksək həssaslığı olan şəxslər
(yumurta və toyuq məhsullarına yüksək həssaslıq).
•
Adi qripə qarşı peyvəndə və başqa peyvəndlərə allergiyası olanlar, xroniki
xəstəliyin fəsadlaşması və ya xəstəliyin kəskin dövründə olan şəxslər (müalicədən
sonra peyvənd oluna bilərlər).
Tərtib edən təşkilat
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzi
Dəstək verən təşkilatlar
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID)
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
Rastropoviç-Vişnevskaya Fondu (RVF)
Səhiyyə Nazirliyinin Səhiyyə Sektorunda İslahatlar Layihəsi
Ümumdünya Səhiyyə Təşkilatı (WHO)
BMT-nin Uşaq Fondu (UNICEF)