sistemində
magistr hazırlığı (magistratura) haqqında
Ə S A S N A M Ə
1. Ümumi müddəalar
1. 1. Çoxpilləli ali təhsil sistemində magistratura ali təhsilin ikinci
pilləsi olub, müəyyən ixtisas üzrə sərbəst yaradıcılıq fəaliyyəti göstərə
biləcək mütəxəssislərin hazırlanması məqsədini güdür.
1. 2. Magistratura təhsil proqramı, mütəxəssisin gələcək fəaliyyə-
tində elmi-tədqiqat və layihə-sınaq səciyyəli işləri yerinə yetirəcəyini nəzərə
almaqla, bakalavr ixtisas təhsili proqramının sonrakı inkişafı və
differensasiyası yolu ilə qüvvədə olan “Ali təhsil istiqamətləri və
ixtisaslarının siyahısı”na uyğun olaraq tərtib edilir.
2. Magistr hazırlığına başlanılması
2. 1. Magistr hazırlığı yüksək ixtisaslı elmi-pedaqoji kadrları, müasir
tədris və elmi-tədqiqat laboratoriyaları, tədris və fənn kabinələri, zəngin
elmi kitabxanası, tədris-təcrübə və istehsalat sahələri, elmi-tədqiqat
institutları olan ali təhsil müəssisələrində ali təhsilin Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş təhsil
istiqaməti və ixtisasları üzrə açılır.
2. 2. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq ali
təhsil
müəssisələrində
magistraturaların
açılmasına
razılıq
Təhsil
Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, müəyyən istiqamət
və ixtisaslar üzrə magistr hazırlığına icazə isə təhsil müəssisəsinin təqdimatı
əsasında Təhsil Nazirliyi tərəfindən verilir.
3. Ali təhsil müəssisəsində magistr hazırlığını təmin edən şərtlər
3. 1. Magistratura təhsil pilləsində kadr hazırlanmasına iddiaçı olan
təhsil müəssisəsində istiqamət üzrə tədris prosesini təmin edən elmi-
pedaqoji kadrların ümumi sayının ən azı 50 faizi, ixtisas üzrə isə ən azı 5
nəfəri elmi dərəcəli olmalıdır.
96
3. 2. İki və üç pilləli ali təhsil müəssisəsində magistr
hazırlığını həyata keçirmək hüququ aşağıdakılar təmin olunduqda
verilir:
magistr hazırlığı aparılacaq ixtisas və ya istiqamətlərdə birinci
təhsil pilləsi (bakalavr) proqramları üzrə buraxılış kursunun olması;
bu əsasnamədə magistr hazırlığına qoyulan ümumi tələblərin
ödənilməsi;
müvafiq magistr proqramları üzrə işçi tədris planlarının olma-
sı;
hər bir magistr tədris proqramı üzrə tədris olunan fənlərin işçi
proqramlarının olması;
müasir tələblərə cavab verən maddi-texniki bazanın (tədris və
tədqiqat laboratoriyaları, avadanlıqlar, informasiya təminatı və s. )
olması.
3. 3. Ali təhsil müəssisəsində magistr hazırlığının məzmununu
təmin edən şərtlər:
magistr təhsili proqramlarına daxil edilmiş fənlərin işçi proq-
ramlarında nəzərdə tutulan tədris- informasiya vasitələrinin lazımi
miqdarda olması;
ali təhsil müəssisəsində müasir milli və beynəlxalq informasi-
ya şəbəkələrinin və məlumat bankları ilə əlaqə terminallarının möv-
cudluğu və bunlar üçün zəruri miqdarda işçi yerlərinin olması təmin
edilməlidir.
3. 4. Magistraturanın təhsil istiqamətindəki elmi tədqiqatlar və
magistr proqramlarının mövzuları üzrə son beş ildəki göstəricilər:
magistratura istiqaməti üzrə aparılan elmi-tədqiqat işlərinin
ümumi həcminin yarısından çoxu fundamental və axtarış xarakterli
tədqiqatlar olmalıdır;
magistraturada təhsil alanların (magistrantların) elmi rəhbərləri
ixtisaslar üzrə elmi tədqiqatlar aparmalı, onların bu sahədəki elmi
nəticələri respublikada və ya xaricdə nəşr olunan jurnallarda, milli və
ya beynəlxalq konfransların, simpoziumların, qurultayların, kon-
qreslərin materiallarında dərc edilməlidir.
3. 5.
Magistrantların elmi rəhbərlərinin tədris prosesində işti-
rakı üçün:
müvafiq magistr təhsil proqramı üzrə dərsliklərin (dərs vəsait-
lərinin) və ya elmi əsərlərin (araşdırmaların) müəllifi olması;
həmin magistr təhsil proqramı üzrə ən azı bir əsas və ya ixtisas
kursunu aparması zəruridir.
4. Magistraturaya qəbul, magistr hazırlığının maliyyələşdiril-
məsi
4. 1. Ali təhsilin əsas peşə təhsili proqramlarından biri üzrə
təhsilini müvəffəqiyyətlə başa vurmuş və ali təhsil haqqında diplomu
olan şəxslər magistraturada təhsil almaq hüququna malikdirlər.
Magistraturaya daxil olmaq istədiyi ixtisas üzrə bakalavr dip-
lomu olmayan ali təhsilli şəxslər həmin ixtisasa uyğun bakalavr
hazırlığına qoyulan tələblər həcmində yaranmış akademik fərqləri
verməlidirlər.
4. 2. Azərbaycan Respublikasının magistr hazırlığı aparılan
bütün ali təhsil müəssisələrinin magistratura pilləsinə tələbə qəbulu
mərkəzləşdirilmiş qaydada Azərbaycan Respublikasının Tələbə Qə-
bulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.
4. 3. Müəyyən təhsil istiqaməti və ixtisasları üzrə magistratu-
raya dövlət hesabına illik qəbulun səviyyəsi, həmin istiqamət və ixti-
sas üzrə bakalavr buraxılışının 20 faizinə qədər müəyyənləşdirilir.
4. 4. Magistraturaya daxil olmaq istəyən şəxslər Azərbaycan
Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının müəyyən
etdiyi qaydada sənədlər təqdim edirlər.
Magistraturaya qəbul olmuş tələbənin elmi rəhbəri ali təhsil
müəssisəsinin rektorunun əmri ilə təsdiq edilir.
4. 5. Dövlət ali təhsil müəssisələrində magistr hazırlığı ödəniş-
siz və ya əvvəlcədən müvafiq qaydada müəyyənləşdirilmiş ödənişli
əsaslarla həyata keçirilə bilər. Dövlət və qeyri-dövlət ali təhsil müəs-
sisələrində magistr hazırlığının maliyyələşdirilməsi “Ali təhsil müəs-
sisələri haqqında Əsasnamə”yə uyğun həyata keçirilir.
98
5. Magistr proqramına qoyulan ümumi tələblər
5. 1. Magistr təhsil proqramı uyğun istiqamətlər üzrə bakalavr
proqramından və təxminən onunla bərabər nisbətdə müəyyənləşdiril-
miş sırf tədris və elmi-tədqiqat tərkib hissələrini özündə birləşdirən
ikinci pillə proqramından ibarətdir. Bu proqramın tədris hissəsinə
peşə təhsilinin dərinləşməsinə yönəlmiş fənlər və bölmələr, eləcə də
xarici dil və ixtisas fənləri daxil edilməlidir. Magistrantların elmi-
tədqiqat işinin məzmunu fərdi planla müəyyən edilir.
5. 2. Magistraturada təhsil istehsalatdan ayrılmaqla və ayrılma-
maqla həyata keçirilir. Magistr təhsilinin normativ müddəti müvafiq
dövlət standartları ilə müəyyənləşdirilir və ixtisasdan asılı olaraq 1.
5-2 il müəyyənləşdirilir.
5. 3. Magistraturada tələbənin təhsilinə elmi rəhbərlik həmin
ali təhsil müəssisəsində işləyən, elmi dərəcəsi və yaxud elmi adı olan
və bu Əsasnamənin 3. 4. və 3. 5. bəndləri tələblərinə cavab verən el-
mi rəhbər tərəfindən tələbənin fəndi planına müvafiq olaraq həyata
keçirilir. Magistr proqramı müxtəlif istiqamətlərin (ixtisasların) qo-
vuşmasında yerinə yetirildiyi hallarda elmi rəhbərlə yanaşı elmi məs-
ləhətçi də təyin oluna bilər.
Magistr təhsil proqramının həm elmi, həm də tədris hissələrinə
ümumi rəhbərlik professor-müəllim heyətinin elmi adı və ya dərəcəsi
olan nümayəndələri tərəfindən həyata keçirilir. Bir nəfərə ikidən
artıq magistr təhsil proqramına rəhbərlik etməyə icazə verilmir.
Tələbə magistrlara birbaşa elmi rəhbərlik professor-müəllim
heyətinin elmi adı və ya dərəcəsi olan nümayəndələri tərəfindən
həyata keçirilir. Bir nəfərə beşdən çox tələbə magistrə rəhbərlik et-
məyə icazə verilmir.
5. 4. Magistr proqramı üzrə təhsildə tələbənin fəal müstəqil işi-
nə daha çox üstünlük verilməlidir. Bununla əlaqədar olaraq onun
auditoriya tədris yükü bütün tədris müddətində orta hesabla həftədə
12-20 saat olmalıdır. Tələbənin fərdi tədris planının yerinə yetirilmə-
sinə nəzarət məqsədilə tədris planında nəzərdə tutulmuş bütün fənlər
üzrə müxtəlif formada attestasiyalar (məqbullar, müdafiəyə qədər
imtahanlar və s.)
aparılır. Magistr proqramının mənimsənildiyi (yerinə yetirildiyi)
bütün müddət ərzində məqbulların sayına məhdudiyyət qoyulmur,
imtahanların ümumi sayı isə 6-10 olmalıdır.
5. 5. Magistraturada peşə təhsili proqramlarının strukturuna və
məzmununa dair metodik tövsiyələr Təhsil Nazirliyinin elmi-meto-
dik şuralarının müvafiq bölmələri tərəfindən işlənilib hazırlanır.
6. Magistraturada yekun (buraxılış) attestasiyası
6. 1. Magistraturanın axırıncı (yekun) semestrində buraxılış
işinin (magistrlik dissertasiyasının) müdafiəsi və buraxılış imtahanı,
o cümlədən istiqamət üzrə imtahan verilməsi nəzərdə tutulur.
6. 2. Magistrlik dissertasiyası elmi rəhbərin (zəruri hallarda
həm də məsləhətçilərin) rəhbərliyi altında yerinə yetirilən müstəqil
elmi-tədqiqat və təcrübi-konstruktor işidir. Dissertasiyanın müdafiəsi
təhsil müəssisəsinin elmi şurasının qərarı ilə yaradılmış ixtisaslaşdı-
rılmış şuranın iclasında aparılır. İxtisaslaşdırılmış şuraların yaradılma
qaydaları Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
6. 3. Magistr hazırlığını həyata keçirmək hüququ olan ali təhsil
müəssisələrində magistr proqramı üzrə fərdi planı tam yerinə yetir-
miş şəxslərə magistr ixtisas və elmi dərəcəsi və vahid formada dövlət
nümunəli magistr diplomu verilir.
Magistraturanın məzunlarına eyni zamanda diploma əlavə, yə-
ni magistrlik dissertasiyasının mövzusu göstərilməklə, qiymət kitab-
çasından (cədvəllərindən) çıxarış verilir.
Ali təhsilin magistr pilləsi üçün diplomun və ona əlavənin
təsviri
1. Diplomlar 15x21 sm ölçüdə kitabça şəklində çar olunur. Ali
məktəbi fərqlənmə ilə bitirməyənlər üçün diplomlar göy, fərqlənmə
ilə bitirənlər üçün isə al qırmızı rənglidir. Diplomun üz qabığının yu-
xarı hissəsinə relyeflə Azərbaycan Respublikasının gerbi, aşağı
hissəsinə
isə
“MAGİSTR DİPLOMU” sözləri həkk olunur.
Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfində Azərbaycan
Respublikasının gerbinin (magistr diplomu) tələblərinə uyğun
hazırlanmış dövlət nişanlı kağız yapışdırılır. Mətn həmin səhifələrdə
yazılır.
100
Səhifənin sağ hissəsinin yuxarısında qara rənglə “MAGİSTR
DİPLOMU” sözləri yazılır. Sol tərəfin sağ aşağı kənarında möhür
yeri saxlanılır. Daha sonra mətn diplom nümunəsində göstərilən
formada yerləşdirilir.
2. Ali məktəbi fərqlənmə ilə bitirənlər üçün səhifənin sağ his-
səsində qara rənglə yazılan “MAGİSTR DİPLOMU” sözlərinin altın-
da qırmızı rənglə “FƏRQLƏNMƏ” sözü yazılır.
3. Nömrələnmə MNA 000001-dən başlayaraq hər dəfə bir say
artmaqla çap edilir. Altırəqəmli nmrələnmə son həddə çatdıqdan
sonra N işarəsindən sonrakı hərf Azərbaycan əlifbasının ardıcıllığı ilə
yeni hərflə əvəz edilir və nömrələnmə yenidən aparılır.
4. Məzunlara nümunədə göstərilən formada diploma əlavə ve-
rilir. Diiploma əlavə üç səhifədən ibarət cildsiz mətbəə blankında
tərtib olunur. 1-ci səhifənin sağ tərəfinin yuxarı hissəsində Azərbay-
can Respublikasının gerbi həkk olunur, sonuncu səhifənin sol tərəfin-
dən möhür yeri saxlanılır.
QEYD ÜÇÜN
102
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
AMİ-nin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru,professor
MAGİSTR DİSSERTASİYASI
(Metodik vəsait)
Техники редактор:
Дизайнерляр:
Рауф КЯРИМОВ
Əkrəm HÜSEYNZADƏ
Əmin HÜSEYNZADƏ
Йыьылмаьа верилмишдир: 15.01.2009
Чапа имзаланмышдыр: 25.01.2009
Няшрин юлчцсц: 60х84 1/16
Физики чап вяряги: 6,5
Сифариш: 20. Сайы: 500 ядяд.
Бакы, Az1122, Зярдаби пр. 78 / Тел: 4977021
Faks: 4971295 / Е-почту: office@nurprint.com
НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА МЯРКЯЗИ
Dostları ilə paylaş: |