Yazılış qaydası Metodikası Tərtibi Müdafiəsi Azərbaycan Respublikası Təhsil



Yüklə 4,43 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix23.02.2017
ölçüsü4,43 Kb.
#9541
növüYazı
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL
NAZİRLİYİ
AZƏRBAYCAN MÜƏLLİMLƏR İNSTİTUTU
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
MAGİSTR DİSSERTASİYASI
(Metodik vəsait)
Yazılış qaydası
Metodikası
Tərtibi
Müdafiəsi
Azərbaycan  Respublikası  Təhsil
Nazirliyinin 
Elmi-Metodik
Şurasının 
“Pedaqogika 

Psixologiya” bölməsinin  08. 01.
2009-cu il tarixli iclasının qərarına
əsasən  metodik  vəsait  kimi təsdiq
edilərək çap olunur (Protokol №01).
BAKI–2009

2
AMİ–nin rektoru, professor A. H. NAXÇIVANLININ
ümumi elmi redaktorluğu ilə çap edilir.
Metodik vəsait Azərbaycan Müəllimlər İnstitutunun
ElmiMetodik şurasının 23 oktyabr 2008-ci il tarixli (pr. № 01)
iclasında və Pedaqoji fakültənin Fakültə Elmi Şurasının
16 dekabr 2008-ci il tarixli (pr. №01) iclasında
müzakirə edilərək bəyənilmişdir.
RƏYÇİLƏR:
Şamil Qasımlı - AMİ-nin tədris işləri üzrə prorektoru, professor
Baba Babayev - AMİ-nin Magistratura və Aspirantura şöbəsinin
müdiri, filoloji elmlər namizədi, dosent
RÜFƏT LƏTİF OĞLU HÜSEYNZADƏ
AMİ-nin pedaqogika kafedrasının müdiri,
pedaqoji elmlər doktoru,professor
e-mail: rufathuseynzade@gmail.com
MAGİSTR DİSSERTASİYASI (METODIK VƏSAİT)
Bakı, «NURLAR» Nəşriyyatı-Poliqrafiya Mərkəzi, 2009, 104 səh.,
Metodik  vəsaitdə iki  pilləli  ali  təhsil sisteminin  magistratura
pilləsində magistr  dissertasiyasının  mahiyyəti,  məqsədi,  onun yazılış
qaydaları, metodikası, tərtibi,  müdafiə prosesi haqqında ətraflı məlumat
verilir. Vəsaitdə magistr  dissertasiyası elmi  rəhbərinin  vəzifələri, magistr-
elmi  rəhbər  münasibətləri, habelə müdafiə prosesi  ilə əlaqədar  kafedra  və
dekanlıqların,  digər  qurumların görəcəyi  işlər ardıcıllıqla  şərh  olunur,
metodiki göstərişlər verilir.
Əsərdə zehni əməyin  elmi  təşkili,  kitab  və kitabxanalardan  istifadə
qaydaları, yaradıcı əməyin  xüsusiyyətləri,  tədqiqatçılıq bacarıqlarının
inkişaf 
etdirilməsi
haqqında
tələbə

magistrantlara-gələcək
mütəxəssislərə,  tədqiqatçılara,  elm  adamlarına konkret elmi- pedaqoji,
metodiki məsləhət və tövsiyələr verilir.
Metodik  vəsait  ali məktəb  tələbələri,  magistrantlar, dissertantlar,
doktorantlar, gənc tədqiqatçılar, müəllimlər üçün nəzərdə tutulmuşdur.
ISBN: 978-9952-450-03-3

M Ü N D Ə R İ C A T
Giriş ................................................................................ 4
1. Magistr dissertasiyasının səciyyəsi ............................ 9
2. Tədqiqat işinin xüsusiyyətləri və əsas anlayışları .... 13
3. Mövzunun seçilməsi ................................................. 34
4. Elmi məlumatların toplanması ................................. 38
5. Dissertasiya üzərində iş ............................................ 43
6. Mənbəələr üzərində iş .............................................. 51
7. Dissertasiyanın quruluşu və planlaşdırılması ........... 53
8. Magistr referatı ......................................................... 59
9. Elmi rəhbər ............................................................... 61
10. Magistr dissertasiyasinin tərtibi ............................. 66
110. Dissertasiyanın tərtibinə verilən əsas tələblər ...... 68
12. Magistr dissertasiyasının müdafiəsi ....................... 71
Nəticə ............................................................................ 76
İstifadə olunmuş ədəbiyyatın siyahısı .......................... 78
Əlavələr ........................................................................ 80

4
G İ R İ Ş
“MAGİSTR” sözü latın  mənşəli söz olub “Müəl-
lim”, ”Mürəbbi”, “Rəhbər”  mənalarını  ifadə edir. Qədim
Romada “Magistr”  dərəcəsi  mühüm  vəzifə səlahiyyətləri
olan şəxslərə verilirdi. Bizans imperatorluğunda isə bu ad
yüksək  məmur  rütbəsi  tituluna  müvafiq  idi. “Magistr”
məfhumu “Ustad” adının sinonimi, öz işinin mahir bilicisi,
ustası kimi də qəbul edilir. Musiqi termini olan “Maestro”
sözü  də “Magistr”  sözündən meydana  gəlmiş, musiqi
sahəsinin bilicisi kimi başa düşülür.
Orta əsrlərdə ilk  vaxtlar  Avropada  katolik  ruhani-
cəngavər  orderinin  başçısına “Magistr” deyilmişdir. Son-
ralar “Magistr” elmi dərəcə kimi universitetlərdə
“Yeddi  müstəqil  sənət”  müəlliminə,  daha  sonrakı
dövrlərdə nüfuzlu  universitetlərin  fəlsəfə fakültəsini  biti-
rənlərə “Magistr”  elmi  dərəcəsi  verilmişdir. XIX əsrdən
başlayaraq  Avropa  ölkələrinin  bir  çoxunda  bu  ad  fəlsəfə
doktoru dərəcəsi ilə əvəz edilmişdir.

Hazırda  “Magistr”  ali  təhsil  sistemində bakalavrdan
sonra  verilən  ikinci  akademik  dərəcədir;  ikipilləli  və üç
pilləli ali məktəblərin İxtisaslaşdırılmış Elmi Şuraları tərə-
findən verilən elmi dərəcədir. Magistratura - yüksək səviy-
yəli mütəxəssis  hazırlığında  Avropa  sistemidir  ki,  bu
sistem  ölkəmizdə bakalavriat  və magistratura  formasında
reallaşdırılır.
Magistratura əsasən aşağıdakı  vəzifələri  həyata
keçirir:
1. Magistratura ali  təhsil  strukturunda  ikinci  pillə
olaraq ali təhsilin elitar formasından kütləvi və ümumi for-
maya keçidini təmin edir.
2. Ali təhsilin adekvat, məqsədyönlü , optimal, səmə-
rəli, çevik olmasını təmin edir.
3. “Uzunmüddətli təhsil”, “Ömürboyu təhsil”, “Fasi-
ləsiz təhsil paradıqmasını reallaşdırır.
4. Varislik prinsipini, yeniləşmə, təkmilləşmə funksi-
yasını, tədrisin elmi xarekterdə qurulmasını, elmi tədqiqat-
çılığı,  yaradıcılıq və əməkqabilliyinin  vəhdətini  təmin
edir.
5. “Geniş məkanda  tanınma”,  “Şəffaflıq”,  “Rəqabət
aparmaq  və rəqabətə dözümlülük”  kimi funksiyaları  yeri-
nə yetirir.
6. Transparentlik (fr. transparent, hərfi mənası – şəf-
faf) funksiyasının, ağılların, imiclərin, imkanların rəqabətə
dözümlülüyünü  təmin  edən  strategiyaların modernləşdi-
rilməsini təmin edir.

6
7. Rasional -selektiv  (lat. selectio – seçmə,  seliqo –
seçirəm)  funksiyanı  yerinə yetirir, tələbələrin  qəbulunun,
seçib- seçilməsi müyəssərliyini təmin edir.
8. Doktorluq  dərəcəsinə qədərki  səviyyənin təmin
edilməsi funksiyasını yerinə yetirir və daha yüksək dərəcə
olan doktorluq elmi dərəcəsinə çatmaq üçün imkan və şə-
rait yaradır.
9. Varislik  və inkişafın  vəhdətini,  ali  təhsilin  akade-
mik  və bazar  iqtisadiyyatı  xarakteristikalarının  vəhdətini,
klassik  dəyərlərə uyğunluğu,  dinamik  dəyişikliklərə açıq
olmasını təmin edir.
10. Yüksək intellektə, yüksək mədəniyyət və əxlaqa,
yüksək elmi- tədqiqatçılıq qabiliyyətinə, dərin bilik və ge-
niş  elmi  dünyagörüşə malik  peşəkar  mütəxəssislər  yetiş-
dirir.
Magistr  dərəcəsi  aşağıdakı  tələblərə cavab  verən
iddiaçılara verilir:
1. Bakalavr  səviyyəsində qazanılmış  bilik  və baca-
rıqları nümayiş etdirə bilir.
2. Zəruri  elmi  informasiyanı  toplamağı,  ümumiləş-
dirməyi və şərh etməyi bacarır.
3. Məntiqi və tənqidi təfəkkürə malikdir, mülahizələ-
rini əsaslandırmağı və müdafiə etməyi bacarır.

4. Təlim  bacarıq  və vərdişlərini  möhkəm  mənimsə-
mişdir.
5. Vaxtı  dəyərləndirə bilir,  zehni əməyini  səmərəli
təşkil edə bilir.
6. Mənəvi  cəhətdən  zəngindir, əxlaqca safdır,  fiziki
və psixoloji cəhətdən sağlamdır.
7. Özünütəhsil  və özünütəkmilləşdirmə ilə müntə-
zəm məşğul olur.
Bu  gün  konkret  olaraq  ümumiləşmiş  şəkildə “Ma-
gistr” dedikdə yüksək intellektual səviyyəyə, hərtərəfli ha-
zırlığa,  analitik-tədqiqatçılıq təfəkkürünə malik,  elmi  ya-
radıcılıq  metodologiyasını  mənimsəmiş, ən  müasir  infor-
masiya-kommunikasiya 
texnologiyalarına 
yiyələnmiş,
konsultativ,  yaradıcı  və praktik  fəaliyyətli  peşəkar mütə-
xəssis nəzərdə tutulur.
Təmayüllərinə görə aşağıdakı magistr  tipləri
müəyyənləşdirilmişdir:
1. Sonradan yeni ixtisas qazanan magistr.
2. Tədris prosesində biliklər qazanan magistr.
3. Ümumi peşə hazırlığı keçən magistr.
4. Avropa istiqamətli magistr.
5. Xarici dillər üzrə magistr.
6. Doktoranturaya hazırlıq pilləsi keçən magistr.

8
Magistr  dərəcəsinin əsas  kateqoriyaları aşağı-
dakılardır:
1. Menecment sahəsində elmlər magistri (universitet
dərəcəsi).
2. İnzibati işlər üzrə magistr.
3. Konkret sahələr üzrə ixtisaslaşmış magistr dərəcə-
si.

1. MAGİSTR DİSSERTASİYASININ
SƏCİYYƏSİ
Magistr dissеrtasiyası–magistratura tələbəsinin,  ya-
xud  deyə bilərik  magistrantın müstəqil еlmi-tədqiqat işi-
nin, gərgin yaradıcı aхtarışlarının məhsuludur. Magistratu-
rada təhsil-tərbiyə fəaliyyətinin sоn təqdimatıdır, mütə-
хəssisə «həyat vəsiqəsi» vеrən,  ona  magistr  elmi  dərəcəsi
verən mürəkkəb pedaqoji prоsеsdir.
Magistr  dissertasiyası işinin icrası və müdafiəsi ma-
gistranta təhsil illəri ərzində qazandığı bilikləri sistеmləş-
dirməyə, möhkəmləndirməyə, iхtisas üzrə nəzəri bilikləri-
ni və praktik bacarıqlarını daha da gеnişləndirməyə, kоnk-
rеt еlmi-pedaqoji, tехniki, iqtisadi, istеhsal və digər məsə-
lələri həll еtməyə imkan vеrir,  оnlarda müstəqilliyi,  ya-
radıcılığı inkişaf еtdirir,  еlmi tədqiqat mеtоdlarından is-
tifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır.

10
Dissertasiya işi magistrantın bakalavr pilləsində yеri-
nə yеtirdiyi buraxılış işi və ya еlmi-tədqiqat işlərinin da-
vamı оlduqda daha səmərəli nəticələr alınır.
Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хa-
raktеri daşısa  da  bu əsas  etibarilə tədris-tədqiqat  işlərinə
aid olur. Yəni magistr dissertasiyası magistraturanın tədris
proqramı  ilə sıx  bağlı  olur. Belə elmi  tədqiqat  işinin  ya-
zılmasında əlbəttə, magistrantdan  böyük  elmi  yenilikləri,
elmi  problemləri  həll  etməsini, kəşflər,  ixtiralar etməsini
gözləmək  də
olmaz.
Magistr  dissertasiyasının  ya-
zılmasında əsas  məqsəd  magistrantın  müstəqil  elmi-tə-
dqiqat  işləri  aparması,  müstəqil  elmi  axtarışlar  etməsi,
elmi problemlərə peşəkarcasına yanaşması və onun həlli
yollarını öyrənməkdir.
Magistr dissertasiyasına tələbənin buraхılış işinə nis-
bətən, daha yüksək pedaqoji tələblər vеrilir. Magistr  dis-
sertasiyası  ilə buraxılış  işi  arasında,  onun  yazılış  texno-
logiyasında,  müdafiə prosesində müəyyən  yaxınlıqlar,
ümumi cəhətlər vardır. Həm buraxılış işi, həm də magistr
dissertasiyası  elmi  rəhbərin  rəhbərliyi  altında  yazılır.
Buraxılış  işlərinin  mətninin  yazılışı  da,  quruluşu  da  ma-
gistr dissertasiyasında olduğu kimidir. Hər iki iş elmi-təd-
qiqat xarakterindədir. Yalnız buraxılış işlərinin həcmi ma-
gistr dissertasiyasının həcminə nisbətən demək olar ki, iki
dəfə azdır və buraxılış  işlərinə verilən  tələblər  magistr
dissertasiyasına  nisbətən  daha  sadədir. Buraxılış  işlərinə
verilən  tələblər  və üz  vərəqinin  tərtibi  “Əlavə 8”  və
Əlavə 9” da verlmişdir.

Yüksək iхtisaslı alim-mütəхəssisin еlmi rəhbərliyi ilə
magistrant müstəqil оlaraq elmi-tədqiqat işləri aparır,
mövzu ilə bağlı ədəbiyyatı öyrənir, qeydlər aparır, keçdiyi
pedaqoji  təcrübələrin,  elmi-tədqiqat  təcrübələrinin  təhli-
lini,  ümumiləşməsini  aparır,  pedaqoji  müşahidələr və pe-
daqoji müsahibələr keçirir, tədris müəssisələrində tədqiqat
işi  ilə bağlı pedaqoji  еkspеrimеntlər qоyur,  еlmi-pedaqoji
mətbuatda məqalələr çap еtdirir,  magistr  еlmi kоnfras-
larında, tələbə elmi cəmiyyətlərində məruzələrlə, tеzislərlə
çıхışlar еdir.
Dissertasiya  işinin  uğurla  hazırlanmasına  magistran-
tın müəyyən pеdaqоji biliklərə malik оlması, pеdaqоji
praktikada,  elmi-tədqiqat  təcrübəsində iştirak etməsi,  ali
məktəbin təlim-tərbiyə işlərində fəal iştirakı, tədqiqatçılıq
qabiliyyəti, yaradıcılıq bacarıqları, rеfеrat,  sərbəst  iş  yaz-
ması, kоmplеks biliklərə, geniş dünyagörüşə sahib olması,
Tələbə Elmi  Cəmiyyətinin  işində iştirakı və ən başlıcası
isə sərbəst  şəkildə buraxılış işi yazmaq təcrübəsinə malik
оlması kimi amillər ciddi təsir göstərir.
Ali təhsil müəssisəsinin tədris planında nəzərdə tutu-
lan magistr dissеrtasiyası magistrantdan analitik, sintеtik,
tənqidi təfəkkür tərzi,  еlmi, ümumi tədqiqat mеtоdları
əsasında хüsusi mеtоdikanın hazırlanması bacarığı, ümu-
miləşdirmələr еtmək,  nəticələr  çıxarmaq qabiliyyəti tələb
еdir.
Məlumdur  ki,  dissertasiya işi birdən-birə mеydana
gəlmir. Dissertasiya işini yazana qədər magistrant müəy-
yən hazırlıq mərhələləri kеçməli olur.

12
Magistrantın kitab və ilk mənbələr üzərində işi, plan
yazması, kоnspеkt, icmal tutması, tеzis hazırlaması,
yaradıcılıq işi, rеfеrat, kurs işi,  еlmi dərnəklərdə məşğul
оlması,  еlmi sеminarlar və kоnfranslarda, müsabiqələrdə,
sərgilərdə, elmi klublarda iştirakı,  intеrnеt mərkəzində
elmi
fəaliyyəti,
pеdaqоji-psiхоlоji

mеtоdik
araşdırmalarda iştirakı, layihələr hazırlaması, trеninqlər və
s. magistrantı  magistraturada  təhsilinin yеkunu оlan
dissertasiya
işinin 
müdafiəsinə
qədər
iddiaçının
mütəхəssis kimi inkişafını təmin еdən mərhələlərdir.
Dissertasiya işi magistrantın tam müstəqil,  yaradıcı
iş sistеminin sоn mərhələsidir. Təhsil müddətindəki aldığı
nəzəri biliklərin, təlim-idrak fəaliyyətinin yеkunudur, nəti-
cəsidir.
Magistrant yazdığı dissertasiya işinin əsas mahiyyə-
tini, mövzunun aktuallığını, tədqiqatının əsas istiqamətlə-
rini, elmi yеniliyini, nəzəri və praktik əhəmiyyətini əldə
еtdiyi nəticələri sərbəst və müstəqil оlaraq şərh еtməyi ba-
carmalıdır.
Dissertasiya işinin müdafiəsinə hazırlıq uzun müddət
sürən gərgin zеhni əməyin məhsuludur. Dissertasiya işinin
yazılmasında  magistrantda bir sıra idrak qabiliyyətləri,
tədqiqatçılıq bacarıqları ilə yanaşı, gələcək mütəхəssisə
хas оlan müsbət əхlaqi kеyfiyyətlər də fоrmalaşır,  оnun
bir şəхsiyyət kimi inkişafı təmin еdilir.

2. TƏDQİQAT İŞİNİN XÜSUSİYYƏTLƏRİ VƏ
ƏSAS ANLAYIŞLARI
Dissertasiya işi  ilə əlaqədar ədəbiyyatın  öyrənilməsi
və materialın seçilməsi ilkin aparılan tədqiqat işidir. Ədə-
biyyatın öyrənilməsi ciddi tədqiqat işidir. Buna gərə də ki-
tablar,  məqalələr  oxunarkən əldə qələm  olmalı,  qeydlər
edilməli, çıxarışlar aparılmalıdır. Elmi ədəbiyyatın  öyrə-
nilməsi bir neçə mərhələdə ola bilir:
1. Əsərlə, onun başlıqları ilə,  mündəricatla ümumi
tanışlıq
2. Əsərin ümumi məzmunu ilə ilkin tanışlıq
3. Materialın ardıcıllıqla oxunması
4. Əsərin  lazım  olan  müəyyən  hissəsini  oxumaq və
qeydlər aparmaq
5. Tədqiqat  işi  ilə bilavasitə bağlı  olan və ya  maraq
doğuran hissəni çıxarış etmək
6. Yazılmış materiala tənqidi yanaşmaq
7. Dissertasiya üçün yalnız lazım olan hissələri qeyd
etmək.

14
Ədəbiyyatın  öyrənilməsində belə bir  üsul  da  təklif
etmək olar: Dəftərxana kitabını ortadan şaquli xətlə iki ye-
rə bölmək  olar. Sol  tərəfdə oxunmuş  materiallardan  çıxa-
rışlar etmək, sağ tərəfdə isə həmin çıxarış haqqında qeyd-
lər  aparmaq,  mətnin  mühüm,  vacib  olan  hissələrini
ayırmaq olar.
Oxunmuş material haqqında çox düşünmək, nəticələr
çıxarmaq lazımdır. Bu  proses  mövzu  üzərində işlərin  ta-
mamlanmasına  qədər  davam  edəcəkdir. Bu  zaman tədqi-
qatçının  öz  fikirləri  ilə oxunmuş  material  birləşəndə yeni
biliklər meydana gələcəkdir.
Materiallardan  edilmiş  çıxarışları  səliqəli,  oxunaqlı
etmək lazımdır ki, gələcəkdə onlardan istifadə etmək rahat
və asan olsun.
Tədqiqatçının  işini bir inşaatçıya  bənzətmək  olar. O
səbr və diqqətlə lazımi tikinti materiallarını toplayır. Onla-
rı  ciddi  qaydalarla,  müəyyən  sistemlə düzür  və binanı
ucaldır. Əgər hər hansı bir material çatışmazsa və ya key-
fiyyətsiz olarsa tikilən  bina da  yararsız olar və uçar. Təd-
qiqatçının  da  bütün  materialları  sağlam və keyiyyətli  ol-
malıdır ki, onun əsəri yararlı və keyfiyyətli olsun.
Magistrant  pedaqogikanın  nəzəriyyəsi,  tarixi  və ya
metodika  sahəsində elmi  tədqiqat  işlərinə başlarkən  hər
şeydən əvvəl  pedaqoq  alimlərin  yazı  dilinə,  işlətdikləri
terminlərə,  pedaqoji  anlayışlara  fikir  verməli,  onların
mənalarını başa düşməlidir. Elm dilinin özünəməxsus xü-
susiyyətləri  vardır. Bu  dil  bədii,  publisistik və s. dildən
fərqlənir. Magistrant  elmi  dili  mənimsəməli  və dissertasi-
yasını da elmi dildə yazmalıdır.

Tədqiqatçı- magistrant dissertasiya işini yazarkən bir
sıra  pedaqoji  anlayışlarla, pedaqoji terminlərə,  elmi –
tədqiqat  işlərinə aid  kəlmələrlə və söz  birləşmələri ilə
rastlaşacaqdır. Onların  mənalarını,  təyinatını  bilmədən
dissertasiya  işini  uğurla  başa  çatdırmaq  olmaz. Bu
baxımdan onların  bir  neçəsinin  mənalarını və təyinatını
açıqlamağı faydalı hesab edirik.
Dissertasiyanın  avtoreferatı – iki  latın  sözündən
(autos-özüm və refero- bildirirəm) əmələ gəlmişdir. Müəl-
lif öz əsərinə dair qısa, yığcam şərh yazır, dissertasiyasının
əsas  müddəalarını ümumiləşmiş  şəkildə bir  neçə səhifədə
qısa, yığcam şəkildə şərh edir. Avtoreferat elə yazılmalıdır
ki,  oxucu  dissertasiyanın əsas  müddəaları,  məzmunu
haqqında məlumat ala bilsin. Əlbəttə qısa, yığcam yazmaq
heç  də asan  məsələ olmayıb xüsusi  bacarıq və istedad
tələb edir. Deyirlər alman yazıçısı Volter dostuna uzun bir
məktub  yazmış  və məktubunun  sonunda yazmışdır:
“Dostum, məni bağışla, qısa yazmağa vaxtım yoxdur”.
Tədqiqatın aktualallığı- seçilmiş  mövzunun və ya
problemin vacibliyini, əhəmiyyətliliyini fakt  və dəlillərlə
əsaslandırmaqdır.
Tədqiqatın fərziyyəsi – Fərziyyə ərəb  sözü  olub
təxmini  mülahizə,  güman,  ehtimal,  zənn mənalarını bildi-
rir. Fərziyyə bu və ya digər fakt və ya hadisənin aydınlaş-
dırılmasında,  izahında  elmi  öngörümdür,  proqnozdur,
irəlidə nəzərdə tutulan elmi nəticədir.

16
Konsepsiya- tədqiqatın  məqsəd  və vəzifələri,  həlli
yolları müəyyənləşdirilərkən əsas fikir, ideya, elmi-nəzəri
baxişlar sistemidir.
Kateqoriya - Tədqiq  edilən  predmetin əsas  tərəflə-
rini,  daxili  mahiyyətini əks  etdirən  məntiqi  təfəkkür  for-
masıdır.
İdeya – Müəyyən nəzəriyyələr, baxışlar, fikir və dü-
şüncələr sistemidir.
Açar  sözlər – Elmi əsərin  və ya  hər  hansı  bir  elmi
sənədin səciyyəvi cəhətlərini, məzmununu əks etdirən söz-
lər və ya söz birləşməsidir.
Aprobasiya –latın  (approbatio)  sözü  olub,  bəyən-
mək,  təsdiq  etmək  deməkdir. Magistrant  dissertasiyasını
aprobasiyadan  keçirir. Yəni  bəyənmə,  təsdiqləmə mərhə-
ləsindən keçirir. Beləki,  Magistrantın  dissertasiyasına  ve-
rilən müsbət rəylər, müzakirələrdə tədqiqatın bəyənilməsi,
qənaətbəxş  qiyməti,  mövzu  ilə bağlı  məqalələrin  çap
edilməsi,  konfranslarda  çıxışları tədqiqatın  aprobasiyası
hasab olunur.
Annotasiya –Latın  (annotatio)  sözündən əmələ
gəlmişdir. Dissertasiyanın,  buraxılış  işinin,  yaxud  bir  ki-
tabın,  monoqrafiyanın çox yığcam,  qisa  xülasəsidir,  məz-
munudur. Məsələn, əlinizdə tutduğunuz  metodik  vəsaitin
əvvəlində vəsaitin  annotasiyası  verilmişdir. Yəni  vəsait
nədən bəhs edir.
Tədqiqat metodları (yun. methodos – tədqiqat yolu,
idrak yolu, üsul) – hərəkət qaydası, fəaliyyət qaydası,

gerçəkliyin praktik və nəzəri surətdə qavranılmasını təmin
edən müxtəlif üsulların, tərzlərin, əməliyyatların məcmusu
başa düşülür. Mövcud bilikərin əsasında yeni elmi faktlar,
elmi  məlumat  və biliklər  almaq  üçün  tətbiq  edilən
üsullardır. Tədqiqat  metodları  tədqiqatçının  qarşısına
qoyduğu  məqsədə çatması  üçün  və ya  ona nail  olmağa
imkan  verən  müxtəlif  üsullar  tərz  və əməliyyatların
məcmusudur. Elmdə metod  idrak  yoludur,  bu  yolla  təd-
qiqatçı  həqiqətə doğru  (konkret  olaraq  tədqiqat  obyektinə
və predmetinə doğru) irəliləyir.
Ümumiyyətlə tədqiqat  metodları  üç qrupa  bölünür:
1)  Empirik  tədqiqat  metodları  (müşahidə,  müsahibə,  eks-
periment); 2) Həm empirik, həm də nəzəri səviyyəli tədqi-
qat  metodları  (mücərrədləşdirmə,  təhlil  və tərkib,  induk-
siya və deduksiya, modelləşdirmə və s. ); 3) Nəzəri tədqi-
qat metodları  (Ümumiləşdirmə,  sistemləşdirmə,  qrup-
laşdırma, müqayisə etmə, təhlil etmək, ölçmək və s).
Qeyd edək ki, universal metod yoxdur. Hər hansı bir
problemi,  pedaqoji  sahəni,  predmeti,  obyekti  öyrənmək,
tədqiq etmək üçün özünəməxsus tədqiqat metodları vardır.
Məsələn  ,  tədqiqat  metodu  kimi  magistrant  müsahibə,
müşahidə,  eksperiment,  test,  müqayisə,  təhlil,  ümumi-
ləşdirmə,  arxiv  sənədlərinin,  məktəb  sənədlərinin  öyrə-
nilməsi və s. metodlardan istifadə edə bilər.
Müşahidə metodu – Hadisələrin gedişinə qarışma-
dan,  onun sistemli,  məqsədyönlü  şəkildə izlənməsidir.
Tədqiqatçı  müşahidə metodu  vasitəsilə padqoji  prosesi,
fərdi-psixoloji  xüsusiyyətləri,  fəaliyyəti,  davranışı,  peda-
qoji, psixoloji hadisəni öyrənə bilər.

18
Təlim  fəaliyyətində,  elmi tədqiqat  işlərində,  bədii
yaradıcılıqda, bir  sözlə, insan əməyinin bütün sahələrində
müşahidənin  böyük
əhəmiyyəti  vardır.
Müşahidənin
müvəffəqiyyəti 
hər 
şeydən
əvvəl, 
ona 
ciddi
hazırlaşmaqdan,  qarşıya  konkret  vəzifə qoymaqdan,  bunu
ətraflı  düşünüb  aydın  dərk  etməkdən,  bu əsasda  dürüst
müşahidə planı və müşahidə gündəliyi tərtib  etməkdən,
onu  aparan  tədqiqatçının həmin  sahəyə aid  mükəmməl
biliyə malik  olmasından  çox  asılıdır. Müşahidə səbr  və
təmkin tələb edir. Hər  hansı bir obyekti  müntəzəm olaraq
dəfələrlə, həm də müxtəlif cəhətlərdən müşahidə etmədən
düzgün  nəticəyə
gəlmək  mümkün  deyil.
Müşahidə
nəticəsində əldə edilən  faktları  qeyd etmək,  sonra  onlar
üzərində
düşünmək, 
təhlil 

müqayisə
etmək,
ümumiləşdirmək  və düzgün  elmi  nəticələr çıxarmaq, və
nəticələri “Müşahidə gündəliyi”ndə yazmaq zəruridir.
Müşahidə dəqiq  olmalı,  faktlar  qeyd  edilib,  sonra
təhlildən  keçirilməli  və elmi  nəticələr  çıxarılmalıdır. Hə-
min nəticələr bu və ya digər nəzəri mühakimələr yürütmə-
yə əsas verir.
Tədqiqatçı  müşahidə zamanı  müəyyən  şərtləri  göz-
ləməlidir. Müşahidə qabaqcadan  müəyyən  olunmuş  plan
üzrə aparılır və orada müşahidə obyekti konkret göstərilir,
sonra onun təzahür xüsusiyyətləri izlənilir.
Müşahidənin mərhələləri aşagıdakılardır:
1. Müşahidənin  məqsəd  və vəzifələrinin  müəyyən-
ləşdirilməsi (müşahidə nə üçün aparılır)

2. Tədqidat obyektinə daha az təsir edən və zəruri in-
formasiyalar toplamağa imkan verən müşahidə qaydasının
seçilməsi (necə müşahidə etmək)
3. Müşahidə edilən  obyektin  qeydə alınması  qayda-
larının seçilməsi (qeydiyyatı necə aparmaq)
4. Toplanan  məlumatın  təhlili  və ümumiləşdirilməsi
(hansı nəticə alınıb)
Pedaqoji  tədqiqatlarda  müşahidə metodunun  müx-
təlif  növlərindən istifadə olunur. Müşahidənin  növləri
aşağıdakılardır:
1. Açıq müşahidə
2. Gizli müşahidə
3. Geniş  müşahidə (tam,  yaxud  bütöv  müşahidə) –
belə müşahidə prosesi  obyekti  tam  və bütöv əhatə edir,
hadisə başlanandan  qurtarana  qədər  izlənilir,  pedaqoji
tədqiqatda  müşahidəçi  müvafiq  qanunauyğunluğu  aşkar-
lamaq  üçün  daha çox  məktəbi,  sinfi,  şagirdi əhatə et-
məlidir.
4. Məhdud  müşahidə (seçici  müşahidə) – seçmə
xarakteri daşıyır. Bu halda prosesin bu və ya digər cəhətlə-
ri  öyrənilir. Məsələn,  şagirdlərin  təlim  prosesində idrak
fəaliyyətinin müşahidəsi.
5. Uzun müddətli müşahidə - Uzun müddət- bir təd-
ris ili və daha uzun müddət davam edir.
6. Qısa  müddətli  müşahidə – dövri  xarakter  daşıyır
və nisbətən  az  vaxt  tələb  edir. Məsələn,  tənəffüs  zamanı
şagirdi və ya şagirdləri müşahidə etmək.

20
Tədqiqat  zamanı  pedaqoji  müşahidə metodu  üç  for-
mada təşkil olunur.
1. Proses və hadisələrin gedişinə müdaxilə etmədən,
kənardan  izləmək. Bu  müşahidə forması  o  zaman  mü-
kəmməl  olur  ki,  tədqiqatçının  iştirakı  nə müəllim,  nə də
şagird tərəfindən hiss olunur.
2. Tədqiqatçı  bilavasitə fəaliyyətdə iştirak  etməklə
müşahidə aparır. Məsələn, sinifdə dərs deyir və tədqiqatın
məqsədəuyğun proseslərini həyata keçirir.
3. Tədqiqatçı sınananlara “qoşulur” və “sınanan” ro-
lunu oynayır.
Müşahidə elmi-tədqiqat  metodu  olsa  da,  onun  bəzi
elementlərindən  təlim  prosesində,  xüsusən  təbiət  elmlə-
rinin  tədrisində istifadə olunur. Məsələn,  təbiət  hadisələri
üzərində müşahidə,  laboratoriya  şəraitində təcrübənin
müşahidəsi  və s. Bu  halda  müşahidə təlim  metodu, digər
metodlarla vəhdətdə istifadə edildikdə isə təlim tərzi rolu-
nu oynayır.

Yüklə 4,43 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin