Baki universitetiNİn xəBƏRLƏRİ №2 Sosial-siyasi elmlər seriyası



Yüklə 101,03 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü101,03 Kb.
#9660

 

111


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Sosial-siyasi elmlər seriyası  

 

2011 

 

 

 

 

 

UOT 1 (09); (1 (091)) 

ELMİN TARİXİ YAŞI: MÖVCUD VERSİYALARA  

FƏLSƏFİ BAXIŞ   

 

A.Ə.ƏZİZOVA 

Bakı Dövlət Universiteti  

almas1959@yahoo.com 

 

Məqalə  epistemologiya  və  elmşünaslığın  az  tədqiq  olunmuş  bir  probleminə  – elmin  tarixi 

yaşının müəyyənləşdirilməsi məsələsinə həsr olunmuşdur. Qədim və zəngin tarixə malik olan elmin nə 

zaman  və  harada  yaranması  məsələsi  xüsusi  maraq  kəsb  edən  məsələlərdən  olub,  təqdim  olunan 

məqalənin məzmununu təşkil edir. 

Məqalədə elmin tarixi yaşı haqqında elmi dairələrdə qərarlaşmış versiyaları araşdırmaq əsa-

sında müəllif ortaya belə bir həqiqət qoyur ki, elm biliklər sistemi və sosial institut kimi çox ehtimal ki, 

XVII əsrdə Qaliley, Nyuton, Dekart və b. alimlərin fəaliyyəti sayəsində yaranmışdır. 

 

Açar sözlər: təfəkkür,  emprik bilik, dinamik sistem, sivilizasiya, elmi bilik 

 

Dünyanın  dərk  olunması  prosesi  özünün  ən  yüksək  və  təmərküzləşmiş 



ifadəsini  elmdə  tapır.  Elm-insan  fəaliyyətinin  tarixən  qərarlaşmış,  dünyanın 

dərk olunmasına və onun praktiki dəyişdirilməsinə yönəldilmiş formasıdır. 

Təfəkkürdə  biliyin  müxtəlif  formaları  kimi  məskunlaşan  elmi  müxtəlif 

mənalarda: empirik və nəzəri biliklər sistemi, mənəvi istehsal sahəsi, praktiki 

fəaliyyət forması, sosial institut və akademik sistem kimi başa düşmək olar. 

Hazırda  15000-ə  qədər  elm  və  bu  elmlərin  ümumi  qanunauyğunluq-

larını  və  inkişaf  dinamikasını  öyrənən  ayrıca  bir  elm  vardır.  Bu  elm - 

mürəkkəb dinamik sistem kimi çıxış edən elmşünaslıqdır.  

Müasir  elmşünaslığın  ən  aktual  problemlərindən  biri  elmin  tarixi  yaşı, 

yəni onun nə zaman və harada meydana gəlməsi ilə bağlıdır. Bu məsələnin hər 

birinin özünəməxsus güclü və zəif mövqeləri olan həlləri mövcuddur və bizim 

aşağıda  təklif  etdiyimiz  variantlar  daxilində  elmin  tarixi  yaşı  konkret  oriyen-

tasiyalara söykənən spesifik cəhətlər və xarakteristikalar kəsb edə bilər.  

Birinci  versiya.  Bu  halda  söhbət  qədim  tarixə  malik  keçmiş  Misir 

sivilizasiyasından  gedir.  Eramızdan  əvvəl  dördüncü  minillikdə  qədim  Misir 

sivilizvsiyası  riyaziyyat,  təbabət,  coğrafiya,  kimya,  astronomiya  və  digər 

sahələrdə dərin biliklərə malik olmuşdur. Bütün irqlərin və xalqların, o cüm-

lədən qədim Hindistan və İran, Xaldey və Çin, Yaponiya və hətta qədim yunan 


 

112


və Roma xalqlarının elmi biliklərinin formalaşmasının qədim Misir xalqlarının 

mistik  təsəvvürlərindən  bəhrələnməsi  fikri  indi  özünü  tamamilə  doğruldur. 

Qədim Misir sivilizasiyasında insan bilik-lərinin demək olar ki, eyni zamanda 

meydana  gəlmiş  rəngarəng  sahələri:  təbabət,  kimya,  astronomiya,  musiqi, 

akustika,  ritorika,  magiya,  fəlsəfə,  riyaziyyat,  həndəsə,  anatomiya,  coğrafiya 

və natiqlik sənəti- hazırda məlum və mövcud olan bütün sistemlər içərisində 

ən qədim sahələr hesab olunur.  

Eramızdan  əvvəl  dördüncü  minillik  qədim  Misirin  həyatında  aktiv 

inkişaf dövrü olmuşdur. Qədim Misir təsərrüfatının əsasını suvarma əkinçiliyi 

təşkil edirdi. Ölkənin həyat fəaliyyətinin ritmi Nil çayından asılı idi. Təsadüfi 

deyil  ki,  Heredot  Misiri  «Nilin  hədiyyəsi»  adlandıraraq  çayın  ölkə  həyatında 

əhəmiyyətini xüsusi vurğulayırdı [4, 5-12].  

Qədim  Misirdə  əkinçiliyin  inkişafı  ölçmə  haqqında  elm  kimi  meydana 

gəlmiş  həndəsənin  inkişafını  şərtləndirirdi.  Bu  dövrdə  əkinçiliyin  tələblərinə 

cavab  verən,  yerin  xəritələrdə  təsvirini  yaradan  coğrafiya  elmi  də  meydana 

gəlirdi. Misirşünaslıq elmində belə bir fikir hələ də yaşamaqdadır ki, misirlilər 

dəqiq  elmlərin  əsaslarını  daha  qədim  sivilizasiyalardan  əxz  etmişlər.  Belə 

hallarda Atlantida və antlantların adı daha çox xatırlanır.  

Tarixi yaşı e.ə. 6-4-cü minilliklərə gedib çıxan qədim Misir sivilizasiyası 

dünyanın  dərki  baxımından  özünün  həm  maraqlı,  həm  də  bir  çox  cəhətdən 

qeyri-adi olması ilə seçilir. Bu sivilizasiyanın coğrafi cəhətdən təcrid olunması 

onun orijinallığının və unikallığının başlıca səbəbi olmuşdur. K.Marks qədim 

Yunanıstanı  «bəşəriyyətin  xoşbəxt  uşaqlığı»  ilə  müqayisə  etmişdir.  Halbuki, 

qədim Yunanıstandan fərqli olaraq, qədim Misiri «bəşəriyyətin uşaqlıq» dövrü 

adlandırmaq olmaz. Əksinə, qədim Misir sivilizasiyasının qüdrəti onda özünə 

məftunluq  duyğusu  yaradaraq  bəşəriyyətin  intellektual  inkişafı  qarşısında 

varisliyin  miqyası  və  məntiqi  məsələsini  qoymuşdu.  Axı  yunanlar  «qədim 

yunan  möcüzəsinə» (yunan  sivilizasiyası  deməkdir)  görə,  hər  şeydən  əvvəl, 

qədim Misir və şərqdən əxz etdikləri biliklərə minnətdar olsalar da, lakin bu 

zaman nədənsə mənimsədikləri biliklərin mənbələrini və müəlliflərini xatırlat-

mağın  qayğısına  qalmağı  unutmuşlar.  Hətta  məşhur  Pifaqor  belə  müqəddəs 

riyaziyyatı-ədədlər  və  ya  ümumdünya  prinsipləri  haqqında  elmi  misir  kahin-

lərindən öyrənmişdir. Buna görə də, orijinal yunan elmindən daha çox «Ella-

danı qızlığa götürmüş» qədim Misirin müqəddəs biliklərindən danışmaq daha 

düzgün olardı.  

Misirşünas alim İ.Şmelevin fikrincə «bu gün qəti demək olar ki, dünya 

əlaqələrini  öz  üzərində  saxlayan  fundamental  qanunların  kəşfi  heç  də 

yunanların adı ilə bağlı olmamışdır. Elladanın müdrik insanlarından hələ min 

illərlə əvvəl qədim Misir kahinləri bizim coşğun əsrimizdə yenidən kəşf etdi-

yimiz  sirləri  öyrənmiş  və  onlara  yiyələnmişlər» [12, 56-57]. Misir  riyaziy-

yatçıları çevrə uzunluğunun onun diamterinə nisbətinin formalaşmasını müəy-

yən etmiş (

14

,

3



=

π

), kəsr ədədləri üzərində hesablama əməliyyatları aparmış, 



 

113


iki  məchullu  tənliklərin  həlli  üsullarına  yiyələnmişlər.  Əgər  «elm  ölçmə 

əməliyyatı aparılmağa başlandığı vaxtdan etibarən başlanmışdır» mühakiməsi 

həqiqət  kimi  qəbul  edilərsə,  o  halda  bu  meyarı  qədim  Misir  sivilizasiyasına 

tətbiq etmək daha ədalətli olardı.       

Doğrudur, qədim misirlilərin riyaziyyata tələbatı elementar gündəlik hə-

yat fəaliyyətinin hüdudlarından kənara çıxmasa da, bu riyaziyyatın dünyanın 

bilik  xəzinəsinə  bəxş  etdiyi  töhvə  misilsiz  olmuşdur.  Misir  riyaziyyatının 

əsasını sürəti vahid olan adi kəsrlər təşkil etmiş və burada kəsrlərin torlanması 

və  vurulması  əməliyyatlarına  xüsusi  diqqət  yetirilmişdi.  Tədqiqatçılar  belə 

qənaətə  gəlmişlər  ki,  qədim  Misir  riyaziyyatında  iki  prinsipdən:  ciddi 

additivlik və adi kəsrlərdən geniş istifadə olunmuşdur.  

Qədim  Misir  sivilizasiyasının  idarə  formasını  fironun  mütləq  hakimiy-

yəti  təşkil  etmiş  və  bu  hakimiyyətdə  aparıcı  rol  kahinlərə  məxsus  olmuşdur. 

Kahinlərin  yuxarı  və  aşağı  şuraları  öz  elmlərini  qoruyaraq  onu  kütlə  və 

məlumtasız adamlar üçün əlçatmaz bir şeyə çevirmişdilər. Fironların dəfninin 

xüsusi  praktikası  işlənib  hazırlanmışdı.  Günəşin  «oğlu»  sayılan  firon  axirət 

dünyasına hiss olunmadan gedə bilməzdi. Buna görə də fironların dəfni üçün 

nəhəng  ehramlar  tikilir,  dəfn  mərasimi  əhəmiyyətli  rituallarla  müşayiət 

olunurdu.  Hazırda  Qahirə  yaxınlığını  bəzəyən 80-ə  qədər  piramida  qədim 

Misirin müasirlərimizə qoyub getdiyi ən böyük tarixi irsdir. 

Misir  tarixi  üzrə  görkəmli  mütəxəssis  sayılan  B.Turayev  qeyd  edir  ki, 

«cəsədlərin  mumiyalanması  praktikası  ilə  bağlı  olaraq  qədim  çarlıqda  (Misir 

sivilizasiyasının tarixi inkişafının tarixi inkişaf dövrlərindən biri) anatomiya və 

tababət  sahəsində  toplanan  zəngin  biliklər  həkimliyin  müxtəlif  ixtisaslarının: 

göz, diş həkimlərinin, cərrahların meydana gəlməsinin şərtləndirilməsidir» [7, 

236]. Qədim Misir həkimləri anatomiyadan xəbərdar olub, qan dövranı siste-

minin  mövcudluğunu  və  funksiyalaşmasını  yaxşı  bilir,  insan  bədəninin  mər-

kəzi  saydıqları  beynin  rolunu  öyrənirdilər.  Misir  həkimləri  bir  çox  xəstəlik-

lərin  təsvirini  verməkdə  məftunedici  idilər.  Qədim  misirlilərin  astronomiya 

sahəsindəki  kəşfləri  də  diqqət  çəkəndir.  Onlar  göyün  xəritəsini  tərtib  etmiş, 

bürcləri  qruplaşdırmış,  planetlər  üzərində  müşahidələr  aparmışlar.  Onların 

təqvimi və astronomiya elementlərini kəşf etməsini dəyərləndirmək həqiqətən 

çətindir.  Qədim  Misir  sivilizasiyasının  nailiyyətlərinin  bəşər  mədəniyyətinin 

sonrakı inkişafı üçün əvəzsiz rolu olmuşdur.  



İkinci  versiya.  Bir  çox  alimlər  antik  elmin  fenomeninə  istinad  edərək 

belə  düşünürlər  ki,  nəzəri  elmin  ilk  obrazları,  o  cümlədən  evklid  həndəsəsi 

antik  elmin  hüdudlarında,  qədim  Yunanıstanda  formalaşmışdır.  Stirigitin 

xarakteristikasına  görə  ilk  naturfilosoflar  filosof  olmaqdan  daha  çox  alim 

olmuşlar.  Belə  güman  edilir  ki,  antik  dünya  riyaziyyatda  metodun  tətbiqini 

təmin etmiş və onu nəzəri səviyyəyə çıxara bilmişdir. Antik dövrdə həqiqətin 

alınmasına  və  onun  məzmununun  açıqlanmasına  da,  b.s.  məntiq  və  dialekti-

kaya da böyük diqqət verilmişdi. Həm də bu dövrdə aydın nəzərə çarpan bütün 



 

114


irəliləyişlər  təfəkkürün  ən  ümumi  səviyyədə  rasionallaşdırılması  ilə  bağlı 

olmuşdur.  Belə  ki,  metaforluqdan    tədricən  xilas  olmaq  və  hissi  obrazlarla 

yüklənmiş  təfəkkürdən  anlayışlara  söykənən  intellektə  keçid  ənənəvi  fəlsəfi 

problemlərin  yeni  kontekstdə  təqdim  edilməsinə  imkan  vermişdir.  Bütün 

antropomorf qüvvələr fəlsəfədən kənarlaşdırılmış, mif poetikası öz yerini yeni 

doğulmaqda olan loqosa, şeylərin təbiəti haqqında «ağıllı sözə» tərk etmişdi.  

Naturfəlsəfə təfəkkürün bir tam halında götürülən təbiətin şərhinə doğru 

yönələn  ilkin  forması  olmuş  və  insanın  mənəvi  dünyasına  özü  ilə  birlikdə 

mifologiyada  prioritetlik  qazanmış  «yaradılma»  obrazı  əvəzinə  səbəbiyyət 

ideyasını  gətirmişdi.  Naturfəlsəfə  çərçivəsində  elm  tarixində  əhəmiyyətli  rol 

oynamış  bir  sıra  hipotezlər,  o  cümlədən  atom  fərziyyəsi,  nizamın  xaosdan 

törəməsi ideyası irəli sürülmüşdür.  

Qədim  Yunan  elmində  pifaqorçular  fəlsəfəni  riyaziyyatla  əlaqələndir-

məklə dünya binasının ədədi strukturu məsələsini ortaya atmışdılar.  

  Təsadüfi  deyil  ki,  Krotonda  «Pifaqor  İttifaqı»nı  yaratmış  Pifaqoru 

«elmin atası» adlandırırlar. Özünün ciddi ənənələri ilə fərqlənən və nümayən-

dələri asketik həyat tərzi keçirən «Pifaqor İttifaqının» başlıca nəticələri aşağı-

dakılar  olmuşdur: «ən  müdrik  olan-ədədlərdir», «ədədlər  şeylərə  malikdir», 

«şeylər  ədədlərin  mahiyyətidir».  Pifaqorun  ədədlər  təliminin  səciyyəvi 

xüsusiyyətlərindən biri bundan ibarətdir ki, burada riyaziyyatın öz başlanğıcını 

ondan  götürən  teologiya  ilə  paradoksal  birləşməsi  baş  verir.  Buna  baxma-

yaraq,  P.P.Qaydenkonun  qeyd  etdiyi  kimi,  biz  Qədim  Yunanıstanda  riyaziy-

yatın nəzəri sisteminin yaranmasının şahidi oluruq: məhz yunanlar ilk dəfə bir 

riyazi müddəadan digər riyazi müddəanın çıxarılmasının yolunu öyrənmiş, b.s. 

onlar elmə riyazi sübut üsulunu daxil etmişlər [21, 518]. 

Çox ehtimal ki, antik elmin ən böyük nailiyyəti görkəmli nümayəndələri 

Levkipp, Demokrit, Epikur və Lukretsi Karla təmsil olunan atomistika təlimi 

olmuşdur.  Qeyri-varlığı  inkar  edən  eleyçilərdən  fərqli  olaraq  atomistlər 

boşluğun  mövcudluğunu  qəbul  etmişlər.  Antik  atomistlərin  düşüncə  dünya-

sında boşluq bütün proses və hərəkətlərin zəruri şərti olsa da, özü hərəkətsiz, 

hüdudsuz  və  sıxlıqdan  məhrumdur.  Varlığın  hər  bir  nümunəsi  forma  ilə 

müəyyən olunur, o sıxdır və boşluğu ehtiva etmir. Atom  bölünməz və nüfuz 

edilməzdir.  Atom  özü  özünün  eyni  olub,  müxtəlif  formalarda  təzahür  edir. 

Atomlar bir-birindən ölçülərinə, forma və vəziyyətlərinə görə fərqlənirlər.  

Atomlar birləşərək cisimləri yaradırlar. Demokratik təlimində hətta ruh 

da  atomlardan  təşkil  olunur.  Bununla  da,  atomist  mənzərəsində  çoxluğun 

problemlərinin  özünəməxsus  yeni  izahı  verilir.  A.N.Çanişevin  fikrincə  ato-

mistlər  real  şeylər  dünyasının  axıcılığını  və  şeyləri  təşkil  edən  elementlər 

dünyasının dəyişməzliyini qəbul etməklə əslində hərəkət haqqında Heraklit və 

Parmenid  təlimlərini  birləşdirməyə  çalışmışlar [10, 185]. Atomistlər  varlığın 

və  hərəkətin  saxlanma  qanunlarını  müəyyənləşdirməkdən  əlavə  səbəbiyyət 

qanunu  da  elan  etmişlər.  Heç  bir  şey  heçdən  yaranmır,  onlar  səbəbiyyət  və 



 

115


zərurət  ucbatından  yaranırlar.  AtomistikAda  təsadüf  subyektivcəsinə,  səbəbi 

məlum olmayan hadisə kimi başa düşülmüşdür.  

Elmi  fikrin  inkişafı  baxımından  sofistlərin  fəaliyyəti  də  diqqətdən 

kənarda saxlanıla bilməz. Lakin elmə sistemləşdirici münasibətin konturları ilk 

dəfə Aristotelin əsərlərində görünməyə başlanmışdır. Aristotelin «fizika» əsəri 

sadəcə  fiziki  bilikləri  ehtiva  etməyib,  eyni  zamanda  fizikanın  fəlsəfi 

problemlərini də tədqiqatlar müstəvisinə çıxarır. F.Frankin təbirincə Aristotelə 

görə  elmi  idrakın  əsas  cəhətlərindən  birini  bilavaistə  mövcud  olandan  başa 

düşülənə keçid təşkil edir. Hərəkət potensiyadan enerjiyə, imkandan gerçəkli-

yə  keçiddir.  O, «fizika»  əsərində  arasıkəsilməzlik  ideyasına  baxır  və  son-

suzluğun  mənasını  kosmosda  Yer  tutumlarının  sonsuzluğunda  görür.  Peri-

patetik alim fizikada boşluğun mövcudluğunu «təbiət boşluqdan qorxur» tezisi 

ilə əsaslandıraraq fizika və riyaziyyatın nisbətini birincinin xeyrinə həll edir.  

Antik  fəlsəfədə  məkan  və  zamanın  mahiyyətini  ifadə  edən  iki  konsep-

siya  qərarlaşmışdı:  substansial  və  relyasion  konsepsiya-lar.  Substansional 

konsepsiyanın  baniləri  Demokrit  (məkan  prob-lemi  üzrə)  və  Platon  (zaman 

problemi  üzrə)  məkan  və  zamanı  materiya  və  hərəkətdən,  həmçinin  bir-

birindən  asılı  olmayan  müs-təqil  mahiyyətlər  kimi  şərh  edirdilər.  Demokrit 

antik elmə atomların hərəkətinin yerləşdiricisi kimi boşluğun real mövcudluğu 

haqqında  təsəvvürləri  daxil  etmişdir.  Boşluq  atomlardan  təşkil  olunan 

cisimlərin  yerləşdiricisidir.  Substansial  təlimdə  zaman  keçmişdən  gələcəyə 

doğru axan xalis sürəklilik olub, əbədilik ilə eyniləşdirilir. Zaman hadisələrin 

yerləşdiricisidir.   

 

Məkanın başa düşülməsində Demokritin baxışlarına əks mövqe Aristotel 



tərəfindən  formulə  edilmişdir.  Məkan  və  zamana  dair  baxışları  relyasion 

konsepsiyanın mahiyyətini təşkil edən Aristotel məkanı qeyri-bircinsli, sonlu 

qəbul edir və onu maddi cisimlərin tutduqları yerlərin sistemi hesab edirdi.  

Aristotel «Zaman nədir?» sualını cavablandırarkən belə mülahizə yürü-

dürdü:  hərəkətdə  olduğu  kimi  zamanın  da  «əvvəlki»  və  ondan  fərqlənən 

«sonrakı» anları vardır. Biz məhz hərəkət vasitəsilə üst-üstə düşməyən «indi-

ləri»  dərk  edə  bilirik.  Zaman  məhz  bu  «indilərin»  ardıcıllığından,  bir-birini 

əvəzləməsindən ibarətdir.  

Məkan  və  zamanın  şərhi  üzrə  irəli  sürülmüş  bu  tendensiyalar  bəzi 

modernizasiyalara və dəyişikliklərə uğradılmaqla fəlsəfi fikrinin təkamülünün 

sonrakı  dövrlərində  də  inkişaf  etdirilmişdir:  məkan  və  zamanın  substansial 

nəzəriyyəsinin müddəaları Yeni dövrdə Nyuton tərəfindən, məkan və zamanın 

relyasion nəzəriyyəsinin təsəvvürləri isə Leybnits və Dekart tərəfindən inkişaf 

etdirilmişdir.  

Elmin  tarixi  yaşı  haqqında  nəzərdən  keçirdiyimiz  ikinci  variantdan 

çıxara biləcəyimiz nəticə bundan ibarətdir ki, klassik antik elmin çərçivəsində 

fəlsəfədən  özəl  predmetə  və  tədqiqat  metodlarına  malik  ayrı-ayrı  elmlər 

törəməyə başlamışdır.  



 

116


Üçüncü  versiya.  Bu  versiyaya  görə  elmin  yaranması  orta  əsrlər  Qərbi 

Avropa  mədəniyyətinin  çiçəklənmə  dövrü  ilə  bağlı  olmuşdur.  İngilis 

yepiskopu Robert Qrossetest (1175-1253) və ingilis fransiskan monaxı Rocer 

Bekonun (1214-1292) yaradıcılığında  təcrübi  elmin  əhəmiyyətinin  dərk 

olunması elmin yaranmasına səbəb olmuşdur. Aristotelin «Birinci analitiklər» 

və «fizika» əsərlərinin şərhçisi olmuş R.Qrossetes öz yaradıcılığında onun ka-

teqorial  aparatından  geniş  istifadə  etmişdir. «İşıq  haqqında»  məşhur  trak-

tatında  Aristoteldən  və  onun  «Səma»  haqqında  traktatından  çoxlu  iqtibaslar 

gətirən  Qrossetisti  Medievistlər  orta  əsr  Avropa  elminin  Qrossetestin  elmi 

maraq  dairəsini  və  erudisiya  genişliyini  əks  etdirən  pioneri  hesab  edirlər. 

«Günəş  istiliyi  haqqında», «Göy  qurşağı  haqqında», «Bucağın  və  fiqurların 

xəttləri haqqında», «Rəng haqqında», «Sfera haqqında», «Kometlər haqqında» 

traktatları onun qələmindən çıxmış əsərlərin heç də tam siyahısı deyildir. Bu 

əsərləri müşayət edən riyazi əsaslandırmalar isə ədədlərin simvolikası ilə bağlı 

olub, A.Uaytxedin dilində belə səsləndirilir: «Ən sadə və heç bir şeyə müncər 

edilə bilməyən mahiyyət olmaq etibarilə forma vahidə bərabər tutulur; forma 

və materiyanın birləşməsindən yaranan işıq üçlükdür, dörd elementdən təşkil 

tapan  həp  bir  sfera  isə  dördlükdür.  Qrossetest  yazır  ki,  əgər  bütün  ədədləri 

nəzərə alsaq on alınacaqdır. Buna görədə on universunun sferasını təşkil edən 

rəqəmdir» [11,324-342]. Qrossetest  elmi  idrakda  faktların  müşahidə  meto-

dunun  təsvirini  verərək,  onu  rezolyusiya  adlandırır.  Bu  halda  o,  deduksiya 

metodunu  unutmur,  onun  da  təsvirini  verərək  iki  son  nəticənin  sintezini 

kompozisiya adlandırır.  

Mənbələr  Rocer  Bekonun    da  şəxsiyyəti  və  elmi  dühası  haqqında  hey-

rətləndirici  məlumatlar  verirlər.  Deyilənlərə  görə  o,  laboratoriya  şəraitində 

göy  qurşağını  modelləşdirməyə  təşəbbüs  göstəmiş,  öz  təxəyyülünün  gücü  ilə 

sualtı  gəmi,  avtomobil  və  uçan  aparat  haqqında  ideyalarını  bəşəriyyətin 

sərəncamına  vermişdir.  Bekon  ideyalarının  əzəməti  bundadır  ki,  onlar 

insanları  böyük  bir  inamla  avtoritetlərdən  şeylərə,  fikirlərdən  mənbələrə, 

dialektik mülahizələrdən təcrübəyə, traktatlardan təbiətə keçməyə çağırırdı. O, 

cəmiyyətdə elmi tədqiqatların və riyaziyyatın geniş yayılmasına çalışırdı.  

Adətən,  Orta  əsrlər  elmini  Yeni  dövr  elmi  ilə müqayisəli  təhlil  etdikdə 

başlıca  fərqi  induksiya  və  deduksiyanın  rolunun  dəyişməsində  görürlər. 

Aristotel xəttini davam etdirən Orta əsrlər elmi əgər deduksiyanı əsas tutaraq, 

ümumi prinsiplərdən ayrı-ayrı faktlara doğru gedən nəticələrlə iş görürdülərsə, 

Yeni  dövr    elmi (1600-ci  ildən  sonra)  ayrı-ayrı  faktların  müşahidəsindən 

ümumi prinsiplərə gəlib çıxırdı.  

Orta  əsrlərin  rəsmi  doktrinası  çərçivəsində  allaha  və  vəyhlərə  inam 

üstünlük təşkil edirdi. Həqiqət məsələsində zəka özünün başlıca münsif olması 

rolunu itirir, təbiətin müstəqilliyi ləğv edilir və belə düşünülürdü ki, Allah öz 

qüdrət  və  əzəməti  sayəsində  təbiət  qüvvələrinin  əleyhinə  hərəkət  edə  bilər. 

Orta əsrlərin teleoloji orientasiyaları o dövrün mütəfəkkirlərinin  ideyalarının 



 

117


tekstual təhlilində aydın görünməkdədir [61, 42-54]. 

Orta əsrlərin dünyagörüşü özünün ən qabarıq ifadəsini xristian mədəniy-

yətinin görkəmli nümayəndəsi Foma Akvinlinin qələmində tapmışdı: «….. öz 

biliklərini zəkadan hasil edən fəlsəfənin vəhylərə əsaslanan müqəddəs elmlərlə 

tamamlanması  zəruridir….  Müqəddəs  təlim  elə  bir  elmdir  ki,  o  yüksək  elm 

olmaq  etibarilə  ilahiyə  və  yüksək  səadətə  nail  olmuş  insanlara  məxsusdur. 

….Bu elm - digər elmləri özünə tabe edərək kənizinə çevirən teologiyadır» [1, 

46-48].  

Beləliklə,  Orta  əsrlərdə  həqiqətin  spesifik  və  həlledici  meyarı  kimi 

avtoritetə  istinad  edilir  və  orta  əsrlər  kontekstində  ali  avtoritet  kimi  Allah 

götürülürdü.  

Avropada  İntibah  dövrünün  başlanması  insanlarda  riyaziyyata  böyük 

marağın yaranması ilə qeydə alınmışdır. P.P.Qaydenko orta əsrlər elmini belə 

səciyyələndirir: «Orta  əsrlər  elminin  özünə-  məxsus  səciyyəvi  xüsusiyyəti 

vardır.  Bu  elm,  hər  şeydən  əvvəl,  qayda  kimi,  şərh  forması  kim  çıxış  etmiş-

dir…  Orta  əsrlər  elminin  ikinci  xüsusiyyəti  onun  sistemləşdirici  və  təsnif 

etmək meyli ilə bağlıdır. Orta əsrlər elmi özünün məhz təsnifata olan meyli ilə 

antik elmin və fəlsəfənin orta əsr qanunları tərəfindən qəbul edilən əsərlərinə 

öz möhrünü vurmuşdur» [4, 429]. 

  V.Sokolovun qeyd etdiyi kimi, o dövrün elmi  bir-biri ilə, demək olar 

ki,  heç  bir  əlaqəsi  olmayan  iki  təşkilatda  mərkəzləşmişdi.  Bu  təşkilatlardan 

birincisi artıq əsrlərdən bəri fəaliyyət gös-tərməkdə davam edən universitetlər 

və  məktəblər,  ikincisi  isə  təbiətin,  rəssamların,  heykəltaraşların,  memarların 

mərkəzləşmiş təcrübi-eksperimental tədqiqi olmuşdur. İncəsənət əsərləri yara-

dılması  praktikası  onları  eksperimentlər  aparmağa  sövq  etmişdir.  Bir  sıra 

hallarda bu praktika  sənətkarlıq məntiqinin riyaziyyat ilə birləşdirilməsini də 

tələb edirdi [8, 288]. Böyük İtalyan rəssamı Leonardo da Vinçini haqlı olaraq 

müasir  təbiətşünaslığın  pioneri  sayırlar.  Onun  tədqiqatları  mexanika,  fizika, 

astronomiya,  geolo-giya,  botanika,  anatomiya  və  insan  fiziologiyasını  əhatə 

etmişdir.  Leonardo  təcrübənin  səhvsiz  ötüşdüyünü  və  buna  görə  də  həqiqətə 

nail olunmAsında onun rolunun əvəzsiz olduğunu göstərmişdir. O, göstərirdi 

ki, təcrübə elə bir faktordur ki, tədqiqatçı yalnız onun vasitəsilə həqiqi idrakı 

reallaşdıra  bilər.  Onun  aforizmə  çevrilmiş  «Elm-sərkərdə,  praktika  isə 

əsgərdir»  frazası  göstərir  ki,  elm  yalnız  təcrübəyə  və  eksperimentləşdirməyə 

müncər edilməyib, daha yüksək tələblərlə çıxış edərək təcrübənin nəticələrinin 

ümumiləşdirilməsinin əhəmiyyətinin də başa düşülməsini tələb edir. V Soko-

lovun belə bir fikrinə qoşulmaq olar ki, öz müasirləri arasında məhz Leonardo 

da Vinçi insanların sonralar müasir təbiətşünaslıq adlandırdığı inteqrativ elmin 

əsasını  təşkil  edəcək  eksperimentin  riyazi  düşüncələrlə  birləşdirilməsinin 

zəruriliyi fikrinə yaxınlaşmışdı. Bu dövrdə təbii-elmi baxışların tədricən dün-

yaya nüfuz etməsi klassik elmin meydana gəlməsini hazırlamışdı.  

Dördüncü  versiya.  Bu  versiya  daha  ənənəvi  olub,  elmin  XVI-XVII  


 

118


əsrlərdə  Avropada,  Yeni  dövrdə  yaranması  ilə  bağlayır.  Elmin  sosial  şərtlə-

rinin  yarandığı  bu  dövrdə  Kainatın  heliosentrik  sistemi  haqqında  Kopernik 

təlimi  və  klassik  mexanika  qanunlarının  açılmasında  Qaliley  və  Nyutonun 

nailiyyətlərinə əsaslanan dünyanın mexaniki mənzərəsi təbiətşünaslıqda böyük 

bir elmi inqilaba başlanğıc vermişdi [5, 12-24].  Kopernikin iri miqyaslı elmi 

fəaliyyəti sayəsində məlum oldu ki, Kainatın bu vaxtadək ictimai şüurda özünə 

möhkəm  yer  almış  geosentrik  sistemi  dünyanın  həqiqi  vəziyyətinə  heç  də 

adekvat deyil, Yer planeti Kainatın üstünlük təşkil edən komponenti olmayıb, 

«sıravi» bir planetdir.  

Beləliklə,  bu  versiyaya  görə  elm  hələ  çox  cavandır  və  onun  tarixi  yaşı 

400 ili güclə aşır. A.Uaytxed «Elm və müasir dünya» əsərində bu münasibətlə 

yazır: «Yeni eranın XVI əsrində Qərb xristianlığın süqutunun və müasir elmin 

yaranmasının şahidi oldu. Elmin inkişafı insan şüuruna təkan verərək təfəkkür 

üsullarının  yeniliklərini  yaratdı.  Yeni  təfəkkür  hətta  yeni  elmdən  də,  yeni 

texnikadan da əhəmiyyətli oldu» [11, 62].  

Elmdə belə bir fikir formalaşmışdır ki, induktiv elmlərin tarixi kəşflərin, 

həmin  elmlərin  fəlsəfəsi  isə  ideya  və  konsepsiyaların  tarixidir.  Empirizm  və 

riyazi  ümumiləşdirmələr  (rasionalizm)  Yeni  dövr  elminin  əsas  metodoloji 

proqramları,  necə  deyərlər,  vizit  vəsiqəsi  olmuşdur.  Emprizm  adından  F.Be-

kon, rasionalizm adından isə ryiaziyyatçı  R.Dekartt çıxış etmişdir. Yeri gəl-

mişkən, Harvey Yeni dövrdə yeni metodoloji proqramlar irəli sürmüş F.Bekon 

və R.Dekart haqqında belə söyləmişdir ki, Bekona görə təsadüfi qavrayışlara 

inanmaq  olmaz,  metodiki  müşahidələr  aparmaq  və  onları  düşünülmüş 

təcrübələrlə  tamamlamaq  gərəkdir.  Dekartda  isə  belə  əminlik  hasil  olmuşdur 

ki,  həqiqətə  ciddi  tələbat  sxolastik  mülahizələr  və  metofizik  nəzəriyyələrlə 

deyil, yalnız riyaziyyat ilə təmin oluna bilər.  

Adətən, 1662-ci ilin təbiətşünasların Kral xartiyası ilə təsdiqlənmiş Lon-

don  Kral  cəmiyyətinin  yarandığı  tarixi  elmin  yaranması  tarixi  adlandırırlar. 

1666-cı ildə Parisdə Elmlər Akademiyası təsis olunur. İngiltərə Kral cəmiyyəti 

təbii  biliklərin  eksperimentin  köməyi  ilə  inkişaf  etdirməyə  və  bu  məqsədlə 

bütün  istedadın  insanları  təbiət  kitabını  öyrənməyə  çağırırdı.  XVII  əsr 

təbiətşünası Qalileyin belə bir tezisini özü üçün tədqiqat məqsədi seçmişdir ki, 

«təbiət kitabı» riyaziyyatın dili ilə yazılmışdır.  

Yeni  dövrün  ən  böyük  nailiyyəti  təbiətin  öyrənilməsi  metodu  olmaq 

etibarilə  eksperimentin  riyazi  metodla  birləşməsi  ilə  səciyyələnən  elmi 

təfəkkür üslubunun qərarlaşması və nəzəri təbiətşünas formalaşması olmuşdur. 

Qaliley  də,  Dekart  da  əmin  idilər  ki,  hissi  fenomenlərin  arxasında  riyazi  qa-

nunlar yerləşir. Həlledici eksperimentə maraq sanki «orta əsrlər fikrinin don-

muş rasionallığına verilən əvəz idi». Belə bir faktı xatırlatmaq yerinə düşərdi 

ki, Qalileyin ətalət prinsipi ideal eksperiment əsasında formulə edilmişdi. Bu 

dövrdən etibarən nəzəri ideallaşdırmalar, nəzəri quraşdırmalar təbiətşunaslığın 

daimi vasitələrinə çevrilirdi.  



 

119


Yeni dövrdə elmin yaranması əlamətləri sırasına insanların həyat şəraiti-

nin  yaxşılaşmasını  və  asudə  vaxtın  artmasını,  unisersitetlər  şəbəkəsinin  ge-

nişlənməsini, kitab çapını, teleskopun ixtira olunmasını, Konstantinopolun iş-

ğalını,  Kopernikin,  Kolumbun,  Vaska  da  Qamanın,  Magellanın  meydana 

gəlməsini və s. hadisələri də əlavə etmək olar. Ümumiyyətlə, bu dahi dövrün 

səlnaməsi çox maraqlıdır. Yeni Avropa elminin başında F.Bekonun, Harveyin, 

İ.Keplerin,  Q.Qalileyin,  R.Dekartın,  Paskalın,  Hüygensin,  P.Hükun,  Boylun, 

İ.Nyutonun, C.Lokkun, B.Spinozanın, Leybnitsin və b. adları durur. A.Uayt-

xed  Yeni  dövrdə  texnologiyanın  sürətli  inkişafını  belə  xarakterizə  edir: 

«Müasir elm Avropada doğulmuş, lakin onun evi-bütün dünyadır».   



Beşinci  versiya.  Bir  sıra  tədqiqatçılar  elmin  yaranması  tarixini  irəli 

çəkərək onun XIX əsrin birinci rübündə meydana gəldiyini hökm edirlər. Bu 

halda  birincilik  Almaniyaya,  onun  universitetlərinə  verilir.  Berlin  universite-

tində  aparılan  islahatlardan  sonra  məşhur  alman  təbiətşünası  V.Humboltdın 

təhsilin  inkişafı  üçün  təklif  etdiyi  yeni  ideyalar  məşhur  kimyaçı  Y.Libixin 

labotoriyasında sınaqdan çıxarılır. Elmə  Humboltdun yanaşmasındakı yenilik 

bundan ibarət idi ki, bu halda elmə xüsusi peşə kimi baxılırdı. Buna görə də, 

müasir elmin doğulması universitetlərdə tələbələrin cəlb olunduğu universitet 

tədqiqat  laboratoriyalarının  və  mühüm  tətbiqi  əhəmiyyət  kəsb  edən  tədqiqat-

ların həyata keçirilməsi ilə əlaqələndirilir [9, 44-47]. Təhsilin yeni modeli ba-

zar iqtisadiyyatına da ciddi təsir göstərir belə ki, yeni model istehsal və işlən-

məsi elmi biliklərin istehsala tətbiqini tələb edən malların meydana gəlməsinə 

səbəb oldu. Doğrudan da, XIX əsrin ortalarından etibarən dünya bazarlarında 

gübrələr,  zəhərli  maddələr,  partlayıcı  maddələr  elektrotexniki  mallar  görün-

məyə başladı. Elmin müstəqil peşə sahəsinə çevrilməsi onun müasir elm kimi 

qərarlaşmasını  başa  çatdırırdı.  Bu  vaxtdan  etibarən  alimlərin  elmi-tədqiqat 

fəaliyyəti dərk olunmuş normalarla möhkəmləndirilən sosial-mədəni ənənəyə, 

elm isə riyaziyyatı eksperimentlə birləşdirən metoda çevrildi.     



 

ЯДЯБИЙЙАТ  

1.

 



Аквинский Фома Теология и наука. Предложение // Бор-голи Ю., Ф.Аквинский, М.: 

1975, 426 с. 

2.

 

Гайденко П.П. Эволюция понятия науки.  М.: Наука, 1980, 528. с. 



3.

 

Боэ-Ций  Д.  О  высшем  благе  или  о  жизни  философа // Вопросы  философии, 1994, 



№5, с.10-17. 

4.

 



История Древного Востока М.: Прогресс, 1988, 695 с. 

5.

 



Польские мыслители эпохи Возрождения. М.: Мысль, 1960, 286 с. 

6.

 



Тертуллиан Избранные сочинения М.: ЮНИТИ, 1994, 546 с.  

7.

 



Тураев Б.А. Древний мир М.: 1917, 546 с. 

8.

 



Соколов В.В. Европейская философия ХВ-ХВЫЫ веков. М.: Наука, 1984, 628 с. 

9.

 



Философия и методология науки. М.: Аспект-Пресс, 1994,  В 2-ч ч. ч.1,  423 с. 

10.


 

Чанышев А.Н. Курс лекции по древней философии. М.: Наука, 1981, 396 с. 

11.

 

Уайтхед  А.  Наука  и  современный  мир // Избранные  работы  по  философии.  М.: 



Наука, 1990,  632 с. 

12.


 

Шмелев И.П. Феномен Древнего Египта. Минск: Наука,  1993, 604 с. 

 


 

120


ИСТОРИЧЕСКИЙ ВОЗРАСТ  НАУКИ:  

ФИЛОСОФСКИЙ  ВЗГЛЯД НА СУЩЕСТВУЮЩИЕ ВЕРСИИ 

 

А.А.АЗИЗОВА  

 

АННОТАЦИЯ 

 

Статья посвящена малоисследованной в эпистемологии и науковедении проблеме – ус-



тановлению исторического возраста науки. Вопрос где и когда зародилась древняя и богатая 

наука вызывает особый интерес, что и является темой представленной статьи.  

Анализируя сложившиеся в научных кругах версии об историческом возрасте науки, 

автор с большой вероятностью говорит о том, что наука как система знаний и социальный 

институт зародилась в ХВЫЫ веке на основе деятельности Галилея, Ньютона, Декарта и других 

ученых. 


 

Ключевые слова: мышление, емприческое  знание, динамическая система, циви-

лизация, научное знание. 

 

THE HISTORICAL AGE OF SCIENCE:  

THE PHILOSOPHICAL VIEW OF EXISTING VERSIONS 

 

A.A.AZIZOVA 

 

SUMMARY 

 

This article is dedicated to one of the scantily investigated problems in epistemology and 

science-study, i.e. the historical age of science. The question where and when ancient and rich science 

came into being arouse special interest. Analyzing scientific versions on the historical age of science, 

the author with great probability notes that science as a system of knowledge and social institution 

came into being in the XVII century on the basis of the activity of Galileo, Newton, Decart and a 

number of other scientists of.  

 

Key words: conscious, empiric, knowledge, dynamic system, civilization, scientific 

knowledge 



 

 

 



Yüklə 101,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin