§12.1. Qərb ölkələrində industrial iqtisadi sistemə keçid
Qərbin dünya liderliyinə keçidi industrial iqtisadi sistemin
qərarlaşmasına paralel sürətdə baş vermişdir.
Məlumdur ki, industrializmə qədərki iqtisadi sistemdə (aqrar
iqtisadiyyat) əsas məsələ “sağ qalmağa” yönəldilmiş dəyərlər sisteminin
formalaşdırılması olmuşdur. ndustrializmdə isə fəaliyyətin “xaricə”
istiqamətləndirilməsi həlledici xarakter daşıyır.
Yeni məzmunlu iqtisadi sistemin formalaşmasının və ümumiyyətlə,
mövcudluğunun əsas prioritetləri sırasına aşağıdakıları aid etmək olar:
1.
Ümumcəmiyyət miqyasında yeni təmayüllərin meydana
çıxması: insan həyatı cəmiyyətin ali dəyərinə çevrilir.
Maddi rifahın yüksələn xəttlə yaxşılaşması, iqtisadi sferada
əldə olunan nailiyyətlər sosialtutumlu məsələlərin önə
çıxmasına,
cəmiyyətin
keyfiyyətcə
yeni
inkişaf
mərhələsinə qədəm qoymasına gətirib çıxarmışdı. “ qtisadi
Dünya iqtisadiyyatının tarixi
296
insan” və onun formalaşdırdığı rasionalizm aparıcı
mövqelərə yiyələnmişdir.
2.
Təsərrüfat fəaliyyətinin nisbi müstəqilləşməsi, yaxud
avtonomluğu; industrializm – cəmiyyətdə plüralizmi
inkişaf etdirməklə ictimai həyatın bütün sferalarını, o
cümlədən, iqtisadi fəaliyyəti avtonomlaşdırır. qtisadi
həyatın
siyasi
institutlardan
asılılığı
və
onun
məhdudlaşdırılması praktikasına XIX əsrin sonu XX əsrin
əvvəllərində son qoyulmuşdu. Sırf xronoloji prizmadan
qeyd edilən sferada dövlət nəzarətinin zəifləməsinə hələ
XV əsrdə rast gəlinir. XVIII-XIX əsrlərdə isə iqtisadi
həyatın asılılıqdan (dövlət nəzarəti) qurtarması istəyi Qərb
ölkələrindən əsas prioritetlər sırasına daxil idi.
3.
Praqmatizmin ön plana çıxarılması; Qərb ölkələri
feodalizmin dağılmağa başladığı andan praqmatizm
prinsipini təsərrüfat fəaliyyətində yaranan istənilən
problemin həllində əsas prinsip olaraq tətbiq etməyə
başladılar. Əsas məqsəd – iqtisadi effektivliyi artırmaq idi.
Elm və sənaye arasındakı münasibətlərdə də praqmatizm
həlledici rola malik olmuşdu. Elm → sənaye cütlüyünün
praqmatik müstəvidə birləşməsi bir tərəfdən yeni
məhsulların istehsalına, digər tərəfdən isə istehsalın və
əməyin elmi təşkilinə, yeni metodların tətbiqinə gətirib
çıxramışdı.
4.
Qərb ölkələrində iqtisadi artımın sabitqədəmliliyi:
- Qərb ölkələrində kəskin sıçrayışlar olmamışdı; Məsələn, XIX əsr
ərzində sənayenin orta illik artım tempi 3% təşkil etmişdi.
174
-
qtisadi
artım
bütövlükdə
əhalinin
maddi
rfahının
yaxşılaşdırılmasına təsir göstərirdi. (Yəni, təkcə sahibkarlara deyil).
Ayrı –ayrı ölkələrdə yoxsulluğun səviyyəsi 90%-dən 30-20%-ə
qədər azalmışdı.
175
Orta təbəqə getdikcə daha çoxsaylı olurdu.
qtisadi rifahın yüksəlişi təhsilin inkişafına güclü təsir göstərmişdi
(cədvəl 12.4).
Cə dvə l 12.4
Qə rb ölkə lə rində ə halinin savadlılıq də rə cə si (1850-1900) (%-lə )
174
Ван Дер Веe. История мировой экономики. М.: Наука, 1995.- С.31
175
Розенберг Н., Бридцелл. Л.Э. Как Запад стал богатым . Новосибирск: Экар,
1995.- С.13
Dünya iqtisadiyyatının tarixi
297
Ölkə lə r
1850
1900
1900-1850-ci
ilə nisbə tə n
(+, - )
1.ABŞ (zəncilər nəzərə alınmadan)
2.Şotlandiya
3.Prussiya
4. ngiltərə və Uels
5.Fransa
6.Avstriya (Macarıstanla birlikdə)
7.Belçika
8. taliya
9. spaniya
10. sveç
85-90
80
80
67-70
55-60
55-60
-
20-25
25
90
94
97
88
96
83
77
81
52
44
99
+4.0%
+17.0%
+8.0%
+26.0%
+23.0%
+17.0%
X
+27.0%
+19.0%
+9.0%
Mə nbə : Rondo Cameron. Concise economic History of the World., Oxford, 1993,
p.220.
5.
nnovasiyanın rolu; Qərb ölkələrində iqtisadi inkişafın
amili kimi çıxış edən innovasiyaya əsasən 3 sferanı əhatə
edirdi:
- Ticarətdə innovasiya: Daxili və xarici ticarətin
genişlənməsinə, yeni ərazilərin və yeni resursların mal
dövriyyəsinə daxil edilməsinə, ticarətin infrastrukturunun
inkişafına səbəb olmuşdu. Məlumdur ki, ticarətin
genişlənməsi və inkişafı məntiqi olaraq milli iqtisadiyyatı
formalaşdıran əsas amillərdən biridir. Xarici ticarətin
genişlənməsi sferasında innovasiya özünü dünyada
analoqu
olmayan
məhsulların
yaradılması
və
mənimsənilməsi, dünya bazarının formalaşmasında
mühüm rol oynayan dəniz ticarət yollarının açılmasında
büruzə verirdi.
6.
Ticarətin infrastrukturu, yaxud ticarətə xidmət edən
institutların inkişafı; Ticarətin inkişafı yeni institusional
müxanizmlərin yaranmasını sərtləndirirdi:
- Müqavilələrin və mülkiyyət hüququnun hüquqi mühafizəsi;
Dünya iqtisadiyyatının tarixi
298
- Bankların inkişafı;
- Vergiqoyma sisteminin yaranması;
- qtisadi əməkdaşlığın (nəsillə əlaqədar olmayan) inkişafı;
- şgüzar dairələrin mənafelərinə uyğun əxlaqi və dini davranış
normaları sisteminin formalaşması;
- Texnologiyada innovasiya: Bu aspektdən texnoloji və təşkilati
innovasiyaları fərqləndirmək olar. Texnoloji innovasiyalara fabrik
istehsalında suyun və buxarın gücündən istifadəni, ağacın dəmir və
poladla əvəzlənməsini, rabitə vasitələrindəki innovasiyaları göstərmək
olar.
Təşkilati innovasiyasına isə sənətkarlıq emalatxanalarından fabrik
istehsalına keçidi aid etmək olar.
Əksər tədqiqatçılar Qərb ölkələrində innovasiya ideyasının
meydana gəlməsi səbəbləri, yaxud ideyanın mənbələri kimi aşağıdakıları
qeyd edirlər:
1.
Elmi tədqiqatlar və N OKR;
2.
Təbii resursların kasadlığı;
3.
Formalaşmış iqtisadi tələbatlar;
4.
Rəqabət;
5.
Dövlətlərarası iqtisadi münasibətlərin formalaşmasına tələbat.
XVIII-XIX əsrlər və XX əsrin əvvəllərində ayrı-ayrı ölkələrin
inkişaf xüsusiyyətləri kifayət qədər fərqli məcrada təzahür etmişdir.
§ 12.1.1. Fransa iqtisadiyyatı
Fransada kapitalist münasibətlərinin genezisi XVI əsrdən başlamış
XVIII əsrin sonuna qədər davam etmişdi. 1789-cu il Fransız burjua
inqilabı yeniliyin köhnəlik (feodalizm) üzərində qələbəsini təmin etmişdi.
Elə həmin ildə də insan və vətəndaş hüquqları bəyannaməsi qəbul edildi.
Bəyannamə xüsusi mülkiyyəti toxunulmaz elan etdi.
Fransa hökuməti aqrar məsələ ilə bağlı 3 dekret qəbul etdi.
Qanunvericiliyin əsas nəticəsi ondan ibarət olmuşdur ki, feodal
mülkiyyəti – tam şəkildə aradan qaldırılmasa da - əhəmiyyətli dərəcədə
zəiflədilmiş, kəndlilərin torpaq üzərində xüsusi mülkiyyəti təsbit
edilmişdi. Kiçik kəndli mülkiyyətinin qərarlaşması ilə kəndli təsərrüfatı
iqtisadi həyatda hökmran tipə çevrilmişdi. Digər iqtisadi tədbirlərə
möhtəkirliklə mübarizə (maksimal qiymət səviyyəsinin təsbiti) və antiişçi
qanunun (Le Şepelye qanunu – 1791-ci il) – tətil, etirazlar və hər cür işçi
Dünya iqtisadiyyatının tarixi
299
ittifaqlarının yaradılmasını qadağan edən qanunun qüvvədə saxlanılması
aid idi. 1794-cü il əks-inqilabi çevrilişlə Napoleonun diktaturası (1799-cu
il) yarandı. Napoleon proteksionist siyasət yürütməklə Ticarət Palatları,
Baş Ticarət Şurası, Fabrik və Zavodların şləri Üzrə Şura tipli
ixtisaslaşmış qurumlar vasitəsilə ticarət və sənayenin inkişafını
dəstəkləyirdi. Bu dövrü Fransada sənaye inqilabının başlanğıcı dövrü
kimi səciyyələndirmək olar. Fransız sənayesinin inkişafında Napoleon
tərəfindən həyata keçirilən (1806-cı il) – ngiltərə və onun müttəfiqlərinə
qarşı yönəldilmiş materik blokadası mühüm rol oynamışdı.
ngiltərə ilə hər cür ticarətin qadağan edilməsi vasitəsilə Napoleon
təkcə onun zəiflədilməsinə deyil, həmçinin Avropa bazarlarının ələ
keçirilməsinə çalışırdı. Bununla belə, materik blokadası fransız
sənayesinin bütün sahələrinə eyni cür təsir göstərməmişdir: Xammal
bazası olan sahələr (yun, inək və s.) inkişaf etmiş, lakin maşın və
xammalın idxalatının ( ngiltərədən) dayandırılması sənayenin digər
sahələrinə əks-təsir göstərmişdi. Qiymətin yüksəkliyi ucbatından fransız
mallarının yeni bazarlara çıxışı gözlənilən effekti verməmişdi.
Napoleon dövründə ölkənin ticarət dövriyyəsi elə bir əhəmiyyətli
artıma nail ola bilməmişdi (10-20%). Materik blokadasının arzuedilən
nəticələri verməməsi Napoleonu
yeridilən siyasətdə müvafiq
dəyişikliklər etmək zərurəti qarşısında qoydu: Daha çox zəruri olan
ingilis malları və müstəmləkələrdən alınan xammalın idxalatı sferasında
xüsusi lisenziya sistemi tətbiq olundu. 1800-cü ildə Napoleonun birbaşa
dəstəyi ilə fransız bankı yaradıldı. XIX əsrin əvvəllərindən etibarən
bankların dövlət istiqrazları ilə apardıqları əməliyyatlar sürətlə inkişaf
etməkdə idi.
Digər tərəfdən, Fransanın iqtisadiyyatına Napoleonun apardığı
müharibələr də əhəmiyyətli təsir göstərirdi. Məğlub olmuş ölkələr bir
tərəfdən fransız mallarının satış bazarına çevrilir, digər tərəfdən isə
fransız iqtisadiyyatının ucuz xammal əlavəsi kimi fəaliyyət göstərirdi.
Müharibələrdə məğlub olmuş ölkələrin sərvətinin talan edilməsi ilkin
kapital yığımının mühüm mənbələrindən olmuşdur. Eyni zamanda,
Napoleonun apardığı müharibələr bütün Avropada feodalizm qalıqlarının
aradan qaldırılmasında və kapitalist münasibətlərinin qərarlaşmasında
müəyyən rol oynamışdı.
XIX əsrin birinci onilliyində başlanan sənaye inqilabı 1860-cı
illərdə iri maşınlı fabrikə keçidlə başa çatdı. ngiltərədən fərqli olaraq
fransız sənayeləşməsi bütünlüklə idxal olunan ingilis maşınları əsasında
Dünya iqtisadiyyatının tarixi
300
həyata keçirilirdi. XIX əsrin ortalarına qədər sənaye inqilabı əsasən
yüngül sənayeni əhatə edirdi.
Ağır sənayedə inkişaf XIX əsrin 50-60-cı illərindən başlanır. Daş
kömür hasilatı, dəmir filizi istehsalının həcmi sabit templərlə artmağa
başlamışdı. 1870-ci ildən etibarən ağır sənaye inkişaf templərinə görə
yüngül sənayeni geridə buraxmışdı. Belə ki, həmin ildə daş kömür
hasilatı 13 mln.tona, çuqun istehsalı – 1.2 mln.tona çatmışdı. XIX əsrin
50-60-cı illərində buxar maşınlarının sayı 4 dəfə artmışdı. Bu dövrdə
Fransa artıq özünün inkişaf etmiş maşınqayırma sənayesinə malik idi.
Məhz XIX əsrin 50-60-ci illərində ilk dəfə olaraq fransız hökuməti
müəssisələrin texniki təchizatına dəstək verməyə başlamışdı: dağ-mədən
və toxuculuq sənayesinə ayrı-ayrılıqda 55 mln. frank, metallurgiyaya isə
9 mln. frank vəsait ayrılmışdı. XIX əsrin ortalarında sənayenin inkişaf
səviyyəsinə görə Fransa- ngiltərədən sonra – ikinci yeri tuturdu. Bununla
belə, qeyd etmək lazımdır ki, ngiltərədən fərqli olaraq Fransada sənaye
inqilabı daha ləng sürətlə həyata keçirilirdi ki, bu da müəssisələrin say
çoxluğunun saxlanılması və ümumiyyətlə, istehsal, eləcə də kapitalın
aşağı səviyyəli təmərgüzləşməsi ilə izah oluna bilər. Fransız sənayesində
qadın və uşaq əməyindən geniş sürətdə istifadə olunurdu: XIX əsrin 40-cı
illərində pambıq-parça sənayesində çalışanların 52%-i qadınlar və
uşaqlar olmuşlar.
Cədvəl 12.5
Fransanın iqtisadi inkiş af dinamikası (1800-1870)
Göstə ricilə r
1800
1830
1850
1870
1870 ⁄1800 -ə
nisbə tə n
%-lə
1. Əhali, mln.n
2.Şəhər əhalisinin xüsusi
çəkisi (%)
3.Kömür istehsalı, mln. t.
4.Çuqun istehsalı mln.t.
5. Polad istehsalı, min.t.
6.Pambıq istehsalı, min
kip.(¹)
7.Dəmiryolunun uzunluğu,
km
8. xracat, mln.fr.
9. dxalat, mln. fr.
27.3
20
-
-
-
-
-
-
-
32.4
-
1.9
0.2
-
282
38
453
4898
35.6
25
4.4
0.4
1.01
593
3130
1068
791
36.9
31
13.2
1.2
0.08
593
18000
2802
2867
+35.2%
+11%
+6.9(²) dəfə
+6.0(²) dəfə
X
+2.1(²) dəfə
473.6 (²) dəfə
+6.1(²) dəfə
+58.5 % (²)
Dünya iqtisadiyyatının tarixi
301
Qeyd: (1) 1 kip=227 kq; (2) 1830-cu illə müqayisədə.
XIX əsrin 70-ci illərində kapital ixracının artımı və daxili bazar
tutumunun azalması sənayenin inkişaf tempini hissediləcək dərəcədə
aşağı salmışdı. Kapital ixracatının artımı – daxili bazarın tutumca
zəifliyinə görə yerli sənayeyə kapital qoyuluşunun effektiv olmamasına
əsaslanırdı ki, bu da yekun etibarilə sənayenin inkişaf tempinə mənfi təsir
göstərirdi.
Daxili bazarın tutumunun aşağı səviyyədə olması isə daha çox kənd
təsərrüfatının inkişaf xüsusiyyətləri ilə determinə olunurdu.
XIX əsrin ortalarında Fransanın kənd təsərrüfatında kiçik kəndli
təsərrüfatı aparıcı mövqedə olmuşdur. Kiçik kəndli təsərrüfatı - əsasən
daxilə yönəlik, yəni təsərrüfatdaxili tələbatların ödənilməsi istiqamətində
fəaliyyət göstərirdi. Demək olar ki, natural təsərrüfat tipi özünün bütün
təfərruatı ilə qalmaqda davam edirdi. Yalnız XIX əsrin 60-cı illərindən
etibarən istehsal və kapitalın təmərgüzləşməsi prosesi güclənməyə
başladı ki, bu da azsaylı iri fermer təsərrüfatlarının yaranmasına və ön
plana çıxmasına şərait yaratdı. Bununla belə, kapitalist münasibətlərin
inkişaf prosesində icarənin yarımfeodal forması saxlanmaqda idi.
Eyni zamanda, kəndlilərin böyük əksəriyyəti müflisləşərək müzdlu
işçilərə çevrilirdilər.
Torpaq sahibi olan kəndlilər isə böyük ipoteka borcu altında
fəaliyyət göstərirdilər.
Bütün bunlar onunla nəticələndi ki, erkən dövrlərdə kənd təsərrüfatı
sferasında kapitalist münasibətlərinin formalaşmasına dəstək verən kiçik
kəndli təsərrüfatları tezliklə onun əksinə çevrildi. Belə ki, natural
təsərrüfatçılğın üstün mövqelərdə olması sənaye mallarının satış
bazarının tutumuna mənfi təsir göstərirdi. ri fermer təsərrüfatlarının –
digər Avropa ölkələri ilə müqayisədə xüsusi çəkisi əhəmiyyətli dərəcədə
aşağı olmuşdur.
Fransa sənayesinin inkişaf tempinə görə ngiltərədən əhəmiyyətli
dərəcədə geri qalsa da, ssuda kapitalının dövriyyəsinə görə ön yerlərdən
birini tuturdu. Ümumiyyətlə, ilkin dövrlərdə fransız kapitalizmi daha çox
sələmçi xarakter daşıyırdı.
Dünya iqtisadiyyatının tarixi
302
XIX əsrin 40-60-cı illərində iri ixtisaslaşmış banklar yaranır. 1848-
ci ildə dövlətin dəstəyi ilə kapitalının 2/3 xəzinəyə və bələdiyyələrə
mənsub olan 67 milli uçot idarələri yaranmışdır. 1855-ci ildə isə bunlar
bir bankda birləşmiş, dövlət və bələdiyyələrə mənsub olan səhmlər özəl
sektora verilmişdir. Bu bank, əsasən daxili və xarici ticarəti
maliyyələşdirirdi. Eyni zamanda, 1852-ci ildə bir çox ipoteka banklarının
birləşməsi nəticəsində torpaq bankı yaradıldı ki, bu da ipoteka
kreditlərinin mərkəzi kimi çıxış edirdi. Paralel olaraq, Fransanın
müstəmləkələrində də (Əlcəzair, Qvineya və s.) banklar meydana
çıxmağa başladı. Paris birjası beynəlxalq səviyyəyə yüksəlmiş, kapital
ixracının həcmi (1869-cu ildə) 10 mlrd. frankdan çox olmşdu (müqayisə
üçün – ngiltərədə analoji göstərici 1872-ci ildə 15 mlrd. frank təşkil
etmişdi).
Xarici ticarət əməliyyatlarına görə də Fransa ngiltərədən sonra
ikinci yeri tuturdu. xracatın əsasını ənənəvi mallar təşkil edirdi.
dxalatda isə sənaye xammalı, maşın və avadanlıqlar üstünlük təşkil
edirdi.
1860-cı ilə qədər Fransa Napoleonun yeritdiyi proteksionist siyasəti
həyata keçirirdi. Həmin dövrdə gömrük tarifləri bir neçə dəfə
yüksəlmişdi. Eyni zamanda, aqrar proteksionizm tətbiq olunurdu. Yalnız
XIX əsrin ortalarından başlayaraq azad ticarət siyasətinin tətbiqi
istiqamətində müəyyən irəliləyişlər müşahidə olunurdu. Belə ki, sənaye
xammalının bəzi növləri üzrə tarif dərəcələri aşağı salınır, taxıl idxalı
sərbəstləşdirilirdi və s. Lakin 1871-ci ildə bir sıra iqtisadi səbəblər
üzündən Fransa yenidən ptoteksionizm siyasətinə qayıtmışdır.
XIX əsrin 50-60-cı illərində Hind-Çin yarımadası Əlcəzair və Çin
Fransanın müstəmləkələrinə çevrildi.
1870-1913-cü illər ərzində Fransanın aparıcı ölkələr sırasına
keçməsi müşahidə olunur (cədvəl 12.6).
Dünya iqtisadiyyatının tarixi
303
Cə dvə l 12.6
Fransanın iqtisadi inkiş af dinamikası (1870-1913 illə r)
Göstə ricilə r
1870
1890
1900
1913
1913 ⁄1870 -ə
nisbə tə n %-lə
1. Əhali, mln. nəfər
2.Dünya sənayesində xüsusi
çəkisi, (%)
3. Sənaye istehsalı indeksi
(1913=100)
4. Kömür istehsalı, mln. t.
5.Çuqun istehsalı, mln.t.
6.Pambıq istehsalı, min kip.
7. Taxıl əkin sahəsi, min ha.
8. Taxıl yığımı, mln.kip.
9. xracat, mln.fr.
10. dxalat, mln. fr.
11. Kapital ixracı, mlrd. fr.
36.9
10
33
13.2
1.2
593
6348
74.2
2802
2867
10.0
38.4
8
51
26.1
2.0
1251
7062
89.7
3753
4437
20
38.9
7
66
34.4
2.7
1589
6864
88.6
4109
4698
30
39.8
6
100
40.8
5.2
2713
6542
91.0
6880
8421
42.5
+ 7.8%
- 4.0%
X
+ 3.1 dəfə
+4.3 dəfə
+4.6 dəfə
+3.0%
+22.6%
+2.4 dəfə
+2.9 dəfə
+4.2 dəfə
Dostları ilə paylaş: |