AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet


§12.1.4. Almaniyanın  iqtisadiyyatı



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə26/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   ...   22   23   24   25   26   27   28   29   ...   46
§12.1.4. Almaniyanın  iqtisadiyyatı 

 

XVI  əsrdən  XVIII  əsrin  sonlarına  qədər  Almaniya  Avropanın  ən 

geridə qalmış ölkəsi olmuşdur. 

1760-cı  illərdən  başlayaraq,  dağınıq  halda  olsa  da,  manufakturalar 

meydana  çıxmış,  lakin  ölkənin  şərqi,  o  cümlədən  bütövlükdə  kənd 

təsərrüfatı feodal münasibətləri çərçivəsində qalmaqda idi. 

XIX əsrin əvvələrindən etibarən Almaniyada iqtisadi durğunluq öz 

yerini  tərəqqiyə  verməyə  başladı.  Pozitiv  proseslərin  yaranmasında 

Fransa inqilabı əhəmiyyətli rol oynamışdı. Alman ərazilərini ələ keçirən 

fransızlar  (Napoleonun  apardığı  müharibələrdə),  ilk  növbədə,  feodal 

imtiyazlarını 

ləğv 


edir, 

kəndliləri 

müxtəlif 

növlü 


feodal 

mükəlləfiyyətlərindən  azad  edirdilər.  XIX  əsrin  birinci  yarısında 

təhkimçilik  hüququ  aradan  qaldırıldı.  O  cümlədən,  aqrar  islahatlar 

çərçivəsində  “irsi  asılılıq”  ləğv  edildi  (1807-ci  il).  XIX  əsrin  20-ci 

illərində  “kontinental  blokada”  alman  bazarlarından  ucuz  ingilis 

mallarının  çıxarılmasına  şərait  yaratmaqla  ölkənin  metallurgiya  və 

toxuculuq  sənayesinin  inkişafına  müsbət  təsir  göstərdi.  Fransa  ilə 

müharibə başa çatdlqdan sonra indiyə qədər mövcud olmuş 360 dövlətin 

yerinə Alman  ttifaqı (34 monarxiya və 4 azad şəhərdən ibarət olmaqla) 

yaradıldı. 

Vyana  konfransı  tərəfindən  təsis  edilən  Alman  ttifaqı  ölkədaxili 

ticarətin  inkişafına  güclü  təkan  verdi.  Almaniyada  ilk  fabriklər 

yaranmağa başladı. Bununla belə, XIX əsrin ortalarına qədər Almaniyada 

iqtisadi dirçəliş o qədər də əhəmiyyətli olmamışdı. Əsasən sənətkarlıq və 

kiçik  əmtəə  istehsalı  xarakterik  idi.  1834-cü  ildə  18  alman  dövlətinin 

gömrük  ittifaqı  yaratması  gələcək  inkişafın  institusional  təminatına 

çevrildi.  Bazar tutumunun böyüməsi, ticarət  əlaqələrinin inkişafı sənaye 

inqilabına  təkan  verdi.  XIX  əsrin  ortalarına  yaxın  Almaniyada  45  iri 

sənaye  müəssisəsi  açılmışdı.  1840-cı  ildə  1800-cü  ilə  nisbətən  sənaye 

istehsalının  həcmi  2.5  dəfə  artdı.  1830-cu  ildən  başlayaraq  dəmiryolu 

şəbəkəsi yaradıldı. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



312

                                                            

Aqrar  sferada  islahatlara  başlanıldı.  1850,  1853  və  1857-ci  il 

qanunlarına  müvafiq  olaraq  Prussiyada  təhkimçilik  hüququ  birdəfəlik 

ləğv  edildi.  Kəndlilər  tərəfindən  1811-ci  il  qanunu  çərçivəsində  feodal 

mükəlləfiyyətlərinin  satınalınmasında  əldə  edilən  vəsait  ilkin  kapital 

yığımının mühüm mənbələrindən biri kimi çıxış edirdi. XIX əsrin 60-cı 

illərindən  etibarən  Almaniya  aqrar  ölkədən  aqrar-sənaye  ölkəsinə 

çevrilir. 

Çox  qısa  müddət  ərzində  sənayeləşmə  prosesi  vüsət  almış  və 

Almaniya  ngiltərədən sonra ikinci yerə çıxmışdı.  

1870-ci  ildə  Almaniyanın  dünya  sənaye  istehsalında  xüsusi  çəkisi 

13%-ə  çatmış,  1800-cü  illə  müqayisədə  kömür  istehsalı  88  dəfə,  çuqun 

istehsalı 3.5 dəfə artmışdı (cədvəl 12.11). 

Sənayeləşmə  birmənalı  olaraq  yerli  maşınqayırma  sahəsinə 

əsaslanırdı.  Məhz  elə  o  dövrdə  Almaniyada  iri  maşınqayırma 

müəssisələri yaranmağa başladı. 1850-ci illərdə Almaniyanın ixracatı 2,5 

dəfə,  idxalatı  isə  2  dəfə  artmışdır.  1850-1870-ci  illər  ərzində  kapital 

qoyuluşu  10  dəfə  artaraq  400  mln.  markadan  4  mlrd.markaya  çatmışdı. 

Eyni  zamanda,  xarici  ticarətin  strukturunda  da  əhəmiyyətli  dəyişikliklər 

baş vermişdi. Belə ki, 1864-cü ildə ixracatın 52%-i, idxalatın isə 9,2%-i 

sənaye məhsullarının payına düşürdü. Almaniya əsasən xammal və ərzaq 

məhsulları  idxal  edirdi  (61.0%).  Bu  da  sənaye  ölkəsinə  xas  strukturun 

qərarlaşdığından xəbər verir. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Dünya iqtisadiyyatının tarixi 

 

 



313

                                                            



Cədvəl 12.11 

Almaniyanın iqtisadi inkişaf dinamikası (1800-1870) 

 

Göstəricilə

1800 

1830 

1850 

1870 

1870⁄1800-

cü ilə 

nisbətən  

%-lə 

1. Əhali , mln.n 

2.Dünya 

sənayesində 

xüsusi 

çəkisi, (%) 



3.Sənaye 

istehsalı 

indeksi 

(1860=100) 

4. Kömür istehsalı, mln. t. 

5.Çuqun istehsalı, mln.t. 

6. Polad istehsalı, mln.t 

7.Pambıq istehlakı, min t. 

8.Dəmiryolunun uzunluğu, km 

9.  xracat, mln.m. 

10.  dxalat, mln. m. 



 

 



0.3 

0.4 




 



 



23 

 





 



35.3 


15 

 

78 



 

5.2 


0.2 

0.006 


17.8 

6044 


 

519 


545 

40.8 


13 

 

116 



 

26.4 


1.4 

0.2 


80.9 

3575 


 



 



 

+88.0 dəfə 



+3.5 dəfə 



 



 

1870-1913-cü illər Almaniyanın iqtisadi inkişaf tarixində xüsusi yer 



tutur  (cədvəl  12.12).  Məhz  bu  dövrdə  Almaniya  sənaye  istehsalında 

ngiltərəni qabaqlayaraq ABŞ-dan sonra ikinci yerə çıxmışdı. 



Cədvəl 12.12 

Almaniyanın iqtisadi inkişaf dinamikası (1870-1913) 

 

Göstəricilə

1870 

1890 

1900 

1913 

1913 ⁄1870-ə 

nisbətən  %-

lə 

1. Əhali, mln.n 

2.Dünya  sənayesində  xüsusi 

çəkisi, (%) 

3.  Sənaye  istehsalı  indeksi 

(1913=100) 

4. Kömür istehsalı, mln. t. 

5.Çuqun istehsalı, mln.t. 

6. Polad istehsalı, mln.t 

7. Pambıq istehlakı, min t. 

8.  xracat, mln. marka 

9.  dxalat, mln. marka 

40.8 

13 


 

17.5 


 

34.0 


 

1.4 


 

0.2 


 

80.9 


 

49.2 



14 

 

40.3 



 

89.3 


 

4.7 


 

2.2 


 

233 


 

3327 


56 

16 


 

64.7 


 

149.8 


 

8.5 


 

6.6 


 

307.5 


 

4611 


67 

16 


 

100 


 

277.3 


 

19.3 


 

18.4 


 

486.2 


 

10097 


+1.6 dəfə 

+3.0% 


 

 



+8.1 dəfə 

 

+13.8 dəfə 



 

+92.0 dəfə 

 

+6.0 dəfə 



 

3.0 dəfə(¹) 



Dünya iqtisadiyyatının tarixi 

 

 



314

                                                            

4146 


5766 

10770 


+2.6 dəfə(¹) 

Qeyd : 1) 1890-cı illə müqayisədə

 

§12.2. Yaponiyanın iqtisadiyyatı 

 

XIX  əsrin  70-ci  illərində  yapon  hökumətinin  həyata  keçirdiyi  bir 

sıra  islahatlar,  o  cümlədən,  feodal  imtiyazlarının  ləğvi  və  aqrar  sferada 

yeni mülkədarların (samuraylardan başqa) meydana çıxması kapitalizmin 

qərarlaşması prosesində müsbət rol oynamışdı.  

Yaponiyada sənaye çevrilişi prosesi inhisarçı birliklərin yaradılması 

ilə  paralel  şəkildə  getmişdi.  lkin  inhisarçı  birliklər  artıq  1880-ci  ildə 

meydana  çıxmağa  başlamışdı.  Dövlət  tərəfindən  iri  sənaye 

müəssisələrinin 

özəl 


sektora 

verilməsi 

sənaye 

kapitalının 



təmərgüzləşməsi prosesini sürətləndirmişdi. 

1872-73-cü  illərdə  həyata  keçirilən  aqrar  islahatlar  kapitalizmin 

Prussiya yolu ilə qərarlaşmasına gətirib çıxardı (aqrar sferada). 

Ölkə  daxili  bazarı  tutumca  çox  kiçik  idi.  Xarici  ticarətdə  kənd 

təsərrüfatı  məhsullarının  ixracatı  üstünlük  təşkil  edirdi:  xracatın  50%-i 

ipək xammalı, 25%-i çay idi. 

dxalatda  əsasən  hazır  sənaye  məmulatları,  metal  və  maşınlar 

üstünlük  təşkil  edirdi.  Bir  sözlə,  yerli  sənayenin  geriliyi  və  birtərəfliliyi 

yapon iqtisadiyyatını xarici bazarlardan asılı vəziyyətə salmışdı. 

Cədvəl 12.13 

Yaponiyanın iqtisadi inkişaf dinamikası 

 

Göstəricilə

1870 

1890 

1900 

1913 

1913⁄1870-ə 

nisbətən %-lə 

1. Əhali, mln.n 

2. Kömür istehsalı, mln. t. 

 3. Çuqun istehsalı, mln.t. 

4. Polad istehsalı, mln.t 

5. Mis istehsalı, min.t. 

6.  Pambıq  parça  dəzgahları, 

min ədəd. 

7.  Xam  ipək  istehsalı,  mln. 

iyen. 


8.  xracat, mln. iyen 

9.  dxalat, mln. iyen 

33.1 



 



 



 



 

 



14.5 

33.7 


40.5 

2.6 


 

 



 

5.8 



16 

 



 

28.4 


33.0 

44.8 


7.5 

 

0.02 



 

0.001 


 

24.3 


1135 

 

59.9 



 

204.4 


287.3 

53.4 


21.3 

 

0.24 



 

0.25 


 

66.5 


24.4 

 

199.5 



 

632.5 


729.4 

+61.3% 


+8.2 dəfə (¹) 

 



 

 



+11.5 dəfə (¹) 

+150.9 dəfə (¹) 

 



 



+43.6 dəfə 

+21.6 dəfə 



Dünya iqtisadiyyatının tarixi 

 

 



315

                                                            



Qeyd: 1) 1890-cı illə müqayisədə 

 

§12.3. Hindistanın iqtisadiyyatı 

 

Hindistanda bazar münasibətlərinin qərarlaşması prosesi bütünlüklə 

müstəmləkə səciyyəsi daşıyırdı. 

XVII-XVIII əsrlərdə sənətkarlığın kifayətqədər sürətli inkişafına və 

texnoloji  tərəqqisinə  baxmayaraq  manufakturaların  yaranması  ilə 

nəticələnmədi.  Ən  geniş  yayılmış  təşkilati  struktur  sadə  əmək 

kooperasiyası idi. 

cma münasibətlərinin, ələlxüsus aqrar sferada, dayanıqlılığı feodal 

rejiminin  əsas  bazası  kimi  çıxış  edirdi.  Məhz  icmaçılıq  əmtəə 

təsərrüfatının  yaranmasına,  sənətkarlığın  şəhərlərdə  təmərgüzləşməsinə, 

manufaktura sisteminin formalaşmasına əngəl törədirdi. 

Xarici  ticarət  (son  orta  əsrlərdə)  sürətlə  inkişaf  edirdi.  Lakin 

Avropadan  fərqli  olaraq  Hindistanda  merkantilizm  siyasəti  yeridilmirdi 

ki,  bu  da  bazar  münasibətlərinin  genezisində  ifrat  ləngliyə  gətirib 

çıxarırdı. 

Milli bazarın təşəkkülü, kapital yiğimi və onun sənayeyə qoyuluşu 

prosesinə  siyasi  pərakəndəlik  və  dağınıqlıq  da  əhəmiyyətli  təsir 

göstərirdi.  1763-cü  il  Paris  sülh  müqaviləsindən  sonra  Fransanın  geri 

çəkilməsi  Hindistanın  bütövlükdə  ingilis  müstəmləkəsinə  çevrilməsi  ilə 

yekunlaşdı.  Müstəmləkə  əsarəti  Hindistanın  metropoliyanın  xammal 

əlavəsinə çevrilməsində müstəsna rol oynamışdı. 

Hindistanda sənaye inqilabı XIX əsrin ortalarında başladı.  lk fabrik 

ingilislər tərəfindən 1815-ci ildə inşa edilmişdir. 

Dayanıqlı fəaliyyət göstərən müəssisələr şəbəkəsi isə yalnız 1851-ci 

ildən meydana çıxmağa başlamışdı. 1879-cu ildə artıq 56 fabrik fəaliyyət 

göstərirdi. 

Sənaye inqilabı ağır sənaye sahələrində də canlanma yaratdı. 1869-

cu ildə kömür hasilatı 467 min ton təşkil etmişdir. 

Ümumiyyətlə,  1870-ci  ilə  qədər  sənaye  inqilabı  özünün  birinci 

mərhələsinin  çərçivəsindən  kənara  çıxmamış,  yalnız  istehsalın  bəzi 

sahələrini, ələlxüsus toxuculuq sənayesini ehtiva edirdi. 

Məcmu  proseslərin  mahiyyət  yekunlaşdırılmasından  çıxış  etməklə 

Hindistanda  bazar  münasibətlərinin  formalaşması  xüsusiyyətlərini 

aşağıdakı kimi sıralaya bilərik: 

1.

  Feodal münasibətlərinin ifrat dayanıqlılığı; 



Dünya iqtisadiyyatının tarixi 

 

 



316

                                                            

2.

  ri  kapitalın  və  işçi  qüvvəsinin  kifayət  həcmdə  ehtiyatlarının 



olmasına  baxmayaraq,  manufakturlar  sistemi  geniş  şəkildə 

yayılmamışdır. 

3.

  Sənaye inqilabı böyük yubanmalarla başlamışdı; 



4.

  Hind şəhərləri öz missiyalarını (Avropada olduğu kimi) yerinə 

yetirə bilmirdi. 

5.

  Ticarət-sələmçi kapital feodallara “xidmət” edir, ya da tədavül 



sferasından kənara çıxmırdı; 

6.

  Kasta  sistemi,  quldarlığın  qalıqları,  kəndlilərin  ağır  formada 



torpaq 

paylarından 

asılılığı 

bazar 


münasibətlərinin 

qərarlaşmasını əngəlləyirdi; 

7.

  Merkantilizm və kapital yiğiminin xarici mənbələri (Avropadan 



fərqli olaraq) Hindistan iqtisadiyyatında heç bir rol oynamırdı; 

8.

  Müstəmləkə  əsarətinin  mövcudluğu  yeni  münasibətlərin 



yaranmasına imkan vermirdi. 

Beləliklə,  Hindistanda  bazarın  genezisi  müstəmləkə  xarakteri 

daşıyırdı.  Sənaye  inqilabı  gec  başlamış  və  bir  qayda  olaraq,  əcnəbi 

kapitala  istinadla  həyata  keçirilmişdir  ki,  bu  da  ölkənin  metropoliyanın 

aqrar-xammal əlavəsinə çevrilməsində mühüm rol oynamışdı. 

Sənayenin  inkişafı  ləng  getməklə  yanaşı,  birtərəfli  –  monostruktur 

səciyyəsi daşımışdı. 

Əsasən yerli xammalı emal edən sənaye sahələri inkişaf edirdi. Bir 

sözlə,  Hindistan  sənaye  inqilabının  “titul  vərəqində”n  kənara  çıxa 

bilməmişdi. 

 

 

§12.4.  Azərbaycan iqtisadiyyatı: XIX əsri sonu -XX əsrin əvvəlləri 



 

1801-1828-ci  illər  Şimali  Azərbaycanın  Rusiya  tərəfindən  işğalı 

iqtisadiyyatın inkişaf xüsusiyyətlərinə özünəməxsus çalarlar vermişdir. 

Türkmənçay  müqaviləsindən  (1828)  sonra  sosial-iqtisadi  həyatda 

müəyyən irəliləyişlər müşahidə edilməyə başlamışdır. Əhalinin sayı 20 il 

ərzində (1832-1850) 300 min nəfər artaraq 1 mln. nəfərə çatmış (əsasən 

erməni  və  rusların  Azərbaycana  köçürülməsi  hesabına)  şəhərlərin 

sabitqədəmli inkişafı başlamışdı. 

1840-cı  illər  ərzində  imperiyanın  pul  islahatları  nəticəsində  rus 

gümüş  manatı  əsas  valyuta  kimi  iqtisadi  dövriyyəyə  daxil  edilmişdi. 

Vahid pul, ölçü və çəki sisteminə keçid, qarşılıqlı iqtisadi əlaqələrdə hələ 

də qalmaqda olan feodal qaydalarının (məsələn, daxili gömrük rüsumları) 



Dünya iqtisadiyyatının tarixi 

 

 



317

                                                            

ləğv  edilməsi  iqtisadi  proseslərin  intensivləşməsində  mühüm  rol 

oynamışdır. 

Ölkənin kənd təsərrüfatında müəyyən irəliləyişlər baş verirdi. 1845-

ci ildə 23 mln. pud taxıl istehsal edilmiş, mal-qaranın sayı 1843-cü ildəki 

823  min  başdan  1857-ci  ildə  2  mln.  başa  qədər  artmışdır.  pəkçilik  – 

yüksəliş  dövrünə  qədəm  qoymuş,  imperiyanın  toxuculuq  sənayesinin 

xammalla  təchizatını  yaxşılaşdırmaq  məqsədilə  pambıqçılığın  inkişafına 

xüsusi  diqqət  yetirilirdi.  XIX  əsrin  ikinci  yarısında  yeyinti  istehsalı  və 

sənətkarlığın  ənənəvi  sahələri  −  ipəkçilik,  toxuculuq,  xalçaçılıq, 

dulusçuluk inkişaf etməkdə idi. 

Rusiya  imperiyasının  işğalı  altında  olan  Şimali  Azərbaycanda  – 

imperiyanın  digər  müstəmləkələri  ilə  müqayisədə  -  bazar  münasibətləri 

daha  erkən  və  daha  sürətlə  təşəkkül  tapmaqda  idi.  Azərbaycan 

şəhərlərində manufakturanın ilk rüşeymləri hələ XVII əsrin sonu – XVIII 

əsrin  əvvəllərində  meydana  gəlmişdi.  Tarixi  mənbələr  ö  dövrdə  təkcə 

Şamaxıda  500-ə  yaxın  toxucu  dəzgahının  olduğunu,  ipək  parça  toxuyan 

manufakturaların mövcudluğunu təsbit edir. 

1829-cu ildə yaradılan ilk ipək manufakturası (dövlətə məxsus idi) 

1836-cı  ildə  özəlləşdirilmiş  və  “Qafqazda  ipəkçiliyi  və  ticarət 

sənayeçiliyini  yayan  cəmiyyət”in  ixtiyarına  verilmiş,  nəticədə  müəssisə 

fabrikə  çevrilmişdir.  1854-cü  ildə  müəssisədə  fəaliyyət  gösətərən  42 

dəzgahın 30-u buxarla hərəkətə gətirilirdi.

176

 

XIX  əsrin  30-cu  illərindən  etibarən  mədən  neftçıxarma  sənayesi, 



50-ci illərin ortalarında metallurgiya sənayesi yeni – bazar münasibətləri 

sisteminə qədəm qoymuşdu. 

1861-ci  ildə  imperiya  tərəfindən  təhkimçilik  hüququnun  ləğvi  ilə 

Azərbaycan  kəndində  də  yeni  münasibətlərə  keçid  başlanır.  Əlbəttə, 

1870-ci il aqrar islahatı həm yarımçıq idi, həm də müstəmləkəçi xarakter 

daşıyırdı.  

Bununla  belə,  sözügedən  islahat  nəticəsində  kəndlilərin  şəxsi 

azadlığa  çıxması,  torpaq  mülkiyyətçisi  olmaq  hüququnun  verilməsi 

əmtəə-pul  təsərrüfatının  qərarlaşması  yönümündə  əlverişli  mühit 

formalaşdırırdı: 

1.

  Aqrar sferada bazar münasibətlərinin formalaşması; 



2.

  Daxili  bazarın  tutumca  genişlənməsi  və  kənd  təsərrüfatı 

məhsullarının  istehsalı  üzrə  regional  əmək  bölgüsünün 

dərinləşməsi; 

                                                 

176


 N.Süleymanov. Azərbaycanın iqtisadi tarixi. Bakı, 2001.- S. 97 

Dünya iqtisadiyyatının tarixi 

 

 



318

                                                            

3.

  Aqrar  sferada  yeni  alət  və  vasitələrdən,  maşınlardan  istifadə, 



qabaqcıl aqrotexniki üsulların tətbiqi; 

4.

  Texniki bitkilər istehsalının genişlənməsi; 



5.

  Aqrar sferada muzdlu əməyin tətbiqinin genişlənməsi; 

6.

  Torpaq bazarın formalaşması; 



7.

  Sosial təbəqələşmənin dərinləşməsi və s.  

XIX  əsrdə  Cənubi  Qafqazda  istehsal  edilən  taxılın  40%  -ni 

Azərbaycan verirdi. 

XIX  əsrin  sonunda  Azərbaycan  sənayesi,  sözün  həqiqi  mənasında 

bazar münasibətləri sisteminə qədəm qoymuşdu. 

XX  əsrin  əvvəllərində  kapitalın  təmərgüzləşməsi  dərəcəsinə  və 

inhisarların  inkişaf  səviyyəsinə  görə  Bakı  neft  sənayesi  Rusiyanın 

iqtisadiyyatında xüsusi yer tuturdu. 

I Dünya müharibəsi ərəfəsində “Nobel qardaşları” şirkəti, “Şell” və     

“Oyl-korporeyşn” kimi ən iri beynəlxalq neft trestləri meydana gəlmişdi. 

Bakı  imperiyanın  ən  mühüm  sənaye  və  ticarət  mərkəzlərindən  biri  idi. 

XX  əsrin  başlanğıcında  dünyada  hasil  edilən  neftin  51%,  Rusiyada  isə 

95%-i Bakının payına düşürdü. 



Cədvəl 12. 

Ş

imali Azərbaycanda neft hasilatının dinamikası 



 

llə

 

 

Göstərici 

1870 

1875 

1890 

1901 

1901-ci il (%) 

1870-ci  ilə 

nisbətən 

1890-cı  ilə 

nisbətən 

Neft 


hasilatı, 

mln.pud 


1.4 

5.2 


242.9 

489 


+340.2 

dəfə 


+2.0 dəfə 

 

Eyni zamanda, həmin dövrdə dünya ölkələrində fəaliyyət  göstərən 



səhmdar  şirkətlərin,  ticarət  evlərinin,  firmaların  nümayəndəlik  və 

agentlikləri fəaliyyət göstərirdi. 

Misal olaraq, “Arşın mallarının daxili və xarici ticarəti”, “Reddavay 

F  və  K”,  “Qet- ”,  “Savva  Morozovun  oğlanları  K◦”  və  s.  şirkətləri 

göstərmək  olar.  Həmin  dövrdə  Azərbaycanda  230  istehlak  cəmiyyəti 

fəaliyyət göstərirdi.

177

 

                                                 



177

 Musayev M.Ə. XX əsrin əvvəllərində Bakı şəhərinin ticarəti – Bakı, “Azərnəşr”, 

1975.- S. 123. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



319

                                                            

Eyni zamanda, ticarət evlərinin sayı durmadan artırdı. Belə ki, əgər 

1899-cu  ildə  Bakı  şəhərində  38  ticarət  evi  var  idisə,  1904-cü  ilin 

əvvəllərində  onların  sayı  56-ya,  1910-cu  ilin  axırlarında  98-ə,  1913-cü 

ildə  200-ə,  1914-cü  ildə  253-ə  və  1915-ci  ilin  axırlarında  isə  298-ə 

çatmışdı.

178


 

Ticarət  evlərinin  əsas  kapitalı  da  sürətlə  artmaqda  idi.  Belə  ki, 

1898-ci  ildə  ticarət  evlərinin  əsas  kapitalı  3471min  man.  olduğu  halda, 

1913-cü ildə bu məbləğ 15400 min man. təşkil etmişdi. 1913-cü ildə 200 

ticarət evinin 30-u istehsalla da məşğul olurdu. 

Səhmdar 


şirkətlərin 

sayı 


73-ə 

çatmışdı. 

Bakı 

birjası 


müvəffəqiyyətlə  fəaliyyət  göstərirdi.  1913-cü  ildə  139  birincidərəcəli 

topdan  satış  ticarət  müəssisələrinin  94-ü  və  ya  60.8%-i  ticarət  evləri  və 

səhmdar cəmiyyətlərinə məxsus idi.

179


 Məhz həmin dövrdə birjada fond 

əməliyyatları  da  aparılmağa  başlanmışdı.  1897-ci  ildə  8347  tacir  var 

idisə,  onların  sayı  1913-cü  ildə  19515  nəfərə  çatmışdı.  Tacirlərin  50%-

dən  çoxu  etnik  azərbaycanlı  idi.  1913-cü  ildə  Bakıda  olan  I  dərəcəli 

ticarət  müəssisələrinin  15.6%-i,  III  dərəcəli  müəssisələrin  52%-i  və  IV 

dərəcəli müəssisələrin 69,4%-i azərbaycanlılara məxsus idi. 

Göründüyü  kimi,  XX  əsrin  birinci  yarısında  azərbaycanda  bazar 

münasibətləri  və  bazarın  infrastrukturunun  formalaşması  böyük  sürətlə 

gedirdi. 

Cədvəl 12.15 

Ş

imali Azərbaycanın istehsal dinamikası 



  

llə

 

 

Göstərici 

1900 

1905 

1910 

1913 

1917 

1917-ci il (%) 

1900-

cu 

ilə 

nisbətə



1913-

cü ilə 

nisbət

ə

                                                 

178


 Musayev M.Ə. XX əsrin əvvəllərində Bakı şəhərinin ticarəti – Bakı, “Azərnəşr”, 

1975, səh 141. 

179

 Yenə orada, səh 171. 



Dünya iqtisadiyyatının tarixi 

 

 



320

                                                            

1.Mis filizi hasilatı, 

mln.pud 


2.Kükürd  və  mis 

kolçedanı  istehsalı, 

min pud; 

 

3.Mis istehsalı, min 



pud. 

 

4.Daşduz  istehsalı, 



min pud 

 

5.  Mahlıc  istehsalı, 



mln. pud 

 

6.Xam 



ipək 

istehsalı, mln.man 

 

7.Balıq  ovlanması, 



mln.pud 

 

8.Kürü 



istehsalı, 

min pud 


 

9.Şərab 


istehsalı, 

mln.vedrə 

 

10.Tütündən 



tənbəki 

istehsalı, 

min pud 

 

11.Biyan 



kökü 

emalı, mln.pud 

3.7 

 

 



 

 



 

147.7 


 

 

190 



 

 

0.87 



 

 

2.0 



 

 

0.84(²) 



 

 

53.7(²) 



 

 

1.35 



 

 

10.02 



 

3.5 



 

 

224.2 



 

 

 



82.1 

 

 



604.5 

 

 



0.62 

 

 



 

 



1.8 

 

 



26.8 

 

 



 

 



9.5 

 

 



0.79 

3.2 


 

 

277.3 



 

 

 



95.4 

 

 



386 

 

 



1.7 

 

 



 

 



 

 



14.2 

 

 



2.74 

 

 



14.4 

 

 



1.1 

1.9 


 

 

303.5 



 

 

 



78.9 

 

 



391 

 

 



1.8 

 

 



4.2 

 

 



12.8 

 

 



24.0 

 

 



4.06 

 

 



12.3 

 

 



2.04 

0.2 


 

 

213.6 



 

 

 



118.7 

 

 



344.9 

 

 



0.6 

 

 



27.3(¹) 

 

 



6.6(¹) 

 

 



22.2(¹) 

 

 



2.23(³) 

 

 



12.4(³) 

 

 



1.26(4) 

-18.5 


dəfə 

 

 



 

 



 

-19.7% 


 

 

+1.7 



dəfə 

 

 



-31.1 % 

 

 



+13.6 

dəfə 


 

 

+7.8 



dəfə 

 

 



-58.7% 

 

 



+65.2% 

 

 



+23.7% 

 



 

 

-9.5 



dəfə 

 

 



-30% 

 

 



 

+49.6


 

 



-

11.8% 


 

 



dəfə 


 

 

+6.5d



əfə 

 

 



-48.5 

 



 

-7.5 


 

 



-45.1% 

 

+0.8% 



 

-38.3% 


 Qeyd: 1) 1915-ci il;  2)1901-ci il;   3) 1914-cü il; 4) 1916-cı il. 

 

Cədvəldəki  məlumatlardan  göründüyü  kimi  Şimali  Azərbaycanın 



metallurgiya,  yüngül  və  yeyinti  sənaye  sahələrində  artım  sürəti 

sabitqədəmli  xarakter  daşımamış  (1900-1917),  dəyişən  meyillərlə 

səciyyələnmişdir (Cədvəl 12.15). 

1917-ci  ildə  baş  vermiş  Oktyabr  çevrilişi  Şimali  Azərbaycanda 

formalaşmaqda olan real bazar sisteminin mövcudluğuna son qoydu. 


Dünya iqtisadiyyatının tarixi 

 

 



321

                                                            



VI BÖLMƏ 

 

DÜNYA  QT SAD YYATININ INKIŞAFI DÖVRÜ 

 

Fəsil XIII 

 

Dünya iqtisadiyyatının inkişafı: III mərhələ (1913-1970-ci illər) 

 


Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin