AZƏrbaycan respubl kasi təhs L naz rl y azərbaycan döVLƏt qt sad un vers tet



Yüklə 5,72 Mb.
Pdf görüntüsü
səhifə7/46
tarix26.02.2017
ölçüsü5,72 Mb.
#9662
1   2   3   4   5   6   7   8   9   10   ...   46
§ 4.4. Tarixi dövrlənmənin marksist nəzəriyyəsi 

 

Tarixi dövrlənmənin bitkin marksist baxışı XIX əsrin 50-ci illərində 



K.Marksın  yazdığı  “Siyasi  iqtisadın  tənqidi”  əsərində  yer  almaqdadır. 

“ ctimai – iqdisadi formasiya” termini ilk dəfə olaraq K.Marksın “Siyasi 

iqtisadın  tənqidinə  dair”  (1859)  əsərinin  ön  sözündə  ifadə  olunmuşdur. 

K.Marks  hər  şeydən  əvvəl,  iqtisadi  bazisin  (istehsal  münasibətləri) 

mülkiyyət münasibətlərinin müəyyənləşməsində əsas rol oynadığını qeyd 

etmişdir.  Bazis  –  özünə  adekvat  olan  üstqurumu  (siyasi)  müəyyən  edir. 

Üstqurumun əsas elementi – dövlətdir. 

           

 

 Cədvəl 4.1 

ctimai-iqtisadi formasiyanın strukturu 

Məhsuldar 

qüvvələ

stehsal 

münasibətləri 

Üstqurum 

Formasiyanın 

elementləri 

Əmək cismi; 

Əmək aləti; 

nsan  –  maddi 

nemətlərin 

istehsalçısı 

(işci 

qüvvəsi) 



stehsal 

vasitələri, 

bölgü,  mübadilə  və 

maddi 


nemətlərin 

istehlakı 

üzərində 

mülkiyyətlə 

bağlı 

sosial 


– 

iqtisadi 

münasibətlər 

-  Təşkilat  və  ida-

rələr; 

-  Siyasi  (dövlət, 



partiya); 

- Mədəni – maarif; 

- Dini; 

-  ctimai  şüur  və 

onun formaları; 

-  deoloji,  siyasi, 

hüquqi 

və 


dini 

münasibətlər 

Sinfi struktur; 

nsan  birliklərinin 

tarixi 

formaları 



(nəsil,  tayfa,  xalq, 

millət).  

Məişətin 

tarixi 


formaları. 

Təbiətşünaslıq  və 

texniki biliklər 

 

Beləliklə,  marksist  nəzəriyyə  cəmiyyətin  strukturuna  bir  sistem 



kimi baxmaq imkanı verir. Bu nəzəriyyəyə görə mərhələlər, bir tərəfdən 

istənilən  xalq  üçün  qaçılmazdır,  digər  tərəfdən  hər  bir  cəmiyyət  hər  bir 

mərhələdə uyğun struktura malik olacaqdır. 

  Bununla  yanaşı,  qeyd  etmək  lazımdır  ki,  5  ictimai  –  iqtisadi 

formasiya  sxemi  nə  K.Marks,  nə  də  F.Engels  tərəfindən  irəli 


Dünya iqtisadiyyatının tarixi 

 

 



74

                                                            

sürülməmişdir.  K.Marksın  əsərlərində  tarixin  dövrələnməsi  başqa 

müstəvidə verilmişdir

74

 (şəkil 4.2). 



Şəkildən  görüldüyü  kimi  ,  K.Marks  tarixi  prosesin  dövrlənməsinə 

yanaşmada onun adı ilə təqdim edilən sxemdən fərqli mövqe sərgiləmiş 

və  eyni  zamanda,  heç  bir  əsərində  gəldiyi  qənaətin  ümumdünya 

miqyasında mütləq həqiqət olduğunu göstərməmişdir. 

Bununla  əlaqədar  olaraq  “Asiya  istehsal  üsulu”  ilə  bağlı  aparılan 

diskussiyalar SSR  – nin süqutuna qədər davam etmiş və yekunda “Asiya 

istehsal üsulundan” danışanların (“yaradıcı marksistlər”) məğlubiyyəti ilə 

başa  çatmış,  5  hissəli  formasiya  sxemi  (Stalin  –  Engels)  təsbit 

olunmuşdur. Bununla belə, formasiyaların sayı ilə bağlı fərqli yanaşmalar 

davam  etməkdə  idi.  Yeni  formasiya  sxemləri  meydana  çıxmağa 

başlamışdı. Belə ki, bir qrup tədqiqatçılar

75

 6 formasiyanın (ibtidai icma 



və  quldarlıq  formasiyaları  arasında  “Asiya  istehsal  üsulu”nun  olması), 

digər qrup

76

 isə 4 formasiyanın (quldarlıq və feodalizmin yerinə “böyük 



feodal  formasiyası”),  yaxud  vahid  kapitalizməqədərki  formasiyanın

77



bəziləri 3,8 və hətta 11 formasiyanın olduğunu göstərirdilər. 

 

                                                 



74

 Ю.М.Бородай , В.Ж.Келле , Е.Г.Плимак. Наследие К.Маркса и некоторые мето-

дологические  проблемы  исследования  докапиталистических  обществ  и  генезиса 

капитализма. М.,Мысль , 1972.- С.13 – 169  

75

 Ю.И.Семенов. Философия истории. М., Старый сад , 1999  



76

  Ю.М.Кобищанов.  Теория  большой  феодальной  формации  //  Вопросы  истории. 

1992.- № 4 – 5.- С.57 – 72  

77

  В.П.Илющечкин  Теория  стадийного  развития  общества  (История  и  проблемы) 



М.,Восточная литература, 1996 

Dünya iqtisadiyyatının tarixi 

 

 



75

                                                            

 

Şə

kil 4.2. Tarixi dövrlənmənin “həqiqi” marksist yozumu 



 

Eyni  zamanda,  ictimai-iqtisadi  formasiyalar  sxemi  çərçivəsində 

birxətli  yanaşmanın  çoxxətliliklə 

78

  əvəzlənməsi  cəhdləri  də  olmuşdur. 



Çoxxətliliyin  istinad  nöqtəsi  kimi  Qərb  və  qeyri-qərb  cəmiyyətlərinin 

fərqli inkişaf yoluna malikliyi çıxış edirdi.  

Bir  sıra  tədqiqatçılar 

79

  K.Marksın  tarixi  proses  konsepsiyasına 



söykənməklə  çox  xətlilik  və  mərhələlilik  prinsiplərini  birləşdirməyə 

                                                 

78

 Л.С.Васильев. Генеральное очертание исторического процесса. Философия и 



общество. М., 1997-1998 

79

 Бородай Ю.М., Келле В.Ж., Плимак Е.Г. Наследие К.Маркса и проблемы тео-



рии общественно – экономической формации , М.:Мысль, 1975  

“ lkin” (ibtidai - icma) 

formasiya 

ikinci” (antaqonist-sinifli) formasiya 



“şəxsi” asılılıq mərhələsi 

Asiya istehsal üsulu    antik istehsal üsulu    feodal istehsal 

“Şey” asılılığı mərhələsi 

Kapitalizm formasiyası 

“üçüncü” (kommunizm) formasiya 

Ümumdünya tarixi proses 

Dövrlənmə 


Dünya iqtisadiyyatının tarixi 

 

 



76

                                                            

çalışır,  həmçinin  kapitalizməqədərki  mərhələdə  2-ci  meqaformasiyanı

80

 



inkişafın mümkün modelləri qismində ortalığa qoyurlar. 

1990-cı  ildən  sonrakı  dövrdə  5  formasiyalı  sxemin  tam  inkarı 

yönümündə  bəyanatlar  səslənməyə  başladı.  Marksist  sxemin  ən  qatı 

tərəfdarları  belə  yanaşmanın  yanlış  olduğunu  etiraf  etdilər.  Məsələn, 

.Dyakonov

81

 tarixi inkişafın 8 fazasının olduğu qənaətini ortalığa qoydu: 



ibtidai, ibtidai-icma, ilkin qədim dövr,imperiya qədim dövrü, orta əsrlər, 

mütləq postorta əsrlər, kapitalizm, postkapitalizm. 

Bir  sözlə,  tənqid  hədəfinə  tuş  gələn  təkcə  tarixi  prosesin  marksist 

yozumu  deyil,  bütövlükdə  paradiqmanın  “nüvəsi  –  ictimai  –  iqtisadi 

formasiyalar anlayışı idi. 

Bu  aspektdən  bu  gün  də  birmənali  cavablandırılmayan  suallar  öz 

aktuallığını saxlamaqdadır :  

1)

  Formasiya  nədir:  cəmiyyətin  tipi,  inkişaf  mərhələsi,  yoxsa 



konkret – tarixi epoxa? 

2)

  Onun əsas mahiyyətini nə təşkil edir: dar mənada yalnız iqtisadi 



münasibətlər,  yoxsa  bütövlükdə  ictimai  münasibətlər  sistemi 

(geniş anlamda)? 

3)

  Formasiya – gerçəklikdir, yoxsa nəzəri abstraksiya? 



4)

  Formasiya  çoxukladlı  ola  bilərmi,  yoxsa  yalnız  bir  istehsal 

üsülundan ibarətdir. 

stənilən  halda  marksist  yozumun  əsas  nöqsanı  bütün  ictimai-

iqtisadi  formasiyalara  –  klassik  bütövlük  anlamında  –  eyni  status 

verilməsidir. 

Tarixi  dövrlənmənin  marksist  yozumu  –  ictimai-iqtisadi 

formasiyalar  nəzəriyyəsi  –  əksər  filosoflar  tərəfindən  Qərbi  Avropa 

fenomeni  kimi  qəbul  edilir.  Bu  nəzəriyyə,  artıq  göstərdiyimiz  kimi, 

müasir  şəraitdə  real  gerçəkliklə  bağlı  çoxlu  sayda  problemlərə  adekvat 

cavab  vermə  imkanında  deyildir,  başqa  sözlə  evristik  funksiyası 

“işləmir”.  

K.Marksın  “Alman  ideologiyası”  əsərində  “antik  istehsal  üsulu” 

anlayışı  öz  əksini  tapmışdır.  Bu,  yəni  “antik  istehsal  üsulu”  quldarlıq 

formasiyasınamı  aiddir?  Yaxud  “Asiya  istehsal  üsulu”  antik,  yaxud 

feodalizm formasiyasına daxildirmi? Yoxsa altıncı formasiya kimi qəbul 

                                                 

80

 Павленко Ю.В. История мировой цивилизации. Философский анализ. Киев: 



Феникс, 2002 

81

 Дьяконов И.М. Пути истории : от древнейшего человека до наших дней. М., 



Восточная литература, 1994 

Dünya iqtisadiyyatının tarixi 

 

 



77

                                                            

edilməlidir?  Yaxud,  sosializm  –  ayrıca  bir  formasiya  ola  bilməzmi? 

Kommunizm – utopiya deyilmi?  

M.Çeşkovun

82

  fikrincə,  formasiya  nəzəriyyəsi  ilkin  başlanğıcda 



sübutolunmayan  “həqiqətlərdən”  qaynaqlanan  müddəalara  istinad  edir: 

Tərəqqi  –  hərəkətin  əsas  forması,  formasiyalılıq:  tərəqqini  hərəkətə 

gətirən əsas üsul kimi qəbul olunur; Formasiyalılıq – ciddi şəkildə ardıcıl 

düzülmüş  (ardıcıl  dəyişən)  mərhələlikdir;  istehsal  münasibətləri  – 

cəmiyyətin  bazisidir;  “Sinif”  –  cəmiyyətin  əsas  vahidi  və  tarixin 

subyektidir. Yuxarıda sadalanan nəzəri müddəaların heç biri mübahisəsiz 

deyildir.  ctimai-iqtisadi  formasiyalar  nəzəriyyəsi  XIX  əsrin  ortalarına 

xas olan nəzəri müddəalara söykənir. Buna görə də, bir çox ziddiyyətləri 

şərh etməkdə acizdir: 

-  nkişaf  etmiş  regionlarla  yanaşı  iqtisadi  geriliklə  üzləşən 

zonaların, staqnasiyanın mövcudluğu; 

-  Dövlətin,  bu  və  ya  digər  formada,  ictimai  istehsal 

münasibətlərinin mühüm amilinə çevrilməsi; 

- Siniflərin mahiyyət dəyişkənliyi və modifikasiyası; 

-  Ümumbəşəri  dəyərlərin  sinfi  dəyərlərdən  üstün  tutan  dəyərlərin 

yeni iyerarxiyasının yaranması və s. 

Bununla  belə,  ədalət  naminə  qeyd  etməliyik  ki,  K.Marksın  özü 

ictimai-iqtisadi  formasiyalar  nəzəriyyəsinin  bütün  cəmiyyətləri, 

bütövlükdə  planeti  əhatə  etdiyi  iddiasında  olmamışdır.  Onun  elmi 

baxışlarının  “qloballaşması”  sonrakı  dövrlərdə  -  marksist  şərhçilər 

tərəfindən həyata keçrilmişdir. 

Müasir dövrdə formasiya tipli metodologiyanın tərəfdarlarına az da 

olsa  rast  gəlmək  mümkündür.  Bir  sıra  tədqiqatçılar  “köhnəlmiş” 

formasiyalı  yanaşmanı  sivilizasiyalı  yanaşma  ilə  əvəz  etməyə,  digərləri 

onların  sintezinə  nail  olmağa,  bəziləri 

83

  isə  ümumiyyətlə,  “köhnəyə” 



qayıdışa – birxəttli formasiya sxeminin yerinə A.Ferqyüsson – L.Morqan 

–  F.Engelsin  “vəhşilik  →  barbarlıq→sivilizasiya”  konstruksiyasına 

üstünlük verməyə çağırırlar. 

 

 

 

 

                                                 

82

 Чешков М. Понимание целостности мира: в поисках неформационной парадигмы // 



Мировая Экономика и международные отношения.- 1990.- № 5.- С. 33-48 

83

 Мартынов  А.И. Модель  цивилизационного развития в  степной Евразии.  Кеме-



рово: КемГУ, 2003.- С.7-15 

Dünya iqtisadiyyatının tarixi 

 

 



78

                                                            



§ 4.5. Tarixi dövrlənmə: Sivilizasiya nəzəriyyəsi 

 

Xətti-mərhələli nəzəriyyələrdən fərqli olaraq sivilizasiyalı yanaşma 



tarixi  prosesə  fərqli  müstəvidə  baxır,  diaxron  “şaqulilik”  “üfüqi”  ölçmə 

ilə əvəzlənir. 

XIX  əsrin  sonu  XX  əsrin  əvvələrində  tarixi  prosesin  dərkedilməsi 

yönümündə  yeni  kulturoloji  yanaşma  meydana  gəldi.  N.Danilevski, 

O.Şpenqler,  sonralar  isə  A.Toynbi  ictimai  həyatın  sivil  strukturu 

ideyasını irəli sürdülər. Bu yanaşmaya görə, ictimai həyatın əsasını az və 

ya  çox  dərəcədə  bir-birindən  təcrid  olunmuş  “mədəni-tarixi  tiplər” 

(Danilevski),  yaxud  öz  inkişafında  bir  sıra  ardıcıl  mərhələlərdən 

(yaranma; yetkinlik; qocalıq; tənəzzül) keçən “sivilizasiya” təşkil edir. 

Kulturoloji  yanaşma  çərçivəsində  fərqli  baxışların  olmasına 

baxmayaraq, onların hamısı üçün xarakterik olan cəhətlərə aşağıdakiları 

aid etmək olar: 

1.

  Avropa mərkəzçiliyi; 



2.

  Cəmiyyətin tərəqqisinin birxətli sxemi; 

3.

  Lokallıq  və  müxtəlif  keyfiyyətliliklə  xarakterizə  olunan  çoxlu 



sayda  mədəniyyət  və  sivilizasiyaların  mövcudluğu  haqqında 

gəlinən qənaət; 

4.

  Tarixi  prosesdə  bütün  mədəniyyət  tiplərinin  eyni  əhəmiyyət 



daşımasının təsbiti. 

 Qeyd  etmək  lazımdır  ki,  bu  günə  qədər  “sivilizasiya”  anlayışının 

məzmunu  ilə  bağlı  yekdil  yanaşma  yoxdur.  “Fəlsəfi  ensiklopedik 

lüğət”də


84

 3 tərif verilir: 

1.

 

Sivilizasiya  –  mədəniyyətin  sinonimidir;  Marksist 



fəlsəfədə bu anlayış həm də maddi mədəniyyəti ehtiva edir. 

2.

 



Sivilizasiya  –  maddi  və  mənəvi  mədəniyyətin,  ictimai 

inkişafın pilləsi, səviyyəsindədir; 

3.

 

ctimai  inkişafın  barbarlıqdan  sonra  gələn  pilləsidir 



(L.Morqan, F.Engels). 

XX əsr fəlsəfəsi yuxarıda sadalananlara daha 4 tərif əlavə etmişdir : 

1)

 

Sivilizasiya  –  xalqlar  və  regionlarda  mədəniyyətin 



inkişafının müəyyən pilləsidir (A.Toynbi, P.Sorokin). 

2)

 



Əksər  xalqlar  üçün  ümumi  xarakter  daşıyan  bütün 

mədəniyyətlərin dəyərliliyidr (K.Yaspers). 

                                                 

84

 Философский энциклопедический словарь.М., 1989.- С.733 



Dünya iqtisadiyyatının tarixi 

 

 



79

                                                            

3)

 

Bu və ya digər xalqın, yaxud regionun mədəni inkişafının 



son anı – “qürubu”dur (O.Şpenqler). 

4)

 



nsanın 

maddi 


fəaliyyətinin, 

əmək 


vasitələrinin, 

texnologiyaların,  iqtisadi  münasibətlərin,  təşkilatların 

yüksək səviyyəsidir (N.Berdyayev, S.Bulqakov). 

Müasir sosial fəlsəfə sivilizasiyanı insanlar və xalqların irimiqyaslı 

sosio  –  mədəni  ümumiliyi  kimi  səciyyələndirir.  Sivilizasiya  nəzəriyyəsi 

tarixi inkişafın mexanizmlərinin, onun gedişi prosesi və xüsusiyyətlərinin 

aşkarlanması  yönümündə bir çox üstünlüklərə malikdir. Bu nəzəriyyədə 

ictimai tərəqqinin fasiləsizliyinə,təkamüllüyünə xüsusi diqqət yetirilir. 

 Sivilizasiyalı  yanaşma  tarixi  gerçəkliyi  olduğu  kimi  görməyə 

imkan  verir.  Başqa  sözlə,  hansısa  kriteriyə  cavab  verməyən  variantlar 

prosesdən sərf-nəzər olunmur. Məsələn, bu yanaşmadan istifadə etməklə 

müasir  Şərq  və  Qərb  sivilizasiyaları  arasında  mövcud  olan  sosio  – 

mədəni fərqlilikləri aşkarlayırlar : 

1)

  Şəxsiyyət və cəmiyyətin əlaqəsinin xarakteri; Şərq sivilizasiyası 



cəmiyyətə, Qərb isə - şəxsiyyətə, onun individualizminə, ayrıca 

götürülmüş fərdi maraqların cəmiyyətinin mənafelərindən üstün 

tutulmasına yönəlmişdir. 

2)

  nsanın sosial – psixoloji quruluşu; Qərbdə insan mövcudluqla 



əksər  hallarda  razılaşmır,  onu  daha  da  yaxşılaşdırmağa  çalışır. 

Şərqdə  isə  keçmiş  və  indi  balans  halındadır,  ata  –  babalardan 

qalma adət-ənənələrə əməl etmək zəruri hesab olunur. 

3)

  Sosio-mədəni  həyatın  inkişaf  xarakteri:  Qərb  həyat  tərzi  bir 



qayda olaraq, sıçrayışla  dəyişir. Şərqdə isə dəyişmə təkamüllə, 

ruhi  dəyərlərə  istinadla  baş  verir  və  sabitliyi,  dayanıqlığı  ilə 

səciyyələnir. 

 Ümumiyyətlə,  marksizmdən  fərqli  olaraq  (şəxsiyyətin  rolu  tam 

inkar edilir) sivilizasiya nəzəriyyəsi tarixi prosesə yanaşmada şəxsiyyətə 

xüsusi önəm verir : Tarixdə elə dövrlər olur ki, hansısa tarixi problemin 

həllində  bir  nəfərin  qəbul  etdiyi  qərar  bütün  yerdə  qalan  amillərin 

hamısından daha böyük əhəmiyyət kəsb edir. 

ctimai  –  iqtisadi  formasiya  və  sivilizasiya  nəzəriyyələrinin 

qarşılıqlı müqayisəsini aşağıdakı şəkildən əyani şəkildə görmək olar. 



 

Sivilizasiyalı  yanaşmanın  tarixi  dövrlənmə  metodu  kimi  üstün 

cəhətlərinə aşağıdakıları aid etmək olar : 

1.

  Tarixin  “bəşəriləşdirilməsi”.  nsan  –  tarixin  əvvəli  və 



sonudur; 

Dünya iqtisadiyyatının tarixi 

 

 



80

                                                            

2.

  Universalizm  –  onun  prinsipləri  istənilən  ölkə,  yaxud 



ölkələr qrupu üçün keçərlidir.  

3.

  Tarixi  çoxvariantlı  və  çoxxətli  proses  kimi  nəzərdən 



keçirir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şə



kil 4.3. Ümumbəşəri inkişafa formasiyalı və sivilizasiyalı baxışların 

müqayisəsi 

 

 



4.

 

Tarixi  prosesin  dərkedilməsində  mənəvi  –  intellektual 



amillərə (din, mədəniyyət, mentalitet) xüsusi önən verilir; 

Bununla  belə,  göstərmək  lazımdır  ki,  sivilizasiya  nəzəriyyəsi  də 

nöqsan və çatışmazlıqlardan xali deyildir. 

1.

  Universalizm – həm də nöqsanlara aiddir. Belə ki, bu prinsiplər 



əsasən  “qlobal  səviyyədə”  tətbiq  olunur.  Konkret  problemlərin 

həlli isə fərqli metodika əsasında aparılır; 

2.

  Sivilizasiyaların  tipologiya  kriterilərinin  amorfluğu;  Bu 



məqsədlə  həm  iqtisadi,  siyasi,  həm  də  dini  və  mədəni 

Bəşəriyyətin inkişaf tarixinə yanaşma 

Formasiyalı baxış 

Sivilizasiyalı baxış 

-

  Əsas olan maddi-nemətlər 



istehsalıdır; 

-

  Cəmiyyətin tarixi istehsal 



üsulunun inkişaf tarixidir; 

-

  nkişaf tarixi eynitipli əlamətlərə 



görə konkret sosial-iqtisadi 

formasiyalara bölünür; 

-

  Tarixi proses qanunauyğun 



olaraq bir formasiyanın digərini 

əvəz etməsi prosesidir. 

-

  Hər bir formasiyanın öz xüsusi 



sivilizasiyası var; 

-

  Hər bir xalqın inkişafı “ümumi” 



olan əsasında gedir və ona çoxlu 

sayda amillər təsir göstərir. 

1)

  Əsas olan sivilizasiyaların 



yaranması, inkişafı və məhvində 

ümumi qanunauyğunluqların 

yoxluğudur; 

2)

   stehsal üsuluna görə xalqların 



inkişaf tarixinin tipologiyası rədd 

edilir; 


3)

  Ayrı-ayrı xalqların inkişafında 

özünəməxsusluq ön plana çıxarılır; 

4)

  Çoxlu sayda sivilizasiyaların 



olduğu təsbit edilir. 

Dünya iqtisadiyyatının tarixi 

 

 



81

                                                            

kriterilərdən  (ayrı-ayrı  sivilizasiyalara  yanaşmada)  ayrı  – 

ayrılıqda yararlanılır; 

3.

  Bu  yanaşma  çərçivəsində  metodoloji  müstəvidə  anlama 



metodikasının zəifliyi göz önündədir; 

4. Sivilizasiyalar arası əlaqə nəzərə alınmır; 

5.

  Təkrarlanma fenomeninə heç bir şərh verilmir; 



6.

  Mentalitetin nəzərdən keçirilməsində böyük çətinliklər yaranır. 

Bəşəriyyətin  ruhi-mənəvi  və  intellektual  strukturları  mühüm 

əhəmiyyət  kəsb  edir,  lakin  onların  göstəriciləri  (indikatorlar) 

ifrat dərəcədə yayğındır. 

           Beləliklə,  tarixi  dövrlənmənin  fəlsəfi  yozumu  istənilən  halda 

əvvəllər  qeyd  etdiyimiz  xronoloji  çərcivədən  kənara  çıxmır  (qədim 

dünya;  orta  əsrlər;  yeni  və  ən  yeni  dövr).  Bu  dövrlərin  hər  biri  üçün 

adekvat  olan  təsərrüfat  tipi,  mədəniyyəti  və  s.  mövcud  olmuşdur. 

Maraqlıdır  ki,  müasir  tarixçilərin  bir  çoxu  sözügedən  dövrlənmə  ilə 

razılaşmırlar. 

           Məsələn, fransız tarixşünası J.Le Qoff  yazır ki : “... Bu gün mən 

xronoloji  çərcivənin  genişləndirilməsində  israr  edirəm...”uzun”  orta 

əsrlər... əslində XVIII əsrə qədər “uzanmış”, fransız inqilabı və XIX əsr 

sənaye çevrilişi, XX əsrin böyük dəyişiklikləri nəticəsində “tükənməyə” 

doğru  yönəlmişdir...  Biz  ortaəsrlərin  sonuncu  maddi  və  intellektual 

qalıqları içərisində yaşayırıq.”

85

 



          Bu  gün  Qərb  ölkələrinin  universitetlərində  tədris  olunan 

dərsliklərdə  müasir  fəlsəfi  fikrin  tarixi  dövrlərin  “irilənməsinə”  yönəlik 

dövretmə nəzəriyyəsi yer almaqdadır: 

1.

  Ənənəvi cəmiyyət (kapitalizməqədərki); 



2.

  Kapitalizm (ilkin, keçid forması da daxil olmaqla XVII – 

XVIII  əsrlər  Avropası)  industrial  cəmiyyəti  (XIX  əsrin 

ortaları) əhatə edir; 

3.

  Postindustrial cəmiyyət (XX əsrin 60-cı illərindən sonrakı 



dövr). 

 Beləliklə,  fəlsəfi  yanaşmaya  görə,  bəşəriyyət  sanki  sivilizasiyanın 

üç  “dalğasını”  keçir.  Ənənəvi  cəmiyyətdə  kənd  təsərrüfatı,  industrial 

cəmiyyətdə  sənaye  və  postindustrial  cəmiyyətdə  xidmət  sferası  əsas  rol 

oynayır. 

 “ ndustrial cəmiyyət” termini O.Kont və Q.Spenser, “Postindustrial 

cəmiyyət” termini isə D.Bell tərəfindən  elmi leksikona daxil edilmişdir. 

                                                 

85

 Ле Гофф Ж. Цивилизация средневекового Запада. М., 1992.- С.5 – 6  



Dünya iqtisadiyyatının tarixi 

 

 



82

                                                            

D.Bell  –  bu  cəmiyyətləri  “əsas  instituta”  görə  fərqləndirir.  ndustrial 

cəmiyyətdə  “əsas  institut”  kimi  xüsusi  mülkiyyət,  postindustrial 

cəmiyyətdə isə yaradıcı bilik çıxış edir.  

 Müasir  tarix  fəlsəfəsinin  əsas  problemləri  və  ümumiyyətlə  tarixi 

prosesin  məzmunu  çərçivəsində  müxtəlif  səpgili  mühakimələri  ehtiva 

edən  konsepsiyalar  sırasında  A.Toynbinin  “Lokal  sivilizasiyalar” 

nəzəriyyəsini,  P.Sorokinin  konsepsiyasını  (tarix  –  azsaylı  əsas  cəmiyyət 

tiplərinin  növbələşməsidir)  və  K.Yaspersin  “Xətti  tarix”  nəzəriyyəsini 

xüsusi  olaraq  vurğulamaq  lazımdır.  Dünya  iqtisadiyyatının  tarixi 

prizmasından  A.Toynbinin  baxışlar  sistemini  daha  önəmli  hesab  etmək 

olar.  

A.Toynbinin  lokal  sivilizasiyalar  nəzəriyyəsi  mədəni  tsikllər



 

nəzəriyyəsinin variant müxtəlifliyi içərisində xüsusi yer tutur. Əsas ideya 

ondan  ibarətdir  ki,  tarix  bir-biri  ilə  zəif  qarşılıqlı  əlaqədə  olan  çoxlu 

sayda  sivilizasiyalardan  ibarətdir.  Sivilizasiyalar  tipik  canlı  orqanizm 

kimi yaranışdan məhv olmaya qədər inkişaf yolu keçirlər.  

Öz məzmunu və əhatə dairəsi baxımından A.Toynbinin sivilizasiya 

nəzəriyyəsi O.Şpenqlerin xəttinin davamı kimi daha çox lokal sivilizasiya 

nəzəriyyələrinin klassik variantı kimi başa düşülür. Toynbiyə görə, tarix 

–  insanın  və  bəşəriyyətin  mövcudluğu  naminə  ilahinin  yaratdığıdır. 

Tarixin  əsasında  dünya  qanunu  –  ilahi  hikmətlə  bəşəriyyətin  qarşılıqlı 

təsiri dayanır. Tarixi anlamaqla, insan özü – özünü və  eləcə də, özündə 

olanı  –  ilahi  qanun  və  ali  təyinatı  dərk  edir.  Təzahür  xüsusiyyətləri, 

yaxud  xarici  –  səthi  görünüşdə  tarix  çoxmənalı  görünsə  də,  gerçəkliyin 

dərin qatlarında mahiyyətcə biristiqamətlidir və insanın özünü realizasiya 

vasitəsi ilə Allaha qovuşmasıdır.     

A.Toynbinin

86

  nəzəriyyəsində  mərkəzi  məsələ  müxtəlif  əlamətlər 



toplusu ilə xarakterizə olunan sivilizasiya və qapalı cəmiyyət anlayışıdır. 

Sivilizasiyanın  təsnifatında  istifadə  olunan  kriterilər  dəyişkəndir,  lakin 

bunlardan ikisi həmişə sabit qalır: 

         1. Din və onun təşkili forması; 

         2. Ərazi əlaməti. 

 Bu  kriterilərə  adekvat  olaraq  tədqiqatçı  21  sivilizasiyanı  (Misir, 

And,  Çin,  munoy,  Şumer,  Maya,  Hind,  Ellin,  Qərb,  Provoslav,  Uzaq 

Şərq,  ran, Ərəb, Hind, Meksikan, Yukatan və Babilistan) fərqləndirir ki, 

bunlardan  da  14-ü  “ölü”  sivilizasiyalardır.  Bununla  yanaşı,  A.Toynbi  4 

“doğulmamış”  (məsələn,  skandinaviya),  eləcə  də  “ləngiyən”  (yəni 

                                                 

86

 Тоунби А. Постижение истории. Сборник ,М., 1996.- С.64 



Dünya iqtisadiyyatının tarixi 

 

 



83

                                                            

“doğulmuş”,  lakin  inkişaf  etməmişdir:  məsələn,  polinezey,  eskimos, 

köçəri, spartan və s.) sivilizasiyaları fərqləndirir. Onun fikrincə, primitiv 

cəmiyyətlərdən  fərqli  olaraq,  ”ləngiyən”  sivilizasiyalar  “tarixi  olmayan 

xalqlar”a  əyani  misaldır.  Sivilizasiyanın  genezisini  nə  irqi  amillə,  nə  də 

coğrafi  mühitlə  izah  etmək  olmaz.  Sivilizasiya  o  vaxt  inkişaf  edir  ki, 

bunun üçün “neytral” situasiya formalaşsın, yəni nə çox yaxşı, nə də çox 

pis olmasın və cəmiyyətdə kütləni arxasınca apara biləcək yaradıcı azlıq 

mövcud olsun. Müvəffəqiyyətlə inkişaf edən sivilizasiyalar 4 mərhələdən 

keçir: yaranma, artım, durğunluq və süqut. 

 Göründüyü  kimi,  A.Toynbinin  mövqeyi  mədəni  plüralizm  kimi 

xarakterizə oluna bilər. Yəni bəşər tarixi diskret sosial təşkil olma vahid-

lərinin  (sivilizasiyalar)  məcmusudur.  Bunların  hər  birinin  özünəməxsus 

dəyərlər sistemi və unikal inkişaf yolu vardır (bax: cədvəl 4.4). 

                                                       

Cədvəl 4.4 

 Sivilizasiyaların (S.Xantinqtonun təsnifatında) Qlobal məcmu 

məhsulda xüsusi çəkisinin dinamikası ( % ) 

 

Siviliza- 



siyalar 

1950 

1970 

1980 

1992

87

 

2000 

2005 

2008 

2009 

2009 

1950

-ci-

nis-

bətə

(+;-) 

1. Qərb 

2.Pravoslav 

3. Çin 

4.  slam 

5.  ndus 

6. Yapon 

7. Latın 

Amerikası 

64.1 

16.0 

3.3 

2.9 

3.8 

3.1 

5.6 

53.4 

17.4 

4.8 

4.6 

3.0 

7.8 

6.2 

48.6 

16.4 

6.4 

6.3 

2.7 

8.5 

7.7 

48.8 

6.2 

10.0 

11.9 

3.5 

8.0 

8.3 

46.3 

1.4 

4.9 

2.5 

1.1 

11.1 

3.0 

49.5 

2.7 

6.1 

4.7 

1.4 

7.9 

3.3 

50.1 

4.3 

8.1 

6.6 

1.7 

7.1 

4.4 

46.2 

3.4 

8.5 

5.9 

1.8 

7.2 

4.4 

-17.9 

-12.6 

+5.2 

+3.0 

-1.8 

+4.1 

-1.2 

   


Qeyd: Cədvəl 1992-ci ilə qədər BVF-nın, 2000-ci ildən 2009-cu ilə 

qədər elmi araşdırmalar əsasında tərtib edilmişdir. 

 S.Xanqinqton  sivilizasiya  nəzəriyyəsi  çərçivəsində  8  müasir 

sivilizasiyanı fərqləndirir : 

         1. Qərb; 

         2. Latın Amerikası; 

                                                 

87

 Экономическая энциклопедия. М., Экономика , 1999 , с.946  



Dünya iqtisadiyyatının tarixi 

 

 



84

                                                            

         3  slam; 

         4 Çin; 

         5  ndus; 

         6 Pravoslav; 

         7 Buddist; 

         8 Yapon.        

 Lokal  sivilizasiya  nəzəriyyəsinin  əsas  zəif  cəhətlərinə  aşağıdakiları  aid 

etmək olar: 

1)

  Sivilizasiyaların  müəyyənləşdirilməsinin  obyektiv  kriterilə-



rinin  axtarışı  hələ  də,  nəticəsizdir.  Buna  görə  də,  müxtəlif 

yanaşmalarda  onların  sayı  kəskin  şəkildə  fərqlənir.

88

  Bu 


aspekt  bir  sıra  “qurama”  hallara  da  (xalqın  xüsusi 

sivilizasiyasının olması kimi) gətirib çıxara bilir. 

2)

  Sivilizasiyanın  canlı  orqanizmlə  eyniləşdirilməsi  yanılmadan 



başqa  bir  şey  deyildir.  Sivilizasiyaların  mövcudluq  dövrü 

müxtəlifdir, ayrı-ayrı fazalar isə dəfələrlə təkrar oluna bilir. 

3)

  Ayrı-ayrı  sivilizasiyaların  yaranması  və  süqutu  səbəbləri 



müxtəlifdir. 

4)

  Sivilizasiyanın  unikallığı  qlobal  səviyyəli  proseslərin 



(məsələn, qloballaşma) genişlənməsinə zidd deyildir. 

Qeyd  etmək  lazımdır  ki,  müasir  dövr  sivilizasiya  nəzəriyyəsinin 

böhranı dövrüdür. Bununla belə, Avropa mərkəzçiliyinə alternativ olaraq 

sivilizasiya  nəzəriyyəsi  bir  çox  inkişaf  etməkdə  olan  və  postsosialist 

ölkələrində aktiv şəkildə araşdırılmaqdadır.  ş o yeri gəlib çatıb ki, artıq 

az qala hər bir etnik qrupa fərqli sivilizasiya aid edilir.  .Vallerstaynın

89

 

vurğuladığı kimi, sivilizasiyalı yanaşma “zəiflərin ideologiyasıdır”, etnik 



millətçiliyin  dünyanın  güc  mərkəzlərinə  etirazı  formasıdır.Qərb 

ölkələrinin  müasir  tədqiqatçıları  əsas  ağırlıq  mərkəzini  sivilizasiyaların 

müqayisəli  tədqiqinə  yönəldirlər.  Bu  aspektdən  sivilizasiyanın  genetik 

“ağacı”  qurulur

90

,  23  əsas  sivilizasiyanın  zaman  –  məkan  fərqliliklərini 



nəzərə alan sxem tərtib edilməyə çalışır

91

 və s. 



                                                 

88

Р.Уэскотт. Исчисление цивилизаций. М.: Время мира 2., 2001.-С. 328-344 



89

  .Wallerstein The politic of the World – System. Paris. Maison d science d I’Homme., 

1984 

90

 Хорд Д. Условия исторического сравнения эпох и регионов. М., Время мира 2., 



2001.-С.91-101 

91

 Ито Ш. Схема для сравнительного исследования цивилизаций М., Время мира 



2. 2001.-С.345-350 

Dünya iqtisadiyyatının tarixi 

 

 



85

                                                            

Hal-hazırda  mövcud  yanaşmaların  ifrat  kənar  mövqeləri  və 

ziddiyyətlərindən  yaxa  qurtarmaq  məqsədilə  tarixi-iqtisadi  prosesin 

dövrlənməsi  probleminin  təhlilində  tsikl  yanaşmasından  da  istifadə 

olunur.  qtisadiyyatın  tarixində  iqtisadi  tsikllər  nəzəriyyəsinə  uyğun 

olaraq 4 əsas növ fərqləndirilir: 

1. Onillik dəyişmə amplitudalı ortamüddətli tsikl; 

2.  Yarıməsrlik  (Kondratyev  tsikli):  nsan  nəslinin,  texnoloji 

ukladın,  əsas  fondların,  eləcə  də  iqtisadi  və  sosial-siyasi  münasibətlərin 

dəyişməsi ilə əlaqədar olan tsikl; 

3.  Əsrlik  –  dünya  sivilizasiyalarının  dövri  dəyişməsini  əks  etdirən 

tsikl; 

4. Minillik – bır sıra “qohum” sivilizasiyaları əhatə edən super tsikl. 



Nəticədə,  iqtisadiyyatın  tarixinin  dövrlənməsi  daha  ciddi  forma 

almaqla 7 sivilizasiya və 3 super tsikli əhatə edir (cədvəl 4.5). 

Cədvəldən  göründüyü  kimi,  hər  bir  növbəti  tsikl  əvvəlkindən  1.5 

dəfə  qısadır.  Buna  əsaslanmaqla  yeni  postindustrial  sivilizasiyanın, 

postindustrial  supertsiklin  təxmini  zaman  çərçivəsini  müəyyənləşdirirlər 

(XXX əsrin ortalarına qədər). 



Cədvəl 4.5 

Tarixi-iqtisadi prosesin tsiklik dövrlənməsi 

 

 



 

 

 



 

Supertsikl 

Sivilizasiyalar 

Zaman sərhədləri 

 

 

Qədim dünya 



 

 

1. Neolit dövrü 



 

2. Şərqi-quldarlıq dövrü 

 

3.Antik dövr 



7-4 min il b.e.ə. 

 

3-1 minilliyin birinci yarısı 



(b.e.ə.) 

b.e.ə. 7 əsr – b.e. 5-ci əsri 

 

 

 



ndustrial era 

 

 



1.  lkin feodalizm dövrü 

 

2.  ndustrializməqədərki dövr 



 

3. ndustrial dövr 

6-13-cü əsrlər 

 

18 əsr 



 

XVIII əsrin 60-cı illəri-XX 

əsrin 70-ci illəri 

Postindustrial era 

1. Postindustrial dövr 

XX əsrin 80-ci illəri – XXII 

əsrin 10-cu illəri 


Dünya iqtisadiyyatının tarixi 

 

 



86

                                                            

Tarixi 

prosesə 


yanaşmada 

diametral 

əks 

mövqelərin, 



müxtəlifliklərin aradan qaldırılması istiqamətində fəlsəfi fikrin axtarışları 

bu  gün  də  davam  etməkdədir.  Məsələn,  rus  filosofu  A.Kovalyev

92

 

mövcud  nöqteyi-nəzərləri  birləşdirmək  yolu  ilə  yeni  konsepsiya 



formalaşdırmışdır.  Bu  konsepsiyada  “ictimai  həyatın  istehsal  üsulu” 

insan  potensialının,  sosial  şəraitin  və  təbii  mühitin  məcmusu  kimi 

götürülmüşdür. 

Onun  fikrincə,  formalaşdırdığı  yanaşma  Toynbinin  sivilizasiya, 

K.Marksın  formasiya  nəzəriyyələrini,  Maltusun  baxışlarını  və  coğrafi 

yönümlü  nöqteyi-nəzərləri  özündə  birləşdirir  və  tarixi  prosesin  vahid 

konsepsiyası  keyfiyyətində  çıxış  edir.  Kovalyev  qeyd  edir  ki,  bu  günə 

qədər  mövcud  olan  konsepsiyalar  insana  münasibətdə  ekzogen  xarakter 

daşıyan  “nələrisə”  ictimai  proseslərin  əsası  kimi  səciyyələndirmişlər. 

Başqa  sözlə,  yaşı  müəyyən  etmək  üçün  insanın  vəziyyətini  deyil,  onun 

geyindiyi paltarı kriteri olaraq qəbul etmişlər. Yəni cəmiyyətə - müəyyən 

keyfiyyət  səviyyəsində  olan  bütöv  təbii-sosial  orqanizm  kimi  deyil, 

fərdlərin  məcmusu  və  xarici  amillərdən  asılı  olaraq  qurulan  ictimai 

münasibətlər, ümumilik kimi baxmışlar. 

  

 

 § 4.6. Tarixi dövrlənmə: Modernizm nəzəriyyəsi 



 

Modernizm nəzəriyyəsinin seçilən kriteriyalardan asılı olaraq (hansı 

sosial  gücün  həlledici  amil  olması,  hansı  sosial-tarixi  məsələlərin  həll 

edilməsi və s.) bir çox versiyaları mövcuddur: 

1.

 

M.Veber  versiyası:  mədəniyyətin  rasionallaşdırılmasından 



çıxış  edir.  Modernləşmə  həm  istehsal  sferasını,  həm  də 

ruhi sferanı əhatə edir; 

2.

 

Q.Zimmel  versiyası:  modernləşmə  -  mədəniyyətin 



abstraksiyasına yönəlmiş prosesdir; 

3.

 



U.Tennis versiyası: modernləşmə - “icma”dan “cəmiyyətə” 

keçid prosesidir; 

4.

 

U.Dyükqeym  versiyası:  modernləşmə  -  “mexaniki 



həmrəyılikdən” “üzvi həmrəyliyə” keçiddir. 

Modernləşmə  nəzəriyyəsinin  müxtəlif  versiyalarından  bir  çoxu 

inkişaf,  ələlxüsus  Qərbi  Avropa  ölkələrinə  xas  olan  norma  və 

                                                 

92

 Ковалев А. Еще раз о формационном и цивилизационном подходе// Обществен-



ные науки и современность. 1996.- С 97-102 

Dünya iqtisadiyyatının tarixi 

 

 



87

                                                            

qaydalardan  çıxış  edirlər.  Başqa  sözlə,  modernləşmənin  xarakteri  və 

dərəcəsi  ABŞ,  Almaniya  və  s.  ölkələrə  yönəlik  qiymətləndirilir.  Yəni 

modernləşmənin “qərbləşmə”, “avropalaşma” anlamında interpretasiyası 

üstünlük təşkil edir. 

Keçid  dövrləri:  ənənəvidən  industriala  və  ondan  da  postindustrial 

cəmiyyətə keçid prosesi ictimai modernləşmə dövrləri hesab olunur. Bir 

qayda  olaraq  “ilkin”  və  “ikinci”  modernləşməni  fərqləndirirlər:  “ilkin” 

modernləşmə  -  ənənəvi  cəmiyyətdən  industrializmə  keçidi,  yəni  faktiki 

olaraq kapitalist sisteminin genezisini ehtiva edir. “ kinci” modernləşmə 

isə daha “yetkin” səviyyəyə çatma anlamında işlədilir. 

Tarixi  prosesin  industrializməqədərki  və  industrial  dövrlərə 

bölünməsi  ideyası  modernləşmə  konsepsiyasının  qaynaqlandığı  əsas 

mənbədir. 

Modernləşmə

93

  (müasirləşmə)  –  soail-iqtisadi,  mədəni  və  siyasi 



dəyişikliklərin  yolu  ilə  ənənəvi  cəmiyyətin  industrial  cəmiyyətə  keçidi, 

liberal-demokratik institutların, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin 

formalaşması,  ənənəvi  dəyərlərə  (milli,  dini  və  s.)  deyil,  rasionalizmə 

istinadla  yeni  insan  tipinin,  bazar  iqtisadiyyatına,  dinamik  proseslərə, 

fərdiyyətçiliyə yönəlik yeni davranış modelinin yaradılması prosesidir. 

Modernist yanaşma tarixi dövrlənmədə 4 mərhələni fərqləndirir: 

1.

  ibtidai (tarixəqədərki) dövr; 



2.

  industrializmə qədərki dövr; 

3.

  industrial dövr; 



4.

  postindustrial dövr. 

Bir  mərhələdən  digərinə  keçid  (modernist  baxışlarda)  inqilablarla 

əlaqələndirilir.  Yəni  mərhələlərə  müvafiq  olaraq  3  inqilabdan  söhbət 

gedir: Aqrar (neolit), industrial və informasiya inqilabları. 

Eyni zamanda modernləşmənin bir neçə “dalğası”da fərqləndirilir: 

1.

  Birinci dalğa Qərbi Avropanı əhatə edir (XVI – XIX əsrlər) ; 



2.

  kinci  dalğa  Şərqi  və  Cənubi  Avropada,  Rusiya,  Yaponiya  və 

Türkiyədə baş vermişdir; 

3.

  Üçüncü dalğa müasir Asiya, Afrika və Latın Amerikasını əhatə 



etmişdir. 

Eyni  zamanda,  modernləşmə  prosesinin  kəskin  fərqlilikləri 

(ölkələrə münasibətdə) də diqqət mərkəzindədir. Belə ki, ölkələrin böyük 

bir  hissəsi  hələ  də  müasir  dünyanın  periferiyasında  qalmaqdadırlar. 

Bəziləri (Hindistan, Braziliya, Argentina və s.) müəyyən nailiyyətlər əldə 

                                                 

93

 Вебер М. Избранные сочинения. М.: Прогресс, 1990 



Dünya iqtisadiyyatının tarixi 

 

 



88

                                                            

edə bilmişlər. Yalnız çox azsaylı ölkələr ( “Asiya pələngləri” ) ciddi uğur 

qazanmağa müvəffəq olmuşlar. 

Hal-hazırda da sırf  elmi, bir sıra ölkələrdə isə -  praktiki baxımdan 

modernləşmə  ayrıca  götürülmüş  bir  nəzəriyyə  kimi  öz  aktuallığını 

saxlamaqdadır.  Bununla  belə,  sözügedən  konsepsiyanın  kifayət  qədər 

ciddi problemləri də mövcuddur : 

1.

  industrializməqədərki 



dövr 

üçün 


(qeyri-Avropa 

cəmiyyətləri  də  daxildir)  modernist  konsepsiya  ciddi 

metodoloji  məhdudiyyətlərlə  üzləşir.  Ona  görə,  bu 

konsepsiya  birmənalı  olaraq,  kapitalizmin  iqtisadi  və 

siyasi prinsiplərinin mütləqləşdirilməsinə istinad edir. 

2.

  modernləşmə  -  bir  proses  olmaq  etibarı  ilə  avtomatik 



şəkildə  getmir.  Bir  çox  hallarda  birbaşa  təsirə  yönəlmiş 

məqsədlərin  realizasiyası  keçid  dövrünü  (ənənəvidən 

→müasirliyə) yaşayan cəmiyyətin mental – dəyər, yaxud 

arxaik xüsusiyyətləri ilə təhrif olunur. 

3.

  iqtisadi  modernləşmənin  mütləq  siyasi  modernləşmə  ilə 



uzlaşması  prinsipinə  ehtiyatlı  yanaşma  zəruriliyinin 

mövcudluğu. 

4.

  tarixi  prosesin  xətti  müstəvidə  götürülməsi  – 



modernizmin  sırf  metodoloji  anlamda  ən  ciddi  nöqsanı 

kimi qəbul edilməlidir. 

Əksər  keçid  iqtisadiyyatlı  ölkələrdə  modernist  baxışlar  öz 

populyarlığını  saxlamaqdadır.  Aparılan  tədqiqatların  böyük  əksəriyyəti 

modernizmin  metodoloji  konstruksiyasına  söykənir.  Məsələn,  bu 

yönümdə  elmi  tədqiqat  aparan  N.Rozov  tarixi  dövrlənmənin  4  əsas 

iqtisadi mərhələsini fərqləndirir : 

1.

  “Mənimsəmə” təsərrüfatlı cəmiyyət; 



2.

  Aqrar – sənətkarlıq texnologiyalı cəmiyyət; 

3.

  ndustrial cəmiyyət; 



4.

  Servis  texnologiyalı  (“xidmət”  təsərrüfatlı  –  Ş.H.,  Ə.B.) 

cəmiyyət.  

Bu  mərhələlərə  müvafiq  olaraq  cəmiyyətin  inkişafının  5  fazası 

təsnifləşdirilir : 1)  btidai icma; 2) Barbarlıq; 3)  lkin qədim dövr; 

4) Yetkin qədim dövr – orta əsrlər; 5) Yeni dövr – müasir mərhələ. 

Modernizm  konsepsiyası  çərçivəsində  tarixi  prosesin  4  mərhələli 

sxeminin  daha  adekvat  olduğunu  qeyd  edən  tədqiqatçılar  dövrlənmənin 

baza prinsipi kimi yeni anlayışdan-istehsal məhsulları prinsipindən çıxış 

edirlər:  



Dünya iqtisadiyyatının tarixi 

 

 



89

                                                            

1.

  Ovçuluq – yığım;  



2.

  Aqrar – sənətkar; 

3.

  Sənaye; 



4.

  Elmi – informasiya; 

stehsal  prinsiplərinin  sərhədləri  kimi  istehsal  inqilabları  –  aqrar, 

sənaye  və  elmi  –  informasiya  –  götürülür.  Bu  yanaşma  əsasında 

E.Qrinin

94

  tarixi  prosesin  iri  dövrlərini  fərqləndirir.  Və,  həmin  dövrləri 



“formasiya”  adlandırır.  Bu  cür  yanaşmanın  marksist  bölgü  ilə  əlaqəsi 

yoxdur.  E.Qrinin  özünün  formalaşdırdığı  “tarixi  prosesin  formasiyaları” 

konsepsiyasına istinad edir. 

 

 




Yüklə 5,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin