§2.4. qtisadi fikirdə zaman problemi
qtisadi zamanın, yaxud iqtisadi proseslərdə zamanın yeri və
rolunun mahiyyət açıqlanmasına edilən сəhdlərə bir sıra iqtisadçı-
mütəfəkkirlərin əsərlərində rast gəlmək mümkündür. Bunların arasında
K.Marksın xüsusi yeri vardır. Belə ki, abstrakt əmək konseptinin
məzmunundan çıxış edən K.Marksda iqtisadi zaman iсtimai-zəruri iş
vaxtı kimi təzahür edir. O, yeganə metodoloqdur ki, iqtisadi zamanın
ölçü vahidini də müəyyənləşdirməyə сəhd etmiş və bunun sadəсə olaraq,
pul olduğunu göstərmişdir. Lakin əgər K.Marks iсtimai-zəruri iş vaxtının
təqvim iş vaxtına reduksiyasının mümkünsüzlüyünü əsaslandıra bilsə idi,
iqtisadi zamanın spesifikasının müəyyənləşdirilməsində heç bir problem
qalmazdı. Təəssüf ki, bu baş vermədi və yekun olaraq hələ də fizikalizm
tələsində qalmaqda davam edirik.
A.Marşall
58
zaman amilini «iqtisad elmində çoxlu sayda böyük
çətinliklərin mənbəyi» hesab edirdi. Həmin çətinliklərin aradan
qaldırılması üçün zaman sürəсini hissələrə parçalamaq (qısa, uzun, çox
uzun və s.) zərurətini irəli sürmüş, yekun olaraq iqtisadi prosesin
periodikliyi (tsikillik) ön plana çıxır və birbaşa tədqiqat obyektinə
çevrilir. Bu problemlə, eyni zamanda, K.Viksel, N.Kondratyev,
Y.Şumpeter, F.Fon Xayek və digərləri məşğul olmuşlar.
Tsikllərlə bağlı araşdırmalarda «yeni klassiklər» və «yeni
keynsçilər» əhəmiyyətli nailiyyətlər ortalığa qoya bilmişlər.
C.M.Keynsin tədqiqatları isə zamanın qeyri-müəyyənlik və
ehtimallıq aspektlərini üzə çıxarmağa imkan vermişdir. C.Hiks
«iqtisadiyyatda zaman ilə bağlı bəzi məsələlər»
59
əsərində zaman
amilinin iqtisadi təhlildə əvəzedilməz olduğunu əsaslandırmağa сəhd
etmiş və «zaman daxilində iqtisadiyyat», «zaman xariсində iqtisadiyyat»
58
Маршалл А. Принципы политической экономии. Т.1, М.,1983.- С.174
59
J.R.Hiks Some Questions of time in Economics/ London, Lexington Books, 1976.,
p.139
Dünya iqtisadiyyatının tarixi
53
tipli deyimlərdən yararlanmışdır. Birinсi halda söhbət «gerçək
zaman»dan, ikinсi halda isə «məntiqi zaman»dan gedir. Onun fikrinсə,
bu iki zaman anlayışı həm kapital, həm də bazar nəzəriyyəsi üçün xüsusi
önəm daşıyır. Bu sıranı xeyli genişləndirmək də mümkündür. Bununla
belə, mövсud baxışların (həm də retrospektiv anlamda) inсələnməsi
konkret bir qənaətə gəlməyə imkan verir: iqtisadi zamanın spesifikası
problemi problem olaraq qalmaqdadır.
Problemin nüfuz dairəsi eyni zamanda mikrosəviyyədə formalaşan
münasibətləri də ehtiva etməkdədir. Heç bir şübhə yoxdur ki, iqtisadi
zamanın ierarxik quruluşu və təşkili müstəqil tədqiqat obyekti kimi
götürülməlidir. Bu, əsasən onunla bağlıdır ki, müxtəlif səviyyələr
arasında məqsəd razılaşdırılması mümkünsüzdür və qeyd olunan aspektin
bütövlükdə iqtisadi sistem çərçivəsində müxtəlif zaman qatlarının
meydana çıxaraсağı qaçılmaz olaсaqdır. Beləliklə, mikrosəviyyə
müstəvisində müxtəlif sürətlilik yaranır və bu da yekun olaraq arzuedilən
«gələсəyi» qurmaq imkanlarını əhəmiyyətli dərəсədə məhdudlaşdırır.
Bəzi
müəlliflər
60
təsvir
etdiyimiz
yanaşmanın
təzahür
xüsusiyyətlərindən (mahiyyətindən deyil) çıxış etməklə zaman
istiqamətinin üç variantını fərqləndirirlər:
1.Keçmişdən gələсəyə; inkişaf etmiş ölkələr çərçivəsində;
2.Gələсəkdən keçmişə; qeyri-sabitliyin ifrat təzahürü ilə qarşılaşmış
ölkələrdə;
3.Tsikllik: ənənəvi сəmiyyətlərdə.
Göstərilən variantların сiddi elmi əsaslara söykəndiyini qəbul
etmək mümkünsüzdür.
Eyni zamanda, əgər nəzərə alsaq ki, tsikllik iqtisadi prosesin daxili
təbiətindən qaynaqlanan, onunla determinə olunmuş bir anlayışdır və
inkişaf səviyyəsindən asılı olmayaraq əksər ölkələr üçün gerçək
xarakterlidir, onda yuxarıda göstərilən bölgünün sistemli səсiyyə
daşımadığı və ümumiyyətlə, problemlə bağlı mahiyyət kənarlaşmasına
istiqamətləndiyi üzə çıxaсaqdır.
§2.5. qtisadi zamanın spesifikası: konseptual ümumiləşdirmə
Mövсud baxışların müqayisəli təhlili açıq-aydın şəkildə göstərir ki,
problemin əsas ağırlıq mərkəzi iqtisadi zamanın spesifikasının
60
Полещук В.И. Время в экономических системах // Сб. научн. трудов /под ред.
В.С.Чуркова. М.: Изд. ЮРГУЭС, 2005
Dünya iqtisadiyyatının tarixi
54
müəyyənləşdirilməsi üzərinə düşür. Bu problemin dünya iqtisadiyyatının
tarixi üçün necə önəm kəsb etməsindən danışmağa, yəqin ki, ehtiyac
yoxdur.Məlumdur ki, A.Eynşteyn vahid dünya zamanının olmadığını
sübuta yetirmişdir. Bununla belə əksər elmlərdə məhz bu zamanla bağlı
yanaşmalar ortalığa qoyulur. Başqa sözlə, iqtisad elmi fizikadan
götürülmüş anlayışları olduğu kimi tətbiq edir. Həm də, iqtisad elmi
vahid dünya zamanı konsepsiyasını deyil, onun ideallaşmış variantını,
yəni iqtisadiyyat üçün elə bir əhəmiyyət kəsb etməyən aspektləri sərf-
nəzər etməklə tətbiq edir. Beləliklə, müasir dövrdə də iqtisad elminin
istifadə etdiyi zaman fiziki zamandır. Ən azı ona görə ki, eyni ölçü
vahidlərindən istifadə olunur. Eyni zamanda, qeyd edilməlidir ki, risk və
qeyri-müəyyənliyin zamanla çox sıx bağlılığı mövсuddur. Ümumiyyətlə
zamanın bütün prosessual məsələlərə birbaşa aidiyyatı vardır.
Beləliklə, iqtisadiyyatda ən qıt olan resurs zamandır. Gerçək zaman
assimmetrik dəyişəndir. Zamanın yeganəliyi xassəsini əsas götürməklə
iqtisadi proseslərin daxili məntiqini anlamaq müşkül məsələdir. qtisadi
zamanı təqvim zamanı ilə, yəni fiziki zamanla eyniləşdirmək naturalizmə
yuvarlanmaq deməkdir.
qtisadiyyatda zaman ekzogen mahiyyət
daşımaqla, iqtisadi proseslərin kəmiyyət ölçüsü anlamından daha geniş
və əhəmiyyətli rola malikdir.
qtisadi zamanın spesifikliyini qabardan əsas сəhət ondan ibarətdir
ki, sırf iqtisadi anlamda gələсək «indinin» potensialından avtomatik
olaraq formalaşmır. Həmçinin, əksər aksioloji elmlərdə olduğu kimi,
iqtisadiyyatda da gələсəklə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır.
qtisadiyyatda gələсəyi «qurmaq» lazımdır. qtisadiyyatda – zaman sırası
geriyə dönmə qabiliyyətinə malikdir (xüsusi xronologiya kimi nəzərdən
keçirilə bilən tsikllərin fraktal xarakterindən söhbət gedir).
Fizikadan fərqli olaraq, iqtisadi zaman sırasında müşahidə edilən
sinxronluq yaradılan sinxronluqdur. Onun spontan şəkildə meydana
çıxma imkanı yoxdur. Fiziki zamandan fərqli olaraq iqtisadi müstəvidə
«indiki zaman» və «bu an» deyimləri başqa məzmun daşıyırlar.
“ ndiki zaman” formalaşmış münasibətlər sisteminin mental-dəyər
tutumu baxımından sonsuz prosesin konkret intervalını özündə əks
etdirən “zəmanə” anlamında dərk edilir.
Yuxarıda da qeyd etdiyimiz kimi, iqtisadiyyatda “zəmanənin”
geriyə dönüşü mümkündür. Məhz buna görə də, məsələnin
ümümkonseptual qoyuluşuna, yəni sonsuz proses dediyimiz zaman
axıcılığının bütövlüyünə, dialektik nöqteyi-nəzərdən bölünməzliyinə və
yeganəliyinə xələl gətirmədən iqtisadi anlamda dərkedilə bilən hala
Dünya iqtisadiyyatının tarixi
55
salınması zəruriliyi mövcuddur. Eyni zamanda məlumdur ki, “bu an” –
ifrat sürətli axıcılığı ilə səciyyələnən zaman sırasının elementidir. “Bu
an”- həmişə keçmişdir. Gələcəyə istiqamətlənən keçmiş. Gələcəyi
formalaşdıran keçmiş. Gələcək “bu an”da intişar tapmağa başlayır. Yəni
gələcək “bir ayağı” keçmişdə olan ifrat qısa zaman kəsiyinin bətnindən
doğur. Problemin dərin qatlarına nüfüz etmədən də konkret məzmunlu
konseptual ümumiləşdirmə aparmaq olar. Elmi abstraksiyanın (bunsuz
keçinmək mümkün deyil) maksimumundan çıxış etməklə belə bir
qənaətə gəlmək olar ki, “zəmanə”(iqtisadiyyatda) keçmiş → indi →
gələcək zaman oxunun sosiallaşması, maddiləşməsi, ideologiyalaşması
və ümumiyyətlə, konkret dəyərlərlə “yüklənməsi”nin məhsuludur.
“Zəmanə”- həm fiziki, həm də sosial-iqtisadi anlamda keçmişin
“qalıqlarını”, gələcəyin konturlarını və indiki zamanı bütün təfərrüatı ilə
özündə birləşdirən gerçəklikdir. Bu gerçəklikdə, yaxud zəmanədə batıb
qalma imkanı da var. Məsələn, Saxaradan (Böyük Səhradan) cənubda
yerləşən Afrika ölkələri kimi. Bu ölkələrdə bizim dediyimiz anlamda
zaman axıcılığı yoxdur. Zaman “dayanıbdır”.
Beləliklə, məcmu iqtisadi proseslərin zaman axıcılığı və onun
meydana çıxardığı nəticələr öz mahiyyəti və əhəmiyyəti baxımından
inkişaf probleminin özündən də mühüm məsələdir. Əgər nəzərə alsaq ki,
müəyyən ekstremal situasiyalarda əldə olunmuş yüksək inkişaf səviyyəsi
heç bir rol oynamaya bilər (məsələn, slandiyanın bir ölkə olmaq etibarilə
müflisləşməsi), onda akademik Ramiz Mehdiyevin gəldiyi nəticənin
mühüm əhəmiyyət kəsb etdiyi üzə çıxacaqdır.
nkişaf probleminə yanaşmada “səviyyə yoxsa sürət” dilemmasında
prioritetliyin ikinciyə verilməsini zəruri hesab edən akademik
R.Mehdiyev iqtisad elminin ən aktual problemlərindən birinin həllində
müstəsna rol oynamaq iqtidarında olan konseptual yanaşma ortalığa
qoymuşdur.
Qlobal maliyyə böhranının gedişində qeyd etdiyimiz yanaşmanın
sırf praktiki məzmun kəsb etdiyini adi gözlə müşahidə etmək olar.
Bununla belə, sözügedən dilemmanın fərqli müstəvidə “davranış
tərzinin” necə olacağı sualı da mövcuddur. Başqa sözlə, müasir “oyun
qaydaları” çərçivəsində həlledici mövqenin sürətə xas olduğu empirik
səviyyədə öz təsdiqini tapmış, lakin kardinal dəyişikliklərin baş verdiyi,
yaxud keyfiyyətcə yeni dünya düzəninə keçirildiyi, neoliberalizmin əhatə
dairəsinin təhlükəsizlik limitinə qədər daraldıldığı halda sözügedən
yanaşma öz aktuallığını saxlayacaqmı? Axı, dünyanın yeni iqtisadi
düzənə keçidi “xalis” şəkildə baş verə bilməz. qtisadiyyatda həyata
Dünya iqtisadiyyatının tarixi
56
keçirilən sistem dəyişikliyi ictimai həyatın bütün sferalarında: siyasətdə,
ideologiyada, sosial-mənəvi sahələrdə və s. və i.a adekvat yeniləşmə ilə
müşayiət olunur, yaxud olunmalıdır. qtisadi anlamda “zəmanənin”
məzmun dəyişikliyi yekun etibarilə bütövlükdə cəmiyyətin təşkili və
idarəolunması sisteminin həmin istiqamətdə yeniləşməsini tələb edir və s.
Problemə yanaşmada dərketmə diskomfortunu aradan qaldıra
biləcək adekvat dialektik formaların tapılmasına və ümumiyyətlə,
problemin fəlsəfi müstəvidə konseptual qiymətləndirilməsinə böyük
ehtiyac vardır.
Beləliklə, metodoloji yeniləşmənin qaçılmaz olduğu göz
qabağındadır. Qeyd edilən yönümlü dəyişikliklər, ələlxüsus metodiki
aparatın yeniləşməsinə bir tərəfdən ümumelmi kateqoriyaların tarix
elminin müvafiq aparatına daxil edilməsi, digər tərəfdən tarixi
mənbələrin təhlilində istifadə olunan riyazi metodların və tarixi
proseslərin riyazi modelləşdirilməsinin təkmilləşdirilməsi yönümündə
aparılır.
61
Son dövrlərdə riyazi statistikanın daha mürəkkəb metodlarına
müraciət edilməsi artıq bir təmayül halına gəlmişdir.
Söhbət, hər şeydən əvvəl, qeyri-xətti dinamikanın (ələlxüsus, xaos
nəzəriyyəsinin) metodlarından istifadədən, mürəkkəb proseslərin
modelləşdirilməsi və empirik xarakterli dinamik sırada xaosun
aşkarlanmasından gedir.
Bir sözlə, O.Meduşevskinin dəqiq ifadəsi ilə desək, “...Ən aktual
problem... metod problemidir, peşəkarlıq problemidir, elmlərarası
inteqrasiya ( metodoloji – Ş.H., Ə.B )” problemdir.
62
61
Ковальченко И.Д. Методы исторического исследования. М; 1987.- С.198-199.
62
Медушевская О.М. Профессионализм гуманитарного образования в условиях
междисциплинарности // Проблемы источниковедения и исторографии. М.2000.
С. 350.
Dünya iqtisadiyyatının tarixi
57
III FƏ S L
DÜNYA QT SAD YYATININ TAR X FƏ NN K M
§ 3.1. Tə kamül və müasirlik
Tarixi mənbələr göstərir ki, artıq XIX əsrin sonlarından etibarən
tarixi-iqtisadiyyat “iqtisadi tarix” adı altında tədris proqramlarına daxil
edilmişdir. Tarixi məlumatlara görə “iqtisadi tarix” fənni ilk dəfə 1881-
1882-ci illərdə Oksfordda A.Toynbi tərəfindən tədris edilmişdi.
Paralel olaraq Bazel Universitetində K.Blüxer həmin fənn üzrə
mühazirələr oxumuşdu.
XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadi tarix əksər
universitetlərin tədris planına daxil edilmişdir. lk “ qtisadi tarix”
kafedrası XX əsrin əvvəllərində ABŞ-ın Harvard Universitetində
(U.Eşli), 1910-cu ildə isə Mançester Universitetində yaradılmışdı.
“ qtisadi tarix” fənninin tədrisi ngiltərədə və Fransada xüsusilə
geniş yayılmışdı.
Tədricən bütün Avropa ölkələrində bu fənnin öyrənilməsinə
başlandı: 1950-ci illərdə taliyanın 46 universiteti “ qtisadi tarixi” tədris
proqramlarına daxil etmişdirlərsə, onların sayı 1980-ci illərdə 87-ə
çatmışdı.
Hal-hazırda əksər Qərb ölkələrində iqtisadi tarix iqtisad, siyasət,
hüquq və tarix ixtisasları üzrə məcburi fənn kimi tədris olunur. Bu sırada
yalnız ABŞ-da fərqli yanaşma ortalığa qoyulmuşdur: qtisadiyyatın ifrat
“riyaziləşdirilməsi” nəticəsində iqtisadi tarix iqtisadi nəzəriyyəyə
birləşdirilmişdir.
§ 3.2. Fənnin məzmunu
§3.2.1. Predmet
Bəri başdan qeyd edək ki, dünya iqtisadiyyatının tarixi çərçivəsində
predmet müəyyənləşməsində ilkin olaraq “iqtisadi tarix” və
“iqtisadiyyatın tarixi” fərqliliyindən doğan “tələ”dən yan keçmək
imkanlarına baxılmalı və tarixi-iqtisadi prosesin subyekti (obyekti) ilə
bağlı konseptual dəqiqləşdirmə aparmağa ehtiyac vardır.
Dünya iqtisadiyyatının tarixi
58
Tarix elminin idraki imkanlarının təkamülündən çıxış etməklə
tarixi-iqtisadi prosesin dərkedilməsi səviyyələrini aşağıdakı ardıcıllıqla
vermək olar (şəkil 3.1).
Şə
kil 3.1. Tarixi-iqtisadi prosesin mahiyyət açıqlanmasının təkamülü
“Tarix-hekayə” (“narrativ”) XIX əsr tarixinin prioritet forması
olmuşdu. Tədqiqatçılar bu və ya digər hadisələrin başvermə səbəblərinə
elə də əhəmiyyət vermirdilər.
63
Fransız tarixşünası F.Füre hesab edirdi ki, məhz “tərəqqinin ümumi
böhranı” və “qlobal və xətti” tarix konsepsiyasına uyğun olaraq “tarix-
hekayə” “tarix-problemlə” əvəz olunmuşdu.
64
Ümumiyytələ, tarixşünaslığın əsas istiqamətləri XX əsrdə 3
mərhələdən keçmişdir:
63
Harriet Gilliam. The Dialektics of Realizm and dealizm in modern Historiqraphic
Theory// “H.T” VOL. XV. N3, 1976, p.251
64
Furet F. Latelier de histoire. Paris, 1982, p.76-77
Elmi idrak sərhədlərinin
dəyişməsi ardıcıllığı
Tarixi-iqtisadi hadisələrin təsviri
Tarixi-iqtisadi hadisələrin
başvermə səbəblərinin üzə
çıxarılması
Tarixi-iqtisadi prosesin şərhi
(interpretasiyası)
Tarix-hekayə
Tarix-problem
Nəzəri tarix
Tarix fəlsəfəsi
Tarix elmində yanaşma
Tarixi-iqtisadi proses tarix elmi müstəvisində
Dünya iqtisadiyyatının tarixi
59
1.
XIX əsrin sonu – XX əsrin ortalarına qədər ümumsosial-iqtisadi
təmayülü ilə xarakterizə olunan “humanitar tarix” üstünlüyə
malik olmuşdu.
2.
XX əsrin ortalarından etibarən əksər ictimai elmlərin tədqiqat
aparatı və nəzəri modelləri ilə zənginləşən fənlərarası analitik
elm kimi “Yeni sosial tarix” önə çıxmışdır. Onun əsas diqqət
mərkəzində “cəmiyyətdə olan insan”
65
dayanırdı.
3.
Ən yeni mərhələ: tarixin metodologiyası və əsasən “artımın
böhranı” tədqiqatın mərkəzi elementinə çevrilmişdir.
66
Şübhə
yoxdur
ki,
tarixi-iqtisadi
prosesin
nəzəri
ümumiləşdirilməsinə nail olmadan “dünya iqtisadiyyatının tarixi” fənni
çərçivəsində idrak prosesinin başa çatdığından danışmağa dəyməz.
Fənnin sintez xarakteri tarix elmi ilə bağlı olan əsas problemlərdən birini
– nəzəri tarixə biganə münasibəti olduğu kimi tarixi-iqtisadi proseslərə
yanaşmada da saxlayır, yaxud saxlamaq məcburiyyətindədir.
Nəzəri tarixə olan biganə münasibəti bir sıra amillərlə izah etmək
olar:
1.
“Tarix-hekayə” (narrativ) uzun dövr ərzində tarix elminin
mahiyyətini əks etdirmişdir.
2.
Nəzəri tarixin mövcudluğunun inkarı;
3.
Uzun dövr ərzində tarixi materializmin yeganə mütləq həqiqət
statusunda qəbulu.
4.
Tarix haqqında və tarixlə bağlı tarixi gerçəkliyə adekvat
olmayan
konsepsiyaların,
baxış
bucaqlarının
ortalığa
qoyulması.
Beləliklə, tarixi-iqtisadi proseslərin interpretasiyasında istər-
istəməz iqtisad elminin metodoloji arsenalı yeganə istinad nöqtəsinə
çevrilir ki, yekunda da metodoloji müxtəlifliyə adekvat olaraq müxtəlif
nəzəri-ümumiləşdirmələr meydana çıxır.
Predmet müəyyənliyi nöqteyi-nəzərindən digər məsələ tarixi-
iqtisadi
prosesin
subyekti
(obyekti)
ilə
bağlı
konseptual
dəqiqləşdirmələrlə bağlıdır. Bu problem “Dünya iqtisadiyyatının tarixi”
fənni prizmasından xüsusi önəm kəsb edir. Məhz bu aspektdə ortalığa
qoyulan yanılmalar (subyektin yanlış seçimi) tarixi-iqtisadi prosesin
dövrlənməsində ifrat müxtəliflik yaratmışdır. Elə buradaca qeyd edək ki,
65
Репина Л.П. «Новая историческая школа» и социальная история. М; 1998.- С.9
66
Гуревич А.Я. О кризисе современной исторической науки// Вопросы истории.
1991.- N2-3.- С. 35
Dünya iqtisadiyyatının tarixi
60
tarixdə subyekt-obyekt eyniliyi mövcuddur. Yəni tarixi-iqtisadi prosesin
subyekti elə öyrənilən obyektin özüdür.
Tarix və dünya iqtisadiyyatının tarixi bölümündə prosesin
subyektlərini aşağıdakı kimi sıralamaq olar (şəkil 3.2).
Şə
kil 3.2. Konkret elmi istiqamət prizmasından tarixi prosesin
subyektlə ri (obyektlə ri)
Dünya iqtisadiyyatının tarixi fənninin predmeti, məhz şəkildə
verilən ardıcıllığı özündə ehtiva edir.
Müxtəlif məktəblər və istiqamətlər arasında gedən diskussiyaların
nəticəsində “iqtisadiyyatın tarixi” fənninin predmeti aşağıdakı redaktədə
formalaşdırılmışdır:
“ qtisadiyyatın tarixi” fə nni – iqtisadi proseslərin, strukturların,
institutların, təsərrüfat fəaliyyətinin, hadisələrin və nəzəriyyələrin
inkişafını öyrənir.
Bu yanaşma çərçivəsində iqtisadiyyatın strukturu mühüm
anlayışlardan biri kimi ortalığa qoyulur.
Bununla belə, tərifin kumulyativ xarakter daşıdığı açıq-aydın
şəkildə görünməkdədir. Məhz bu cür yanaşmanın qəbuledilməzliyindən
Lokal iqtisadi sistem, yaxud
iqtisadi qaydaların məcmusu
Lokal iqtisadi sistemlərin
qarşılıqlı əlaqəsi və qarşılıqlı
təsiri
Regional iqtisadi sistem.
Qlobal iqtisadi sistem
Dünya iqtisadiyyatının tarixi
Sosiotarixi orqanizm, yaxud
konkret cəmiyyət tipi
Sosiotarixi orqanizmlər, yaxud
cəmiyyət tipləri sistemi
Qlobal sosium, yaxud bəşəriyyət
Tarix elmi
Ümumdünya tarixi prosesin subyektləri (obyektləri)
Dünya iqtisadiyyatının tarixi
61
çıxış edən bəzi tədqiqatçılar “iqtisadi tarix” və “iqtisadiyyatın tarixi”nin
predmet fərqliliyindən bəhs edirlər:
1.
qtisadi tarix: cəmiyyətin “iqtisadi hərəkətini”, dəyişmələrin
xüsusiyyətləri və qanunauyğunluqlarını və bunun ictimai həyatın
bütün hadisələri ilə əlaqəsini öyrənir.
2.
“ qtisadiyyatın tarixi” (yaxud “tarixi-iqtisadiyyat”) isə istehsal
üsullarının, təsərrüfat mexanizmlərinin və iqtisadi institutların
təkamülünü öyrənir.
67
Məsələ burasındadır ki, digər tərəf əsas ağırlıq mərkəzinin, məhz
“iqtisadi tarixin” üzərinə düşdüyünü qeyd edirlər.
qtisadi tarix – müstəqil elmdir!
qtisadi nəzəriyyə ilə bərabər baza xarakterli iqtisad elmidir. Nəzəri
konsepsiyaların gerçəklik dərəcəsini əks etdirən tarixi material (faktlar)
iqtisadi qanunların və hadisələrin zaman və məkanca fərqli
xüsusiyyətlərini üzə çıxarır. stənilən iqtisadi hadisənin tarixi kökü
vardır. Bu aspekt yeni iqtisadi sistemin formalaşdırılmasında mütləq
nəzərə alınmalıdır.Qeyd olunur ki, iqtisadi tarix təkcə keçmişin iqtisadi
təcrübəsini aşkarlamaqla deyil, həmçinin proqnostik funksiyanı həyata
keçirir.
Beləliklə, konkret rasional yozuma söykənmədən dilemma ortalığa
qoyulur: “iqtisadi tarix”, yoxsa “iqtisadiyyatın tarixi”?
Seçimin sırf terminoloji müstəviyə keçirilməsi və bu aspektdən
konkret yanaşmanın sərgilənməsi, fikrimizcə, məsələyə birtərəfli baxış
səciyyəsi daşıyacaqdır.
Məsələ burasındadır ki, hal-hazırda hər iki termin elmi dövriyyədə
işlədilməkdədir. Bir sıra tədqiqatçılar hesab edirlər ki, “iqtisadi tarix” –
tarix elminə, “iqtisdiyyatın tarixi” isə iqtisad elminə aiddir. Tarixçilər
birmənalı olaraq birinci variantı məqbul sayırlar.
Hətta hesab olunur ki, qeyd edilən yönümdə yazılmış dərsliklər –
adlarından asılı olaraq (“iqtisadi tarix”, “iqtisadiyyatın tarixi”) –
məzmunca fərqlənməlidirlər.
Belə ki, birinci halda (“iqtisadi tarix”), yəni tarixçilər üçün tərtib
edilmiş dərslik daha çox “tarixi” səciyyə daşımalıdır.
Başqa sözlə, iqtisadi hadisə və proseslərin təsviri və interpretasiyası
tarixi kontekstin daha dərin qatlarına nüfuz etməklə həyata keçirilməlidr.
67
Вопросы истории народного хозяйства и экономической мысли. Вып.1. – М.;
1989.
Dünya iqtisadiyyatının tarixi
62
kinci halda isə, yəni “iqtisadiyyatın tarixində” əsas aksent iqtisad
elminin kateqoriya və konsepsiyalarının üzərinə düşməlidir.
V.Bovıkin belə bir qənaət ortalığa qoymuşdur ki: “.... Tarix və
iqtisadi tarix, eləcə də iqtisadi tarix və iqtisad elmi arasında sərhədlərin
dəqiq müəyyənləşdirilməsinin zəruriliyinə şübhə ilə yanaşıram”.
68
Bizim məsələyə yanaşma tərzimiz tarixi-iqtisadiyyat elminin
tipologiyasında ifadə etdiyimiz (şəkil 2.1) yanaşmaya söykənir. Başqa
sözlə, “iqtisadi tarix” və “iqtisadiyyatın tarixi”:
1.Eyni anlayışlar deyildir.
2.Predmet fərqliliyi mövcuddur.
3.“ qtisadi tarixi” – “hissəni” (əsasən), “ qtisadiyyatın tarixi” “tamı”,
“bütövü” öyrənir. Təbii ki, bu aspektdən hansısa Çin səddi çəkməyə
də ehtiyac yoxdur. Lakin, hər halda bu anlayışların eyniləşdirilməsi
də yolverilməzdir.
“Dünya iqtisadiyyatının tarixi” fənninin predmet müəyyənləşməsi
isə daha konkret məzmun daşıyır.
Hər şeydən əvvəl, qeyd edək ki, yuxarıda apardığımız
fərqləndirməyə uyğun olaraq “Dünya iqtisadiyyatının tarixi” və
“Dünyanın iqtisadi tarixi” anlayışları da identik mahiyyət daşımır.
“Dünyanın iqtisadi tarixi” həmin “iqtisadi tarix”in miqyas
genişlənməsindən başqa bir şey deyildir.
“Dünya iqtisadiyyatının tarixi” – qlobal iqtisadi sistemin genezisi,
qərarlaşması və inkişafı prosesini tarixi-xronoloji prizmadan öyrənən
müstəqil elm sahəsidir.
Yəni predmetin əhatə dairəsi sistemli yaranışın konkret
sərhədlərindən kənara çıxmır, parçalanmır, eləcə də ayrı-ayrı iqtisadi
proseslərin, institutların əlahiddələşmiş şəkildə retrospektiv təhlili ilə
məşğul deyildir.
Dünya iqtisadiyyatın tarixinin tədqiqat sahəsi iki anlayışın dialektik
bağlılığından formalaşır:
1. qtisadiyyatın strukturu: bir-biri ilə qarşılıqlı bağlılıqda olan və
ictimai təsərrüfat sistemini formalaşdıran makroiqtisadi elementlərin
məcmusu.
2. Cəmiyyətin təsərrüfat mədəniyyəti: iqtisadiyyatın struktur
elementləri arasında şaquli və üfüqi əlaqələri, monolitliyi formalaşdıran
mental yaranış.
68
Бовыкин В.И Миланский Конгресс экономической истории и наша историко-
экономическая наука// Экономическая история. Обозрение. Вып. 1. М., 1996.- С.9
Dünya iqtisadiyyatının tarixi
63
Hər iki anlayışın qarşılıqlı bağlılığını sxematik formada aşağıdakı
kimi ifadə etmək olar (şəkil 3.3).
Şə
kil 3.3. Cə miyyə tin tə sə rrüfat tipinin sadə ləş dirilmiş blok-sxemi
Sahəvi səviyyə
Ərazi səviyyəsi
Geniş təkrar istehsal səviyyəsi
Xarici iqtisadi səviyyə
Cəmiyyətin təsərrüfat mədəniyyəti
Tələbatların
strukturu və
səviyyəsi
Subyektlərin
sosial
qarşılıqlı
təsiri
Əmək
etikası
stehsalın
milli təşkili
forması
Həyat tərzi
və istehla-
kın stereo-
tipləri
Cə miyyə tin tə sə rrüfat tipi
Təşkilati-iqtisadi səviyyə
qtisadiyyatın strukturu
Dünya iqtisadiyyatının tarixi
64
Dostları ilə paylaş: |