AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu


§ 3. KADRLARIN HAZIRLANMAS I. ELM



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   12   13   14   15   16   17   18   19   ...   37
§ 3. KADRLARIN HAZIRLANMAS I. ELM 

 

Texniki  peĢə  təhsili.  Azərbaycan  sənayesinin  bərpası  və  inkiĢafı 

ixtisaslı  iĢçi  qüvvəsinin  hazırlan masını  tələb  ed irdi.  Sovet  hakimiyyətinin  

qurulması  ərəfəsində  Bakıda  yalnız  2  texniki-peĢə  və  dənizçilik  məktəbi

126


Gəncə  və  Zaqatalada  isə sənət  məktəbləri  var  idi

127

.  Onlarda  dərslər  yaln ız  rus 



dilində  aparılırdı,  praktiki  olaraq  bu  məktəblər  yerli  əhalidən  ayrı  düĢmüĢdü. 

Neft  iĢinə  xid mət  edən,  texniki  sahədə  çalıĢan  ixtis aslı  azərbaycanlı  fəh lələrin  

sayı  həddindən  artıq  az  idi.  Bu  cəhətdən  kənd  təsərrüfatında,  habelə 

iqtisadiyyatın digər sahələrində vəziyyət daha ağır idi.  

1920-c i  il  avqustun  5-də  Azərbaycan  Ġnqilab  Komitəsi  respublika  xa lq  

təsərrüfatının  bərpası  üçün  ixtisaslı  iĢçi  kadrları  hazırlamaq  məqsədilə  texn iki-

peĢə təhsili Ko mitəsi təsis etdi

128


Respublikada  gənclər  texn iki-peĢə  təhsilin i  dörd  tip  tədris 

müəssisələrində  -  fab rik-zavod  Ģagirdliy i  (FZġ)  məktəbləri,  peĢə  məktəbləri, 

peĢə  kursları  və  texniku mlarda  alırdılar.  Onlar  müvafiq  olaraq  texniki-peĢə 

təhsilinin  aĢağı,  orta  və  ali  pillələrin i  təĢkil  edirdi.  Azərbaycan  gəncləri  ibtidai 

peĢə təhsilini peĢə  məktəbləri və fabrik-zavod Ģagirdliyi  məktəblərində alırdılar. 



203 

 

Onların sayı həddindən artıq az idi.  Bakıda peĢə məktəbləri, Lən kəran, Salyan və 



Altıağacda  tədris  emalatxanaları,  ġuĢada  isə  qadınlar  üçün  xalçaçılıq  

emalatxanası var idi

129



Azərbaycanda fabrik-zavod Ģagirdliyi  məktəbləri daha geniĢ yayılmıĢdı. 



Onlar  1921  -c i  ildən

130


  təhsil  və  istehsalat  əməyini,  ü munu  və  xüsusi  təhsil 

elementlərini  birləĢdirərək  gənc  nəsli  texn iku m  və  ali  texn iki  məktəblərə 

hazırlamaq məqsədilə yaradılırd ı

131


Fabrik-zavod  Ģagirdliy i  məktəblə rində  təhsil  üç-dörd  il  davam  edirdi, 

onlar  əsasən  Bakıda  və  onun  mədən-zavod  rayonlarında  fəaliyyət  göstərirdi. 

1922-c i  ildə  keç miĢ  Levenson  zavodunda  çilingərlik,  xarratlıq  və  dəmirç ilik 

Ģöbələri  olan  "Qızıl  gənclik"  fabrik-avod  Ģagirdliyi  məktəbi  açıld ı.  1923-cü  ilin  

martında Suraxanıda,  1924-cü ildə isə Zabratda Azərbaycan dilində fabrik-zavod 

Ģagirdliyi 

məktəbi 


fəaliyyətə  baĢladı

132


Fabrik-zavod 

məktəblərində 

azərbaycanlı  Ģagird lərin  sayını  artırmaq  məqsədilə  belə  məktəblərin  qəzalarda 

təĢkilinə  xüsusi  diqqət yetirilirdi.  Yerlərdə  mütəxəssis  müəllimlərin  çatıĢmad ığı 

(o  za man  respublikada  cə mi  iki  a zərbaycanlı  aqronom  var  idi)  1923-1924-cü  

illərdə  Gəncə,  Zaqatala,  Nu xa  və  Qubada  fabrik-zavod  Ģagirdliyi  məktəbləri 

açıld ı


133

. Artıq 1925-ci  ildə 14 belə  məktəb var id i ki, onlardan da altısı  Bakı və 

onun  mədən-zavod  rayonlarında  yerləĢirdi.  Bu  məktəblərdə  cəmi  1759  nəfər 

təhsil  alırdı

134

.  FZġ  məktəbləri  Ģagird lərinin  92,8  faizi  fəhlə  və  kəndli  uĢaqları 



idi

135


Azərbaycanda  FZġ  məktəbləri  ilə  eyni  vaxtda  texniki-sənaye,  dəmir 

yol, su nəqliyyatı və s. mü xtəlif peĢə kursları geniĢ yayılmıĢdı. 1924/25-ci tədris 

ilində  respublikada  35  peĢə  kursunda  2447  nəfər  o xuyurdu

136

.  PeĢə  kurslarmda 



oxuyanların  48,3 faizini  fəhlələr,  29,2 faizin i qulluqçular, 8 faizin i  isə kəndlilər 

təĢkil  edirdi.  On ların  içərisində  azərbaycanlılar  20,4,  ruslar  isə  54  faiz  id i

137



ġagird lərin ü mu mi tərkib ində qadınlar 28,2 faiz idi.  



Orta  ixtisas təhsili sistemində texn iku mlar  mühü m yer tuturdu. Onların  

təĢkilində,  hər  Ģeydən  əvvəl,  fəhlə  və  kəndli  uĢaqların  qəbulu,  habelə 

azərbaycanlı  Ģagirdlərin  cəlb  edilməsi  yolu  ilə  sosial  tərkibin  yaxĢ ılaĢdırılması 

nəzərdə  tutulurdu.  Birinci  növbədə  göstərilən  tədris  müəssisələrinə  fəhlə  və 

kəndlilər  qəbul  edilirdilər.  Texniku mun  sərəncamına  torpaq,  bağ  və  meĢə 

sahələri ayırmaq , onların yerli aqronom  məktəblərin in tədris vasitələrindən,  xalq  

torpaq  komissarlığ ının  meteoroloji,  ipəkç ilik  stansiyaları  və  digər  elmi 

idarələrindən  istifadə  etmələrinə  icazə  vermək  vəzifəsi  bütün  qəza  təĢkilatlarına 

həvalə edilmiĢdi. 

Beləliklə,  bir  neçə  ildə  texn iku mlar  Ģəbəkəsi  xeyli  geniĢləndi,  onlarda 

azərbaycanlıların sayı üstünlük təĢkil etməyə baĢladı. 1926/27-ci tədris ilində 39 

texn iku mda təhsil alan  7137 nəfərdən   67,  7  faizi azərbaycanlı,  60,1 faizi fəh lə -



204 

 

kəndli  uĢaqları  idi.  A zərbaycandakı  texniku mlar  pedaqoji,  sənaye-iqtisadi, 



nəqliyyat sənaye-texn iki,  kustar sənətkarlıq,  kənd  təsərrüfatı,  tibb,  vokal  musiqi 

və teatr ixtisasları ü zrə q ruplaĢdırıldı. 



Ali  təhsilin  inkiĢafı.  Azərbaycanda  yeni  cəmiyyət  qurulmasında  ən 

mühü m  vəzifələrdən  biri  sovet  mütəxəssisləri,  ələlxüsus  fəhlə  və  kəndlilərdən 

ziyalı  kadrlar  hazırlamaq  id i.  Lakin  bu  sahəda  Azərbaycanın  konkret  spesifık 

Ģəraitini  nəzərə  almadan,  RSFSR-in  ali  məktəb  təcrübəsindən  istifadə  edildi, 

orada 

isə 


təhsil 

xüsusi 


dekretlə 

təlimin 


"proletariatlaĢdırılmasına" 

istiqamətləndirilmiĢdi.  Həmin  dekretdə  göstərilird i:  " Birinci  yerdə  sözsüz, 

proletariat və yoxsul kəndlilər  mühitindən Ģəxslər qəbul edilməlidir, onlara geniĢ 

həcmdə  təqaüdlər  veriləcəkdir".  Fəhlə  və  kəndli  hakimiyyəti  yeni  sosialist 

cəmiyyətinin  öz  qurucu  kadrların ı  hazırlamalı  id i.  Ali  təhsil  probleminin   bu 

qaydada  həlli  onun  əsil  human ist,  sərbəstlik  tələb  edən  zəmin ini 

məhdudlaĢdırırdı.  A zərbaycanda  ali  məktəb  quruculuğu  iĢinə  ana  dilində  dərs 

deməyi  bacaran  kifayət  qədər  yüksək  ixtisaslı  mütəxəssis  kadrların  olmaması, 

bina  və  zəruri  avadanlıqların  çatıĢ maması,  təsərrüfat  dağınıqlığı  ilə  əlaqədar 

maddi çətinliklər Ģəraitində baĢlandı. 

Azərbaycanda  yalnız  1919-cu  ilin  noyabrında  açılmıĢ  yeganə ali  təhsil 

müəssisəsi  olan  Bakı  Un iversiteti  fəaliyyət  göstərirdi.  Sovet  höku məti 

respublikada  ali  təhsilin  inkiĢafında  Bakı  Un iversitetinin  ro lunu  artırmaq  üçün 

ciddi  səy  göstərirdi.  Bakı  ġəhər  Soveti,  Xalq  Təsərrüfatı  ġu rası,  A zərbaycan 

Həmkarlar  Ġttifaqları  ġurası,  A zərneft  və  digər  sovet-təsərrüfat  idarələri 

Universitetin  maddi bazasının   möhkəmlən məsinə  yardım  göstərməyə  səfərbər 

edilmiĢdi. 

Fəaliyyətə  baĢladığı  vaxt  Universitetin  tərkib ində  yaln mız  iki  fakültə 

(tibb  və  tarix-filologiya)  var  idi

138


.  1921  -1922-c i  ildə  isə  tarix-filologiya  

fakültəsi  ictimai  elmlər  fakü ltəsinə  çevrildi,  ictimai  elmlər  və  fizika-riyaziyyat 

fakültələri  əsasında pedaqoji  fakü ltə  yaradıld ı.  Azərbaycan  Ġnqilab  Ko mitəsinin  

sədri  N.Nərimanov  respublika  üçün  birinci  növbədə  texniki  ali  məktəb 

yaradılmasın ın  vacibliyin  nəzərə  alaraq,  1920-ci  ilin  dekabrında  keçmiĢ  Bakı 

Texniki  Məktəbinin  ali  məktəbə  çevrilməsi  haqqında  dekret  verdi.  1921-ci  ilin  

yanvarında isə bu məktəbin, habelə  RSFSR  Xalq  Maarif  Ko missarlığın ın qərarı 

ilə  Petroqraddan  Bakıya  köçürülmüĢ  politexnik  texnku mun  bazasında 

Azərbaycan Politexnik Ġnstitutu (APĠ) açıldı

140


1921-c i  ilin  yanvarında  Ġnstitutda  dorslor  baĢlandı,  N.Nə rimanov 

professor-müə llim  və  tələbə  heyətini  Azərbaycan  SSR  XKS  və  MĠK.  adından 

salamlayaraq,  Ġnstitutun  milli  kadrların  hazırlan ması  iĢində  böyük  əhəmiyyətini 

qeyd  etdi

141


.  Politexn ik  institutunun  formalaĢması  və  inkiĢafında  Azərneftin  

rəhbərləri, u zun  müddət Ġnstitut direktoru olmuĢ A.A.Nikitin, habelə  müəllimlər 



205 

 

- Ġ.Q.Yes man, Y.N.Dunin,  Z.B.Ye lyaĢeviç,  M.V.Abra moviç,  H.B.ġahta xtinski, 



A N.A mosov və b. fəal iĢtirak etdilər

142


Respublikada  müəllim kadrların hazırlan ması  mərkəzi o lan Azərbaycan 

Pedaqoji  Ġnstitutu  N.Nərimanovun  böyük səyi sayəsində  1921-ci  ilin  payızında 

Bakıda  fəaliyyətə  baĢladı.  Ġnstitutun  təsisi  barədə  dekretdə  deyilirdi:  " Vahid  

əmək  məktəbi  ideyalarını  həyata  keçirə  bilən  yüksək  ixtisas lı  maarif  iĢçiləri  ilə 

respublikanı  təmin  etmək  məqsədilə  Xalq  Ko missarları  Soveti  qərara  alır:  Bakı 

Ģəhərində bu  ilin  (1921-ci  il)  1  sentyabrından  xüsusi  olaraq  ikipilləli  məktəblər 

üçün dövlət  türk  dilində  müəllimlər  hazırlayan  birinci  Azərbaycan  Dövlət  KiĢi 

Ġnstitutu təsis etmək"

143


Ġnstitutun  tərkibində  fizika-riyaziyyat,  təbiət-kimya  və  ədəbiyyat 

Ģöbələri  var  id i

144


.  Burada  tədris  Azərbaycan  dilində  aparılırdı.  R.B.Rzabəyli, 

M.O.Əfəndiyev,  K.D.Cəfərov,  M.Q.Əliyev,  T.A.ġahbazi,  A.Məmmədov, 

B.T.Talıb lı,  Ə.Haqverdiyev,  V.Xu luflu  və b.  Ġnstitutun ilk  fədakar təĢkilatçıları, 

müəllimləri id ilər. 

1921  -c i  ildə  qadın  Məktəbəqədər  Tərbiyə  Ġnstitutu  yaradıldı.  1921-c i 

ilin  noyabrında  isə  o,  Ali  Qadın  Pedaqoji  Ġnstitutuna  çevrildi.  1921-ci  ildə 

Respublikada  Ali  Bəd ii  Məktəb  və  Konservatoriya  yaradıld ı

145


.1926-1927-c i 

tədris ilində Azərbaycanda 5351 tələbənin təhsil aldığı yeddi ali təhsil müəssisəsi 

var idi. Tələbələrin ancaq 27,5 faizini azərbaycanlılar təĢkil edird i

146


Ali  məktəblərə  köhnə  ziyalı  nümayəndələrin in  cəlb  edilməsi,  ali 

məktəblərin  müəllim heyətinin sosial və  milli tərkib inin yaxĢılaĢdırılması, onun 

fəhlə-kəndli  müh itindən  çıxmıĢ  kadrlarla  geniĢləndirilməsi  sayəsində  onlarda 

Azərbaycanlı müəllimlərin və müdavimlərin sayının artması sürətləndi.  

Müəllim  heyətinin  vəziyyətini  yaxĢılaĢdırmaq  məqsədilə  1925-ci  ildə 

Azərbaycan  SSR  XKS  və  MĠK  "Ali  tədris  müəssisələrinin  akademik  heyəti 

üzvlərinin pensiya təminatı haqqında" qərar qəbul edildi.  

 Azərbaycanın a li tədris müəssisələrinin iĢçilərinə elmi -tədqiqat iĢləri və 

ixtisaslarını  artırmaq  üçün  geniĢ  imkanlar  açdı.  M illi  ziyalı  kadrların 

hazırlan ması  və  səmərəli  müəllimlik  fəalliyyəti  üçün  lazımi  Ģərait  yaradıldı. 

Azərbaycan  Ġnqilab  Ko mitəsinin  1920-ci  il  16  iyul  tarixli  dekreti  ilə  Bakı 

Universitetinin  professor  və  müəllimləri  hərbi  səfərbərlikdən  azad  edildilər

148


Ali  tədris  müəssisələri  qapısının  fəhlə  və  kəndli  üzünə  geniĢ  açılmasın ı  təmin 

edən  bir  sıra  dekretlər  verildi.  On lar  üçün  pulsuz  təhsil  prinsipi  həyata 

keçirildi

149

, dövlət təqaüdləri  müəyyən edildi, ehtiyacı olan tələbələr üçün xüsusi 



fond ayrıld ı.  Beləliklə də gənclər ali təhsil almağa qeyri-adi həvəs göstərirdilər: 

təkcə  fəaliyyətə  baĢladığı  birinci  ildə  Politexn ik  Ġnstitutuna  1135  tələbə  daxil 

olmuĢdusa, 1924-25-ci tədris ilində onların sayı 2483-ə çatdı.  Bu  mən zərə  Bakı 

Universitetində və baĢqa ali təhsil müəssisələrində də müĢahidə olunurdu. 



206 

 

Eyni  zamanda  çoxlu  azərbaycanlı  tələbə  Moskva  və  Leninqradın 



(Sankt-Peterburq) ali tədris  müəssisələrinə göndərilirdi.  1925 -ci  ildə  RSFSR və  

baĢqa  sovet  respublikalarının  ali  məktəblərinə  120  azərbaycanlı  tələbə 

göndərilmiĢdi.  Həmçinin  ən  istedadlı  tələbələrin  bir  hissəsinin  təhsilini  baĢa 

çatdırmaq  üçün  xarici  ö lkələrin  ali  məktəblərinə  göndərilməsinə  baĢlanmıĢdı. 

AK(b)P MK  1922-c i ilin noyabrında xarici  a li  mə ktəblərdə təhsil alan tələbələrə  

dövlət  tərəfindən  maddi  yardım  göstərilməsi  haqqında  qərar  qəbul  etdi

150



1922/23  və  1925/26-cı  tədris  illərində  Almaniya,  Fransa,  Ġtaliya  və  Ġstanbulda 



Azərbaycan Sovet Respublikasının təqaüdçüsü olan 129 tələbə təhs il alırd ı

151


Fəhlə-kəndli  gənclərin  ali  məktəblərə  geniĢ  axını  üçün  lazımi  Ģərait 

yaradılmasına  baxmayaraq,  ali  məktəb  tələbələrinin  sosial  mənĢəcə 

"proletariatlaĢdırılması"  prosesi  respublikada  zəif  gedird i.  1924/1925 -ci  tədris 

ilində bütün ali tədris müəssisələrində fəhlə və kəndlilər cəmi 26,3 faiz, qulluqçu 

və digərləri  isə 73,7 faiz təĢkil edird i. Bunu nəzərə alaraq, A zərbaycanda əməkçi 

kəndlilərin  yenı  təhsil  forması  olan  fəhlə  fakültələrinin  təĢkil  ed ilməsi  tətbiq 

edildi.  Höku mət fəh lə-kəndli gənclər üçün ali  məktəblərin qapılarını geniĢ açdı. 

Fəhlə  və  kəndlilər  üçün  ali  məktəbə  qəbul  imtahansız  və  diplo msuz  həyata 

keçirilird i.  Fəhlə  fakültələri  fəhlə-kəndli  gəncləri  ali  məktəbə  daxil  olmaq  üçün 

öyrətmək və hazırlamaq məqsədı güdürdü. Maarifçilik Ass osiasiyası 1920-ci ilin 

dekabrında Bakı Un iverteti nəzdində respublikada birinci  mərkəzi fəhlə fakültəsi 

açdı,  ilk  dövrdə  burada  təhsil  rus  dilində  aparılırdı

152


.  1921-ci  ilin  payızında 

həmin fakültənin nəzd ində 80 nəfər dinləyicisi olan Azərbaycan Ģöbəsi  də açıldı. 

Azərbaycan fəhlə fakü ltəsinin dinləy iciləri hər növ mülki və hərb i səfərbərlikdən 

azad edilirdilər

154



1923/24-cü  tədris  ilində  Azərbaycan  dilində  fəhlə  fakü ltələri  Gəncə  və 



Nu xada  da  açıldı.  On larda  470  dinləy ici  təhsil  alırdı

155


.  1924/25-c i  tədris  ilində 

Bakı  Ģəhər  fəhlə  fakültəsi  nəzd ində  isə  85  nəfərlik  ermən i  Ģöbəsi  təĢkil 

olundu

156


Fəhlə  fakü ltələrinə  dövlət  xüsusi  qayğı  göstərirdi.  Təkcə  1920-ci  ilin 

dekabrında  Xalq  Maarif  Ko missarlığı  Bakı  Universiteti  nəzdindəki  fəh lə 

fakültələri üçün iki milyon manat ayırmıĢdı

157



III  Ümu mazərbaycan  Sovetlər  qurultayı  (1923-cü  ilin  noyabr-dekabrı) 



fəhlə fakültələrinin  mühü m əhəmiyyətini qeyd edərək, fabrik-zavod fəhlələri və 

yoxsul  kəndlilərdən  "mütəxəssislər,  yeni  sosialist  həyat  qurucuları  hazırlamaq  

üçün respublikanın  bütün ictimai təĢkilatlarına "Azərbaycan fəhlə  fakültələrinin  

daha da yüksəliĢi, onların  maddi  rifahın ın  möhkəmlən məsi üçün maksimu m səy 

və vasitələr sərf etmək" çağırıĢı ilə mü raciət etdi

158


Müraciət  təsərrüfat  və  sovet  təĢkilatlarının  fəhlə  fakü ltələri, 

quruculuğunda  fəal  iĢtirakına  səbəb  oldu.  Azərneft,  Bakı  ġəhər  Soveti,  Xalq  


207 

 

Maarif  Ko missarlığı  və  digər  təĢkilatlardan  alın mıĢ  vəsaitlə  elmi  kabinet  və 



laboratoriyaları  təchiz  etmək,  QaraĢəhərdə  fəhlə  fakü ltəsi  üçün  bina  tikintisinə 

baĢlamaq mü mkün oldu

159

. Niko layevski küçəsindəki (indiki Ġstiqlaliyyət küçəsi) 



realnı  məktəbin  köhnə  binası  1923-cü  ildən  fəhlə  fakültəsinə  verildi

160


.  Fəhlə 

fakültəsinin iqtisadi vəziyyətini yaxĢılaĢdırmaq üçün konkret tədbirlər görülürdü. 

1921-c i ilin aprelində Maarifç ilik Assosiasiyası AHĠġ -in  Rəyasət Heyətinə fəhlə 

fakültəsi  d inləyicilərinin  iĢ  gününü  qısaltmaq  və  maddi  təminatının  zəruriliyi 

barədə  təkliflə  müraciət  etdi

161


.  Həmin  ilin  sentyabrında  AHĠġ  fəhlə  fakültəsi 

dinləyiciləri  üçün  güzəĢtlər  haqqında qərar  verdi:  dinləyicilər  təhsil  müddətində 

hər  gün  iki  saat  iĢdən  azad  olunur,  Ġkinci  kurs  dinləyiciləri  isə  əmək  haqqı 

saxlan maq la  xid mətdən  azad  edilirdilər.  Fəhlə  fakültəsi  tələbələri  içərisində 

azərbaycanlıların  sayı  eyni  artdı.  Fəhlə  fakültəsinin  Azərbaycan  Ģöbəsi  açılan  

zaman  80  dinləy ici  var  id isə,  1925/26-cı  tədris  ilində  onların  sayı  artmıĢ  1477 

nəfərə  çatdı

163


.  Bütövlükdə  həmin  tədris  ilində  respublika  fəhlə  fakültələrində 

müdavimlərin  sayı  birinci  fəhlə  fakü ltəsi  açılan  zaman  olan  209 -a  qarĢı  3046 

nəfər təĢkil edird i

164


. 1922-23 ildən 1927-c i ilədək fəhlə fa kültə ləri respublikanın  

ali  tədris  müəssisələri  üçün  907  nəfər,  o  cü mlədən  227  azərbaycanlı  müdavim 

hazırlamıĢdı

165


Beləliklə,  20-ci  illərdə  respublikada  ali  məktəblərin  in kiĢafı  üçün  əsas 

qoyuldu,  fəhlə-kəndli  gənclərin  ali  məktəblərə  axını  yeni  "sovet  ziyalı"  kadrları 

hazırlan masına Ģərait yaratdı. 

Ancaq  o  dövrdə  ali  tədris  müəssisələrinə  fəh lə  və  kəndlilərin  cəlb  

edilməsində əhəmiyyətli rol oynayan ali məktəblərin sırf "proletariatlaĢdırılması" 

siyasətinin  öz  mənfı,  antidemokratik,  antihu manist  cəhəti  də  var  idi.  Belə  ki, 

Azərbaycan  burjuaziyası,  liberal-demokratik,  əhalin in  varlı  təbəqələri,  baĢqa 

sözlə  respublika  əhalisinin  ən  ço x  maariflən miĢ,  yüksək  mədəniyyətə  bələd 

hissəsinin uĢaqlarının ali  məktəblərə daxil olmaq hüquqları məhdudlaĢdırılmıĢdı. 

Bu  vəziyyət  ali  tədris  müəssisələrinin  mikroiq liminə,  ali  məktəb  tələbələrinin  

təhsil  səviyyəsinə  mənfi  təsir  göstərməyə  bilməzd i.  Öz  vətənində  uĢaqlarına  ali 

təhsil vermək  imkanından  məhru m o lan, həmçinin sovet hakimiyyətinə  mü xalif 

əhvali-ruh iyyəli,  "sosializm"   ideyaların ı  qəbul  etməyən  bu  adamlar  -  b ir  ço x 

siyasi  partiya,  qrup  və  hərəkatların  nümayəndələri  təqib,  inzibati  təzyiq  və 

cəzalardan  qorxaraq  respublikanı  tərk  edir,  Yaxın  və  Uzaq  xarici  ölkələrə 

yayılaraq, mühacirlər dəstəsinə qoĢulurdular. 

El m.  A zərbaycanda  ilk  dəfə  o laraq  dövlət  səviyyəsində  elmi-tədqiqat 

özəkləri  və  institutları  Ģəbəkəsinin  yaradılması  iĢinə  baĢlandı.  1921 -ci  ilin 

fevralında Xalq Maarif Ko missarlığ ı nəzdində "elm və təhsil sahəsində bütün iĢə 

"Ümu mi  ideya  rəhbərliy i  üçün  akademik  Ģöbə  yaradıldı

166

.  Onun  tərkibinə 



Azərbaycan  Dövlət  Universiteti,  Azərbaycan  Politexn ik  Ġnstitutu,  Dövlət 

208 

 

Muzeyi, Dövlət Arxiv i, Döv lət Kitab xanası və bütün digər "elmi xarakterə malik 



məktəblər, idarələr" daxil edildi. 

1920-c i  ilədək  respublikada  forma laĢmıĢ  təbii-te xn iki  profili  elmi-

tədqiqat  müəssisəsi  yox  id i.  Elmi  fəaliyyətlə  məĢğul  olan  kadrların  sayı  çox  az 

idi. Azərbaycanda təbiət və texnika elmlərinin  inkiĢafına  RSFSR və digər sov et 

respublikaların ın  elmi  idarələri  kö mək  göstərdilər.  Bu  respublikalardan  Bakıya 

görkəmli  alimlər  yüksək  ixtisaslı  mütəxəssislər  göndərilirdi.  Mərkəz  birinci 

növbədə  bütün  sovet  ölkəsinin  iqtisadiyyatı  üçün  vacib  olan  elm  sahələrinə 

diqqət  yetirərək,  ən  ümdə  Ümu mĠttifaq  mənafelərindən  çıxıĢ  edirdi.  Sovet 

Ġttifaqın ın  baĢlıca  neft  bazası  olan  Azərbaycanda  elmi  dairələrin  qarĢısında 

qazıma  texnikası,  neft  kimyası,  energetika,  geoloji  elmlərin  inkiĢafı  sahəsində 

tədqiqatlar əsas vəzifə  kimi qoyulmuĢdu. 1920-ci ildə  Bakıda Azərneftin geoloji 

kəĢfiyyat  bürosu,  1923-cü  ildə  isə  "Geoloji  kəĢfiyyat  ko mitəsi"  yaradıld ı. 

Kimyaçı  alim  A.Q.Qurviçin  rəhbərliyi  altında  Bakıda  Azərneftin  nəzd ində 

Mərkəzi  kimya  laboratoriyası  təĢkil  ed ild i.  Akademik  Ġ.M.Qubkin,  professor 

D.V.Qolubyatnikov  və  M.V.Abra moviç  Ba kı  neft  rayonunun  geoloji  xəritəsini 

tərtib  etdilər.  Onlar  Azərbaycan  SSR  neft  sənayesinin  bərpası  və  texn iki 

cəhətdən yenidən qurulmasının elmi əsaslandırılmıĢ planını hazırladılar

167


Neft  mədənlərinin    təkmilləĢdirilməsini    həyata  keçirmək  və  bərpa 

iĢlərinə  texniki  rəhbərliy i  təmin  etmək  üçün  istedadlı 

mühəndis 

F.B.Rüstəmbəyovun baĢçılığ ı ilə A zərneftin "Texn iki büro"su yaradıldı

168


. Onun 

iĢində  akademik  L.S.Leybenzon,  bakılı  mühəndislər  M.A.KapelyuĢnikov, 

E.Ġ.Tağ ıyev  (sonralar  professor,  Moskvada  Ümu mĠttifaq  Neft  Ġnstitutunun 

kafedra  müd iri),  Azərneftin  rəisi  A.P.Serebrovski  (sonralar  Moskva  Mədən 

Akademiyasının  qazıma  kafedrasın ın  müd iri)  və  baĢqaları  fəal    iĢtirak  etmiĢlər. 

1924-cü ildə M.A.KapelyuĢnikov qazıma te xnikasının inkiĢafında  mühüm addım 

hesab  edilən  dünyada  birinci  turboboru  quraĢdırıldı.  Böyük  elmi  qüvvələrin  

cəmləĢdiyi A zərbaycan Politexn ik Ġnstitutu texniki elmlərin  mərkəzlərindən biri 

oldu. Neft geologiyası (M .V.Abramoviç), hidroneft (L.S.Leybenzon), hid rav lika 

və hidravlik  mühərriklər  (Ġ.Q.Yesman ), bu xar  mühərrikləri və  istil ik d mamikası 

(K.V.Pokrovski),  fizika (K.B.Lopu xin ), neft kimyası (K.A.Krassuski) ka fedra və 

laboratoriyalarında mühü m elmi tədqiqatlar aparılırdı.  

M.Əzizbəyov adına Azərbaycan Polite xnik Ġnstitutunun elektrik fizikası 

laboratoriyasında  professor  S.N.Usatının  rəhbərliyi  altında  elektrik  fizikasının  

ayrı-ayrı  məsələləri  iĢlən miĢdi.  Azərbaycan  Polite xn ik  Ġnstitutunun  "Xəbərləri"  

jurnalında  onun  ilk  məqaləsi  çap  edilmiĢdi

169

.  Laboratoriyada  sonralar  sovet 



atom  elminin  əsasını  qoyanlardan  biri  olan  N.V.Kurçatov  bir  müddət  elmi 

fəaliyyət göstərmiĢdi. 



209 

 

Beləliklə,  RSFSR  və  digər  respublikaların  alimlərin in  yerli  qüvvələrlə 



birgə  fəaliyyəti  sayəsində  Azərbaycanda  çoxsahəli  elmin  inkiĢafı  zəmin i 

yaranırdı. 

1922-c i  ildə  Azərbaycan  Ali  Ġqtisadi  ġurası  yanında  yaradılmıĢ  

respublika  elektrikləĢdirmə  dövlət  ko missiyası  iĢə  baĢladı

170

.  Onun  tərkibinə 



professor  X.Məlik-Aslanov  (sədr),  Ġ.Q.Yesman,  E.B.YelyaĢeviç,  V.A.  Vasilyev 

və digər görkəmli mütəxəssislər daxil idilər. 

1920-c i  ildən  baĢlayaraq  fizika-riyaziyyat  elmləri  məsələlə rinin  

Azərbaycan Dövlət Un iversitetində tədqiqinə baĢlandı. Onun müvafiq kafedraları 

- bu sahədə elmi-tədqiqat iĢlə rin in ilk ocaqları yarandı.  

1921-c i  ildə  Bakı  dəniz  rəsədxanası  iĢə  baĢladı,  1923-cü  ildə  isə  Ba kı 

seysmik  stansiyası  bərpa  edildi.  1924-cü  ildən  hidrolo ji  və  dərin  sularda 

tədqiqatlar aparan ekspedisiyalar fəaliyyət göstərirdi.  

Respublikada  bio logiya,  kənd  təsərrüfatı  və  tibb  elmlərin in  yaran ması 

və  inkiĢafı  M.Əzizbəyov  adına  Azərbaycan  Politexnik  Ġnstitutunun  kənd 

təsərrüfatı  fakültəsi  və  Azərbaycan  Dövlət  Universitetinin  tibb  fakültəsi  ilə 

əlaqədar  idi.  Bu  tədris  müəssisələrində  torpaqĢünaslıq  (professor  V.N.Smirnov -

Loqina),  botanika  (p rofessor  A.A.Qrossheym),  bit kilə rin  mo rfologiya  və  

sistematikası,  zoologiya, hidroqurğular və qiy mətli bitkilərin meliorasiyası (prof. 

X.Məlik-AsIanov),  heyvanların  anatomiya  və  fizio logiyası  və  digər  kafedra  və 

laboratoriyalar  var  id i.  Burada  b iologiya  və  kənd  təsərrüfatı  elmlərinin  o  dövr 

üçün aktual olan problemləri iĢlənird i. 

1925-c i  ildə  yarad ılmıĢ  A zərbaycan  Elmi-Tədqiqat  Heyvandarlıq  və  

Baytarlıq  Ġnstitutu  yerli  cinslərin  yaxĢılaĢdırılması  məsələlərin in  elmi  həlli  ilə 

məĢğul olurdu

172



1922-c i ildə Bakıda yolu xucu xəstəliklə rin ep ide mio loji xüsusiyyətlərin i 



öyrənməklə 

məĢğul  olan, 

respublikada  birinci  Tibbi 

Virasologiya, 

Mikrobiologiya,  Gigiyena  Elmi-Tədqiqat  Ġnstitutu  yaradıldı

173


.  1925-ci  ildə  

Azərbaycan  Əmək  və  PeĢə  Xəstəliklərin in  Gigiyenası  Ġnstitutu  təĢkil  edild i. 

Oftalmo loqla rın  (1922-c i  il)  cərrahla rın  (1923-cü  il),  terapevtlərin,  uĢaq 

həkimlərinin (1924-cü il) respublika elmi cəmiyyətləri fəaliyyətə baĢladı. 

Ġctimai  elmlər  sahəsində  ilk  addımlar  A zərbaycan  Dövlət 

Universitetində  atılmıĢdı.  Onun  tarix-filolog iya  və  Ģərq  fakültələrində 

Azərbaycanın  və  Yaxın  ġərq  ölkələri  tarixin in  iĢlən məsinə  baĢlanmıĢdı.  Ġctimai 

və  humanitar  elmlərin  formalaĢması  və  in kiĢafına  akademik  V.V.Bartold  və 

N.Y.Marr,  professorlar  Ġ.Ġ.MeĢĢaninov,  A.N.Samoyloviç,  A.O.Makovelski,  

Y.A.Berte ls, 

N.K.Dmitriyev, 

O.Qubaydulin, 

Y.A.Baybakov, 

P.K.Juze,  

V.M.Sısoyev, B.Çobanzadə və b. böyük kö mək göstərdilər.  


210 

 

1921 -ci ilin yanvarında Zaqafqaziyada birinc i sovet dövlət arxiv idarəsi 



olan  Azərbaycan  Dövlət  Arxiv i  fəaliyyətə  baĢladı

174


.  Həmin  ilin  sonunda 

"Azərbaycan  Kommunist  partiyasının,  Bakı  fəhlə  hərəkatın ın  və  Yaxın  ġərqdə 

azadlıq hərəkatının tarixinə aid o lan bütün materialları toplamaq və  iĢləməyi öz 

məqsədi  kimi  qəbul  edən  xüsusi  Azərbaycan  Partiya  Tarixi"  Ġnstitutu  təsis 

edildi

175


.  1922-c i  ilin  fevralında  marksist  ədəbiyyatın  Azərbaycan  dilinə 

tərcüməsi iĢinə rəhbərlik edən xüsusi komissiya yaradıldı. 1922 -ci  ilin fevralında 

Arxeologiya  Həvəskarları  Cəmiyyəti,  1923-cü  ilin  iyununda  isə  Azərbaycan 

Arxeologiya  Ko mitəsi  təĢkil  olundu

176

.  1927-ci  ildə  o,  tarix,  incəsənət  və 



mədəniyyət  abidələrinin  qorun ması  Ko mitəsinə  çevrildi.  Xocalı-Gədəbəy, 

Yaloylutəpə, Qızılvəng kimi arxeoloji mədəniyyətlər aĢkar ed ild i.  

Azərbaycanda elmin  daha da inkiĢafı vahid elmi mərkəzin yaradılmasın ı 

tələb edirdi. Hələ 1923-cü ilin əvvəlində belə b ir elmi mərkəzin yaradılmasına ilk 

cəhd edilmiĢdi. Məhz bu dövrdə bir q rup bakılı professor "Azərbaycanı tədqiq və 

tətəbbö cəmiyyəti"ni yaratmaq  xah iĢi ilə Xalq Maarif  Ko missarlığı ko llegiyasına 

müraciət  etdilər.  Ko missarlığın  kollegiyası  1923-cü  il  mayın  5-də  cəmiyyətin 

D.Urusov,  Bakı  Un iversitetinin  professoru  A.R.Zifeld  və  "Kommun ist"  qəzeti 

redaktoru H.Cəb iyevin tərtib etdikləri nizamnaməsin i təsdiq etdi. 

1923-cü il noyabrın 2-də 40 nəfərə qədər görkəmli alim və mütə xəssisin 

iĢtirakı  ilə  Cəmiyyətin  ilk  təsis  iclası  keçirildi.  1924-cü  illər  SSRĠ  EA  

DiyarĢünaslıq  Bürosunun  müxb ir  üzvü  olan  yazıçı  Ə.Haqverdiyev  Cəmiyyətin 

sədri  seçildi.  N.Nərimanov  və  S.Ağamalıoğlu  isə  Cəmiyyətin  fəxri  sədrləri, 

V.V.Bartold,  N.Y.Marr  və  F.  Oldenburq  Cəmiyyətin  fəxri  üzvləri,  H.Cəbiyev, 

M.Baharlı,  R.ġabanov,  prof.  V.Ġ.Smirnov-Loqinov  və  Ġ.F.Blinov  Cəmiyyətin 

üzvləri seçild ilər.  Cəmiyyətin təsisçiləri və ilk həqiq i üzv ləri içərisində alimlərlə 

yanaĢı, 

Q.Musabəyov, 

R.A xundov, 

D.Bünyadzadə, 

A.P.Serebrovski, 

S.M.Əfəndiyev,  Ç.Ġld ırım, Tağı  ġahbazi kimi  ictimai və dövlət  xad imləri də var 

idi

177


.  Ġclasda  A.Samoylov  A.R.Zifeld,    V.M.Sisiov,    V.A.Ryu mindən    ibarət  

yaradılan iĢçi qrupu Cəmiyyətin fəaliyyət istiqamətlərini müəyyən etməli idi.  

Cəmiyyətin  Naxçıvan,  Dağlıq  Qarabağ,  ġamaxı,  Lənkəran  Gəncə, 

Zaqatala  və  ġəkidə  Ģöbələri  açıldı.  1925-ci  ildə  Moskvadan  sonra  isə 

Leninqradda  cəmiyyətin  Ģöbələri  iĢə  baĢladı

178


,  bu  isə  həmin  Ģəhərlərin  elmi 

ictimaiyyəti ilə sıx əlaqələr yaradılmasına kö mək etdi. Cəmiyyət təbiət və ictima i 

elmlər sahəsində çalıĢan respublika alimlərini b irləĢdirirdi.  1927-ci  ilin sonunda 

Cəmiyyətin  min  nəfərdən  artıq  üzvü  var  idi.  1925-ci  ildə  Cəmiyyət  əvvəlcə  rus 

dilində,  1928-ci  ildən  isə  Azərbaycan  dilində  "Azərbaycanı  tədqiq  və  tətəbbö 

cəmiyyətinin  xəbərləri"ni  nəĢr  etməyə  baĢladı.  Höku mət  1926-cı  ilin  

sentyabrında  Azərbaycan  MĠK-in  tabeçiliyinə  verilən  Cəmiyyətin  fəaliyyətinə 

böyük diqqət yetirirdi. 



211 

 

Cəmiyyət  Azərbaycan  xalq ının  ədəbi  irsi  və  folklorunun  öyrənilməsi 



sahəsində  böyük  iĢ  aparırdı.  Qabaqcıl  yazıçı,  filo loq  və  bəstəkarlar  bu  iĢə  cəlb  

edilmiĢ, 

C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev, 

A.Sübhanverdixanov, 

Ü.Hacıbəyov,  H.Zeynallı,  S.Mümtaz,  Y.V.Çəmənzəmin li,  H.Əlizadə,  A.Baq riy  

və baĢqalarından ibarət xüsusi ko missiya təĢkil edilmiĢdi.  

Cəmiyyət  Moskva,  Leninqrad  və  digər  Ģəhərlərin  görkəmli  alimlərin i 

mühazirə  o xu maq  üçün  Bakıya  dəvət  edirdi.  1924-cü  ildə  görkəmli  rus 

ĢərqĢünası,  akademik  V.  V.  Bartold  Bakı  Universitetində  türk-tatar  xalq larının  

tarixinə  dair  mühazirələr  o xu muĢdu.  O,  Azərbaycan  xalq ının  mühüm  tarix  və 

mədəniyyət  qaymağı,  Ģifahi  xalq  ədəbiyyatımızın  zirvəsi  olan  "Kitabi -Dədə 

Qorqud‖ dastanının bir h issəsini rus dilinə çevirmiĢdi.  

1924-cü 


ilin  sentyabrında  Cəmiyyət  Ümu mĠttifaq  əhəmiyyətli 

Ümu mA zərbaycan  diyarĢünaslıq  qurultayı  keçirdi

179

.  Qurultayda  SSRĠ  MĠK-in  



sədri  N.Nərimanov,  SSRĠ  EA -nın  elmi  katibi  S.F.Oldenburq  çıxıĢ  etmiĢdilər. 

Qurultayda  birinci  dəfə  Ümu mĠttifaq  Türkolo ji  qurultayın  çağırılması  haqqında 

fikir söylən miĢdi. Quru ltay iĢində müttəfiq və mu xta r respublikala rın, Moskva və 

Leninqrad ın alimləri iĢtira k et miĢ və otuzdan artıq məru zə o xu muĢdular 

180



1925-c i 



ildə  Cəmiyyətin  ikiilliyinin  təntənəli  qeyd  edilməsi 

mərasimində  hökumət  adından  çıxıĢ  edən  Xalq  Maarif  Ko missarı  Mustafa 

Quliyev  qeyd  etmiĢdi  ki,  o,  bu  Cəmiyyətdə  gələcək  A zərbaycan  Elmlər 

Akademiyasmı görür

181



 




Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin