AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
§ 4. ƏDƏBĠYYAT. ĠNCƏSƏNƏT 

 

 



Ədəbiyyat.  Sovet  hakimiyyəti,  ko mmun ist  partiyası  kütlələrin  bədii 

sərvətlərə  yiyələnməsini  özlərin in  ideoloji  fəaliyyətlərində  məqsədyönlü  baĢlıca 

vəzifə kimi elan etmiĢdilər. "Ġncəsənət xalqa" Ģüarı nəzərdə tuturdu ki, incəsənət 

xalqa  məxsus  olmalı,  "sosialist  ideologiyası"  qanadı  altında  onun  mənəvi 

cəhətdən maariflən məsini, tərb iyələndirilməsini təmin etməlidir.  

Azərbaycanda  yeni  bədii  mədəniyyət  quruculuğu  yolların ın  axtarıĢı 

zaman ı  zəngin  milli  ənənə  və  yeniliklərin  münasibətindən  meydana  çıxan  ciddi 

problemlər  kəskin  mübahisə  və  müzakirələr  törədird i.  Ancaq  mü zakirələr  azad, 

demokratik  Ģəraitdə  getmirdi,  partiya  təzy iqi  altında  hakim  ideologiyaya  tabe 

ruhunda  həll  edilird i.  Bununla  belə,  qədim  hu manist  köklə rə  söykənən 

Azərbaycan  ədəbiyyat və  incəsənətinin  mütərəqqi  cəhətləri  ö zünə  yol  açır,  xalq  

da  onlara  yiyələn məyə  cəhd  göstərirdi.  A zərbaycan  mədəniyyətinin  görkəmli, 

dəyanətli  xadimləri  mürəkkəb  ictimai-siyasi  Ģəraitdə  milli  irsi  qoruyub 

saxlamağa çalıĢırd ılar. 



212 

 

Demokratik  mövqelərdə  dayanmıĢ  bir  çox  yazıçılar  ictimai-mədəni, 



ədəbi  tədbirlərdə  iĢtirak  edərək,  respublikada  qərarlaĢan  yeni  həyata 

qoĢulurdular.  S.S.A xundov,  C.Məmmədquluzadə,  Ə.Haqverdiyev,  A.ġaiq, 

Y.V.Çəmən zəminli, N.Və zirov,  C.Cabbarlı, M.S.Ordubadi, Ə.Nəzmi, T.ġahbazi, 

B.A.Talıblı və baĢqaları  maarifçilik, human izm, tərəqqi ideyalarını təbliğ edərək, 

gerilik və  mövhumatçılığa qarĢı  mübarizə aparır, qəzet və jurnallarda,  maarif və 

mədəniyyət  orqanlarında  çalıĢırd ılar.  Bu  illərdə  S.S.A xundovun  fəaliyyəti 

xüsusilə fərq lənird i.  1920-ci ildə Qarabağda vilayət xalq təhsili Ģöbəsinə baĢçılıq  

edən ədib 1921-ci ildə "Tənqid-təbliğ teatrı"nın səhnəsi üçün müsabiqəyə təqdim 

olunmuĢ  32  əsər  içərisində  birinci  yeri  tutmuĢ  "Laçın  yuvası"  pyesini 

yazmıĢdı


182

.  Pyesdə  Yeni  həyat  uğrunda  mübarizə  təqdir  edilirdi.  1921-1923-cü  

illərdə S.S.A xundov "Taleyin təkəri", "Əməkdə xoĢbəxtlik", "Qaranlıqdan iĢığa", 

"Ġki  yol",  "Məhəbbətin  nəticələri",  "ġərq  d iplo mları",  " Yeni  məiĢət"  səhnə 

əsərlərin i qələmə almıĢdı

183


1921-c i ildə C.Mə mmədqulu zadə Təbrizdən Bakıya qayıtdı. Artıq 1922 -

ci  ildə  "Molla  Nəsrəddin"  jurnalının  nəĢri  bərpa  edildi.  C.Məmmədquluzadə 

1921-c i  ildə  "DanabaĢ  kəndinin  məktəbi"  1927-c i  ildə  isə  "Dəli  yığ ıncağı" 

ko mediyasını yazdı. 

Azərbaycan  sovet  ədəbiyyatı  klassik  rus  və  sovet  ədəbiyyatının  ideya -

bədii  təsirin i  azaltmağa  cəhd  göstərənlərə  qarĢı  kəskin  mübarizə  Ģəraitində 

inkiĢaf  edird i.  Eyni  zamanda  Azərbaycan  ədəbiyyatının  qədim  və  zəngin  irsini 

inkar  etmək  meyilləri  də  mövcud  idi.  Yen i  hakimiyyətin  qanunlarını,  sovet 

həyatını  qəbul  etməyərək  kənarda  dayananlar,  bəzən  isə  ona  qarĢı  düĢmən 

əhvali-ruh iyyədə olanlar da az deyildi. 

Azərbaycanda  sovet  ədəbiyyatının  inkiĢafında  bütün  mədəni  irsin  

rolunu  inkar  eden  "proletkultçuluq"  mənfi  rol  oynadı

184


.  ĠĢ  o  yerə  çatmıĢdı  ki, 

Nizami  və  Sabirə  abidə  ucaldılmasın ı  onlar  "fəh lə  iĢinə"  xəyanət  kimi 

qiymətləndirird ilər. 

Azərbaycanda  "proletar  mədəniyyəti"  ziyanlı  ideyaların ın  yayılmasına 

qarĢı  daim  çıxıĢ  edən  N.Nərimanov  Azərbaycan  ədəbiyyatının  formalaĢ ması  və 

inkiĢafını  böyük  dövlətçilik  fəaliyyətinin  diqqət  mərkəzində  saxlayırd ı.  O, 

bəĢəriyyətin  yaratdığı  mədəniyyət  abidələrin i,  sivilizasiyanın  nailiyyətlərini 

yüksək  qiymətləndirir  və  zəh mətkeĢ  kütlələri  yorulmadan  ona  yiyələnməyə 

çağırırdı. 

1922-c i  il  iyunun  15-də  "Ba kinski  raboçi"  qəzet ində  dərc  olunan  "Bir 

neçə  yoldaĢlara  cavab"  məqaləsində o,  "proletar  mədəniyyəti"  ideoloqlarını  ifĢa 

edərək göstərirdi ki, əsil p roletar Ģairi Sabirin, xalq Ģairləri Vaq if və Zakirin bədii 

irsi öyrənilməli və geniĢ xalq ın  malı olmalıdır. N.Nərimanov həmin  məqaləsində 

yazırdı:  "Türk  uĢaqları  təkcə  PuĢkinin  deyil,  habelə  ġekspir  və  ġillerin  də 



213 

 

Ģeirlərini  bilməlid irlər.  Ancaq  hər  halda  yalnız  ondan  sonra,  o  zaman  ki,  on lar 



hər  Ģeydən  əvvəl  əsil  proletar,  xalq  Ģairi  Sabir,  Vaqif,  Zakir,  Vidadinin  bütün 

zəh mli döyüĢkən Ģeirlərin i bilərlər"

185



Bu  məqalə  yüksək  rəhbər  dairələrdə  bərk  çaxnaĢma  törədir. 



N.Nərimanova qarĢı böhtan və təqiblərə baĢçılıq edən, onu  millətçilikdə  ittiham 

etməyə çalıĢan, AK(b)P  BK-nın  katibi  Levon Mirzoyan 1922-ci il  iyunun 19-da 

bu  məsələnin  RK(b)P  Zaqafqaziya  Ölkə  Ko mitəsində  təcili  mü zakirə  olun ması 

barədə  Tiflisə  Q.Orco kid ze  və  M.OraxelaĢviliyə 

məktub  göndərir. 

N.Nərimanovun  məqaləsi  1922-ci  il  iyunun  22-də  AK(b)P  MK-nın  iclasında 

mü zakirə  edilərək,  partiyanın  birliyinə,  beynəlmiləl  xəttinə  xələl  gətirən  kimi 

qiymətləndirilir

185a

.  N.Nərimanov  öz  xalqını  nəin ki  rus  və  digər  xalqların  



mədəniyyət  nümayəndələrini  tanıyan,  eləcə  də  ilk  növbədə  öz  milli  Ģair  və 

yazıçılarını  öyrənən  savadlı,  təhsilli  görmək  istəyinin  partiya  xəttinə  qarĢı 

yönəldilmiĢ  cəhd  kimi  dəyərləndirildiy i  gərgin  bir  ictimai-siyasi  Ģəraitdə  milli 

mədəniyyətin,  ədəbiyyatın,    incəsənətin    inkiĢafı  uğrunda    dönmədən  mübarizə 

aparırdı.  1925-ci ilin sentyabrında respublika höku məti Nizami  Gəncəviyə abidə 

ucaldılması haqqında qərar qəbul etdi

186



20-ci  illərdə  Hüseyn  Cavidin  orijina l,  ict ima i  fə lsəfi  "Peyğəmbər"  



(1923),  "Topal  Teymu r"  (1925)  əsərləri,  Əh məd  Cavadın  " Göy  göl"  (1925) 

poeması,  Hacı  Kərim  Sanılının  "Aran  köçü"  (1925),  " Namus  davası"  (1927) 

poemaları  çap  olun muĢ,  Azərbaycan  dramaturg iyası  da  C.Cabbarlın ın  "Aydın" 

(1921), "Oqtay Eloğ lu" (1923) pyesləri ilə zənginləĢ miĢdi. 

Partiya orqanları və sovet hökuməti  ilk günlərdən yaradıcı təĢkilatların, 

ədəbiyyat nümayəndələrinin fəaliyyətini ciddi nəzarətində saxlay ırdı. 

AK(b)P  M K  katib i  Ə.H.Qarayevin  1923-cü  ilin  dekabrında 

"Kommun ist" qəzetində getmiĢ  məqaləsində guya "yaradıcılıqlarında bədbinlik"  

motiv lərinə  üstünlük  verməkdə,  müasir  həyata  tam  laqeydlik  göstərməkdə 

günahlandırılan  Ģairlər  partiya  mövqeyindən  ciddi  tənqid  olunaraq qeyd  edilirdi 

ki,  "onların  yaradıcılığ ı  "gənclərin  tərbiyəsinə  mənfı  təsir  göstərir".  O  vaxt 

H.Cavid, H.X.Sanılı, Ə.Cavad, S.Mənsur kimi görkəmli Ģairlər də kəskin tənqidə 

məruz qalmıĢdılar.  Onlara qarĢı real həyatdan ayrı düĢmək və yeni həyatı təbliğ  

etmək  əvəzinə,  "adamları  gündəlik  həyatdan uzaqlaĢdırmaq"  ittihamı  səslənirdi. 

Gö rkəmli  dramaturq  və  Ģair,  XX  əsr  Azərbaycan  ədəbiyyatının  ən  parlaq 

simalarından biri - Hüseyn Cavid xüsusi "bolĢevik niĢangahı"na hədəf idi. 

Bədii sözün gənclərin tərbiyəsinə böyük təsirini nəzərə alaraq, AK.(b)P 

MK-nın  orqanı  "Maarif  və  mədəniyyət"  jurnalı  gənclərin  bədii  və  ictima i 

tərbiyəsini  xüsusi  nəzarətə  götürdü

187


.  Partiya  orqanları  yarad ıcı  qüvvələri  ö z 

rejimində  "birləĢdirərək",  sosialist  ideyalarını  təbliğ   məqsədilə  partiya  sovet 

platformasında  dayanan  cəmiyyət  və  təĢkilatlar  yaradır,  onların  vasitəsi  ilə  yeni 


214 

 

ideya  və  baxıĢları  amiranəliklə  qəbul  etdirird ilər.  Yarad ıcılıq  azadlığı  əməli 



olaraq partiyanın ciddi nəzarəti altında id i və hər cür özgəfikirliy in təqib edilməsi 

tədricən "zəruri norma"ya çevrilird i. 

Hələ  1921-ci  ildə  Bakı  Partiya  Ko mitəsinin  təbliğat  Ģöbəsi  nəzdində 

təĢkil  olunan  ədəbiyyat  mərkəzi

188

  1922-c i  ildə  S.S.A xundovun sədrliyi  a ltında 



ədəbi  dərnək  kimi  fəaliyyət  göstərirdi.  Ona  H.Cav id,  H.Cəb iyev,  S.Mü mtaz, 

H.Zeynallı  (müav in),  M.S.Səfərov  (katib)  daxil  idilər.  Tezliklə  "ədəbiyyatçılar 

və  Ģairlər  Ġttifaqına"  çevrilən  bu  mərkəzin  baĢlıca  vəzifəsi  "Ko mmunist" 

qəzetinin  əlavəsi  -  "Həyatdan  doğulmuĢ  xalq  ədəbiyyatı" vərəqəsini  hazırlamaq 

idi.  1925-ci  ilin  fevralında  fəa l  yazıç ıla rın  təĢəbbüsü  ilə  çağırıla raq 

S.Ağamalıoğlunun  sədrliyi  altında  keçirilən  müĢavirədə  yeni  -  "Azərbaycan 

ədəbiyyat  cəmiyyəti"nin  əsası  qoyuldu.  Onun  tərkibinə  S.Ağamalıoğlu  ilə 

yanaĢı,  baĢqa  partiya  və  dövlət  xadimləri  -  R.A xundov,  Ə.H.Qarayev, 

M.Quliyev,  B.Talıblı,  T.ġahbazi-Simurq, H.Cəb iyev, M.S.Ordubadi, M.Hikmət, 

H.Cavid,  C.Cabbarlı,  F.Ağayev  daxil  idilər.  Cəmiyyətin  üzvləri  yekcins  ideya-

bədii  və  siyasi  mövqedə  olmadıq ları  üçün,  ədəbiyyatını  həyatla  əlaqələri,  bədii 

əsərlərdə  müasir  problemlərin  əks  olunması  məsələləri  mü zakirəsində  onların 

arasında ideya mübarizəsi baĢ verird i. 

Həmin  ildə  "Ko mmunist"  qəzeti  yanında  gənc  yazıçıların  ədəbiyyat 

qrupu  bazasında  tezliklə  kütləvi  ədəbi  təĢkilata  çevrilən  " Gənc  Qızıl  Qələmlər 

Ġttifaqı"  yaradıld ı

189

.  Ona  S.Rüstəm,  M.Rah im,  M.MüĢfıq,  S.Vurğun,  A.Fövzi, 



Ə.Əbülhəsən,  M.Hüseyn,  Mir  Cəlal  daxil  idilər.  Gəncə,  Naxçıvan,  Xan kəndi, 

Nu xa,  Lənkəran  və  digər  Ģəhərlərdə  onun  Ģöbələri  açıldı.  Ġttifaq  müasir 

vəzifələrdən guya uzaqlaĢan və köhnə ədəbi formalara üstünlük verən yazıçılara 

qarĢı çıxırdı. 

1925-c i  ilin  yanvarında  "Ba kinski  raboçi",  "Trud"  qəzetləri  və  

Universitetin nəzd indəki ədəbi dərnəklərin üzv ləri olan rusd illi yazıçı və Ģairləri 

birləĢdirən  Bakı  Proletar  Yazıçılarının  Assosiasiyası  (BPYA )  təĢkil  olundu. 

BPYA-nın  tərkibinə  M.Yu rin,  M.Ka mski,  A.Debua,  həmç inin  A zərbaycan  və 

erməni  dillərində  nəĢr  olunan  "Kommun ist"  qəzetləri  nəzd indəki  ədəbi 

dərnəklərin nü mayəndələri daxil id ilər

190



1925-c i ildə "Ko mmunist" qəzeti nəĢriyyatı sosialist inqilab ını,  fəhlə və  



kəndlilərin  əməyin i  tərənnüm  edən  "Gənc  qızıl  qələmlər"  baĢlığı  altında  Ģeirlər 

toplusu  buraxdı,  1927-ci  ildə  isə  S.  Rüstəmin  ―Ələmdən  nəĢəyə"  adlı  birinci 

Ģeirlər kitabı nəĢr olundu. 

Ədəbi  təĢkilatların  b irləĢməsində,  onların   "ideyaca"  təkmilləĢəsində 

RK(b)P  MK-n ın  18  iyun  1925-c i  il  tarixli  " Bədii  ədəbiyyat  sahəsində  partiya 

siyasəti  haqqında"  qərarı  təsirli  ro l  oynadı.  Qərarda  göstərilirdi  ki,  sovet 

cəmiyyətində  bitərəf,  ideyasız  incəsənət  ola  bilməz,  ədəbiyyatda  burjua 


215 

 

ideologiyasının  təzahürləri  ilə  mübarizədə  partiyanın  "proletariatın  ard ınca  və 



onunla  birlikdə"  gedə  bilən  bütün  ədəbi  təbəqələrə  münasibətdə  dözümlülü k, 

ehtiyatlılıq,  böyük  fakt  göstərməyi"  tələb  olunur.  Qərarda  vurğulanırdı  ki, 

"Kommun ist  partiyası  ədəbi  amirlik  üslubunu  öz  gündəliyindən  çıxarmalıdır. 

Yaln ız o zaman bu tənqid dərin tərb iyəvi əhəmiyyətə malik olacaqdır. O zaman o  

öz ideya üstünlüyünə arxalanacaqdır"

191


Ancaq  sovet  cəmiyyətinin  sonrakı  inkiĢafı  göstərdi  ki,  bu  göstəriĢlər 

deklarativ  xarakter  daĢıyır,  həyata  keçirilmir  və  ədəbiyyata  inzibati-amirlik 

münasibəti isə gündən-günə daha da güclənirdi. 

1926-c ı il dekabrın 7-də AK(b)P MK-nın təbliğat kollegiyas ında, "Gənc  

Qızıl  Qələmlər  Ġttifaqı" ədəbi dərnəyi və "Azərbaycan ədəbiyyatı cəmiyyəti"nin 

birləĢdirilməsi  əsasında  vahid  Azərbaycan  ədəbiyyatı  cəmiyyəti  -  "Qızıl 

qələmlər"  yarandı

192

.  Onun  idarə  heyətinə  15  nəfər,  o  cü mlədən  Ruhulla 



Axundov  (sədr),  Əli  Səttar  Ġbrahimov  (sədr  müavini),  Sü ley man  Rüstəmzadə 

(məsul kat ib), T.Hüseynov, M.Quliyev, Əjdər Süley man zadə da xil idilə r

193



1927-c i  il  fevralın  5-də  AK(b)P  MK  katib liy i  ayrı-ayrı  yazıç ı 



təĢkilatların ın üç bölməsi  (Azərbaycan, rus və erməni) və birləĢ miĢ idarə heyəti 

olan  vahid  Azərbaycan  Proletar  Yazıçıları  Assosiasiyasında  (APYA) 

birləĢdirməyi  qərara  ald ı

194


.  "Qızıl  qələmlər"  cəmiyyəti  APYA-nın  A zərbaycan 

bölməsinə, BPYA isə rus bölməsinə çevrildi

195



1927-c i  ilin  iyununda Azərbaycan yazıçılarının b irinci ü mu mi  ic lasında 



APYA-nın  müvəqqəti idarə heyəti seçildi

196


. APYA-nın idarə heyətinə 13 nəfə r, 

o  cümlədən  R.A xundov,  T.Hüseynov,  S.Rüstəmzadə,  M.  Yurin  və  M.Kamski 

seçildilər

197


.  "Maarif  və  mədəniyyət"  jurnalı  Azərbaycan  KP  M K-nın  ü zvü 

R.A xundovun rəhbərliyi altında onun orqanı təsdiq oldu

198



Beləliklə, yaradıcılıq təĢkilatlarının fəaliyyətini rəhbər partiya və dövlət 



orqanları  istiqamətləndirir,  A zərbaycan  ədəbiyyatı  isə  yeni  hakim  ideologiyaya, 

rəsmi siyasətə xid mətçilik edird i. 

Bununla  belə  həmin  dövrdə  ölkənin  ədəbi  həyatı  baĢqa  xalq ların  

görkəmli  yazıçı,  Ģair  və  ictimai  xadimlərinin  respublikava  səfərləri,  görüĢ  və 

çıxıĢları,  o  cü mlədən  S.Yesenin,  V.Mayakovski  N.Hikmət  və  A.Barbüsün 

Azərbaycana gəliĢi ilə əla mətdardır

199



Ədəbiyyat  cəmiyyətləri  ilk  fəh lə  yazıçı  və  Ģairlərin  formalaĢdığı  klub  



ədəbi  dərnəklərinə  hamilik  kö məyi  göstərirdi.  Fəh lə  və  qadın  klublarında  ədəbi 

dərnəklər vasitəsilə zəh mətkeĢlərdən ədəbiyyat kadrları hazırlan ması üçün çox iĢ 

görülürdü

200


.  1927-c i  ilin  a xırlarında  Azərbaycan  sovet  ədəbiyyatını  "proletar 

yazıçılar" dəstəsi təmsil edird i.  Onlardan bir ço xu sovet ədəbiyyatının görkəmli 

simaları o ldular. 


216 

 

Bu  dövr  Azərbaycan  ədəbiyyatçıların ı  daha 



məqsədəuyğun 

təĢkilatlandırmaq  üçün  forma  axtarıĢları  ilə  səciyyəvi  olmuĢ,  bu  istiqamətdə 

müəyyən təcrübə əldə edilmiĢdi.  Gö rülmüĢ iĢlər  1928-ci  ilin yanvarında Birinci 

Ümu mazərbaycan  Proletar  Yazıçıları  qurultayını  hazırlamağa  və  keçirməyə 

imkan vermiĢdi

201




Teatr.  192I-c i ilin yanvarında Xalq Maarif Ko missarlığ ı nəzdində teatr, 

musiqi,  təsviri  sənət  və  foto-kino  yarımĢöbələri  olan  xüsusi  incəsənət  Ģöbəsi

202

 

və  incəsənətlə  bağlı  bütün  iĢlərə  rəsmi  rəhbərlik  etmək  üçün  incəsənət  Ģurası 



təsis edildi

203


N.Nərimanov respublikada keçirilən  ilk  mədəni tədbirlərin təĢəbbüskarı 

və  rəhbəri  idi.  Bədii,  musiqi  və  teatr  idarələrinin  formalaĢ ması  və  inkiĢafında 

Ü.Hacıbəyov,  M.Maqomayev,  Ə.Əzimzadə,  Ə.Haqverdiyev  kimi  böyük 

sənətkarlar  fəal  iĢtirak  edirdilər.  Azərbaycan  Ġnqilab  Ko mitəsinin  1920-ci  il  18 

may  tarixli  dekreti  əsasında  bütün  xüsusi  incəsənət  idarə  və  təĢkilat ları 

milliləĢdirild i.  Mayilov  teatrının  bazasında  Dövlət  teatrı  yaradıldı,  o  vaxt  bütün 

dram  və  opera  kollektiv ləri  orada  cəmləĢmiĢdi.  1918-ci  il  qanlı  mart  hadisələri 

zaman ı  erməni  daĢnakları  tərəfindən  yandırılmıĢ  H.Z.Tağıyev  teatrı  binasının  

bərpasına baĢlandı

204



1920-c i  ilin  iyulunda  Bakıda  Azərbaycan  Dövlət  Dra m  Teatrının  özəy i 



olan  ilk  teatr  truppası  formalaĢdı.  Bu  teatrın  inkiĢafında  Xalq  Maarif 

Ko missarlığı  nəzd indəki  incəsənət  Ģöbəsində  teatr  yarımĢöbəsinin  rəhbəri,  

görkəmli    dramaturq  və    ictimai    xadim  Ə.Haqverdiyevin  böyük  rolu  var  idi. 

Respublikanın teatr həyatında ―Tənqid-təbliğ‖ teatrının açılıĢı da  mühü m hadisə 

oldu. Həmin ilin dekabrında bu teatrın rus truppası yaradıldı.  Onun təĢkilində rus 

səhnəsinin  aparıcı  ustaları  -  V.Q.Saxnovski  (Nü munəvi  teatrın  rejissoru), 

V.S.Massalitinov (Kiç ik teatr), T.Ya kulov (Ka mera teatrın ın rəssamı) fəa l iĢtira k 

etmiĢdilər

205

.  Yeni  A zərbaycan  teatrının  tarixində  mühüm  yer  tutan  "Tənqid  və 



təbliğ"  teatrında  Azərbaycan  səhnəsinin  qocaman  ustadları  Mirzə  Ağa  Əliyev, 

Sidqi Ruhulla və Ələkbər Süheyli də unudulmaz ro llar oynadılar. 

1922-c i  ilin  yanvarında  Tağıyev  teatrının  bərpa  olun muĢ  binasında 

Azərbaycan Dövlət Dram Teatrın ın M.F.A xundovun "Hacı Qara" ko mediyasının  

tamaĢası  ilə  təntənəli  açılıĢı  oldu.  Dövlət  Dram  Teatrı,  M.Ə.Əliyev, 

M.Davudova,  Ġ.Hidayətzadə,  A.Qurbanov,  Sidqi  Ruhulla,  R.Təh masib,  Ülvi 

Rəcəb  (U.R.ġaĢixaĢvili),  A.M.ġərifzadə,  M.Sənani  kimi  mədəniyyət  aləmində 

Ģöhrət  qazanmıĢ  görkəmli  səhnə  ustalarının  sayəsində  yeni  teatr  sənəti  yüksək 

pilləyə  qaldırıld ı.  1924-cü  ildən  teatrın  baĢ  rejissoru  A.A.Tuqanov  teatr  sənəti 

üçün  çox  iĢ  görmüĢ,  onun  vaxtında  teatrda  studiya  yaradılmıĢ,  səhnə  ustalığı, 

rəqs ritmi, psixo logiya və digər fənlər üzrə  məĢğələlər aparılmıĢ, teatr isə Dövlət 

Akademik Dram Teatrı adlandırılmıĢdı. 



217 

 

1923-cü ildə Bakıda rus fəhlə teatrı yaradıldı, bu za man erməni teatrı da  



fəaliyyət  göstərirdi.  Teatrların  səhnələrində  M.Jarov,  F.Ranevskaya,  M.  Jasmen 

və bir sıra istedadlı aktyorlar ç ıxıĢ edirdilər. 1926-cı  ildə Azə rbaycan səhnəsində 

U.  ġekspirin  "Hamlet"  faciəsi  ilk  dəfə  tamaĢaya  qoyuldu.  BaĢ  rolda  görkəmli 

"Azərbaycan Hamleti" A.M.ġərifzadə çıxıĢ edird i. 

1923-cü ildə Ba kıda ġ.X.Mə mmədova və A.M.ġərifzadənin fəa l iĢtira kı 

ilə  təkcə  Azərbaycan  üçün  deyil,  habelə  Orta  Asiya  res publikaları  üçün  də 

kadrlar hazırlayan, müsəlman ġərq ində birinci teatr texn iku mu açıldı. 

Yeni  sovet  teatrının  mürə kkəb  və  ciddi  məsələlərindən  biri  "sosialist 

quruculuğu"  vəzifələrinə  cavab  verən  repertuar  idi.  Mətbuat  səhifələrində  və 

mü zakirələrdə  bəzən  klassik  irsi,  onun  milli  özünəməxsusluğunu  inkar  edən 

nihilist  fikirlə r  irə li  sürülürdü.  Bu  zərərli  meyillə r  N.Nərimanov  və  digər 

görkəmli  ictimai  xad imlər  tərəfindən  pislənirdi.  Bu  illərin  teatr  repertuarlarında 

təsadüfi,  bədiilikdən  uzaq,  sənətə  yabançı  mövzular  da  özünə  yer  tapırdı,  lakin 

onlar  həm  milli  sənət  inciləri,  hə m  də  dünya  klassikası  ilə  zənginləĢ mək  mey li 

daha səciyyəvi idi. 

Musiqi.  20-c i  illərdən  milli  musiq i  incəsənətinin  yeni  əsaslı  inkiĢaf 

bazası  yaradılırd ı.  Musiqi  fəaliyyətinin  təĢkilinə  Xalq  Maarif  Ko missarlığı 

rəhbərlik  edirdi.  Sovet  hakimiyyətinin  ilk  çağlarından  bütün  ictimai  və  xüsusi 

musiqi  məktəbləri,  studiyalar,  musiqi  qrupları  onun  incəsənət  Ģöbəsinin 

tabeçiliy inə və nəzarətinə verilmiĢdi

206


1920-c i  il sentyabrın 16-da Azə rbaycan Ġnqilab  Ko mitəsinin dekret i  ilə  

bütün  musiqi  və  not  mağazaları  milliləĢdirildi

207


.  Musiqi  təhsilini  "proletar 

kütlələri"  içərisində  geniĢ  və  plana  uyğun  Ģəkildə  yay maq  və  bütün  "proletar" 

təĢkilatlarına  xid mət etmək  məqsədilə Azərbaycan Ġnqilab Ko mitəsinin l920-ci il 

10  iyul və  4 oktyabr tarixli dekretləri  ilə bütün musiqi alətləri dövlət mü lkiyyəti 

elan  edildi

208


.  Orkestr  musiqiçiləri  səfərbərliyə  alınaraq  Xalq   Maarif 

Ko missarlığının sərəncamına verildilər. 

Respublikada  geniĢ  xalq  kütləsi  üçün  xüsusi  musiqi  təhsili  sisteminin  

yaradılmasında  peĢəkar  Azərbaycan  musiqisinin  əsasını  qoyan  dahi  Üzeyir 

Hacıbəyovun  misilsiz  xid məti  o lmuĢdu.  Hələ  1920-ci  ilin  sentyabrında  Maarif 

Ko missarlığında musiqi bölməsinin  müdiri olarkən o,  musiqi akademiyasının və 

xalq  konservatoriyasının açılması,  musiqi  məktəbinin b inasının onlara verilməsi 

barədə hökumət rəhbərlərinə yazılı müraciət etmiĢdi

209



Lakin ixtisaslı  musiqiçi kadrlar kifayət qədər olmadığından Xalq Maarif 



Ko missarlığı  ilk  mərhələdə "geniĢ zəh mətkeĢ proletar kütləsin in  musiqi savadı" 

alması  məqsədilə  1920-ci il  iyulun 26-da Bakının səkkiz fəhlə  rayonunda Ģöbəsi 

olan  vahid  musiqi  təhsili  müəssisəsi  -  Xalq  Konservatoriyası  açdı

210


.  Xalq 

konservatoriyası,  xüsusilə onun ġərq Ģöbəsi Üzeyir  Hacıbəyovun səyi sayəsində 



218 

 

geniĢ  xalq  kütləsinin  musiqi  mədəniyyətinə  qovuĢmasında  mühüm  rol 



oynamıĢdı.  Lakin  bir  tədris  müəssisəsində  iki  ayrı-ayrı  istiqamətdə  fəaliyyət 

musiqi təhsilin i təkmilləĢdirmək yolunda çətinlik yaradırdı. Ona görə  1921 -ci il 

avqustun  26-da  Azərbaycan  SSR  Xa lq  Ko missarları  Sovetinin  dekret i  ilə  

müsəlman ġərqində ilk Musiqi A kademiyası təsis olundu

211



Konservatoriyaya  azərbaycanlı  Ģagird ləri  cəlb  etmək  məqsədilə 



Ü.Hacıbəyov    1922-ci  ildə  ilk  professional  Azərbaycan  musiqi  məktəbini 

yaratdı.  Tezliklə  texniku ma  çevrilən  bu  məktəb  1926-cı  il  konservatoriyaya 

birləĢdirilərə k 

milli  musiqiçi  kadrların  tərbiyəsi  probleminin  həllini 

sürətləndirdi

212


.  Musiqi  tədrisi  müəssilərinin  hamısında  xalq  mahnıları  və 

muğam sin ifləri o lan milli musiqi Ģöbəsi yaradıld ı. 

Azərbaycan 

Ġnqilab 


Ko mitəsinin 

1921-ci 


ilin 

yanvarında 

N.Nərimanovun  imzası  ilə  verdiyi  de kretlə  musiq i  studiyalarında  iĢləyən 

dərəcəsiz Azərbaycanlı  müəllimlərə ödənilməli zəh mət -haqqı hədləri əməkhaqqı 

tarifinə da xil edildi

213


1927-c i ildə AK(b)P-n in  VIII qurultayında xüsusi olaraq zəhmətkeĢlərin  

musiqi-bədii  təhsil  məsələ ləri  mü zakirə  olundu,  təhsil  müəssisələrinin  maddi 

bazaların ın  möhkəmləndirilməsi,  tələbələrin  qəzalardan  cəlb  edilməsi,  onların  

təqaüdlə  təmin  o lunması  qərara  alındı.  Qərarda  qeyd  olunurdu  ki,  partiya 

"kütlələrin  düzgün  ideoloji  tərb iyəsinə  bədii  üsulla  təsir  etməyə"  nail  olmalı

214



"xalq  yaradıcılığı  və  musiqisinin  toplanmasına  və  öyrənilməsinə"  xüsusi  diqqət 



yetirməlid ir. 

Konservatoriyaya  1923/ 24-cü  tədris  ilindən  M.L.Pres man  rəhbərlik 

etmiĢ,  Üzeyir  Hacıbəyov  rektor  müavin i  olmuĢ,  burada  mü xtəlif  vaxtlarda 

M.Çemyaxovski,  D.Slavinski,  S.Bretanitski,  B.Semyonov,  L.Rastropoviç, 

L.Yablonko,  Q.ġaroyev,  N.Speranski  vo  b ir  sıra  görkəmli  musiqiĢünaslar 

iĢləmiĢdilər

215



Həmin  dövrdə  Azərbaycanlıların  konservatoriyaya  cəlb  olun masında 



ciddi  dönüĢ  yarandı.  Əgər  1921/22-ci  tədris  ilində  Konservatoriyada  təhsil  alan 

623  tələbə  arasında  tək-tük  azərbaycanlı  var  id isə,  1926/27-ci  tədris  ilində  524 

tələbənin 331 nəfəri azərbaycanlı, o cü mlədən 163-ü qadın id i 

216


Ü.Hacıbəyov,  M.Maqomayev  və  digər  mütərəqqi  musiqi  mədəniyyəti 

xadimləri  musiq i fo lklorunun dərindən və hərtərəfli öyrənilməsinə  xüsusi diqqət 

yetirirdilər.  Ü.Hacıbəyov  1921-c i  ildə  "Azərbaycanda  musiqi  maarifınin  

vəzifələri"  barəsində  mətbuatda  çıxıĢ  etmiĢdi.  O  yazırdı:  "Bu  istiqamətdə  ciddi 

və  vicdanlı  iĢ  Ģübhəsiz  ona  gətirib  çıxaracaqdır  ki,  Avropa  musiqisi  ilə  yanaĢı, 

ġərq  musiqisi  nəhayət  layiq  olduğu  Ģərəfli  yeri  tutacaq  və  bütövlükdə  bütün 

bəĢəriyyətin inkiĢafını təmin edən nəhəng amillərdən biri olacaqdı.

217 


219 

 

Musiqi  cəmiyyətinin  musiqi  Ģöbəsi  ko missiyasının  Azərbaycan  xalq  



musiqisin in  öyrənilməsinə  böyük  köməy i  oldu

218


.  Bununla  birlikdə  

Konservatoriyada  Azərbaycan  xalq  mahnı  və  nəğmələrin i  öyrənən  və  toplayan 

Ko mitə  fəaliyyət  göstərirdi

219


.  1927-c i  ildə  Ko mitə  Ü.  Hacıbəyov  və  M. 

Maqomayevin  redaktə  etdikləri  və  təkmilləĢdirdikləri  birinci  "Azərbaycan  türk 

xalq  mahnıları"  məc muəsini  buraxd ı.  Bu  sahənin  intiĢarında  1926-cı  ilin  

may ında təĢkil edilən Dövlət  Elmi  ġurasının (DEġ) elmi-bədii bölməsinin böyük 

rolu  oldu

220


.  Onun  baĢlıca  vəzifə lərindən  biri  Azə rbaycan  xa lq  mahnı  və 

havalarını  yazmaq  və  toplamaq,  ġərq  xalq  çalğı  alət lərini  və  xalq  musiq isini 

öyrənmək  id i.  Eyni  zamanda  geniĢ  zəh mətkeĢ  təbəqələr  içərisində  klassik, 

xüsusilə simfonik musiqin in təbliğinə ciddi d iqqət yetirilird i. 1920-ci ildə Bakıda 

ilk  dəfə  təĢkil  olunan  müstəqil  simfonik  orkestrə  u zun  illər  konservatoriyada 

iĢləmiĢ  dirijor  M.  Çernyaxovski  rəhbərlik  etmiĢ  və  simfonik  musiqinin  

təbliğində,  populyarlaĢdırılmasında  xid mətlərinə  görə  ona  Azərbaycan  xalq  

artisti fəxri ad ı verilmiĢdi

221



Dra m  teatrında  fəaliyyət  göstərən,  opera  truppası  1925-c i  ildə  



Azərbaycan  və  rus  bölmələri  o lan  müstəqil  Azərbaycan  Dövlət  Opera  və  Balet 

Teatrına  çevrildi

222

.  Bu  teatrda  Ü.  Hacıbəyovun  "Leyli  və  Məcnun",  "Əsli  və 



Kərəm",  "O  olmasın,  bu  olsun",  "ArĢın  mal  alan",  M.  Maqomayevin  "ġah  

Ġsmayıl"  və  digər  milli  bəstəkarların  opera  və  musiqili  ko mediyaları  tamaĢaya 

qoyulmuĢdu. 

1920-c i  illərdə  hətta  fransız  bəstəkarı  M.  De libanın  "Lakme"  operasını 

Azərbaycan  dilində  səhnələĢdirməyə  uğurlu  cəhd  edildi,  əsas  partiyanı  ġövkət 

Məmmədova  oxuyurdu.  1927-ci  ildə  bəstəkar  Qliyerin  "ġah  Sənəm"  operasının 

birinci  pərdəsinin  qoyuluĢu  həyata  keçirild i.  20-ci  illərdə  Bakıda  rus  opera 

truppası  Borodinin  "Knyaz  Ġqor",  Çaykovskinin  " Yevgeni  Onegin", 

"Qaratoxmaq  qadın",  Musorqskinin  "Boris  Qodunov",  Bizenin  "Karmen", 

Qunonun "Faust",  Rossinin  "Sevilya  bərbəri",  Ve rdinin  "Riqoletto",  Puççininin  

"Toska" əsərlərini və s. səhnəyə qoymuĢdu. 

Azərbaycan  xalq  mahnıları  Ü.Hacıbəyovun  "Qızıl  əsgər",  "Qara  qız", 

M.Maqomayevin  "Yaz"  adlı  yeni  mahnıları  ilə  zənginləĢdı.  Birinci  ço xsəsli 

Azərbaycan xoru yaradıldı. Təntənəli hadisələrə həsr olun muĢ, əmək iməcilikləri 

münasibətilə  ö zünəməxsus  mitinq-konsertlər  keçirilirdi.    Onlar  ço x  hallarda 

siyasi  təĢviqat xarakteri daĢıyır, "sosializm  ideyaları" ruhunda mənəvi və bədii 

tərbiyəyə xid mət ed irdi. 

Azərbaycanda  sovet  musiqi  s ənətinin  inkiĢaf  yolu  da  asan  deyildi.  Ġki 

mey il - biri Azərbaycan  musiqisini Avropa musiqisinə qarĢı qoyan, milli sənətə 

bəstəkar formaların ın daxil edilməsinə,  xalq çalğı alətlərində notla çalğıya qarĢı 

çıxan  mühafizəkar  istiqamət  və  digəri  isə  milli  musiqi  irsinin  bədii  dəyərin i, 


220 

 

həyati  qabiliyyətini  in kar  edən  nih ilist  istiqamət  var  idi.  Ü.Hacıbəyov  milli 



musiqin in  Avropa  ölkələrindəki,  o  cü mlədən  Rusiyadakı  bəstəkar  yarad ıcılığı 

nailiyyətləri  ilə  üzv i  qarĢılıqlı  əlaqəsini  nəzərdə  tutan  dərin  realist,  mütərəqqi 

estetik  in kiĢaf  prinsipin i  irəli  sürdü.  Ü.Hacıbəyov  qeyd  edirdi:  "Bizə, 

Azərbaycan  türklərinə  Ümu mmusiq i  incəsənətini  öyrənmək,  baĢqa  cür  desək, 

Avropa musiqisini öyrən mək üçün vaxt, enerji və vəsait sərf etmək  lazımd ırmı? 

Bəli,  lazımd ır  və  zəruridir,  ona  görə  ki,  Avropa  musiqisini  öyrənərkən  biz... 

əsrlərlə  inkiĢaf  edən,  özünü  mədəni  hesab  edən  heç  bir  millətin  Ümu mmilli 

əsərlərinə  b iganə  qala  bilmədiy i,  dünyaya  bir  sıra  dahi  yarad ıcılar  vermiĢ 

ümu mmilli  incəsənəti  öyrənirik"

223


.  Bununla  bərabər  o,  klassik  dəyəri  olan, 

incəsənət  kimi  formalaĢmıĢ  və  dərin  tarixi  köklərə  malik  Ģifah i  musiqi 

ənənələrini,  milli  musiqi  incəsənətini  öyrənməyi  də  zəruri  hesab  edirdi.  Həyat 

dahi bəstəkarın uzaqgörən müdrikliy ini təsdiq etdi.  



Ki no. Sovet hökuməti  xa lq kütlə lərin in tərbiyəs ində mühüm vasitə olan 

kino  incəsənətinin  inkiĢafına  mühü m  əhəmiyyət  verirdi.  A zərbaycan  Ġnqilab  

Ko mitəsinin  1920-ci  il  18  may  dekreti  ilə  bütün  kinoteatr  və  muzey lər 

"milliləĢdirildi"

224

.  Həmin  ilin  iyununda  isə  bütün  kinematoqrafıya  vasitələrinin  



müsadirəsi  elan  edildi.  Xalq  Maarif  Ko missarlığı  nəzdində  təsis  edilmiĢ  foto-

kino  yarımĢöbəsi  1921-ci  ilin  martında  Azərbaycan  foto-kino  idarəsinə  (AFKĠ) 

çevrild i

225


. 1923-cü ildə Bakıda birinci  kino-fabrik fılmlə rin çəkiliĢinə baĢladı

226


Ġ.Hidayətzadə,  R.Dərablı,  Kazım  Ziya,  Q.Gəraybəyovun  iĢtirakı  ilə  b irinci 

Azərbaycan sovet bədii filmi ―Qız qalası" ekrana çıxd ı. M illi kinonun görkəmli 

xadimlərindən biri ġamil Mahmudbəyov 1925-ci  ildən AFKĠ-yə baĢçılıq edərək, 

mu li  kadrlar  hazırlamaq  üçün  istehsalat  bazası  və  studiya  yaratdı.  C.Cabbarlı, 

M.Mikay ilov,  A.ġərifzadə,  A.Qu liyev  kino  sənətində  onun  tələbələ ri    id ilə r. 

N.Pudovkin,    Ġ.Perestiani,    N.ġengelaya,  M.Çiaureli  və  digər  məĢhur 

kinorejissorları studiyaya dəvət edir onlardan yaradıcılıq  məsləhətləri və  kö məyi 

alırdılar. AFKĠ   ilə yanaĢı, Azərbaycan kinosunun formalaĢ masında 1923-cü ildə 

yaradılan,  ö zündə  beĢ  kinoteatrı  birləĢdirən  "Kino-Qornyak"  fəhlə  kino 

təĢkilatın ın fəaliyyəti böyük əhəmiyyət kəsb etmiĢdi

227


. Fəhlə kütlələri  içərisində 

məĢhurlaĢmıĢ  "Kino-Qornyak"  1920-1927-ci    illərdə  "Neftçi  fəhlə  istirahət  və 

müalicədə",  "Mədən-67",  "Gözə  göz,  qaza  qaz",  "Bibiheybət  neft  fontanında 

yanğın", "Azərneftin beĢ ili" filmlərin i və s. çəkmiĢdi

228



1926-c ı  ildə  filmlərin  kirayəsi və nümayiĢi  ilə  məĢğul olan A zərbaycan 



Dövlət  Kino  Ġdarəsi  yaradıldı.  Onıın  səyi  ilə  1927-ci  ildə  Gilanda  milli-azad lıq  

hərəkatına həsr olun muĢ "Gilan q ızı" fılmi çəkild i. 

Azərbaycan  kino  sənəti  maddi  çətin lik  və  kadr  çatıĢmazlığın ı  aradan 

qaldırmaq la, təcrübə və peĢəkarlığı artırmaq la tədricən inkiĢaf etdirilird i. 1927-ci 

ildə su və dəmiryol nəqliyyatı fəhlələrinin təĢəbbüsü ilə fəhlə təĢkilatı olan fəhlə 


221 

 

kino  ġurası  (FKġ)  fəaliyyətə  baĢladı



229

.  Bu  kino  təĢkilatı  da  "Kino-Qornyak"ın 

üzərinə düĢən eyni funksiyaları yerinə yetirərək, qəza  kinoteatrların ı himayəsinə 

götürür, 23 qəza kino-teatrına xid mət ed irdi

230



Təs viri  sənət.  Mədəni  dəyiĢikliklər  proqramında  zəhmətkeĢ  kütlələri 



onlara az tanıĢ olan yeni bədii yaradıc ılığa - təsviri sənətə alıĢdırmaq vəzifəsi də 

dururdu.  Onu  həyata  keçirmək  üçün  1920-ci  ildə  Xalq  Maarif  Ko missarlığı 

nəzdindəki  incəsənət  Ģöbəsində  bədii  bölmə  yaradıldı

231


.  MəĢhur  rəssam 

Ə.Əzimzadə  həmin  Ģöbənin  müdiri  idi.  Höku mətin  1924-cü  ilin  martında  qəbul 

olunmuĢ  "Qədim  abidə lərin  qeydə  alınması  və  onların  mühafızəsi  haqqında" 

qərarına  uyğun  olaraq,  memarlıq,  mədəniyyət,  tikinti  abidələrinin,  saraylar, 

karvansaralar, qədim evlər və  mədəniyyət binalarının, bütün incəsənət abidələri, 

mü xtə lif bədii sərvətlərin mühafızəsi və qeydə alın ması iĢinə baĢlandı

232



"Azərbaycan  Tədqiq  və  Tətəbbö  Cəmiyyəti"nin  prof.  V.M.Zu mmerin  



rəhbərlik  etdiyi  Ġncəsənət  Komissiyası  xüsusilə  AbĢeronda  bir  çox  qədim 

abidələri tədqiq etmiĢdi

233

. Həmin cəmiyyətin yanında X.Terequlov, professorlar 



P.P.Fridolin,  V.V.SIadkopevtsev,  Ġ.S.Ayzberq,  V.M .Zu mmer  və  Üzey ir 

Hacıbəyovun  daxil  o lduğu  Ġncəsənət  Komissiyası  rəyasət  heyəti  fəaliyyət 

göstərirdi.  Eyni  zamanda  təsviri  sənət  üzrə  18  nəfərdən  ibarət  yardımçı 

ko missiya da fəaliyyətdə idi. 

Partiya  təsviri  sənətin  ən  kütləvi,  asan  anlaĢılan,  sürətli  yerd əyiĢmə 

imkanı  olan  janra  -  siyasi  plakata  "sosializm  uğrunda"  əyani  təĢviqat  vasitəsi 

kimi  böyük  əhəmiyyət  verirdi.  Buna  görə  rəssamlardan  A.M.Lyubimov, 

N.M.Koçerqin  və  Ə.Əzimzadənin,  sair  və  rəssam  S.M.Qorodetskinin  iĢləməsi 

üçün  bədii  emalatxanalar  yaradılmıĢdı.  1921-ci  ilin  yanvarında  "Türk 

mədəniyyəti  sarayının"  binasında  Rusiya  Teleqraf  Agentliyi  Qafqaz  Ģöbəsinin 

bədii  məhsullarının  sərgisi  keçirildi

235


.  Həmin  ilin  oktyabrında  Bakıda  400-dək  

eksponatın nümayiĢ etdirildiyi "inqilabi p lakat sərgisi"  açılmıĢdı

236



Azərbaycanda  yeni  qrafıka  sənətinin  meydana  gəlməsi  və  inkiĢafı 



Ə.Əzimzadənin  adı  ilə  bağlıdır.  O,  təsviri  sənət sahəsində  təĢkilati  və  pedaqoji 

fəaliyyəti  əlaqələndirərək  silsilə  plakatlar  yaratdı.  Bu  plakatlarda  Ə.  Əzimzadə 

savadsızlığın  ləğv  edilməsinə  çağırır,  yeni  Azərbaycan  əlifbasının  əhəmiyyətini 

izah  edir,  d ini  mövhu matçılığa  qarĢı  çıxırd ı.  Onun  ən  yaxĢı  siyasi  pla katları 

qrafıka dilin in tam aydınlığı və asan baĢa düĢülməsi, satira tərzinin kəskinliyi  ilə  

seçilirdi.  "Molla  Nəsrəddin"  və  digər  jurnalların  səhifələrində  daim  çıxıĢ  edən 

Ə.Əzimzadə  ö zünün  kəskin  satirik  Ģəkil  və  karikaturalarında  daxili  və 

beynəlxalq  həyatın  ən  mühüm  hadis ələrini  ustalıqla  iĢıqlandırırdı.  Əzimzadə 

satirasının  baĢlıca  hədəfi  bürokratlar,  alverç ilər,  rüĢvətxorlar,  irticaçı  qalıq ların 

hər  cür  daĢıyıcıları  id i.  Teatr  tamaĢalarının  bədii  tərtibi  iĢində  də  onun  böyük 

xid məti 

o lmuĢdu. 

Ə.Əzimzadə 

M .F.A xundovun 

"Hacı 

Qa ra", 


222 

 

C.Məmmədquluzadənin  "Ölü lər"  ko mediyalarına,  Ü.Hacıbəyovun  "Əsli  və 



Kərəm", "Ley li və Məcnun" operalarına, Ə.Haqverdiyevin "Dağılan tifaq", "Ağa 

Məhəmməd  Ģah  Qacar",  H.Cavidin  "ġey x  Sənan"  faciələrinə  maraqlı  geyim 

eskizləri  çəkmiĢdi.  Xalqın  tarix,  məiĢət,  fo lklor  və  etnoqrafıyasını  dərindən 

bilmək  əsasında  yaradılmıĢ  bu  əsərlər  təkcə  bədii  deyil,  habelə  tarixi  dərketmə 

dəyərinə də malikdir. 1927-ci  ildə təsviri sənətin inkiĢafında böyük  xid mətlərinə 

görə Ə. Əzimzadəyə "xalq rəssamı" adı verildi

237



Azərbaycan  dəzgah  rəssamlığın ın  inkiĢafında  mühüm  rolu  olmuĢ  



istedadlı  rəssam  B.  Kəngərli  görkəmli  inqilabçıların  portretlə rin i  çəkmiĢ, 

müasirlərinin   surətlərin i,  habelə  lirik  lövhələr,  natürmortlar  yaratmıĢdır.  B. 

Kəngərlinin  "Ġlan lı  dağ",  "Aylı  gecə"  "Ya mxana  kəndində  yol",  " ġəlalə", 

"Çinarlar" lövhələri zərifliyi ilə aĢılan mıĢdır. 

Təsviri  sənət  sahəsində  də  milli  kadrlar  yetiĢdirmək  vacib  id i  1920-ci 

ilin iyununda Bakıda təĢkil edilən Mərkə zi bədii studiya bir ildən sonra Ali bədii 

məktəb  adlandırıld ı

258


.  Onun  nəzdində  Azərbaycanlı  qadınlar  üçün  bədii  tökmə 

və toxu ma  müəllimləri ustaları hazırlayan tətbiqi sənət Ģöbəsi açıld ı.  1924/25-ci 

tədris  ilində  Ali  bədii  məktəbdə  103  Ģagird  o xuyurdu.  Onların  içərisində 

azərbaycanlılar  34,9,  ruslar  isə  36,9  faiz  təĢkil  edird i.  Oxuyanların  içərisində  9 

nəfər  azərbaycanlı  qadın  var  idi

239


.  1927-c i  ildə  Ali  bədii  məktəb  pedaqoji  və  

sənaye Ģöbələri olan milli rəssam kadrların əsas beĢiyinə - texniku ma çevrild i

240



1927-c i  ilin  mayında  "Türk  mədəniyyəti  sarayında  texniku m  Ģagird lərinin  600-



dək  rəsmi,  qrafik  iĢləri  və  tamaĢa  tərtibatı  eskizlərin in  yeddinci  hesabat sərgisi 

açıld ı.  Texn iku mun  fəaliyyətinə  bu  ictimai  baxıĢ  Azərbaycanda  gənc 

peĢəkarların yetiĢdiyini təsdiq edirdi.  Onların öyrədilməsində, habelə  Bakıda  ilk 

heykəltəraĢlıq  abidələri  qoyulmasında  məĢhur  rəssamlar  Ġ.Ġ.Brodski,  S.D.Erzya 

və b. fəal iĢtirak etmiĢdilər. 

Azərbaycanda  dəzgah  sənətinin  in kiĢafı  təcrübəli  peĢəkar  kadrların  az 

olması ucbatından çətinliklərlə üzləĢirdi. O  zaman bu sahədə də müxtə lif fikirlər 

toqquĢurdu  -  bir  qrup  mühafizəkarlar  təsdiq  edirdilər  ki,  Azərbaycanda  dəzgah 

rəssamlığ ı köhnə bədii formalar çərçivəsində inkiĢaf etməlidir, baĢqa bir qrup isə 

milli  təsviri  sənət  irsini  in kar  edirdi.  Lakin  20-ci  illərdən  Azərbaycan  sovet 

heykəltəraĢlığ ı  meydana  çıxd ı  və  inkiĢ afa  baĢladı  1920-ci  ildə  Bakıda 

heykəltəraĢlıq  emalatxanası  açıld ı.  1922-ci  ildə  N.Nərimanovun  təĢəbbüsü  ilə 

görkəmli  satirik  Ģair  Sabirə  abidə  qoyuldu  (müəllif  Y.Ġ.Keylixes).  1923-cü  ildə 

Bakıda  görkəmli  inqilabçıların  ab idələri  açıldı.  Marks  və  Engelsin  büstlərin i, 

monu mental deko rativ  lövhələri və  mədənçilər Ġttifaqının b inasının frontonunda 

qoyulmuĢ  1925-ci  ildə  dostluq  və  əmək  möv zusuna  aid  fəhlə  f iqurlarını 

heykəltəraĢ  S.D.Erzya  ha zırlamıĢdı.  Ġlk  Azərbaycanlı  heykəltəraĢ  qadın 

E.Məmmədova heykəltəraĢlıq sənətinə Erzyanın studiyasında yiyələnmiĢdi. 



223 

 

Azərbaycanda  dekorativ-tətbiqi  sənətin  ənənəvi  növləri  -  xalçaçılıq, 



bədii tikmə, zərgərlik, ağac ü zərində oyma və s. sənətlər dirçəlird i. Kustar ustalar 

artel  və  kooperativlərdə  birləĢir,  ictimai  binaların,  inqilabi  bayramların  tərtibatı 

iĢinə  cəlb  edilird ilər.  Bakı,  Gəncə  və  ġəkidə  artellər  zərif  parçalar,  qadın  baĢ 

örtükləri,  kəlağayılar hazırlayırd ılar. Zərgərlik sənəti inkiĢaf edird i. Xalq ustaları 

ənənəvi  qadın  bəzəkləri  ilə  yanaĢı  qızıl  və  gümüĢdən  nadir  məmulatlar 

düzəldirdilər.  1922-ci ildə neft buruğu formasında düzəldilmiĢ və üzərində "Bakı 

fəhlələri və Azərneftdən V.Ġ.Leninə" sözləri yazılan mərmər  lövhəyə bərkidilmiĢ 

gümüĢ mürəkkəbqabı Kremldə Leninin kabinet-mu zeyində layiqli yer tuturdu. 

Azərbaycanda dekorativ-tətbiqi sənətin inkiĢafında 1927-ci il fevralın 3-

4-də  Moskvada  Türkdilli  xa lqların  mədəniyyət  və  incəsənətinin  öyrənilməsi  ilə  

əlaqədar  keçirilmiĢ  Ümu mĠttifaq  müĢavirəsinin  mühüm  əhəmiyyəti  olmuĢdu. 

MüĢavirədə  "Azərbaycanı  Tədqiq  və  Tətbiqi  Cəmiyyəti"  yanında  Ġncəsənət 

ko missiyasının üzvü, maraq lı "Müasir Quba xalçaları"  məqaləsinin  müəllifi prof. 

V.M.Zu mmer "Türk xalqları incəsənətinin öyrənilməsi p roblemləri" mövzusunda 

məruzə  ilə  çıxıĢ  etmiĢdi.  MüĢavirə  dekorativ-tətbiqi  sənətin,  o  cü mlədən 

xalçaçılığ ın daha da inkiĢaf etdirilməsinin vacib liy ini qeyd etmiĢdi

241



Ġstedadlı  xalça  ustaları  milli  sənətin  ənənələrini  davam  etdirir,  eyni 



zamanda  "sovet  ideologiyasının"  təsiri  ilə  yeni  naxıĢ  və  müasir  bəzəklərə, 

həmçinin  siyasi  süjetlərə  müraciət  edird ilər.  Belə  ki,  o  zaman  ilk  dəfə  olaraq  

V.Ġ.Lenin  və  N.Nərimanovun  xalça  portretləri  meydana  çıxd ı.  Ġnqilabi -siyasi 

motiv və süjetlər sovet dövrünün əlaməti kimi Azərbaycan xalçaçılıq sənətinə də 

daxil olmağa baĢladı. 

Memarlıq.  Ġncəsənətin  bütün  digər  növləri  kimi,  memarlıq  da  sovet 

cəmiyyətinin  maddi  və  estetik  tələbatını  ödəməyə  istiqamətləndirilirdi.  Sovet 

hakimiyyəti fəhlə qəsəbələri salmaq yolu ilə zəh mətkeĢlər, birinci növbədə neftçi 

fəhlələr üçün yaĢayıĢ evlərinin geniĢ tikintisinə baĢladı.  YaĢayıĢ evləri ilə yanaĢı, 

mədəni-məiĢət  müəssisələri  üçün  binalar  da  tikilirdi.  Razin  qəsəbəsində  (indiki 

A.Bakıxanov  adına)  intensiv  tikinti  baĢlandı,  qısa  müddətdə  on  min  ailəni 

mən zillə təmin edəcək b inalar inĢa edildi. 

AbĢeronda  ilk  fəhlə  qəsəbələri  salın ması  A zərbaycan  memarlığ ının  ö z 

dövrü üçün böyük nailiyyəti  idi.  Bu  iĢlər sovet memarı A.P.Ġvanitskinin ü mu mi 

rəhbərliy i altında həyata keçirilird i.  1924-cü  ildə ona Bakı Ģəhərin in gələcək baĢ 

inkiĢaf  planın ın  tərtib i  iĢinə  baĢlamaq  həvalə   olun muĢdu.  Ġttifaqda  ilk  iĢlərdən 

biri  olan,  Böyük  Bakın ın  inkiĢafını  müəyyən  edən  bu  baĢ  planın  hazırlan ması 

1927-c i  ildə baĢa çatdırıld ı.  Hə lə o va xtdan ilk növbədə sosial-siyasi vəzifələ rin  

həllinə  tabe  etdirilən  sovet  me marlığ ının   bir  sıra   çatıĢma zlıqları  da  ö z  ə ksini 

həmin baĢ planda tapmıĢdı. 


224 

 

Mənzil  probleminin  qaydaya  salınması  AbĢeron  ərazisində  nəqliyyat 



əlaqələrinin  təĢkili  ilə  paralel  gedirdi.  "KukuĢka"nın  əvəzinə  1926-cı  ildə  Sovet 

Ġttifaqında  birinci  olaraq  Bakıda  sənaye  və  fəhlə  rayonlarını  birləĢdirən  elektrik 

dəmir  yol  xətti  iĢləməyə  baĢladı.  Bakıda  monumental  və  milli  memarlıq  

ənənələrini təcəssüm etdirən "Sabunçu" dəmir yol vağzalın ın binası tikildi. M illi 

memarlıq  ənənələri  A zərbaycan  SSR-in  1923-cü  ildə  Ümu mittifaq  Kənd 

Təsərrüfatı Sərg isinin pavilyonu və Bakı yarmarkası binalarının lay ihələrində də 

öz əksini tap mıĢdı. 

Beləliklə,  1920-1927-ci  illər  Azərbaycanda  əsasən  mədəni  həyatın 

bütün  sahələrində  partiya  və  dövlət  nəzarətinin,  sosialist  ideyalarının  ciddi 

təsirinin  güclən məsi  Ģəraitində  "sovet  ideologiyasına"  əsaslanan  dövrün 

baĢlanğıc  mərhələsi  idi.  Bu  illərin  partiya  foru mlarında  hakim  ideologiyaya 

xid mət edən, mədəni quruculuq məsələləri ilə bağlı ço xsaylı qərarlar və tədbirlər 

həyata keçirilirdi. Ancaq bunlar hamısı ü mdə bir  məqsədə  - "marksizm-lenin izm 

məslə kli "sovet rejimi qurucuların ı" tərbiyə et mə k məqsədinə xid mət edird i. 

Mədəniyyət sahəsində idarəetmənin həddindən artıq mərkəzləĢdirilməsi 

müəyyən dərəcədə mədəni quruculuq prosesindəki azad və demokratik  meyilləri 

məhdudlaĢdırır,  bəzi  hallarda  isə  milli  mədəniyyətin  inkiĢafına  mane  olan 

inzibati-a mirlik  üsulları,  hətta  cəza  vasitələrindən  də  istifadə  olunmasına  zə min  

yaradırdı. 

Bununla  belə,  bu  illər  zəh mətkeĢlərin  mədəni  quruculuq  iĢlərinə 

səfərbər  edilməsi,  sovet  cəmiyyəti  üçün  milli  yaradıcı  qüvvələrin  meydana 

gəlməsi  və  inkiĢaf  etməsi,  zəh mətkeĢ  kütlələrin   yeni,  sosialistcəsinə  həyat 

uğrunda mədəni geriliklə mübarizəyə qoĢulması dövrü idi.  

 


225 

 

VI FƏS ĠL 



 

 

AZƏRBAYCAN XALQ TƏSƏRRÜFATININ 



YENĠDƏN QURULMAS I 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin