AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,21 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix26.02.2017
ölçüsü5,21 Mb.
#9665
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Musiqi.  A zərbaycanın  özünəmə xsus  musiqi  incəsənəti,  çətin liklə  də  

olsa, tərəqqi edirdi. Bu dövrdə milli opera sənətinin inkiĢaf yolları barədə kəskin  

diskussiya  gedirdi.  Ġnqilaba  qədərki  muğa m  operalarını  bir  sıra  " xadimlə r" 

primitiv  elan  edir,  hətta  Avropa  tipli  operalar  yarad ılanadək  opera  teatrını 

bağlamaq  məsələsini  qald ırırd ılar.  BaĢqa  cür  ifrata  varanlar  isə  yaln ız  muğam 

əsasında  yazılmıĢ  operanı  yeganə  milli,  dinləy icilərin  estetik  zövqlərinə  cavab 

verən  opera  hesab  edirdilər.  20-30-cu  illərdə  milli  musiqi  alətlərini  Avropa 

alətləri ilə dəyiĢ məyi təklif edən "islahatçılar" da tapılmıĢdı.  

Hətta, 1929-cu ilin fevralında Xalq Maarif Ko missarlığın ın qəbul etdiyi 

qərarda  deyilird i:  "Konservatoriyanın  bütün  pillələrində  peĢəkar  kurslarda 

məcburi təlim olan tarda çalmağı öyrən mək tədris planından çıxarılsın; bununla 

əlaqədar, A zərbaycan konservatoriyası nəzdində olan ġərq orkestri ləğv olunsun, 

tar üzrə təhsil alanlar Avropa alətləri sin iflərinə paylans ın"

204


. Bunu xa lq  maarif 

ko missarı  M.  Quliyev  də  etiraf  edərək  demiĢdi:  "Musiqi  məktəblərinə  gəldikdə 

isə  siyasətimiz  bu  musiqi  təhsilin i  avropalaĢdırmağa  yönəldilmiĢdir". 

Azərbaycan  Kommunist  Partiyası  MK  da  bunu  bütünlüklə  yo x,  ancaq  o  dövr 

üçün  səhv  saydı:  "MK  bəzi  yoldaĢların  türk  (ġərq)  musiqi  alətlərin i  Avropa 

alətlərilə  əvəz  etmək  haqqında  təklifıni  dü zgün  hesab  etmir.  Türk  zəh mətkeĢ 

kütlələrin in  mədəni  inkiĢafının  hazırkı  mərhələsində  belə  təkliflər  sovet 

orqanların ın  milli  musiqiyə  və  hətta  milli  mədəniyyətə  qarĢı  çıxıĢı  kimi  baĢa 

düĢüləcək"

205


. Səciyyəvi haldır ki,  müəyyən qüvvələr tərəfindən təkcə xalq çalğı 

alətlərinə deyil, həmçin in simfonik orkestr üçün yazılmıĢ ġərq  musiqi əsərlərinə 

qarĢı  da  etinasız  münasibət  göstərilirdi.  Milli  musiqi  sənəti  irsinə  hücuma 

keçənlərə qarĢı Ü.Hacıbəyov, M.Maqomayev və onların həmfikirləri çıxıĢ edirdilər. 

Azərbaycan  incəsənətinin  qabaqcıl  nümayəndələri  canlı  mahnı-musiqi  folklor 

ənənələrini  inkar  edən,  hətta tar  və digər  musiqi  alətlərindən  istifadə  olunmasına 

qadağan qoyulmasını təklif edən nihilistlərin müqavimətini dəf edərək, Azərbaycan 

musiqisinin inkiĢaf yolların ı düzgün müəyyənləĢdirməyə nail o ldular. 

Ü.Hacıbəyovun  1931-ci  ildə  Azərbaycan  Radio  VeriliĢləri  Ko mitəsi 

nəzdində  yaratdığı  "notlu"  xalq  instrumental  ansamblı  milli  musiqi  ilə  Avropa 

musiqisinin uzlaĢdırılmasının mümkün və səmərəli  olduğunu sübut  edən  ən  tutarlı 

dəlillərdən  biri  idi.  Orkestrin  repertuarı  xalq  lirikası  nümunələri,  klassik  Avropa 

(Motsart  Mendelson,  Bize,  Qlinka)  və  Azərbaycan  bəstəkarlarının  (Ü.Hacıbəyov, 

M. Maqomayev) əsərlərindən ibarət idi. 



318 

 

Bu  illərdə  Azərbaycanın  musiqi  həyatı  xüsusilə  Bakıda  mü xtəlifliyi  və 



coĢqunluğu ilə seçilirdi. 1923-cü ildə yaradılmıĢ "ġəhərin kəndlə rabitəsi cəmiyyəti" 

(ġKRC)  əlaqələndirici  konsert  mərkəzi  rolunu  oynayırdı.  O,  xüsusilə  müntəzəm 

olaraq  fəhlə  rayonlarında  yay  simfonik  mövsümləri,  simfonik  konsertlər  təĢkil 

edərək simfonik musiqini təbliğ edirdi. Bakıda A.Pavlov, Arbenin, Suk, Qolovanov, 

fransız  Rene  Batopa  və  digər  məĢhur  sovet  və  xarici  dirijorların  rəhbərliyi  altında 

Haydn,  Motsart,  ġubert,  Bethoven,  Qlinka,  Rimski-Korsakov,  Çaykovski,  Rixard 

ġtraus, Stravinski, Prokofyev, Vasilenko, Myaskovskinin əsərləri səsləndirilirdi. 

Eyni  zamanda  milli  bəstəkar  yaradıcılığı  da  inkiĢaf edirdi.  Ü.Hacıbəyov  və 

M.Maqomayev  Azərbaycan  mahnılarının  geniĢ  yayılmasının  bünövrəsini  qoydular. 

Bunlar  əsasən  qəhrəmanlıq-vətənpərvərlik  mahnı-marĢları  (Ü.Hacıbəyov  "Qızıl 

əsgər",  "Süvari  əsgər",  A.Zeynallı  "Qızıl  bayraq")  və sovet  adamlarının  əməyini 

tərənnüm  edən  mahnılar  (M.Maqomayev "Kəndimiz")  idi.  Ancaq  Ü.Hacıbəyovun 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə yazdığı musiqi əsərlərinin  ifası qadağan 

edilmiĢdi. 

Azərbaycanın  birinci  tam  ali  musiqi  təhsili  almıĢ  bəstəkarı,  qısa  ömür 

yaĢamıĢ  Asəf    Zeynallı  (1909-1932-ci  il)  ilk  Azərbaycan  romanslarını  yaratdı,  öz 

əsərlərində milli və Avropa incəsənətinin qarĢılıqlı əlaqələrini dərinləĢdirdi. Onun 

"Ölkəm",  "Çadra",  "Sərhədçi"  romanslarına  yüksək  vətənpərvərlik  ruhu 

aĢılanmıĢdır.  A.

 

Zeynallı  instrumental  kamera  musiqisi  sahəsində çıxıĢ  edən  ilk 



Azərbaycan bəstəkarlarından idi.  

Xalq  musiqi  yaradıcılığı  və  ifaçılığı  geniĢ  vüsət  aldı.  Bu  sahədə  xalqın 

böyük nüfuzunu,  məhəbbətini qazanmıĢ xanəndələr Cabbar Qaryağdı, Seyid ġuĢinski, 

tarzənlər  Qurban  Primov,  Bəhram  Mansurov  öz  fəaliyyətləri  ilə  xüsusən 

fərqlənirdilər. 

Musiqi  sənətinin  inkiĢafında  1932-ci  ildə  müasir  A zərbaycan 

professional  vokal  sənətinin  banisi  Bülbülün  təĢəbbüsü  ilə  yaradıl mıĢ  elmi-

tədqiqat musiqi kabineti  mühüm  rol oynadı

206

. O, respublikada Azərbaycan  xalq  



musiqisin in  demək  olar  ki,  bütün  janrları  üzrə  zəngin  material  toplayan  elmi-

tədqiqat qurumu idi. 

1933-cü  ildə  Azərbaycan  Dövlət  Konservatoriyasında  musiqi  qabiliyyətli 

uĢaqlar  üçün  xüsusi  qrup  açılmıĢdı.  Bu  qrupdakı  uĢaqlarla təcrübəli  pedaqoqlar və 

Konservatoriyanın istedadlı məzunları məĢğul olurdular. 1937-1938-ci  illə rdə gənc 

istedadlar  qrupu  o  dövrdə  təĢkil  olunmuĢ  musiqi  məktəbinə,  sonra  isə  təcrübəli 

pianoçu-pedaqoq  K.X.Səfərəliyevanın  uzun  illər  rəhbərlik  etdiyi  xüsusi  uĢaq  musiqi 

məktəbinə daxil oldular 

207



30-cu  illərin  sonunda  Azərbaycan  Dövlət  Konservatoriyasında  Bakının 



teatr-musiqi həyatına çox tez daxil olmuĢ opera sinfi açıldı. 1937-ci  ildə  opera sinfi 

319 

 

Dzerjinskinin "Sakit Don", Rossinin "Siviliya bərbəri", həmçinin Draqomıjskinin "Su 



pərisi" operasının birinci pərdəsini tamaĢaya qoymuĢdu. 

1934-cü  ildə  musiqi  mədəniyyətinin  görkəmli  nümayəndələrini  - 

bəstəkarların ı,  tanın mıĢ  musiqi  xadimlərin i  birləĢdirən  A zərbaycan  Bəstəkarlar 

Ġttifaqı yaradıldı 

208



Həmin  ildə  R.M.Qliyerin  C.Cabbarlının  librettosu  əsasında  "ġah  Sənəm" 



operasının  yeni  redaksiyada  səslənməsi  musiqi  aləmində  mühüm  hadisə  oldu. 

Azərbaycan  opera  yaradıcılığının  təkamülünü  sübut  edən  M.Maqomayevin  yeni, 

inkiĢaf  etmiĢ  opera  formaları  -xor,  ariya,  arioza  və  reçitativlərdən  geniĢ  istifadə 

olunmuĢ "Nərgiz" operası ilk dəfə 1935-ci ildə tamaĢaya qoyuldu. 

Ü.Hacıbəyovun  "Koroğlu"  operası  (1937)  A zərbaycan  opera  musiqisinin 

ən  uca  zirvəsi,  milli  opera  sənətinin  klassik  nümunəsi,  bəstəkarın  böyük  və 

mürəkkəb yaradıcılıq yolunun kulminasiya  nöqtəsi oldu. Ü.Hacıbəyov bu əsəri ilə 

xa lqın  ölməz  qəhrəmanlıq  ruhunu  tərənnüm  edən  dahiyanə  musiqi  epopeyası 

yaratmıĢdır.  Azərbaycan  bəstəkarlarının  musiqi  yaradıcılığ ı  da  hakim 

"ideologiya"nın  təsir  dairəsindən  kənarda  qala  bilməzdi.  Ü.Hacıbəyovun 

"Kolxo z  tarlalarında"  kantatası,  M.Maqomayevin  əsərləri,  gənc  bəstəkar 

Niya zinin  simfon ik  orkestr  üçün  "Azərbaycan  tarlala rında",  "Azad  Azərbaycan 

qadınının rəqsi", "Zaqatala süitası" yaradıldı. 

1936-c ı  ildə  Azə rbaycan  Dövlət  Fila rmoniyasının  əsası  qoyuldu 

Azərbaycan Dövlət xoru və xalq rəqsləri ansamblı fəaliyyətə baĢladı. 

Həmin  dövrdə  ilk  A zərbaycan  musiqili  ko mediyaları  meydana  gəldi. 

S.Rüstəmovun  "BeĢ  manatlıq  gəlin"  (M.S.Ordubadinin  lib rettosu  əsasında), 

S.Hacıbəyovun  ―Qızılgü l‖  (1940)  musiqili  ko med iyaları  uğurla  göstərild i. 

Ə.Bədəlbəylinin klassik balet və xalq rəqslərinin sintezi zəmin ində yazılmıĢ "Qız 

qalası" əsərinin tamaĢası milli baletin əsasını qoydu. 

1938-c i  ildə  Moskvada  Azərbaycan  incəsənəti  ongünlüyü  xalqın  

çoxsahəli  zəngin  mədəniyyətinin,  o  cü mlədən  musiqisinin  yeni  nailiyyətlərinə 

baxıĢ  oldu.  Ongünlük  dövründə  moskvalılar  "ġah  Sənəm",  "Nərgiz"  və 

"Koroğlu"  operaları,  "ArĢın  mal  alan"  musiqili  ko mediyası  ilə  tanıĢ  oldular. 

SSRĠ  Böyük  Teatrında  yekun  konsertində gənc bəstəkar  Qara  Qarayevin  "Ürək 

mahnısı"  kantatası  ifa  olundu.  Paytaxt  ictimaiyyəti  "Azərbaycan  incəsənətinin 

böyük  yaradıcı  yüksəliĢini"  ehtiramla  qeyd  etdi.  Azərbaycan  Dövlət  Opera  və 

Balet Teatrı  Lenin ordeni  ilə təltif o lundu. Ü.Hacıbəyov, R.M .Qliyer,  Bü lbül və 

ġ.Məmmədova SSRĠ  xalq artisti fəxri adına layiq görüldülər. Azərbaycan musiqi 

ifaçıların ın  böyük  bir  qrupu  orden  və  medallarla  təltif  o lundu 

209

.  1940-cı  ildə 



Ü.Hacıbəyovun "Koroğlu" operasına SSRĠ Dövlət mükafatı verildi.  

Bu  illərdə  C.Hacıyev  "Sosialist  Azərbaycanı"  və  "Sibirə  məktub" 

(A.S.PuĢkinin  motivləri  əsasında)  simfonik  süitasını,  Q.Qarayev  " Azərbaycan 


320 

 

süitası"nı  yaratdı.  Ü.Hacıbəyov  adına  Dövlət  simfonik  orkestri  yarad ıld ı, 



musiqili  ko med iya  teatrı  təĢkil  o lundu.  Rejissor  Ġ.Hidayətzadə,  müğənni-

aktyorlar  Bü lbül,  ġövkət  Məmmədova,  Fatma  Mu xtarova,  Həqiqət  Rzayeva, 

Azərbaycanın  ilk  qadın  balerinası  Qəmər  A lmaszadə  kimi  istedadlı  incəsənət 

xadimləri  məĢhurlaĢdılar.  Ü.Hacıbəyovun  rəhbərlik  etdiyi  Azərbaycan  Dövlət 

Konservatoriyası yeni istedadlı kadrlar hazırlamağa baĢladı. Respublikada  böyük 

musiqi  tədris  müəssisələri  Ģəbəkəsi,  o  cümlədən  Bakı,  Gəncə  və  ġuĢada  musiqi 

məktəbləri  müvəffəqiyyətlə  fəaliyyət  söstərirdi.  Təkcə  Bakı  və  onun  neft 

rayonlarında  12  ibtidai  musiqi  məktəbi  var  idi.  Naxçıvan,  Xankəndi,  Ağdam, 

Nu xa və Qubada musiqi məktəbləri açılmıĢdı. 

Azərbaycan  musiqi  sənətinin  ön  səhnəsində  ona dünya  Ģöhrəti  gətirən 

bəstəkarların yeni nəsli - Qara Qarayev, Niyazi, Cövdət Hacıyev, Fikrət Əmirov, 

Sultan Hacıbəyov, Süley man Ələsgərov kimi ustalar yetiĢdi. 

1931/32-c i tədris ilində Konservatoriyada təhsil alan 530 tələbədən 304 

nəfəri azərbaycanlı  idi

210

.1938-ci  ildə Konservatoriyanın bəstəkarlıq fakü ltəsinin 



tələbələri  Qara  Qarayev  və  Cövdət  Hacıyev  təhsillərini  davam  etdirmək  üçün 

Moskva Ģəhərinə göndərildilər və onlara fərdi təqaüd verildi 

211.

 

1939-cu  ildə  Konservatoriyanın  müəllim  və  tələbələri  38  ha milik 



konserti  keçirmiĢdilər.  1940-c ı  ilin  martında  Ü.Hacıbəyov  Konservatoriyanın 

rektoru təyin edildi 

212



Ki no.  Azərbaycan  kino  sənəti  təĢəkkül  tapıb  müasir  inkiĢaf  yoluna 



çıxırd ı. 

Respublika  kinematoqrafıyasında  hələ  də  milli  rejissor  və  operatorlara 

ehtiyac  çox,  lazımi  yaradıcılıq  təcrübəsi  zəif  idi.  Halbu ki  onun  qarĢısına  yeni 

cəmiyyət  quruculuğunda  fəal  iĢtirak  etmək  vəzifəsi  qoyulmuĢdu.  Ən  kütləvi 

tamaĢa  sənəti  kimi  kinonun  əhəmiyyətini,  hakim  "ideologiyanın"  təbliğində 

onun  imkan larını  nəzərə  alaraq,  ÜĠK(b )  P  MK  1928-ci  ilin  martında  kino  üzrə 

Ümu mittifaq  partiya  müĢavirəsi  keçirdi  və  1929-cu  ilin  yanvarında 

"Kinematoqrafıyanın  rəhbər  iĢçi  kadrları  haqqında"  qərar  qəbul  etdi.  Qərarda 

partiyanın kino qarĢısında qoyduğu vəzifələ r müəyyən edild i. 

Respublikada kino kadrlarının hazırlan ması, kinematoqrafiyanın texniki 

bazasının  möhkəmləndirilməsi  sahəsində  əhəmiyyətli  tədbirlər  həyata  keçirild i. 

Azərbaycan  kinematoqrafiyası  yüksək  bədii  əhəmiyyətli  f ilmlərin  yaradılması 

sahəsində ilk addımlar atdı. 

1928-c i  ildə  Bakı  proletariatın ın  inqilab i  mübarizəsinə  həsr  olunmuĢ 

"Vulkan  ü zərində  ev"  bədii  filmi  Ümu mittifaq  ekranına  çıxdı.  1929-cu  ildə  isə 

A.M.ġərifzadə  Azərbaycanda  dram  əsərlərinin  ekranlaĢdırılmasının  baĢlanğıcını 

qoyan  "Hacı  Qara"  kino-filmini  çəkdi.  Filmin  yaradılmasında  istedadlı  aktyorlar 


321 

 

M.Əliyev (baĢ rolun ifaçısı), Q.A.Abasova, S.Ruhulla, Əzizə  xanım  Hacıyeva  iĢtirak 



etmiĢdi. 

C.Cabbarlının  ssenarisi  üzrə  çəkilmiĢ  "Sevil"  filmi  (1929)  ictimaiyyət 

tərəfindən  rəğbətlə  qarĢılandı.  Filmin  qəhrəmanı  mübariz  Azərbaycan qadını Sevil 

rolunda  ixtisasca  kimyaçı,  sonralar  isə Azərbaycan  Elmlər  Akadcmiyasının  həqiqi 

üzvü  olmuĢ  Ġzzət  Orucova  məharətlə  çıxıĢ  etmiĢdi.  Partiya  sifariĢi  ilə  Bakı 

kommunası  haqqında  film  yaratmağa  cəhd edildi,  hətta AK(b)P  MK  1928-c i  ilin  

iyununda "26-la r" kinofilmin in çəkiliĢinə ümu mi rəhbərlik  üçün partiya və dövlət 

xadimlərindən  H.Sultanov,  M.Quliyev,  A.NikiĢin  və  T.Hüseynovdan  ibarət  "partiya 

komissiyası"  yaratdı

213


.  Yalnız  1931-ci  ildə,  əlbəttə,  zamanın  konyunktur  siyasi 

sifariĢi 

səviyyəsində 

rejissor 

N.ġengeliyanın  baĢçılığı 

altında  gürcü 

kinematoqrafçıları ilə əməkdaĢlıqda "26 Komissar" fılmi çəkildi 

214


. Bu, həmin dövrdə 

Bakı  Xalq  Komissarları  Sovetinin  ("Bakı  kommunası")  fəaliyyət  tarixini 

öyrənməklə  əlaqədar  idi.  Lakin  bədii  kino  əsəri  olan  bu  filmdə  o  dövrün  tarixi 

saxtalaĢdırılmıĢdı. 

Gənc  Azərbaycan  kino  rejissoru  M.Mikayılovun  kollektivləĢdirmə 

prosesində balaca kəndli balası Lətifın taleyindən bəhs edən eyni adda filmi  ekrana 

çıxdı.  Filmdə  istedadlı  aktyorlar  Əjdər  Sultanov,  Ələkbər  Ələkbərov,  Mustafa 

Mərdanov və Məcid ġamxalov çəkilmiĢdilər. 

1930-cu  ilin  sonunda  Bakıda səsli  kinonun  meydana çıxması  ilə  əlaqədar 

səsli  kinofabrikin  və  dörd  kinoteatrın  tikintisinə  baĢ landı

215

.  Bakıda  kino 



mütəxəssisləri  hazırlayan  kino  yaradıcılığı  studiyası  var  idi

216


.  Burada  A.Litvinov, 

Ġ.Tartakovski,  A.Maxovski,  Ġ.Manakov  kimi  rejissor  və  operatorlarla  birlikdə 

M.Mikayılov, S.Bədəlov, S.Mərdanov, M.DadaĢov və b. çalıĢırdılar

217


Kino respublikanın uzaq rayon və kəndlərinə da daxil olurdu. Səyyar kino 

Ģəbəkələri  geniĢlənir,  kənd  rayonlarının  kinolaĢdırılması  güclənirdi.  1935-ci  ilin 

yanvarında  Moskvada  kino  problemlərinə  həsr  olunmuĢ  Ümu mittifaq  müĢavirəsi 

keçirildi. MüĢavirə kino haqqında əhəmiyyətli qərarlar qəbul etməklə bərabər, kine 

matoqrafiya  xad imlərini  "sovet  həyat  tərzini",  sovet  quruluĢunu  təbliğ  edən 

filmlər  yaratmağa  çağırırdı

218


.  AK(b)P  MK  da  ona  uyğun  qəbul  etdiyi  qərarda 

fəhlə sinfi və kolxozçu kəndlilərin sinfi mübarizəsini

219

, "sovet adamlarının" həyatını 



təsvir  etməyi  Azərbaycan  kino  iĢçilərinin  qarĢısında  əsas  vəzifə  qoydu.  Rejissor 

M.Mikayılovun  "Ġsmət"  filmi  (1934)  ilk  azərbaycanlı  təyyarəçi  qadın  Leyla 

Məmmədbəyovaya  həsr  olunmuĢdu

220


.  1935-ci  ildə  M.Mikaylov  neft  sənayesinə 

həsr edilmiĢ "Altıncı duyğu" (A.Kapler və Ġ.Tartakovskinin ssenarisi üzrə) filmini 

çəkdi. Həmin dövrdə Azərfilm pioner düĢərgəsində uĢaqların həyatına aid ikihissəli 

novella - "Rəqs edən tısbağa" (Abdulla ġaiqin ssenarisi üzrə) filmini bura xd ı. 

Azərbaycan kinematoqrafıyasının inkiĢafında 1936-cı ildə "Sevil" və "Ġsmət" 

filmlərinin davamı kimi çəkilmiĢ "Almaz" filmi mühüm mərhələ  oldu

221



322 

 

1938-ci  ilin  noyabrında  Azərbaycan  SSR  XKS  yanında  Kinematoqrafıya 



Komitəsi yaradıldı

222


. Onun rəhbərliyi altında müharibədən əvvəlki illərdə Azərbaycan 

xalqının qəhrəman keçmiĢinə, vətənin azadlığı uğrunda mübarizəsinə həsr olunmuĢ 

fılmlər  yaradıldı.  "Bakılılar"  fılmi  tarixi-inqilabi  mövzuya  həsr  olunmuĢdu.  MəĢhur 

kinorejissorlar  S.EyzenĢteyn  və  A.Dovjenkonun  Ģagirdi  Səməd  Mərdanov  tarixi-

inqilabi mövzuda "Kəndlilər" filmini yaratdı. 

Kino  sənətinin  inkiĢafı  sahəsində  görülən  iĢlər  onun  respublika 

zəhmətkeĢlərinin  mədəni-məiĢətinə  onların  tərbiyəsinin  mühüm  amili  kimi 

möhkəm Ģəkildə daxil olmasını təmin etdi. 



Təs viri  və  dekorativ-tətbiqi  sənət.  30-cu  illər  təsviri  sənət sahəsində 

yaradıcı  kadrların  intensiv  artımı,  xalq  kütlələrinin  incəsənətə  qovuĢmasını 

istiqamətləndirən  tədbirlərin,  mu zey  və  sərgilərin  geniĢlənməsi  ilə  səciyyələnirdi. 

Bədii texniku m on il ərzində 70, o cümlədən 17 azərbaycanlı rəssam hazırladı.  

Bununla da  ilk  rəssamların  yaradıcılıq  təĢkilatlarının  formalaĢmasına  əsas 

oldu  və  1928-ci  ildə  Azərbaycanın  gənc  rəssamlar  təĢkilatı  (Az.GRT)  meydana 

gəldi. Yaradıcılıq məktəbinin yetiĢdirmələri Ġ.A xundov, R.Mustafayev, A.Qazıyev, 

A.Rzaquliyev, ġ.Manqasarov və b. həmin təĢkilata daxil idilər 

223



Növbəti  ildə  yaradılmıĢ  "Azərbaycan  inqilabi  təsviri  incəsənət  iĢçiləri 



cəmiyyəti" (Az. ĠTĠĠC)

224


 isə 1930-cu ildə sərgi təĢkil etdi. Sərgidə dövrün tələblərinə  

uyğun  mövzularda  150-dən  çox  əsər,  o  cümlədən  S.Salamzadənin  "Sap  sexi", 

H.Xalıqovun  "Qadın  Ģöbəsi",  ġ.Manqasarovun  "Kolxo zçu  qadın"  əsərlərində 

zəh metkeĢlərin  əmək,  məiĢət  və  təhsilinə  aid  mü xtəlif  səhnələr  üstünlük  təĢkil 

edirdi. 

Monumental  heykəltəraĢlıq  da  in kiĢaf  edirdi.  Onun  formalaĢması  və 

təkmilləĢdirilməsində  1926-cı  ildə  Bakıya  gəlmiĢ  heykəltəraĢ  P.V.Sabsay  fəal 

iĢtirak  etmiĢdi

225

.  O,  1930-cu  ilin  may ında  Ba kın ın  mərkə zində  ilk  iri  



monu mental  əsərini  -  M.F.A xundovun  heykəlini  və  1932-ci  ildə  isə  Bakıda 

id man  sarayı  üçün  "Bədən  tərbiyəsindən  əmək  və  müdafiəyə"  barelyefıni 

yapmıĢdı. 

Bu  illərdə  Azərbaycan  rəssamların ın  rus  sovet  ustaları  ilə  yaradıcılıq 

əlaqələri geniĢləndi.  Rus rəssamları Azərbaycan mövzusu və obrazlarına bir sıra 

tablolar 

həsr 

etmiĢdilər: 



M.Fyodorov 

"Azərbaycan 

MĠK-in 

sədri 


S.Ağamalıoğlunun  portreti",  "azərbaycanlı  qadın",  B.Yakovlev  "Ağ  Ģəhər  - 

Kre kinq 

zavodu", 

"Neft 


fantanı", 

S.Ryankina  "Savadsızlığın  ləğvi", 

S.Gerasimov "Qara Ģəhər", A.Kuprin " Bib iheybət neft mədənləri", P.Ku znetsov 

"Neft buruqları" və s. 

1932-c i  ilin  dekabrında  respublikan ın  xa lq  rəssamı  Ə.Əzimzadə  baĢda 

olmaqla  A zərbaycan  Sovet  Rəssamları  Ġttifaqı  yarandı

226

.  Onun  əsas  vəzifəsi 



respublikanın  yaradıcı  kadrların ı  yeni  cəmiyyət  quruculuğunda  "ideyaca"  fəal 

323 

 

iĢtirak  etməyə  cəlb  etmək  id i.  1933-cü  ilin  əvvəllərinə  onun  sıralarında  90 



nəfərədək rəssam var id i. 

1933-cü  il  may   ayının  a xırlarında  Ba kıda  yeni  bədii  sərgin in  açılıĢı 

oldu.  Həmin  ilin  payızında  isə  bu  sərginin  əsasında  Moskvada,  paytaxt 

ictimaiyyətinin  yüksək  marağ ını  qazanan  Azərbaycan  rəssamlarının  böyük 

sərgisi  təĢkil  o lundu.  Bu  sərgilərdə  otuz  müəllifin  300-dək  əsəri  göstərilmiĢdi. 

Eksponatlar  içərisində  milli  bədii  to xu malar  və  ipək  parça  üzərində  naxıĢlar 

geniĢ yer tuturdu. 

Azərbaycan  hökuməti  respublikada  təsviri  sənətin  inkiĢafına  böyük 

yardım edirdi. Azərbaycan SSR Xalq Ko missarları Soveti  1934-cü  il  iyulun 26-

da  Hüseyn  Rəhmanovun  imzası  ilə  "Azərbaycan  SSR-də  təsviri  incəsənət  üzrə 

tədbirlər  haqqında"  qərar  qəbul  etdi.  Bu  qərara  əsasan,  respublika  təsviri 

sənətinin  vəziyyətini  yaxĢılaĢdırmaq,  eləcə  də  Azərbaycan  SSR-in  15  illiyi 

münasibətilə  rəssamların  sərgisini  hazırlamaq  üçün  26  rəssamın  Azərbaycan 

rayonlarına və neft mədənlərinə yarad ıcılıq ezamiyyətlərı təĢkil olundu 

227



Gənc milli bədii  məktəbin böyük sənət yoluna daxil o lması prosesi çox 



mürəkkəb  idi.  Rəssamların  yaradıcılığında  mü xtəlif  əyanlar  nəzərə  çarpırd ı.  Bu  

cəhətdən Ģair Firdovsinin anadan olmasının 1000 illiy i ilə əlaqədar, rəssamlardan 

S.Salamzadənin  "Rüstəmin  döyüĢü",  H.Xalıqovun  "Firdovsinin  dəfni", 

M.Gerasimovun  "Rüstəmin  Söhrab la  döyüĢləri",  R.Mustafayevin  "Firdovsinin 

portreti"  əsərləri  səciyyəvidir.  Bu  əsərlərdə  təqlid  ünsürləri  üstünlük  təĢkil 

edirdi.  Bir  sıra  gənc  rəssamlar  özünəməxsus  milli  incəsənət  yaratmağa  cəhd 

göstərirdilər. 

Qrafika  rəssamları  respublikada  nəĢr  olunan  kitab  və  jurnalların  bədii 

tərtibatı  sahəsində  müvəffəqiyyətlər  qazan mıĢdılar.  Bu  sahədə  rəssamlar 

A.Hacıyev, Ġ.A xundov, H.Xa lıqov, M.Vlasov uğurla çalıĢırdılar.  Gənc rəssamlar 

S.Salamzadə,  H.Haqverdiyev,  T.Tağıyev,  R.TopçubaĢova  və  M.Əfəndinin  

əsərləri meydana çıxd ı. On lar ö z iĢlərində müasir və mühü m tarixi mövzu ları əks 

etdirməyə cəhd göstərirdilər. 

Gənc  heykəltəraĢlar  F.Əbdürrəh manov,  C.Qaryağdı  ilk  əsərlə rində 

Azərbaycan  yazıçı  və  mədəniyyət  xadimlərinin  surətlərini  yaratmıĢdılar. 

F.Əbdürrəh manovun  Firdovsinin  "ġahnamə"sinin  motivləri  əsasında  yaratdığı 

"Nizə atan" heykəli onun ilk yaradıcılıq nailiyyətlərinə aiddir.  

Səhnə  tərtibatı  ustaları  içərisində  R.Mustafayev  seçilirdi.  O, 

"ġahnamə", "Od gəlini", "1905-ci ildə" tamaĢalarına dekorasiyalar vermiĢdi. 

Dekorat iv-tətbiqi  sənətin  mü xtəlif  növləri,  habelə  kütləvi  bədii 

özfəaliyyət  inkiĢaf  edirdi.  Ancaq  yeni  müasir  mövzu  və  naxıĢlarla  bəzədilmiĢ 

portret  xalça,  vaza  və  digər  əĢyalar  yaradılmasına  baxmayaraq,  ənənəvi  xalq  

sənəti növləri  zəif dirçəld ilirdi.  Bu tip ən yaxĢı nü munələrdən biri  L.Kərimovun 


324 

 

eskizi  üzrə  toxun muĢ  "Firdovsinin  portreti"  xalçası  idi.  Bu  xalça  1937-ci  ildə 



Parisdə Ümu mdünya sərgisində müvəffəqiyyətlə nümay iĢ etdirilmiĢdi. 

Azərbaycanın,  demək  olar,  hər  yerində  ənənəvi  həvəskar  xalq  ustaları 

bədii  tikmə,  ağac  ü zərində  oyma,  zərgərlik,  xalçaçılıq  və  s.  nü munələri 

yaradırdılar. Milli naxıĢlarla bəzədilmiĢ maraqlı bədii tikmə əĢyaları - kiçik divar 

xalçası, süfrə, yastıq,  mütəkkə və araqçınlar  meydana gəlirdi. Usta A.Lətifovun 

tambur  tikmə  texn ikasında  yaradılmıĢ  ən  yaxĢı  iĢləri  mu zey ləri  bəzəyird i. 

Ġstedadlı  zərgərlər  H.Quliyev,  H.AĢurov  gözəl  qadın  bəzəkləri  -  sırğa,  ü zük 

bilərzik hazırlay ırd ılar. 

1936-cı ildə Azərbaycan Dövlət Muzeyi nəzdində müstəqil incəsənət Muzeyi 

yaradıldı.  Muzey  kütlələr  içərisində  Ġncəsənətin  populyarlaĢması,  onların 

zövqlərinin  formalaĢdırılması  sahəsində  geniĢ  konkret  iĢ  aparırdı.  1937-ci  ilin 

oktyabrında dövlət muzeyində azərbaycanlı rəssamların sərgisi açıldı. Orada mindən 

çox eksponat (təsviri, döy mə, naxıĢlı to xuculuq) vard ı

228


Müharibəyə qədərki illərdə qadın rəssamların əsərlərindən ibarət sərgilərin  

təĢkil  edilməsi  mədəni  həyatda  diqqətəlayiq  hadisə  idi.  Bu  sərgilərdə 

Z.Məmmədovanın  heykəltəraĢlıq,  Q.Mustafayeva,  R.TopçubaĢova,  Q.Salamova, 

M.Əfəndinin  rəsm  əsərləri,  M.Rəhmanzadənin  qrafik  iĢləri,  Ġ.Seyidovanın  teatr 

eskizləri xüsusi ilə fərqlənirdi. 

Bakı  rəssamlıq  məktəbinin  istedadlı  yetirmələri  öz  təhsillərini  Moskva, 

Sankt-Peterburq,  Tbilisinin  ali  rəssamlıq  məktəblərində  müvəffəqiyyətlə  davam 

etdirir, onların bir çoxu təkcə Sovet Ġttifaqında deyil, xaricdə də məĢhurlaĢırd ılar. 

Nizami  Gəncəvinin  800  illik  yubileyinə  hazırlıq  görülməsi  təsviri  və 

dekorativ-tətbiqi  sənətin  çiçəklənməsi  üçün  mühüm  amil  o ldu.  1940-c ı  ildə  

Nizami  Gəncəvinin portret-surətini yaratmaq üzrə  müsabiqədə Ģairin H.Xalıqovun 

çəkdiyi  məĢhur  portreti  birinci  mükafata  layiq  görüldü.  Rəssamlar  S.ġərifzadə, 

B.Əliyev,  M.Abdullayev,  B.Mirzəzadə,  K.X.Xanlarov,  A.B.Kazımov  Nizami 

muzeyinin ekspozisiyaları üçün rəsm tablolarını yaratdılar.  

Qocaman  xalq  rəssamı  Ə.Əzimzadə  müxtəlif  janrlarda  qrafik  əsərlər, 

satirik  rəsmlər,  boyaqlı  akvarellər,  səhnə  geyimi  eskizləri  çəkmiĢdi.  Azərbaycan 

SSR  Xalq  Komissarlar  Soveti  1936-cı  yanvarın  26-da  rəssam  Ə.Əzimzadənin  iĢ 

Ģəraitini yaxĢılaĢdırmaq üçün emalatxana tikilməsi barədə xüsusi qərar qəbul etdi 

229


Ə.Əzimzadə  Azərbaycanda  yeni  rəssam  kadrların  hazırlanmasına  böyük 

qayğı  göstərirdi.  1940-cı  il  iyunun  27-də  onun  tövsiyəsilə  Azərbaycan  Dövlət 

Rəssamlıq  Texniku munun  yetirmələrindən  bir  çoxu  Moskva,  Leninqrad,  Kiyev, 

Tbilisi  ali  məktəblərində  oxumağa  göndərildi.  Onların  sırasında  sonralar 

Azərbaycanın  tanınmıĢ  rəssamları  olan  Tağı  Tağıyev,  Kazım  Kazımzadə,  Həsən 

Haqverdiyev, Kamil Xanlarov, Mürsəl Nəcəfov və b. var idi 

230




325 

 

Ə.Əzimzadə  1939-cu  ildə  SSRĠ  Rəssamlar  Ġttifaqı  təĢkilat  komitəsi 



tərkibinə  daxil  edildi

231


.  1941-ci  ildə  Bakıda  Ə.Əzimzadənin  ço xillik  yaradıc ılıq  

fəaliyyətini əks etdirən sərgi təĢkil olundu. Sərgidə onun min iki yüz  iĢi nümayiĢ 

etdirilird i. Həmin sərgi elə həmin il Moskvada da göstərilmiĢdi 

232


Azərbaycan  heykəltəraĢları  bir  sıra  monumental  əsərlər  yaratdılar. 

HeykəltəraĢ F.Əbdürrəhmanov Nizaminin abidəsinin yaradılması üzrə 1940-cı ildə 

elan  edilmiĢ  Ümu mittifaq  müsabiqəsində  birinci  yeri  tutdu.  Nizami  muzeyinin 

fasadını  bəzəyən  altı  heykəlin  də,  Füzuli  abidəsinin  də  müəllifı  odur.  HeykəltəraĢ 

C.Qaryağdı  1939-cu  ildə  Samur-Dəvəçi  kanalı  üçün  "Kolxozçu  qadın"  heykəlini 

yaratdı.Vaqifin  Nizami  muzeyinin  fasadında  qoyulmuĢ  heykəli  də  onun 

müvəffəqiyyətli iĢlərindəndir. 

Rəssam  R.Mustafayev  teatr  dekorasiyası  sənətini  inkiĢaf  etdirirdi. 

Ü.Hacıbəyovun  Moskvada  birinci  Azərbaycan  incəsənəti  ongünlüyündə  göstərilmiĢ 

"Koroğlu"  operasının  milli  incəsənətin  ənənələrindən  istifadə  olunmaqla  yerinə 

yetirilmiĢ,  musiqi  obrazları  ilə  səsləĢən  dekorasiyanın  tərtibatı  böyük  yaradıcılıq 

uğuru idi. Operaya layiq səhnə geyimlərini rəssam H.Xalıqov hazırlamıĢdı. 

Azərbaycan  xalq  yaradıcılığında  qədimdən  xalçaçılıq  aparıcı  yer  tuturdu. 

Xalçaçılıq  məhsulları  istehsalı  Azərxalçabirliyi  (Azərbaycan  xalçaçılıq  ittifaqı) 

sistemində  cəmləĢmiĢdi.  Nadir  xalçaların  yaradılmasında  peĢəkar  rəssamlar  iĢtirak 

edirdilər. Belə əməkdaĢlıq sayəsində yeni orijinal portret və süjetli xalçalar meydana 

gəldi.  Nizaminin  "Xəmsə"sinə  rəssamlar  qrupunun  eskizləri  üzrə  yaradılmıĢ 

beĢmövzulu xalça həsr olunmuĢdu. Azərbaycanın ən yaxĢı naxıĢlı və süjetli xalçaları 

Moskvada  Ümu mittifaq  bədii  sərgisində  və  Nyu-Yorkda  Ümu mdünya  sərgisində 

(1938-c i il) nümayiĢ etdirilmiĢdi 

233


MəĢhur  ġəki  ustası  R.Tağızadənin  naxıĢlı  xalçası  (1939-cu  il)  bədii 

tikmənin  gözəl  nümunəsi  oldu.  Xalq  ustası  Əbdülhüseyn  Babayev  ağac  üzərində 

"ġəbəkə"  naxıĢları  ilə  yonma  sənəti  ənənələrinin  dirçəldilməsinə  böyük  təkan 

verdi. 

1938-c i  ildə  Azərbaycan  zərgərlərinin  məhsulları  Paris  və  Nyu -York 



sərgilərində  nümayiĢ  etdirildi.  Azərbaycan  dekorativ-tətbiqi  sənəti  öz  milli 

koloritini saxlayaraq daim yeni bəzək motivləri ilə  zənginləĢirdi. Bununla bərabər, 

o,  "siyasiləĢmə",  "ideologiyalaĢdırma"  təsirinə  məru z  qalır,  dövrün  rəsmi 

atributları  ilə  səsləĢən  yeni  naxıĢ,  emblem,  simvolik  motivlər  yaradılırdı. 

L.Kərimovun  eskizləri  üzrə  1939-cu  ildə  yaradılmıĢ,  Lenin  ordeni  və  Azərbaycan 

SSR-in gerbi ilə bəzəd ilmiĢ qoĢa vazalar gözə l sənət əsəridir. 

Bu illərdə keçirilən rəssam sərgilərinin böyük əhəmiyyəti var idi. 1938 -

ci  ildə  Bakıda  ko msomo lun  20  illiyinə,  1940-cı  ildə  Azərbaycan  SSR-in  20 

illiyinə həsr olun muĢ yubiley sərgiləri o lmuĢdu 

234




326 

 

1940-c ı  il  ma rtın  7-də  Ba kıda Azə rbaycan rəssamlarının təsviri sənətin 



gələcək inkiĢaf yollarını müəyyənləĢdirən birinci qurultayı açıldı 

235


Beləliklə,  Azərbaycan  təsviri  və  dekorativ-tətbiqi  sənətinin  bütün  növ 

və janrlarında milli bədii məktəb formalaĢır, yaradıcı ziyalı kadrlar yetiĢir, xalqın  

mənəvi-estetik  həyatında yeniliklər  baĢ  verirdi.  Bunlar  1940-cı  ilin  oktyabrında 

keçirilən  A zərbaycan  rəssamların ın  birinci  qurultayında  qiy mətləndirild i  və 

incəsənətin  yeni  perspektivləri,  onun  peĢəkar  səviyyəsinin  yüksəldilməsi 

vəzifələri  müəyyən  edild i.  Quru ltayda  Ġsmayıl  A xundov  Rəssamlar  Ġttifaqı 

Rəyasət Heyətinin sədri, Mürsəl Nəcəfov məsul katib seçild ilər.  



Me marlıq.  Respublikada  xalq  təsərrüfatının  inkiĢafı  zəhmətkeĢlər, 

xüsusilə  neftçi-fəhlələr  üçün bütün  AbĢeron  ərazisində qəsəbələrin yaradılmasını, 

mənzil  tikintisinin  geniĢləndirilməsini  tələb  edirdi.  Tezliklə  Yeni  Suraxan ı, 

Artyom  (indiki  Pirallahı),  ġubam  qəsəbələri  meydana gəldi.  Montin qəsəbəsində 

tikinti iĢi geniĢləndirild i, Məmmədyarov qəsəbəsinin əsası qoyuldu. 

1928-ci  ildə  Bakıda  olmuĢ  M.Qorki  neftçilər  üçün  mənzil  tikintisindən 

danıĢaraq yazırdı:"Sovetlər Ġttifaqında fəhlələr üçün mənzil tikintisi təcrübələrindən 

ən  uğurlusu,  mənə  belə  gəlir  ki,  Azərneftin  təcrübəsidir.  Bakı  fəhlə  qəsəbələri 

gözəl  tikilmiĢdir.  Hər  Ģeydən  əvvəl,  bu  balaca  Ģəhərləri  tikmiĢ  ağıllı  adamlar 

haqqında da fikirləĢirsən". 

Eyni  zamanda  Bakının  mərkəzində  iri  yaĢayıĢ  evləri  -  Xəzər  dəniz 

gəmiçiliyinin  binası,  məĢhur  "BeĢ  mərtəbə"  və  b.  ucaldılmıĢdı.  Ba kı  Ģəhərinin 

Dağlıq  rayonunun  yenidən  qurulmasına  da  o  zaman  baĢlanılmıĢ,  tramvay  xətti 

salınmıĢ, Sovet küçəsi meydana gəlmiĢdi. 

Həmin  illərin  tikintisi  üçün  milli  me marlıq  ənənələrindən  istifadə 

olunması  səciyyəvidir.  Dövlət  bank  iĢçilərinin  yaĢayıĢ  evi  (Müqtədir  və 

B.Sərdarov küçələrinin kəsiĢdiyi yerdə) buna əyani misaldır. Bu binanın müasir zahiri 

görünüĢündə  ġəkinin  yaĢayıĢ  evləri  üçün  səciyyəvi  olan  memarlıq  motivləri  uğurla 

tətbiq  olunmuĢdur.  Bakının  yeni  memarlıq  görünüĢünün  nümunəsi  Azərbaycan 

dövlət  nəĢriyyatı,  Dövlət  bankı,  köhnə  "Ġnturist"  mehman xanası  binaları  hesab 

olunur. 

Azərbaycan  Sənaye  Ġnstitutunda  respublika  memarlarının  ilk  nəsli 

hazırlandı. Onların içərisində S.DadaĢov və M.Useynov seçilirdilər.  Gənc memarlar 

çoxsaylı  bina  layihələrinin  həyata  keçirilməsinə  nail  oldular.  Bayılda  mətbəx-

fabrik (indiki  Doğum evi binası), Sənaye Ġnstitutunun yeni korpusu tikildi. Bakının 

tədricən  yaĢıllaĢdırılması  üçün  yeni  bağlar,  bulvar  və  parklar  salınmasına 

baĢlanmıĢdı. Monumental heykəltəraĢlıq Ģəhərin memarlığına ilk dəfə daxil edilirdi. 

Bu illərdə respublikanın qəza və rayon mərkəzlərində də tikinti iĢi geniĢlənmiĢdi, 

baĢqa Ģəhərlərdə sənaye-obyektləri  ilə yanaĢı, yaĢayıĢ və mədəni-məiĢət binaları 


327 

 

tikilirdi. Gəncədə yağ zavodu, ġəkidə ipəkçilik komb inatı və ikimərtəbəli evlə rdən 



ibarət yaĢayıĢ rayonu meydana gəldi. 

1933-cü  ildə  Azərbaycan  SSR  hökumət  sarayın ın  layihəsini  yaratmaq 

üçün  müsabiqə  elan  edildi.  Bu  qapalı  müsabiqədə  birinci  mükafat  A.Tkaçenkonun 

iĢtirak etdiyi, L.Rudnev və V.Muntsun daxil o lduğu müəlliflər kollektiv inə verildi. Bu 

layihə  üzrə  Xəzər  dənizinin  sahilində ənənəvi  motivlər  və Azərbaycan  memarlığı 

üslubu ilə höku mət evi ucaldıld ı. 

Bu  illərdə  indiki  28  May  küçəs i  və  Bülbül  prospektinin  kəsiĢməsinin 

yenidən  qurulması  mühüm  mərkəzi  Ģəhərsalma  tədbiri  idi.  Bu  kəsiĢ mə  nöqtəsi 

"Nizami" kinoteatrı və Yey inti Sənayesi Nazirliyi binalarının (memarlar S.DadaĢov 

və  M.Useynov)  memarlıq  həllinə  uyğun quruluĢu  prospektin  baĢlanğıcına  gözəllik 

verirdi.  Bülbül  prospektindəki  incəsənət  iĢçilərinin  yaĢayıĢ  evinin  memarları 

S.DadaĢov və M.Useynov olmuĢlar. Onlar memarlıq yaradıcılığında milli cəhətlərlə 

yanaĢı, intibaha xas olan memarlıq fənd və formalarından istifadə etmiĢdilər. Ġstiqlal 

və H.Hacıyev küçələrinin kəsiĢməsində ucaldılan  yaĢayıĢ binası  Bakının  memarlıq  

tarixinə  'Monolit"  adı  ilə  (memar  K.Sençixin)  daxil  oldu.  Bu  dövrdə  tikiliĢ 

fizioterapiya üsulları  ilə  müalicə Ġnstitutunun binası 1937-ci ildə Pa ris sərgisində 

diplo ma layiq görülmüĢdü. 

Azərbaycan  paytaxtının  mərkəzinin  ü mu mi  memarlıq  görnüĢünün 

yaxĢılaĢması  məqsədilə  "Köhnə  bulvar"ın  təbii  davamı  hesab  olunan  yeni 

bulvarın yaradılması tədbiri həyata keçirildi. 

Bakıda  və  respublikan ın  digər  Ģəhərlərində  məktəb  binaların ın  tikintisi 

geniĢlənirdi. S.DadaĢov və M.Useynovun layihəsi ilə yaradılan, Bakıda 16 yerdə 

təkrar tikilən dörd mərtəbəli məktəb 

 

memarlıq həllinə görə seçilirdi. 



Azərbaycan  memarlığ ının  sonrakı  inkiĢafında  1935-ci  ildə  yaran mıĢ 

Azərbaycan Sovet Memarları Ġttifaq ının böyük ro lu olmuĢdu

236



1936-c ı  il  martın  əvvəllərində  Azərbaycan  me marlarının  birinc i 



qurultayı  çağırıldı.  Qurultayın  iĢində  Azərbaycan  MĠK-in  sədri  S.M.Əfəndiyev, 

eləcə  də  Ruhulla  A xundov,  Həmid  Su ltanov,  MirbəĢir  Qasımov  və  b.  iĢtirak 

edirdilər

237


Azərbaycan  sovet  memarlığ ının  inkiĢafın ın  əsas  xəttini  Azərbaycan 

xalq ının  memarlıq  irsi  ənənələrin i  yeni  məzmunla  uzlaĢdırmaq  sahəsində 

yaradıcılıq  axtarıĢları  təĢkil  edirdi.  Bu  istiqamətin  inkiĢafında  aparıcı  rol 

S.DadaĢov və M.Useynova məxsus idi. Onların  1939-cu ildə Ümu mittifaq Kənd 

Təsərrüfatı Sərgisində Azərbaycan pavilyonunun memarlıq həllində qazandıqla rı 

çoxcəhətli  uğurlar  Dövlət  mükafatına  lay iq  görüldü.  Nizami  ad ına  Azərbaycan 

Ədəbiyyatı Tarixi Mu zeyinin  memarlığ ı da S.DadaĢov və M.Useynovun diqqəti 

cəlb  edən  yaradıcılıq  iĢlərindəndir.  Burada  ilk  dəfə  bəzək  kaĢısından 

(mayelikdən) memarlıqda istifadə olun muĢdur. 



328 

 

Bakın ın yaĢıllaĢdırılması iĢində böyük dönüĢ nəzərə çarpırdı. Bu dövrdə 



bağ-park 

memarlığ ı 

Ģəhərin 

görünüĢünün 

formalaĢ masının 

mühüm 


elementlərindən  biri  oldu.  Dən izkənarı  bulvarın  qərb  istiqamətində 

geniĢləndirilməsinə  (keçmiĢ  Çkalov),  Nizami  mu zeyi  qarĢısında  bağ 

salın masına,  bir  ço x  küçələrin  yaĢıllaĢdırılmasına  baĢlanması  həm  Ģəhərsalma 

baxımından,  həm  də  Bakının  b ir  sıra  rayonların ın  mikroiqlim  Ģəraitinin  

yaxĢılaĢdırılması cəhətdən çox vacib idi. 

Bu  dövrdə  Bakı,  Gəncə,  ġəki,  Xan kəndi,  Yevlax  Ģəhərlərinin  baĢ 

planlarının  tərt ib  edilməsinə  baĢlanmıĢdı,  ancaq  nə  bu  planların  h əyata 

keçirilməsi, nə də qəza və  rayon mərkəzlərində tikinti-abadlıq  iĢləri geniĢ vüsət 

aldı. 

20-30-cu  illərin  sonlarında  Azərbaycan  mədəniyyəti  yeni  inkiĢaf 



mərhələsinə  qədəm  qoydu.  Bu  illər  ölkənin  tarixi  və  mədəniyyətində  nisbətən 

daha mürəkkəb və ziddiyyətli dövrlərdən biri id i. Mədəniyyətin yeni keyfiyyətdə 

formalaĢaraq  mü rəkkəb  proses  kimi  davam  etdiy i,  ədəbiyyat  və  incəsənətin 

yetkin  peĢəkarlıq  səviyyəsinə  çatdığı  bu  illərdə  Azərbaycan  mədəniyyətinin  

tərəqqisi  -  o dövrü  bütün  ixtilaf  ziddiyyətləri,  yüks əliĢ  və  nöqsanları  ilə  özündə 

əks etdirən yeni in kiĢafı təmin edildi. 

O  za man  mədəniyyət  sahəsində  həyata  keçirilən  bütün  tədbirlər 

ko mpleksi  cəmiyyətin  mənəvi  həyatında  "partiyalılığı"  təmin  et miĢdi.  Həmin  

illərdə  mədəni  quruculuğun  idarə  o lunmasındakı  ağ ırlıq  mərkəzi  tədricən 

yaradıcılıq  orqanlarından  partiya  orqanlarına  keçmiĢdi  və  əslində  bu, ölkənin  o 

illərdəki ictimai-siyasi həyatının ü mu mi inkiĢaf ənənəsini əks etdirird i.  

30-cu illə rin ortala rında Stalinin Ģəxsiyyətinə pərəstiĢin təĢəkkül tapdığı 

bir  Ģəraitdə  mədəniyyətin  inkiĢafına  böyük  zərər  vurulmuĢ,  bir  çox  mədəniyyət 

xadimlərinin  taleyi  dramatik,  bəzən  də  faciəli  olmuĢdu.  Yaradıcı  iĢçilərin  

demokratik,  hu manist  əsasları  sarsıdan  əsassız  kütləvi  repressiyası  məh z  bu 

illərə təsadüf edir. 

Mədəni  quruculuğun  həyata  keçirilməsi  praktikas ında  mövcud  ciddi 

çatıĢmazlıqların  olmasına  ba xmayaraq,  bütün  ölkə,  40-cı  illərin  əvvəllərinədək 

mədəniyyət sahəsində böyük müvəffəqiyyətlər əldə etmiĢdi.  

Beləliklə,  20-ci  illərin  sonu  -  40-cı  illərin  əvvəllərində  Azərbaycan 

mədəniyyəti  yeni  həyat  quruculuğunun  yaradıcılıq  coĢqunluğunu,  eləcə  də  o 

illərin  ictimai  həyatının  dərin  ziddiyyətləri  və  dramatik  hadisələrini  yaĢayaraq 

çətin Ģəraitdə təĢəkkül tap mıĢ və in kiĢaf etmiĢdi. 

 

IX FƏS ĠL 

 


329 

 

AZƏRBAYCAN KEÇĠD DÖVRÜNÜN SONLARINDA 

 


Yüklə 5,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin