§ 1. ƏHALĠNĠN SOSĠAL S TRUKTURUNDA DƏYĠġ ĠKLĠKLƏR
"Sosializm" adlandırılan yeni cəmiyyətin qurulması prosesində ciddi
siyasi və iqtisadi yeniliklərlə üzləĢən Azərbaycan əhalisinin kəmiyyət və milli
tərkib ində, eləcə də sosial strukturunda köklü dəyiĢikliklər baĢ verdi.
1926-1939-cu illər a rasında respublikan ın əhalisi 2319,7 min nəfərdən
3205,1 min nəfərədək və yaxud 891,4 min nəfər artmıĢdı
1
. Müttəfiq
respublikalar arasında əhalisin in sıxlığ ı və təbii artımı nisbətən yüksək, buna
görə də əmək ehtiyatı kifayət qədər olan Azərbaycanda əhalinin artım mənbəy i
əsasən kənardan gələnlərin, xüsusilə rusların burada məskunlaĢması idi. Belə ki,
həmin illərdə azərbaycanlılar 1468,8 mindən 1870,5 minədək və yaxud 401,7
min nəfər, ruslar 220,6 mindən 528,3 minədək və yaxud 307,7 min nəfər,
ermənilər 284,4 mindən 388,0 minədək və yaxud 103,6 min, baĢqa millətlər
339,9 mindən 418,3 minədək və yaxud 78,2 min nəfər artmıĢdı. Lakin kəmiyyət
artımına baxmayaraq, respublika əhalisi tərkibində azərbaycanlıların xüsusi
çəkisi 63,5 faizdən 58,4-ə, baĢqa millətlərinki 27,0 faizdən 25,1 faizə endiyi
halda, rusların xüsusi çəkisi 9,5 faizdən 16,5 faizə qalxmıĢd ı
2
.
Azərbaycanda əhalinin artımı və onun tərkibində baĢ verən dəyiĢikliklər
Ģəhərdə daha qabarıq idi. Belə ki, Ģəhər əhalisinin sayı 1939-cu ildə 1926-cı
ildəki 649,5 min nəfə rdən 1156,8 min nəfərə çatmıĢ, yaxud 507,3 min nəfər
çoxalmıĢdı.
3
Bütövlükdə xalq təsərrüfatında, əsasən sənayeləĢdirmədə yenidənqurma
siyasətinin həyata keçirilməsi nəticəsində Ģəhər əhalisi daha intensiv artmıĢdı.
Belə ki, A zərbaycanda əhali artımı 1926-cı ildən 1939-cu ilə qədər ümu mən
38,7 faiz, Ģəhər və Ģəhərtipli qəsəbələrdə isə 78,7 faiz olmuĢdu
4
. Bunun nəticəsi
idi ki, Ģəhər əhalisinin xüsusi çəkisi respublika əhalisin in ümu mi sayının 1926-cı
ildə 28, 1939-cu ildə isə 36 faizinə bərabər idi. 1926-cı ildən 1939-cu ilədək
Ģəhərlərin sayı 18-dən 25-ə qalxmıĢ
5
, lakin onların ço x az bir qis mində aydın
nəzərə çarpan sənaye profili olmuĢdu. 1939-cu ildə Azərbaycan Ģəhərlərində
əhalinin ü mu mi sayı 894575 nəfər idi və onun 79,2 faizi üç Ģəhərin - Bakı (64,6
faiz), Kirovabad (Gəncə) (11,0 fa iz) və Nu xan ın (ġəki) (3,6 fa iz), qalan 20,8 fa iz
isə iyirmi iki Ģəhərin payına düĢürdü. Əksəriyyəti inzibati rayon mərkəzi olan bu
Ģəhərlərin on dördündə əhalinin sayı hətta on min nəfərdən də az idi
6
. Təkcə
Kirovabad istisnalıq təĢkil edird i. Burada 1930-cu illə müqayisədə yeni sənaye
müəssisələrinin ço xalması hesabına 1940-cı ildə sənaye iĢçilərin in sayı 53 faiz
artaraq 5,2 min nəfə r o lmuĢdu
7
.
330
Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzi kimi güclü inkiĢaf
mərhələsi keçən Bakıda əhali sürətlə artırdı. Belə ki, Bakının əhalisi 1939-cu
ildə 1926-cı ildəki 453,3 min nəfərdən 774,8 min nəfərədək
8
, ya xud 321,5 min
nəfər artmıĢdı. Respublikada Ģəhər əhalisi artımın ın 63,4 faizi məhz Bakın ın
hesabına idi. Bakı Ģəhəri əhalisinin digər regionlardan, xüsusən RSFSR-dən
gələnlər sayəsində artımı onun milli tərkibində ciddi dəyiĢiklik törədird i. 1926-
1939-cu illərdə Ba kı və onun mədən rayonlarında azərbaycanlıların sayı 138,3
mindən 235,8 min nəfərədək, rusların sayı 159,5 mindən 343,6 minədək,
ermənilərin sayı 78,8 mindən 118,7 minədək artmıĢ, baĢqa millətlərin sayı isə
əvvəlki 76,8 min həddindən artıq olmamıĢdı. Bu növ kəmiyyət artımı
nəticəsində Bakı əhalisi tərkib ində azərbaycanlıların faizi 30,5-dən 30,4-ə,
ermənilərinki 17,4-dən 15,3-ə, baĢqa millətlərinki isə 16,9-dan 9,9 faizə
düĢdüyü halda, rusların faizi 35,2-dən 44,4-ə qalxmıĢdı
9
.
Bakı Ģəhəri əhalisinin tərkibində baĢ verən çox ziddiyyətli və müəmmalı
dəyiĢikliklər - sovet hakimiyyətinin ilk illərində Azərbaycanda və xüsusilə onun
paytaxtında rusların məskunlaĢdırılması, yerli əhalin in isə bu və ya digər
tədbirlərlə ictimai-siyasi fəaliyyət sahələrində sıxıĢdırılması məqsədyönlü
istiqamətdə aparılan milli siyasətə bağlı idi. Məlu mdur ki, iĢğal olun muĢ bu və
ya digər ölkədə, xüsusilə onun mərkəzində milli d irçə liĢ və inkiĢaf yoluna
keçilməsinə, orada müstəqil milli dövlətçiliyin yaran masına qarĢı mübarizə
formalarından biri, bəlkə də ən təsirlisi, həmin ərazidə yerli millətə qarĢı duracaq
hakim millətə məxsus əhalinin yerləĢdirilməsi və ona hər sahədə üstünlük
verilməsidir.
Yeni sosialist iqtisadiyyatının yaradılması, xalq təsərrüfatında həyat və
məiĢətin bütün sahələrində sosialist siyasi sisteminin təĢəkkül tap ması, hər
Ģeydən əvvəl, respublika əhalisinin sosial strukturunun yenidən formalaĢmasına
səbəb olmuĢdu.
Azərbaycan SSR əhalisinin sosial strukturunun dəyiĢilməsinin ümu mi
mən zərəsi aĢağıdakı kimi id i: fəhlə və qulluqçular 1926-cı ildə 26,7 faiz, 1937-ci
ildə 32,3 faiz, 1939-cu ildə 41,7 faiz idi; ko lxo zçu kəndlilər və kooperativləĢ miĢ
kustarlar, uyğun olaraq 0,6 faiz 40,0 faiz və 54,2 faiz; tək təsərrüfatçı kəndlilər
(qolçomaqsız) və kooperativləĢməmiĢ zəh mətkeĢlər - kustarlar və sənətkarlar -
64,5 faiz, 14,0 faiz, 4,1 faiz; burjuaziya (iri və xırda Ģəhər burjuaziyası alverçilər
və qolçomaqlar) 5,0 faiz, məlu mat yo xdur; və qalan əhali (məktəblilər,
pensiyaçılar, hərbçilər və s.) 3,2 faiz, 3,7 faiz məlu mat yo xdur
10
.
Respublika əhalisinin tərkibində fəhlələrin xüsusi çəkisi 1939-cu ildə
1926-c ı ildəki 19,6 fa izə qarĢı 25,1 faiz o lmuĢdu
11
. Bu za man iri s ənayedə
fəhlələrin sayca artmasının əhəmiyyəti mühüm id i. Faktiki olaraq onların sayı bu
331
illərdə, ilk növbədə yeni ağır sənaye müəssisələri hesabına, 15235 nəfər
artmıĢdı
12
.
Azərbaycanda fəhlə sinfi formalaĢmağa baĢladığı ilk çağ lardan etnik
cəhətdən yekcins olmamıĢdı. Sovet hakimiyyəti illə rində o daha da
beynəlmiləlləĢdi. Lakin istər Azərbaycan, istərsə də digər müttəfiq respublikalar
üçün yerli millətdən olan fəhlə kadrların in kiĢaf etdirilməsi məsələsinin birinci
dərəcəli əhəmiyyəti var idi. SənayeləĢdirmə Azərbaycanda fəhlə sinfinin
içərisində milli kadrların ço xalmasına səbəb olmuĢ, lakin bu proses müharibəyə
qədərki illərdə özünəməxsus səciyyə daĢımıĢdı. Azərbaycanda xalq
təsərrüfatının bütün sahələri ü zrə fəhlə və qulluqçuların sayı 1939-cu ildə 1933-
cü ildəki 352,1 min nəfərdən 462,0 min nəfərə çatmıĢdı. Həmin illər ərzində
azərbaycanlı fəhlə və qulluqçuların sayı, uyğun olaraq, 122593 nəfərdən 129074
nəfərə çatmıĢ, yəni mövcud artımın təxminən altı faizi onların payına
düĢmüĢdü
13
. Bu xalq təsərrüfatında çalıĢan fəhlə və qulluqçuların ü mu mi
tərkib indəkı azərbaycanlıların xüsusi çəkisinə mənfı təsir göstərmiĢdi. Belə ki,
1933-cü ildə bu sırada 34,8 fa iz təĢkil edən azərbaycanlıların xüsusi çəkisi 1939-
cu ildə 27,9 faizədək azalmıĢdı
14
.
Be lə vəziyyət istehsalın ayrı-ay rı sahələrində də mövcud idi. 1934-cü il
avqustun 1-nə olan məlu mata görə, iri sənaye fəhlələri arasında azərbaycanlıla rın
xüsusi çəkisi orta hesabla 21,8 faiz, ayrı-ayrı sahələr üzrə isə neft hasilatı və
emalında - 20,2, maĢınqayırmada - 12,7, kimya sənayesində - 21,3, mineral
hasilatında - 30,6, tikinti materialları istehsalında - 13,1, to xuculuqda - 15,0 faiz
idi . Bu dövrdə inĢaatçılar arasında azərbaycanlı fəhlə lər cə mi 12,2, sovxo z
fəhlələri arasında 20,7, MTS-lərdə isə 40,0 faiz təĢkil edirdilər
16
.
Eyni vəziyyət sonrakı illə r üçün də səciyyəvi idi: 1939-cu ildə
mədənçilər arasında azərbaycanlıların xüsusi çəkisi 25,2, metalçılar arasında -
15,9, kimyaçılar arasında - 2,5, inĢaatçılar arasında -18,7, to xucular arasında -
44,6, tikiĢçilər arasında - 24,0, yeyinti sənayesi iĢçiləri arasında 31,0 faiz17,
Zaqafqaziya dəmir yolu Bakı bölməsinin fəhlə və qulluqçuları arasında isə 1940-
cı il dekabrın 1-nə 22,1 faiz təĢkil edirdi
18
.
Fəhlə və qulluqçuların tərkibində azərbaycanlıların ləng artması onunla
izah olunurdu ki, respublikada fəhlə sinfinin əsas artım mənbəyi tttifaqın digər
regionlarından gələnlər və əsasən azərbaycanlı olmayan Ģəhər əhalisi idi.
Azərbaycan kəndlərindən iĢçi qüvvəsinin cəlb edilməsi zə if id i. Respublika
rəhbərliy i milli ə mə k ehtiyatları bazasında sənaye fəhlələri yetiĢ məsinin mühüm
sosial mah iyyətini la zımi qədər qiymət ləndirmir, bəlkə də onun xalq üçün
mühü m əhəmiyyət kəsb etdiyini dərk etmirdi.
Azərneftə, sənaye və digər idarə aparatlarına səpələnmiĢ Ģovinist əhvali-
ruhiyyəli ayrı-ayrı partiya və sovet "superbeynəlmiləlçi" məmurları əslində bu
332
prosesin qarĢısını süni vasitələrlə alırdılar. Belə vəziyyət oby ektiv sayılan
səbəblərlə də izah olunurdu. Əvvəla, kənd zəh mətkeĢləri əsas ən partiyanın
Azərbaycanı ikinci pa mbıq ba zasına çevirmə k tapĢırığ ını yerinə yetirmə k üçün
səfərbər edilmiĢdilər; müasir texn ikan ın olmadığ ı bir Ģəraitdə pambıq kimi ağır
zəh mət tələb edən bitkinin becərilməsi kəndin iĢçi qüvvəsinin böyük hissəsini
özünə cəlb edirdi. Ġkincisi, A zərbaycan xalq ının kənd əhalisində miqrasiya
fəallığ ının olmaması, düĢüncə tərzi, tarixən formalaĢ mıĢ erkən kəbin lilik,
çoxuĢaqlılıq amilləri, məiĢət xüsusiyyətləri, ü mu mi təhsil səviyyəsinin aĢağı
olması və s. də öz rolunu oynayırdı.
Azərbaycanlı qadın lar ictimai istehsal əməyinə zəif cəlb edilirdi.
Respublikanın xalq təsərrüfatında çalıĢan fəhlə və qulluqçuların tərkib ində
azərbaycanlı qadınların sayının 1939-cu ildə 1926-cı ildəki 1484 nəfərdən 23360
nəfərədək artmasına baxmayaraq onların fəhlə və qulluqçular arasında xüsusi
çəkisi beĢ faiz idi
19
.
Bununla belə, sonrakı illərdə xalq təsərrüfatında azərbaycanlıların
xüsusi çəkisi getdikcə artmıĢ, fəhlə sinfinin yerləĢdirilməsi coğrafiyası
geniĢlənmiĢ, Azərbaycan fəhlə sinfini formalaĢdıran yeni sənaye mərkəzləri
yaradılmıĢdı.
Azərbaycan kəndlilərinin də simasında nəzərəçarpacaq dəyiĢiklik
müĢahidə olunurdu və bu, kəndin yenidən qurulması, kiçik kəndli
təsərrüfatların ın iri kollektiv təsərrüfatında birləĢdirilməsinin nəticəsi idi. Təkcə
kənddə Ģərait və istehsal üsulları deyil, kəndlinin ö zünün sosial-iqtisadi təbiəti
də, onun bütün həyat tərzi, Ģüuru, psixo logiyası, davranıĢı da dəyiĢ miĢdi.
KollektivləĢdirmə 1940-cı ildə kəndli təsərrüfatların ın 99,0 faizin i əhatə
etmiĢdi
20
.
Kolxo zçu ların sayı 1940-cı ildə 1928-ci ildəki 8000 nəfərə
21
qarĢı
1719903 nəfər
22
olmuĢdu. Kənd əhalisinin əksəriyyəti ko lxo zçu, cə mi 131,7 min
nəfər isə tək təsərrüfatçı idi
23
. Kənd əhalisinin xüsusi çəkisi də dəyiĢərək,
respublika əhalisinin 72 faizindən 64 faizinə en miĢdi
24
.
Yeni zəh mət keĢ - kolxo zçu kəndli meydana gələrək, fəhlə sinfin in sadiq
müttəfiqi, kənddə sovet quruluĢunun dayağı "rəsmi statusunu" aldı. Kustarlar və
sənətkarlar da ictimai qruplar kimi tamamilə dəyiĢ miĢdilər. Onların böyük
əksəriyyəti əslində sosialist sənət kooperasiyasına daxil o lmuĢdular.
Sosialist cəmiyyətində fəhlə və kəndli mühitindən çıxan sovet ziyalıları
təbəqəsi formalaĢırd ı. Azərbaycanda müasir ziyalıların meydana gəlməsi və
inkiĢafı yolları ço x çətin olmuĢdu. Sovet dövründə Azərbaycan xalqı ö z mədəni
inkiĢafında sıçrayıĢ etmiĢdi. Bu sıçrayıĢ onun mədəni simasını dəyiĢərək,
həyatının bütün sahələrini əhatə etmiĢ, çağdaĢ mədəniyyət səviyyəsində
çoxprofilli kadrlar nəslinin yarad ılmas ına imkan vermiĢdi.
333
KeçmiĢdən miras qalan kütləvi savadsızlıq və milli ziyalı kadrların
qıtlığ ı A zərbaycan sovet ziyalılarının fo rmalaĢmasının ziddiyyətli prosesində
böyük çətinliklər törədirdi. 1920-ci ilin iyulunda Azərbaycanda olan
mütəxəssislər qeyddən keçirilərək, respublikada texniki təhsilli 505 nəfər
mütəxəssis və onlardan 486 nəfərin mühəndis olduğu müəyyən edildi
25
.
Onlardan yaln ız üçü qadın idi. 1941-c i ildə respublikanın xa lq təsərrüfatında
artıq 21592 nəfəri ali təhsil o lan 47,8 min mütəxəssis çalıĢırdı
26
. On ların arasında
səkkiz min nəfər ali təhsilli azərbaycanlı mütəxəssis var idi
27
. Həmin il
Azərbaycanda 6,5 min ali təhsilli mühəndis, 1195 aqrono m, zootexn ik və baytar
həkimi, 3,4 min həkim, 8096 müəllim və mədəni-maarif iĢçisi çalıĢırdı
28
. 1940-cı
ildə elmi kadrların sayı 1933 nəfərə çatmıĢdı
29
.
Beləliklə, A zərbaycanda sosialist iqtisadiyyatının yaradılması və yeni
ictima i-siyasi quruluĢun təĢəkkülü prosesində sosial strukturda köklü
dəyiĢikliklər baĢ verdi. SSRĠ Konstitusiyasında təsbit edildiyi kimi - fəhlə sinfi,
kolxo zçu kəndlilər və onların içərisindən çıxmıĢ ziyalılar təbəqəsi sovet
cəmiyyətində sosial strukturun əsası olaraq təĢəkkül tapdı.
§ 2. RESPUBLĠKADA ĠCTĠMAĠ-S ĠYAS Ġ VƏZĠYYƏT
Azərbaycanda da ictimai-siyasi vəziyyət bütün ittifaqda olduğu kimi
çox mürəkkəb id i. Bir tərəfdən xalq təsərrüfatın ın yenidən qurulmasının həlled ici
mərhələsi davam edir, sosializmə keçid dövrünün prinsipial məsələləri həll
olunur, onun maddi-te xn iki ba zasının yaradılması iĢləri görülürdü. Habelə
sosialist iqtisadi və sosial münasibətlərin Ģəriksiz hökmranlığı təĢəkkül tapır,
"istismarçı sin iflər" və "insanın insan tərəfindən istismarının köhnə formaların ın
ləğv edilməsi baĢa çatdırılırd ı". Sosialist təsərrüfat sisteminin hökmranlığı insan
əməy indən istifadəni tamamilə dövlət strukturunun sərəncamına verdi.
"Millətçilik" təzahürlərinə qarĢı yönəldilmiĢ sərt sovet qanunçuluğunun
sapmalara a man verməd iyi b ir Ģəraitdə respublikada yaĢayan millət və xa lqlar
arasında əməkdaĢlıq və dostluq-beynəlmiləlçilik sosialist cəmiyyətinin
üstünlüyünü nümayiĢ etdirən bir amil kimi "normaya" çevrilirdi.
Sosializmin bütün sahələrində əldə edilən nailiyyətlərin "ilhamçısı və
təĢkilatçısı" olan Kommun ist Partiyası zəhmətkeĢlərin xeyli hissəsinin rəğbətini
qazanaraq, onun sıralarına daxil olmaq arzu larını artırd ı. 1928-ci ilin 1
yanvarından 1933-cü ilin 1 yanvarınadək AK(b)P ü zvlərin in və namizəd lərinin
sayı 32270-dən 73680 nəfərə qədər və yaxud iki dəfədən ço x artdı
30
.
334
Bununla belə, sosializm quruculuğu prosesi ilə yanaĢı, bərqərar o lan
inzibati-a mirlik idarəet mə sisteminin törətdiyi nara zılıqla r da art maqda idi. Odur
ki, ölkənin idarəçiliy ini öz ü zərinə götürmüĢ partiyanın gücləndirilməsi, onun
daha asan idarə olunan idarəedici bir təĢkilata çevrilməsi məqsədini həyata
keçirmək tələb olunurdu. ÜĠK(b)P MK və MĠK-in birləĢ miĢ Yanvar (1933-cü il)
plenumunun "Partiyanı təmizlə mək haqqında" qəbul etdiyi qərar məh z partiyada
polad proletar intiza mının yaradılmasına və partiya sıraların ın bütün etibarsız,
səbatsız və kənardangəlmə ünsürlərdən təmizlən məsinə yönəldilmiĢdi
31
.
ġübhəsiz, Azərbaycan Ko mmunist Partiyası ali orqanın tapĢırığını
yerinə yetirməkdə öncüllü k nü mayiĢ etdirdi.
AK(b) P-də aparılan tə mizlə mə nəticəsində üzvlə rin və na mizədlərin
sayı 1 yanvar 1934-cü ildə 1 yanvar 1933-cü ildəki 73680 nəfərdən 62022 nəfərə
endi və yaxud 11608 nəfər aza ldı. Təmizləmə prosesində ən çox (6649 nəfər)
azərbaycanlı ko mmunistlər partiyadan xaric olmuĢdular
32
. Bununla da 1933-cü il
1 yanvara nisbətən 1 oktyabrda AK(b)P tərkib ində azərbaycanlıların faizi 46,3-
dən 46,1-ə endiyi halda, rusların faizi 23,1-dən 24,1-ə, ermən ilərin faizi isə 20,9-
dan 21,0 faizə qalxmıĢdı. Bakı partiya təĢkilatında isə azərbaycanlıların onsuz da
olduqca aĢağı olan faizi daha çox a za lmıĢ, göstərilən va xtda 26,5 fa izdən 25,8-ə
enmiĢdi
33
. Ümu miyyətlə, azərbaycanlıların AK(b) P-də və xüsusilə paytaxtda -
Bakı partiya təĢkilatında aĢağı səviyyədə, qeyri-mütənasib təmsil olun ması
onların respublikanın ictima i-siyasi həyatında mövqeyini və ro lunu qəsdən
azaltmaq məqsədi daĢıyırdı. Təsadüfi deyild i ki, 1934-cü ildə Bakının 9 rayon
partiya ko mitəsi birinc i kat iblərinin yaln ız üçü Azərneftin 9 mədən
müdirlərindən isə cəmi iki nəfəri azərbaycanlı idi.
Partiyada aparılan təmizləmə dövründə onun sıralarında "polad
intizama" tabe olan kommun istlər böyük canfəĢanlıqla təsərrüfat sahələrində
geniĢ "təmizləmə" tədbirləri keçirmiĢdilər. 1933-cü il ərzində kolxo z partiya
özəkləri MTS siyasi Ģöbələrinin və AK(b)P rayon ko mitələrin in kö məyi ilə
3700-dən artıq qolçomaq və kolxoz quruluĢunun baĢqa düĢmənlərin i kolxo zdan
qovmuĢdu
35
. Təbii ki, onların əksəriyyəti həbs olunmuĢ və ya ailəlikcə
respublikadan sürgün edilmiĢdi.
Partiya sıralarını "təmizləmə" prosesi onun möhkəmləndirilməsinə
yönəldilən siyasi-təĢkilati tədbir olan, ÜĠK(b)P MK-n ın 1935-ci il 13 may tarixli
qərarına əsasən
36
, partiya üzvü və namizədlərin partiya sənədlərinin yo xlan ması
ilə davam etdirilirdi. A zərbaycanda bu tədbir 1932-ci ildən Xalq Ko missarları
Sovetinin sədri iĢləmiĢ, 1933-cü ilin dekabrında AK(b)P MK-nın birinci katibi
seçilmiĢ Mir Cəfər Bağırovun bilavasitə rəhbərliyi altında keçirilirdi. Bu dövr
artıq ölkədə in zibati-amirlik idarəetmə sisteminin möhkəmləndirilməsi, totalitar
335
Stalin rejiminin bərqərar o lması, Ģə xsiyyətə pərəstiĢin geniĢ yayılması ilə
əlamətdar idi.
Sərt, amansız xarakteri və ciddi iĢgüzarlığı ilə fərqlənən M.C.Bağırov
ÜĠK(b)P Zaqafqaziya Diyar Ko mitəsinin birinci katibi L.Beriyan ın yardımı və
dəstəyi sayəsində tezliklə Azərbaycan partiya aparatında iĢləyənləri ö zünə sadiq
kadrlarla əvəz edir, partiya təĢkilatlarında hər cür qarĢıdurmaya son qoyur,
respublikada vahid rəhbərliyə nail olurdu. M.C.Bağ ırovun vaxtında bütün
sahələrdə rəhbərliyə kadrların seçilməsi məh z onun rəy və göstəriĢi ilə aparılırdı.
"KiĢi", "xo zeyin" ləqəbini qazanan M.C.Bağırov xüsusilə güc orqanlarının
fəaliyyətini d iqqət mərkəzində saxlayaraq, onların hər hansı əməliyyatlarından
xəbər tutur və onları istiqamətləndirirdi. 1934-1938-ci illərdə Azərbaycan Dövlət
Təhlükəsizliyi Ko mitəsinin sədri vəzifəsin i aparan, Azərbaycan xalq ının qəddar
düĢməni və cəlladı Su mbatov (Topuridze) Yuveliyan Davidoviç M.C.Bağırovun
etimadını qazan ıb, ona müti xid mət göstərən məmu rlardan idi. Su mbatov öz
ətrafında topladığı cinayətkar erməni yoldaĢların ın kö məyi ilə Azərbaycan
xalq ının minlərlə vətənpərvər övladına "xalq düĢməni" damğası vurmuĢ,
görkəmli elm, sənət, mədəniyyət xadimlərin i, ziyalıları fıziki və mənəvi
repressiyalara məru z qoymuĢdu.
M.C.Bağ ırovun partiya rəhbərliyinə keçməsi ilə ko mmunistlərin
hüquqları nəinki pozulu r, onlar hər cür təzyiqlərə məru z qalırdılar. Partiya
sənədlərin in yoxlan ması zaman ı ciddi əyinti və pozuntulara yol verilird i. Ço x
hallarda prinsipial, mütərəqqi ideyalara və sosializm iĢinə sədaqətli adamlar
"passivlikdə" ittiham olunur, bir ço xları elə b ir əsas olmadan məhz "passivliyə
görə" damğası ilə partiyadan xaric edilirdilər.
ÜĠK(b)P MK Yanvar (1938-ci il) Plenumu "Ko mmunistləri partiyadan
çıxararkən partiya təĢkilatların ın buraxdığı səhvlər haqqında, ÜĠK(b) P-dən
çıxarılanların Ģikayətlərinə fo rmal-bürokratcasına yanaĢılması haqqında və bu
nöqsanları aradan qald ırmaq tədbirləri haqqında qərarında etiraf etmiĢdi ki,
"partiya təĢkilatları əsla yo xlamadan və deməli, əsassız surətdə ko mmunistləri
partiyadan çıxarırlar, onları iĢdən məhrum edirlər, ço x zaman, heç bir əsas
olmadan, onları hətta xalq düĢməni elan edirlər, partiya üzvlərinə qarĢı
qanunsuzluq və özbaĢınalıq göstərirlə r". Qəra rda nümunə üçün Azərbaycan
K(b)P MK-nın 1937-c i il 5 noyabr tarixli b ir ic lasında 279 nəfərin partiyadan
çıxarılmasın ın mexaniki surətdə təsdiq edildiyi misal çəkilirdi
37
.
Ümu miyyətlə, partiyada aparılan "təmizləmə", partiya sənədlərinin
yoxlan ması prosesində və eləcə də total repressiya tədbirlərinin keçirilməsi
sayəsində Azərbaycan kommunistlərin in sayı 1933-cü ilin 1 yanvarından 1938-
ci ilin 1 yanvarınadək o lan müddətdə 28349 nəfər və yaxud 38,5 faiz
azalmıĢdı
38
.
336
Partiyadan çıxarılanların əksəriyyətini - 13975 nəfərini və ya 45,8
faizini azərbaycanlılar təĢkil edirdi
39
. Ölkədə Ko mmunist partiyasının ictimai-
siyasi, dövlət və təsərrüfat idarəçiliy inin əsas aparıcı qüvvəsinə çevrildiyi b ir
dövrdə azərbaycanlıların geniĢ miqyasda partiyadan xaric edilməsi, o dövrün
sözü ilə deyilsə, "qovulması", onların respublikanın ictimai-siyasi həyatından
kənarlaĢdırılması
və
fəaliyyətlərinin
məhdudlaĢdırılmasına
yönəlmiĢ
məqsədyönlü siyasi akt kimi qiy mətləndirilə b ilər.
30-cu illərin Ġkinc i yarısından respublika rəhbərliy ində yaranmıĢ mühit,
xüsusilə partiya və güc orqanlarında azərbaycanlıla ra qarĢı qəddar düĢmənçilik
xisləti olan ermən ilərin cəmləĢməsi burada in zibati tədbirlərin, xüsusilə
repressiyaların daha geniĢ və qəddarcasına aparılmasına Ģərait yaratmıĢdı. Bu
qüvvələrin səyi fəal azərbaycanlıları respublikanın ictimai-siyasi həyatından
tədric etməyə, fürsət düĢdükdə isə onları fiziki cəhətdən məhv etməyə
yönəldilmiĢdi.
Azərbaycanın ictimai-siyasi həyatında həmkarlar ittifaqı təĢkilatının
mövqeyi və fəaliyyəti mühü m əhəmiyyət kəsb edirdi. Həmkarlar ittifaq larının
əsas funksiyası zəh mətkeĢlərin əmək, məiĢət və istirahət Ģəraitinin
yaxĢılaĢmasına, hər vasitə ilə kö mək göstərməkdən, onların hüquq və
mənafelərini müdafiə etməkdən, onları istehsalat və ictimai iĢlərin idarə
olunmasına cəlb etməkdən və s. ibarət idi. Ən kütləvi ictimai təĢkilat olan
həmkarlar ittifaq ları respublikada bütün sahələrin iĢçilərin i əhatə edirdi. Belə ki,
1933-cü ilin oktyabrında Azərbaycan həmkarlar ittifaqlarının 313598 üzvü var
idisə, 1936-c ı ilin oktyabrında onların sayı 347734 nəfə rə çat mıĢdı.
Bütün ölkədə olduğu kimi, Azərbaycanda da totalitar rejimin bərqərar
olması, in zibati-amirlik sisteminin bütün sahələri çulğa ması bu çoxsaylı
təĢkilatın respublikan ın iqtisadi, siyasi və mədəni həyatındakı çoxtərəfli
fəaliyyətini kəskin Ģəkildə məhdudlaĢdırırd ı.
Həmkarlar ittifaqları öz ü zvlərinin mənafeyin i müdafiə etmək üçün öz
vəzifələrin i faktiki o laraq müstəqil yerinə yetirmək səlahiyyətindən məhru m
edilmiĢ, ta ma milə part iyadan asılı vəziyyətə düĢüb onun tapĢırıqlarının
icraçısına çevrilmiĢdi. Onların fəaliyyətində əsas yeri partiyanın irəli sürdüyü
mühü m təsərrüfat və siyasi vəzifələrin həyata keçirilməsinə kö mək etmək
tuturdu.
O dövrdə həmkarlar ittifaq ları bütün strukturlarda partiya tapĢırıqların ın
yerinə yetirilməsi üçün geniĢ təĢkilatçılıq iĢi aparırdı. "Ġkinci beĢilliy in birinci
ili" istiqrazına yazılıĢın müvəffəqiyyətli keçməsində onlar böyük ro l oynamıĢ,
kampaniya vaxtı təkcə Bakı əhalisi arasında izahat iĢləri aparmaq üçün 360
briqada yaratmıĢ, Azərbaycan rayonlarına isə təĢviqat briqadaları və həmkarlar
ittifaq ı iĢçiləri göndərilmiĢdi
41
.
337
Həmkarlar ittifaq larının istehsal planların ı yerinə yetirmək, fəh lələrin
ixtisaslarını artırmaq, sosializm yarıĢ ları təĢkil etmək, Staxanov hərəkatını
yaymaq, həmçinin fəh lə və qulluqçuların maddi-mədəni ehtiyacların ı ödəmək
sahəsində gördüyü iĢlər təkzibedilməzdir.
Bununla belə, o dövrdə yaranmıĢ Ģ ərait həmkarlar ittifaq ları
təĢkilatların ın iĢinə mənfı təsir göstərir, bir ço x hallarda onların ritmik
fəaliyyətini pozurdu. Artıq həmkarla r ittifaqlarında təĢkilati məsələlərin həllində
belə daxili demo kratiya qaydalarına heç bir əhəmiyyət verilmird i. Məsələn,
1937-c i il fevra lın 4-də Ġliç Bu xtasında rayon həmkarlar ko mitəsinin plenu munda
11 üzvdən cəmi üçünün iĢtirak etdiyi iclasda qoyulmuĢ məsələ həll edilmiĢdi.
Digər b ir misal, Balaxan ı rayon həmkarlar ko mitəsinin 1937-ci il martın 27-də
keçirilən plenu munda yeddi üzvdən ancaq ikisi iĢtirak etmiĢdi. Müəssisə
həmkarlar ittifaqı ko mitələrində sədrlərin seçkisiz təyin olunmaları kütləvi hal
almıĢdı
42
.
Lenin (indiki Sabunçu) rayonu elektrik Ģöbəsində 1935-ci ilin aprelində
zavod həmkarlar ko mitəsinin hesabat seçkisi keçirilir,
keçmiĢ sədr yeni tərkibə
seçilmir. Bundan sonra səkkiz ay ərzində səkkiz sədr seçilir və nəhayət, səkkiz
ay əvvəlki sədr yenidən amma seçkisiz zavod həmkarlar ko mitəsinə üzv, sonra
da sədr təyin olunur
43
.
Qeyd etmək lazımd ır ki, ictimai-siyasi həyatda fəallığ ına imkan
verilməyən azərbaycanlıları ictimai təĢkilatlarda nəinki rəhbər vəzifələrdən, hətta
sıravi üzv lükdən də sıxıĢdırmaq cəhdləri onların respublika həmkarlar
ittifaq larında azlıqda qalmaları ilə nəticələn irdi. Belə ki, əgər 1933-cü ildə
respublika həmkarlar ittifaqına üzv o lanların 35,3 faizin i azərbaycanlılar təĢkil
edirdisə, 1936-c ı ildə iĢləyən hə mka rla r ittifaq larının ü zvləri içə risində onlar 29,4
faiz, ruslar 45,3 faiz, ermən ilər 14,7 faiz, baĢqa millətlər 10,6 faiz id i
44
.
Ölkədəki totalitar rejim, Stalin Ģ əxsiyyətinə pərəstiĢlik, zo rakılıq və
qanunsuzluq nəticəsində Azərbaycan həmkarlar ittifaqında yaranmıĢ vəziyyət
ümu mittifaq xarakteri ald ı. Ümu mittifaq Mərkəzi Həmkarlar Ġttifaqı ġurasının
(ÜM HĠġ) 1937-ci ilin aprelində keçirilən VI plenu mu həmkarlar ittifaqlarının
"iĢini yaxĢılaĢdırmaq" məqsədilə yenidənqurma aparmaq barədə qərar qəbul etdi.
Həmin qərara görə, rayon, Ģəhər, vilayət, diyar və respublika həmkarlar ittifaqı
Ģuraları ləğv olundu
45
. Ayrı-ayrı sahələr üzrə həmkarlar ittifaqı Mərkəzi
Ko mitələri yarandı. Digər respublikalarda olduğu kimi, Azərbaycanda da
ÜMHĠġ-in Müvəkkili vəzifəsi təsis olundu. Əlbəttə, bu tədbir həm həmkarlar
ittifaq ları təĢkilatların ın, həm də respublikanın hüquqların ın növbəti dəfə kobud
Ģəkildə pozu lması faktı idi.
Gənclərin yaradıcılıq fəallığ ını artırmaq və onları ictimai-siyasi həyata
geniĢ cəlb etmək sahəsində çalıĢan Azərbaycan komsomol təĢkilatının
338
fəaliyyətinin əsas hissəsi də kommun ist partiyasının irəli sürdüyü iqtisadi və
ictima i-siyasi və zifələ rin yerinə yetirilməsindən ibarət idi.
1936-c ı ilin yanvar-may aylarında "Staxanov hərəkatına maneç ilik
törədən hər Ģeyi silib atmaq" Ģüarı altında "Ümu mittifaq yüngül süvari" reydi
keçirildi. ÜĠKGĠ M K xətti ilə Azərbaycanın sənaye müəssisələrində reyd
yoxlamalarında 681 briqadada birləĢmiĢ dörd mindən artıq komso molçu iĢtirak
etmiĢdi
46
.Yo xla ma lar
fəh lələrin
texniki
təlimin in
yaxĢılaĢdırılması,
səmərələĢdirici təkliflərin istehsala tətbiq edilməsi, əmək intizamının
möhkəmləndirilməsi və məhsuldarlığının yüksəld ilməsi üçün faydalı o lmuĢdu.
Azərbaycandakı ko msomo l təĢkilatları kənddə də çox səmərəli iĢlər
görürdülər. Özbəkistan və Azərbaycan komsomolçuları arasında ənənəvi
sosializm yarıĢı əsas "beynəlmiləl" vəzifən in - Azə rbaycanın SSRĠ-n in Ġkinci
pambıq bazasına çevrilməsi uğrunda mübarizədə kəndli gənclərin geniĢ
iĢtirakını təĢkil etməkdə mühüm ro l oynadı. Ko msomo lçu pamb ıq ustalarının
təĢəbbüsü əmək coĢqunluğuna səbəb oldu və yüksək məhsuldarlığa nail olan
min ko msomo l manqası uğrunda hərəkat baĢlandı. 1935-c i ildə Azərbaycanın
təkcə doqquz rayonunda komsomo lçu gənclərin yüksək məhsuldarlıq lı 114
manqası təĢkil edilmiĢdi
47
.
ALKGĠ-nin 1937-ci ilin o ktyabrında çağırılmıĢ XII qurultayı sosializm
quruculuğunda komsomolun uğurlarını qeyd edərək, gəncləri təsərrüfat
cəbhəsində mübarizəni daha da geniĢləndirməyə çağırırdı. 1937-ci ildə
Azərbaycan ko msomol təĢkilatı 140 min gənci əhatə edirdi, bu rəqəm 1932-ci
ilin əvvəlindəki 162,4 mindən xeyli az idi. Bunun səbəbi, partiyada olduğu kimi,
1933-1935-c i illərdə ko msomol təĢkilat larında sənədlərin yo xlan ması və
aparılmıĢ "təmizləmə" əməliyyatı idi
48
.
ZəhmətkeĢlərin ictimai-siyasi fəaliyyətinin geniĢlənməsində yerli
sovetlərin də mühüm rolu olmuĢdu. Dövlət hakimiyyətinin yerli orqanları olan
həmin qurumlar respublikan ın iqtisadi, mədəni-siyasi həyatının bütün sahələrinə
rəhbərlik edird ilər. Onların deputatları sənaye müəss isələrinin iĢini
yaxĢılaĢdırmaq və zəh mətkeĢlərin istehsal fəaliyyətini geniĢləndirmək üçün
konkret yaradıcı iĢlər vasitəsi ilə səmərəli nəticələr əldə edird ilər. Fəhlə
deputatlar sosializm yarıĢının ilk təĢəbbüsçüsü olur, istehsal qabaqcıllarının
önündə gedirdilər. Sovetlərin xüsusi bölmə və deputat qrupları istehsalat
problemlərin in, yerli sosializm quruculuğu məsələlərin in həlli ilə bilavasitə
məĢğul olurdular. Məsələn, leytenant ġmidt (indiki Səttarxan) adına zavodun sex
deputat qrupları brakla (zay məhsullar məsul red.) mübarizə aparmaq məqsədilə
fəhlələrdən ibarət briqadalar təĢkil etmiĢdilər. Zavodun deputat qurupu
müəssisələrə getmiĢ, qazıma avadanlığının keyfiyyətini yo xlayaraq, yüksək
keyfiyyətli avadanlıq buraxılmasına nail olmuĢdu. Həmin qrupun üzvləri pambıq
339
rayonlarına öz b riqadaların ı göndərməklə hamiliyə götürdükləri kolxo zlara da
kö mək edird ilər
49
.
1935-c i ilin yanvarında çağırılmıĢ Ümu ma zərbaycan VIII Sovetlər
qurultayı sovetlərin iĢini təkmilləĢdirməyi davam etdirməyin, deputat qruplarının
rolunu yüksəltməy in zəruri olduğunu göstərirdi. Qurultayın qərarına əsasən,
Azərbaycan MĠK Rəyasət Heyəti 1935-ci ilin aprelində bölmə və deputat
qrupları haqqında əsasnaməni təsdiq etdi
50
. Əsasnamənin qəbul olunması deputat
qrupların ın fəaliyyətini xey li geniĢləndirdi. Yalnız 1935-1936-cı illərdə
sovetlərin bölmələrin in sayı 7575-dən 9417-dək, onların üzvlərin in sayı isə
9405-dən 22315-də k art mıĢdı
51
. Bölmələrin yanında sovetlərin 37796 üzvünü
əhatə edən 16607 briqada təĢkil edilmiĢdi
52
. Rayonlarda da deputat qrupları
Ģəbəkəsi geniĢləndi. 1936-cı ildə respublikanın kolxo zlarında 52225 nəfəri, o
cümlədən sovetlərin ü zvü olmayan 16498 nəfəri əhatə edən 4423 deputat qrupu
var idi
53
vo onlar zəh mətkeĢ kütlələrin sovetlər ətrafında birləĢməsinə kö mə k
edirdi.
Lakin zəh mətkeĢlərin nümayəndəli mötəbər orqanı olan sovetlər
tədricən öz hüquqlarını itirird i. Maraqlıdır ki, hesabat kampaniyaları tənqid və
özünütənqid Ģüarı altında keçirilir, seçicilər passiv deputatları kəskin tənqid edir,
onların geri çağırılmasını tələb edirdilər. 1935-ci ildə respublikada keçirilən
hesabat kampaniyası za manı bütün deputatların 16,3 fa izi, ya xud 6,676 deputat
geri çağırılmıĢdı
54
.
1936-c ı ildəki hesabat dövründə isə 666 kənd sovetindən 1610 deputat
geri çağırılmıĢdı
55
.
Azərbaycanın ictimai-siyasi həyatında ciddi təbəddülat doğuran mühüm
hadisələrdən biri də SSRĠ-n in yeni Konstitusiyasının qəbul edilməsi id i. ÜĠK(b )P
MK-nın fevra l (1936-cı il) plenu munun gös təriĢi ilə ha zırlan mıĢ Konstitus iya
layihəsi 1936-cı ilin iyununda SSRĠ MĠK Rəyasət heyətində baxılaraq
ümu mxalq mü zakirəsinə verilmiĢdi. "Stalin Konstitusiyası" adlanan SSRĠ
Konstitusiyası dünyanın ən "demokratik" ölkəsində beĢ ay yarım müzakirə
edilmiĢdi.
Azərbaycan SSR-də Konstitusiya layihəsinin mü zakirəsində 1358 min
nəfər iĢtirak etmiĢ, onun ayrı-ayrı maddələri ilə əlaqədar 3307 mü xtəlif təklif
irəli sürülmüĢdü
56
.1936-c ı
ilin noyabrında keçirilən Fövqəladə IX
Ümu mazərbaycan Sovetlər qurultayı SSRĠ Konstitusiyası layihəsinin ümu mxalq
mü zakirəsinə yekun vuraraq bəyənmiĢ və Fövqəladə VIII Ümu mittifaq Sovetlər
qurultayına öz nü mayəndələrin i seçmiĢdi.
1936-c ı ilin noyabrında Moskvada Fövqəladə VIII Sovetlər quru ltayı
SSRĠ-nin yeni Konstitusiyasının layihəsini mü zakirə edərək qəbul etmiĢdi.
Qurultayda "SSR Ġttifaqı Konstitusiyasının layihəsi haqqında" məru zə ü zrə
340
Azərbaycan nümayəndə heyətinin üzvləri Qəzənfər Musabəyov və Hüseyn
Rəh manov çıxıĢ edərək, A zərbaycan xalqının onu yekdilliklə və böyük ruh
yüksəkliy ilə qəbul etdiyini bəyan etmiĢdilər
57
.
Fövqəladə VIII Sovetlər qurultayında dekabrın 5-də qəbul edilən SSRĠ
Konstitusiyası Sovet Ġttifaqında sosializmin qələbəsini qanunvericilik yolu ilə
təsbit etdi.
Lakin Stalinin sosializmin qələbəsi ilə sinfi mübarizənin güclən məsi
"nəzəriyyəsi" əsasında apardığı siyasət, bütün ölkədə olduğu kimi,
Azərbaycanda da ictimai-siyasi vəziyyəti gərginləĢdirir, zəh mətkeĢ xalqın böyük
ümid bəslədiyi cəmiyyətə ağır zərbə vururdu, xalq qanunsuzluq məngənəsindən
tam a zad deyildi.
Dostları ilə paylaş: |