Kənd təsərrüfatı. A zərbaycanda kənd təsərrüfatının yenidən qurulması
üçüncü beĢillikdə əsasən baĢa çatdırıld ı, onun istehsalat-texn iki bünövrəsi xey li
möhkəmləndirild i. 1940-cı ildə respublikada kəndli təsərrüfatların ın 99 faizini
özündə birləĢdirən 3429 kolxo z və 50 sovxo z var idi. Üçüncü beĢilliy in üç il
yarımı ərzində kənd təsərrüfatına dövlətin və ko lxo zların birlikdə qoyduqları
kapital 52,7 milyon manat olmuĢdu
32
.
1939-cu ilin oktyabrında respublikanın Ģimal-Ģərq hissəsində Samur-
Dəvəçi kanalın ın çəkiliĢinə baĢlanması böyük hadisə oldu. Kanalın tikintisində
otuz min kolxo zçu iĢtirak edird i. Böyük hidro -texniki tikinti olan Samu r-Dəvəçi
kanalının çəkilməsinin təĢəbbüskarları Quba rayonu kolxozçu ları olmuĢ, onlara
Qusar, Xaçmaz, Xızı, Dəvəçi və respublikanın d igər rayonlarının kolxo zçu ları,
həmçinin fəh lə sinfi kö mək etmiĢdi
33
. Kanalın 100 km u zunluğunda olan birinci
növbəsinin çəkiliĢi 1940-cı ilin aprelində - altı aya baĢa çatdırıldı və 67 min
hektar sahəni suvarmaq imkanı yarandı
3
.
Respublikanın digər rayonlarında da kolxo zçular suvarma arxları
çəkməyə baĢladılar. Naxçıvan Muxtar Respublikası və Qazax rayonunda y erli
zəh mətkeĢlərin səyi ilə arxlar qazıld ı. 1940-cı ilin
suvarılan əkin sahəsi 1124
min hektara çatdı, bu, 1937-c i ildəkinə nisbətən 15 min hekta r ço x id i
35
.
Kənd təsərrüfatını yeni əsaslar üzərində qurmaq iĢində MTS-lər dayaq
nöqtəsi olaraq qalmaqda idi. 1937-1940-cı illərdə MTS-lərin sayı 67-yə,
sovxozlarda traktorların sayı isə 6,1 minə çat mıĢdı. Respublikanın əkin
sahələrində 687 ko mbayn, min lərlə səpin maĢınları fəaliyyət göstərirdi. Kənd
təsərrüfatında texnikanın tətbiqi böyük zəh mət tələb edən istehsal proseslərinin
mexanikləĢdirməyə imkan yaradırdı. Ən ağır və zəh mət tələb edən pambıq əkini
üçüncü beĢilliyin ilk illərində də xeyli mexanikləĢdirildi
6
. Lakin respublikanın
kənd təsərrüfatına texnikanın fəal və geniĢ tətbiqi müharibə ərəfəsində ləngid i.
Müdafiə məqsədləri üçün metala tələbat artdığı bir Ģəraitdə traktor istehsalı
352
Ġkinci beĢilliyə nisbətən ilk dəfə azaldı. Yenə əvvəllərdə o lduğu kimi, öncə ağır
çətinliklərə kənd təsərrüfatı, kəndlilər məruz qaldılar.
Üçüncü beĢillikdə respublikada əsasən Lənkəran, Masallı, Zaqatala,
Balakən və Qazax rayonlarında çayçılıq və digər sitrus bitkiləri təsərrüfatları
təĢkil edilirdi. A zərbaycan XKġ və Azərbaycan K(b)P MK 1938-ci il avqustun
15-i və 16-da respublikada sitrus, evkalipt bitkilə ri təsərrüfatının geniĢ inkiĢafı
üçün xüsusi qərarlar qəbul etdi
37
. Bundan sonra partiya və təsərrüfat orqanları
konkret tədbirlər həyata keçirərək, A zərbaycanda subtropik təsərrüfatının
gələcək tərəqqisi üçün mühü m zə min yaratdıla r. 1939-cu ildə a rtıq çayçılıq
kolxo z və sovxozları ölkəyə 123 ton yaĢıl çay yarpağı verird i. Beləliklə,
Azərbaycan ölkənin neft və pambıqdan sonra tədricən yeni bir bazasına - sitrus
bitkiləri bazasına da çevrildi.
La kin hə min illərdə kənd təsərrüfatı istehsalında çətinliklər qalmaqda
idi, ko lxo zlarda məhsuldar qüvvələrin inkiĢaf səviyyəsi kolxo zçuların tələb ini
ödəmirdi, onların maddi maraq prinsiplərin i pozurdu, kəndlilər həyətyanı
sahələrin köməy i ilə ağır vəziyyətdən çıxa bilird ilər. Bəzən bu sahələr kolxo z
təsərrüfatlarına məxsus olan ictimai torpaqlar hesabına geniĢləndirilird i. Belə
hallar Bə rdə və Qonaqkənd rayonlarında, Na xç ıvan MSSR-də və DQM V-də baĢ
vermiĢdi. Həyətyanı sahələrin satılması və icarəyə vcrilməsi halları bəzi ko lxo z
üzvlərinin ictimai istehsal sahəsindən yayınmasına da səbəb olurdu. Bu isə
kolxo z ict ima i təsərrüfatına təsirsiz qalmırdı. Ona görə də 1939-cu ilin may ında
ÜĠK(b)P M K və SSRĠ XKġ Ko lxo z ictimai torpaqlarının dağıntılardan müdafıə
olunması haqqında qərar çıxard ıla r. Bu qərara uyğun olaraq, iki mindən artıq
partiya və sovet iĢçisi rayonlara göndərildi. Onların kö məyi ilə
rayonlarda 92 min
hektardan artıq torpaq sahələri həyətyanı sahə sahiblərinin əllərindən alınaraq
kolxo zlara qaytarıld ı. Kolxo zlarda əmək intizamını möhkəmləndirmək üçün qəti
tədbirlər həyata keçirild i. 1940-cı ilin may ına qədər iĢə çıxmayan qırx mindən
artıq ko lxo zçu ko lxo zlara qaytarıldı. Yalnız in zibati rəhbərliyi güclən dirmək
yolu ilə təsərrüfat planların ı çətinliklə yerinə yetirmək mü mkün olurdu. 1939-cu
ildə pamb ıqçılıq la məĢğul o lan ancaq 60 briqada hər hektardan 50 sentner
pambıq toplaya bildi. 1940-cı ildə 1937-ci ilə nisbətən çay əkin sahələri və
toplanan məhsul iki dəfə artdı.
Üçüncü beĢilliy in ilk illərində maldarlıq üzrə bir sıra tədbirlərin həyata
keçirilməsinə baxmayaraq, bu mühüm sahə çox ləng inkiĢaf edirdi. Əgər 1940-cı
ildə xırdabuynuzluların - qoyun və keçilərin sayı 1937-ci ilə n isbətən 467,9 min
baĢ artmıĢdısa
38
, iribuynuzlular 178,3 min baĢ azalmıĢdı
39
. Bu, əsasən,
maldarların əməy inin aĢağı səviyyədə ödənilməsi, onlarda iĢə maddi maraq
yaradılmaması, heyvanları saxlamaq üçün münasib həyətlərin, otlaqların, yemin
353
çatıĢmaması və bunlarla əlaqədar olaraq ictimai maldarlıqda məhsuldarlığın xeyli
aĢağı olması ilə bağlı idi.
Mərkəz qarĢıya Azərbaycanı və Orta Asiya respublikaların ı
"ümu mittifaq bostanına" və ölkə, birinci növbədə Ģimal vilayətləri əhalisinin
tərəvəzə artmaqda olan tələbatını ödəmək bazasına çevirmək vəzifəsini
qoymuĢdu. Azərbaycanın kənd təsərrüfatı rayonları "beynəlmiləlçi borcunu"
ödəmək naminə Rusiyanın Ģimal rayonlarına faraĢ tərəvəz və pomidor Ģirəsi
göndərməyə baĢladı, hətta 1940-cı ildə tərəvəz və kartof p lanı xeyli artırıldı.
Həmin illərdə yeni kənd təsərrüfatı mütəxəssisləri - aqronomlar,
zootexniklər, mal həkimləri, mexan izatorlar hazırlan mıĢdı. 1940-cı ilin
baĢlanğıcında respublikanın kənd təsərrüfatında ikı minə qədər mü xtəlif
mütəxəssis çalıĢırd ı. Dörd minə qədər azərbaycanlı qadın traktor sürücüsü
ixtisasına yiyələnmiĢdi
40
.
Kolxo zların
təĢkilat-təsərrüfat iĢlərində
müəyyən irəliləyiĢlərə
baxmayaraq, respublikanın kənd təsərrüfatı istehsalında məsarif var id i. Üçüncü
beĢilliyin ilk illərində pambıq plan ı ardıcıl surətdə yerinə yetirilmirdi. 1938-ci
ildə respublikada 1937-ci ilə nisbətən 17,4 min ton az pambıq toplan mıĢdı. 1939-
cu ildə pambıq planı artıq laması ilə yerinə yetirilmiĢ - 229,3 min ton pambıq
yığılmıĢdı. 1940-cı ildə isə pambıq toplanması yenə azalmıĢ, 154,2 min ton
olmuĢdu
41
, həmin illərdə buğda məhsulu da xeyli azalmıĢdı. 1940-cı ildə
sahələrdən götürülən buğda məhsulu 298 min ton, yəni 1937 -ci ildəkindən 51
min ton az olmuĢdu
42
. Bu, suvarılan buğda əkinləri hesabına texniki və subtropik
bitkilər üçün sahələrin geniĢləndirilməsi ilə bağlı id i.
Müharibə ərəfəsində Azərbaycanda kənd təsərrüfatı ilə bağlı
məsələlərin ço xu tam həll olun mamıĢdı. Respublikanın aqrar sektoru amansız
mərkəzləĢdirməyə, in zibatçılığa məruz qalmıĢ, direktiv iqtisadiyyat ın tərkib
hissəsinə çevrilmiĢ, faktiki olaraq, müstəqil yaradıcı istehsal fəaliyyətindən və öz
torpaqlarının sahibkarı hüququndan məhru m edilmiĢdi.
Maddi-mə dəni vəziyyət. Üçüncü beĢilliy in baĢlanğıcında əhalinin
məiĢətində müəyyən irəliləyiĢlər var id i. Milli gəlir artmıĢdı, belə ki, Azərbaycan
SSR-in dövlət büdcəsinin gəliri 1939-cu ildə 995,3 milyon manat idi və 1937-c i
ilə nisbətən 13,1 faiz, 1940-cı ildə isə 1122,9 milyon manat olub, 1939-cu ilə
nisbətən 12,8 faiz artmıĢdı
43
.
Bu, sosial xərclər fondunun artırılmas ına səbəb oldu. Məsələn, sosial-
mədəni xərclər 1940-cı ildə 1937-ci ildəki 486,5 milyon manatdan 734,2 milyon
manata çatmıĢdı. Bu, fəh lələrin və qulluqçuların əmək haqqı fondunun və
kolxo zçu ların gəlirin in artması demək idi. 1933-1940-cı illərdə fəh lə və
qulluqçuların əmək haqqı sənayedə orta hesabla 2,5 dəfə, tikinti və nəqliy yatda
2,8 dəfə, kənd təsərrüfatında isə 2,3 dəfə ço xalmıĢdı
44
. Kolxo zların da gəliri a rtır,
354
yeni-yeni milyonçu kolxozlar meydana çıxırdı. Qasım Ġs mayılov rayonunda
Bəsti Bağırovanın iĢlədiyi kolxo zun gəliri milyon manatdan artıq idi
45
.
Mingəçevir kənd sovetində bir kolxo z
46
, Kirovabad rayonunda isə beĢ kolxo z
milyonçu olmuĢdu. Kolxo zlar ö zlərin in elektrik stansiyalarını tikirdilər, təkcə
1938-c i ildə a ltı be lə ele ktrik stansiyası iĢə salınmıĢdı
47
. BeĢilliy in üç ili ərzində
yaĢayıĢ evləri tikintisinə 52,8 milyon manat xərclən miĢ, yəni ikinci beĢliyə
nisbətən təxminən iki dəfə artıq o lmuĢdu
48
.
Bakı və onun rayonlarında yaĢayıĢ evlərinin tikintisi geniĢlən miĢdi.
Mənzil haqqı zəh mətkeĢlər üçün çox ölkə lərlə, hə mç inin inq ilabdan qabaqkı
dövrlə müqayisədə çox ucuz idi. 1939-cu ildə Bakıda neftçi fəhlənin mən zil
haqqı onun ailə büdcəsinin 1,6 fazini təĢkil edirdi, halbuki 1909-1910-cu ildə bu,
20,5 faizə bərab id i
49
. Lakin mənzil proble mi hələ ta m həll olun ma mıĢdı.
Ümu miyyətlə, Bakıda yaĢayıĢ evləri tikintisi əhalin in olduqca böyük sürətlə
artmasından daim geri qalırdı.
Sovet hakimiyyəti illərində mənzil məsələsi bütün ölkədə həmçinin
Azərbaycanda da zəhmətkeĢlərin ən kəskin həyat problemlərindən biri kimi
qalmaqda idi.
BaĢ plan üzrə 1938-1941-ci illərdə Bakın ı nü munəvi Ģəhərə çevirmək
üçün onun yenidən qurulmasına baĢlanmıĢdı
50
. BaĢ plan üzrə sənaye tikililəri ilə
əlaqədar Bakın ın yaxın lığında yeni Ģəhər-Sumqayıt yaranırdı
51
. 1939-cu ildə
Bakıda trolleybus xəttinin layihələĢdirilməsi, höku mət evinin tikilməsi
planlaĢdırılmıĢdı
52
.
Ġctimai yeməkxanalar Ģəbəkəsi geniĢlənirdi. On ların sayı 1940-cı ilin
axırında 1933-cü ildəki 1268-dən 2308-ə çatmıĢdı
53
. Ġctimai yeməkxanalar
Ģəbəkəsi dövriyyəsi 1932-ci ilə n isbətən 1940-cı ildə beĢ dəfədən çox artmıĢdı
54
.
Bakı ətrafında iri tərəvəzçilik və heyvandarlıq bazaları yarad ılırdı
55
.
Əmək Ģəraitinin yaxĢılaĢdırılmasına ayrılan vəsaitdən istifadə olun ması
artırd ı.
Əmək Ģəraitinin yaxĢılaĢmasına
məbləğ ayrılmasının həyata
keçirilməsin in böyük təsiri oldu. Əgər 1938-ci ilin b irinci yarısında Azərneft
istehsal birliyi ü zrə əməy in müdafiəsi tədbirləri və təhlükəsizlik texn ikası üçün
ayrılmıĢ illik məbləğin 15 faizdən azı istifadə olunurdusa, 1939-cu ildə bu, 46
faizə çatmıĢdı
56
. Hökumətin, həmkarlar təĢkilatların ın və baĢqa ictimai
təĢkilatların əmək mühafızəsi və texn iki təhlü kəsizlik üzrə nəzarətin güclən məsi
nəticəsində iĢ vaxtından kənar iĢlər, əmək qanunlarının pozu lması halları xeyli
azald ı. Bununla belə mərkəzi idarələrə tabe olan, xüsusən müdafiə sənayesində,
tikintidə və b. sahələrdə iĢ vaxtından artıq iĢlər davam edirdi
57
.
Sənaye müəssisələrinin mexanikləĢdirilməsi və avtomatlaĢdırılması,
həmçinin fəh lə sinfin in mədəni-texn iki səviyyəsinin yüksəldilməsi sənayenin
355
bütün sahələrində xəstəliklə rin və zədələn mələrin sürətlə azalmasına səbəb oldu.
Bu istiqamətdə görülən iĢlər
özünün müsbət nəticələrin i verirdi, Azərbaycanın
neft trestlərində zədələn mələr azalırdı. Təkcə 1940-cı ildə Azərbaycanın neft
mədənlə rində istehsalat zədələnmə ləri 1938 -ci ilə n isbətən qırx fa iz aĢağı
düĢmüĢdü
58
. Neft emalı zavodlarında isə 1939-cu ildə onlar 29,7 faiz azalmıĢdı
59
.
Respublikada əməkçilərin sağlamlığ ını qoru maq, insanların mədəni-
məiĢət həyatını yaxĢılaĢdırmaq üçün mühüm tədbirlər həyata keçirilir, bədən
tərbiyəsi və idmanın inkiĢafına ciddi fikir verilird i. Yen i sənaye mərkə zlərində,
kənd rayonlarında müalicə -profilaktika müəssisələri Ģəbəkəsi yaradılırdı. 1939-
cu ildə səhiyyənin ehtiyaclarına 182,9 milyon manat ayrılmıĢdı
60
. Halbuki 1933-
cü ildə bu rəqəm 23,9 milyon manat idi. Xəstəxanalarda çarpayı yerlərinin sayı
1940-c ı ildə 12618 oldu, yəni 1932-ci ilə nisbətən iki dəfə artdı
61
. Tibb
kadrla rın ın sayı 1940-cı ildə 1928-c i ildəki 1227 nəfərdən 3083 nəfərə çatdı
62
.
Höku mətin xüsusi qayğılarından biri də ana və uĢaqları qorumağa
yönələn tədbirləri oldu. Bu yalnız pulsuz tibbi yardımdan ibarət deyildi. Qadın
əməy inin, ana və uĢaqların sosial-hüquqi mühafizəsi haqqında qanuna əsasən
bütün qadınlara doğumdan qabaq və sonra ödəniĢli məzuniyyət verildi. 1940-cı
ildə A zərbaycanda 88 ana və uĢaq məsləhətxanası fəaliyyət göstərirdi
63
.
Qadınların əmək və məiĢət Ģəraitini yaxĢılaĢdırmaq üçün dövlət uĢaq
müəssisələri Ģəbəkəsini geniĢləndirdi. 1940-cı ildə respublikada 15200 yerlik 389
körpələr evi və 48832 yerlik 909 uĢaq bağçası var idi
64
.
Bu illər ərzində malyariyaya qarĢı mübarizə sahəsində böyük iĢ
aparılmıĢdı. Traxo ma kimi, malyariya xəstəliyi də 1920-ci ilədək Azərbaycanda
geniĢ yayılmıĢdı. Hələ ikinci beĢillik dövründə malyariya ilə mübarizə üçün baĢ
plan iĢlənib hazırlan mıĢ
65
, onun həyata keçirilməsi gediĢində respublikada tropik
stansiyalar, malyariya dispanserləri, həkimlərdən, orta tibbi heyətdən ibarət
malyariya ilə mübarizə dəstələri təĢkil edilmiĢdi. Malyariya ilə mübarizəyə
respublikanın bütün əhalisi səfərbər olun muĢ, xeyli vəsait ayrılmıĢdı. Xalq
Ko missarları Sovetinin nəzdində malyariya ilə mübarizə üzrə xüsusi komitə
66
,
Naxçıvan MSSR MĠK, DQM V Ġcraiyyə Komitəsi və iri sovxo zların nəzd ində
analoji ko mitələr təĢkil edilmiĢdi, malyariya ilə mübarizəyə operativ rəhbərlik
Xalq Səhiyyə Ko missarlığ ı və Trop ik Ġnstituta (1931) həvalə edilmiĢdi. Yevlax,
Ləki, Ucar, Kürdə mir kimi malyariya ocaqlarına xüsusi diqqət verilirdi. Eyni
zamanda yeddi malyariya rayonu ayrılmıĢdı.
Salyan-Muğan, Qarabağ-Mil,
ġirvan, Qazax-Gəncə, Xaçmaz-Dəvəçi, Naxçıvan, Lənkəran. Yerlərdə malyariya
ilə mübarizəyə
bilavasitə rəhbərlik məqsədilə Xalq Səhiyyə Ko missarlığının
səlahiyyətli nü mayəndələri rayonlara göndərilmiĢdi.
Malyariya əleyhinə keçirilən tədbirlər nəticəsində 30-cu illərin
axırlarında bu sahədə görülən iĢlər daha planlı və sistematik aparıldı və
356
respublikanın bir sıra rayonlarında malyariyadan ölüm halları aradan qaldırıldı.
Malyariya ilə xəstələnmən i azaltdı. Belə ki, əgər 1934-cü ildə xəstəlik göstəricisi
respublika üzrə 10 min nəfərdən 1837,8 nəfər təĢkil edird isə, artıq 1940-cı ildə
bu göstərici 743,0 nəfər idi. Bununla belə, Böyük Vətən müharibəsi illərində
malyariya əleyhinə tədbirlər azaldığ ı üçün xəstəliy in bir qədər artımı qeydə
alın mıĢdı
67
.
Bədən tərbiyəsi və id manın hərtərəfli inkiĢafı zəh mətkeĢlərin
sağlamlığ ına qayğının təzahürü idi. Respublikada 16 mindən çox id mançın ın
məĢğul olduğu "Neftçi" könüllü id man cəmiyyəti və "Dinamo", "Spartak",
"Fırtına quĢu" cəmiyyətlərinin Ģöbələri açıldı, üç stadion və yüzdən çox id man
meydançası fəaliyyət göstərirdi
68
.
Lakin dünyada yaranmıĢ gərgin hərbi atmosfer, yaxınlaĢ maqda olan
müharibə təhlükəsi maddi-mədəni rifah ın ağırlaĢ masına, müharibə ərəfəsində
vətəndaĢların real gəlirlərinin kəskin surətdə azalmasına səbəb olurdu. Ölkənin
müdafiəsini möh kəmləndirmək üçün xalq yeni məhru miyyət və məĢəqqətlərlə
üzləĢ məli, üzücü həyata dözümlə alıĢmalı oldu.
§ 2. MĠLLĠ DÖVLƏT QURUC ULUĞU VƏ
ĠCTĠMAĠ-SĠYAS Ġ HƏYAT
Azərbaycan SSR-in Yeni Konstitusiyası və Ali Sovetə seçkilər.
SSRĠ-nin yeni Konstitusiyasının qəbul olunması ilə Zaqafqaziya Federasiyası
ləğv olundu: Azərbaycan SSR, Gü rcüstan SSR və Ermənistan SSR h ər b iri
müttəfiq respublika kimi SSRĠ-nin tərkib ində qaldılar. SSRĠ-nin yeni
Konstitusiyası əsasında Azərbaycan SSR-in Konstitusiyası hazırlandı və IX
Respublika Sovetlər qurultayında (1937-ci il martın 14-də) təsdiq olundu.
Yeni Konstitusiya vətəndaĢlara əmək, istirahət, təhsil, mən zil, təqaüd,
tibbi xid mət təminatları verildiyin i bəyan etdi.
Konstitusiyada yenə sovetlər sosialist cəmiyyətinin siyasi əsası elan
edilir və göstərilird i ki, sosializm Ģəraitində bütün hakimiyyət zəh mətkeĢ
deputatları sovetlərin in Ģəxsində Ģəhər və kənd sovetlərinin ə lində cə mləĢdirilir.
Azərbaycan SSR Konstitusiyasının 88-ci maddəsində zəhmət keĢ
deputatların yerli Sovetinin vəzifələri müəyyənləĢdirilird i: "Zəh mətkeĢ
deputatlarının yerli Sovetləri (rayon, Ģəhər, kənd) öz ərazisində mədəni-siyasi və
təsərrüfat quruculuğuna rəhbərlik edir, yerli büdcəni müəyyənləĢdirir, ona tabe
olan orqanların, idarələrin fəaliyyətinə rəhbərlik edir, dövlət qaydalarının
mühafizəsini təmin edir, ölkənin müdafiə qabiliyyətinin möhkəmlən məsinə
357
kö mək edir, qanunlara riayət olunmasın ı və vətəndaĢların hüquqlarının
müdafiəsini təmin edir"
69
.
Yeni Konstitusiyanın qəbul olunması ilə Sovetlər bəzi dəyiĢikliklə rə
məruz qaldı. Onlar əsil sinfi təĢkilatdan ümu mxalq təĢkilatına çevrildi və
"zəhmətkeĢ deputatları soveti" adlanmağa baĢladı, əvvəllər isə "fəhlə, kəndli,
qızıl əsgər və matros deputatları soveti" adlanırd ı.
Yeni Konstitusiya seçki hüququnda olan məhdudiyyətləri, o cü mlədən
səs hüququ məsələləri ilə məĢğul olan yerli ko missiyaları ləğv edərək, ü mu mi,
bərabər və gizli səsvermə hüququnu təsbit etdi.
Sovetlərin təĢkilati quruluĢu sadələĢdirild i. Rayon qurultayları əvəzin ə
rayon sovetinin sessiyaları çağırılırdı. Sovetlərin bölmələri daimi ko missiyalar
adlandırıldı və onlar bütün kənd sovetlərində təĢkil olundu. Sovetlər bölmələrə
münasibətdə inzibati hüquqa malik id ilər, lakin bu, ko missiyalara aid ed ilmədi
70
.
Yeni Konstitusiya qəbul edildikdən sonra Sovetlərin deputat q rupları
ləğv olundu. Bu səhv addım id i. Onlar Sovetlərdə mütəĢ əkkil strukturlardan biri
idi və sovetlərlə kütlələr arasında əlaqələrin yaxĢılaĢ ması və inkiĢafında böyük
rol oynayırdı. Deputat qruplarının saxlan ması Sovetlərin fəaliyyəti üçün
əhəmiyyətli olardı. Yeni konstitusiya Sovetlərin hüquq və qanunvericilik
vəzifələrin i, təsərrüfat quruculuğuna rəhbərliyin i müəyyən dərəcədə daraldırd ı.
Ġnzibati-amirlik rejimi, bütün hakimiyyətin rəsmi məmurların əlində cəmləĢməsi
Ģəraitində Sovetlərin hüquqları getdikcə məhdudlaĢdırılır, əslində partiya
orqanları tərəfındən
mənimsənilirdi. Sovetlərə yaln ız sosial məiĢət problemləri
ilə məĢğul olmaq qalırd ı. Konstitusiyanın bəzi maddələri - söz, mətbuat
yığıncaqlar, iclaslar, küçə mitinqləri, nü mayiĢlər və s. barədə maddələr
deklarat iv xa rakter daĢıyırd ı. Rəs mi ideologiyadan fərqli fikirləĢən vətəndaĢlar
təqib edilir, mətbuatda hakim siyasi ideologiya nəzarəti gücləndirilir, dindarlar
da, hətta dini inamları olan ko msomo lçu və kommunistlər də təqiblərə məru z
qalırd ılar.
1937-c i il sentyabrın 17-də Na xçıvan MSSR X Fövqəladə Sovetlər
qurultayı respublikanın yeni Konstitusiyasını təsdiq etdi
71
.
1938-c i ilin fevralında Azə rbaycan SSR MĠK-in sessiyası "Azərbaycan
SSR Ali Sovetinə seçkilər haqqında Əsasnamə"ni
72
eyni za manda Na xç ıvan
MSSR MĠK-in XI sessiyası "Naxçıvan MSSR-in Ali Sovetində seçkilər
haqqında Əsasnamə"ni təsdiq etdilər
73
.
Seçkilər haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan SSR-in Ali
Sovetinə seçkilər üçün 310 seçki dairəsi
74
, Naxçıvan MSSR Ali Sovetinə seçkilər
üzrə 66 seçki dairəsi təĢkil olundu
75
.
Respublikanın partiya, sovet və ictimai təĢkilatların ın həyata keçird iyi
kütləvi-siyasi iĢi, ənənə üzrə hər Ģeydən əvvəl zəh mətkeĢlərin əmək və siyasi
358
fəallığ ını qaldırmaq, dövlət planların ı yerinə yetirmək, sosialist vətəni üçün min
tonlarla neft, pambıq və baĢqa mühüm mallar verməyə həvəsləndirmək Ģüarları
ilə baĢlandı.
Ġnzibati-totalitar sistem Ģəraitində seçicilərin hüquqları həqiqətdə tam
ödənilmirdi. Seçicilər öz namizədlərin i irəli sürmək imkan ından əslində məhru m
idilər. Bu hüquq Kommunist partiyasının ixtiyarında idi, o özünün "əvəzsiz"
namizədlərini irəli sürür, seçicilər isə formal o laraq onlara səs verirdilər.
Yeni Konstitusiya ilə seçki sistemində dəyiĢikliklər edild ikdən sonra,
1938-c i il iyunun 24-də, Azə rbaycan SSR A li Sovetinə seçkilər keç irild i. Qeydə
alın mıĢ 1575389 seçicidən 1562790-n ı, yəni onların 99,2 faizi seçkilərdə iĢtirak
etdi
76
.
Bu seçkilərdə Azərbaycan Respublikasının A li Sovetinə 310 deputat
seçildi; onlardan 107 nəfə r (34,53 fa iz) fəhlə, 88 nəfə r (28,9 faiz) kəndli, 115
nəfər (37,9 faiz) qulluqçu və ziyalı nü mayəndələri, 82 nəfər (26,4 faiz) partiya
üzvü olmayanlar
77
, 72 nəfər qadın, onlardan 52 nəfər azərbaycanlı id i
78
.
Deputatlar sırasına 206 a zərbaycanlı, 38 ermən i, 36 rus, 8 ukraynalı, 7 yəhudi, 7
ləzgi, 3 gürcü, bir kü rd, bir udin, b ir saxu r, b ir avar daxil id ilər
79
.
Naxçıvan MSSR A li Sovetinə siyahıya alın mıĢ 62263 seçicidən s əs
vermədə 62212 nəfə r, yəni seçicilərin 99,9 fa izi iĢtira k et miĢdi
80
. Seçkilər
nəticəsində Naxçıvan MSSR-in Ali Sovetin in tərkibinə 66 deputat seçildi.
Onlardan 14-ü fəh lə (21,2 faiz), 41-i kəndli (62,1 fa iz), 11-i qulluqçu və
ziyalıların nü mayəndələri (16,7 faiz), 22 nəfər partiya ü zvü olmayanlar (33,3
faiz)
81
, qadınlar (17 faiz) idilər
82
. Deputatların sırasına 54 azərbaycanlı, 8 ermən i,
2 rus, 2 nəfər isə baĢqa millətlə rin nü mayəndələri idilər
83
.
1938-c i il iyulun 14-də birinci çağırıĢ Azərbaycan SSR A li Sovetinin 1
sessiyası açıldı
84
. Sessiyada Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti,
Rəyasət Heyətinin sədri isə M.B.Qasımov seçildi. Sessiyada Respublika
hökuməti H.Rəh manovun baĢçılığı altında Xalq Ko missarları ġurası yaradıldı
85
.
Ġyulun 24-27-də birinci çağırıĢ Naxçıvan MSSR A li Sovetinin I
sessiyası keçirild i. Burada 9 deputatdan ibarət Ali Soveti Rəyasət Heyəti, Ali
Sovetin Rəyasət Heyətinin sədri isə R.Q.Rəh imov seçildi
86
. Naxçıvan MSSR Ali
Sovetinin tərkib inə mü xtə lif millətlə rdən olan istehsal qabaqcılları, elm,
mədəniyyət xad imləri seçild ilər.
Dostları ilə paylaş: |