edilmir, həm də qeyri-şüuriyə sakitcə tabe olmaq nəticəsində əldə olunur. O, həqiqi
reallığa uyğun surətlər yaratmağa cəhd etmir, öz fırçası ilə fiziki reallığın xaricində yer-
ləşənləri tabloya köçürür. Rəssam tamaşaçılarında özünütəhlilə cəhd hissini oyatmağa
çalışır. Magik daxili görməyə inam nətıcəsində əsərlərində yaratdığı fantasmaqorik mo-
tivlər yuxugörmələrdən qırıq-kəsik hissələri xatırladır. Kömürlə çəkilmiş bu qara rəngli
vahiməli rəsmlərdə insan bədəni qorxunc metamorfozalara məruz qalır. Rəssam sirli və
narahat xəyal aləmində yaşayır. Bu xəyallar-xülyalar onun üçün həqiqi gerçəklikdir, o,
bunların mənasını asanlıqla açır, ağ və qaranın kontrastları ilə ifadə edir.
Həndəsi abstraksiya abstrakt incəsənətin növlərindən biridir. Əsasında həndəsi və
ya stereometrik (heykəltaraşlıqda) fiqurların ciddi ritmi duran kompozisiyaya üstünlük
verilir. Onun ilkin variantları (R.Delonun və F.Kupkinin orfizmi, həmçinin K.S.Malevi-
çin suprematizmi, P.Mondrianın neoplastisizmi) kosmosun mistik qanunlarını ifadə
edən “mütləq” rəngarəng – qrafik monumental simvolların yaradılmasına meyl edərək,
rasionalizmlə romantikanı uyğunlaşdırır. Eyni zamanda həndəsi abstraksiya kon-
struktivizmin texnokratik pafosunu da mənimsəmişdir. XX əsrin ikinci yarısında op-art,
postrəssamlıq abstraksiya cərəyanlarında həndəsi abstraksiya müasir həyatın dinamika-
sına daha sıx yaxınlaşaraq, özünün “rasionalist mistisizm”ini saxlayır (8).
Sürrealizm isə incəsənətdə geniş yayılmış, mistikaya yaxın, lakin abstraksionizmdən
fərqli fərqli bir yol tutan istiqamətdir. Sürrealistlər, əsasən, mistikaya və insanın
gücsüzlüyünün təsdiqinə əsaslanırlar. Bu əsərlər mistik gərginlik və həyəcan təəssüratı
yaradır. Sürrealistlər hissi, real aləmin məhdud sərhədlərinin aradan qaldırılaraq, mistik
intuisiyaya əsaslanan incəsənət əsərlərinin yaradılmasının zəruriliyini önə çəkirlər. Sür-
realistlərin fikrincə, əsl həqiqət qeyri-şüuri sferada gizlənilib, incəsənətin vəzifəsi onu
oradan çıxarmaqdan, əsərlərdə ifadə etməkdən ibarətdir. Rəssam qeyri-şüurinin istənilən
təzahürünə – yuxuya, hallyusinasiyaya, əlaqəsiz xatırlamalara, mistik xəyallara istinad
edərək, xətlərin, formaların, rənglərin köməyi ilə sonsuzluğa və əbədiliyə çatmalıdır.
Bu istiqamətin banisi və ideoloqu Andre Bretonun fikrincə, sürrealizm şifahi və ya
yazılı, yaxud istənilən digər metodla fikrin real fəaliyyətini ifadə etmək məqsədi güdən
təmiz psixiki avtomatizmdir. Fikrin ağıl tərəfindən heç bir nəzarət olmadan, hər hansı
bir estetik və əxlaqi mülahizələrdən kənar diktəsidir (9). Sürrealistlərin əsərlərinə irreal,
mistik bədii atmosfer xasdır. Sürrealizmin əsasında Freydin qeyri-şüuri haqqında
nəzəriyyəsi və şüurdan qeyri-şüuriyə keçidin “ azad assosiasiyalar” metodu durur.
Rəssamlıqda sürrealizmin üzvi və naturalist cərəyanları fərqləndirilir.
Kris Kold rəqəmsal rəssamlığa üstünlük verən, öz ilhamını mistik mövzulardan
alan müasir rəssamlardandır. Kosmos, planetlər, dumanlıqlar, başqa dünyaların land-
şaftı və panoramaları, iblisanə təbiətli personajların cazibəli təsvirləri onun yaradıcılı-
ğında mistik əhval ruhiyyənin dominantlıq etdiyindən xəbər verir.
Keçmişdən bu günümüzə çatan mistik düşüncələr müəyyən təməllərə əsaslanaraq,
daş üzərində yonularaq, xalça və parçalar üzərində toxunularaq, dulusçuluq əsərlərinə
həkk olunaraq müxtəlif simvollar şəklində ifadə olunmuşlar. İnsanlar bu simvollar vasi-
təsilə inandıqları tanrılarla əlaqə qurmağa çalışmışlar. Bu simvolların əks olunduğu
əsərlərdən yardım gözləmək, bir növ cadugərlik etmək, onlarla inanclar arasındakı əla-
qəni müəyyənləşdirmək kimi fikirlər barədə düşünən insan, bilmədiklərinin sirlərinə va-
qif olduqca mistik məna daşıyan bu simvollar adiləşərək, sadəcə mədəniyyət nümunələ-
ri kimi tarixdə qalmışlar. Beləliklə də, qorxulara və biliksizliyə söykənən inanclar za-
Bakı Avrasiya Universiteti
242
man keçdikcə aradan qalxsa da, onları ifadə edən simvolik elementlər incəsənət nümu-
nələrində yaşamaqda davam edir.
Ədəbiyyat:
1. А.Ф.Лосев. История античной эстетики. М., 1963.
2. Rasim Əfəndi. Azərbaycan dekorativ-tətbiqi sənətləri. Bakı, 1976.
3. Дж. Мелларт. Древнейшие цивилизации Ближнего Востока. М.,1982.
4. Н.А.Дмитриева, Н.А.Виноградова. Искусство Древнего мира. М., 1986.
5. A. Qurbanov. Damğalar, rəmzlər...mənimsəmələr.Bakı, 2013.
6. Марк О Коннел, Раджи Эйри. Знаки и символы./ Иллюстрированная энциклопедия.
М., 2008.
7. http://cze-tour.com/guide/sity/prague/sobor-svyatogo-vita.html ©
cze-tour.com
(14.11.2015)
8. http://ekmos-art.lv/page.php?125 (27.05.2016)
9. http://www.mir-dali.ru/surrealizm.html (27.06.2016)
10. http://arx.novosibdom.ru/node/424 (27.05.2016)
11. Arzu Gök, Birsen Çeken, Ahmet Dalkıran. Türk özgün baskı sanatında sembolik anlatım. /
15-16-17 Mayıs 2014. VIII. Uluslararası türk kültürü, sanatı ve kültürel mirası koruma
sempozyumu / sanat etkinlikleri/ Konya-Türkiye 10 şubat, 2016.
SUMMARY
Kemale Panahova
INCARNATION OF MYSTICAL TRAITS IN THE ART WORKS
The issues of mystical traits incarnation in the works of art are focused in this article.
Starting from examples of art and architectural monuments of ancient times, in modern age,
especially in painting, mystical feeling expressions are taken into account in the works
belonging to symbolism, surrealism and abstractionism based on irrationalism and mysticism.
To conclude that, on the one hand the reflection of people’s mystical outlook in different images
gave impetus to the development of art in ancient times, on the other hand, art played a
supporting role in ensuring their mystical dreams. Today, the rest of the painting and craft
works of the past centuries usually create aesthetic emotions revised in terms of aesthetic value.
However, in certain periods, being located in temples and sacred places the artifacts were either
an object of worship or sometimes caused a formation of mystical sentiments.
Key words: art, mysticism, symbol, aesthetic feeling, abstraction, symbolism
РЕЗЮМЕ
Кямаля Панахова
ВОПЛОЩЕНИЕ МИСТИЧЕСКИХ СИМВОЛОВ В
ПРОИЗВЕДЕНИЯХ ИСКУССТВА
В статье рассматриваются проблемы воплощения мистических чувств, в произве-
дениях искусства. Доводится до сведения формы выражения мистических чувств, в
произведениях искусства и в архитектурных памятниках, начиная с древнего периода до
настоящего времени. А также рассматриваются выражение мистических чувств в
Sivilizasiya
243
области живописи принадлежащих таким направлениям как символизм, сюрреализм и
абстракционизм, которые обосновываются на иррационализме и мистицизме. Автор
приходит к выводу, что с одной стороны, отражение мистических мировоззрений людей
в различных изображениях дало толчок к развитию искусства в древние времена, а с
другой стороны, искусство играло вспомогательную роль в обеспечении мистических
желаний людей. Сегодня, произведения искусства и ремесла, дошедшие до нас из
прошлых веков, пересматриваются с точки зрения их эстетической ценности и обычно,
создают эстетические эмоции. Но, эти работы являлись предметом веры в течение
определённых периодов и иногда, размещаясь в храмах и святых местах, способствовали
формированию мистических настроений.
Ключевые слова: искусство, мистика, символ, эстетическое чувство, абстрак-
ционизм, символизм
SİVİLİZASİYA
ЦИВИЛИЗАЦИЯ
CIVILIZATION
Formatı 70x100
1
/
16
. F.ç.v. 15,25.
Tirajı 500
«Turxan» NPB MMC
Dostları ilə paylaş: |