Materiallar
02 may 2009-cu il
11
5. Çoxmənalı sözün istfadə imkanları geniş və zəngindir.Həmin xüxuxiyyət bu
süzlərdən rəngarəng üslubi məqsədlərlə əlaqədar istifadə etməyə geniş imkanlar açır.
1. Çoxmənalı söz vasitəsilə muxtəlif anlayişlar ifadə etmək olar.Yəni eyni
fonetik tərkibə malik olan bir söz cürbəcür məzmun ifadə edı bilər.
2. “The governer said that he would nit allow the prsens of feredal troops on
sail”... ...”the General has been faced with the problem of the country is presence
on foregin soil....”
Birinci cümlədə söz lüğətdə olduğu kimi,öz ilkin mənasından “olamq”(tutmaq)
mənasında,ikinci cümlədə isə işğal mənasında işlənmişdir.
1. Göründüyü kimi,yazıçı bir çox mənalı sözün əsaslanaraq onun vasitəsi ilə
muxtəlif mənalar ifadə etmişdir.
2. Yaziçi ümumişlək sözün çoxmənalı xüsusiyyətlərindən istifadı edərək onu
bir mətn çərçivəsində qarşılaşdırır.Həmin üsul vasitəsilə yaziçi ironiya, satira,
ekspressiya, istehza kimi çalarlar yarada bilər. Hətta bəzi məqamlarda bu cur istifadə
zamanı komik effekt də qüvvıtlındirilir. Bədii parçalarda bunu görmək mümkündür.
Luvra girib,
Sola burulursan
Qanadlı heykəl görəcəksən,
Mərmər bir qadın,-başsız...
“Başsız” deyəndə,
Sahibsiz düşünməyin siz,
Həm də ki, guya
Başı var-beyinsiz...
(Zəfər ilahəsi R.Rza)
Onu da qeyd etmək lazimdirki, ümumişlək çoxmənalı sözlün semmatik geniş-
lənməsi və zənginləşməsinə də səy göstərir. O, bədii-üslubi məqsədlə əlaqədar
ümumişlək sözü yenilir mənada işlətməyi dı bacarır.Aşağıdakı misal bu cəhətdən
səciyyəvidir;
Villinin təzə köynəyi-ağappaq;
Yaxasında düymələr
Gilə-Gilə qandır.
“MÜASİR AZƏRBAYCAN TƏRCÜMƏŞÜNASLIĞININ
STRATEJİ KONSEPSİYASI”
Dilarə ƏLİYEVA
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi III kurs
Elmi rəhbər:
Son vaxtlar praktik fəaliyyət sahəsi kimi tərcüməçiliyə olan maraq xeyli artıb.
Lakin bunun mənfi tərəfləri də özünü biruzə verir. Bu sahədə baş alıb gedən qeyri-
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
12
peşəkarlıq buna misaldır.”Tərcüməçi çevirdiyi əsəri elə özəlləşdirməlidir ki, oxucu
bunun tərcümə olduğunu hiss etməsin. Hansısa əcnəbi dili bilmək hələ tərcüməçi
olmaq deyil. Kimi həqiqi tərcüməçi hesab etmək olar? Müasir tərcüməşünaslığın
strategiyasını yaradarkən dünya praktikasının hansı modellerinə üstünlük verilmə-
lidir? İlk növbədə bu suallara cavab tapılmalıdır.
Müasir tərcüməşünaslığı deyek ki, 10-15 il bundan qabağın tərcüməçiliyindən
fərqləndirən xüsusiyyətlər mövcuddur. Ən azı texnologiyanın inkişafı bu sahədə
yeniliklərə səbəb olub. Amma texniki inkişafın istənilən yaradıcılıq sahəsində yalnız
kəmiyyət üstünlüyü var. Bu inkişafın keyfiyyətə heç bir dəxli yoxdur. Kompüter
texnologiyasının bugünki inkişaf səviyyəsi qısa zaman içində böyük həcmli, ancaq
aşağı keyfiyyətli tərcümələr etməyə imkan verir. Düzdür, bunu bütün tərcümə sahə-
lərinə aid etmək olmaz. Məsələn, texniki sənədlərin bu cür tərcüməsi ümumi ter-
minlərin və şablonların mövcudluğu səbəbindən kifayət qədər uğurlu alınır.Amma
bədii əsərin kompüter tərcüməsi heç vaxt müsbət nəticə vermir.
Sovet dövründən fərqli olaraq müasir dövrdə Azərbaycanda tərcüməylə bağlı
çox az sayda, yəni 2-3 ciddi layihə hazırlanıb. Bu daha çox azərbaycanlı oxucunu
dünya ədəbiyyatı, fəlsəfəsi və s.ilə tanış etməkdir. Bunun müsbət hal olduğunu qəbul
etməklə yanaşı vacibliyini də vurğulamağı borc bilirik. Bu çatışmazlığın aradan
qaldırılması çox vacibdir. Düzdür müasir dövrün öz tələbləri var. Bir çox xüsu-
siyyətlərinə görə müasir tərcüməçilik 15-20 il bundan qabaqkı tərcüməçiliklə də
müqayisə edilə bilməz. İndi tərcümə sahəsində məcburiyyət prinsipi bir növ könül-
lülük prinsipi ilə əvəz olunub. Yəni bu prinsipi nəzərə alsaq tərcüməçi müəyyən
müstəqilliyə,sərbəstliyə sahib olur. lakin bu bir çərçivə daxilində mövcuddur. Tərcümə
materialının seçimi tərcüməçi qarşısında duran əsas məsələdir. Digər tərəfdən tər-
cüməçi qarşısında 2 yol durur: ya öz ana dilinə bütün dünyada şöhrət qazanan və
əsrlər boyu yaşayacaq əsəri tərcümə etmək, ya da hansı səbəbdən qısa bir zamanda
məşhurlaşan əsərı doğma dilə çevirmək. Təəssüflər olsun ki, çox vaxt tərcüməçilər
maddi maraq ucbatından 2-ci yolu seçirlər. Bu dünya praktikasında mövcuddur,
çünki tərcüməçilik yaradıcılıq sahəsi olmaqla yanaşı həm də biznes fəaliyyətinə keçib.
Tərcümə sahəsindəki problemləri həll etmək üçün ilk növbədə orjinaldan tərcü-
mələrin sayının artırılması lazımdır. Hazırda bir layihə kimi orjinaldan tərcümə
yalnız BSU-nun “Tərcümə problemləri elmi-tədqiqat labaratoriyası”nda həyata
keçirilir. ”Filoloqun kitabxanası. 100 klassik əsər” adlanan layihənin ən üstün cəhəti
azərbaycanlı oxucunu dünya elminin nadir inciləri ilə tanış etməkdir.
Göründüyü kimi tərcümə praktikasında gedən proseslər istər-istəməz müasir
dövrün tələblərinə uyğunlaşır və beləliklə nəzəri baza yaratmaq mümkün ola bilər.
Materiallar
02 may 2009-cu il
13
“MÜASIR İNGİLİS DİLİNDƏ EVFEMİZMLƏR
VƏ ONLARIN AZƏRBAYCAN DİLİNDƏ
İFADƏ VASİTƏLƏRİ”
Vəzifə ƏLİYEVA
Bakı Slavyan Universiteti Tərcümə fakültəsi III kurstələbəsi
Elmi rəhbər:
Evfemizm yunan sözü olub “eu” yaxşı, “phemc” danışıram deməkdir. Termin
olaraq evfemizm yaxşı danışmaq, hər hansı bir sərt mənanı yumşaltmaq, onu vülqar
çalardan xilas etmək deməkdir. Əgər, ümumiyyətlə dilin ədəbilik mövqeyindən
yanaşsaq, vülqarizmlər-tabular-evfemizmlər xəttini asan müəyyənləşdirmək olar.
Qeyd etmək lazımdır ki, dilçilik baxımından evfemizmlər keçən əsrdən başlanaraq
tədqiq olunmağa başlamışdır. XIX əsrin sonunda alman dilçisi Q.Paul evfemizmləri
indi hamı tərəfindən yaxşı tanınan semantik dəyişikliklər sxemindən ayırmışdır.
Qədim insanların dil tabuları və evfemiyasının tədqiqinə həsr olunmuş A.Meyenin
əsərləri XX əsrin I yarısında yaşayan alimlərin diqqətini cəlb edir. Lakin evfemizm
probleminə və onların dillərdə yayılmasına geniş maraq son onilliklərdə qeyd olun-
mağa başlamışdır. 60-80-ci illərdə Q.Keyenin, Ç.Laurensin monoqrafiyaları mey-
dana çıxmış, bu məsələyə həsr olunmuş bir sıra dissertasiya işləri, çoxsaylı məqa-
lələr işıq üzü görmüşdür. Aydındır ki, linqivistlərin yekdil fikirlərinə görə, evfemizmlər
öz təbiətinə görə ekstralinqivistikdirlər və qəbul oluna bilməz sözlərin (bu və ya digər
səbəbdən) əvəzi üçün işlənirlər.
Müasir mədəniyyətin inkişafı ilə əlaqədar olaraq dildə çoxlu evfemizmlər yaranır.
Məsələn: yox əvəzinə xeyr, yalandır əvəzinə düz deyil, həqiqətə uyğun deyil, xoş
getdin əvəzinə xoş gəldin və s.
Hətta ölüm sözünün yerinə həyat sözü işlədilir. Məsələn:
Sara: Mənim üçün nə qorxursan, atam qocalmışdı, onsuz da həyatına çox
qalmamışdı. Burada ölmək əvəzinə həyatına az qalmaq sözü evfemizm məqamında
işlədilmişdir.
Dilçilik ədəbiyyatında tabu və evfemiya hadisəsinə sosiolinqivistik yanaşma
mövcuddur.
Məlumdur ki, evfemizlərdən danışaraq alınmalar və kalka üsulunu xüsusilə
qeyd etmək yerinə düşərdi.
Baxmayaraq ki, evfemizmlərin bu üsulu semantik irəliləyişlərində intensivli-
yinə görə geri qalsa da, müasir dillərdə kifayət qədər geniş yayılmışdır. Məsələn:
ingilis dilində “drunk” (sərxoş) əvəzinə “intaxicated”, “sweat” (tər) əvəzinə “pers-
piration” işlənir.
Kalka üsulu xüsusi haldır. Bu ifadələr latın dilindən ingilis, rus və başqa dillərə
gəlmişdir. Məs: ingilis dilində “to join the majority” – ölmək mənasını verir.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
14
İngilis dilində qəbiristanlıq mənasında işlənən “The God’s acre” (Allahın tarlası)
alman dilində eyni mənada işlənən “der Gottesacer” ifadəsindən kalka olunmuşdur
(latın dilində “pagare deditum” ölmək mənasında).
Qeyd etmək lazımdır ki, müxtəlif dillərdə evfemizmləri eyni mənalarda müqa-
yisə etdikdə, əksər hallarda istifadə olunan dil vasitələri arasında oxşar və fərqli
cəhətləri, tam və ya qismən leksik-semantik ekvivalentliyi görürük. Əsasən də,
söhbət geniş semantikaya malik sözlərdən və kalkadan getdikdə. Halbuki əksər hal-
larda müxtəlif dillərdə evfemizmlərin depetativ mənasının eyniliyinə (oxşarlığına)
görə leksik yolla paralellik üst-üstə düşmür. İngilis ifadəsi olan “In the straw”
(samanda) “hamilə” mənasında öz mənşəyi etibarilə belə bir adətlə bağlıdır. Belə ki,
yoldan keçən maşınların doğan qadını narahat etməməsi üçün onun evinin qaba-
ğına saman qoyurdular.
Əsl evfemizmlər kimi hal-hazırkı vəziyyətə uyğun olaraq yaranan evfemizmlər
çıxış edir; ədəbiyyatda onları səhvən situativ evfemizmlər adlandırırlar. Onları “ok-
kazional”, yəni “nadir halda təsadüf edilən” adlandırmaq daha məqsədəuyğun olardı.
Evfemizmlərdən danışarkən tabuları xüsusilə qeyd etmək yerinə düşərdi. Müəyyən
səbəblərə görə danışıqdan çıxarılan, qadağan olunan sözlərə tabular deyilir. Tabu
polineziya sözü olub, Avropa dillərinə XVIII əsrin sonunda daxil olub; ilkin mənası
“uzaq”, “uzaqlaşdırılmış” idi. Ta qədim zamanlardan ümumi dilin qadağanlar siste-
minə daxil olan əşya və hərəkətlərə qadağan sıx surətdə söz tabusu ilə əlaqədar idi.
Tabunun yaranmasını alimlər insan cəmiyyətinin ən erkən mərhələlərinə aid edirlər.
Tabu sözlər arasında, ilk növbədə, heyvan adları özünəməxsus yer tutur. Bütün bu
deyilənlərlə yanaşı, əxlaqi tabular haqda danışmaq da yerinə düşərdi. Əxlaqi tabu-
nun hərəkət və ünsiyyət prosesindəki təzahür formaları vardır. Əxlaqi tabunun
hərəkət forması əsasən hüquqi, etnoqrafik tabularla əlaqədardır. Məs.: əxlaq nor-
malarına görə, heç kəs uzaq məsafədən durub qadın adını ucadan çağırmamalıdır,
yaxud qadın tayfasının adını kişilər arasında çəkmək düzgün sayılmır. A.Şaiqin
“Məktub yetişmədi” hekayəsinə nəzər salaq:
Mirzə məktubu yazandan sonra Qurbandan soruşdu:
Məktub kimə çatacaq? - Yaz ki, Qurbanın uşaqlarının anasına.
Keçmiş əxlaq normalarına görə, kişi öz uşaqlarının adlarını da böyüklərin ya-
nında deyə bilməzdi. Şərq xalqlarında belə bir adət var. Cavan gəlin valideynlərinin
yanında ərinin adını çəkməməlidir. Bu həm əxlaqi, həm də etnoqrafik tabudur.
Ə.Dəmirçizadənin evfimizmlər haqqında belə bir fikri diqqəti cəlb edir: “Evfi-
mizm dilçilik ədəbiyyatında çox vaxt tabu ilə yanaşı, hətta bir başlıq altında verilir
və tabuya təqribən antonim kimi izah olunur”. Doğurdanmı evfemizm tabu ilə
antonim münasibətdədi? Zahirən elə təsir bağışlayır ki, evfemizmlər tabunun anto-
nimini təşkil edir. Çünki, Ə.Dəmirçizadənin dediyi kimi, “yasaq söz əvəzinə yasaq
olmayan söz” işlədilir. Lakin tabu ilə evfemizmin ifadə etdiyi predmet və ya hadisə
eynidir. Onlar antonimlikdən daha çox, sinonimlik münasibətində olurlar. Evfemizm-
lər əgər tabu sözü əvəz edirsə, deməli, onun sinonimidir.
Materiallar
02 may 2009-cu il
15
Evfemizmlər nitq hissələri və frazeoloji birləşmələrdən əmələ gəlir.
Dildə evfimizmlərlə yanaşı, disfemizmlər də mövcuddur. Disfemizmlər evfi-
mizmin əksi kimi yaranmışdır. Əslində disfemizmlər tabu olsa da, mənanı sərt,
kobud, mənfi mənada təsirli ifadə etmək deməkdir. Disfemizmlərdə üslubi, modallıq,
subyektiv münasibət daha güclü olur. Məs.: cəhənnəmə hasil olmaq (ölmək əvəzinə),
rədd olmaq (getmək əvəzinə) sinonim sözlərlə ifadə edilən məna cərgəsinin domi-
nantını neytral göstərərək evfemizmləri sağda, disfemizmləri solda təsəvvür etmək
olar. Məs.: rəhmətə getmək – ömrünü bağışlamaq – ölmək – cəhənnəmə hasil olmaq.
Bu söz və ifadələr bədii dildə daha çox işlədilir.
“ZƏLİMXAN YAQUB POEZİYASINDA ONOMASTİK
VAHİDLƏRİN POETİKASI”
Günay UMUDLU
ADPU-nun filologiya fakultəsinin II kurs tələbəsi
Elmi rəhbər: Filologiya elmləri doktoru,professor Əzizxan Tanriverdi
Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus üslubu, söz bazasının zəngin-
liyi, qiymətli əsərləri, əsasən də yeni ruhlu şeirləri ilə öz möhrünü vuran, aşıq şerinə
yeni ruh verən Zəlimxan Yaqub elə sənətkardır ki, onun sənətkarlığını tam dəqiq-
liklə ifadə etməkdə çətinlik çəkməmək olmur. Azərbaycan filologiyası, dili üçün ,
əsasən də Onomologiyası üçün bu şairin yaradıcılığı əvəzsiz nümunədir. Zəlimxan
Yaqub poeziyasında işlənən onomastik vahidlərdən antroponim və toponimlərin
işlənməsinin bir çox xüsusiyyətlərini göstərmək olar.
Şeirlərində toponimlərin işlənməsinin zənginliyinə əsas səbəb kimi şairin bir
müddət Türkiyədə səyahət edərkən həmin ölkəni qarış – qarış gəzməsi və bu gözəl-
liklərin canlı şahidi olmasını göstərə bilərik. Bütün dünyaya məlumdur ki, Türkiyə
gözəlliklər diyarıdır. Onun şəhərləri əsl cənnəti xatırladır. Görün Zəlimxan Yaqub
bir misrada bu detalları necədə gözəl şəkildə vurğulamışdır:
Qaçmadı ölümdən, qorxmadı yasdan,
Oldu Canaqqala dillərdə dastan.
Başladı Samsundan, çıxdı Sivasdan,
Atatürk köşkündə keçən günlərim.
Şərq poeziyasında şərq aləmində məşhur olan antraponomik vahidlər rənga-
rəng müqayisə vasitəsi kimi çıxış etməklə yüksək bədiilik yaradır:
Zəlimxan, xatırla sən o dəmləri
Şeyx Sənanlara verdi qəmləri
Dinindən döndərdi Xan Kərəmləri
Tərsa gözəlləri, tərsa qızları
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
16
Zəlimxan Yaqubun şeirlərində “Kitabi Dədə Qorqud”, “Koroğlu” kimi sanballı
abidələrimizin qəhramanları, antroponomik, vahidlər yada salınır (Salur Qazan,
Tüp dağıdan, Halay pozan), tarixiliklə müasirlik qovuşdurulur:
Dədələşib Salur Qazan oğullar
Tüp dağından Halay pozan oğullar
Al qanıyla tarix yazan oğullar
Heykəl qoyub qeyrətinə bu xalqın
«Əzizxan Tanrıverdi, “Dilin poeziyası, poeziyanın dili” Bakı 2008, səh. 28» Şərq
ədəbiyyatında sənətkarların dilində əsərlərində geniş şəkildə işlənən Leyli, Məc-
nun, Əsli, Kərəm kimi antroponomik vahidləri Zəlimxan Yaqub öz şeirlərində
istifadə etməklə bədii pofosu daha da artırmışdır:
Səni od yandırdı, Əsli dağladı,
Mən suyun odunda yandım, ay Kərəm!
Allahım, Vallahım çıxdı yadımdan
Yeri də, göyü də dandım, ay Kərəm!
Yaxud:
Məcnun dərs oxuyub – kitabı Leyli,
Məcnun sərxoş olub – şərabı Leyli,
Məcnun dərdə düşüb - əzabı Leyli,
Dəli olmağıma bir addım qalıb
Bundan başqa, çay adlarının, dəqiq desək hidronimlərin yanaşı işlənməsi vasi-
təsi ilə Zəlimxan Yaqub özünün hiss və həyəcanlarını düşüncələrini yüksək poe-
tika ilə nəzərə çatdırmışdır:
Zaman axdı aramsız,
Bahar gəldi, yaz keçdi.
Töküldü gözlərimdən
Kür gəldi, Araz keçdi
Onomastik vahidlər Zəlimxan Yaqub poeziyasında zəngin estetik xüsusiyyətləri
ilə fərqlənir.
“BƏDİİ ƏDƏBİYYATDA SATİRİK, YUMORİSTİK
VƏ KOMİK PAFOS”
Günay ƏZİZOVA
ADPU -nun Filologiya fakültəsinin II kurs, 204 - cü qrup tələbəsi
Elmi rəhbər: prof. Tərlan Novruzov
Pafos incəsənətin, fərdi bədii yaradicilıgin əsasıdır. Kiçik bir şeirin, hekayə,
povest va romanin öz həyati, öz bədii aləmi, demək, pafosu vardir. Satirik pafos
ictimai həyatin eybəcər, gülməli tərəflərinə qarşi yönələn quvvətli bir münasibətdir.
Materiallar
02 may 2009-cu il
17
Satirik pafosun, əsas təyinedici faktorlarından biri komizmdir. Komizm insanın
"daxili boşluq va heçliyinin" təsviridir.
Ədəbiyyat nəzəriyyəçiləri, estetiklər satiranin qəhrəmanlıq, tragik və dramatik
pafosdan fərqli olaraq daha sonraki dövrlərdə yarandigini qeyd edirlər.
Satira Azərbaycan ədəbiyyatinda XIX əsrin 40-50 - ci illərindən etibarən təşək-
kül tapmaga başlamişdir. Bunun ilkin nümunələrini B. Şakir, M.B. Nadim, daha
dolgun nümunələrini isə Q.B. Zakirin, sonralar S.O. Şirvaninin yaradiciligında gö-
rürük. XX əsrin əvvəllərində satira ozünun ən yüksək inkişaf mərhələsinə çatmişdir.
Satiranin ən yaxsi nümunələrini nəşrdə Ə.Məmmədquluzadə, Ə.Haqverdiyev, şeirdə
isə M.Ə.Sabir, M.S.Ordubadi, Ə.Nəzmi və başqaları yaratmişdir. XX əsr Azərbaycan
satirikləri satirik gülüşün rəngarəng üsullarindan istifadə edərək cəmiyyətin müxtəlif
eybəcər tərəflərini, insanlarını tənqid etmislər.
Bədii ədəbiyyatda kəskin tənqidi-satirik gulüşdən istifadə olundugu kimi, yu-
moristik gülüşdən də istifadə olunur. Yumorlu güluş öz mahiyyətinə görə yumşaq,
islahedici səciyyə daşiyır. Yumor sozü latin və ya ingiliscədən götürülüb, "rütubət",
“maye” mənasini verir. Yumorlu gülüş ictimai həyatin komik, gülməli tərəflərinin
sənətkar tərəfindən dərk edilməsi və onun bədii əsərdə əks olunmasi ilə yaranır.
Yumorlu gülüş qərəzli olmayib, təəssüf, dostluq, nəzakətlik ruhunda olur.
Yumor komikliyin bir növü kimi də dəyərləndirilir. Yumor satiradan fərqli ola-
raq, həyat hadisələrinin ayri-ayrı nöqsanlarında, adamların xarakterinin, zahiri
simasinın və davranışinin ayri-ayrı gülünc cəhətlərində təzahür edir.
XX əsr Azərbaycan yaziçilari olan C.Məmmədquluzadənin, Ə.Haqverdiyevin,
Mir Cəlalin bir sira hekayələrinin məzmununu yumoristik pafos təşkil edir. Həmin
sənətkarları əsərlərində təsvir olunan obrazlarla səmimi, dostyana münasibət bəs-
lənir, onlara düşdükləri vəziyyətdən bir növ çixmaq yolu göstərilir.
Bədii əsərlərdə diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri də, komiklik və
gülüsdür. Bu xüsusiyyət bütün əbədi əsarlarda az çox ozünü göstərsə də, həqiqi ko-
miklik, davamı gülüş yalniz komediya janrına məxsusdur. Bir qayda olaraq demə-
liyik ki, komediya tənqidi gülüşün üstünlüyü ilə yaranır. Belə demək mümkündür
ki, bir janr kimi, komediyanin əsasini komik hiss, məzmun, pafos təşkil edir.
Komik janrda yazilan hər hansi bir əsərin məzmun və mündəricəsi gülüşlə yog-
rulmalıdir ki, bu estetik amil də onun komik pafosunun təyin edilməsində aparıci
rol oynayir.
M.F.Axundov, N.B.Vəzirov, C.Məmmədquluzadə sonralar S.Rəhman Azər-
baycan ədəbiyyati tarixində komediya janrinin ən yaxşi nümunələrini yaratmişlar.
Qeyd etmək lazimdir ki, komediyanin janr xüsusiyyətlərinə görə təyin edən
təkcə onun zahiri tərəfləri deyil, onun daxili məzmun tərəfləridir. Bunun isə əsas
təyinedicisi komediyanin mərkəzi ana xəttini təşkil edən komik pafosdur. Gülüş,
tənqid, istehza, vaxti keçmiş köhnəlikdən qarşi mübarizə komik pafosun element-
ləri kimi diqqəti cəlb edir.
«TƏRCÜMƏŞÜNASLIQ VƏ ONUN MÜASİR DÖVRDƏ ROLU» II Respublika tələbə elmi-praktik konfransı
18
“TƏRCÜMƏ SƏNƏTİ VƏ TƏRCÜMƏÇİ”
Fuad MƏNƏFOV
ADU-nun Filologiya fakültəsinin II kurs tələbəsi
Elmi rəhbər:Prof.Ə.Qubatov
Xalqlar məhz tərcümə ədəbiyyatları vasitəsilə bir-birilərinin tarixi, adət-ənənəsi,
mədəniyyəti ilə tanış ola bilir, söz ustalarının ölməz əsərlərini öz doğma dillərində
oxumağa imkan tapırlar. Müəyyən dövrlərdə müxtəlif alim və filosoflar tərcümə
peşəsinə yüksək qiymət vermiş, mədəni, iqtisadi və s. əlaqələrin inkişafında onun
əvəzsiz rolunu qeyd etmişlər.
Dillərarası və mədəniyyətlərarası ünsiyyətin spesifik forması olan tərcümə yetkin
qoşadilliyin ən yüksək pilləsidirsə, tərcümənin çoxəsrlik tarixə malik zirvəsi bədii
tərcümə və onun ən çətin növü poetik tərcümədir. Məhz bu ali sənətin sayəsində
xalqların bədii təfəkkürü formalaşıb zənginləşir, millətlərin mənəvi sərvətləri bir-
birilə qaynayıb qarışıraq bəşəriyyətin mədəni-tarixi təkamülünü təmin edir.
Poetik tərcümənin məziyyətləri birinci növbədə ondan asılı olur ki, kim kimin
hansı əsərini hansı şəraitdə tərcümə edir və şübhəsiz, tərcüməçidə yüksək yol açan
vurğunluqla yanaşı, dərin biliyə əsaslanan cəsarətli təxəyyül olmalıdır.
Korney Çukovski bədii tərcümənin yüksək sənətkarlıq proqramını belə təsəvvür
edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, ori-
jinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan
yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqi ilə, səmimiliyi səmimi-
liklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını,
rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın.
Diqqət yetirək:
Bahardır gözəlin bir cüt gözü də
Ağıl başdan çıxıb kəməndə düşür
Dolub bülbülü də, qızıl gülü də,
Hamı bu tilsimə, bu bəndə düşür.
Heyrət içindədir lal meşələr də,
Hər yarpaq elə bil bir yaşıl budaq
Sükut içindədir yuxulu təpə,
Kölgəsi uzanıb özündən qabaq.
Klassik Alman şairləri Y.V.Qöte və H.Haynenin lirik şerlərindən bir qismini alman
dilindən Azərbaycan türkcəsinə tərcümə edən mütərcim Ə.Qubatovun “Lirika” adlı
kitabında könül oxşayan, ürəkləri ovsunlayan belə poetik parçalar təqdim olunmuşdur.
Tərcümə olunmuş hər bir əsər tərcüməçinin sənətkarlığı, ustalığıdır. O, hər iki dilin
bütün səviyyələrini nəzərə almaqla yaradıcılıq işi görür, dilin bütün imkanlarını
Materiallar
02 may 2009-cu il
19
yeni incilərlə zənginləşdirir. Bəzən tərcümə o dərəcədə mükəmməl, təbii olur ki,
oxucu onu orijinal əsər kimi qəbul edir. H.Haynenin bir şerinin tərcüməsindən aşa-
ğıdakı misralara diqqət yetirək:
Ilahi, bu gözəl yay günlərində,
Yaralı canımla qəm yeyirəm mən.
Çəkilib meşənin xəlvət yerində,
Adamlardan uzaq inləyirəm mən.
Bahara həsr olunmuş bu şerin tərcüməsindən aşağıdakı misralar ürəyə yatandır.
Alışıb baharın mavi gözləri,
Otlar arasından dünyanı süzür
Bu zərif, bu şehli bənövşələri,
Xəyalım bir qızın telinə düzür.
Yaranmış qənaət bundan ibarətdir ki, tərcümə orijinalın məzmunu ilə forması,
ruhu ilə hərfi arasındakı dialektik vəhdəti qoruyub saxlamış, müqabil dilin leksik,
sintaktik, üslub imkanlarını, təsvir və ifadə vasitələrini oxucuya çatdırmışdır.
Y.V.Qötenin ən görkəmli əsəri “Faust”dan sonra ikinci sırada, heç şübhəsiz,
hamının yekdilliklə qəbul etdiyi kimi, “Qərb – Şərq Divanı“dır. Bu əsərdə şair
müsəlman dünyasının ən məşhur və tarixi şəxsiyyətlərinə, o cümlədən Məhəmməd
Peyğəmbərimizə, Azərbaycanın klassik türk şairi Nizami Gəncəviyə, bütün dünyanı
lərzəyə salan türk sərkərdəsi Əmir Teymura, Hafiz Şiraziyə və digərlərinə şerlər
həsr etmişdir.
Y.V.Qötenin “Qərb – Şərq Divanı“nın professor Ə.Qubatovun tərcüməsində
tədqiq və təhlil obyekti kimi seçilməsinin səbəbi budur ki, dahi alman şairinin şah
əsərinin hər hansı inkişaf etmiş ədəbi dilə, o cümlədən müasir Azərbaycan ədəbi
dilinə poetik tərcüməsi tərcüməçilik sənətinin bir növ ensiklopediyasına çevrildiyinə
görə onun dərindən və hərtərəfli öyrənilməsi bədii tərcümə tarixi, nəzəriyyəsi və
təcrübəsini xeyli zənginləşdirə bilər.
Fikrimizcə, Qötenin zəngin Şərq müsəlman mənəviyyatına qovuşduran mənbə
İslamın valehidici mənəvi-ruhani dəyərləri olmuşdur.
Cənnəti vəsf edən əsl müsəlman,
Elə bil oranı görüb gəlibdir.
Əlində İslamın təməli Quran,
Hər sözü könlünə hörüb gəlibdir-
yazan Qöte, müqəddəs Peyğəmbər Həzrət Məhəmməd Mustafanın şəxsiyyətinə və
əməllərinə olan heyrət və vurğunluğunu gizlədə bilməmişdir. “Ey şirin cocuğum” adlı
lirik ricətində Qöte dünyanın peyğəmbərli sırasında Məhəmməd Peyğəmbərimizə ver-
diyi qiyməti, ürəyində gəzdirdiyi sevgini qanadlı misralarının şeriyyətinə çevirmişdir:
Gerçəkdən gerçəyə oldu pənahım
Ulu Məhəmmədi sən yaxşı tanı
Bil, yoxdu Allhdan başqa Allahım,
Deyərək fəth etdi bütün dünyanı.
|