Hadisədən 1 həftə sonra
Madrid. İspaniya
Yuxudan ayılanda günorta saat 12 idi. Bir az yerində
gərnəşdikdən sonra əynini geyinərək Rənaya zəng vurdu:
258
-Eşidirəm.
-Salam Rəna. Mənəm Samir.
-Salam. Əli yanımdadır, gözlə telefonu ona verim.
Əli telefonu qulağına aparan kimi titrək səslə dedi:
-Əmi...-
Salam balaca. Necəsən?
Samirin səsini eşidən kimi Əlini ağlamaq tutdu.
-Yaxşı bəsdir. Ağlama görüm. Axşam gəlib səni evimi-
zə aparacağam.
-Əmi sən haradasan? (Əli ağlaya-ağlaya soruşdu)
-Mən indi bazarda sənin üçün tutuquşu alıram. Axşam
gəlib səni Arzu bibigildən götürəcəyəm. Evə gedib tutuqu-
şularla oynayarıq, onlara danışmaq öyrədərsən.
-Danışa bilirlər?-
-Sən öyrətsən danışacaqlar. Telefonu ver Rəna bibiyə.
-Yaxşı.
-Əli.
-Həə əmi.
Bir neçə saniyə ara verərək:
-Əmi səni çox istəyir.
-Mən də səni çox istəyirəm.
İki saniyə sürən səssizlikdən sonra telefonda Rənanın
səsi eşidildi:
-Hə Samir. Eşidirəm.
-Əlinin əşyalarını yığarsan. Axşam gəlib aparacağam.
-Niyə tələsirsən? İşlərini yoluna qoy, sonra gəlib apa-
rarsan.
-Əli mənim üçün bütün işlərdən vacibdir.
-Yaxşı. Onun əşyalarını yığaram.
-Oldu Rəna. Axşam görüşərik. Özündən və Əlidən
muğayat ol.
-Oldu. Hələlik.
259
Samir telefonu cibinə qoyub Pedronun yanına getmək
istəyirdi ki, qapı açıldı. Lusiya əlində buterbrod və kola
içəri girdi.
-Oyanmısan?
-Artıq günorta olub, niyə məni oyatmırdın?
-Elə şirin yatmışdın ki
-On beş günün yorğunluğuydu.
Samirin yanında oturaraq əlindəkiləri ona uzatdı:
-Al, sənin üçün gətirmişəm.
Koladan bir qurtum içərək soruşdu:
-Almeyda maşın göndərməyib?
-Göndərib. Sürücü iki saatdan çoxdur xəstəxananın
həyətində sənin yuxudan oyanmağını gözləyir.
-Onda tələsmək lazımdır. Bir saatdan sonra görüşərik.
Samir əlindəkiləri çarpayının üstünə qoyub Lusiyanın
üzündən öpərək palatadan çıxdı.
* * *
Samiri qərargahın dəhlizində qarşılayan Almeyda dedi:
-Siz məni kabinetimdə gözləyin, mən Silvanın qərər-
gahda keçirilən vida mərasimində iştirak etməliyəm.
-Mən də o mərasimdə iştirak etmək istəyirəm.
Almeyda əliylə yolu göstərərək dedi:
-Buyurun gedək.
Samirlə Almeyda Silvanın tabutu qoyulmuş otağa gi-
rəndə artıq hamı öz yerini tutmuşdu. Almeyda boş yer-
lərdən birini göstərərək Samirə oturmaq təklif etdi:
-Siz burada əyləşin. Mən açılış nitqindən sonra sizin
yanınıza gələcəyəm.
Samir başıyla təşəkkürünü bildirib əyləşdi. Ardıcıl və
xoş sözlərlə zəngin olan çıxışlarla davam edən mərasim iki
260
saata yaxın davam etdi. Mərasim zalından çıxarkən Samir
ayaqqabısının ipinin açıldığını görüb dəhlizdə qoyulmuş
oturacaqda oturdu. İpi bağlayıb başını qaldıranda Almey-
danın yanında 6–7 yaşlarında qaradərili oğlan uşağının da-
yanaraq ona baxdığını gördü.
-Silvanın oğludur. – Almeyda izah elədi. Samir onu
yanına çağırıb üzündən öpərək qıvrım saçlarını sığalladı.
Sonra Silvanın telefonunu cibindən çıxardıb uşağa verdi:
-Atan mənə tapşırmışdı ki, bu telefonu sənə verim. Sən
gərək bunu ömrünün sonunadək atandan xatirə saxlaya-
san. Həmişə onula fəxr edə bilərsən. Sənin atan əsl polis idi
və səni çox sevirdi.
Silvanın arvadı yaxınlaşaraq oğlunu səslədi:
-David buradasan? Bayaqdan səni axtarıram.
Oğlan Samirdən aralanıb anasına tərəf getdi. Onun
əlindən tutub dəhlizlə bir az getdikdən sonra əlindəki tele-
fonu anasına göstərib dedi:
-Ana bayaqkı əmi atamın telefonunu mənə verib dedi
ki, mən hər zaman atamla fəxr edə bilərəm.
-Əmi düz deyib oğlum. (Qadın kövrək səslə dedi)
Lusiya Xosenin ayaqqabılarını geyindirə-geyindirə de-
yinirdi:
-Onsuz da ərköyün idin, indi daha da dözülməz olmu-
san. Bir işi də özün gör!
-Yalnız sən ərə gedəndən sonra.
-Az danışın (Pedro dilləndi) onsuz da gecirik. Bir az
cəld olun.
-Bizi ləngidən budur ata! Ərə də getmir ki, canımız
qurtarsın.
-Az danış.
Lusiya darağı əlinə götürüb Xoseni yaxına dartdı:
-Başını bəri gətir.
261
Qəbiristanlığa çatanda Xoseylə Lusiyanın söz atışması
hələ də davam edirdi:
-Niyə gec gəldiniz? – Qəbiristanlığın girişində onları
gözləyən Samir Pedrodan soruşduş – Bayaqdan sizi göz-
ləyirəm.
-Bunlarla harasa vaxtında çatmaq mümkün deyil! –
Pedro uşaqlarını göstərdi.
Xose ətrafda keşik çəkən çoxsaylı polisləri göstərərək,
Samirdən soruşdu:
-Bu qədər polis səni qoruyur?
-Əslində, bu qədər polis tanrıya dua edirlər ki, mən
tezliklə, bu ölkədən çıxım gedim.
-Nə vaxt yola düşürsən? – Lusiya soruşdu.
-Üç saatdan sonra. Pedro, istəyirəm siz də mənimlə
gələsiniz. Əgər razı olsan orada sizin üçün iş və qalmağa
yer təşkil edərəm. Nə deyirsən?
-Ata, razı ol (Lusiya diləndi). Argentinaya qayıtsaq,
yenə də eyni problemlərlə qarşılaşacağıq.
-Sənin ölkən Çinə yaxındır? – Xose soruşdu.
-Baxır xəritənin ölçüsünə.
-Yaxşı, fikirləşərəm.
Pedro qəbiristanlığa tərəf addımladı:
Dördlük sırayla düzülmüş məzar daşlarına baxa-ba-
xa qəbiristanlığın içi ilə ağır-ağır irəliləyirdi. Bələdçinin
köməkliyi ilə Mariyanın qəbrinə yaxınlaşdılar. Qəbrin
yanına çatanda Pedro bayaqdan əlində gəzdirdiyi gülləri
məzarın üstünə qoydu. Xoseylə Lusiya qəbrin yanında diz
üstə oturaraq ağlamağa başladılar.
-Başınız sağ olsun. – Samir astadan dilləndi.
Pedro başını aşağı-yuxarı yelləməklə təşəkkürünü bil-
dirdi.
262
-Siz burada qalın. Mən gedib digər məzarları da ziyarət
edəcəyəm. Çıxışda görüşərik.
Samir onlardan ayrılıb məzarlığı gəzməyə başladı.
Müx təlif ölkələrdən və müxtəlif yaşlarda olan minə ya-
xın insanın bir qəbiristanlıqda dəfn olunduğu bu əra-
zini gəzərkən o, öz-özünə düşünürdü: “Beynəlxalq qəbi-
ristanlıq”. Buranın adını məhz belə qoymaq lazımdır.
Bir xeyli gəzdikdən sonra nəhayət, yorulub geri qayıt-
maq qərarına gəldi. Pedro uşaqlarla birgə onu maşının ya-
nında gözlyirdi. Samirin yaxınlaşdığını görüb dedi:
-Mən sənin təklifini qəbul edirəm.
-Bu ən doğru seçimdir.
-Ancaq həmişəlik yox. Bir az pul qazanıb yenidən və-
tənimə qayıdacağam.
-Sənin istənilən seçiminə hörmətlə yanaşıram.
Samirgili aeroportda Almeyda yola salırdı. Onlar bir –
birinin əlini sıxdıqlarında Samir dedi:
-Bura gəldiyim gündən sizin işinizi artırmışam. Buna
görə məni bağışlayın.
-İspaniyaya gəldiyin gündən çox əziyyət çəkdin. An-
caq Lusiyayla sən olmasaydınız, gələcəkdə “xatirə” qə-
biristanlığının ərazisi daha böyük olacaqdı.
-Bir daha hər şey üçün sizə və qərargahın bütün işçi-
lərinə dərin təşəkkürümü bildirirəm.
-Almeyda cibindən qatlanmış kiçik bir kağız parçası
çıxardaraq Samirə verdi. İstəmirəm buradan yalnız mənfi
xatirələrlə gedəsiniz. Bu kağızda yazılanları təyyarə hava-
ya qalxdıqdan sonra açıb oxuyarsan. Səni Bakı aeroportun-
da mənə verdiyin siyahıdakı insanlar qarşılayacaq:
-Belə yaxşıdır. Adam çox olanda bilmirsən, kiminlə
görüşəsən.
263
Samir təyyarəyə yaxınlaşanda Almeyda arxadan qış-
qırdı:
-Samir, sənə başqa sürprizlərim də var.
-Nə sürprizi?
-Bakıya çatanda bilərsən.
Təyyarə havaya qalxdıqdan yarım saat sonra Samir ka-
ğızı cibindən çıxardaraq açdı: “Lusiyadan oğlun olsa, adını
Almeyda qoyarsan” cümləni oxuyub qurtardıqdan sonra
gülümsünərək Lusiyaya baxdı. Lusiya atasının yanında
oturub başını onun çiyninə söykəyərək fikrə getmişdi.
Bakı. Azərbaycan
Təyyarə Bakıya çatanda hava artıq qaralmışdı. Samir
təyyarədən enib aeroportun binasına girəndə onu ilk əvvəl
Mahmudov qarşıladı. Samir onunla görüşdükdən sonra
Əziz və Akiflə də salamlaşıb onları qonaqlarla tanış etdi:
-Bunlar Argentina vətəndaşlarıdırlar. Bir müddət bi-
zim qonağımız olacaqlar.
-Bizim qonaq qarşılamaqda heç vaxt problemimiz ol-
mayıb. – Mahmudov dedi: -Nə qədər istəsələr, qala bilərlər.
-Çox sağ olun ki, məni qarşılamaq üçün bura qədər
əziyyət çəkmisiniz.
-Nə danışırsan Samir? (Əziz dilləndi) Bizə xoşdur. Şü-
kür ki, sağ-salamat geri döndün.
-Başıma sizə danışılası o qədər əhvalat gəlib ki. İmkan
düşdükcə hamısını danışacağam. İndi isə getsək yaxşıdır.
Əlidən ötrü elə darıxmışam ki.
-Getməyinə mütləq gedəcəyik. Ancaq sən əvvəlcə bu-
rada otur. – deyə, Akif Samirə yanındakı oturacağı göstərdi.
264
Samir heç nə başa düşməsə də, Akifin dediyini etdi. O
oturan kimi Akif başını arxaya çevirib qışqırdı:
-Asif. Burax gəlsin.
Bir neçə saniyə sonra yaxınlıqdakı divarın tinindən
çıxan Əli -Əmi! – deyə qışqıraraq özünü Samirin qucağı-
na atdı. Samir onu bir xeyli öpüb-oxşadıqdan sonra başını
qal dırıb soruşdu:
-Bu sürprizə görə kimə borcluyam?
-Almeydaya. Sən Əli ilə birlikdə evə get. Qonaqları
hara lazımdırsa, mən apararam.
-Onlar bizdə qalacaqlar.
Samir Asiflə də görüşdükdən sonra hamı birlikdə ae-
roportdan çıxıb maşınlara oturdular. Samir, Əli, Lusiya və
Mahmudov eyni maşında əyləşdilər. Bir qədər getdikdən
sonra Samir əlini qabaqda oturmuş Mahmudovun çiyninə
toxunduraraq soruşdu:
-Mərkəzdə vəziyyət necədir?
-Bərbad. Hər kəs çaşqınlıq içindədir. Sənin yoxa çıx-
mağın, Muradın cinayətkar qrupa başçılıq etməsi, “Söyüd
yarpağı” təşkilatı ilə bağlı televizorda verilən xəbərlər
adamları əməlli-başlı vahiməyə salıb. Gün ərzində mərkəzə
yüzlərlə zəng olunur. Bütün əlillər çox narahatdırlar.
-Onları qınamaq olmaz. Bütün ümidləri bizim mərkəz
idi.
Səsinə ruh yüksəkliyi qataraq: -Eybi yox, 10–15 gün-
lə heç nə olmaz. İki gündən sonra biz yenə əvvəlki
qüdrətimizi qaytaracağıq.
-Buna şübhəm yoxdur.
-Sən belə elə. Sabah Əzizlə Akifi də götür, işə başlayın.
İlk öncə mərkəzin bütün işçilərinə xəbər et ki, birisigün
işə çıxsınlar. Jurnalistlərə də məlumat verərsən. Birisigün
265
mərkəzdə mətbuat konfransı keçirdəcəyəm və «Ümid»
mərkəzi yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq.
-Bəs xaricdəki filiallar?
-Birisigün «Ümid» mərkəzinin bütün filiallarına mə-
nim imzamla rəsmi bildiriş göndəriləcək. Qoy onlar da bir
gün sonra işə başlasınlar.
Maşınlar Samirin yaşadığı evə çatanda Əli Samirin qu-
cağında yuxuya getmişdi. Pedro uşağı ondan aldı. Onlar
maşınlardan düşəndə Samir Mahmudova dedi:
-Müəllim buyurun evə, bir stəkan çay için sonra gedər-
siniz.
-Sağ ol. Qalsın gələn dəfəyə. Artıq gecdir, həm də yol
sizi yorub. Yatıb dincəlin.
Samir üzünü sürücüyə tutaraq:
-Sabah 11–də bizdə olarsan. Qonaqlara şəhəri göstərə-
cəyəm.
Mənzilin qapısına çatanda Samir dedi:
-Lusi çantada açarlar olmalıdır, üstündə də gümüşdən
qılınc fiquru var.
-Boynundan asdığın qılınc kimi?
-Hə. Bunun kimi.
Qapını açıb içəri girəndən sonra Samir otaqlardan bi-
rini göstərib dedi:
-Pedro, uşağı o otaqdakı çarpayıya uzat, sonra gəl
evdəki bəzi yerləri sizə göstərim.
Samir onları evlə tanış etdikdən sonra Lusiya soruşdu:
-Yer salmaq üçün içəridəki çarpayının üstünə yığılan
yorğan-döşəklərdən istifadə edə bilərəm?
-Əlbəttə. Pedronun yerini divanda sal, Xoseylə sən yan
otaqda yatacaqsınız, mən isə Əliylə birlikdə öz otağımda.
Lusiya yerləri açandan sonra yorğun olduqlarından
hamısı uzanıb yatdılar.
266
Hadisədən 8 gün sonra
Sumqayıt. Azərbaycan
Samir yuxudan duranda saat on idi. əynini dəyişib
dəhlizə çıxanda mətbəxdə səs eşidib ora getdi. Lusiya sto-
lun üstündə kartof doğrayırdı. Samirin qapıya söykənərək
ona tamaşa etdiyini görüb dedi:
-Buenos dias senyor.
-Sabahın xeyir. Nə hazırlayırsan?
-Əvvəlcə dadlı bir yemək hazırlamaq istədim, sonra
fikirləşdim ki, birdən soyuducudakı ərzaqlar xarab olar.
Yalnız kartofu bişirəcəyəm.
-Özünə əziyyət vermə. Bu gün bütün günü evdə olma-
yacağıq. Yarım saatdan sonra maşın gələcək və biz bütün
günü şəhəri gəzib əylənəcəyik. Həm buranı, həm də pay-
taxtı. Sən ondansa get Pedroynan Xoseni oyat.
-Çay da içmək istəmirsən?
-Mən yalnız bir şey istəyirəm.
Samir bunu deyib Lusiyaya tərəf gedəndə arxadan
Əlinin səsini eşitdi:
-Əmi tualetin işığını yandır, əlim çatmır.
Samir işığı yandırıb otağına getdi. Televizorun arxa-
sında gizlətdiyi qutunu açaraq içindən xeyli pul götürüb
cibinə qoydu. Əlini geyindirib üstünə ətir vurandan sonra
dəhlizə çıxanda Pedroyla Xose artıq hazır idilər. Birlikdə
həyətə düşdülər. Maşın artıq binanın həyətində dayanıb
onları gözləyirdi. Maşına oturanda Samir sürücüyə dedi:
-Sür Bakıya.
-Baş üstə. (Əlindəki kiçik bağlamanı Samirə uzadaraq)
buyurun müəllim. Telefonunuzla kredit kartınızdır. Mah-
mudov verdi. İlk öncə hara getmək istəyirsiniz?
-Əvvəlcə bizi yaxşı bir kafeyə apar.
-Oldu.
267
Bakı
Kafelərin birində yaxşıca yedikdən sonra maşına qayı-
danda üzünü sürücüyə tutub dedi:
-Əvvəl Qız qalasına, oradan da İçərişəhərə gedirik.
Qız qalasından Bakını seyr edərək şəhərin gözəlliyinə
vurulan argentinalılar İçərişəhərin tarixi yerlərini gəzdikcə,
daha da heyrət edirdilər. Muzey və şəhərin digər görməli
yerlərinə baxıb yorulduqlarını hiss etdilər. Dənizkənarı
parkda istirahət etmək qərarına gəldilər. Bir az sahilboyu
gəzib oturacaqlardan birində əyləşərək dondurma yeməyə
başladılar.
-Şəhərinizin təmizliyinə və gözəlliyinə heyran qaldım.
– Pedro dedi.
Lusiya atasının sözünə əlavə olaraq:
-Mən isə bu qədər müasirləşmənin qabağında tarixi
yerlərinizi qoruyub saxlaya bilmənizə vuruldum.
Bir qədər dincəldikdən sonra Samir üzünü onlara tu-
tub:
-İndi isə qayıdırıq Sumqayıta. Oranı da gəzmək pis ol-
maz.
Sumqayıt
Sumqayıta çatanda sürücü Samirin tapşırığyla onları
iri geyim mağazalarından birinə apardı. Alış-veriş zamanı
özlərinə çimərlik paltarları da alıb oradan dəniz kənarına
getdilər. Bir xeyli çimib, günün altında uzandıqda sonra
Əli dedi:
-Əmi mən acmışam.
-Elə mən də acmışam. Hazırlaşın gedək.
268
Dənizkənarı kafelərin birində doyunca yeyib içdikdən
sonra havanın qaraldığını görüb yoldan ərzaq alaraq evə
qayıtdılar. Masanın ətrafında Lusiyanın dəmlədiyi çaydan
içə-içə bu günkü günün təəsuratlarını bölüşülürdü. Xose
ətrafa boylanıb soruşdu:
-Əli haradadır?
-Yatıb. – Samir dedi. – Əməlli-başlı yorulub.
Pedro çaydan bir qurtum alaraq:
-Yorulacaq da. Bütün günü o tərəf-bu tərəfə qaçıb.
-Deyirdi ki, tutuquşuları qəfəsdən çıxart mənimlə yat-
sınlar.
-Təşəkkür edirəm Samir. Bu günü bizim üçün unudul-
maz etdin.
-Elə mənim də belə istirahətə ehtiyacım vardı.
-Sizi bilmirəm, amma mənim yuxum gəlir. – Lusiya
dil ləndi.
Pedro qızı ilə sözləşibmiş kimi:
-Mən də yorulmuşam. Çayımızı içək qurtaraq, sən yer-
ləri sal.
Samir rayonlar barədə danışaraq vaxt olan kimi onları
həmin səfalı yerlərə aparacağına söz verdi. Çaylarını içib
qurtaran kimi Lusiya yerləri açmağa başladı.
Hadisədən 9 gün sonra
Bakı. Azərbaycan
Səhər işə gələndə Akif onu qapıda qarşılayıb görüşdü:
-Buyurun iclas zalına. Mərkəzin bütün işçiləri sizi ora-
da gözləyir.
Samir iclas zalına girən kimi mərkəzin bütün işçiləri
onu ayaq üstə alqışlamağa başladılar. O, jurnalistlərin də
269
artıq zalda olduqlarını görüb tribunaya çıxaraq danışmağa
başladı:
-Salam dostlar. Burada olmadığım 20 gün müddətində
hər birinizin qəlbində və fikrində olduğumu bilirəm. İtkin
düşdüyüm vaxtlarda məndən ötrü necə həyəcan keçirtdi-
yinizi və mənim üçün nə qədər dua etdiyinizi də bilirəm.
Əgər bunları haradan bildiyim sizlər üçün maraqlıdırsa,
cavab çox sadədir. Çünki biz bir ailəyik, çünki mən bu
sevgini və bu duaları hiss edirdim. Məni amansız qatildən
xilas edən də bu dualar idi, vəhşi heyvanlarla dolu
meşədən sağ -salamat çıxardan da sizin və minlərlə əlilin
etdiyi dualar olduç Məni mənə tərəf atılan saysız-hesab-
sız güllələrdən qoruyan da dualarınız idi. Mən bu dualara
görə sizə minnətdaram, mən dualarınızı qəbul etdiyinə
görə tanrıya minnətdaram. Mən sizin mənə qoyduğunuz
hörmətə və bəslədiyiniz sevgiyə görə minnətdaram. O
hörmət ki, mənə hər zaman və hər yerdə özünə inam ya-
radırdı. O sevgi ki, istər əsirlikdə olum, istərsə də vəhşi
təbiətdə mənə geri dönmək üçün stimul verirdi. Bütün
bunlara görə mən sizin qarşınızda baş əyirəm. (İşçilərin
qarşısında baş əydikdən sonra sözünə davam etdi) Bu iyir-
mi gündə mənimlə bərabər, sizlər də əziyyət çəkmisiniz.
Dünyanın müxtəlif yerlərində bu mərkəzə üzv olan və say-
ları minləri keçən əlil insanlar da əziyyət çəkdilər. Bəlkə
də gələcəyini «Ümid» mərkəzində görən yüzlərlə əlil bu
mərkəzin bağlandığını eşidərək ümidsizliyə qapılıblar.
Mən üzümü həmin insanlara tutub deyirəm: -Bundan
belə başınızı dik tutun, bu gündən sonra üzünüzdə yalnız
təbəssüm olsun. Mən üzümü bu mərkəzlə əlaqsəsi olan
və olmayan hər bir kəsə tutub deyirəm: -Bugün gündən
etibarən, «Ümid» mərkəzi öz fəaliyyətini davam etdirir.
(Bir dəqiqədən çox sürən alqışdan sonra sözünə zarafatla
270
davam etdi) Bu qədər məzuniyyət bəs edər, haydı hər kəs
öz işinin başına.
İclas zalından çıxdıqdan sonra birbaşa kabinetinə
gəlib kresloda əyləşdi. Otağa fəxrlə göz gəzdirib düşündü:
“Görəsən, bu mərkəzə görə başıma daha nə gələcək?” Te-
lefonu götürüb katibəsinə dedi:
-Anna, Teymuru yanıma çağır.
Bir neçə dəqiqədən sonra içəri uzunboylu və arıq
bir oğlan girdi. Üzünün arıq olması qulaqlarını böyük
göstərirdi. Samir oturmaq üçün ona yer göstərib dedi:
-Sən bir müddət Muradın köməkçisi olmusan, istəyi-
rəm bu gündən sonra Muradın yerində işləyəsən, yəni
mənim sağ əlim olasan. Bacararsan?
-Bacarmasam belə sizin etimadınızı qazanmaq və Mu-
radı əvəz edə bilmək üçün var qüvvəmlə çalışacağıma söz
verirəm.
-Muradın yerini başqa mənada tutma, bu mənə bəs edir.
İlk işin şöbə rəhbərlərini bura toplamaqdır. Görəcəyəm də
nə bacarırsan.
Şöbə rəhbərləri kabinetə yığışdıqdan sonra Samir on-
larla yarımçıq qalan işlər və gələcək layihələr haqqında
müzakirə aparıb, hamının razılığı ilə Mahmudovu şöbə
müdirlərinin rəhbəri vəzifəsinə seçdi. İclasın sonunda
mətbuat şöbəsinin rəhbərinə dedi:
Sabahdan başlayaraq on gün ərzində bütün qəzet və
televiziyalarda mərkəzin işini davam etdirməsiylə bağlı
sujetlər və elanlar yerləşdirin. Qoy mərkəzə üzv olan və
olmaq isytəyən bütün əngəlli insanların bundan xəbəri ol-
sun. (Üzünü xarici işlər departamentinin rəhbərinə çevi-
rib əlavə etdi) Sən isə rəsmi bildirişi hazırlayıb mənə gətir.
Mən onu imzaladıqdan sonra tez bir zamanda «Ümid»
mərkəzinin bütün filiallarına göndər.
Üzünü kadrlar şöbəsinin müdirinə çevirdi:
271
-Bu gündən etibarən, Teymur mənim müavinim və
köməkçim olacaq. Bunu rəsmi olaraq qeydə alarsan. Sabah
buraya Pedro adlı bir nəfərlə gələcəyəm, onu sürücü kimi
mərkəzdə qeydiyyata sal. Yolları tanıyana qədər mənim
sürücümün yanında köməkçi işləyəcək, sonrasına baxarıq.
Hələlik isə evə gedə bilərsiniz, işimiz 1–2 günə ancaq qay-
dasına düşəcək.
Şöbə müdirləri getdikdən yarım saat sonra Xarici İşlər
Departamentinin rəhbərinin gətirdiyi bildirişləri imzala-
yıb Teymuru yanına çağırdı:
- Sürücüyə denən hazır olsun. On dəqiqəyə çıxıram.
Samir şəhərdəki qızıl mağazalarından birinə gedərək
brilliant qaşlı gözəl bir qadın üzüyü alıb geri qayıtdı. Ka-
binetə girdikdən sonra aldığı üzüyü masanın üstünə qo-
yaraq, ona tamaşa edə-edə bir xeyli fikirləşdikdən sonra
Lusiyaya zəng vurdu:
-Salam əzizim. Evdə vəziyyət necədir?
-Hər şey qaydasındadır. Atamla Xose şahmat oynayır-
lar, Əli isə cizgi filminə baxır.
-Pedroya denən onu işə düzəltdim. Sabahdan sürücü
kimi işə çıxacaq. Özün isə hazırlaş, gedək dəniz kənarında
təmiz hava qəbul edək.
-Bəs evdən necə çıxacağam?
-Deyərsən, Samirlə kitab almağa gedirəm. Azərbay-
canca-İspanca lüğət kitabı.
Samir Lusiyayla sağollaşıb üzüyü götürərək otaqdan
çıxdı.
Sumqayıt. Azərbaycan
Lusiyayla birgə dəniz kənarında maşından düşəndə
sürücüyə dedi:
272
-Buralarda ol. Bir saatdan sonra lazım olacaqsan.
Sahilboyu, qumların üstü ilə bir az gəzdikdən sonra
oturacaqların birində oturub söhbətə başladılar. Samir so-
ruşdu:
-Mənə özün haqqında danış. Keçmişin, Argentinadakı
həyatın, gələcək haqqındakı arzuların, xoşladığın və xoşla-
madığın şeylər.
-Yaxşı danışaram. Ancaq sonra növbə sənindir.
-Oldu. Mən razı.
-Mən paytaxt Buones-Ayresdə doğulmuşam. Uşaqlı-
ğım da orada keçib. Atam həmişə.......
Lusiya özü haqqında məlumatları, keçmişdəki xatirə-
lərini, gələcək xəyallarını, mənfi və müsbət xasiy yətlərini
danışdıqca, sakitcə ona qulaq asan Samir qarşısındakı bu
mehriban, şirindil və gülərüz qızı sanki özü üçün yenidən
kəşf edirdi. Lusiya danışdıqca Samir bütün varlığı ilə ona
diqqət kəsilirdi. Ona elə gəlirdi ki, diqqətini bir anlıq da
olsa dağıtsa, bu qızın həyatından hansısa parçanı birdəfəlik
itirə bilər. O isə bunu istəmirdi. Lusiya ona bütöv lazım idi,
keçmişiylə və gələcəyi ilə.
-Bax belə. İndi sən mənim haqqımda hər şeyi bilirsən.
Növbə sənindir.
-Mən bu şəhərdə doğulmuşam. Uşaqlığımda çox şey
deyə bilmərəm, fiziki vəziyyətimlə əlaqədar olaraq bü-
tün günüm evdə keçdiyindən uşaqlığımla bağlı elə də
çox xatirəm yoxdur. Orta məktəbi evdə bitirmişəm, xüsu-
si məktəbin göndərdiyi müəllimlər mənə evimizdə dərs
deyirdilər. Bir riyaziyyat müəllimim vardı. Həmişə məni...
Samir öz xatirələrindən, ailə üzvlərinin həlak olmasın-
dan, «Ümid» mərkəzini yaratmasından, qurmaq istədiyi
və həmişə xəyalında yaşatdığı basketbol komandasından
və gələcək ailəsinin necə olmasını istəməyindən danışıb
sözünü bitirdi.
273
-Bu qədər.
Bir az ara verərək üzüyü cibindən çıxardıb Lusiyaya
dedi:
-Mənim həyatımda heç vaxt romantika olmayıb, mən
qızlarla necə davranmağı bilmirəm, mən romantik evli-
lik təklifinin necə ediləcəyini də bilmirəm. Bu üzüyü sə-
nə qeyri-adi şəkildə vermək istərdim. Ancaq bunu necə
edəcəyimi bilmədim. – Bir-iki saniyə dayandıqdan sonra:
- Lusi, mənə ərə gələrsən?
Lusiya başını aşağı salıb astadan soruşdu:
- Axı sən məni hələ yaxşı tanımırsan, niyə tələsirsən?
-Bizim bir yerdə olduğumuz müddətdə heç vaxt fikir
ayrılığımız olmayıb, həmişə sözlərimiz də, fikirlərimizdə,
dünya görüşümüz də üst-üstə düşüb. Biz eyni dünyanın
adamlarıyıq Lusi, biz mütləq bir yerdə olmalıyıq.
-Hə.
-Necə?
-Hə. Cavabım hədir.
-Hə?
-Hə!
-Hə?
-Hə, hə, bir daha hə.
Samir sevinc içində Lusiyanı qucaqlayıb dedi:
-Mərkəzdəki işləri yoluna qoyum, Xosenin üzünü gül-
dürəcəyəm.
-Xosenin?
-Hə də, Xosenin. Həmişə demirdi ki, bu qız ərə də get-
mir canımız qurtara?
Hər ikisi bir xeyli güldükdən sonra Lusiya soruşdu:
-Bəs kitab məsələsini nə edək?
-Almışam, maşındadır.
-Bəs üzük?
274
-Onu hələlik gizlət. İşləri yoluna qoyandan sonra ha-
mıya deyərik.
Dənizin təmiz havasını uda-uda bir xeyli söhbət
etdikdən sonra evə qayıtdılar.
Dostları ilə paylaş: |