Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının "15" "aprel" 2015-ci il



Yüklə 106,19 Kb.
Pdf görüntüsü
tarix01.03.2017
ölçüsü106,19 Kb.
#9897

 

            Azərbaycan Turizm və Menecment Universitetinin                                                                                                                                                                                  

Elmi Şurasının  “15” “aprel” 2015-ci il  

tarixli “__4_” saylı protokolu ilə  

təsdiq edilmişdir. 

 

 

 

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 

Azərbaycan Turizm və Menecment Universiteti 

Doktoranturanın yaradılması, qəbul qaydaları, 

doktorantura təhsilinin məzmunu və təşkili haqqında 

 

Ə S A S N A M Ə 

 

1. Ümumi müddəalar 

 

1.1.  Bu  Əsasnamə  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  (bundan  sonra  ATMU) 



doktoranturanın yaradılması, qəbul qaydaları, doktorantura təhsilinin məzmunu və təşkili ilə bağlı 

kompleks məsələlərin həlli məqsədi ilə qəbul edilir.  

 

1.2.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  yüksəkixtisaslı  elmi  və  elmi-pedaqoji 



kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir 

və  doktorantura  təhsilinin  təşkilində  Azərbaycan  Respublikasının  qanunları,  Azərbaycan 

Respublikası  Nazirlər  Kabinetinin  qərar  və  sərəncamları,  “Təhsil  haqqında”  Azərbaycan 

Respublikası  Qanunu,  "Doktoranturaların  yaradılması  və  doktoranturaya  qəbul  Qaydaları"nın 

təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 

129  nömrəli  qərarı,  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya 

Komissiyasının  (AAK)  rəyasət  heyətinin  qərarları,  qüvvədə  olan  digər  müvafiq  qanunvericilik 

aktları və bu Əsasnamə rəhbər tutulur.  

 

1.3.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  doktorantura  təhsili  fəlsəfə  doktoru  və 



elmlər doktoru proqramları üzrə həyata keçirilir.  

 

1.4.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  doktoranturasında  təhsilalma  əyani 



(istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.  

 

1.5. Doktorantura təhsilini həyata keçirən Azərbaycan Turizm və Menecment Universiteti elmi və 



elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.  

 

1.6. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturada təhsili dövlət hesabına və 



ödənişli əsaslarla həyata keçirilir.  

 

1.7.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  fəlsəfə  doktoru  proqramı  üzrə 



doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə hazırlıq müddəti 4 ildir.  

 


Elmlər doktoru proqramı üzrə doktoranturada əyani  təhsil müddəti 4 il, qiyabi  5 il, dissertantlıq 

yolu ilə hazırlıq müddəti 5 ildir.  

Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsil müddəti uzadıla bilər.  

1.8. Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları Azərbaycan Turizm və 

Menecment Universitetinin sifarişi əsasında müvafiq qurumlar tərəfindən təsdiq edilir.  

 

1.9.  Doktoranturada  və  dissertantlıq  yolu  ilə  təhsilini  başa  çatdırmış  məzunlara  Azərbaycan 



Turizm və Menecment Universitetinin müvafiq arayışı və imtahanların verilməsi haqqında vəsiqə 

verilir.  

 

 

 

2. Doktoranturaların yaradılması 

 

2.1.  Doktoranturaların  yaradılması  haqqında  vəsatət  Azərbaycan  Turizm  və  Menecment 



Universitetinin  sifarişi  əsasında  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyi 

tərəfindən  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə  təqdim  olunur,  Azərbaycan  Milli 

Elmlər  Akademiyasının  və  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  rəyləri  əsasında  təsdiq 

edilir.  

 

2.2.  Vəsatətə  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  Elmi  Şurasının  qərarı  əlavə 



olunur.  Qərarda  doktorantura  təhsili  üçün  nəzərdə  tutulan  ixtisasların  siyahısı  və  müvafiq  elmi 

potensialın mövcudluğu göstərilir.  

 

3. Fəlsəfə doktoru hazırlığı üzrə doktorantura 

 

3.1.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  fəlsəfə  doktoru  proqramı  üzrə 



doktoranturasına ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili 

ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları müsabiqə əsasında qəbul olunurlar.  

 

3.2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən 



doktoranturaya qəbul oluna bilməz.  

 

3.3.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  doktoranturaya  qəbul  üçün  aşağıdakı 



sənədlər təqdim edilir:  

 

- ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);  



 

- kadrların şəxsi-qeydiyyat vərəqi;  

 

- tərcümeyi-hal;  



 

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

 

- iş yerindən xasiyyətnamə;  



 

- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;  

 

- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;  



 

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici 

ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin 

tanınması haqqında şəhadətnamə);  

 

- şəxsiyyəti təsdiq edən sənədin surəti.  



 

3.4. Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında 

kütləvi  informasiya  vasitələrində  Azərbaycan  Turizm  və  Menecment  Universiteti  tərəfindən 

müvafiq elan verilir.  

3.5.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  doktoranturaya  qəbul  Azərbaycan 

Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.  

 

3.6. Sənədlərin qəbulu üçün Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun (və ya 



elmi  işlər üzrə prorektorun) sədrliyi  ilə qəbul  komissiyası  yaradılır. Qəbul  komissiyası  fakültə, 

kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq da 

doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunur.  

 

3.7.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  doktoranturasına  qəbul  olmaq  istəyən 



şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.  

 

3.8. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul olmaq istəyən şəxslə 



nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya 

imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi 

rəhbər təklif edilir.  

 

3.9. Azərbaycan Turizm və Menecment Universitetinin doktoranturaya qəbul komissiyası nəzərdə 



tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında 

qərar  qəbul  edir  və  bu  barədə  bir  həftədən  gec  olmayaraq  iddiaçıya  bildiriş  göndərir.  Bildiriş 

Azərbaycan Turizm və Menecment Universitetinin  doktoranturaya qəbul komissiyasının sədri (və 

yaxud səlahiyyətli digər rəhbər şəxs) tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət 

almaq hüququ verir.  

 

3.10. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul olmaq istəyənlər 



ixtisas  fənnindən,  xarici  dildən  (rus  dili  istisna  olmaqla,  seçim  sərbəst  və  ya  ixtisasa  uyğun 

olmalıdır)  və  fəlsəfədən  ali  təhsil  pilləsinin  magistratura  səviyyəsi  üçün  qüvvədə  olan  tədris 

proqramları həcmində qəbul imtahanları verirlər.  

 

3.11.  Qəbul  imtahanlarını  keçirmək  məqsədi  ilə  Azərbaycan  Turizm  və  Menecment 



Universitetində müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.  

 

3.12.  İxtisas  fənnindən  qəbul  imtahanını  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin 



rektoru  tərəfindən  yaradılan  komissiya  həyata  keçirir.  Komissiyanın  tərkibində  müvafiq  ixtisas 

üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın 

üzvü ola bilərlər. Komissiyanın sədri Azərbaycan Turizm və Menecment Universitetinin rektoru 

və  ya  elmi  işlər  üzrə  prorektoru  təyin  edilir.  Müstəsna  hallarda,  bəzi  ixtisaslar  üzrə  elmlər 

doktorları  və  professorlar  olmadıqda,  komissiyanın  tərkibinə  fəlsəfə  doktorları  (elmlər 

namizədləri), dosentlər, xarici dil üzrə isə elmi (alimlik) dərəcəsi olmayan təcrübəli mütəxəssislər 

daxil edilə bilər.  

 

3.13.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  doktoranturaya  qəbul  zamanı  bərabər 



ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və ixtisas üzrə daha 

çox çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.  



 

3.14.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  yaradılmış  qəbul  komissiyası 

imtahanların nəticələri əsasında müvafiq qərar qəbul edir.  

 

3.15. Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurası doktorantların dissertasiya 



mövzularını  və  elmi  rəhbərlərini  onların  qəbul  komissiyaları  tərəfindən  doktoranturaya  qəbul 

olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.  

 

3.16.  Elmi  rəhbər  və  dissertasiya  mövzusu  təsdiq  olunduqdan  sonra  doktorant  ixtisasına, 



dissertasiya mövzusuna, tədqiqat və ya maraq sahəsinə və s. uyğun olaraq doktoranturada təhsil 

üzrə  Azərbaycan  Turizm  və  Menecment  Universiteti  tərəfindən  qəbul  edilmiş  tədris  planında 

nəzərdə tutulmuş siyahıdan elmi rəhbərinin razılıq və tövsiyyəsi də nəzərə alınmaqla ümumilikdə 

altı ixtisas fənni seçir.  

 

3.17.  Doktorantın  tədris  planında  hər  bir  fənn  üzrə  yekun  qiymətləndirmənin  nəticəsi  müsbət 



olduqda o fənn üzrə müvafiq kredit toplanmış hesab olunur. Hər hansı bir semestr üzrə əvvəlcədən 

seçilmiş fəndən müvafiq kredit toplanmadıqda növbəti semestr (və ya növbəti tədris ilinin müvafiq 

semestri)  o  fənn  təkrar  seçilir.  Sözü  gedən  fənnin  dəyişdirilərək  başqa  bir  fənlə  əvəz  edilməsi 

barədə  doktorantın  müvafiq  kafedraya  yazılı  müraciətinə  kafedranın  iclasında  baxılır  və  iclasın 

qərarı  müsbət  olduqda  məsələ  Fakültə  Elmi  Şurasının  (və  ya  Tədris-Metodik  Şuranın)  yekun 

qərarına əsasən öz həllini tapır.  

 

3.18.  Doktoranturaya  qəbul  təsdiq  edilmiş  plan  əsasında  Azərbaycan  Turizm  və  Menecment 



Universitetinin nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.  

 

3.19. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul haqqında qərarın 



(əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında 

olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.  

 

3.20. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası Azərbaycan 



Turizm və Menecment Universitetinə təqdim edilir.  

 

3.21. Azərbaycan Turizm və Menecment Universitetində doktoranturaya qəbul haqqında qərarda 



(əmrdə) doktorantın dissertasiyasının mövzusu, təhsil müddəti və rəhbəri (rəhbərləri) göstərilir və 

onlara bu haqda məlumat verilir. Bir qayda olaraq, doktorantın elmi rəhbəri elmlər doktoru və ya 

professor olur.  

 

3.22. Müstəsna hallarda, Azərbaycan Turizm və Menecment Universitetinin Elmi Şurasının qərarı 



əsasında müvafiq ixtisasa malik fəlsəfə doktorları (elmlər nanizədi) da doktorantlara elmi rəhbərlik 

işinə cəlb oluna bilərlər.  

 

3.23. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi 



rəhbər,  yaxud  rəhbər  və  məsləhətçi  təyin  oluna  bilər.  Onlardan  biri  fəlsəfə  doktoru  (elmlər 

namizədi) ola bilər.  

 

3.24.  Elmi  rəhbər  doktoranta  elmi  iş  üzrə  məsləhətlər  verir,  doktorantın  təsdiq  edilmiş  fərdi  iş 



planına  (tədris  proqramına)  uyğun  fəaliyyətinə  rəhbərlik  edir  və  dissertasiya  işinin  müəyyən 

olunmuş vaxtda keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir.  

 

3.25.  Bir  elmi  rəhbərə  təhkim  olunan  doktorantların  sayı  beş  nəfərdən  artıq  olmamaq  şərtilə, 



Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  Elmi  Şurası  tərəfindən  müəyyən  olunur  və 

ATMU-nun nizamnaməsinə uyğun olaraq rəsmiləşdirilir.  



 

3.26. Hər bir doktoranta görə elmi rəhbərə qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan 

Turizm və Menecment Universiteti tərəfindən əməkhaqqı ödənilir.  

 

3.27.  Doktoranturada  təhsil  müddətində  doktorant  Azərbaycan  Turizm  və  Menecment 



Universitetinin Elmi Şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.  

 

3.28.  Doktorantların  Azərbaycan  Turizm  və  Menecment  Universitetindən  başqasına,  həmçinin 



əyani təhsildən qiyabiyə və əksinə keçirilməsi ATMU-nun Elmi Şurasının qərarı ilə ATMU-nun 

nizamnaməsinə uyğun olaraq həyata keçirilir.  

 

3.29. Azərbaycan Turizm və Menecment Universitetində doktorant təhsil müddətində:  



 

- peşə biliklərinə dərindən yiyələnməli;  

 

- müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;  



 

- elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;  

 

- fərdi iş planını tam yerinə yetirməli;  



 

- ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan 

və xarici dildən doktorluq imtahanlarını verməli;  

 

- elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;  



 

- elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;  

 

- elmi tədqiqat işini bitirməlidir.  



 

3.30. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə hər yarımilin sonunda müvafiq ixtisas 

kafedrasının iclasında hesabat verir.  

 

3.31. Doktorantın hesabatının bir nüxsəsi kafedranın iclasının protokolundan çıxarış ilə bir yerdə 



iki iş günündən gec olmayaraq Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura 

şöbəsinə (və ya bu funksiyanı həyata keçirən müvafiq struktura) təqdim edilməlidir.  

 

3.32. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün Azərbaycan Turizm və 



Menecment  Universitetinin  elmi  işçiləri  ilə  bərabər  kitabxanadan,  laboratoriyadan,  mövcud 

avadanlıqlardan  istifadə  etmək,  ezamiyyətlərə,  o  cümlədən,  xarici  ölkələrə  getmək, 

ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.  

 

 



3.33. Doktorantlar ildə bir dəfədən az olmamaq şərtilə, hər ilinin sonunda Azərbaycan Turizm və 

Menecment  Universiteti  tərəfindən  qəbul  edilmiş  qaydalara  və  bu  Əsasnaməyə  uyğun  olaraq, 

attestasiyadan  keçməlidirlər.  Doktorantın  növbəti  tədris  ilində  təhsilini  davam  etdirməsi 

attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.  

 

3.34. Azərbaycan Turizm  və Menecment  Universitetinin  Elmi Şurasında hər  yarımilin sonunda 



doktorantların elmi rəhbərlərinin hesabatları dinlənilir, doktorantın elmi rəhbərinin hesabatının bir 

nüxsəsi  elmi  şuranın  protokolundan  çıxarış  ilə  bir  yerdə  beş  iş  günündən  gec  olmayaraq 



Azərbaycan  Turizm  İnstitutunun  Doktorantura  şöbəsinə  (və  ya  bu  funksiyanı  həyata  keçirən 

müvafiq struktura) təqdim edilməlidir.  

 

3.35. Doktoranturada fərdi  iş  planını  müvəffəqiyyətlə  yerinə  yetirən, doktoranturada təhsil üzrə 



Azərbaycan  Turizm  və  Menecment  Universiteti  tərəfindən  qəbul  edilmiş  tədris  planına  uyğun 

olaraq tələb olunan bütün fənlərdən zəruri krediti toplayan və elmi tədqiqat işini bitirən şəxslərə 

dissertasiyasının kafedrada ilikin müdafiəsinə izacə verilir.  

 

3.36. Dissertasiyanın kafedrada ilkin müdafiəsini müfəffəqiyyətlə başa vuran doktorantın AAK-



nın  müəyyən  etdiyi  qaydalara  uyğun  olaraq  “Fəlsəfə  doktoru”  elmi  dərəcəsi  almaq  üçün 

dissertasiya işinin müdafiəsinə buraxılır.  

 

3.37.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  rəhbərlərliyi  doktorantlara  fərdi  iş 



planında  nəzərdə  tutulan  elmi  tədqiqatların  yerinə  yetirilməsində,  zəruri  avadanlığın,  həmçinin 

elmi  tədqiqat  işinin  mövzusu  ilə  bağlı  materialların  əldə  edilməsində  daxili  imkanları  hesabına 

yardım göstərir.  

 

3.38. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə 



təqaüd  ödənilir  və  hər  il  məzuniyyət  verilir.  Fərdi  iş  planını  müvəffəqiyyətlə  yerinə  yetirən 

doktorantlara  müxtəlif  adlı  təqaüdlər  və  ya  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin 

daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.  

 

3.39. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə Azərbaycan Turizm və Menecment 



Universitetində 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.  

 

4. Elmlər doktoru hazırlığı üzrə doktorantura 

 

4.1.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  elmlər  doktoru  proqramı  üzrə 



doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental və tətbiqi 

tədqiqatları  yüksək  səviyyədə  aparmağa  qadir  və  “Fəlsəfə  doktoru”  (elmlər  namizədi)  elmi 

(alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.  

 

4.2.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  elmlər  doktoru  proqramı  üzrə 



doktoranturaya qəbul  üçün aşağıdakı sənədlər təqdim edilir:  

 

- ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);  



 

- kadrların şəxsi-qeydiyyat vərəqi;  

 

- tərcümeyi-hal;  



 

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  

 

- iş yerindən xasiyyətnamə;  



 

- əmək kitabçasından çıxarış;  

 

- çap olunmuş elmi işlərin siyahısı;  



 

- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada 

təsdiq edilmiş surəti;  

 


- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici 

ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin 

tanınması haqqında şəhadətnamə);  

 

- şəxsiyyəti təsdiq edən sənədin surəti.  



 

4.3.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  elmlər  doktoru  proqramı  üzrə 

doktoranturaya qəbul olunmaq istəyən şəxslər:  

 

- Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və ya bu funksiyanı 



həyata keçirən müvafiq strukturun) müvafiq kafedraya təqdimatı (təqdimata bu əsasnamənin 4.2-

ci maddəsində göstərilən sənədlər əlavə edilir) əsasında kafedranın iclasında iddiaçının ərizəsinə 

baxılır;  

 

- kafedranın iclası Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və 



ya bu funksiyanı həyata keçirən müvafiq strukturun) rəhbərinin (və ya məsul şəxsin) iştirakı ilə 

təşkil edilir;  

 

-  iddiaçının  elmlər  doktoru  proqramı  üzrə  müvafiq  ixtisasa  doktorant  qəbul  olunması 



məqsədəmüvafiq hesab olunduqda kafedra müdiri tərəfindən ATMU-nun Doktorantura şöbəsinə 

(və  ya  bu  funksiyanı  həyata  keçirən  müvafiq  struktura)  təqdimat  yazılır.  Təqdimata,  4.2-ci 

maddədə göstərilən sənədlər və kafedra iclasının protokolundan çıxartış əlavə olunur;  

 

- tədris ili ərzində edilən müraciətlər doktorantura şöbəsi tərəfindən ümumiləşdirilir və tədris ilinin 



sonunda (və  ya tələb olunan vaxtda) doktoranturaya illik qəbul və dissertantların təhkimolunma 

plan  yerlərinin  sifariş  edilə  bilməsi  üçün  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin 

rektoruna məlumat verilir.  

 

4.4. Doktoranturaya nəzərdə tutulan ixtisaslar üzrə illik qəbul və plan yerləri müvafiq qurumlar 



tərəfindən  təsdiq  olunduqdan  sonra  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  müəyyən 

etdiyi vaxtda ATMU-nun doktorantura şöbəsi iddiaçıların sənədlərini ATMU-nun doktoranturaya 

qəbul komissiyasına təqdim edir.  

 

4.5. ATMU-nun doktoranturaya qəbul komissiyası elmlər doktoru proqramı üzrə doktoranturaya 



qəbul olunmaq istəyən iddiaçıların sənədləri ilə tanış olduqdan sonra iddiaçılarla müsahibə keçirir 

və müsbət qərar qəbul etdiyi təqdirdə bu qərarını yazılı surətdə Azərbaycan Turizm və Menecment 

Universitetinin  Elmi Şurasına təqdim edir.  

 

4.6.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  Elmi  Şurası  “Elmlər  doktoru”  elmi 



dərəcəsinə  iddiaçı  haqqında  qəbul  komissiyasının  təqdimatı  əsasında  doktoranturaya  qəbul, 

dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul 

edir.  Həmin  qərar  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin    nizamnaməsinə  uyğun 

olaraq rəsmiləşdirilir.  

 

4.7. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.  



 

4.8.  Zəruri  hallarda  doktorantlar  aparıcı  elmi  mərkəzlərə  (o  cümlədən,  xaricdə  yerləşən)  ezam 

oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.  

 

4.9.  Doktorantlar  hər  ilin  sonunda  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  Elmi 



Şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun 

doktoranturada  təhsilini  davam  etdirməsi  barədə  qərar  qəbul  olunur.  Doktorantın  təqdim  etdiyi 



hesabatın bir nüxsəsi şuranın protokolundan çıxarış ilə bir yerdə beş iş günündən gec olmayaraq 

Azərbaycan Turizm  və  Menecment Universitetinin  Doktorantura şöbəsinə  (və  ya bu funksiyanı 

həyata keçirən müvafiq struktura) təqdim edilməlidir.  

 

 



4.10.  Doktorant  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  təhsil  müddəti  ərzində 

dissertasiya  işini  başa  çatdırmalı,  aprobasiyasını  keçirməli  və  müəyyən  olunmuş  qaydada  onu 

müdafiəyə təqdim etməlidir.  

 

4.11.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  dövlət  hesabına  əyani  təhsil  alan 



doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət 

verilir.  

 

4.12.  Elmlər  doktoru  proqramı  üzrə  doktoranturada  əyani  təhsil  alan  doktorantlar  Azərbaycan 



Turizm və Menecment Universitetində müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.  

 

5. Doktoranturada elmi və  



elmi-pedaqoji kadrların məqsədli hazırlığı 

 

5.1. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı ali təhsil 



müəssisələri, elmi və digər təşkilatların təqdimatı ilə onların tabe olduqları müvafiq qurumların 

sifarişləri əsasında həyata keçirilir.  

 

5.2. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı ali təhsil 



müəssisələrinin  və  elmi  təşkilatların  doktoranturaya  ümumi  qəbul  qaydalarına  müvafiq  həyata 

keçirilir. Məqsədli yerlər doktoranturaya qəbul planında əks olunur.  

 

5.3. Azərbaycan Turizm və  Menecment  Universitetində “Fəlsəfə  doktoru” və “Elmlər doktoru” 



elmi  dərəcələri  üzrə  doktoranturada  təhsil  alan  şəxslərin  hüquq  və  vəzifələri  doktoranturada 

yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığına da şamil edilir.  

 

5.4. Doktoranturada yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların məqsədli hazırlığı prosesində 



təhsil alan şəxslərin əyani təhsildən qiyabi təhsilə və ya əksinə keçirilməsi yalnız onları göndərən 

təşkilatın razılığı  əsasında və  bu  əsasnamənin  3.28-ci  bəndində  nəzərdə  tutulan qaydada həyata 

keçirilə bilər.  

 

6. Dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi və  



elmi-pedaqoji kadrların hazırlanması 

 

6.1. Azərbaycan Turizm və Menecment Universitetində dissertantlıq yolu ilə yüksəkixtisaslı elmi 



və  elmi-pedaqoji  kadrların  hazırlanması  ali  təhsil  müəssisələrində,  elmi  və  digər  təşkilatlarda 

çalışan  mütəxəssislərin  istehsalatdan  ayrılmamaqla,  elmi  dərəcənin  alınması  üçün  təhkim 

olunmaqla, dissertasiya işinin yerinə yetirilməsini təmin edir.  

 

6.2. Azərbaycan Turizm və Menecment  Universitetində dissertantlıq  yolu  ilə  “Fəlsəfə doktoru” 



elmi dərəcəsi almaq hüququna:  

 

- ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan);  



 

- ali təhsil müəssisələrinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları;  

 


-  müvafiq  tədqiqat  sahəsində  müəyyən  müvəffəqiyyətləri  olan  və  seçilmiş  ixtisasa  uyğun  elmi 

araşdırmalar aparan;  

 

-  seçilmiş  ixtisas  üzrə  çap  olunmuş  elmi  işləri  (AAK  müəyyən  etdiyi  kriteriyalara  uyğun)  olan 



şəxslər malikdirlər.  

 

6.3. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənədlər təqdim edilir:  



 

- ərizə (Azərbaycan Turizm və Menecment Universitetinin rektorunun adına);  

 

- kadrların şəxsi-qeydiyyat vərəqi;  



 

- tərcümeyi-hal;  

 

- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);  



 

- iş yerindən xasiyyətnamə;  

 

- əmək kitabçasından çıxarış;  



 

-  seçilmiş  ixtisas  üzrə  çap  olunmuş  elmi  işlərin  siyahısı  və  ya  elmi  tədqiqat  işinin  (yazılması 

nəzərdə tutulmuş dissertasiyanın) mövzusu üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);  

 

- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici 



ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin 

tanınması haqqında şəhadətnamə);  

 

-  “Elmlər  doktoru”  elmi  dərəcəsi  iddiaçısı  üçün  fəlsəfə  doktoru  (elmlər  namizədi)  diplomunun 



müvafiq qaydada təsdiq edilmiş surəti;  

 

- çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);  



 

- şəxsiyyəti təsdiq edən sənədin surəti.  

 

6.4.  “Elmlər  doktoru”  elmi  dərəcəsinin  dissertantlıq  yolu  ilə  alınması  üçün  “Fəlsəfə  doktoru” 



(elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir.  

 

6.5. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə Azərbaycan Turizm 



və Menecment Universitetində təkrar dissertant olmaq hüququna malik deyillər.  

 

6.6.  Doktoranturada  tam  təhsil  müddətini  başa  vurmuş  şəxslər  eyni  ixtisas  üzrə  Azərbaycan 



Turizm və Menecment Universitetində dissertantlıq yolu ilə təhsil almaq hüququna malik deyillər.  

 

6.7.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinə  dissertant  kimi  təhkim  olunmaq  istəyən 



şəxslər:  

 

- bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar;  



 

-  dissertant  təhkim  olunmaq  istəyən  şəxs  bu  əsasnamənin  6.3-cü  maddəsində  tələb  olunan 

sənədlərlə Azərbaycan Turizm və Menecment Universitetinin rektoruna ərizə ilə müraciət edir;  

 


-  ATMU-nun  Doktorantura  şöbəsinin  (və  ya  bu  funksiyanı  həyata  keçirən  müvafiq  strukturun) 

müvafiq kafedraya təqdimatı (təqdimata bu əsasnamənin 6.3-cü maddəsində göstərilən sənədlər 

əlavə edilir) əsasında kafedranın iclasında iddiaçının ərizəsinə baxılır;  

 

- kafedranın iclası Azərbaycan Turizm və Menecment Universitetinin Doktorantura şöbəsinin (və 



ya bu funksiyanı həyata keçirən müvafiq strukturun) rəhbərinin (və ya məsul şəxsin) iştirakı ilə 

təşkil edilir;  

 

- iddiaçının müvafiq kafedra üzrə dissertant təhkim olunması məqsədəmüvafiq hesab olunduqda 



kafedra müdiri tərəfindən ATMU-nun Doktorantura şöbəsinə (və ya bu funksiyanı həyata keçirən 

müvafiq  struktura) təqdimat  yazılır. Təqdimata, 6.3-cü maddədə  göstərilən sənədlər və kafedra 

iclasının protokolundan çıxartış əlavə olunur.  

 

-  Tədris  ili  ərzində  edilən  müraciətlər  doktorantura  şöbəsi  tərəfindən  ümumiləşdirilir  və  tədris 



ilinin  sonunda  (və  ya  tələb  olunan  vaxtda)  doktoranturaya  illik  qəbul  və  dissertantların 

təhkimolunma  plan  yerlərinin  sifariş  edilə  bilməsi  üçün  Azərbaycan  Turizm  və  Menecment 

Universitetinin  rektoruna məlumat verilir.  

 

6.8.  Doktoranturaya  nəzərdə  tutulan  ixtisaslar  üzrə  illik  qəbul  və  dissertantların  təhkimolunma 



plan  yerləri  müvafiq  qurumlar  tərəfindən  təsdiq  olunduqdan  sonra  Azərbaycan  Respublikasının 

Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  vaxtda  ATMU-nun  doktorantura  şöbəsi  iddiaçıların 

sənədlərini ATMU-nun doktoranturaya qəbul komissiyasına təqdim edir.  

 

6.9. ATMU-nun doktoranturaya qəbul komissiyası dissertant təhkim olunmaq istəyən iddiaçıların 



sənədləri  ilə  tanış  olduqdan  sonra  iddiaçılarla  müsahibə  keçirir  və  müsbət  qərar  qəbul  etdiyi 

təqdirdə  bu  qərarını  yazılı  surətdə  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  Elmi 

Şurasına təqdim edir.  

 

6.10.  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  Elmi  Şurası  qəbul  komissiyasının 



təqdimatı  əsasında  iddiaçının  müvafiq  kafedraya  dissertant  təhkim  olunması,  onun  dissertasiya 

mövzusu,  fərdi  iş  planı və  elmi  rəhbəri  (məsləhətçisi)  haqqında  qərar  qəbul  edir.  Elmi  şuranın 

qərarı  əsasında  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  rektoru  iddiaçının  təhkim 

olunması haqqında əmr verir.  

 

6.11. Azərbaycan Turizm və Menecment Universitetində “Fəlsəfə doktoru” və “Elmlər doktoru” 



elmi dərəcəsi üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə 

təhsil alan şəxslərə (doktorantlara) də şamil edilir.  

 

6.12.  “Fəlsəfə  doktoru”  elmi  dərəcəsi  üzrə  dissertantlıq  yolu  ilə  təhsil  alan  şəxslər  müəyyən 



olunmuş  qaydada  ixtisas  fənnindən,  fəlsəfə,  informatika  və  xarici  dildən,  həmçinin  ixtisas 

uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər.  

 

6.13.  Dissertantlıq  yolu  ilə  təhsil  alan  hər  bir  şəxsin  elmi  rəhbərlərinə  və  məsləhətçilərinə 



qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  Azərbaycan  Turizm  və  Menecment  Universiteti 

tərəfindən əməkhaqqı ödənilir.  

 

6.14. Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları 



üzrə dissertant təhkim olunmuş şəxslərə elmi şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə 

müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.  

 

 

 


7. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 

doktoranturada və dissertantlıq yolu ilə təhsil almaq hüququ 

 

7.1.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Turizm  və  Menecment 



Universitetində  doktoranturada  və  dissertantlıq  yolu  ilə  təhsili  Azərbaycan  Respublikasının 

tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  uyğun  olaraq  hüquqi  və  fiziki  şəxslərin  birbaşa 

bağladıqları müqavilələr əsasında həyata keçirilir.  

 

7.2.  Azərbaycan  Turizm  və  Menecment  Universitetində  əcnəbilərin  və  vətəndaşlığı  olmayan 



şəxslərin doktoranturada və dissertantlıq yolu ilə təhsili ödənişli əsaslarla aparılır. İllik təhsil haqqı 

təhsilin  xüsusiyyətlərinə  uyğun  olaraq  ATMU-nun  təqdimatı  əsasında  tabe  olduğu  qurumlar 

tərəfindən təsdiq edilir. Müstəsna hallarda ali təhsil müəssisələri və elmi təşkilatlar tabe olduqları 

qurumların razılığı əsasında ödənişsiz qəbul həyata keçirə bilərlər.  

 

7.3.  Xarici  dövlətlərdə  təhsil  almış  əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  üçün  ali  təhsil 



haqqında  diplomun  notarial  qaydada  təsdiq  edilmiş  surəti  və  diplomun  tanınması  haqqında 

şəhadətnamə  Azərbaycan  Turizm  və  Menecment  Universitetinin  doktoranturaya  qəbul 

komissiyasına təqdim edilməlidir.  

 

7.4. Azərbaycan Turizm və Menecment Universitetində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 



fəlsəfə doktoru üzrə doktoranturada və dissertantlıq yolu ilə təhsil müddətində “Azərbaycan dili” 

fənnindən əlavə doktorluq imtahanı verirlər.  

 

7.5.  Əcnəbilərin  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Turizm  və  Menecment 



Universitetində  doktoranturaya  qəbulu  və  dissertant  təhkim  olunması,  qüvvədə  olan 

qanunvericiliyə və bu əsasnaməyə uyğun olaraq həyata keçirilir.  



 

Yüklə 106,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin