Qaz təchizatı sektorunun inkişafı Maddə 26. Qaz təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı və maliyy ələşdirilməsi 26.1. Qaz t
əchizatı sektorunun davamlı təkmilləşdirilməsi məqsədi ilə bu
sektorun
inkişafı üzrə dövlət proqramları qəbul edilir.
26.2. Qaz t
əchizatı sektorunun inkişafı üzrə dövlət proqramlarının layihələri
qanunvericilikl
ə qadağan olunmayan mənbələr hesabına maliyyələşdirilir. Qaz
t
əchizatı sektorunun inkişafı proqramı layihələrinin “Ətraf mühitə təsirin
qiym
ətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada strateji ekoloji qiymətləndirilməsi aparılır.
Maddə 27. Qaz t əchizatı obyektl ərinin layih ələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması 27.1. Qaz t
əchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və
yenid
ən qurulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə,
şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ
hüquqi aktlara uyğun olaraq həyata keçirilir.
27.2. Sistem
əhəmiyyətli qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi,
genişləndirilməsi və yenidən qurulması üçün torpaq sahələri Azərbaycan
Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq ayrılır.
27.3. Qaz t
əchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və
yenid
ən qurulması həyata keçirilərkən bu Qanunun, Azərbaycan Respublikasının
“Texniki təhlükəsizlik haqqında” qanununun, eləcə də texniki təhlükəsizliyə aid digər
normativ
hüquqi aktların tələblərinə əməl olunmalıdır.
27.4.
Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və
daha çox olan boru k
əmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin
qiym
ətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən
olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi hazırlanmalı və həmin
s
ənədin dövlət ekoloji ekspertizası keçirilməlidir.
VI fəsil