Qaz t əchizatı haqqında azərbaycan respublikasinin qanunu


Qaz təchizatı obyektlərinin təhlükəsizliyi, mühafizəsi, mühafizə zonaları və



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix21.04.2023
ölçüsü0,92 Mb.
#101341
1   ...   9   10   11   12   13   14   15   16   17
Qaz təchizatı haqqında qanunun yeni layihəsi

Qaz təchizatı obyektlərinin təhlükəsizliyi, mühafizəsi, mühafizə zonaları və 
tədbirləri 
Maddə 28. Qaz təchizatı sektorunda təhlükəsizlik
 


22 
28.1. Qaz t
əchizatı obyektlərinin tikintisi, quraşdırılması, yenidən qurulması, 
istismarı və işçi vəziyyətdə saxlanması texniki reqlament və təhlükəsizlik qaydalarının
t
ələblərinə cavab verməlidir. Qaz təchizatı sektorunda həyata keçirilən təhlükəsizlik 
t
ədbirləri insanların həyat və sağlamlığının qorunmasını, eləcə də ətraf mühitin 
t
əhlükəsizliyini təmin etməlidir.
28.2. Qaz t
əchizatı obyekti qazın atmosferə buraxılmamasını, onun təzyiqinin, 
temperaturunun, t
ərkibinin və digər göstəricilərinin texniki normativ hüquqi aktlara və 
t
ənzimləyicinin normativ xarakterli aktlarına uyğunluğunu təmin etməli, kənar təhlükəli 
t
əsirlərdən mühafizə olunmalıdır. 
28.3. Qaz t
əchizatı sistemində hər hansı həqiqi və potensial təhlükə yaranarsa 
qaz t
əchizatı subyektləri dərhal tənzimləyiciyə, müvafiq icra hakimiyyəti orqanının 

əyyən etdiyi orqana (quruma) və aidiyyəti sistem operatoruna məlumat verməlidir. 
Qaz
ın nəqli şəbəkəsində qəza hallarının qarşısının alınması və nəticələrinin aradan 
qaldırılması qaz nəqli sistemi operatoru tərəfindən, qazpaylayıcı şəbəkədə qəza 
hallarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması isə tənzimləyici cəlb 
edilm
əklə qazpaylayıcı sistem operatoru tərəfindən həyata keçirilir.
28.4. 
İstehlakçıların qaz qurğularına və boru kəmərlərinə müayinə və texniki 
xidm
ət göstərilməsi şərtləri Qaz Şəbəkəsi Məcəlləsi ilə müəyyən olunur.
28.5. Qaz t
əchizatı sistemlərinin təhlükə potensiallı obyektlərində “Texniki 
t
əhlükəsizlik haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların 
t
ənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan 
Respublikasının Qanunlarında nəzərdə tutulmuş hallarda və qaydada yoxlamalar 
keçirilir. 
28.6. 
İstehlakçılar qaz qurğularının və boru kəmərlərinin təhlükəli vəziyyətdə 
istismar edilm
əsinə, texniki reqlamentlərin tələblərinə uyğun gəlməyən qaz 
qurğularının quraşdırılmasına, qaz qurğularının təhlükəsiz istismarına maneə törədən 
müdaxil
əyə görə məsuliyyət daşıyırlar. Qapalı məkanlarda (o cümlədən, yaşayış 
evl
ərində) quraşdırılan qaz qurğularının istehlakçıları həmin məkanlarda qaz sızmasını 
v
ə dəm qazını təsbit edən cihaz (detektor) quraşdırmalı və onu işlək vəziyyətdə 
saxlamalıdırlar.
28.7. S
ənaye qurğularının və proseslərinin, istehlakçı qurğularının, enerji 
daşıyıcılarının və məhsullarının sertifikatlaşdırılması “Uyğunluğun qiymətləndirilməsi 
sah
əsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 
olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən 
aparılır. 
28.8. Qaz t
əchizatı subyektləri qaz təchizatı sistemlərinin təhlükəli istismarına, 
işlək vəziyyətdə saxlanılmamasına, mühafizə zonalarının qorunmasında hərəkətsizliyə 
v
ə texniki reqlamentlərin tələblərinə əməl etməməyə görə məsuliyyət daşıyırlar. 
Maddə 29. Qaz təchizatı obyektlərinin mühafizəsi, mühafizə zonası və 

Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin