Qaz
bazarının təşkili və fəaliyyəti
Maddə 18. Qaz bazarının subyektləri
18.1. Q
az bazarının subyektləri aşağıdakılardır:
18.1.1. qaz n
əqli sistemi operatoru;
18.1.2.
qazpaylayıcı sistem operatoru;
18.1.3. qaz
ın saxlanması sistemi operatoru;
18.1.4.
qaz bazarı operatoru;
18.1.5. qaz
satıcıları;
18.1.6.
istehlakçılar.
18.2. Topdansatış qaz bazarının subyektlərinə bu Qanunun 18.1.1-18.1.5-ci
madd
ələrində nəzərdə tutulan subyektlər və sərbəst istehlakçılar aiddir.
18.3. T
opdansatış qaz bazarının subyektləri Azərbaycan Respublikasının
ikit
ərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional qaz bazarlarında
iştirak etmək hüququna malikdirlər.
Maddə 19. Topdansatış qaz bazarı
19.1. Topdans
atış qaz bazarı alətlərinin alqı-satqısı topdansatış qaz bazarında
h
əyata keçirilir. Topdansatış qaz bazarı aşağıdakılardan ibarətdir:
19.1.1. m
ərkəzləşdirilmiş qaz bazarı;
19.1.2. ikit
ərəfli müqavilələr bazarı.
19.2.
Topdansatış qaz bazarı alətlərinə satışın həyata keçirildiyi yerdən və
qaydasından asılı olmayaraq aşağıdakı müqavilələr və törəmə maliyyə alətləri aiddir:
19.2.1.
qazın alqı-satqısı haqqında müqavilələr;
17
19.2.2. baza aktivini Az
ərbaycan Respublikasında satın alınan, habelə
Az
ərbaycan Respublikasına idxal olunan qaz təşkil edən törəmə maliyyə alətləri;
19.2.3.
qazın nəqli haqqında müqavilələr;
19.2.4. baza aktivini Az
ərbaycan Respublikasında nəql edilən qaz təşkil edən
tör
əmə maliyyə alətləri.
19.3. S
ərbəst olmayan istehlakçılara tətbiq edilən qazın alqı-satqı müqavilələri
topdansatış qaz bazarında istifadə edilmir.
19.4.
Topdansatış qaz bazarının fəaliyyətinin təşkilinin əsas prinsipləri
aşağıdakılardır:
19.4.1.
qaz bazarı subyektlərinin topdansatış qaz bazarı infrastrukturuna ayrı-
seçkiliy
ə yol verilmədən çıxışı;
19.4.2.
qaz bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;
19.4.3.
qazın bazar qiymətinin alıcıların və satıcıların qiymət təklifləri əsasında
formalaşması;
19.4.4.
qaz bazarı subyektlərinin müqavilə öhdəliklərinə şərtsiz riayət etməsi.
19.5. Topda
nsatış qaz bazarı bu Qanuna, digər normativ hüquqi aktlara,
topdansatış bazarı qaydalarına və tənzimləyicinin normativ xarakterli aktlarına uyğun
olaraq t
ənzimlənir.
Maddə 20. Qaz bazarı operatoru
20.1.
Qaz bazarı operatoru bu Qanunla nəzərdə tutulan hallar istisna olmaqla qaz
t
əchizatı sektoruna aid digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
20.2. Qaz n
əqli sistemi operatoru idarəetmə və qərar qəbul etmə prosesində qaz
bazarı operatorunun müstəqilliyini təmin edir.
20.3. Qaz t
əchizatı subyektlərinin idarəetmə və ya qərar qəbuletmə prosesində
iştirak edən şəxslər qaz bazarı operatorunun müstəqilliyini təmin etmək məqsədi ilə
onun funksiyalarının həyata keçirilməsində iştirak etməməlidirlər.
20.4.
Qaz bazarı operatorunun xidmət haqqı tənzimləyici tərəfindən müəyyən
edilir.
20.5. Qaz bazar
ı operatorunun hüquqları aşağıdakılardır:
20.5.1.topdansatış qaz bazarının tədqiqatını və təhlilini aparmaq;
20.5.2.
topdansatış qaz bazarının təkmilləşdirilməsi, habelə qaz təchizatı
sektorunu t
ənzimləyən normativ hüquqi aktlarda, topdansatış bazar qaydalarında və
t
ənzimləyici tərəfindən qəbul edilən digər normativ xarakterli aktlarda dəyişikliklər
bar
ədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və
t
ənzimləyiciyə təkliflər vermək.
20.6.
Qaz bazarı operatorunun vəzifələri aşağıdakılardır:
20.6.1. qaz
bazarlarını tənzimləyən normativ hüquqi aktların və normativ
xarakterli aktların tələblərinə riayət etmək;
20.6.2. Qaz
Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı qaydalarına uyğun
olaraq f
ərdi qeyri-balansın aradan qaldırılması üçün balanslaşdırıcı bazarın işini təşkil
etm
ək və həyata keçirmək;
20.6.3. Qaz
Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı qaydalarına uyğun
olaraq qaz
bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi
v
ə topdansatış qaz bazarının balansının təmin edilməsi mexanizmlərini hazırlamaq və
h
əyata keçirmək;
20.6.4. qaz
ın spot ticarəti bazarını təşkil etmək və fəaliyyətini həyata keçirmək;
20.6.5. qaz
ın fyuçers ticarəti bazarını təşkil etmək və fəaliyyətini həyata
keçirm
ək;
20.6.6.
topdansatış qaz bazarı iştirakçılarının mərkəzləşdirilmiş qaz bazarlarına
ayrı-seçkiliyə yol verilmədən girişini təmin etmək;
18
20.6.7.
topdansatış qaz bazarında sərbəst istehlakçıların topdansatış bazarı
qaydalarının tələblərinə uyğunluğunu yoxlamaq;
20.6.8.
qaz bazarı subyektlərini qazın balanslaşdırıcı qiymətləri haqqında və
topdansatış bazarı qaydalarında müəyyən olunan digər məlumatlarla təmin etmək;
20.6.9.
topdansatış qaz bazarında klirinqin həyata keçirilməsində müvəkkil
bankla bağlanmış müqavilədə müəyyən edilmiş qaydada iştirak etmək;
20.6.10.
topdansatış bazarı qaydalarına uyğun olaraq topdansatış qaz bazarında
qiym
ətlərin formalaşmasını təmin etmək, həmçinin qaz bazarı subyektlərinə qarşılıqlı
öhd
əliklərini bildirmək;
20.6.11. qaz
bazarı subyektlərinin bağladıqları qazın alqı-satqısı müqavilələri
əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafikləri
vaxtl
ı-vaxtında qaz nəqli sistemi operatoruna təqdim etmək;
20.6.12.
topdansatış qaz bazarının fəaliyyəti barədə məlumatları topdansatış
bazarı qaydalarında müəyyən olunan qaydada dərc etmək;
20.6.13. öz f
əaliyyəti və topdansatış qaz bazarının fəaliyyəti barədə hesabatları
v
ə məlumatları tərtib edərək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) v
ə tənzimləyiciyə təqdim etmək.
20.7. Qaz
Şəbəkəsi Məcəlləsində və topdansatış bazarı qaydalarında nəzərdə
tutulan f
ərdi qeyri-balansın aradan qaldırılması halları istisna olmaqla, qaz bazarı
operatoru
topdansatış qaz bazarında qazın alqı-satqısını bilavasitə və dolayı üsullarla
h
əyata keçirə bilməz.
20.8.
Qaz bazarı subyektləri bu Qanunda, topdansatış bazarı qaydalarında və
t
ənzimləyicinin digər normativ xarakterli aktlarında nəzərdə tutulan məlumatları qaz
bazarı operatoruna təqdim etməlidir.
20.9.
Qaz bazarı operatoru qaz bazarının subyektləri tərəfindən təqdim edilən
kommersiya sirrini t
əşkil edən məlumatların konfidensiallığını qoruyub saxlamalıdır.
Maddə 21. İkitərəfli müqavilələr bazarı
21.1.
İkitərəfli müqavilələr bazarı mərkəzləşdirilməmiş topdansatış qaz bazarıdır.
İkitərəfli müqavilələr bazarında qazın alqı-satqısı topdansatış qaz bazarının subyektləri
arasında bağlanmış ikitərəfli müqavilələr əsasında həyata keçirilir.
21.2.
İkitərəfli müqavilələr bazarında qaz nəqli sistemi operatoru və qazpaylayıcı
sistem operatorları yalnız aşağıdakı əqdləri bağlamaq hüququna malikdir:
21.2.1. qaz n
əqli sistemi operatoru - itkilərin kompensasiyası məqsədilə qazın
satın alınması və balanslaşdırma (sistemin qeyri-balansının tənzimlənməsi) məqsədilə
qaz
ın alınması və satılması;
21.2.2. qaz
paylayıcı sistem operatorları - itkilərin kompensasiyası məqsədi ilə
qaz
ın alınması.
21.3. Qaz
ın alqı-satqısına dair ikitərəfli müqavilədə tərəflərin qarşılıqlı razılığı
əsasında müəyyən edilmiş şərtlər, o cümlədən satılan qazın həcmi, qiyməti, satış
müdd
əti, ödəniş qaydası və tərəflərin müqavilə üzrə hüquq və vəzifələri göstərilməlidir.
21.4. Qaz
ın alqı-satqısına dair ikitərəfli müqavilə bağlayan qaz bazarı subyektləri
Qaz
Şəbəkəsi Məcəlləsində nəzərdə tutulmuş müddət ərzində qaz nəqli sistemi
operatoruna ikit
ərəfli müqavilə üzrə qeydə alınmış qazın həcmləri barədə bildiriş verir.
Maddə 22. Balanslaşdırıcı bazar
22.1. Qaz
Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı qaydalarına uyğun olaraq,
qaz n
əqli sistemi operatoru balanslaşdırıcı bazarda aşağıdakıları həyata keçirir:
19
22.1.1. sistemin qeyri-
balansının tənzimlənməsi, o cümlədən spot ticarəti
bazarında və ya qaz satıcıları ilə bağlanmış ikitərəfli müqavilələr əsasında qazın alqı-
satqısı;
22.1.2.
topdansatış qaz bazarının iştirakçılarının fərdi qeyri-balansının
t
ənzimlənməsi.
22.2. Qaz n
əqli sistemi operatoru tərəfindən balanslaşdırma üzrə əməliyyatlar
şəffaflıq və rəqabətlilik prinsipləri əsasında həyata keçirilir.
22.3. Qaz n
əqli sistemi operatoru tərəfindən balanslaşdırma məqsədilə qazın
alqı-satqısı ilk növbədə spot ticarəti bazarı vasitəsilə həyata keçirilir. Spot ticarəti
bazarı fəaliyyətə başlayanadək və ya spot ticarəti bazarında standart topdansatış qaz
bazarı alətlərinin alqı-satqısı qaz təchizatı sistemində balansın təmin edilməsi üçün
kifay
ət etmədikdə, qaz nəqli sistemi operatoru balanslaşdırıcı qazın alqı-satqısı ilə
bağlı tələbatını qaz satıcıları ilə bağlanmış ikitərəfli müqavilələr əsasında qarşılayır.
22.4. Spot ticar
əti bazarında topdansatış qaz bazarı alətləri əvəzinə
balanslaşdırıcı xidmətlərin alınmasının dövri monitorinqi tənzimləyici tərəfindən həyata
keçirilir
v
ə tənzimləyici topdansatış qaz bazarı alətlərindən istifadənin
genişləndirilməsini təşviq etməlidir.
22.5. Qaz n
əqli sistemi operatoru tənzimləyicinin normativ xarakterli aktlarına
uyğun olaraq qaz təchizatı sisteminin balansını və proqnoz hesablamalarını, həmçinin
alqı-satqı əməliyyatları barədə məlumatları ictimaiyyət üçün açıqlamalıdır.
22.6. Qaz n
əqli sistemi operatoru balanslaşdırıcı bazarın fəaliyyətinə dair
hesabat v
ə məlumatları hər ay tənzimləyiciyə təqdim edir.
22.7. T
opdansatış qaz bazarının iştirakçıları qaz təchizatı sisteminə verdikləri və
ya sistemd
ən götürdükləri qazın həcminin topdansatış qaz bazarında götürdükləri
öhd
əliklərə uyğun olması üçün məsuliyyət daşıyırlar.
22.8. T
opdansatış qaz bazarının bütün iştirakçıları fərdi qeyri-balansın
t
ənzimlənməsi ilə bağlı qaz nəqli sistemi operatoru ilə müqavilələr bağlamalıdır.
22.9. F
ərdi qeyri-balansın tənzimlənməsi aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
22.9.1.
topdansatış qaz bazarı iştirakçısının fərdi qeyri-balansı müsbət olduqda
qaz t
əchizatı sisteminə götürdüyü öhdəlikdən artıq həcmdə verdikləri qaz həcminin hər
vahidin
ə görə tənzimləyici tərəfindən müəyyən edilmiş qaydalara müvafiq hesablanmış
qazın balanslaşdırıcı qiyməti qaz nəqli sistemi operatoru tərəfindən həmin topdansatış
qaz
bazarı iştirakçısına ödənilir;
22.9.2.
topdansatış qaz bazarı iştirakçısının fərdi qeyri-balansı mənfi olduqda
qaz t
əchizatı sisteminə götürdüyü öhdəlikdən əskik həcmdə verdikləri qazın həcminin
h
ər vahidinə görə topdansatış qaz bazarının həmin iştirakçısı tənzimləyici tərəfindən
mü
əyyən edilmiş qaydalara müvafiq hesablanmış qazın balanslaşdırıcı qiymətini qaz
n
əqli sistemi operatoruna ödəyir;
22.9.3. t
opdansatış qaz bazarı iştirakçılarının fərdi qeyri-balansları və fərdi qeyri-
balansların qiymətləri hər balanslaşdırma dövrü üzrə qaz bazarı operatoru tərəfindən
mü
əyyən edilir.
22.10.
Qaz bazarı operatoru Qaz Şəbəkəsi Məcəlləsinə və topdansatış bazarı
qaydalarına əsasən topdansatış qaz bazarı iştirakçılarının hər hesablaşma dövrü üzrə
f
ərdi qeyri-balansının həcmlərinin müəyyən edilməsini və hesablaşmaların
aparılmasını həyata keçirir.
22.11.
Balanslaşdırıcı bazarın təşkili, bazar iştirakçılarının qeydiyyatı,
balanslaşdırıcı bazarın fəaliyyəti Qaz Şəbəkəsi Məcəlləsi, topdansatış bazarı
qaydaları və tənzimləyicinin normativ xarakterli aktları ilə müəyyən edilir.
Maddə 23. Mərkəzləşdirilmiş qaz bazarı
20
23.1. M
ərkəzləşdirilmiş qaz bazarı qaz bazarı operatoru tərəfindən topdansatış
bazarı qaydalarına uyğun olaraq təşkil olunur və idarə olunur.
23.2. M
ərkəzləşdirilmiş qaz bazarı spot ticarəti bazarı və fyuçers ticarəti bazarı
formasında təşkil olunur.
23.3. T
ənzimləyici spot ticarəti bazarına və fyuçers ticarəti bazarına mərhələli
keçid qaydasını müəyyən edir.
23.4. M
ərkəzləşdirilmiş qaz bazarının təşkili, bazar subyektlərinin qeydiyyatı,
onların bazara buraxılması qaydaları tənzimləyici tərəfindən müəyyən edilir.
Maddə 24. Pərakəndə satış bazarı
24.1. P
ərakəndə satış bazarının əməliyyatları aşağıdakı qaydada həyata keçirilir:
24.1.1. s
ərbəst olmayan istehlakçıya qazın satışının tənzimləyici tərəfindən
verilmiş icazə əsasında səlahiyyətli satıcı tərəfindən həyata keçirilməsi;
24.1.2. s
ərbəst istehlakçıların qaz satıcısını seçmək hüququna malik olması;
24.1.3.
istehlakçılara qaz satışının onlarla bağlanmış müqavilə əsasında həyata
keçirilm
əsinin mümkünlüyü.
24.2.
Qaz satıcısı ilə alqı-satqı müqaviləsini bağlayan istehlakçıya qaz təchizatı
h
əmin satıcı ilə qaz nəqli sistemi operatoru, yaxud paylayıcı sistem operatorları
arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
24.3. P
ərakəndə satış bazarının fəaliyyəti bu Qanun, digər normativ hüquqi
aktlar, p
ərakəndə satış bazarı qaydaları və tənzimləyicinin digər normativ xarakterli
aktlar
ı ilə tənzimlənir.
Maddə 25. Qaz bazarında müqavilə münasibətləri
25.1. Qaz
bazarının subyektləri arasında aşağıdakı müqavilələr bağlanılır:
25.1.1. ikit
ərəfli müqavilə;
25.1.2. m
ərkəzləşdirilmiş qaz bazarında iştirak etmək üçün qaz bazarı operatoru
il
ə bağlanılan xidmət müqaviləsi;
25.1.3. m
ərkəzləşdirilmiş qaz bazarında bağlanılan qazın alqı-satqı müqavilələri;
25.1.4.
balanslaşdırıcı qaz bazarında iştirak etmək üçün qaz nəqli sistemi
operatoru il
ə bağlanılan xidmət müqaviləsi;
25.1.5. f
ərdi qeyri-balansın tənzimlənməsi üçün qaz nəqli sistemi operatoru ilə
bağlanılan alqı-satqı müqaviləsi;
25.1.6.
qazın nəqli xidmətlərinin göstərilməsi üçün qaz nəqli sistemi operatoru ilə
bağlanılan müqavilə;
25.1.7.
qazın paylanması xidmətlərinin göstərilməsi üçün qazpaylayıcı sistem
operatoru il
ə bağlanılan müqavilə;
25.1.8. qaz
şəbəkəsinə qoşulmaq üçün bağlanılan qoşulma müqaviləsi;
25.1.9.
qazın saxlanması xidmətlərinin göstərilməsi üçün qazın saxlanması
sistemi operatoru il
ə bağlanılan müqavilə;
25.1.10. s
ərbəst olmayan istehlakçı ilə bağlanan qazın alqı-satqı müqaviləsi;
25.1.11. s
ərbəst istehlakçı ilə bağlanan qazın alqı-satqı müqaviləsi;
25.1.12. qanunvericiliy
ə zidd olmayan digər müqavilələr.
25.2. Bu Qanunun 25.1.1-25.1.10-cu madd
ələrində nəzərdə tutulan müqavilələr
birtipli hesab olunur v
ə onların formaları və standart şərtləri tənzimləyici tərəfindən
mü
əyyən olunur.
25.3. S
ərbəst olmayan istehlakçı ilə bağlanılan qazın alqı-satqı müqaviləsi
aşağıdakıları əks etdirməlidir:
25.3.1. qaz
ın qiyməti, həcmi, təchizat rejimi;
25.3.2. qaz
ın keyfiyyət göstəriciləri;
21
25.3.3.
istehlakçının kateqoriyası;
25.3.4. qaz
ın dəyərinin ödənilməsi şərtləri;
25.3.5.
qarşısıalınmaz qüvvənin təsiri ilə bağlı olan hallar istisna olmaqla, qəza
halları və qazın satışı müqaviləsi ilə müəyyən olunan keyfiyyətə uyğun olmaması
n
əticəsində dəyən ziyanın ödənilməsi şərtləri.
25.4. M
əişət qaz qurğularını istifadə edən sərbəst olmayan istehlakçılar üçün qaz
sayğacı paylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə
qaz sayğacı istehlakçının vəsaiti hesabına paylayıcı sistem operatoru tərəfindən təchiz
edilir, quraşdırılır və dəyişdirilir.
V fəsil
Dostları ilə paylaş: |