Qazax dövlət sosial-iqtisadi kolleci Banu2b yusifəliyeva Fidan Mövzu



Yüklə 61,31 Kb.
Pdf görüntüsü
tarix22.04.2023
ölçüsü61,31 Kb.
#101405
504914981-İnformasiya-resursları



Qazax dövlət sosial-iqtisadi kolleci
Banu2B
Yusifəliyeva Fidan
Mövzu:
İnformasiya resursları
İnsanların müxtəlif ehtiyaclarının ödənməsinə xidmət edən hər şey resurs
adlanır. Resursların 2 növü var: 
1. Maddi resurslar 
2. Qeyri-maddi resurslar 
İnformasiya resursları insanların yaratdıqları və maddi daşıyıcılarda
saxlanılan biliklərdir. İnformasiya resursları – elektron hesablama maşınlarında
xüsusi təşkil və emal edilmış, istehsalatda, texnikada, cəmiyyətin idarəçiliyində
istifadə olunan informasiyadır. Başqa sözlə, informasiya texnologiyaları vasitəsilə
yaradılan və emal edilən informasiyadır. Dərs hazırlayarkən dərsliklərdən,
kitabxanalardakı əlavə ədəbiyyatdan, İnternetdən və s. kimi informasiya
resurslarından istifadə edirik. Müasir cəmiyyətdə son vaxtlar informasiya
resurslarının əksəriyyəti elektron daşıyıcılarda, İnternetdə yerləşdirilir. İnternetin
koməyi ilə hər kəs istənilən movzuda informasiyanı cox asanca əldə edə bilər.
İnformasiya resurslarını toplayıb gələcək nəsillərə ötürmək üçün kitablardan, optik
disklərdən, fləş-diskdən, İnternetdən və s. istifadə olunur. İnformasiya resursları bu
mövzular üzrə qruplaşdırıla bilər: təhsil resursları, qanunlar, statistik resurslar və s.
İnformasiyalaşdırılmış cəmiyyətdə resursların ənənəvi şəkillərini informasiya
ehtiyatları əvəz edir.
İnformasiya resursları informasiya sistemlərində (kitabxana, arxiv, verilənlər
bankı və s.) sənədlər və sənəd massivləri, ayrı-ayrı sənədlər və ya sənəd
massivləridir.
İnformasiya resursu informasiya prosesini təmin etməlidir. İnformasiya
prosesləri informasiya resurslarından istifadə etməklə informasiya sistemlərində
baş verir və nəticədə yalnız informasiya resursları deyil, resursların müxtəlif
növləri yaranır.
İnfоrmasiya resursları vеrilənlər bazasını və biliкləri, informasiya
sistemlərində infоrmasiya massivlərini özündə saхlayan sənədləşdirilmiş
infоrmasiyadan ibarət tоpludur.
İnformasiya resursları – ölkənin əmək qabiliyyətli əhaləsinin daha fəal və
yüksək kvalifikasiyalı hissəsinin bilavasitə intellektual fəalyyətinin məhsuludur,
ayrı-ayrı sənədlər və sənəd massivləri, kitabxana, arxiv, fond, verilənlər bankı və
digər informasiya sistemlərindəki sənədlər və sənəd massivləridir.


İnformasiya resurslarının müxtəlifliyi Yer kürəsi əhalisinin informasiya
tələbatlarının müxtəlifliyi ilə şərtlənir. İnformasiya resurslarını müxtəlif meyarlara
görə təsnifləndirmək olar.
Ölkənin və ya regionun informasiya resurslarına strateji resurslar kimi
baxmaq olar.
İnformasiya resursları daxil olma kateqoriyası üzrə açıq və ya məhdud
daxil olmaya malik resurslara bölünür.
Məhdud daxil olmaya malik informasiyanın dövlət sirrinə aid edilən və
konfidensial 
növləri vardır.
Qanunla nəzərdə tutulan hallar istisna olmaqla dövlət informasiya resursları
açıq olurlar. Özəl informasiya resurslarının hüquqi rejimi qanuna zidd olmayaraq
onun sahibi tərəfindən təyin olunur.
Məlumatların dövlət sirrinə aid edilməsi ilə əlaqədar yaranan münasibətlər
və onların respublikada təhlükəsizliyin təmini məqsədilə məxfi və ya qeyri-
məxfi saxlanması respublikanın “Dövlət sirri” haqqında qanunu ilə tənzimlənir.
Dövlət sirri – dövlətin hərbi, xarici siyasət, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat
və əməli axtarış fəaliyyətində özü tərəfindən mühafizə olunan və yayılması
Azərbaycanın təhlükəsizliyinə zərər verəcək məlumatlardır.
Konfidensial informasiya – Azərbaycan qanunvericiliyinə uyğun olaraq
daxil olma məhdudlaşdırılan sənədləşdirilmiş informasiyadır.
Konfidensial xarakterli məlumatların siyahısına daxildir:

Şəxsi informasiya – vətəndaşın şəxsi həyatına aid olan faktlar
haqqında məlumatlar.
 Gizli yazışmalar - telefon danışıqlarını, poçt göndərişlərini, teleqraf və
digər məlumatları özündə saxlayan məlumatlar.

İstintaq və məhkəmə icraatının sirrindən ibarət məlumatlar.
 Professional fəaliyyətlə (həkim, notarial, vəkil və vətəndaşların hüquqlarını
və qanuni maraqlarını müdafiə etmək üçün müəyyən sənət nümayəndələrinin)
bağlı məlumatlar.

Faydalı modelin və ya sənaye obrazının haqqında rəsmi
informasiyanın nəşrinə qədər ixtiranın mahiyyəti haqqında məlumatlar.
 Kommersiya və xidmət sirri.
Yeni informasiya və telekommunikasiya texnologiyalarının birgə tətbiqi
iqtisadiyyatın, siyasətin, dövlətin, cəmiyyətin və vətəndaşın fəal və səmərəli
inkişafı yolunda çox böyük imkanlar açmışdır. Bununla belə informasiya
sistemlərinin hazırlanmasında və istifadəsində ayrı-ayrı şəxslərin, təşkilatların və
dövlət orqanlarının hüquqları və öhdəçilikləri ilə əlaqədar mübahisələr, şərti


pozmalar və cinayət halları baş verir. Bununla əlaqədar olaraq beynəlxalq
qanunvericilikdə informasiya hüququ adlı sahə yaranmışdır və inkişaf edir. İT-
nin istifadəçiləri və onu hazırlayanlar arasındakı münasibət, informasiyanın
təşkili, saxlanması və genişləndirilməsi prosesində iştirak edən subyektlərin
hüquq və azadlıqlarının möhkəmləndirilməsi informasiya hüququnun qanunları
və normativ hüquq aktları vasitəsilə tənzimlənir.
İnformasiya hüququnun pozulması informasiya qanunvericiliyi normalarının 
pozulması və kompüter cinayətləri ilə əlaqədardır.
İnformasiya texnologiyalarının təşkili və istifadəsi zamanı:
• informasiya resurslarının formalaşma və genişlənmə hüququ;
• informasiya məhsullarından istifadə hüququ;
• yığılmış informasiyanın yerləşdirilməsi, seçim metod və üsulları üzrə əqli
mülkiyyət hüququ;
• maşın daşıyıcıları üzərində əşya mülkiyyət hüququ;
• informasiya resurslarının sahiblərinin resursların həqiqiliyinə,
keyfiyyətinə, aktuallığının birqiymətliliyinə məsuliyyət hüququ;
• bütün kateqoriyalı təhlükələrdən resursların müdafiə məsuliyyəti
ilə əlaqədar hüquqi münasibətlər ortaya çıxır. Bunlarla əlaqədar olaraq
informasiya sahəsində hüquqi münasibətləri tənzimləmək qanunauyğundur.

Document Outline

  • Mövzu: İnformasiya resursları

Yüklə 61,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin