Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Zərərsizləşdirmə üsulları



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə57/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   53   54   55   56   57   58   59   60   ...   97
Mülki müdafiə-converted

Zərərsizləşdirmə üsulları. Sulfit anhidridini neytrallaşdırmaq üçün 


qələvilərin su məhlullarından, ammonyakdan, söndürülmüş əhəngdən və 
1:90 nisbətində (1 kq sulfit anhiridi üçün 90 kq su) sudan istifadə etmək 
lazımdır. 
Fəsil-II. Mülki Müdafiə sisteminin idarə edilməsi və kütləvi qırğın silahları. 
§ 9. BiOLOJi (BAKTERİOLOJİ) SİLAHLARIN TƏSNİFATI 
Bioloji (bakterioloji) silah – kütləvi qırğın silahlarının bir növü olub – 
bakterial vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz 
və tərtibatlara deyilir. Bioloji (bakterioloji) silahın əsasını xəstəlik törədən mikroblar 
və onlardan alınan toksinlər təşkil edir. 
Bioloji (bakterioloji) silahlar insanların, heyvanların və bitkilərin məhv 
edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün 
istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali 
arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid 
edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi 
xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə 
yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə 
və ya yoluxmuş həşəratlarda, gənələrdə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin 
zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün 
olmasıdır. 
Düşmən bioloji vasitələri, təyyarə bombaları, top mərmiləri, raketlər, içərisinə 
maye və ya toz halda mikrob və zəhər qatışığı doldurulmuş xüsusi konteynerlər 
vasitəsilə ata bilər. 
Xəstəliyin yayılmasının ən sadə üsullarından biri havanın yoluxdurulmasıdır. 
İçərisində bioloji vasitələr olan döyüş sursatı partlayarkən havada duman və ya tüstü 
şəkilli aerozol buludu yaranır. Onun zədələyici təsiri tətbiq edilən xəstəlik törədicinin 
miqdarından, ərazinin relyefindən və meteoroloji şəraitdən asılıdır. 
Bioloji zədələnmə ocağı o əraziyə deyilir ki, orada bioloji silahın tətbiqi 
nəticəsində insan, heyvan və bitki tələfatı olsun.
Yoluxucu xəstəlik yayan həşəratlar bir yerdən başqa yerə keçdikləri üçün 
bioloji yoluxmanın sərhədləri daha da genişlənir və yoluxucu xəstəliklərin yayılma 
təhlükəsi artır. 
Profilaktik tədbirlər görmək üçün bioloji vasitələrin vaxtında aşkar edilməsinin 
çox böyük əhəmiyyəti vardır. Düşmənin bioloji silahdan istifadə etdiyini zahiri 
əlamətlərə görə, bu vasitənin hansı yoluxucu xəstəlik törədəcəyini isə laboratoriyada 
aparılmış tədqiqatlara görə müəyyən etmək olar. 
Düşmənin bioloji vasitələr tətbiq etdiyi rayonlarda insanlar arasında kütləvi 
epidemiya, həmçinin mal qaranın kütləvi qırılması halları baş verə bilər. 


Bunun qarşısını almaq üçün observasiya və karantin rejimləri tətbiq edilir və 
bu zonalarda zərərsizləşdirmə tədbirləri (dezinfeksiya, dezinseksiya və deratizasiya) 
həyata keçirilir. 
Xəstəlik törədən mikrobların və onların toksinlərinin məhv edilməsinə 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin