Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə97/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   89   90   91   92   93   94   95   96   97
Mülki müdafiə-converted


partlayışının 
baş 
verdiyi tarix və vaxt
Ölçülmə 
yeri 
Ölçülmə 
vaxtı, 
saat,dəqiqə 
Radiasiyanın 
səviyyəsi, 
R/s 
Partlayışdan 
1saat sonrakı 
radiasiya 
səviyyəsi,R/s 

21.05 14.00 
Sex№1 
Sex№2 
Sex№3 
16.00 
16.02
16.07 
20 
16 
25 
46
37 
57 
Radiasiya səviyyələrinin ərazinin müxtəlif yerlərində müxtəlif vaxtlarda 
ölçülməsi radiasiya şəraitnin qiymətləndirilməsi üzrə məsələlərin həllini çətinləşdirir. 
Buna görə də ölçülmüş radiasiya səviyyələri eyni bir vaxtda(partlayışdan bir saat 
sonrakı vaxta) keçirilir və xəritədə (sxemdə) qeyd edilir. 
Bütün nöqtələrdə ölçülmüş radiasiya səviyyələri eyni bir vaxtda keçirlib 
xəritədə qeyd edildikdən sonra , həmin xəritədəki radiasiya səviyyələri 8R/saata 
bərabər və buna yaxın olan nöqtələr- göy rənglə,80R/s olan nöqtələr yaşıl xətlə, 
240R/s olan nöqtələr qonur xətlə və 800R/s olan nöqtlər qara xətlə birləşdirilmişdir. 
Bununla da,kəşfiyyat məlumatları əsasında təyin edilmiş faktiki radioaktiv 
zəhərlənmə zonaları –A,B,V,Q zonalarının sxemi əldə olunur. 
Faktiki radiaktiv zəhərlənmə zonaları,adətən proqnazlaşdırma yolu ilə 
müəyyən edilmiş ehtimal olunan zəhərlənmə rayonun hüdudları daxilində yerləşir. 


Zəhərlənmə zonalarının hüdudları göstərilən belə xəritə kəşfiyyat məlumatları 
əasasında radiasiya şəraitinin qiymətləndirilməsi üçün əsas sənəd sayılır. 
Beləklikə, radiasiya şəraitinin qiymətləndirilməsi dedikdə- radioaktiv 
zəhərlənmə şəraitində mülki müdafiə dəstələrinin fəaliyyətinin , təsərrüfat 
obyektlərində istehsalat işləri aparmağın, habelə əhalinin davranışının müxtəlif 
variantları üzrə əasa məsələlərin həll edilməsi, alınan nəticələrin analiz edilməsi və 
insanların radiasiyadan zədələnməsinə yol verməyən ən məqsədyönlü fəaliyyət 
variantlarının tapılması nəzərdə tutulur. 
Obyektlərin MM qərargahları və xidmətləri, eləcədə dəstə komandirləri adətən 
radiasiya şəraitini məhz kəşfiyyat məlumatları əasında qiymətləndirirlər. Radiasiya 
şəraitini qiymətləndirmək üçün lazım olan əsas ilkin məlumatlar bunlardır: 
radiaktiv zəhərlənməyə səbəb olmuş nüvə partlayışının baş verdiyi vaxt;
radiasiya səviyyələri və onların ölçülmə vaxtı ; radiasiyanı zəiflətmə əmsallarının 
kəmiyyətləri; yolverilən şüalanma dozaları; eləcədə qarşıya qoyulmuş vəzifə 
(tapşırıq) və onun icrası müddəti. 
Radiasiya şəraitinin qiymətləndirilməsi üzrə məsələlərin həllində müxtəlif 
məlumat cədvəllərindən, xüsusi hesablama və MM dozimetrik xətkeşlərindən
həmçinin hesablamalar üzrə düsturlardan istifadə olunur. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin