Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


İlan və zəhərli həşərat dişləyərkən ilk yardım



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə94/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   89   90   91   92   93   94   95   96   97
Mülki müdafiə-converted

İlan və zəhərli həşərat dişləyərkən ilk yardım 
Zəhərli ilan adamı vurduqda onun zəhəri yara yerindən orqanizmə keçir. Bir sıra 
zəhərli ilanların zəhəri insan həyatı üçün olduqca təhlükəlidir və vaxtında yardım 
göstərilməsə ölümə səbəb ola bilər. 
İlan vuran zaman ilk tibbi yardım göstərərkən dərhal ilanın dişlədiyi yerdən 
yuxarıda turna qoyurlar. Sonra yara yerinə banka qoymaqla və ya yardım göstərən 
adamın ağız boşluğu sağlamdırsa, zəhəri sormaqla kənar edirlər. İlan vurmuş yeri 1 
%-lı kalium – permanqanat məhlulu ilə yuyur, həmin yerə buz qoyurlar. Zədələnmiş 
şəxsi dərhal ən yaxındakı tibb müəssisəsinə aparırlar. Ən təsirli profilaktika və 
müalicə vasitəsi – ilan zəhəri əleyhinə serum vurmaqdır. 
Zəhərli hörümçəklər – əqrəb və ya qara qurd dişləyərkən onlar neyrotoksik (sinir 
sistemini zəhərləyən) təsirli zəhər buraxır ki, belə zəhər tənəffüs mərkəzini iflic edir 
və qıc olmaya səbəb olur. Bu zaman adama vaxtında yardım göstərilməsə, o ölə bilər. 
Böyənin sancması nisbətən az təhlükəlidir, bu şox ağrı törətsə də, ölümə səbəb olmur. 
İlk yardım göstərərkən bədəndən həşəratın neştərini çıxarmaq və oraya buz qoymaq 
lazımdır. 


RADIASIYA ŞƏRAİTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ 
Radiasiya şəraiti dedikdə ərazidəki radioaktiv zəhərlənmənin Mülki müdafiə 
dəstələrinin fəaliyyətinə, təsərrüfat obyektlərinin işinə və əhalinin həyat fəaliyyətinə təsir 
göstərən miqyası və dərəcəsi anlaşılır. Digər sözlə, radiasiya şəraitinin respublikanın, 
rayonun,yaşayış məntəqəsinin və ya təsərrüfat obyektinin ərazisində yerin və buradakı bütün 
əşyaların radioaktiv zəhərlənməsi (çirklənməsi) nəticəsində yaranan və əhali arasında 
zəhərlənmə hallarının qarşısını almaq üçün müəyyən mühafizə tədbirləri görülməsini tələb 
edən şəraitə deyilir. 
Radiasiya şəraitinin proqnozlaşdırma üsulu ilə və kəşfiyyat məlumatları üzrə aşkar 
etmək və qiymətləndirmək mümkündür. 
Radiasiya şəraitinin proqnozlaşdırma üsulu ilə aşkar edilməsi və qiymətləndirilməsi- 
dəstələrin daha məqsədyönlü fəaliyyətini əvvəlcədən təxmini olaraq müəyyən etməyə, 
mühafizə tədbirləri görməyə və radiasiya kəşfiyyatı üzrə vəzifələri dəqiqləşdirməyə imkan 
yaradır. 
Radiasiya şəratinin proqnozlaşdırması MM qərargahların əvvəlcədən, yəni radioaktiv 
bulud gəlib çatanadək əhalinin, fəhlə və qulluqçuların, dəstələrin mühafizəsi üçün müəyyən 
tədbirləri görməyə imkan verir.
Belə tədbirlər aşağıdakılardan ibarətdir: 
• Radioaktiv zəhərlənmə təhlükəsi barədə xəbərdarlıq; 
• Müəssənin radioaktiv zəhərlənmə şəraitində iş rejiminə keçirilməsinə 
hazırlıq görmək; 
• Radiasiyadan mühafizə daldanacaqlarınının hazırlanması üzrə işlərin başa 
çatdırılması və adamların orada yerləşdirilməsi. 
• Fərdi mühafizə vasitələrinin istifadəyə hazırlanması
• Ərzağın, su mənbələrinin çirklənmədən mühafizə edilməsi üzrə işlərin 
sona çatdırılması.
Proqnoz üsulu ilə radiasiya şəraitinin aşkar edilməsi düşmən nüvə silahlı 
işlətdikdən və ya radiaktiv maddələrdən istifadə olunan müəssələrdə istehsalat 
prosesində qəza baş verdikdən dərhal sonra, aşağdakı adıcıllıqla yerinə yetirilir: 
• Ehtimal olunan zəhərlənmə zonasının ölçüləri təyin edilir: 


• Ehtimal olunan zəhərlənmə zonası xəritədə( sxemdə) göstərilir (qeyd 
edilir) : 
• Təsərrüfat 
obeyktinin, 
rayonun 
ərazisində 
zəhərlənmənin 
başlandığı(radioaktiv maddələrin çökməyə başlandığı) vaxt təyin edillir. 
Radioaktiv zəhərlənmənin proqnozlaşdırılması üçün ilkin məlumatlar 
bunlardır: nüvə partlayışını və ya nüvə obeyktində qəza hadisəsinin gücü və vaxtı; 
partlayış mərkəzinin ( epimərkəzinin) koordinatları; partlayışını növü; orta küləyin 
istiqaməti və sürəti
Nüvə partlayışlarının parametirləri (gücü, növü,vaxtı, koordinatları və s.) 
haqqında məlumatlar- nüvə partlayışını aşkar və qeyd edilməsi sistemindən, orta 
küləyin istiqaməti və sürəti barədə məlumat isə meteoroloji xidmətdən alınır. 
Orta külək -yerin səthindən nüvə partlayışı buludunun yuxarı kənarınadək 
atmosferin bütün qatlarında sürəti və istiqaməti eyni olan küləyə deyilir. 
Orta küləyin istiqaməti (azimutu) şimal istiqaməti ilə küləyin haradan əsdiyi 
istimqamət arasında saat əqrəbinin istiqamətində hesablanan bucaqdır.
Orta külək haqqında məlumatlar təsərrüfat obyektlərinə sutkada bir neçə dəfə 
yuxarı MM qəragahı tərəfindən rabitə vasitələrilə meteobulleten kimi verilir. 
Xəritədə (sxemdə) orta külək belə işarə edilir: 
Burada: 
315-orta küləyin azimutu, dərəcələrlə; 
50- orta küləyin, sürəti, km/saat 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin