qoparmaq, yanıq səthə əl ilə toxunmaq, yanığa yağ, məlhəm və başqa maddə sürtmək
olmaz. Yanıq yerinə steril sarğı qoyurlar. Yanıq əleyhinə konturlu sarğılardan da
istifadə etmək olar. Üzə, döşə, arxaya, qarına, buda qoyulmaq üçün belə sarğılar
bədənin həmin hissələrinin formalarına uyğun olaraq əvvəlcədən hazırlanır,
sterilləşdirilir və xüsusi məhlulla hopdurulur. Bu sarğıları yanıq yerinə qaytanla
bağlayırlar.
Gözlərdə yanıq baş verərkən göstərilən ilk tibbi yardım gözə steril sarğı qoymaqdan
və belə zədələnməsi olan adamın rahatlığını təmin etməkdən ibarətdir.
Turşular və qələvilərdən baş verən kimyəvi yanıqlar çox vaxt dərin olur.
Toxumaların ölməsi (nekrozu) yalnız dərini deyil, onun altında yerləşən toxumaları
da əhatə adir. Kimyəvi yanıqlarda göstərilən ilk tibbi yardım bir sıra xüsusiyyətlərə
malikdir: yanıq yerini dərhal 15 – 20 dəqiqə ərzində axar soyuq su altında
yumaq
lazımdır. Bundan sonra yanıq turşulardan baş veribsə yanıq yerinə çay sodası səpir,
yanıq qələvilərdən baş veribsə sirkənin zəif məhlulunu tökür və steril bintlə örtürlər.
Sulfat turşusundan baş vermiş yanıq yerini su ilə yumaq olmaz, çünki sulfat turşusu
su ilə birləşdikdə güclü istilik törədir. Belə hallarda infeksiyadan təmizləmək
məqsədilə yanıq yerinə qaynadılmış (sterilizə edilmiş və soyudulmuş)bitki yagı
sürtürlər.
Ürəyin fəaliyyəti dayandıqda və nəfəs kəsildikdə ilk tibbi yardım
Elektrik cərəyanı vurarkən, suda boğularkən, tənəffüs yolları sıxılarkən, habelə bir
sıra digər zədələnmələr nəticəsində tənəffüs və ürəyin fəaliyyəti qəflətən dayanar və
klinik ölüm halı baş verə bilər.
Ürək fəaliyyətinin dayanmasını
nəfəsin kəsilməsinə, nəbzin, ürək döyüntüsünün,
reflekslərin olmamasına və göz bəbəklərinin genişlənməsinə görə aşkar edirlər.
Belə adamlara dərhal süni tənəffüs verilsə və ürək xaricdən
masaj edilsə bir cox
hallarda onların həyatını xilas etmək olar.
Yaralının çənələri sıxılmış halda olduqda alt çənəni bir qədər irəli çəkib çənəaltını
basaraq yaralının ağzını açmaq, sonra ağız boşluğunu tüpürcəkdən və ya selikdən
salfetlə təmizləmək və süni tənəffüs verməyə başlamaq lazımdır;
bu məqsədlə
yaralının açılmış ağzına bir qat salfet (cib yaylıgı) sərir, burnunu sıxır. Dərindən
nəfəs alıb, dodaqlarını yaralının dodaqlarına kip sıxır və havanı bərkdən onun ağzına
üfürürlər. Havanı yaralının ağzına o qədər üfürmək lazımdır ki, onun ağciyərləri hər
dəfə mümkün qədər çox açılsın (bu, döş qəfəsinin hərəkətindən məlum olacaq). Hava
az paylarla üfürüldükdə süni tənəffüs səmərəli olmur. Havanı
ritmik surətdə hər
dəqiqədə 16-18 dəfə, təbii tənəffüs bərpa olunanadək və ya ölüm əlamətləri aydın
aşkara çıxana qədər üfürmək lazımdır.
Dostları ilə paylaş: