Mülki müdafiə anlayışı, yaranma tarixi, rolu və vəzifələri


Sərpmə və çıxıqlar zamanı ilk tibbi yardım



Yüklə 1,31 Mb.
Pdf görüntüsü
səhifə89/97
tarix22.04.2023
ölçüsü1,31 Mb.
#101571
1   ...   85   86   87   88   89   90   91   92   ...   97
Mülki müdafiə-converted

 
Sərpmə və çıxıqlar zamanı ilk tibbi yardım 
Yıxıldıqda, düzgün tullanmadıqda və ağırlıq qaldırarkən oynaq bağlarında sərpmə 
baş verə bilər. Bu zaman zədələnmiş oynaqda ağrılar və şiş əmələ qəlir, oynağın 
hərəkəti məhdudlaşır. Belə hallarda ilk tibbi yardım məqsədilə oynağa sıxıcı bint 
sarğı və buz qoyur, zədələnmiş oynağın rahatlığını təmin edirlər.
Oynaq sümüklərinin oynaq boşluğunda yerdəyişməsi (aralanması) zamanı çıxıq baş 
verir. Belə halda oynaq yerinin bütövlüyü pozulur, bəzən isə oynaq bağları qırılır. 
Ətraf oynaqlarında çıxıqların əlamətləri – oynaqların ağrısından, hərəkətin 
çətinləşməsindən, oynağın formasının dəyişməsindən, ətrafın (qolun, qıçın) 
qısalmasından və qeyri – adi vəziyyətdə dayanmasından ibarətdir.
Oynaqlarda çıxıq olarkən ətrafları immobilizasiya etməklə (tərpənməz hala 
salmaqla) oynağı rahat vəziyyətdə qoyub sarıyırlar. İri oynaqlarda – çanaq, bud, diz, 
bazu oynaqları, habelə onurğaarası oynaqda çıxıq baş verdikdə isə zədələnmiş adama 
ağrıkəsən dərman vurmaq məsləhət görülür.
Onurğaarası oynaqlarda çıxıq baş vermiş adamı ancaq bərk lövhədə arxası üstdə 
uzadılmış vəziyyətdə aparmaq olar. Çənəaltı oynaq çıxdıqda alt çənəni bərk saxlayan 
sarğı qoyurlar. 
Sınıqlar zamanı ilk tibbi yardım 
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil 
qəzası və digər qəzalar nəticəsində və ya zəlzələ zamanı bədənin sümükləri sına bilər. 
Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü 
pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha 
təhlükəlidir. 
Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna görə də şübhəli hallarda ilk tibbi 
yardımı sınıq halında oldugu kimi göstərirlər.
Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları – birinci növbədə, 
yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən, qapalı 


sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan, ətrafları və ya bədənin digər 
hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala 
salmaqdan ibarətdir. 
Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır, sonra yaranı 
steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız bundan sonra tabel 
vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala 
salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr 
elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı (sınıq yerindən yuxarıda və 
aşağıda) iki oynağı əhatə etsin. Belə immobilizasiya – nəqliyyat immobilizasiyası 
adlanır. 

Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin