Donvurma, elektrik zədələnmələri, suda boğulma, günvurma zamanı, zəhərli
həşərat dişləyərkən ilk tibbi yardım
Donvurma. Donvurma – güclü soyuqdan orqanizm toxumalarının
zədələnməsinə
deyilir.
Ayaqlar və əllər donvurmaya daha tez məruz qalır. Hətta 0°C-dən yuxarı olan
temperaturda, tez - tez dəyişən mülayim havada donvurma baş verə bilər. Soyuq
havada, qarda, yağışda, dar ayaqqabıda uzun müddət hərəkətsiz qalmaq, habelə fiziki
və psixoloji yorğunluq,
orqanizmin zəifləməsi, qan itirmə və əvvəllər baş vermiş
donma halları da tez donvurmaya səbəb olur. Donvurma zamanı toxumalar dərhal
zədələnmir. Əvvəlcə soyuğun təsirindən dəri avazıyır və həssaslığını itirir.
Zədələnmənin həqiqi dərinliyini və sahəsini ancaq soyuğun
təsiri kəsiləndən sonra,
bəzən isə bir neçə gündən sora təyin etmək mümkün olur.
İlk tibbi yardım göstərərkən zədələnmiş şəxsi isti otaqda yerləşdirir, əgər buna
imkan
yoxdursa, onu çöldə soyuqdan mühafizə edirlər. Əgər hələ toxumalarda
dəyişiklik baş verməyibsə, donvurmuş sahələrə spirt və ya ətir çəkir, sonra
təmiz quru
əllə donmuş yeri dəri qızaranadək ehtiyatla sürtürlər. Zərər çəkmiş adamı isindirmək
üçün ona isti çay və ya qəhvə içirdirlər. Əgər imkan varsa, güclü soyuq vurmuş
adamı isti su vannasına salırlar.
Zərər çəkmiş adamın toxumalarında dəyişmələr baş verən hallarda (bu, 2, 3, 4-cü
dərəcəli donvurma zamanı olur) dərinin zədələnmiş səthinə spirt sürtür və steril sarğı
qoyurlar. Donvurma halında dərinin zədələnmiş səthini
qarla sürtmək məsləhət
görülmür.
Dostları ilə paylaş: