T= L/V
Burada L- partlayış mərkəzindən obeyktədək (adamlar yerləşən rayonadək)
məsafə km:
V-küləyin orta sürətidir, km/saat.
Hər cür proqnozlaşdırmada
oluğu kimi,radioaktiv zəhərlənmənin proqnozuda
xeyli nisbidir. Təbidir ki, proqnozlaşdırma vaxtı partlayış yerinin koordinatları, onun
gücü, küləyin orta istiqaməti sürəti təyin edilərkən
bəzi qeyri dəqiqlik ola
bilər.Proqnozlaşdırma radioaktiv zəhərlənmə barədə ancaq təxmini məlumat verir.
Proqnozun nəticələrinə əsasən qabaqcadan, yəni
radioaktiv maddələr əraziyə
çökənədək, belə təhlükə yaranan yaşayış məntəqələrində və təsərrüfat obeyktlərində
radiasiya səviyyəllərini lazımi dəqiqliklə təyin etmək olmaz.
Buna görə də proqnozlaşdırılan radiasiya şəraiti kəşfiyyatı məlumatları vastəsilə
yəni
ərazidə ölçülmüş faktiki radiasiya səviyyələri əsasında hökmən
dəqiqləşdirilməlidir.
Faktiki radiasiya şəraitinin aşkar edilməsi və kəşfiyyat məlumatlarını toplanması
işləri obeyktin MM rəhbərini və onun qərargahını
obeyktin ərazisində, dəstələrin
yerləşdiyi
sahələrdə, hərəkət marşurutlarında və şəhərdənkənar zonada baş vermiş
radioaktiv zəhərləmə barədə məlumatlarla təmin etmək üçün yerinə yetirilir.Belə
məlumatlar isə
zəhərli sahələrdə fəhlələrin, qulluqçuların , MM dəstələri heyətinin
radiaktiv şüalanmasının qarşısını almaq ,heyətinin radioaktiv şüalanmasının qarşısını
almaq
və ya təsirini azatmaq, onların daha məqsəd yönlü və təhlükəsiz faliyyət
qaydasını müəyyən etmək məqsədi ilə lazımi mühafizə tədbirlərin götürülməsi üçün
vacibdir.
Radiasiya kəşfiyyatı əraziyə radioaktiv maddələr
çökəndən sonra fasiləsiz
olaraq müşahidə postları , xususən hazırlıqlı kəşfiyyat qrupları və manqaları, habelə
bütün hərbiləşmiş MM dəstələri tərəfindən aparılır.
Radiasiya kəşfiyyatı aparmaq üçün kəşfiyatçılar dozimetrik cihazlarla təchiz
edilir.
Radiasiyanın səviyyələrini əvvəlcədən göstərilən yerlərdə (“ nöktələrdə”)
hərəkət marşutlarında isə hər 50-100 m məsafədə ölçürlər. Ölçümələr aparılan
nöktələrin (yerlərin) koordinatlrı, radiasiya səviyyələrinin kəmiyyətləri və onların
ölçülməsi vaxtları barədə hər dəfə mülki müdafiə qərargahına məlumat verilir.
Radiasiya səviyyələri və onların ölçülməsi vaxtı haqqında kəşfiyyat qrupları və
manqalarından MM qərargahına verilən məlumatlar radiasiya kəşfiyyatı və müşahidə
jurnalına yazılır( bax: sxem № 1)
Sıra №
Səbəb olmuş nüvə
Dostları ilə paylaş: