Magistr, Müəllim, Dövlət Qulluqçusu ol tel & wp : 70 611 33 01 ms excel 2019 CƏDVƏl prosessoru



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə4/17
tarix30.04.2023
ölçüsü0,78 Mb.
#105034
1   2   3   4   5   6   7   8   9   ...   17
MS Excel 2019









 (Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01 

1) Cədvəllərlə iş üçün Worksheets(İşçi vərəqlər) 
2) Diaqramların əlavə olunması üçün Chart sheets(Diaqram vərəqləri) 
3) Makroəmrlərin yerinə yetirilməsi üçün Macro sheets(Makros vərəqləri) 
4) Dialoqların yaradılması üçün Dialog sheets(Dialoq vərəqləri) 
Proqramda işçi kitabı, vərəqi minimal 10%-da saxlamaq, maksimum isə 400%-dək 
böyütmək mümkündür. 
 
Excel 2019 elektron cədvəlinin komponentləri. 
Fayl əməliyyatları. 
 
Excel proqramında ən əsas komponentlərdən biri xanadır. Xanaya oyuq və 
ya hücrə də deyilir. Bu proqramda bütün informasiyalar, verilənlər 
xanalarda qeyd olunur. Xanalara edilən müraciətlər istinad adlanır. Soldakı 
şəkildə A2 xanasında 8, B1 xanasında 24 yazılıb, C3 xanasına isə düstur 
daxil edilib. C3 xanasının bir nəticə alması üçün A2 və B1 xanasına 
müraciət, yəni istinad olunub. Əgər Enter düyməsini sıxsaq, C3 xanasında 
24+8=32 nəticəsi görünə-cək. Fikrimizi ümumiləşdirsək, deyə bilərik ki
C3 xanasının nəticəsi A2 və B1 xanasından asılıdır. Elə buna görə də xanalar tərkibinə görə ilkin  asılı olmaqla iki yerə 
bölünür. İlkin xananın qiyməti heç bir xanadan asılı olmur və içində hər hansısa bir verilən yazılır, ancaq asılı xana düsturdan 
ibarət olmaqla nəticəsi digər xanaların qiymətindən, vəziyyətindən asılı qalır. Bundan əlavə Excel cədvəlində ayırd 
edəcəyimiz xanalar iki növdə(aktiv, aktiv olmayan) olur. Kursor vasitəsi ilə seçdiyimiz xanalar aktiv, digərləri isə aktiv 
olmayan xanalardır. Verilmiş şəkildəki C3 xanası aktiv xanadır. Göründüyü kimi aktiv xananın ətrafı qara çərçivəyə alınır 
həmin xana ad qutusunda(Name Box) görsənir. Məsələn hal-hazırda aktiv xanamız C3 olduğundan ad qutusunda C3 
yazılıb ki, buna həm də xananın ünvanı deyilir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin