(Magistr, Müəllim, Dövlət Qulluqçusu) OL Tel & WP : 070 611 33 01
6
Insert Lent Tabı(Əlavə et) tab vərəqi:
Insert lent tabı
Tables, Illustrations, Add-ins, Charts, Tours, Sparklines, Filters, Links, Text, Symbols lent
qruplarından ibarətdir. Əksər qruplar haqda əvvəlki mövzuda danışdığımızdan əsasən fərqli qruplara nəzər salacağıq.
Tables(Cədvəllər):
PivotTable əmri mürəkkəb verilənləri asanlıqla tərtib edir və xülasısini çıxarır. Cədvəldən
lazımi olan məlumatları seçməyə imkan verir.
Recommended PivotTables qarışıq məlumatları ümumiləşdirmək üçün PivotTable – tövsiyə
edir.
Table əmri isə seçilmiş diapazona xüsusi formatlı cədvəl əlavə edir.
Illustrations(İllüstrasiyalar):
Illustrations - qrupunun köməyi
ilə cədvələ müxtəlif şəkillər, fiqurlar, ağıllı diaqramlar əlavə
etmək olur. Bu qrupu bir əvvəlki
dərsdən bildiyimiz üçün,
hər bir əmri mükəmməl
xatırladığınız üçün artıq sözə lüzum yoxdur. Word-lə müqayisə etdikdə hansı əmr bu qrupda
yoxdur? Mən Deyim? Yoxsa, özün axtarıb tapacaqsan? Kitabı
vərəqlədiyini hiss edirəm, yaxşıdır axtar tap
Add-ins(Qoşmalar):
Office-ə funksional imkanlar əlavə edən, tapşırıqları sadələşdirən və sizi hər gün istifadə etdiyiniz xidmətlərə qoşan
qoşmaları tapmaq üçün istifadə olunur.
Charts(Diaqramlar):
Charts - qrupunun
vasitəsilə işçi vərəqə
müxtəlif formatlı
diaqramlar əlavə etmək
olur. Diaqram
növləri sağ şəkildə qeyd
olunub. Şəkildə göründüyü kimi 17 əsas diaqram növü var.
Tours(Səfərlər):
3D Map - Coğrafi verilənlərə tədricən görünən 3D xəritəsində baxmaq
olar. Təfərrüatları araşdırıb tədricən dəyişiklikləri animasiya edib video
yaratmaq olar.
Dostları ilə paylaş: