56
Məhsulun vəd olunan üstünlüklərinin səbəblərini reklam strategiyasında da
tapmaq lazımdır. Məhsulun üstünlüklərinə əlavə olaraq, tərkibindəki xüsusi maddələr,
xammalın keyfiyyəti (məsələn, yalnız təbii maddələrdən hazırlanan təmiz hamam
sabunu), fiziki məhsul keyfiyyətləri, məhsulun istehsal üsulları və s.
Reklam strategiyasında göstərilən məhsul (şəxsiyyət) və reklamın yaratdığı
gözlənilən duyğu mühiti, bu strategiyanın reallaşdırılmasına işıq tutacaqdır. Məhsul bir
şəxsiyyətə malikdir və bunu müştərilərinə ünsiyyət vasitəsi ilə çatdırır.
Marka şəxsiyyəti 1970-ci ildən bəri reklam kampaniyalarının mərkəzində
olmuşdur. Ted Bates, USP (Unique Selling Person) konsepsiyası ilə markaların
şəxsiyyətlərini müştərilərə çatdırmaq üçün rahatlıq təklif edir. Bu konsepsiyaya görə,
markanın xarakteri həqiqi və ya simvolik bir marka identifikatoru vasitəsilə müştəriyə
asanlıqla izah edilə bilər. Ulduz Strategiyası anlayışı məhsula şəxsiyyət vermək üçün
istifadə olunur. Məşhur ulduzların istifadə etdiyi vurğulanan məhsullar, istehlakçıların
gözündə sevdikləri ulduz formasını daşıyır.
Reklam strategiyası, şirkətin marketinq strategiyasının reklam aktlarına
çevrilməsidir. Bu fəaliyyətlərə uzun müddət rəhbərlik edəcəyi üçün şərh tələb etməyən
qalıcı, aydın bir sənəd olmalıdır. Məqsəd, reklamın “necə” ediləcəyini deyil, reklamla
birlikdə “nəyin” çatdırılacağını müəyyənləşdirməkdir. Yaxşı düşünülmüş bir reklam
strategiyası uzun müddət firma üçün qüvvədə qalacaqdır.
Dostları ilə paylaş: