24
C. RETİNOPATİYA
Ümumi tövsiyələr
►
Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün
qlükoza nəzarətini optimallaşdırmaq lazımdır.
(A)
►
Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT
nəzarətini optimallaşdırmaq lazımdır.
(A)
Skrininq
►
ŞD2 olan pasiyentlərə diaqnoz qoyulduqdan qısa müddət sonra
oftalmoloq tərəfindən gözlərin tam və hərtərəfli
müayinəsi
aparılmalıdır.
(B)
►
Bundan bir müddət sonra ŞD2 olan
pasiyentlərdə oftalmoloq
tərəfindən gözlərin təkrar müayinəsi aparılmalıdır. Bir və ya daha
çox müayinə normal nəticə verərsə, müayinələr 2-3
ildən bir
aparıla bilər. Retinopatiyanın proqressivləşməsi daha sıx
müayinələrə göstərişdir.
(B)
►
Hamiləliyi planlaşdıran və ya artıq hamilə olan diabetli
qadınlarda gözlərin hərtərəfli müayinəsi aparılmalıdır və
retinopatiyanın inkişafı və/ və ya proqressivləşməsi riskinin
olması barədə pasiyentə məlumat verilməlidir. Göz müayinəsi
hamiləliyin ilk trimestrində, bütün hamiləlik dövrü və doğuşdan
sonrakı 1 il ərzində aparılır.
(B)
D. NEYROPATİYA
►
ŞD2-nin diaqnostikası vaxtı və ondan sonra ən azı ildə bir dəfə
xəstələrin hamısına sadə klinik testlərin
köməyi ilə distal simmetrik
polineyropatiyaya (DPN) görə skrininq aparılmalıdır.
(B)
9 Xəstələrin hamısı
pəncəyə qulluq etmək barədə
məlumatlanmalıdırlar. DPN olan pasiyentlər pəncəyə qulluğa dair
daha geniş bilik almalı və xüsusi ayaqqabı geyməlidirlər.
(B)
9 ŞD2-nin diaqnostikası zamanı avtonom neyropatiyanın
əlamətlərinin və simptomlarının skrininqi aparılmalıdır.
Nadir
hallarda xüsusi test tələb olunur, lakin onun xəstəliyin
aparılması və ya nəticəsinə təsiri yoxdur.
(D)
9 Pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə DPN
və avtonom neyropatiyanın spesifik simptomlarını
yüngülləşdirmək üçün dərmanlardan istifadə edilməsi
tövsiyə
olunur.
(D)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.