Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
24 Diabetes

4. Siqaret çəkmənin dayandırılması 
► 
ŞD-li xəstələrin hamısı siqareti tərgitməlidir. (A) 
► 
Siqaret çəkmənin dayandırılması və müalicənin digər formaları 
diabetik qulluğun bir komponentidir. (B) 
B. NEFROPATİYA 
Ümumi tövsiyələr 
► 
Nefropatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün 
qlükoza nəzarətini optimallaşdırmaq lazımdır. (A) 
► 
Nefropatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT 
nəzarətini optimallaşdırmaq lazımdır. (A) 
Skrininq 
► 
ŞD2 olan pasiyentlərdə diaqnoz qoyulduqdan sonra ildə bir dəfə 
sidiklə albumin ekskresiyasını qiymətləndirmə testi aparılmalıdır. 
(D) 
► 
Böyük yaşlı diabetli pasiyentlərin hamısında, sidiklə albumin 
ekskresiyasının dərəcəsindən asılı olmayaraq, ildə bir dəfə qanda 
kreatinin səviyyəsi yoxlanılmalıdır. Qanda kreatinin miqdarı 
QFS-ni və xronik böyrək xəstəliyinin (XBX) mərhələsini (əgər 
xəstəlik varsa) qiymətləndirmək üçün istifadə edilir. (D) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 24
C. RETİNOPATİYA 
Ümumi tövsiyələr 
► 
Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün 
qlükoza nəzarətini optimallaşdırmaq lazımdır. (A) 
► 
Retinopatiya riskini azaltmaq və ya inkişafını ləngitmək üçün AT 
nəzarətini optimallaşdırmaq lazımdır. (A) 
Skrininq 
► 
ŞD2 olan pasiyentlərə diaqnoz qoyulduqdan qısa müddət sonra 
oftalmoloq tərəfindən gözlərin tam və hərtərəfli müayinəsi 
aparılmalıdır. (B) 
► 
Bundan bir müddət sonra ŞD2 olan pasiyentlərdə oftalmoloq 
tərəfindən gözlərin təkrar müayinəsi aparılmalıdır. Bir və ya daha 
çox müayinə normal nəticə verərsə, müayinələr 2-3 ildən bir 
aparıla bilər. Retinopatiyanın proqressivləşməsi daha sıx 
müayinələrə göstərişdir. (B) 
► 
Hamiləliyi planlaşdıran və ya artıq hamilə olan diabetli 
qadınlarda gözlərin hərtərəfli müayinəsi aparılmalıdır və 
retinopatiyanın inkişafı və/ və ya proqressivləşməsi riskinin 
olması barədə pasiyentə məlumat verilməlidir. Göz müayinəsi 
hamiləliyin ilk trimestrində, bütün hamiləlik dövrü və doğuşdan 
sonrakı 1 il ərzində aparılır. (B) 
D. NEYROPATİYA 
► 
ŞD2-nin diaqnostikası vaxtı və ondan sonra ən azı ildə bir dəfə 
xəstələrin hamısına sadə klinik testlərin köməyi ilə distal simmetrik 
polineyropatiyaya (DPN) görə skrininq aparılmalıdır. (B) 
9 Xəstələrin hamısı 
pəncəyə qulluq etmək barədə 
məlumatlanmalıdırlar. DPN olan pasiyentlər pəncəyə qulluğa dair 
daha geniş bilik almalı və xüsusi ayaqqabı geyməlidirlər. (B) 
9 ŞD2-nin diaqnostikası zamanı avtonom neyropatiyanın 
əlamətlərinin və simptomlarının skrininqi aparılmalıdır. Nadir 
hallarda xüsusi test tələb olunur, lakin onun xəstəliyin 
aparılması və ya nəticəsinə təsiri yoxdur. (D) 
9 Pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədilə DPN 
və avtonom neyropatiyanın spesifik simptomlarını 
yüngülləşdirmək üçün dərmanlardan istifadə edilməsi tövsiyə 
olunur. (D) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 25

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin