26
►
Diabetik neyropatiyanın və /və ya PAX-nin məntiqi nəticəsi olan
pəncənin xoralaşması və amputasiyası diabetli xəstələrin ölüm və
əlilliyinin əsas səbəbləridir. Risk amillərinin erkən diaqnostikası
və aparılması qeyri-qənaətbəxş nəticənin profilaktikasına və ya
ləngidilməsinə kömək edə bilər. 10 ildən artıq diabetdən əziyyət
çəkən, kişi cinsinə mənsub, qlikemiya nəzarəti pis olan və ya
kardiovaskulyar, retinal və ya renal fəsadlar baş verən xəstələrdə
xoralaşma və ya amputasiya riski böyükdür.
►
Pəncə ilə əlaqəli aşağıdakı riskli hallar zamanı amputasiya
ehtimalı yüksəkdir:
9 Qoruyucu hissiyyatın itməsi ilə müşahidə olunan periferik
neyropatiya
9 Biomexanizmlərin pozulması (neyropatiya olduqda)
9 Yerli təzyiqin artması əlamətləri (eritema, xoranın qanaması)
9 Sümüklərin deformasiyası
9 PAX (ayaqda pulsasiyanın azalması və ya yox olması)
9 Anamnezdə xoranın və ya amputasiyanın olması
9 Ağır dırnaq patologiyası.
Dostları ilə paylaş: