Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
24 Diabetes

Tövsiyələr: 
► 
6 aydan böyük diabetli pasiyentlər hər il qrip əleyhinə peyvənd 
almalıdırlar. (C) 
► 
Ən azı bir dəfə pnevmokok peyvəndi vurulmalıdır. Birdəfəlik 
revaksinasiya 65 yaşdan yuxarı olan şəxslərə aparılır. 
Revaksinasiyanın başqa göstərişləri aşağıdakılardır: nefrotik 
sindrom, xronik böyrək xəstəliyi və immunosupressiv hallar, 
(məs., transplantasiyadan sonra). (C) 
DİABETİK FƏSADLARIN PROFİLAKTİKASI 
Şəkərli diabetin fəsadlarının profilaktikası üçün əsas vasitə 
müalicənin taktiki məqsədlərinə nail olmaqdır. 
Şəkərli diabetin fəsadlarının diaqnostikası və müalicəsi haqqında 
ayrıca xüsusi protokol hazırlanmalıdır. 
A. ÜDX 
ÜDX diabetin xəstələnmə və ölüm səbəbləri arasında aparıcı yeri 
tutur və xəstəliklə bağlı məsrəflərin artmasına səbəb olur. ŞD2 
zamanı olan yanaşı xəstəliklər (məs.. hipertenziya və dislipidemiya)
ÜDX-nin risk faktorları, diabet isə müstəqil risk kimi müəyyən edilir. 
Bu faktorların idarə edilməsi ÜDX-nin profilaktikası və ya 
inkişafının ləngidilməsi üçün effektivdir. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 22
Şəkərli diabetin öyrənilməsi üzrə ADVANCE araşdırması 
göstərmişdir ki, xəstələrdə arterial hipertenziyanın olub-
olmamasından asılı olmayaraq daimi şəkildə perindopril+indapamid 
kombinasiyasının qəbulu şəkərli diabetin makro- və mikrodamar 
ağırlaşmalarının profilaktikasını və ürək-damar ölümünün faizini 
aşağı salır. (A) 
1. Hipertenziya/ qan təzyiqinə nəzarət 
Hipertenziya diabetlə yanaşı gedən və pasiyentlərin 
əksəriyyətində olan ən geniş yayılmış xəstəlikdir. O, həmçinin ÜDX-
nin və mikrovaskulyar fəsadların əmələ gəlməsinin ən böyük risk 
faktorudur. AT qeyri-diabetik xəstələrdə olduğu kimi ölçülür: qolda, 
ürək səviyyəsində – oturaq vəziyyətdə, ayaq üstə və 5 dəqiqəlik 
istirahətdən sonra. Dİabet və hipertenziyanın müştərək risk faktorları 
olduğundan, ŞD zamanı hipertenziyanın diaqnostik meyarları 
(AT≥130/80 mmHg) qeyri-diabetik şəxslərlə müqayisədə 
(AT≥140/90 mmHg) daha aşağıdır. Özünə nəzarət və AT-nin 24 
saatlıq monitorinqi maskalanan hipertenziyanı üzə çıxarmağa kömək 
edir. 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin