Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol


Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
24 Diabetes

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan 
Respublikasında qeydiyyatdan keçmiş 
əsas 
şəkərsalıcı 
preparatların qısa xarakteristikası əlavə 3-də göstərilmişdir. 
ŞD ZAMANI XÜSUSİ HALLAR 
Xəstələnmənin stressi, travma və /və ya cərrahi müdaxilə 
qlikemik nəzarətə təsir edə, həyat üçün təhlükəli olan, ağırlaşma və 
ölüm hallarının qarşısını almaq üçün təcili yardım tələb edən diabetik 
ketoasidoza (DKA) və qeyri-ketoasid hiperosmolyar vəziyyətlərə 
səbəb ola bilər. Qlikemik nəzarətin pozulmasına gətirib çıxaran hər 
bir halda qanda qlükozanın və ketoza meylli olan xəstələrdə sidik və 
ya qanda ketonların tez-tez monitorinqini aparmaq vacibdir. 
Müəyyən olunmuş hiperqlikemiya müalicə planında müvəqqəti 
dəyişikliklər tələb edir və əgər bu zaman ketoz, qusma və ya huşun 
dəyişməsi qeyd olunursa, təcili olaraq mütəxəssisə müraciət etmək 
lazımdır. Qeyri-insulin preparatları və ya yalnız TQM alan xəstələrə 
müvəqqəti olaraq insulin təyin edilir. Adekvat miqdarda maye və isti 
təyin edilə bilər. Diabetli pasiyentlərdə infeksiya və ya 
dehidratasiyanın olması hospitalizasiyaya göstəriş ola bilər. 
Hipoqlikemiya 
Hipoqlikemiyanın müalicəsində qlükoza və ya karbohidrat 
tərkibli qidalardan (qanda qlükozanın səviyyəsi >70 mq/dl olduqda) 
istifadə edilir. Kəskin hipoqlikemiya qlükoza ilə daha tez 
korrelyasiya olunur. Karbohidratlara proteinlərin əlavə edilməsinin 
müalicəyə təsiri yoxdur. Yağlar kəskin hipoqlikemiyanı ləngidir və 
cavab reaksiyasının vaxtını uzadır.
► 
Huşu aydın olan xəstələrə hipoqlikemiya zamanı qlükoza (15-20 
qr) və ya tərkibində qlükoza olan hər hansı bir karbohidrat verilir. 
15 dəq. sonra aparılan QQPQ hipoqlikemiyanın davam etdiyini 
göstərsə, müalicə təkrarlanır. Bir dəfə QQPQ normal olarsa, xəstə 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 21
hipoqlikemiyanın təkrarlanmasının qarşısını almaq üçün qida 
qəbul etməlidir. (D)
► 
Ağır hipoqlikemiya riski böyük olduqda qlükaqon təyin olunur. 
Xəstəyə qulluq edən şəxslər və ya ailə üzvləri onun istifadə 
qaydası barədə məlumatlandırılmalıdırlar. (D)
► 
Hipoqlikemiya olmasını anlamayan, yaxud bir və ya daha artıq 
ağır hipoqlikemiya epizodları olan şəxslərdə gələcəkdə 
hipoqlikemiya hallarının qarşısını almaq üçün qlikemiyanın hədəf 
səviyyəsini bir qədər artırmaq məsləhət görülür. (B) 
İmmunizasiya 
Diabetli şəxslərdə pnevmokok infeksiyasının və yüksək ölüm 
göstəricisi (50%) olan nozokomial bakteriemiyanın inkişaf riski 
yüksəkdir.

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin