Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   12   13   14   15   16   17   18   19   ...   23
24 Diabetes

Skrininq və diaqnostika 
► 
Hər müayinə vaxtı qan təzyiqi ölçülməlidir. Sistolik AT ≥ 130 
mmHg və ya diastolik AT ≥ 80 mmHg olduqda, təkrar ölçülmə 
başqa gün aparılmalıdır. Nəticələrin yuxarıdakı kimi olması 
hipertenziya diaqnozunu təsdiqləyir. (C) 
Məqsədlər 
► 
Müalicə nəticəsində sistolik AT < 130 mmHg səviyyəsinə 
düşməlidir. (C) 
► 
Müalicə nəticəsində diastolik AT < 80 mmHg səviyyəsinə 
düşməlidir. (B) 
2. Dislipidemiya / lipid mübadiləsinə nəzarət 
Skrininq 
► 
Böyük yaşlı pasiyentlərin əksəriyyətində ən azı ildə bir dəfə 
acqarına lipid profili təyin edilməlidir. Risk səviyyəsi aşağı olan 
böyüklərdə (lipidlərin strukturu: ASLX<100 mq/dl, YSLX>50 
mq/dl və triqliseridlər <150 mq/dl) lipidlərin qiymətləndirilməsi 
iki ildən bir aparılmalıdır. (D) 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 23
3. Antitrombositar preparatlar 
► 
Anamnezində ÜDX olan diabetli xəstələrdə ikincili profilaktika 
(metafilaktika) kimi aspirin terapiyasından istifadə olunur (75-
162 mq/gün) (A) 
► 
Kardiovaskulyar xəstəliklər riski yüksək olan (bura yaş > 40 və 
ya əlavə risk faktorları – ailədə ÜDX, hipertenziya, siqaretçəkmə, 
dislipidemiya və ya albuminuriya – aiddir) diabetli xəstələrə ilkin 
profilaktika məqsədi ilə aspirin (75-162 mq/gün) təyin edilir. (A) 
► 
Yaşı 30-dan aşağı olan pasiyentlərdə aspirinin tətbiqinin 
üstünlüyü barədə kifayət qədər məlumat olmadığı üçün onlara 
aspirin təyin edilməsi tövsiyə olunmur, həmçinin yaşı 21-dən 
aşağı olan şəxslərdə Reye sindromunun inkişaf etmə təhlükəsi 
yüksək olduğu üçün aspirin əks-göstərişdir. (D) 
► 
Ağır və proqressivləşən ÜDX zamanı aspirin digər, məs., 
klopidrogel kimi, antitrombositar preparatla kombinə olunur. (C) 

Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin