27
B. Hestasiya ŞD2 (HŞD2)
HŞD2-nin risk faktorları
1. Yaşın 25-dən az olması
2. Çəkinin artıqlığı və ya piylənmə
3. Ailədə diabet xəstəliyi (məs., birinci sıra qohumluq)
4. Qlükoza metabolizminin pozulması tarixi
5. Pis mamalıq anamnezi
6. Yenidoğulmuşun çəkisinin > 4 kq olması
7. Yumurtalığın polikistozu sindromunun olması
8. Bəzi etnik qruplara mənsubiyyət
9. AQQ-nin (ən azı 8 saat qidalanmamaq şərtilə) >85 mq/dL və ya 2
saatlıq postprandial qlükozanın konsentrasiyasının >140 mq/dL
olması (75 qr. qlükoza ilə OQTT-dən sonra)
Hamiləliyin planlaşdırılması proqramı (HPP)
►
Hamiləlik öncəsi HbA1c-nin səviyyəsi normaya mümkün qədər
yaxın olmalıdır (<7%)
(B)
►
Reproduktiv potensialı olan ŞD2-li qadınlar hamiləlik öncəsi
normal qlükoza nəzarətinin və ailə planlaşdırılması prosesində
iştirakın vacibliyi barədə məlumat almalıdırlar.
(D)
►
Hamilə olmağı planlaşdıran diabetli qadınların vəziyyəti
qiymətləndirilməli
və diabetik retinopatiya, nefropatiya,
neyropatiya və ÜDX olduqda, onlar müalicə olunmalıdır.
(D)
►
Belə qadınların qəbul etdiyi dərman preparatları hamiləlik öncəsi
nəzərdən keçirilməlidir, çünki diabetin müalicəsi zamanı istifadə
edilən preparatların bir çoxu hamiləlik dövründə əks-göstərişdir.
(D)
►
Anadangəlmə qüsurlar diabetli
analardan doğulan uşaqlar
arasında xəstələnmə və ölüm hallarının aparıcı səbəbidir.
Qüsurların yaranma riski qlikemiyanın artması ilə düz
mütənasibdir. Bu risk hestasiyanın ilk 6-8 həftəsi ərzində və
HbA1c-nin konsentrasiyası ilə təyin olunur. Riskin azaldılması
üçün HPP-yə uyğun hərəkət etmək lazımdır. HPP ŞD-li xəstələrə
diabetik pəhriz və intensiv insulin terapiyası tətbiq etməklə,
onları özünə nəzarət və QQPQ-yə hazırlayan çoxixtisaslı
proqramdır. Məqsəd – normal qlikemiya və HbA1c ≤7% əldə
etməkdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
Qüsurların yaranma riskini minimallaşdırmaq üçün mövcud olan
standart qulluğa aşağıdakılar daxildir:
►
Qüsurların yaranmasının planlaşdırılmamış hamiləliyin və pis
metabolik nəzarətin nəticəsi olması barədə qadın pasiyentlərə
məlumat
vermək
►
Metabolik nəzarət məqsədlərinə çatana qədər effektiv
kontrasepsiyadan istifadə etmək.
Hamiləlik zamanı əks-göstəriş olan dərmanlar kateqoriyalar üzrə
dəyərləndirilir. Oral antidiabetik dərman preparatları arasında
metformin və akarboza
∗
“B” kateqoriyasına aid edilir (insanlarda
təhlükəli olması barədə sübut yoxdur), digərləri isə “C”
kateqoriyasına (risk istisna olunmur) aiddir.
Dostları ilə paylaş: