Şəkərli diabet (tip 2) xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə20/23
tarix04.05.2023
ölçüsü1,16 Mb.
#107627
1   ...   15   16   17   18   19   20   21   22   23
24 Diabetes

C. Ahıl yaşlı xəstələrdə ŞD2 
► 
Funksional problemləri olmayan və həyat davamiyyəti göstəricisi 
yüksək olan ahıl yaşlı pasiyentlərdə diabetin müalicəsi daha gənc 
şəxslərdəki kimi aparılır. (D) 
► 
Yuxarıdakı meyarlara uyğun gəlməyən yaşlılara fərdi yanaşma 
tələb olunur, lakin xəstələrin hamısında kəskin hiperqlikemik 
fəsadlar riskinə və ya simptomlarına gətirib çıxaran təhlükəli 
amil – hiperqlikemiyanın qarşısı alınmalıdır. (D) 
► 
Yaşlı xəstələrdə başqa kardiovaskulyar risk faktorlarının 
müalicəsi dərman vasitələrinin effektiv təsirinin vaxt intervalını 
və fərdi yanaşmanı nəzərə almaqla aparılmalıdır. Yaşlı xəstələrin 
hamısına hipertenziyanın müalicəsi aparılmalıdır, 
dislipidemiyanın müalicəsi və aspirin terapiyasından sonra həyat 
davamiyyəti ən azı ilkin və ya ikincili profilaktikadan sonra əldə 
edilən vaxt intervalına bərabərdir. (D) 
► 
Yaşlı xəstələrdə diabetik fəsadların skrininqinə fərdi yanaşma 
olmalıdır, lakin funksional çatışmazlıqla nəticələnə biləcək 
fəsadlara ilk növbədə diqqət yönəldilməlidir. (D) 
 
 

Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət 
qeydiyyatından keçməmiş dərman vasitəsi. 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.


 29
ŞD2-nin PROFİLAKTİKASI 
ŞD2-nin başlanmasını ləngidən tədbirlər
► 
Qlükoza tolerantlığının pozulması (QTP) (A) və ya acqarına 
qlikemiyanın pozulması (AQP) (D) müşahidə olunan xəstələrdə 
diabetin başlanmasını ləngitmək məqsədilə ilkin müalicə kimi 
çəkini azaltmaq üçün sağlam qidalanmaya və fiziki aktiv həyat 
tərzinə keçmək qətiyyətlə tövsiyə olunur. Əgər müəyyən vaxt 
ərzində yalnız həyat tərzinin dəyişdirilməsi ilə effekt əldə 
edilmirsə, metforminin tətbiq edilməsi məsləhət görülür. (A) 
► 
Prediabeti olan xəstələrə ildə bir dəfə prosesin diabetə 
keçməsinin monitorinqi aparılmalıdır. (D) 
► 
Həyat tərzinin dəyişdirilməsi + metformin: çox böyük risk 
səviyyəsi (QTP, AQP + başqa risk faktorlarının olması), 
piylənmə və yaşı 60-dan yuxarı olanlara bu sxem üzrə müalicə 
aparılır. (D) 
► 
İlkin olaraq həyat tərzinin dəyişdirilməsi (C):
9 Diyetoloqa müraciət edilməsi, çəkini aşağı salmaq məqsədilə 
enerji istifadəsinin azaldılması və qida strategiyasına dair 
aşağıdakı məqsədləri güdən dietik proqramın tərtib edilməsi:

Çəkinin azaldılması: ümumi çəkinin 5%-dən 7%-ə 
qədəri (A)

Qidalanma: yağların miqdarı ümumi sərf olunan 
enerjinin 30%-inə, doymuş yağların miqdarı isə 
ümumi sərf olunan enerjinin 10%-inə kimi azaldılmalı 
və bitki mənşəli qidaların miqdarı hər 1000 kkal-a 15 
qr. hesabı ilə və ya daha çox artırılmalıldır. (A) 
9 Müntəzəm fiziki aktivlik tövsiyə olunur (təxminən həftədə 
150 dəq.) (A)
► 
Daimi ardıcıl müşahidə uğurlu nəticənin qarantıdır (B) 
► 
Prediabeti olan şəxslərə kardiovaskulyar xəstəlikləri törədən 
tütünçəkmə, hipertenziya və dislipidemiya kimi amillər barədə 
məlumat vermək lazımdır. (A)
► 
Hipertenziyanın və dislipidemiyanın aktiv müalicəsi həyat 
tərzinin dəyişdirilməsi və farmakoloji terapiya ilə bağlıdır. (A) 
 
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.



Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin