29
ŞD2-nin PROFİLAKTİKASI
ŞD2-nin başlanmasını ləngidən tədbirlər
►
Qlükoza tolerantlığının pozulması (QTP)
(A) və ya acqarına
qlikemiyanın pozulması (AQP)
(D) müşahidə olunan
xəstələrdə
diabetin başlanmasını ləngitmək məqsədilə ilkin müalicə kimi
çəkini azaltmaq üçün sağlam qidalanmaya və fiziki aktiv həyat
tərzinə keçmək qətiyyətlə tövsiyə olunur. Əgər
müəyyən vaxt
ərzində yalnız həyat tərzinin dəyişdirilməsi ilə effekt əldə
edilmirsə, metforminin tətbiq edilməsi məsləhət görülür.
(A)
►
Prediabeti olan xəstələrə ildə bir dəfə prosesin diabetə
keçməsinin monitorinqi aparılmalıdır.
(D)
►
Həyat tərzinin dəyişdirilməsi + metformin: çox
böyük risk
səviyyəsi (QTP, AQP + başqa risk faktorlarının olması),
piylənmə və yaşı 60-dan yuxarı olanlara bu sxem üzrə müalicə
aparılır.
(D)
►
İlkin olaraq həyat tərzinin dəyişdirilməsi
(C):
9
Diyetoloqa müraciət edilməsi, çəkini aşağı salmaq məqsədilə
enerji istifadəsinin azaldılması və qida strategiyasına dair
aşağıdakı məqsədləri güdən dietik proqramın tərtib edilməsi:
-
Çəkinin azaldılması: ümumi çəkinin 5%-dən 7%-ə
qədəri
(A)
-
Qidalanma: yağların miqdarı ümumi sərf olunan
enerjinin 30%-inə, doymuş yağların miqdarı isə
ümumi sərf olunan enerjinin 10%-inə kimi azaldılmalı
və bitki mənşəli qidaların miqdarı hər 1000 kkal-a 15
qr. hesabı ilə və ya daha çox artırılmalıldır.
(A)
9 Müntəzəm fiziki aktivlik tövsiyə olunur (təxminən həftədə
150 dəq.)
(A)
►
Daimi ardıcıl müşahidə uğurlu nəticənin qarantıdır
(B)
►
Prediabeti olan şəxslərə kardiovaskulyar
xəstəlikləri törədən
tütünçəkmə, hipertenziya və dislipidemiya kimi amillər barədə
məlumat vermək lazımdır.
(A)
►
Hipertenziyanın və dislipidemiyanın aktiv müalicəsi həyat
tərzinin dəyişdirilməsi və farmakoloji terapiya ilə bağlıdır.
(A)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.