“Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
3. Pe şə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi [22] 3.1. Dövl ət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, peşə təhsili mü əssisələrinin əyani təhsilalma forması üzrə təhsil alan tələbələrinə təqaüd onların aralıq qiymətləndirmə (yarımil) n əticələrinə görə verilir. 3.2. H ər tədris ili üçün peşə təhsili müəssisələrində ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi v ə dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir. 3.3. H ər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, aralıq qiymətləndirmənin yekun nəticələrinə əsasən ən yüks əkdən başlayan sıralamaya uyğun növbəti yarımildə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir. 3.4. T əqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər yarımil üzrə (birinci tədris ilinin birinci yarımili istisna olmaqla) aralıq qiym ətləndirmənin yekun nəticələrinə əsasən modullar (fənlər) üzrə göstəricilərinə görə aşağıdakı kimi mü əyyənləşdirilir: 3.4.1. ilk v ə texniki peşə təhsili səviyyələri üzrə: 3.4.1.1. modullar (f ənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan tələbələrə “əlaçı” t əqaüdü;
3.4.1.2. modullar (f ənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “4” və “5” olan tələbələrə “h əvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi “5” olmalıdır); 3.4.1.3. modullar (f ənlər) üzrə göstəriciləri 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “3” - “5” olan tələbələrə “adi” t əqaüd verilir; 3.4.2. yüks ək texniki peşə təhsili səviyyəsi üzrə: 3.4.2.1. modullar (f ənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 91-100 bal olan tələbələrə “əlaçı” t əqaüdü; 3.4.2.2. modullar (f ənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 71-100 bal olan tələbələrə “h əvəsləndirici” təqaüdü (bu halda ən azı bir moduldan (fəndən) akademik göstəricisi 91 baldan yuxarı olmalıdır); 3.4.2.3. modullar (f ənlər) üzrə göstəriciləri çoxballı sistemə (0-100 bal) əsasən 51-100 bal olan tələbələrə “adi” təqaüd verilir. 3.5. H ər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neç ə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci yarımilində ümumi orta və tam orta təhsil səviyyələri üzrə m əzunların buraxılış imtahanında əldə etdiyi nəticə və ya orta ixtisas təhsili müəssisələrinə ümumi orta və tam orta təhsil bazasında q əbul imtahanından topladığı bal, sonrakı yarımillərdə isə əvvəlki yarımildəki aralıq qiymətləndirmənin n əticəsi yüksək olan tələbəyə üstünlük verilir. 3.6. T əqaüd almaq hüququ olan tələbələrin siyahısı müəyyənləşdirilərkən, təqaüdlərin müəyyən edilmiş sayı müv əffəq qiymət alanların sayından çox olduğu halda, qalan təqaüd yerləri pedaqoji şuranın qərarı ilə digər ixtisaslar üzrə t əhsil alan və həmin yarımildə aralıq qiymətləndirmə üzrə yekun nəticəsi yüksək olan tələbələrə növbəti yarımilədək verilir. 3.7. Aralıq qiym ətləndirmənin yekun nəticələrinə görə çoxballı sistem üzrə 50 baldan və ya 5 ballıq qiymət şkalası üzr ə “3”-dən aşağı qiymət almış peşə təhsili müəssisələrinin tələbələrinə təqaüdün verilməsi dayandırılır. Akademik borclar l əğv edilən gündən təqaüdün verilməsi bərpa olunur. 3.8. X əstəliyə və digər üzrlü səbəblərə görə aralıq qiymətləndirmədə iştirak etməyən tələbələrə akademik borcların l əğvi üçün ayrılan müddətin sonunadək təqaüdün verilməsi davam etdirilir. 3.9. Akademik borca gör ə təkrar kursda saxlanılan və təhsillərini müvəqqəti olaraq dayandıran tələbələrə təkrar təhsil ili dövründ ə təqaüd ödənilmir. 3.10. Pe şə təhsili pilləsinin ilk və texniki peşə təhsili səviyyələrinə dövlət vəsaiti hesabına qəbul olunan tələbələrə müvafiq f ənlər üzrə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “ əlaçı”, digər halda isə “adi” təqaüd verilir. 3.11. Tam orta t əhsil bazasından qəbul olunan və ilk peşə təhsili səviyyəsi üzrə təhsil alan tələbələrə müvafiq fənlər üzr ə attestat qiymətlərinin orta göstəricisi “4,5” və daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda is ə “adi” təqaüd verilir. 3.12. Pe şə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə: 3.12.1. ümumi orta v ə tam orta təhsil səviyyələri üzrə məzunların buraxılış imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrə həmin imtahanlarda topladıqları qiymətlərin orta göstəricisi “4,5” v ə daha çox olduqda, birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir; 3.12.2. Az ərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən orta ixtisas təhsili müəssisələrinə ümumi orta v ə tam orta təhsil bazasında qəbul imtahanında əldə etdikləri nəticələrə əsasən peşə təhsili müəssisələrinə q əbul olunan və imtahan verilən fənlər üzrə müəyyən edilmiş maksimal balın 85 faizini və daha çoxunu toplayan t ələbələrə birinci tədris ilinin birinci yarımilində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir. 3.13. T əkrar olaraq eyni peşə təhsili səviyyəsində təhsil alan tələbələrə dövlət hesabına təqaüd verilmir.