“Ərizəmlə bildirirəm ki, mən 1921-ci ildən Kommunist partiyasının
üzvü olmuĢam. Təəssüf ki, Kommunist partiyasının mahiyyətini baĢa
düĢməmiĢəm. Ġndi isə görürəm ki, bu partiya həqiqətin və inamın düĢmənidir.
Mən Allahın varlığını danan kompartiyanın fikri ilə razı deyiləm. Söz verirəm
124
ki, sovet hökumətinin əleyhinə iĢləyəcəm və Ġslamın təntənəsi üçün var
qüvvəmlə çalıĢacam. Bütün varlığımla söz verirəm ki, Türkiyə hökumətinin
varlığı və Ģərəfi uğrunda çalıĢacağam”.
Həmin vaxtlarda səs yayılmıĢdı ki, Qabaqçöl kəndində yeddi min türk
əsgəri gəlib, onlar meĢədə saxlanılır, üsyanın baĢlanmasını gözləyirlər. Yalamada
isə səkkiz min nəfərdir. Atatürk artıq Bakını alıb, özü də ordadır.
“Xalqlara Azadlıq Partiyası”nın “xalqçılar fraksiyası” BaĢ Göynükdə
yerləĢirdi. Onun sədri Molla Mustafa ġeyxzadə idi. Fraksiyanın 450-dən çox üzvü
vardı.
Üsyan aprelin 12-nə planlaĢdırılıb, lakin baĢ tutmayıb, 13-də baĢlayıblar.
Aprelin 11-də BaĢ Göynüklü Eyvaz kiĢinin evində silahlı üsyan haqqında
son yığıncaq olub. Burada M.M.ġeyxzadə, üç nəfər Göynüklü qaçaq, iki ləzgi, iki
erməni, Həmid MaĢiyev və baĢqaları iĢtirak ediblər (həbs olunan və güllələnənlər
arasında ermənilər yoxdu, görünür, ÇK iĢçisi olublar).
Molla Mustafa ġeyxzadə deyib: “Sovet hökuməti devrilməlidir. Üç aydır
ki, mən hazırlıq iĢi aparıram. Türkiyənin Batumdakı konsulu razılıq verib ki, may
ayında türk ordusu Azərbaycanı alacaq”. Sonra ġeyx atasının məzarına and içib ki,
sözlərimə məsuliyyət daĢıyıram, aldığım məlumat dəqiqdir.
Kompartiya üzvü MaĢiyev Həmid: “Bu günə qədər kor və kar olub,
bolĢeviklərə inanmıĢam. Dini və böyük Allahı inkar eləmiĢəm. Ġndi peĢmanam, söz
verirəm ki, bu gündən üsyançılara əlimdən gələn köməyi edəcəm. Millət və Ġslam
dini uğrunda bolĢeviklərə qarĢı son nəfəsimə qədər vuruĢacağam”.
* * *
Qax rayonu ərazisində üsyanın baĢçısı olan Sadıq bəy Balacayev isə 1930-
cu il iyulun 16-da həbs olunub güllələnmiĢdir.
Üsyanın üçüncü - əsas baĢçısı polkovnik Bəhram bəy Nəbibəyov isə
Bideyiz kəndinin yanındakı Buxdur dağında ÇK-nın qoĢunları ilə ölüm-dirim
döyüĢlərində 1930-cu ilin iyul ayında həlak olmuĢdur. Arxiv sənədləri və ayrı-ayrı
ağsaqqallar Ģahidlik edir ki, üsyan heç də sovetlərin dediyi kimi “banditizm”
üsyanı deyildi. Bundan əvvəl də BaĢ Göynük kəndində, ġəkidə və Azərbaycanın
hər yerində Ģura hökumətinin ağır rejiminə qarĢı üsyanlar olub. 1920-ci ilin
mayından Qarabağda, Qazaxda, Zaqatala və Qubada Azərbaycan xalqı üsyankar
səsini qaldırmıĢdı. 1924-cü il aprelin 3-də Tiflisdə olan Azərbaycan xalq
komissarlığı sovetinin sədr müavini Mir Cəfər Bağırov “Zarya Vostoka” qəzetinə
verdiyi müsahibəsində demiĢdi:
- Cinayətkar dəstələr üç ildən çox gənc sovet respublikamızın quruculuğuna
mane olurdular. 1920-ci ilin yazında Gəncədə, Zaqatalada, Qarabağda və baĢqa
rayonlarda üsyan qaldırdılar. 1922-ci ilin may ayında belə cinayətkar dəstələrdən
cəmisi 58-i qalmıĢdı. Onların ümumi sayı 310 nəfər idi. Lakin ÇK da
125
mürgüləmirdi. 1924-cü ilin mart ayında Azərbaycanda çox da gücə malik olmayan
cəmisi beĢ cinayətkar dəstə qaldı. Mənim Tiflisə gəliĢimdən bir az əvvəl 17 nəfər
cinayətkar bandit hökumətə təslim oldular. Ġndi respublika ərazisi cinayətkar
dəstələrdən, həm də eser, müsavat, monarxist təĢkilatlardan tamamilə
təmizlənmiĢdir. Hətta kəndlilər belə onlarda olan silahı könüllü olaraq təhvil verir
və iqtisadiyyatın inkiĢafına kömək edirlər.
Sovet orqanlarına inanıb desək ki, din xadimi molla Mustafa ġeyxzadə və
var-dövləti əldən çıxmıĢ Sadıq bəy Balacayev üsyan qaldırıb xalqı yoldan
çıxartmıĢlar.
Bəs onda üçüncü, əsas Ģəxs, ġəki rayon hərbi komissarı Bəhram bəy
Nəbibəyovun üsyana baĢçılıq etməkdə, əgər belə demək mümkünsə, “cinayətkar
dəstələrə” qoĢulmaqda məqsədi nə idi? Axı Bəhram bəy hərtərəfli təmin olunmuĢ
Ģəxs idi: vəzifə, rütbə və hər bir imkana malik bəy nəsilli hərbçi.
Azərbaycan BaĢ Siyasi Ġdarəsinin sədri Mir Cəfər Bağırovun və
Nevernovun imzası ilə 1930-cu il mayın 12-də 66 səhifə makina yazısı həcmində
Moskvaya göndərdiyi rəsmi hesabatda bu üsyanın səbəbi aydınlaĢır. Oradan belə
anlaĢılır ki, yerli raykom və icrakom milis orqanlarının əməkdaĢları, ümumiyyətlə,
səlahiyyətli vəzifə sahibləri xalqa yeni qurulan kolxozun mahiyyətini düzgün baĢa
sala bilməyiblər. Zaqatala - Nuxa ərazisində rüĢvətxorluq, əhalini yerli-yersiz
incitmək, səhərdən axĢama kimi ağır zəhmətlə məĢğul olan rəiyyətə qara qəpik də
verməmək üsyanın alovlanmasına səbəb olmuĢdur.
Xalqın bu ağır güzəranının görüb ürəyi yanan imkanlı Bəhram bəy
Nəbibəyov üsyana məhz bu məqsədlə qoĢulmuĢdu.
Polkovnik Bəhram bəy Nəbibəyov özü də Ģəkili idi. O, 1884-cü il dekabrın
6-da bəy ailəsində anadan olmuĢdur. Birinci Dünya müharibəsinin iĢtirakçısı olan
Bəhram bəy Nəbibəyov 1918-20-ci illərdə məĢhur sərkərdələrimiz Əliağa ġıxlinski
və Səməd bəy Mehmandarovla milli ordu quruculuğumuzun təməl daĢını
qoyanlardandır.
Ġlk təhsilini Kutaisi realnı məktəbində alan Bəhram bəy 1904-cü il
sentyabrın 2-də Peterburqdakı Konstantin artilleriya məktəbini birinci dərəcəli
diplomla bitirmiĢdir. Həmin ildən Qafqazdakı iyirminci Artilleriya briqadasında
podporuçik kimi xidmətə baĢlayan Bəhram bəy Nəbibəyov 1909-cu il sentyabrın 7-
də poruçik, 1912-ci il avqustun 31-də Ģtabskapitan rütbəsinə layiq görülüb.
Bir il sonra üçüncü batareyanın komandiri təyin olunan Bəhram bəy əlaçı
zabit kimi birinci Əlahiddə Qafqaz ordusunun qərargahında artilleriya rəisinin
müavini vəzifəsinə layiq görülüb. 1913-cü ildə Axalsixe Ģəhərində xidmət edən
kapitan Bəhram bəy Nəbibəyov ordudakı nümunəvi xidmətinə görə “Müqəddəs
Stanislav” ordeninin üçüncü dərəcəsi ilə təltif olunub.
Milli ordumuzun yaranmasında əvəzsiz xidmətləri olan Bəhram bəy qardaĢı
kapitan Vahid bəy və podpolkovnik Hüseyn bəylə birgə 1918-20-ci illərdə erməni
daĢnaklarına qarĢı igidliklə vuruĢmuĢdur.
126
Polkovnik Bəhram bəy Nəbibəyovun və onun zabit qardaĢlarının hərbi
fəaliyyəti barədə Respublika Mərkəzi Dövlət Tarix Arxivində qismən də olsa,
sənədlər saxlanılır. 1918-ci il dekabrın 5-də yenicə yaranmıĢ Azərbaycan
ordusunun hissələrinə baxıĢ keçirən Hərbiyyə naziri, tam artilleriya generalı Səməd
bəy Mehmandarov kapitan Bəhram bəy Nəbibəyovun komandir olduğu dördüncü
Dağ batareyasında əsgər və zabitlərin hazırlığından tam razı qaldığını bildirir.
Nazir səkkiz saylı əmrində qeyd edir ki, yoxlanıĢ zamanı batareya komandiri
Nəbibəyovun əsgərləri məndə xoĢ təəssürat yaratdı. Hiss olunur ki, batareya
komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Nəbibəyovun
qısa müddətdə etdikləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanı
daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə və kapitan
Nəbibəyova yorulmaz zəhmətlərinə görə təĢəkkür edirəm.
General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə
Nazirliyinə göndərdiyi raportdan:
- Bu gün saat 13-də Xanabadın ucqarı bizim partizanlar tərəfindən alındı.
Bakı alayı sıldırım qayalara DaĢbaĢı yüksəkliyinə yanaĢdı: podpolkovnik
Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı və mövqeləri dəyiĢməsəydi,
alayın həmləsi daha uğurlu olardı.
- Sol cinahda ermənilər Əsgəranda ələ keçirdikləri iki pulemyotla əks
həmləyə keçdilər. Onları Xanabaddan vurub çıxartmağa və qaçmağa məcbur etdik.
Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası,
ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə
döyüĢə atılır.
QoĢunların əhval-ruhiyyəsi əladır, düĢmən çoxlu itki verib, təkcə
XaraĢurtda 60-dək erməni meyidi var.
General Həbib bəy Səlimov.
Şuşa 10 aprel 1920-ci il
* * *
Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının topları
aramsız döyüĢlər apardığına görə tamamilə yararsız hala düĢmüĢdür. YaxĢı olar ki,
onlar 1902-ci il nümunəli porĢenli toplarla əvəz olunsun. Əlavə batareya qüvvəsi
göndərməyinizi xahiĢ edirəm.
General Həbib bəy Səlimov.
Polkovnik Bəhram bəy Nəbibəyovun atası Qasım bəy 1920-ci il aprel
inqilabına qədər uzun müddət podpolkovnik rütbəsində çar pristavı olmuĢdur.
YaxĢı təhsil almıĢ Qasım bəy on beĢ il Ġrandakı rus səfirliyində çalıĢmıĢ, 1915-17-
ci illərdə isə Türkmənistanda məĢhur general A.N.Kuropatkinin qərargahında ġərq
dilləri üzrə tərcüməçi olmuĢdur.
127
1930-cu il iyulun 14-də ġəki sakini Məbud Əli oğlu Ġmamverdiyev üsyanla
bağlı dindirilərkən demiĢdi:
- KeçmiĢ çar podpolkovniki Qasım bəy Sovet hökumətinin düĢmənidir. O,
bu hökumətə qarĢı əks-təbliğat aparır. ġəkidə və Türkmənistanda böyük mülk
sahibidir. Onun oğlanları Zahid bəy, Bəhram bəy, Vahid bəy və Hüseyn bəy
həmiĢə yaxĢı vəzifədə olmuĢlar. Bunların hamısı keçmiĢ çar və müsavat ordusunun
zabiti idilər. Doxsan beĢ yaĢı olmasına baxmayaraq, Qasım bəy yenə də hər il
Türkmənistana gedir, orada icarəyə verdiyi mülkün pulunu alır və gəlir. Camaata
sələmi ilə pul verib, qazanc əldə edir. Qasım bəy fəhlə-kəndli hökumətinin çox
təhlükəli düĢmənidir.
Üsyandan sonra silahdaĢları ilə son gülləsinə qədər sovet-çekist qoĢunları
ilə vuruĢub həlak olan polkovnik Bəhram bəy Nəbibəyovun qardaĢlarını da həbs
edirlər. Otuz səkkiz yaĢlı Hüseyn bəyin və altmıĢ yaĢlı Vahid bəy Nəbibəyovun
hərəsinə 1931-ci il martın 2-də 3 il həbs cəzası kəsilir. Bundan sonra təkcə
hökumət yanında gözükölgəli olan ziyalı Nəbibəyovlar ailəsinin yox, həmin
ərazidə yaĢayan yüzlərlə soydaĢımız günahlı-günahsız güllələnmiĢdir. Təkcə üsyan
yatırılan günü iki yüz iyirmi altı adam həbs olunub, yüz səksən nəfər güllələnib,
yüz əlli nəfər yaralanıb, səkkiz yüz altmıĢ beĢ nəfər isə tutulub saxlanılıb. Bir
sözlə, 37-ci ilin qara günlərinin təməl daĢı qoyulub.
BaĢ Göynük kəndində ağsaqqal müəllim Yaqub Səmədov mənə belə bir
əhvalat danıĢıb:
...Üsyan yenicə yatırılmıĢdı. Amma rus əsgərləri kəndlərə doluĢur, qarĢısına
çıxan kiĢiləri, cavan günahsız oğlanları sorğusuz-sualsız güllələyirdilər. Ona görə
də kiĢilərin çoxusu qaçıb meĢələrdə gizlənmiĢdi. Əsgərlər kəndimizə doluĢanda
ağsaqqal həmkəndlimiz Həbibullah ġabəddinov onların qarĢısına çıxır,
canıyananlıqla:
- Hara gedirsiniz, - deyir, bəsdi, kənddə kiĢi qalmadı, hamısını qırdınız,
olub-qalanı da meĢələrə çəkilib, siz onları tapa bilməzsiniz. Mən sabah gedib
kəndə qaytararam. Amma söz verin ki, onlara toxunmayacaqsınız...
- Aha, demək, sən qoca da üsyançılardan birisən, - deyib, Həbibullah
ġabəddinovu güllələyirlər.
Sovet çekistləri günahlı-günahsızı araĢdırmadan bir ucdan kimini həbs edir,
kimini də güllələyirdilər.
ġəki üsyanı xalq Ģairi Bəxtiyar Vahabzadənin uĢaqlıq yaddaĢında bu gün də
yaĢayır:
- Üsyan yatırıldı, üsyançıların bir hissəsi həbs edilib dərhal güllələndi, bir
hissəsi də dağlara çəkilib qaçaq oldular. Bizim evimiz Ģəhərin “YuxarıbaĢ”
məhəlləsində dağın döĢündə meĢənin içində yerləĢdiyindən qaçaqlar qapımızı
döyür, bizə və yaxud qoĢunlarımıza pənah gətirirdilər. Səhər açılana qədər
xurcunlarını ərzaqla doldurub, yenidən dağlara, meĢələrə çəkilirdilər. Qaçaqlara
yardım edən “düĢmən” elan edilib dərhal cəzalandırılırdı. O zaman ġəkidə milis
128
rəisi Zahidov familiyalı bir qaniçən idi. Onun hər Ģeyə səlahiyyəti çatırdı. Qaçağa
çörək verdiyinə görə Zahidov neçə-neçə kəndlini məhkəməsiz, sübutsuz
güllələmiĢdi. Onların ikisi atamın yaxın dostları idi. Qaçağa yardım göstərmək
üstündə güllələnənlərdən biri də Ģəhərin ən hörmətli ağsaqqallarından HacıYusif
Əfəndi idi. Atam onun haqqına danıĢırdı ki, üzünə güllələnmə aktını oxuyanda o,
Zahidovdan iki rükət namaz qılmağa icazə istəmiĢdir. Torpaqla dəstəmaz alıb
üzünü Zahidova tutmuĢdur:
- Bir xahiĢim var, məni sinəmdən vurun.
Dediyi kimi də eləyiblər.
Qaçağa yardım etmək bəhanəsi ilə həbs olunanlardan biri də atam Mahmud
ağa oldu.
AraĢdırmalar göstərir ki, ġəki üsyanın baĢlanmasında bəzi rəsmi hökumət
adamlarının - çekistlərin, partiya və dövlət adamlarının marağı varmıĢ.
Sual olunur: məqsəd nə idi? Yalnız və yalnız kimin sovet hökumətini
istəyib-istəməməsini aĢkar etmək və sonra həmin adamları güllələmək.
Üsyanqabağı Sovet təhlükəsizlik orqanlarının əməkdaĢları cildə girib eyni vaxtda
iki yerə iĢləyiblər. Onlar xalq arasında üsyançıları qızıĢdırmıĢ, həm də gündəlik
hadisə və Ģəxslər barədə danoslar yazıb yuxarılara çatdırmıĢlar.
HƏRB TARĠXĠMĠZDƏ NƏLƏR OLMUġDUR?
Totalitar sovet rejimi dövründə belə bir səhv fikir vardı ki, ötən əsrlərdə
Azərbaycanın görkəmli hərbçiləri olmayıb. Guya ona görə də, bizim hərb tariximiz
yox dərəcəsindədir. Lakin açılan məxfi qovluqlar, aparılan hərbi-elmi tədqiqatlar
göstərdi ki, qədimdən-qədim olan xalqımızın mərd sərkərdə oğulları Azərbaycan
hərb tarixinin solmaz, yaddan çıxmaz səhifələrini yaradıblar.
Uzun illər apardığımız axtarıĢlar sayəsində məlum olmuĢdur ki, 1920-ci il
aprel çevriliĢinə qədər xalqımızın altmıĢ üç general oğlu nizami ordu hissələrində
xidmət edib. Onların iyirmi iki nəfəri 1918-20-ci illərdə Milli Ordumuzda
xidmətini Ģərəflə etmiĢdir.
“Hərb tariximizdə nələr olmuĢdur?” yazısı da bu ideyanın - faktın təsdiqidir.
* * *
Görkəmli Azərbaycan sərkərdəsi Fətəli xan Hüseynəli xan oğlu 1735-ci ildə
anadan olub, əlli üç yaĢında vəfat edib. 1758-ci ildə atası öldükdən sonra iyirmi üç
yaĢında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını
birləĢdirməklə ġərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmıĢdır.
Vahid Azərbaycan naminə 40 min qoĢun yaradan Fətəli xan ġamaxı, ġəki,
Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və ƏrəĢ sultanlığını ittifaqa
çağırmıĢdır. Nadir Ģah ƏfĢarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən
129
Azərbaycaın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı
ittifaqa gəlməyən xanlıqları birləĢdirmək üçün silaha əl atmağa məcbur olmuĢdur.
O, 1785-ci ildə ġəki xanlığını, 1787-ci ildə ġamaxı xanlığını və bir az sonra Bakı
xanlığını özünə tabe etdi.
Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın əsas
xanlıqlarını birləĢdirməyə nail oldu.
Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiĢ akademik S.Q.Qmelin
igid sərkərdə Fətəli xan Qubalının xalq arasında böyük ehtirama layiq olduğu
haqqında iftixarla yazır:
“Dərbənd əhalisi onu sevirdi. Şamaxı təbəələri Fətəli xandan razı idilər.
Bakı əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını
istəyirdi. Fətəli xan Azərbaycanı birləşdirməyə 1759-cu ildə Dərbənddən
başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə
Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı”.
Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər Ģahidlik verir ki, Fətəli
xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoĢun yaratmıĢdı. Müharibədə
könüllülərdən, partizan dəstələrindən və birləĢmiĢ nizami qoĢun dəstələrindən daha
çox istifadə olunurdu.
Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə
edirlər. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı,
səxavəti və bacarığı nəticəsində yüksəlmiĢdi. O, hakimiyyət baĢına keçəndən sonra
ağıllı və çalıĢqan hakim olduğunu göstərdi; bütün ətrafındakı adamları özünə cəlb
etdi, düĢmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi.
Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan
Hüseynəli xan oğlu Qubalı 1735-ci ildə anadan olmuĢdur.
Dayaz tədqiqat həmiĢə çaĢqınlığa salıb, hətta bəzi nəsillər və Ģəxsiyyətlər
arasında təfriqə yaradıb. Totalitar Sovet rejimi dağılıb mətbuat azadlığı yaranan
kimi heç bir məxəzə, mənbəyə əsaslanmayan “qoçaq yazarlar” qol çırmayıb XIX
əsr klassiklərimizə və sərkərdələrimizə hücuma keçdilər. Tariximiz qarĢısında
əvəzsiz xidmətləri olan Abbasqulu ağa Bakıxanova, Ġsmayıl bəy QutqaĢınlıya,
Mirzə Fətəli Axundova, Fətəli xan Qubalıya qara yaxmağa baĢladılar. Guya onlar
rus hakimiyyəti dövründə fəaliyyət göstərməklə torpaqlarımızı ruslara satıblar.
Belə cızmaqaraçılara “Azərbaycan” qəzetinin 1992-ci il 11 noyabr tarixli sayında
tarix elmləri doktoru Fəxrəddin Nərimanoğlu tutarlı cavab verdi. O, “Hüseynqulu
xan kimdir?” məqaləsində haqlı olaraq yazırdı: “Təəccüblü odur ki, indinin özündə
də mətbuat orqanlarımızda tarixi Ģəxsiyyətlərin xidmətlərinin bir kənara
qoyulduğu, onların adi xətalarının belə ĢiĢirdilib göyə qaldırıldığı, bir sözlə, tarixi
ədalətin unudulduğu yazıları rast gəlinir. YaxĢı olardı ki, yazarlarımız tarixi
mövzulara müraciət edərkən ayrı-ayrı ədiblərin bədii əsərləri ilə yanaĢı, tarixi
mənbə və məxəzlərə müraciət edəydilər. Onda əsl həqiqət üzə çıxardı və
oxucularda belə bir yanlıĢ fikir oyanmazdı ki, bizim əsl milli faciəmiz Qubalı
130
Fətəli xanın fəaliyyəti ilə bağlıdır. Halbuki tutarlı mənbələr əsasında tarixçilərimiz
Fətəli xanın kimliyini oxuculara çoxdan çatdırmıĢlar. Bu danılmaz tarixi həqiqətdir
ki, o, Azərbaycan ərazisini vahid bir hakimiyyət altında görmək arzusunda idi və
bu yolda az iĢ görməmiĢdi. Məmləkətin az qala üçdə bir hissəsini öz hakimiyyəti
altında birləĢdirən Fətəli xan sözsüz, ayrı-ayrı xanların müqavimətinə də rast
gəlmiĢ, onların bəziləri üzərində qələbə çalmıĢ, bəziləri ilə də dostluq, qohumluq
münasibətləri yarada bilmiĢdi. Yeri gəlmiĢkən, qeyd edək ki, XVIII əsrin ikinci
yarısında Azərbaycan ərazisində ayrı-ayrı xanlıqların bir-birilə çəkiĢmələri
inkaredilməz faktdır. Lakin belə bir çatıĢmazlıqdan istifadə edib, onları ayrı-
ayrılıqda xarakterizə etmək, birinə obyektiv, digərinə qeyri-obyektiv qiymət
vermək tarixi hadisələrə, tarixi Ģəxsiyyətlərə birtərəflı yanaĢmağın nəticəsidir.
Azərbaycanın bugünkü oxucusunun belə bir həqiqəti bilməsi daha düzgün olardı
ki, XVIII əsrin ikinci yarsında Azərbaycanda Pənahəli xan, Cavad xan, Ġbrahim
xan, Məmməd Həsən xan, Hüseynqulu xan və baĢqaları kimi hakimlər tərəfindən
dövlətçilik bərpa edilmiĢ, onilliklər ərzində qorunub saxlanılmıĢdır. O ki qaldı ayrı-
ayrı xanlıqların bəzi qonĢu dövlətlərə, o cümlədən Rusiya ilə münasibətlərinə, onda
gərək biz XVIII əsrin axırlarından baĢlayaraq bu günə qədərki tariximizin üstündən
qələm çəkək. Dünya diplomatiya tarixindən xəbərsizlər yalnız belə düĢünə bilərlər.
Qubalı Fətəli xanı Rusiyaya meyldə günahlandıranlar bilməlidirlər ki, son vaxtlar
bu dövrlə məĢğul olan tarixçi-tədqiqatçılarımız onun Türkiyə ilə də yaxınlığını
sübut edən dəlillər aĢkar etmiĢlər. Bizə belə gəlir ki, hər bir xalqın tarixi Ģərəfli
səhifələrlə yanaĢı, uğursuzluqlardan da xali deyildir. Milli faciəmizi tarixin ayrı-
ayrı anlarında deyil, Allahın bizə bəxĢ etdiyi iqtisadi zənginliyimizdə axtarmalıyıq
ki, bütün bunlar tarix boyu düĢmənlərimizin gözlərini qamaĢdırmıĢdır”.
* * *
1919-cu il yanvarın 3-də Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev
general-mayor rütbəsilə təltif olunub. Bu, Azərbaycan Respublikasının təltif etdiyi
ilk milli ordu generalı idi.
General Süleyman bəy 1864-cü il oktyabrın 5-də Ağdamda dünyaya
gəlmiĢdir. Ġlk hərbi təhsilini Yelizavetqrad (indiki Kirovqrad - ġ.N.) Ģəhərində
almıĢdır. 1899-cu ilin martına kimi eskadron komandiri olan Süleyman bəy
Əfəndiyevə Kavaler kimi fəxri ad verilmiĢdir.
Aprel çevriliĢinə kimi Kutaisi quberniyası üzrə baĢ nəzarətçi vəzifəsində
çalıĢan polkovnik Süleyman bəy xalqımızın maariflənməsində fəal iĢtirak etmiĢdir.
O, tez-tez Qori Ģəhərindəki seminariyanın Azərbaycan Ģöbəsində təhsil alan
gənclərə maddi yardım göstərmiĢdir.
General-mayor Süleyman bəy Əfəndiyevin çox böyük və danılmaz xidməti
1917-ci ilin iyul ayından baĢlayaraq general Əliağa ġıxlinski ilə birgə Azərbaycan
Milli Ordusunu yaratmaq təĢəbbüsüdür.
131
Birinci Azərbaycan piyada diviziyasının rəisi, general-mayor Süleyman bəy
Əfəndiyev 1919-cu il fevralın 21-də səpmə yatalaq xəstəliyindən vəfat etmiĢdir.
Vəsiyyətinə görə onu Qazaxda dəfn etmiĢlər.
* * *
1918-ci il yanvarın 9-dan 12-ədək ġəmkir hadisəsi olub.
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra - 1917-ci ilin noyabrından
baĢlayaraq bolĢevik əhval-ruhiyyəli rus əsgərləri geri - Rusiyaya qayıdırdı. Yeni
yaranan ordumuza Tiflisdəki ehtiyat silah anbarından müsəlmanlara heç bir pay
verilməmiĢdir. Lakin gürcülər hərbi korpus yaratmaq üçün silah paylarını
almıĢdılar. Hətta ermənilər onlara çatacaq külli miqdarda silah payını daĢıyıb
Ġrəvana aparmıĢdılar. Ona görə də Gəncədəki “Müsəlman Milli Komitəsi” Qafqaz-
Türk Cəbhəsindən qayıdan rus hərbi eĢelonlarının Azərbaycan ərazisindən onların
gəlib keçəcəyi vaxtı öyrənib həmin günü “döyüĢ günü” elan etmiĢdi.
Milli Komitənin baĢçıları Adil xan Ziyadxanov, Nəsib bəy Usubbəyli, Xəlil
bəy Xasməmmədov, Aslan bəy Səfikürdski və baĢqalar gürcü menĢeviklərindən
aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının (bu alay keçmiĢ “Dikiy
diviziya”nın Tatar alayının əsgər və zabitlərindən ibarət idi - ġ.N.) qüvvəsi ilə rus
hərbi eĢalonunun qabağını Gəncənin otuz kilometrliyində - ġəmkir və Dəllər
stansiyaları arasındakı məsafədə kəsdilər. Zirehli qatarda (300 nəfər gürcü əsgər və
zabiti ilə birgə) general-mayor knyaz Maqalov, Azərbaycan alayına isə polkovnik
Süleyman bəy Əfəndiyev komandanlıq edirdi. Bu qabaqkəsmədə Gürcüstan
menĢevik hökumətinin də silah təmənnası vardı.
Yanvarın doqquzunda, səhər saat onda baĢlayan qanlı döyüĢ dörd gün
davam etdi. On beĢ min tüfəng, yetmiĢ pulemyot və iyirmi top ələ keçirildi.
Azərbaycan tərəfdən on beĢ, gürcülərdən isə qırx nəfər Ģəhid oldu. Güclü
müqavimətə rast gələn rus əsgər və zabitləri perrona çıxıb ağ bayraq qaldırdılar:
“Lənətə gəlsin bu silahları, onları verməyə çoxdan razıyıq, bircə evimizə sağ və
salamat gedə bilək” - deyib silahları təhvil verdilər.
Bu, Bakıda özünə yuva qurmuĢ Sovetlər hakimiyyətinə qarĢı gürcü və
Azərbaycan xalqının silahlı mübarizəsi oldu. Sonralar isə kommunistlər bu üsyana
“qardaĢ qırğını”, “Azərbaycan burjua hökumətinin ruslara divanı” adını verdilər.
Bakıda daĢnak ġaumyan baĢda olmaqla Qafqaz ölkə komitəsi bərk
qəzəblənib bildirdi ki, “ġamxor cinayətkarları inqilabi məsuliyyətə alınacaq və
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları
Sovetlər hakimiyyətini təĢkil edəcəkdir”.
Lakin tarixi dönüĢlər daĢnak Stepan ġaumyana bəd niyyətlərini həyata
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında güllələdilər.
|