General Mehmandarov Port-Artur döyüĢlərində
1904-cü ildə rus-yapon müharibəsi baĢlananda Səməd bəy Mehmandarovun
qırx səkkiz yaĢı vardı. Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam
olmamıĢdı. Yelizaveta Kiyev qadın gimnaziyasını bitirmiĢdi. Port-Artur hərbi
səhra xəstəxanasında Ģəfqət bacısı iĢləyirdi. Səməd bəy kimi o da zadəgan
nəslindən idi. Ġyirmi bir yaĢlı Yelizavetaya həyat, elə bil anadan olandan səbr dərsi
keçmiĢdi. O, nə ağır hərb iĢinə, nə də yaralı əsgərlərə qarĢı laqeyd deyildi.
Bir dəfə Səməd bəy ona deyir: - Komandanlıqdan sənin Peterburqa
qayıtmağına icazə almıĢam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.
Ərinin üzünə Ģax baxan Yelizaveta:
Səməd bəy, demiĢdi, ölkədə müharibə gedirsə, səncə əsgərin yeri harada
olmalıdır?
- Əlbəttə cəbhədə!
Bax, mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma Ģübhə
edirsən?
- Axı, sən ana olmağa...
Bir də bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan vaz keçək,
əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil.
Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.
Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında
dayanan eskadrasına hücum edib “Retvizan”, “Sesareviç” zirehli gəmilərini və
“Pallada” kreyserini yandırdılar. Müharibə baĢlandı. Səhərisi Səməd bəy
Mehmandarovu yeddinci Sibir atıcı topçu divizionunun komandiri təyin etdilər.
Bu, quru qoĢunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri
idi. Roman Ġsidoroviç Mehmandarovun döyüĢdə dəyanətinə, komandirlik
bacarığına yaxĢı bələd idi. Məhz ona görə də Səməd bəyi ġərq cəbhəsinin rəisi
təyin etdi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu.
Yaponlar ən güclü qüvvəni də buraya yeritmiĢdilər. Onlar Ģiddətli həmlələr edir və
arası kəsilmədən bombalar yağdırırdılar. Polkovnik Səməd bəy Mehmandarov
komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi. Topçuların
əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda
həmiĢə ön mövqelərdə və çox təhlükəli yerlərdə sərrast atəĢlə samurayların
hücumunu dəf edirdi.
* * *
153
Port-Artur müharibəsinin baĢlanmasından doxsan yeddi il keçir. Bu
müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər nəĢr olunub.
Xüsusilə, 1905-1910-cu illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr
yazılmıĢdır. 1906-cı ildə P.Larenkonun “Port-Arturun əzablı günləri” kitabı da bu
qəbildəndir. Burda sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüĢ
qabiliyyəti deyil, həm də onun Ģəxsiyyət kimi dönməzliyi, böyüklüyü Ģahidlərin
dili ilə verilib. Ġlk dəfə Azərbaycan oxucularına təqdim etdiyimiz gündəlikdən
parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən.
Həmin kitabın “Noyabr hücumları” fəslində, səhifə 494-də: “Hələ avqust
bombardmanı zamanı yaponlar hiss etdilər ki, hardansa, arxadakı fortlar xəttindən
onları dəqiq atəĢə tutublar. Polkovnik Mehmandarovun komandası altında olan
yeddinci ġərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz
qalmıĢ istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq
müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk
günlərində çox zərər çəkmiĢdi. Polkovnik Səməd bəy Mehmandarovun səhra
artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan yapon
batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruĢurdu”.
Səhifə 597-də:
“S. daxil oldu. O, söhbət edirdi ki, ön həmlənin topçularından polkovnik
Mehmandarov (sağ cinahın bütün artilleriya üzrə komandiri) və podpolkovnik
Stolnikov öz Ģəxsi təhlükələrinə qəribə nifrətlə yanaĢırlar; bombardman vaxtı
batareyalarda elə gəzirdilər ki, elə bil partlayan mərmiləri görmürlər. Belə ki, onlar
bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar. Onların birincisi qafqazlılara
məxsus cəngavər kimi, ikincisi isə taleyinə sədaqətlə itaət edən dindar adamlar
kimi davranırdılar.
Burda - səhra artilleriyasının öhdəsinə baĢlıca olaraq həmləni və Ģrapnellə,
karteclə düĢmən kolonlarını məhv etmək məsələsi düĢür. Qala topları çox ziyan
çəkdiklərindən, səhra artilleriyası isə tez-tez yerini dəyiĢdiyindən onlarla mübarizə
aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi”.
Səhifə 606-da (11-24 dekabr):
“Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov
haqqında bəzi Ģeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində olanlara
tam ciddiyyətilə yanaĢan bir adam idi. Onları məcbur edirdi ki, Ģəxsi mərdlikləri ilə
hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coĢqun, hərarətli olan bu adam
sözünü çox kəskin deyirdi. Polkovnik Mehmandarov deyirdi ki, yalnız Ģücaət
göstərməyi bacaran, ağlıllı, özünü sevən adamları qiymətləndirir; karyeraçı
zabitlərinsə ən böyük arzusu - həyatlarını qoruyub saxlamaq və heç bir xidmət
göstərmədən ordenlər almaqdır”.
Səhifə 630-da (17-30 dekabr):
“Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis təsir
göstərdimi? - sualına polkovnik Mehmandarov belə cavab verdi ki, o, vəziyyətdə
154
heç bir ağırlaĢma görmür. Artilleriya Ģəraitinin pisləĢməsinə üçüncü fortun heç bir
mənfi təsiri yoxdur. Yalnız general Fok özünü birbaĢa cavabdan qaçıraraq, ümumi
nəticəsi olmayan bir yığın söz dedi”.
Səhifə 643-də (18-31dekabr):
“Kimsə döyüĢ meydanından belə bir xəbər gətirdi ki, bu gün general Fokla
polkovnik Mehmandarovun arasında ciddi mübahisə olub. Fok sübut etməyə
çalıĢırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı
istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil, çünki müdafiənin
ikinci xəttindən də müqavimət göstərmək olar.
DöyüĢ meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort
istiqamətində, bəzən də qayalıqdan qırmızı fənərlər görünürdü. Deyirlər ki, bu
fənərlər bizim sanitarlara sarğı məntəqəsini niĢan verir.
Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam”.
Səhifə 690-da (23 dekabr-5 yanvar):
“S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı ilə
birgə qalaya gəlmiĢdi və qalanın sağ cinahının artilleriya rəisini, polkovnik
Mehmandarovu (mühasirə zamanı general-mayor olmuĢdu)
19
” axtarırdı. Səməd
bəy Mehmandarov faktiki olaraq avqust ayının ortalarında bütün artilleriyaya
rəhbərlik edirdi.
GörüĢ zamanı o belə bir söz iĢlətdi: “Hörmətli qonaqlar yəqin səhv salıblar.
Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belını görmək istəyirlər.
Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə aparmaqda böyük əziyyət
çəkdikləri özlərinə möhtərəm rəqib sandıqları adamla Mehmandarovla tanıĢ olmaq
onlar üçün çox maraqlıdır. Onlar general Mehmandarovun Ģəninə çoxlu tərifli
sözlər, komplimentlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon
artilleriyasının verdiyi itki olduqca çoxdur. Ġyirmi beĢ minə kimi adam tələf olub,
çoxlu yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatıĢmamazlığı
onların məsələsini yüngülləĢdirib.
General Mehmandarov əsirliyə yola düĢdü...O, vicdanına and içib “evə”
gedənlərin ən qəddar düĢməni olacağını bildirdi.
Gündüz saat on ikidir. Yaralıların yanında idim. Hər yerdə eyni söz-söhbət -
qalanın təhvil verilməsindən və əsirlikdən gedirdi”.
Səhifə 752-də (3-16 yanvar):
“Hakimiyyətin ələ keçirilməsi” haqqında müxtəlif fikirlər söylənirdi.
Məsələn: həmiĢə döyüĢ mövqelərinin sağ cinahında olan F. və ġ. qeyd etdilər ki,
guya mövqelərdə necə olubsa, onların yanında polkovnik (indi general)
Mehmandarov da söhbət əsnasında bu mövzu haqda öz fikrini bildirmiĢdi: -
“Hakimiyyəti ələ keçirmək” nə deməkdir? Mən bunu baĢa düĢmürəm! Əgər mən
komendant olsaydım və vəzifəmin öhdəsindən az da olsa gələ bilsəydim, mənim
19
Port-Artur döyüĢlərində xidmətlərinə görə Səməd bəy Mehmandarova 1904-cü oktyabrın 22-də
general-mayor rütbəsi verilmiĢdir. – ġ. N.
155
qanuni hakimiyyətimi görüm əlimdən kim ala bilərdi?!... Əgər elə adam tapılsaydı
mən deyərdim: Əlahəzrət, nə qədər ki, kimin əsil komendant olduğunu ayırd
etməmiĢik, bu yerdən heç yana tərpənən deyilik... Bu ilin sonu nə qədər axmaq
nəticələr versəydi belə, məni bu yolda niyyətimdən heç bir Ģey döndərə bilməzdi”.
HəmiĢə ön cəbhədə olan Səməd bəy Mehmandarovun Port-Artur
döyüĢlərində xüsusi xidmətləri olmuĢdur. YaxĢı ki, onun müasiri olan jurnalistlər
Səməd bəyin döyüĢ fəaliyyətini qələmə almıĢlar.
Jurnalist E. K. Nojin Port-Arturda çıxan “Novıy kray” qəzetinin xüsusi
müxbiri olmuĢdur. Odlu cəbhələri gəzən jurnalist maraqlı gündəliklər müəllifidir.
Qeydlərindən aydın olur ki, o, general eloğlumuz Səməd bəy Mehmandarovla
həmiĢə ön xətdə görüĢərmiĢ. Rus jurnalisti azərbaycanlı sərkərdənin vətəni Qafqaz
üçün darıxmasının da Ģahidi olub:
“...Blindaja girdim. General Nadein həmiĢəki kimi sakitdir. Onun qərargah
rəisi Stepanov yorğundur. Burda bir neçə zabit var. Polkovnik Mehmandarov da
burdadır. Biz həmiĢəki kimi çox səmimi görüĢdük. Mehmandarov heyranlıqla
vətəni Qafqazı yad edirdi:
- Qafqaz çox yaxĢıdır, çox gözəldir! deyirdi. Təbiət hər Ģeyin keyfiyyətinə
zəmanət verərək ona öz möhrünü vurmuĢdur. Amma bədbəxtlik ondadır ki, bəzən
daĢ lazım olan yerdə bir dənə də daĢ tapmazsan, lazım olmayan yerdə isə sayı-
hesabı yoxdur. Su lazım olan yerdə bir damla da su olmur, ehtiyac olmayan yerdə
dərya qədərdir. - Ani olaraq dayanan Mehmandarov sözünə davam etdi: Bəs islam?
YaxĢı nə varsa onu sonrakı həyatın verəcəyini vəd edir. Hər Ģey çox yaxĢıdır,
amma bizə cənnətdə yeddi mələk boyun olublar, yeddisinin də gözü girdə, Sizcə bu
nə olan iĢdir? PeĢimançılıq deyilmi? Bilirsinizmi, mən indi heç nə istəmirəm nə
cənnəti, nə də mələkləri. Mən yalnız bir azca istirahət istəyirəm.
Ətrafda hər yanda mərmilər partlayırdı. Onların ikisi blindajnı tavanına
düĢdü. Zabitlər qorxu hissi ilə ayağa durdular. Ġgid polkovnik Mehmandarov isə
heç tövrünü belə pozmadı. Onun iri, ağıllı gözlərində zərrəcə qorxu hissi yox idi”.
Səməd bəy Mehmandarovun ən təhlükəli döyüĢdə belə özünü itirmədiyinin
Ģahidi olan Əliağa ġıxlinski yazır ki, oktyabrın on dördündə qala topa tutulan
zaman Səməd bəy Mehmandarov mənim mövqeyimə gəldi. Həmin mövqe
yaponlar tərəfindən on bir düyməli topdan, otuz yeddi millimetrlik xırda dəniz
topuna qədər müxtəlif toplarla atəĢə tutulmuĢdur. Həm də, bu mövqe yaponların
tüfəng və pulemyot atəĢi altında idi. Bu zaman Mehmandarovun yaxınlığında altı
düyməlik mərmi partladı və yerdən qalxan qara palçıq onun üstünü buladı, amma
yaralanmadı.
Mehmandarov buna əsla əhəmiyyət verməyərək, böyük bir soyuqqanlıqla
cibindən ağ dəsmalını çıxarıb, gözəl təzə paltosunun üzərinə sıçrayan palçığı
silməyə baĢladı.
* * *
156
Dekabrın ilk günlərində yaponlar qalaya iki ağır zərbə vurdular. Rusların
inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mühüm fortlarını tutdular.
Ġkinci ağır zərbə isə dekabrın ikisində oldu. Komandan general Roman
Kondratenko qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general Fok
komandan təyin edildi. On altı gün sonra yaponlar qalanın taleyini həll edən
Drakonovıy Xrebet dağını ələ keçirdilər. Port-Arturun qorxaq və istedadsız
komendantı general Stessel qalanı dərhal düĢmənə təslim etmək üçün hərbi Ģuranın
iclasını çağırdı. ġurada iĢtirak edən bəzi komandirlər Stesselin təklifinə Ģərik
oldular. Lakin general-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və
bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. DöyüĢkən zabitlər inad
edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa hələ qüvvələri çatar. General
Mehmandarov baĢda olmaqla onlar deyirdilər ki, qala hələ özünü saxlamağa
qadirdir. Nə qədər ki, mərmi var, toplardan atəĢ yağdıracağıq. Nə qədər ki, patron
var, tüfənglərdən atəĢ açacağıq. Mərmi və patron qurtardıqda isə süngü ilə
döyüĢəcəyik.
Lakin cəsarətsiz general Stessel mərd zabitləri eĢitmədi, silahı yerə qoymağı
qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda general Stessel qala
müdafiəçilərinin tələbi ilə Port-Arturu təslim etdiyinə görə hərbi məhkəməyə
verildi.
20
General-mayor Mehmandarov və onun zabit dostları qala təslim edildikdən
sonra da hərbi anda sadiq qalaraq baĢqa əsgər və zabitlər üçün nümunə göstərdilər.
Yaponların Ģərtlərinə görə əsgərlər hərbi əsir almır, zabitlər isə Yaponiyaya qarĢı
bir daha müharibədə iĢtirak etməyəcəkləri barədə yazılı iltizam verəndən sonra
Rusiyaya qayıda bilərdilər. Stesselin ətrafındakı mürtəce fikirli bir qrup zabit
dillərindən belə bir iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy
Mehmandarov zabit Ģərəfini təhqir edən belə bir alçaq vəddən boyun qaçırdı. Bir
daha Yaponiyaya qarĢı müharibədə iĢtirak etməyəcəyi barədə iltizam vermədiyinə
görə general-mayor Səməd bəy Mehmandarov əsir alınıb Yaponiyanın Naqoya
Ģəhərinə göndərildi. O, 1905-ci il avqustun 23-də Portsmut sülh müqaviləsi
bağlanandan sonra Rusiyaya qayıda bildi.
Üç yüz otuz iki günlük məĢhur Port-Artur qalasının müdafiəsi general
Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.
* * *
20
1906-cı il noyabrın 27-də Petrburqda baĢlayan hərbi məhkəmədə general Səməd bəy Mehmandarov
Ģahid kimi iĢtirak etmiĢdir. O, Port-Arturu düĢmənə vaxtından əvvəl təslim edən general Stesseli, Foku
və Simirnovu əsaslı faktlarla günahlandırmıĢdır. Məhkəmə iki il davam etmiĢdir. Nəticədə general-
leytenant A. Stesselə əvvəlcə güllənmə, sonra Petropavlovsk qalasında saxlamaqla on il həbs cəzası
kəsilmiĢ, 1909-cu il mayın 6-da isə Ģar II Nikolay onu əfv etmiĢ və xaricə getməsinə Ģərait yaratmıĢdır. -
ġ. N.
157
Aleksandr Stepanovun “Port-Artur”, P.Lorenkonun “Port-Arturun əzablı
günləri” və Trofim Borisovun “Port-arturçular” romanlarında bir azərbaycanlı
soyadında da rast gəldik - poruçik Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı
döyüĢ yolu yazıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Lorenkonun 1906-cı ildə
Peterburqda nəĢr olunmuĢ “Port-Arturun əzablı günləri” sənədli əsərində (II cilddə)
yaralanmıĢ poruçik Sadıqovun hospitalda müalicə olunduğu vaxtda iki dəfə
fotoĢəkli də dərc olunub. DöyüĢlərdə mətanət və mərdliklə vuruĢan poruçik
Sadıqov qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?
Bu barədə “Kommunist” qəzetinin doqquz sentyabr 1984-cü il tarixli
sayında dərc edilən yazısından sonra respublikamızın ayrı-ayrı bölgələrindən çoxlu
məktub aldım. Xeyli adam poruçik Sadıqovun onun qohumu olduğunu yazırdı.
Lakin Sabirabad Böyükağa Sadıqovun gətirdiyi faktlar, sənədlər və fotoĢəkillər
sübut elədi ki, poruçik Ağababa Hacıbaba oğlu Sadıqov onun əmisidir. Poruçik
Ağababa Sadıqov 1875-ci ildə ġamaxının Ərdəbilli məhəlləsində ziyalı ailəsində
anadan olub. Atası Hacıbabanın Peterburq və Moskvada ipək dükanı varmıĢ. 1903-
cü ildə oğlu Ağababa Peterburqdakı Mixaylov topçuluq məktəbini bitirib. 1905-ci
ilin əvvəllərində igid poruçik Ağababa Sadıqovun həlak olması haqqında qara
kağız da alınıb.
Port-Artur döyüĢçüləri haqqında aprel inqilabına qədər onlarca əsərlər
yazılıb. Kabardan və çeçen igidlərinin Port-Arturdakı döyüĢ fəaliyyətləri haqqında
Əhmədxan Naloyevin “Dan üzünün atlıları” tarixi romanı, Vikenti Veresayevin
“Yapon müharibəsi haqqında hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və
yol qeydləri, Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illərdə
rus-yapon müharibəsi” maraqla oxunan əsərlərdəndir. Bunların hamısında
eloğlularımızın qəhrəmanlığı haqqında az-çox məlumat verilir.
“Niva” jurnalının 1905-ci il iyirmi beĢinci sayının 496-cı səhifəsində bir
həmyerlimizin də adına və fotoĢəklinə rast gəldim. Onun haqqında ancaq bu sözlər
yazılmıĢdı: “Otuz üçüncü ġərqi-Sibir atıcı alayının poruçiki Zülfüqar Mirzə
Ələkbər oğlu Bağırbəyov fevral döyüĢlərində igidliklə vuruĢub kontuziya oldu”.
Adından, atasının adından və soyadından poruçik Zülfüqar Bağırbəyovun
azərbaycanlı olması Ģübhəsizdir. DüĢünürdüm. Görəsən, Uzaq ġərq sərhədləri
uğrunda igidliklə vuruĢan poruçik Zülfüqar Bağırbəyovun qohum-qardaĢından sağ
qalanı varmı? Doxsan ildən çoxdu bu tərlan baxıĢlı igid həmyerlimizin fotoĢəkli
“Niva” jurnalının səhifələrində saralıb solur.
Taleyin qismətinə min Ģükür ki, axtarıĢlarım bəhrə verdi. Sevindim ki, uzun
illərdən sonra igid həmyerlimizin unudulmuĢ adı, xidməti xalqımıza bəlli oldu.
1987-ci ildə Ġçəri Ģəhərdə yaĢayan səksən iki yaĢlı bir ağsaqqalla görüĢdüm.
Məmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” jurnalından” Ģəklini
götürdüyünüz poruçik Zülfüqar Mirzə Ələkbər oğlu Bağırbəyov mənim doğma
əmimdir. Əmim Zülfüqar 1874-cü ildə ġuĢada anadan olub. Port-Artur
158
döyüĢlərindən sağ-salamat qayıdan əmim Novobəyazid süvari alayında Ģtabs-
kapitan rütbəsində xidmət edib. 1912-ci ildən 1914-cü ilə qədər Bakı Ģəhərində
hərbi komendant iĢləyib, rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində
Avstriya və Rumıniya cəbhələrində döyüĢlərdə iĢtirak edib.
Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin liderlərindən biri
Nağı bəy ġeyxzamanlı Türkiyədə çap etdirdiyi “Xatirələrim” kitabında yazır ki,
Zülfüqar bəy Bağırbəylinin Birinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz
cəbhəsində ucqar Olti qəzasında məchul bir güllə ilə vurulduğunu ailəsinə xəbər
verdilər. Sonradan məlum oldu ki, Zülfüqar bəy bir erməni tərəfindən
vurulmuĢdur. Ancaq rus komandanlığı tərəfindən qatil axtarılmamıĢ və cinayət
“məchul güllə ilə törədilmiĢ” deyə ört-basdır edilmiĢdir.
* * *
Böyük türk dünyasının nüfuzlu orqanı “Tərcüman” qəzeti Port-Artur
müharibəsinin gediĢatını müntəzəm izləmiĢ və öz səhifələrində orduda
qəhrəmanlıqla döyüĢən, dini müsəlman olan əsgər və zabitlərin fəaliyyətindən
xəbərlər dərc etmiĢdir.
Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər” rubrikasında yazırdı:
“Ġstehkamçı kapitan Ġlyas bəy Ağalarov yeni podpolkovnik rütbəsi alaraq Uzaq
ġərq döyüĢlərinə yola düĢür. MəĢhur bəy nəslinin nümayəndəsi Ġlyas bəy Ağalarov
əla hərbi təhsil almaqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuĢdur.
Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiyada yaĢayan hər bir
müsəlman əhlində iftixar hissi doğurur”.
Gürcüstan Mərkəzi Dövlət Arxivində Ġlyas bəy Ağalarova məxsus azsaylı
sənədlərdən məlum olur ki, o, Port-Artur döyüĢlərindən sağ-salamat qayıtmıĢdır.
Sonralar Ġkinci Qafqaz istehkamçı batalyonunun komandiri olan polkovnik Ġlyas
bəy Ağalarov 1860-cı ildə Gəncədə nüfuzlu bəy ailəsində dünyaya gəlib. 1913-cü
ildə martın on səkkizində qəfil mərmi partlayıĢından həlak olub. Bu sərkərdə
eloğlumuzun məzarı hazırda Gəncədəki Ġmamzadə məscidinin həyətindədir.
Məzarın mərmər baĢdaĢında solmaqda olan “Qvardiya polkovniki Ġlyas bəy
Ağalarov” sözlərini oxuyanda unudulmuĢ igidin xatirəsi qəlbimi göynətdi. Ġllərin
tufanı mərmər qəbir daĢından onun sonuncu izini də silib aparır... sərkərdəlik
fəaliyyəti lazımınca öyrənilməmiĢ və hərb tariximizin heç bir səhifəsində
indiyədək adı çəkilməyən belə igidlərimizi düĢünəndə: “Hər bir insanın içərisində
onunla birgə doğulan və ölən kainat var. Hər bir baĢdaĢı altında bütöv bir dünya
tarixi yatır.” deyimini xatırlamaya bilmirsən.
“Tərcüman” qəzeti 5 noyabr 1904-cü ildə “Müsəlmanlar Port-Arturda” adlı
xəbərində yazırdı: “Mancuriya ordusunun sıralarında və həmçinin Port-Artur
döyüĢlərinin qəhrəman müdafiəçiləri arasında azsaylı müsəlmanlar da Ģərəflə
vuruĢurdular. Redaksiyanın aldığı məktubdan aydın olur ki, yeddinci ġərqi-Sibir
159
artilleriya divizionunun rəisi, general-mayor Səməd bəy Sadıq bəy oğlu
Mehmandarov Qarabağ bəylərindəndir. Qala artilleriyasının xəzinədarı isə Litva
müsəlmanlarından olan Ədhəm bəy Muxarskidir. ġimali Qafqazdan olan artilleriya
podporuçiki E.Ġ.Dudarov isə avqust hücumlarının birində mərd zabit kimi Ģərəflə
həlak olmuĢdur. Allah ona rəhmət eləsin. Amin!”.
“Tərcüman” qəzeti iftixarla onu da bildirir kı, Port-Arturda altmıĢ mindən
çox müsəlman əsgər və zabiti döyüĢür.
General Əliağa ġıxlinski Port-Artur döyüĢlərində
Port-Artur döyüĢlərində qala müdafiə zamanı düĢmən həmlələrinin dönə-
dönə dəf edilməsində top artilleriyasının mahir ustası Əliağa ġıxlinskinin döyüĢ
xidmətləri misilsizdir. Onun 1904-1905-ci illərdəki hərbi rəĢadəti bütün Rusiyaya
yayılmıĢdı. Qəhramanlığı altı ordenə layiq görülən, rütbəsi kapitandan
podpolkovnikə yüksələn ġıxlinski haqlı olaraq “Xatirələrim”də yazır ki, Port-Artur
epopeyasının iĢtirakçısı olduğumu həmiĢə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-
də “Tərcüman” qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq:
“Dördüncü ġərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Əliağa ġıxlinski
oktyabrın yeddisindən noyabrın on doqquzunadək Port-Arturda yaponların
basqınını dəf etməkdə fərqləndiyi üçün Ali ehtiramla “Ġgidliyə görə” medalı və
üstü yazılı Qızıl qılıncla təltif olunub”.
Həmin döyüĢlərin iĢtirakçısı 1906-cı ildə “Port-Arturun əzablı günləri” adlı
ikicildlik monumental əsərin müəllifi P.Larenko yazır ki, Laperov dağında
batareya komandiri kapitan Əliağa Ġsmayıl ağa oğlu ġıxlinski ağır yaralanmıĢdır.
Bütün qafqazlılar kimi cəsur olan bu komandir Kinjo döyüĢlərində, “Zelyonnı” və
“Volçye” dağları vuruĢmalarında əsl qəhrəman kimi iĢtirak etdi. Avqustun
əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, avqustun onundan isə daima
Laperovda olmuĢdur. Elə buradan da girəcək yerlərini və istehkamları atəĢə tutub
həmlə kolonnalarını dəf edərək düĢmənin səhra artilleriyası ilə inamlı döyüĢlər
aparırdı.
Port-Artur qalası təslim olandan sonra müharibədə iĢtirak etməmək Ģərtilə
yaponlar podpolkovnik Əliağa ġıxlinskinin ağır yaralı kimi vətənə göndərdilər.
Vətəndə yaraları gözlənildiyindən də tez sağaldığından o yenidən Mancuriya
ordusuna göndərilməyi xahiĢ etdi. Lakin onu buraxmadılar.
Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə getmək
istədiyini Əliağa ġıxlinski “Xatirələrim” hərbi memuarında daha dəqiq təsvir edir.
O, yazır: “Mayın ikinci yarısında mən Peterburqa gedib böyük knyaza təqdim
olundum və Mancuriya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən
soruĢdu:
- Siz oraya necə gedə bilərsiniz?
160
Onda mən hospitalımızdan aldığım Ģəhadətnaməni ona göstərdim.
ġəhadətnamədə yazılmıĢdı ki, yapon tibb komissiyası məni hərbi qulluğa yararsız
hesab edərək dilimdən iltizam almadan vətənimə qayıtmağa icazə vermiĢdir.
Beləliklə, - dedim - hazırkı müharibədə iĢtirak etməyə tam ixtiyarım var. Rusiyaya
qayıtmağımın səbəbi ancaq budur, yoxsa müdafiədə iĢtirak etmiĢ o biri əsgərlərin
taleyinə Ģərik olardım.
Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yaponlarla
vuruĢmamaq üçün dillərindən kağız verərək vətənlərinə qayıdan zabitlərə qarĢı bir
ittiham kimi düĢünülə bilər, odur ki, dərhal əlavə edib dedim:
- Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, bizim böyük
təcrübəmiz var, buna görə də vətənə gedib orada Mancuriya ordusuna göndərilmək
üçün yeni qüvvələr hazırlamaqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən
mən) baĢqa cür düĢünürdük. Bu zabitlərin fikrincə ordu ancaq qismən səfərbərliyə
alınmıĢdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada bizim köməyimizə heç bir
ehtiyac yoxdur. Buna görə də əsgərlərin taleyinə Ģərik olmaq lazımdır. Mənim
bəxtim orada gətirdi ki, məni hərbi qulluğa yararsız hesab etdilər. Belə ki, dilimdən
yaponlara heç bir iltizam vermədən evimə qayıtdım. Ġndi Sizdən xahiĢ edirəm ki,
məni müharibəyə göndərəsiniz.
Sergey Mixayloviç əlilə iĢarə edərək dedi:
- Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”.
1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi arayıĢ generalın
arxivində indi də saxlanılır. Onun mətni belədir:
“ArayıĢ doqquz saylı ehtiyat səhra hospitalından dördüncü ġərqi-Sibir atıcı
artilleriya briqadasının kapitanı ġıxlinskiyə verilir. Ondan ötrü ki, onun yapon tibb
komissiyası tərəfindən hərbi xidmətə yararlı olmadığı (Əliağa ġıxlinski sol
qıçından yaralandığına görə yapon həkimi arayıĢı belə yazmıĢdı - ġ.N.)
müəyyənləĢdirilib. O, Rusiyaya buraxılır”.
Yapon tibb komissiyasının onun hərbi qulluğa yararsız hesab etməsinə
baxmayaraq, dılindən yazılı iltizam verməyən Əliağa ġıxlinski Vətənə qayıdandan
sonra yenidən yaponlarla döyüĢmək üçün Mancuriya müharibəsində iĢtirak etmək
arzusunda olduğunu bildirir. Lakin topçu general-müfəttiĢi knyaz Sergey
Mixayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” - deyir və onun yenidən
cəbhəyə qayıtmasına qıymır.
Onun Port-Arturdakı nümunəvi döyüĢ xidmətləri “Ġgidliyə görə” sözlərlə
yazılmıĢ qılıncla, dördüncü dərəcəli “Müqəddəs Anna” ordeninə əlavə olaraq qızıl
qılınc niĢanı, qılınc və bantlı “Müqəddəs Vladimir” ordeni üzərində “Ġgidliyə görə”
sözləri yazılmıĢ qızıl silah və məĢhur “Müqəddəs Georgi” ordeninin dördüncü
dərəcəsinə layiq görülmüĢdü.
Azərbaycan Tarixi muzeyində generalın Ģəxsi əĢyaları arasında 1908-ci il
martın 5-də imperator tərəfindən təsdiq olunmuĢ “Port-Artur qalasının müdafiəçisi
döĢ niĢanı” saxlanılır. Onu Əliağa ġıxlınskinin ünvanına keçmiĢ Kvantun
161
vilayətinin və Port-Artur Ģəhər sovetinin sədri podpolkovnik Ġ.A.VerĢinin
göndərib.
Port-Artur döyüĢlərinin Ģahidi, yazıçı Aleksandr Stepanovun “Port-Artur”
və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi ədəbiyyatın qızıl fonduna daxil
olmuĢdur. Ġndiyədək on doqquz dəfə nəĢr olunan romanın tirajı milyonu keçmiĢdir.
Ġngilis, fransız, macar, yapon və baĢqa dillərə də tərcümə olunan belə bir məĢhur
əsərin səhifələrində (271, 350, 353 və s.). Kapitan Əliağa ġıxlinskinin qəhrəmanlıq
fəaliyyəti öz əksini tapmıĢdır.
“...Ġrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. Diviziya
rəisinin yanından çıxandan sonra Ġrman cəld xəstəlik haqqında raport və komandan
Kondratenkoya müfəssəl məktub yazdı. Sonra isə məktubu Əliağa ġıxlinskiyə
verdi və dərhal generalın yanına getməsini əmr etdi. Ġrman kapitana xeyir-dua
verib dedi:
- Sizdən çox Ģey asılıdır, Əliağa.
- Narahat olmayın, Vladimir Aleksandroviç. Əliağa hələ indiyə kimi heç
kəsin etimadını yerə salmayıb, ömründə satqınlıq eləməyib. Əgər general Fok
yeddinci diviziyanı yaponların zərbəsi altına salmaq istəyirsə o, buna nail ola
bilməyəcək. Onun kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün
bütün qüvvəmi əsirgəməyəcəyəm.
Bunu deyib, ġıxlinski sıçrayıb ata mindi və dördnala çaparaq ordan
uzaqlaĢdı...”.
KeçmiĢ SSRĠ xalqlarının bir neçə dilinə tərcümə olunan bu qiymətli roman
təəssüf ki, hələ də Azərbaycan mütərcimini gözləyir. Romanda təkcə kapitan
Əliağa ġıxlinskinin yox, həm də general Səməd bəy Mehmandarovun, poruçik
Ağababa Sadıqovun fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.
“...PraporĢik çadırdan çıxıb öz komandasının qərar tutduğu yerə tərəf getdi.
Yolda Əliağa ġıxlinski də ona qoĢuldu. Ġrmanın tapĢırığı ilə o, batareyaya baĢ
çəkməli və indiki mövqelərindən getmək üçün onları xəbərdar etməli idi.
Necə, artilleriya da bu sahəni tərk edir? - deyə Zvonaryov təəccübləndi.
Fok əmr verib ki, bütün topları yığıĢdırmalı, mühəndislər isə səngərdəki
sipərləri söküb, materiallardan mövqeyimizin baĢqa sahələrində istifadə etməlidir.
Qısası, Kondratenkoya boĢ yer verilir ki, orada hər Ģeydən əvvəl yeni
istehkam düzəltsin.
- Ehtimal ki, yaponlar istehkamları sökdüyümüzü görüb bizdən qabaq
hücuma keçsinlər.
Bu barədə generalı təcili xəbərdar etmək lazımdır, Zvonaryev qərara gəldi
və geri Semyonovun qərargahına qayıtmaq istədi, lakin kapitan Əliağa ġıxlinski
təklif etdi ki, ora Ģəxsən özü getsin.
Çox da narahat olmayın. Mənim briqada komandirim polkovnik Ġrman
qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun əmrinin əksinə olaraq hələlik
yerində saxlamaq lazımdır. Mən Ģəxsən polkovnik Mehmandarovla görüĢəcəm. Biz
162
onunla köhnə dostlarıq, bir-birimizi yek kəlmədən baĢa düĢərik, Fok necə əmr
verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun batareyası
Kondratenkonun diviziyasının polkunu köməksiz qoyub getməyəcək, deyə
ġıxlinski coĢmuĢ halda dilləndi. Romanovskinin sağdakı batareyasından iyirmi
altıncı polkun qərargahınadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb
lazım olan hər Ģeyi deyərəm. Siz isə birbaĢa Yenceyevskinin yanına gedin”.
Əliağa ġıxliniskinin döyüĢ məharətini gözləri ilə görən ikinci rus yazıçısı
Trofim Borisov olmuĢdur. Uzaq ġərq həyatından maraqlı, elmi və bədii əsərlər
yazan T.Borisov sonu faciə ilə bitən rus-yapon müharibəsi haqqında 1959-cu ildə
Vladivostokda “Port-arturçular” adlı sanballı bir roman nəĢr etdirmiĢdi. Müəllif
sıravi əsgərlərin və zabitlərin döyüĢ yolunu özünəməxsus ustalıqla ön plana çəkir.
Böyük hərarətlə, məhəbbətlə xalqımızın mərd oğulları Əliağa ġıxlinski və Səməd
bəy Mehmandarov haqqında söhbət açır. Ġlk gündən ġıxliniskinin batareyasında
döyüĢən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xarakter və xasiyyətini
daha dəqiq iĢıqlandırmıĢdır.
“Səhər saat onda batareyanın baĢ zabiti kapitan Əliağa ġıxliniski qazarmaya
gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri burnu daha ciddi görkəm verirdi.
Sıx bığları qalın idi, baĢının tükləri qabaqdan azca seyrəlmiĢdi. Çatma qaĢları bir
qədər yuxarı dartılmıĢdı. Qonur gözlərində sevinc iĢığı vardı. Balaca ağ əllərinin ağ
barmaqlarını arxasında tutmuĢdu. Əliağa ġıxlinski hamı ilə görüĢəndən sonra
orduya təzəcə çağırılmıĢların adlarını oxudu:
- Antonov Valentin Pavloviç.
- Mən, - deyə o, cavab verdi.
- Sən az savadlısan?
Əsgər dolaĢıq sözlərlə nəsə dedi, kapitan Morozovu çağırdı.
- Sənin də savadın yoxdur. Bu necə olur? Böyük Ģəhərdən gəlibsən, amma
heç bir təhsilin yoxdur. Siz niyə oxumayıbsınız?
Morozovun sifətinə yüngül qızartı çökdü.
Kapitan Əliağa ġıxlinski sıranın önündən keçib, əlində yeni çağırılmıĢların
siyahısı olsa da, gülümsəyə-gülümsəyə, bir-bir onların soyadını, adını, atasının
adını çəkdi.
- Ancaq biz gözləyir və fikirləĢirdik ki, sibirlilər bizim inamımızı
doğruldacaqlar... Pribaltika quberniyalarındakı və Mərkəzi Rusiyadakı savadsızlıq
orada da hökm sürür. YaxĢı deyil, artilleriyaçı yaxĢı biliyə malik olmalıdır. -
Kapitan ġıxlinskinin sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq
gözlərində bayaqkı təbəssüm iĢartısı qalırdı. Təzə çağırılanlarla söhbət edə-edə
onlara göstəriĢ verirdi: - BaĢını düz tut, sağ çiynini əymə, deyə kapitan Pudovkinə
müraciət etdi. Sən məhkəmə palatasında çoxmu iĢləyibsən? Ġki il? Bəs ona kimi
harada iĢləyibsən?
- Prikazçik iĢləmiĢəm. Ancaq mənim əsas iĢim balıqçılıqdır.
- Sənin xəttin yaxĢıdırmı?
163
- Mirzəliyi istəmirəm, zati-aliləri...
Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, yazılarımızı
yazmağa mirzə də lazımdır... Abramoviç Moisey Ġosifoviç! Sən usta-çilingərsən?...
YaddaĢa bax, yaddaĢ belə olar. Siyahını bir dəfə oxuyan kimi hamının ad və
soyadını, atasının adını necə də dəqiq yadında saxladı - deyə Pudovkin fikrə getdi”.
Port-Arturdakı oktyabr döyüĢlərində podpolkovnik Əliağa ġıxlinskinin
qəhrəmanlığını əyani əks etdirən tarixi sənədlər də az deyil. 1905-ci ildə çap
olunmuĢ “Yaponlarla müharibənin salnaməsi” almanaxının səksən birinci
nömrəsinin min beĢ yüz yetmiĢ yeddinci səhifəsində bu barədə oxuyuruq:
“Müqəddəs Georgi ordenli süvari dumasının təqdimatına əsasən Əlahəzrət
imperator 3/IX-1905-ci il tarixdə böyük mərhəmət göstərərək, Port-Arturun
müdafiəsində Ģücaəti ilə fərqlənmiĢ, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı
istehkamı və istehkamın digər qurğularını artilleriya ilə bacarıqla müdafiə etmiĢ
dördüncü ġərqi-Sibir atıcı artilleriya briqadasının podpolkovniki Əliağa ġıxlinskini
dördüncü dərəcəli Ģəhid və müzəffər Georgi ordeni ilə təltif etmiĢdir.
Podpolkovnik Əliağa ġıxlinski bu döyüĢdə böyük Ģücaət göstərmiĢ, ixtiyarında
olan yarımbatareyanın niĢançıları həlak olduğundan çox vaxt topları Ģəxsən özü
tuĢlayaraq düĢmən artileriyasını dəfələrlə susmağa məcbur etmiĢ və adı çəkilən
istehkamlara yaxınlaĢmağa can atan yapon piyadalarını qeyri-adi cəsarətlə geri
oturtmuĢdur...”
* * *
ġahzadə Bəhmən Mirzə Qacarın 1905-ci ildə Port-Artur döyüĢlərində
igidliklə həlak olmuĢ podpolkovnik oğlu Əliqulu Mirzə hərbdə və fotoqrafiya
sənəti sahəsində qeyri-adi istedada malik idi. O, Tiflisdəki Kadet korpusunu
bitirdikdən sonra əvvəlcə Vladiqafqazda və Oryol Ģəhərində yerləĢən əlli birinci
Çerniqov draqun alayında xidmət etmiĢ, 1903-cü ildə Yeletsdəki əlli ikinci
Nejinski alayına dəyiĢdirilmiĢdir. Port-Artur döyüĢlərində həlak olan podpolkovnik
Əliqulu Mirzə Qacar döyüĢ xidmətlərinə görə “Müqəddəs Stanislav” ordeni ilə
təltif olunmuĢdur. Bu barədə “Tərcüman” qəzeti 18 fevral 1905-ci il tarixli sayında
yazırdı:
“Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə Ġmperator Mariya
Fyodorovna Qızıl Xaç hesabına mərhum podpolkovnik, Ģahzadə Əliqulu Mirzə
Qacarın cənazəsini Qafqaza, Yevlax stansiyasına qədər aparılmasına lazım
bilmiĢdir”.
Uzaq Port-Arturda gedən ağır döyüĢlərdə minlərlə əsgər və zabit həlak oldu.
Onların hamısına öz doğma torpağında uyumaq qismət olmadı. Vətənində,
Bərdənin Ġmamzadə qəbristanlığındakı məqrəbədə dəfn olunmaq Ģərəfi
podpolkovnik Əliqulu Mirzə Qacara ona görə qismət oldu ki, o, Ģahzadə nəslindən
idi. Səksən ildən çox sovetlərin tənqid atəĢinə tutduğu imperator II Nikolay nüfuzlu
nəsillərə belə ehtiram göstərirdi.
164
ġahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qarabağın ġuĢa
Ģəhərində anadan olmuĢdur.
Ġllər keçir, eloğullarımızın Rus-yapon müharibəsindəki hünərini əks etdirən
sənədlər müxtəlif arxivlərdə tədqiq olunmamıĢ qalır. Açılmayan qovluqlar öz
yazıçısını, tədqiqatçısını gözləyir.
Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə görə
“artilleriyanın allahı” sayılan alim-general Əliağa ġıxlinski fəxrlə yazırdı ki, Port-
Artur epopeyasının iĢtirakçısı olduğunu həmiĢə iftixarla yad edirəm.
Dostları ilə paylaş: |