ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   16   17   18   19   20   21   22   23   24

"DĠKAYA DĠVĠZĠYA", yoxsa... 
(və Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yaranıb?) 
 
Azərbaycanlılar  hərbçilik  istedadına,  sönməz  daxili  ruhi  zənginliyə 
malikdirlər. Belə xalq həmişə qalib gələr. 
Alfons Rabbe, 
fransız tarixçisi 
 
1930-cu  il  martın  üçündə  Zaqafqaziya  Dövlət  Siyasi  idarəsinin  qərarı  ilə 
güllənənən  Qarxunlu  mərdi  ƏĢrəf  bəyi  müstəntiqlər  ən  çox  1918-ci  ildə  “dinc  
erməni  əhalisi”ni  qırdığına  və  həmin  ildə  ƏrəĢ  mahalında  döyüĢən  əsgəri  qüvvə 
təĢkil  etdiyinə  görə  günahlandırmıĢlar.  Bu  könüllü  hərbi  qüvvələrin  əksəriyyəti  o 
vaxt  Birinci  Dünya  Müharibəsindən  qayıdan  “Tatar  süvari  alayı”nın  əsgər  və 
zabitləri  idi.  ƏĢrəf  bəy  Qarxunlunun  özü  də  1918-ci  ilin  iyun-sentyabr  aylarında 
həmin  alayın  tərkibində  Göyçayı,  Müsüslünü,  BərgüĢadı,  ġamaxını  və  Bakını 
düĢmənlərdən təmizləmək üçün igidliklə vuruĢmuĢdur. 
 
*  *  * 
 
Bu  gün  hamını  haqlı  bir  sual  düĢündürür:  1918-ci  ildə  müstəqilliyini  elan 
edən Azərbaycan hərbi qüvvələri necə  və nəyin əsasında yaranıb? Axı, deyilənlərə 
görə, bu tarixdən əvvəl azərbaycanlılar əsgəri xidmətə çağırılmırdı... 
Oxucuların bu sualları qarĢısında uzun müddət düĢünməli olursan. Ona görə 
ki, bəzi  tarixçilərimiz ordunun  yaranmasını alqıĢlayır, digəri onun komandirlərinə 
tənqidi  yanaĢır,  baĢqa  birisi  də  yazır  ki,  1918-ci  ildə  ordumuz  “könüllülərdən” 
yaranıb. Mətləb isə açılmır, bu “könüllülər” yerli mülki əhalidən ibarət idi, yoxsa 
kənardan gətirilmiĢdi. 
Amma ordunun yaranmasında ilkin mənbə kimi bir fakt da var ki, tarixçilər 
ona da ötəri toxunurlar və bu mənbəyə tənqidi münasibət bəsləyirlər. O da Birinci 
Dünya Müharibəsində iĢtirak edən “Dikaya diviziya”nın azərbaycanlılardan ibarət 
nizami “Tatar alayı”nın əsgəri qüvvələridir. 1920-ci ildən ta bu günlərimizə qədər 
sovet  rejimində  də  “Dikaya  diviziya”nın  fəaliyyətinə  tarixçi  alimlərimiz  tənqidi 

165 
 
yanaĢıblar.  AĢkarlıq  və  demokratiyanın  sayəsində  açılan  arxiv  qovluqlarında  isə 
bunların tam əksinin Ģahidi oluruq. Sənədlərlə tanıĢ olanda düĢünürsən ki, 1914-cü 
ildən  1917-ci  ilə  qədər  rus  imperiyasını  almanlardan,  1918-20-ci  illərdə  isə 
Azərbaycanı  daĢnak-bolĢevik  əsgəri  qüvvələrindən  qoruyan  və  torpağımızın 
bütövlüyü uğrunda silaha sarılan “VəhĢi diviziya”nın Tatar-Azərbaycan alayı həm 
bizim, həm də rus hərb tədqiqatçılarının niyə tənqid obyekti olub. Guya səbəbi də 
ondan ibarətdir ki, “VəhĢi diviziya” 1914-17-ci illərdə çara, 1918-20-ci illərdə isə 
Azərbaycan Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru PaĢanın 
ordusu  1918-ci  ilin  iyun-sentyabr  aylarında  Bakını  düĢmənlərdən  təmizləyəndə 
onlarla çiyin-çiyinə vuruĢan min nəfərdən çox könüllünün əksəriyyəti “Tatar süvari 
alayı”nın əsgər və zabitlərindən təĢkil olunmuĢdu. Bəs süvari alayının o vaxtlarda 
qoruduğu vuruĢduğu torpaqlar onda bizim deyildimi? 
Bəli,  bitib-tükənməyən  bu  suallara  cavab  tapmağın  vaxtı  çatıb.  Bunu  bu 
günkü  müstəqil  Azərbaycan  və  onun  yenidən  yazılan  hərb  tarixi  tələb  edir.  Bəzi 
məqalə  müəllifləri  ağız  dolusu  yazırlar  ki,  Birinci  Dünya  Müharibəsi  illərində 
Ģovinist ruslar Qafqaz müsəlmanlarından təĢkil olunmuĢ diviziyaya  “VəhĢi” adını 
təhqir mənasında veriblər. Əvvəla, diviziyanın döyüĢ yolunu təsvir edən sənədlərdə 
belə fakta rast gəlmək qeyri-mümkündür. Əslində rus hərb tarixçiləri daha yumĢaq 
tənqidlə yazırlar nəinki bizimkilər. Bütün rəsmi sənədlərdə diviziyanın adı belədir: 
“Kafkazskaya  tuzemnaya  konnaya  diviziya”  -  yəni  Qafqazın  yerli  əhalisindən 
təĢkil  olunmuĢ  süvari  diviziya,  “VəhĢi”  ayaması  isə  cəbhədaĢları  tərəfindən 
diviziyaya  qeyri-rəsmi  verilib.  Müharibənin  ilk  günlərindən  diviziyanın  apardığı 
döyüĢ  əməliyyatları  çox  uğurlu  və  qəhrəmanlıqları  parlaq  olmuĢdur.  Diviziya 
bütün  müharibə  boyu  məğlubiyyətin  nə  olduğunu  bilməyib,  hücumları  həmiĢə 
zəfərlə bitib. Onların döyüĢ amalı belə idi: “Nə bir addım geri çəkilməli, nə də əsir 
düĢməli.”  Ona  görə  də  döyüĢlərin  ən  çətin  məqamında  düĢmən  mühasirəsini 
yarmaq üçün bu diviziyanın təcrübəsindən və gücündən istifadə olunurdu. 
Hətta  “VəhĢi  diviziyanın  sıralarında  zəfərlə  döyüĢən  həmyerlilərimizin 
Ģərəfinə cəbhədaĢları hərbi marĢ da qoĢmuĢdular.  
Tutaq  ki,  bizdə  bəzi  məqalə  müəlliflərinin  dediyi  kimi,  diviziyaya  təhqir 
mənasında  vəhĢi”  adı  verilmiĢdir.  Bəs,  Koroğlu  igidlərinə  və  Dədə  Qorqud 
qəhrəmanlarına “dəli” ayamasının verilməsi necə, onlar həqiqətənmi “dəli” idilər? 
Əlbəttə, yox! 
Hər iki ifadədə incə yumor, sevgi, nəvaziĢ çalarları var. Niyə uzağa gedirik. 
Bizim müasirimiz, dünya Ģöhrətli sərkərdə Əliağa ġıxlinski aydan-arı, sudan-duru 
olan “Xatirələrim” kitabında yazır ki, bizim nəsil öz cəngavərliyi, tündməcazlığı ilə 
qəzada  tanınırdı.  Qəzada  bizi  “dəli-qazaxlı”  adlandırırdılar.  Əli  Qazaxoğlu  nəsli 
içərisində  birinci  savadlı  adam  mənim  atam  idi.  Sual  olunur:  hərfi  mənada  baĢa 
düĢsək “dəli” olan bir nəsil “artilleriyanın Allahı” kimi oğul yetirə bilərdimi? Onu 
da  unutmaq lazım deyil  ki,  ġıxlinskilər  nəsli  Azərbaycan  maarifinə,  ədəbiyyatına 
və hərb tarixinə bütöv, sağlam ziyalı nəsli bəxĢ etmiĢdir. 

166 
 
Sonralar  (1917-ci  ilin  noyabrından  -  ġ.N.)  həmin  diviziyanın  Tatar 
(Azərbaycan  -  ġ.  N)  süvari  alayının  əsgərlərindən  ibarət  ilk  dəfə  600  nəfərlik 
“Müsəlman  korpusu”  təĢkil  olundu.  1918-ci  ildə  müstəqilliyini  elan  edən 
Azərbaycan  Zaqafqziya  Seymindən  çıxdı.  Bu  dövrdə  ölkədə  siyasi  durum  çox 
qarıĢıq və mürəkkəb idi. BolĢevik-daĢnak silahlı qüvvələri tərəfindən güclü təhlükə 
yaranmıĢdı. Məhz Tatar-Azərbaycan alayının qüvvəsinə arxalanıb, əlavə könüllülər 
toplamaqla  həmin  il  iyunun  26-da  “Əlahiddə  Azərbaycan  korpusu”  yaratmaqla 
Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov Milli ordunun təməl daĢını qoydular. 
“...BirləĢməyə  belə  bir  ad  qoĢulanda  onun  məna  mərkəzində  müsbət  bir 
münasibət  dayanırdı  və  bununla  da  “Dikaya  diviziya”nın  məğlubedilməzliyinə 
iĢarə  ifadə  olunurdu.  Xüsusən,  daĢnak  və  ifrat  bolĢevik  elementləri  “Dikaya 
diviziya”dan  danıĢarkən  heç  də  bu  sözü  həmin  diviziyanın  Ģücaətinə  olan 
heyranlığına görə iĢlətmirdilər. Belə münasibət elə sovet tarixĢünaslığının özündə 
də  mövcuddur.  Bir  sıra  müəlliflər  “Dikaya  diviziya”dan  danıĢarkən  bu  ifadənin 
nəzərdə tutulan mənasını deyil, məhz “dikiy” sözünün leksik mənasını qabartmağa 
çalıĢmıĢlar.  Bununla  da  həmin  birləĢmənin  hissələrinin  hərbi  keyfiyyətlərinə, 
Cümhuriyyət Ordusunun özülünü təĢkil etmiĢ qoĢun hissələrinin nizam-intizamına 
bir istehza ifadə olunmuĢdur. Həmin diviziya 1917-ci ildə ləğv edilmiĢ və bununla 
da  onun  mövcudluğuna  son  qoyulmuĢdur.  Diviziya  ləğv  edildikdən  sonra 
azərbaycanlılardan  və  çeçenlərdən  təĢkil  olunmuĢ  Tatar  süvari  alayının  qalıqları 
Azərbaycana qayıtmıĢ və onun bazasında Müsəlman korpusunun ikinci süvari alayı 
yaradılmıĢdı”.  (M.Süleymanov  “Azərbaycanda  “Dikaya  diviziya”  olubmu?” 
məqaləsi,  “Hərbi  bilik”  jurnalı,  1998-ci  il,  -  №  4).  Və  bu  hərbi  qüvvələrin  özəyi 
əsasında  da  1920-ci  ilə  kimi  Azərbaycan  Demokratik  Cümhuriyyətinin  40  minə 
yaxın  Milli  ordusu  yarandı.  Əliağa  ġıxlinski  və  Səməd  bəy  Mehmandarov  kimi 
iliyinə  qədər  hərbçi  olan  generallar  ordunun  təməl  daĢının  “dəlilər”dən  olmasına 
razı olardımı? 
1917-ci  ildə  imperiya  dağılandan  sonra  Petroqrada  aparılan  “Dikaya 
diviziya”dan  qarmaqarĢıqlığı  yatırmaq  və  üsyan  edən  xalqı  qırmaq  üçün  istifadə 
etmək  istədilər.  Onlar  isə  milli  adət-ənənəyə  və  nizamzaməyə  sadiq  qalaraq 
silahsız xalqı qırmaqdan imtina edib Qafqaza qayıtdılar. 
“Müsəlman  milli  korpusu”nun  əsasında  Petroqraddan  köçürülən  həmin 
“VəhĢi  diviziya”nın  “Tatar  süvari  alayı”  dayanırdı.  General  Əliağa  ġıxlinski 
ümumi komandanlığı qəbul etdi. Tərxis edilmiĢ rus ordusunun zabitləri də həmin 
qoĢun  birləĢmələrinə  götürüldü.  Bu  zaman  müsəlmanlara  üstünlük  verilirdi. 
Bundan əlavə, 1917-ci il çevriliĢindən sonra Bakıdakı kadet məktəbində yerli zabit 
karlarının hazırlanmasına da baĢlandı.”
21
 
Ayrı-ayrı sənədlər Ģahidlik edir ki, Birinci Dünya Müharibəsi cəbhələrində 
üç  mindən  çox  sıravi  və  kiçik  rütbəli  azərbaycanlı  döyüĢürdü.  Bunlar  müharibə 
                                                           
21
 T.Svayatoçevski “Rusiya Azərbaycanı” , 1905-1920-ci illər məqaləsi. 
 

167 
 
baĢlananda  səfərbər olunanlar idi.  Lakin imperiya  qoĢunlarının tərkibində  yüksək 
rütbəli  zabit  və  generallarımız  da  az  deyildi.  Tam  artilleriya  generalı  Səməd  bəy 
Mehmandarov, general-leytenant Əliağa ġıxlinski, tam süvari generalı Hüseyn xan 
Naxçıvanski, general Məmmədsadıq bəy Ağabəyzadə, Əsəd bəy və Mirkazım xan 
TalıĢxanovlar,  Cavad  bəy  ġıxlinski,  Ġbrahim  ağa  Usubov,  Gəray  bəy  Vəkilov, 
rotmistr  Teymur  bəy  Novruzov  (1919-cu  il  avqustun  2-də  Milli  Ordudakı  əla 
xidmətinə  görə  general-mayor  rütbəsi  verilmiĢdir  -  ġ.N.),  hərbi  təyyarəçi  Fərrux 
ağa Qayıbov, praporĢik Sayad bəy Zeynalov və onlarla baĢqa oğullarımız cəbhədə 
ad-san qazanmıĢdılar. 
1917-ci  il  noyabrın  15-də  Peterburqdan  Qafqaza  qayıdan  general-leytenant 
Əliağa ġıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmıĢdı. 
Bununla  da  o,  Milli  Azərbaycan  Ordusunun  təməl  daĢını  qoymuĢdu.  Bu  barədə 
general “Xatirələrim” hərbi memuarında daha dəqiq məlumat verir: 
“Noyabr  ayında  Tiflisə  qayıtdıqda,  müvəqqəti  olaraq  mənə  korpus 
komandanlığı həvalə olunduğu barədə əmri oxudum. Öz xalqımı, baĢ verə biləcək 
təzyiqlərdən  və daxili qarıĢıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə  
korpus təĢkil etməyi qət edib, Tiflisdə öz qərargahımı
22
 düzəltməyə baĢladım.” 
“Açıq  söz”  qəzeti  1918-ci  il  yeddi  yanvar  tarixli  nömrəsində  nizami 
müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymıĢdı: 
“Yanvarın  üçündə  Mərkəzi  Müsəlman  Zaqafqaziya  komitəsinin  üzvü, 
Mərkəzi  Komitə  sədri  Fətəli  xan  Xoyski  müsəlman  əsgəri  dəstələri  təĢkilatı 
haqqında  məruzədə  bulunmuĢdur.  Məruzədən  anlaĢıldığına  görə  1917-ci  il 
dekabrın  on  birində  Zaqafqaziya  Komissarlığı  Zaqafqaziya  müsəlmanlarından 
nizami ordu təĢkil etməsi qətnaməsini çıxarmıĢdır. Nizami ordu üçün lazımi qədər 
könüllü  cəm  edilməsi  iĢi  Qafqasiya  Mərkəzi  -  Müsəlman  Komitəsinə  həvalə 
edilmiĢdir.  Nizami  ordu  təĢkil  edildikdən  sonra  müsəlmanlardan  alınan  əsgəri 
verginin  ləğv  edilməsi  haqqında  Zaqafqaziya  komissarlığı  tərəfindən  dekret 
veriləcəkdir.  Zaqafqaziya  Komissarlığının  bu  qətnaməsinə  bianən  dekabrın  on 
doqquzunda beĢinci və yeddinci Qafqasiya niĢançı firqələrindən ibarət olan altıncı 
ordu  korpusunun  Müsəlman  nizami  ordusuna  əvəz  edilməsi  haqqında  Qafqasiya 
cəbhəsi qoĢunlarının baĢ komandanı tərəfindən Əmrnamə verilmiĢdir. Həmin əsgər 
dəstələrinin  milliləĢdirmək  iĢlərinin  nəzarəti  general  Əliağa  ġıxlinskiyə  həvalə 
edilmiĢdir. 
General-leytenant Əliağa ġıxlinski öz vəzifəsinin ifasına baĢlamıĢdır.” 
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaĢayırdı. Həmin ilin yanvar 
ayında Türkiyəyə hərbi yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəĢfiyyat 
                                                           
22
 Qərargah Tiflisdəki “London” mehmanxanasının birinci mərtəbəsində yerləĢirdi. Həmin iki mərtəbəli 
mülk indi də qalır. Bu sətirlərin müəllifi 1999-cu ilin aprel ayında Tiblisidə yaradıcılıq ezamiyyətində 
olanda binanı axtarıb tapmıĢdır. - (ġ.N.) 
 

168 
 
idarəsinin  rəisi  Nağı  bəy  ġeyxzamanlı  Türkiyənin  hərbi  naziri  Ənvər  paĢa  ilə 
görüĢəndə demiĢdir: 
-  PaĢam,  Birinci  Dünya  Müharibəsində  biz  azərilərdən  dörd  general  rus 
ordusunda  ordu  komandiri  olmuĢdular.  QonĢularımız  ermənilər  və  gürcülərdən 
ordu komandiri çıxmamıĢdır. Yalnız bir gürcü general hərbi korpus komandiri ola 
bilmiĢdir.  Azərilərdən  ordu  komandiri  Səməd  bəy  Mehmandarlı  rus-yapon 
müharibəsində  hərbi  korpus  komandiri  olaraq  rus  ordusunun  ən  yüksək  ordenini 
almıĢdır.  Ġkinci  general  Əliağa  ġıxlinskidir.  Rus  ordusunun  topçu  baĢ  inspektoru 
idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir, Dördüncü isə Xan Yerivanskidir. 
(N.ġeyxzamanlı  “Azərbaycan  istiqlal  mücadiləsi  xatirələri”  kitabı,  1997  il,  səh., 
73-də). 
1914-cü  ildə  Gəncədə,  ġuĢa  və  baĢqa  qəzalarda  alaylar  təĢkil  olundu. 
ġuĢalılardan “Tatar süvari alayı”, gəncəlilərdən isə “Ġkinci Gəncə süvari müsəlman 
alayı” yaradıldı. Bunların hamısı “Qafqazın Yerli əhalisindən təĢkil olunmuĢ süvari 
diviziyası”
23
 nın tərkibinə daxil oldu. 
Diviziya  üç  briqadadan  və  üç  süvari  alayından  ibarət  idi:  birinci  alay 
Kabardin və Dağıstanlılardan, ikinci alay tatar (Azərbaycan - ġ.N.) və çeçenlərdən, 
üçüncü  alay  inquĢ  və  çərkəzlərdən  təĢkil  olunmuĢdu.  Bundan  baĢqa  osetinlərdən 
ibarət  piyadalar  briqadası  və  Don  kazaklarından  səkkizinci  artilleriya  divizionu 
yaradılmıĢdı. 
Diviziyanın  baĢ  komandanı  imperator  II  Nikolayın  qardaĢı;  böyük  knyaz 
Mixail  Aleksandroviç  Romanov,  rəisi  isə  general-leytenant,  knyaz  D.P.Baqration 
idi. 
Sıravi əsgərləri (aĢağı rütbəliləri) “süvari”, bəzən də “atlı” deyə çağırırdılar. 
Zabitlər ayda 25 manat maaĢ alırdı. Onların əksəriyyəti ruslardan və Qafqazın xan, 
bəy və ağa oğullarından ibarət idi. 
Diviziya əsgərlərinin yaxĢı təlimi, əla döyüĢ qabiliyyəti vardı. Bunu “Gəncə 
alayı”nın  komandiri  podpolkovnik  Q.Polovtsovun  1915-ci  il  iyulun  on  birində 
Gəncə  qubernatoru  Kovalyovun  adına  göndərdiyi  teleqram  da  təsdiq  edir. 
Podpolkovnik Q.Polovtsov yazır: 
“Qafqazın  yerli  əhalisindən  təĢkil  olunmuĢ  diviziya”nın  alayları  arasında 
Gəncə süvari alayı birinci olaraq öz komandirinə “Müqəddəs Georgi xaçı” ilə təltif 
olunmaq  Ģərəfi  nəsib  etdi.  Bu  yüksək  mükafatla  fəxr  edərək  onu  Tatar  (Azərb.  - 
ġ.N.) süvarilərinin yüksək döyüĢ bacarığı və fədakar qəhrəmanlığının qiyməti kimi 
qəbul  edirəm.  Müsəlman  süvari  döyüĢçülərinin  misilsiz  Ģücaəti  qarĢısında  mənim 
dərin heyrətimi qəbul etməyinizi xahiĢ edirəm.” 
Görkəmli  Ģairimiz  Məhəmməd  Hadi  azərbaycanlılardan  ibarət  alaylarla 
birgə  PolĢada,  Lvovda,  Stanislavda,  Karpatlarda,  Qaliç  və  Qorodinka  Ģəhərləri 
uğrunda  gedən  döyüĢlərdə  üç  il  cəbhə  həyatı  keçirmiĢdir.  Həmyerlilərimizin 
                                                           
23
 Bundan sonra “VəhĢi divizya”nın adlı rəsmi sənədlərdə olduğu kimi yazılacaq. (ġ.N.) 
 

169 
 
qəhrəmanlığından ruhlanan böyük Ģair bu mövzuda silsilə Ģerlər yazmıĢdır. 1917-ci 
ildə Gəncədə əsgərlər qarĢısında çıxıĢ edən Məhəmməd Hadi demiĢdir: 
“Əziz  vətəndaĢlarım!  Alayımızı  təĢkil  edən  Azərbaycan  türklərinin 
göstərdikləri  hərbi  qabiliyyəti  və  yapdıqları  qəhrəmanlıqları  söyləməklə  bitməz. 
Ancaq mən burada bir hadisə üzərində dayanacağam. Hərb Ģiddətlə davam edirdi. 
General  Samsonovun  komandasındakı  rus  ordusu  ilə  alman  qüvvələri  Ģiddətlə 
çarpıĢırdı.  Samsonovun  sağ  cinahını  “Dikaya  diviziya”  (müsəlman  diviziyası) 
qorumaqda idi. Almanlar rus ordusunu boğurdular, nəhayət çəmbərə (mühasirəyə) 
aldılar. Almanlar çəmbəri daraldarkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın 
verdiyi əmrlə Alman çəmbərinə hücum edərək, çəmbəri yardı və alayı ikiyə böldü. 
Yanları  çəmbərin  sağ  və  solunu  sıxıĢdırmağa  baĢladı.  BeĢ  alaydan  ibarət  olan 
Qafqaziya  qardaĢları  rusları  alman  çəmbərindən  qurtardı.  Bu  mühüm  hadisə 
həftələrcə rus mətbuatını iĢğal etdi. Rus çarı bizim alayın bayrağına ən böyük niĢan 
verdi.” 
“Hadi doğma Azərbaycandan minlərlə kilometr uzaqda, Karpat dağlarında, 
müharibə  alovları  içində  də  Vətənin  taleyini  düĢünməyi,  onun  təbii  gözəlliklərini 
və  gələcək  xoĢbəxtliyini  tərənnüm  etməyi  çox  sevirdi.”  (Ə.Mirəhmədov 
“Məhəmməd Hadi” kitabı, Bakı, 1962-ci il səb. 183) 
Azərbaycan 
Demokratik 
Cümhuriyyətinin 
liderlərindən 
biri, 
dahi 
bəstəkarımız  Üzeyir  bəyin  kiçik  qardaĢı  Ceyhun  bəy  Hacıbəyli-Dağıstani  1916-cı 
ilin  fevral-iyun  aylarında  Birinci  Dünya  müharibəsində  azərbaycanlı  əsgər  və 
zabitlərin  döyüĢ  yolunu  əks  etdirən  “Müsəlman  zabitləri”  adlı  on  dörd  silsilə 
məqalə dərc etmiĢdir. “Kaspi” qəzetində dərc olunmuĢ bu məqalələrdə cəbhələrdə 
Ģərəflə  vuruĢan  yalnız  azərbaycanlıların  deyil,  ümumi  Qafqazda  yaĢayan  din 
qardaĢlarımızın qəhrəmanlığı haqqında da qiymətli məlumatlar var. Ceyhun bəy 19 
aprel  1916-cı  il  tarixli  (№  86)  məqaləsində  yazır  ki,  apardığımız  araĢdırmalardan 
məlum  oldu  ki,  yalnız  1915-ci  ildə  müsəlman  zabitlərindən  yeddi  general,  on  iki 
polkovnik,  bir  kazak  qoĢun  starĢinası
24
,  on  doqquz  podpolkovnik,  iyirmi  dörd 
kapitan,  iki  yasaul,  on  yeddi  rotmistr,  iyirmi  bir  Ģtab-rotmistri,  on  səkkiz  Ģtabs-
kapitan,  beĢ  podyasaul,  üç  yüzbaĢı,  əlli  poruçik,  iki  xonjuri,  otuz  səkkiz 
podporuçik,  iyirmi  bir  kornet  və  on  iki  praporĢik  rütbəli  müsəlmanlar  döyüĢlərdə 
fərqləndiklərinə  görə  təltif  olunmuĢlar.  Bu  saydan  üç  general  üçüncü  dərəcəli 
“Müqəddəs Georgi”, on yeddi zabit, o cümlədən bir polkovnik, beĢ podpolkovnik, 
üç  kapitan,  bir  rotmistr,  bir  Ģtabs-rotmistr,  bir  Ģtabs-kapitan,  iki  poruçik,  iki 
podporuçik və bir praporĢik dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif 
olunmuĢdur. 
On dörd zabitə, bir polkovnikə, iki podpolkovnikə, bir kapitana, bir yasaula, 
bir rotmistrə, bir Ģtabs-kapitana, bir  yüzbaĢıya, dörd poruçikə, bir podporuçikə və 
bir kornetə isə adlı Georgi silahı bağıĢlanmıĢdır. 
                                                           
24
 Kazak süvari qoĢunlarında podpolkovnik rütbəsi belə təsis olunmuĢdu.- ġ. N. 
 

170 
 
“Kaspi”  qəzetinin  1916-cı  il  29  aprel  tarixli  nömrəsində  belə  bir  fərəhli 
fakta da rast gəldik: “Qvardiya süvarisindəki Qafqaz ordusunun BaĢ Komandanın 
sərəncamında olan general-adyutant, general-leytenant Hüseyn xan Naxçıvanskiyə 
tam  süvari  generalı  rütbəsi  verilsin.”  Qafqazın  yerli  əhalisindən  təĢkil  olunan 
süvari diviziya”nın qəhrəmanlığından iftixarla danıĢan Ceyhun bəy yazır: 
“Almanlara qarĢı vuruĢan müsəlman döyüĢçülərinin  mərdlik və fədakarlığı 
bütün  imperiya  mətbuatını  onlar  haqqında  danıĢmağa  vadar  etdi.  “Dikaya 
diviziya”nın  adı  əfsanələĢdi.  Onu  demək  kifayətdir  ki,  üç  min  müsəlman 
döyüĢçüsünə  müharibə  vaxtı  beĢ  min  “Müqəddəs Georgi xaç”  ordeni verilmiĢdir. 
Bu  mərdlikdə  heç  bir  saxtakarlığın  olmadığını  “Terski  vedomost”  qəzetində 
verilmiĢ aĢağıdakı nümunə bir daha təsdiq edir. 
Diviziya  komandanına  xidməti  iĢ  üçün  bir  neçə  günlüyə  on  beĢ  nəfəri 
Tiflisə  göndərmək  lazım  idi.  O,  döyüĢçüləri  yığıb  getməyi  təklif  etdikdə  heç  kəs 
könüllü  olaraq  cəbhəni  tərk  etmək  istəmədi.  Axırda  püĢk  atmaq  məcburiyyətində 
qaldılar.  PüĢk  düĢən  əsgərlər  səhər  Tiflisə  yola  düĢməli  idilər.  Amma...  səhərisi 
onlardan  heç  kəs  tapılmadı.  Onların  döyüĢçü  dostları  gülümsünərək  deyirdilər:  -
“onlar  səngərlərdən  çıxmırlar,  Tiflisə  baĢqa  döyüĢçülər  göndəriləndən  sonra  üzə 
çıxacaqlar. 
“Dikaya  diviziya”nın  əsgərləri  sadəcə  olaraq  cəbhəni  tərk  etmək 
istəmirdilər. Tiflisə on beĢ nəfər yola düĢəndən sonra göründülər.” 
Ġmperiya  dağılıb,  “Dikaya  diviziya”  buraxılandan  sonra  Azərbaycanda 
“Tatar alayı”na kim baĢçılıq etmiĢdir? Tiflisdə general-leytenant Əliağa ġıxlinski, 
Gəncədə  polkovnik  Süleyman  bəy  Əfəndiyev  (1919-cu  ildə  general-mayor  olub, 
həmin  ili  də  tif  xəstəliyindən  vəfat  edib),  Bakıda  isə  milyonçu  ġəmsi 
Əsədullayevin  oğlu  Əli  Əsədullayev  Azərbaycan  Demokratik  Hökuməti  qurulana 
qədər  “Tatar  alayı”nın  ayrı-ayrı  dəstələrinə  baĢçılıq  və  himayədarlıq  etmiĢlər.  Bu 
dövrdə  Gəncə  Milli  Komitəsinin  üzvü  Adilxan  Zayadxanovun  və  ƏrəĢ  mahalının 
bəylərbəyisi  ƏĢrəf  bəy  Qarxunlunun  baĢçılığı  ilə  “Tatar  alayı”  Gəncə  və 
ġamaxıdakı rus əsgərlərinin silah ambarını dağıtdı, ġəmkirin Dəlilər stansiyasında 
Qars  və  SarıqamıĢdan  qayıdan  rusların  hərbi  eĢalonunu  tərksilah  etdi.  Bakıda 
erməni bolĢevik qoĢunu ilə döyüĢlər apardı... 
1917-ci  ilin  sonunda  könüllülərdən  yaranan  Milli  Azərbaycan  korpusunda 
döyüĢ  və  təlim  görmüĢ  nizami hissə  birinci  Azərbaycan süvari alayı idi.  “Dikaya 
diviziya”nın  ikinci  alayından  təĢkil  edilmiĢ  bu  süvarilərə  1918-20-ci  illərdə 
“Tatarski polk”da deyirdilər. Həmin illərdə Milli ordumuzda döyüĢ qabiliyyəti ilə 
fərqlənən  ən  yaxĢı  əsgər  və  zabitlər  də  bu  alayda  vuruĢurdu.  MəĢhur  sərkərdə 
CəmĢid  xan  Naxçıvanski,  poruçik  Osman  ağa  Gülməmmədov,  praporĢik  Lütvəli 
bəy Vəkilov, poruçik Məhəmməd bəy Aslanbəyov, praporĢik PaĢa bəy Rüstəmov, 
Sayad  bəy  Zeynalov  və  bir  çoxları  Birinci  cahan  savaĢında  göstərdikləri  igidliyə 
görə imperiyanın ən ali “Müqəddəs Georgi Xaç”ı ilə təltif olunmuĢlar. 

171 
 
O vaxt Gəncədə rusların 218 və 219 saylı tibb xidməti alayı  yerləĢirdi. Bu 
ehtiyat alayları Birinci Dünya Müharibəsi illərində yaralıları müalicə edib, yenidən 
cəbhəyə göndərirdi. Ġmperiya dağılsa da, minə yaxın əsgər və zabiti olan rus alayı 
hələ  də  fəaliyyətini  davam  etdirirdi.  Erməni  məhəlləsində  yerləĢən  bu  rus  alayına 
ermənilər xüsusi qayğı göstərir, onlara ərzaq və silah verir, özlərinin xilaskarı kimi 
himayədarlıq edirdilər. 
Gəncə  Milli  Komitəsi  “Difai”  firqəsinin  köməyi  ilə  uzun  mübahisədən 
sonra silahlarını alıb döyüĢsüz, davasız onları Rusiyaya yola saldı. 
Qafqaz-Türk  cəbhəsində  sülh  bağlandıqdan  sonra  1917-ci  ilin  noyabr 
ayından baĢlayaraq bolĢevik əhval-ruhiyyəli rus əsgərləri geri, Rusiyaya qayıdırdı. 
Yeni yaranan Milli Ordumuza silah lazım idi. Ġmperiya dağılandan sonra Tiflisdəki 
ehtiyat  silah  ambarından  biz  müsəlmanlara  heç  bir  pay  verilməmiĢdi.  Lakin 
gürcülər hərbi korpus yaratmaq üçün silah paylarını almıĢdı. Hətta, ermənilər külli 
miqdarda silah daĢıyıb Ġrəvana aparmıĢdılar. 
Gəncədəki Müsəlman Milli Komitəsi Qafqaz-Türk cəbhəsindən qayıdan rus 
hərbi  eĢalonlarının  Azərbaycan  ərazisindən  gəlib  keçəcəyi  vaxtı  öyrənib  həmin 
günü  -  1918-ci  il  yanvarın  doqquzunu  “döyüĢ  günü”  elan  etmiĢdi.  Məqsədi 
onlardan silah almaq idi. 
Milli Komitənin baĢçıları Adil xan Ziyadxanov, Nəsib bəy Yusifbəyli, Xəlil 
bəy  Xasməmmədov,  Xudadat  bəy  Rəfibəyov,  Aslan  bəy  Səfikürdski  və  baĢqaları 
gürcü menĢeviklerindən aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının 
(bu alay keçmiĢ “Dikaya diviziya”nın “Tatar alayı”nın əsgər və zabitlərindən ibarət 
idi - ġ.N.) qüvvəsilə rus hərbi eĢalonunun qabağını Gəncənin otuz kilometrliyində - 
ġəmkir və Dəllər stansiyaları arasındakı məsafədə keçdilər. Zirehli qatara general-
mayor  knyaz  Maqalov  (300  nəfər  gürcü  əsgər  və  zabiti  ilə  birgə),  “Azərbaycan-
Tatar  alayı”na  isə  polkovnik  Süleyman  bəy  Əfəndiyev  komandirlik  edirdi.  Bu 
qabaqkəsmədə Gürcüstan menĢevik hökumətinin də silah təmənnası vardı. 
Yanvarın  doqquzunda,  səhər  saat  onda  baĢlayan  qanlı  döyüĢ  dörd  gün 
davam etdi. Ġki mindən çox rus əsgəri öldürüldü və yaralandı. On beĢ min tüfəng, 
yetmiĢ  pulemyot  və  iyirmi  top  ələ  keçirildi.  Azərbaycan  tərəfindən  on  beĢ, 
gürcülərdən isə qırx nəfər əsgər Ģəhid oldu. Güclü müqavimətə rast gələn rus əsgər 
və  zabitləri  perrona  çıxıb  ağ  bayraq  qaldırdılar:  “Lənət  olsun,  biz  bu  silahları 
verməyə  -  çoxdan  razıyıq,  bircə  evimizə  sağ  və  salamat  gedə  bilək”  -  deyib 
silahları təhvil verdilər. 
Bu,  Bakıda  özünə  yuva  qurmuĢ  Sovetlər  Hakimiyyətinə  qarĢı  Gürcü  və 
Azərbaycan xalqının ilk silahlı mübarizəsi idi. Sonralar isə kommunistlər bu üsyanı 
“qardaĢ  qırğını”  və  “Azərbaycan  burjua  hökumətinin  ruslara  divanı”  kimi 
qiymətləndirdilər. 
Bakıda  daĢnak  ġaumyan  baĢda  olmaqla  Qafqaz  Ölkə  Komitəsi  bərk 
qəzəblənib  bildirdi  ki,  “ġamxor  cinayətkarları  inqilabi  məsuliyyətə  alınacaq  və 

172 
 
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları 
Sovetləri hakimiyyətini təĢkil edəcəkdir.” 
Lakin  tarixi  dönüĢlər  daĢnak  Stepan  ġaumyana  bəd  niyyətlərini  həyata 
keçirməyə  imkan  vermədi.  Onu  1918-ci  il  sentyabr  ayında  iyirmi  altılarla  birgə 
güllələdilər. 
*  *  * 
 
Bəs  sonralar  “Tatar-Azərbaycan  alayı”nın  əsgər  və  zabitlərinin  döyüĢ  yolu 
haradan,  hansı  oddan,  alovdan  keçib?  1920-ci  ilin  aprel  ayında  XI  Ordunun 
daĢnak-bolĢevik dəstələri xüsusi Ģöbəsinin rəisi,  cəllad Pankratovun rəhbərliyi ilə 
yüzlərlə əsgər və zabitlərimizi güllələdi, Sibirə və Solevstsk adalarına sürgün etdi. 
Çoxunu da Bulla və Nargin adasında təĢkil etdikləri konslagerdə saxladılar. Bir az 
sonra isə onların ayaqlarına dağ basıb, bəzilərinin də boğazına ağır dəmir bağlayıb 
diri-diri dənizə atıb məhv edirdilər. 
 
*  *  * 
 
On birinci ordu Bakıya  tərəf  yeriyəndə onun sıralarında Hacı Ġlyas soyadlı 
bir kommunist də vardı. ġəxsən Leninin verdiyi mandatla o, 1920-ci il iyunun 19-
da otuz iki saylı əmrlə Azərbaycan Respublikası Hərbi Ġnqilab səhra məhkəməsinin 
sədri  və  kəĢfiyyat  idarəsinin  rəisi  təyin  olundu.  Fəaliyyətə  baĢladığı  ilk  gündən 
Hacı  Ġlyas  (arxiv  sənədlərində  onun  soyadı  M.Z.Xadjilas  kimi  göstərilir  –  ġ.N.) 
imkanlı  adamları  ailəsi  ilə  birgə  həbs  edib  çəkidən  yüngül,  vəzndən  ağır  olan 
Ģeyləri  mənimsəyirdi.  Günün  günorta  çağı  qız  və  qadınları  saxlatdırır,  üstündəki 
sırğanı,  boyunbağını,  üzükləri dartıb qoparırdı.  Qalib XI ordu üçün  “talan  həftəsi 
keçirirdi. Bu “talan həftəsinin müddəti artıq iki ayı keçirdi. 1919-cu il dekabrın 2-
də  Ġtaliyadan  Milli  ordu  üçün  alınmıĢ  otuz  beĢ  min  dəst  geyim  və  təchizat 
əĢyalarının  cındır  köynəkdə,  yamaqlı  Ģalvarda  gəlmiĢ  XI  ordunun  əsgərlərinə 
paylayırdı.  Üsyan  səsini  qaldıran  ziyalıları,  Azərbaycan  ordusunun  əsgər  və 
zabitlərini  isə  Krasnovodskiyə,  Orta  Asiyaya  sürgünə  göndərmək  adı  ilə  gəmiyə 
doldurub  Nargin,  Bulla  və  Çilov  adalarına  aparıb  boyunlarına  daĢ  bağlatdırır, 
gicgahına güllə ilə vuraraq dənizə atdırırdı. 
Ġnsan qanına susamıĢ namərd Hacı Ġlyas bir nəfər ras zabitini də həbs edir. 
Məhbusun  arvadı  biləndə  ki,  ərini  Hacı  Ġlyas  həbs  edib,  xilas  etmək  üçün  onun 
qəbuluna  gəlir.  Onunla  söhbət  edən  qadın  təəccübdən  donub  qalır.  Ordan  birbaĢa 
Hərbi  Səhra  Məhkəməsinin  sədr  müavini  Teymur  Əliyevin  yanına  gəlir.  O, 
Teymur  Əliyevə  məlumat  verir  ki,  sizin  sədr  əsl  inqilabçı  Hacı  Ġlyas  deyil.  Mən 
Hacı Ġlyası yaxĢı tanıyıram, o ərimin yaxın dostudur. Dəfələrlə bizim evdə qonaq 
olub,  bu  əllərimlə  ona  çay-çörək  vermiĢəm.  Teymur  Əliyev  Respublika  Ġnqilab 
Komitəsinin  sədri  Nəriman  Nərimanova  bu  barədə  məruzə  edir.  Nərimanovun 
tapĢırığı  ilə  “Altıbarmaq  Baba  Əliyev  və  Ponkratyov  Hacı  Ġlyasın  kimliyi  barədə 

173 
 
axtarıĢlar aparırlar. Nərimanov həm də göstəriĢ verir ki, həbsxana rəisinə tapĢırın, 
qadının  ərini  Hacı  Ġlyas  dindirilməyə  və  ya  baĢqa  yerə  aparmağa  tələb  edərsə 
verməsin. 
Ciddi araĢdırmalardan sonra məlum olur ki, Ģəxsən Leninin mandat verdiyi, 
hazırda  Respublika  Hərbi  Səhra  Məhkəməsinin  sədri  vəzifəsində  iĢləyən  Ģəxs  əsl 
bolĢevik  Hacı  Ġlyas  deyil.  O,  Odessadan  xaricə  qaçmaq  istəyən  ağqıvardiyaçı 
zabitdir.  BolĢeviklər  Odessanı  alanda  cildini  dəyiĢib  onlara  qoĢulur,  XI  ordu  ilə 
Dərbəndə  gəlir.  Burada  Leninin  Ģəxsən  mandat  verdiyi  əsl  inqilabçı  Hacı  Ġlyasla 
tanıĢ  olur.  Onunla  dostlaĢır  və  qətlə  yetirir.  Onun  sənədləri  ilə  də  XI  ordunun 
sıralarında Bakıya gəlir. 
Əsl inqilabçı Hacı Ġlyasın arvadını da tapıb Bakıya gətirirlər. Gizlindən ərini 
ona  göstərirlər.  Qadın  sədrin  onun  əri  olmadığını  təsdiq  edir.  Üstəlik  də  əsl 
inqilabçı  Hacı  Ġlyasın  türmədə  olan  dostu  və  onun  arvadı  da  Azərbaycan 
Respublikasının  Hərbi  Səhra  Məhkəməsinin  sədrinin  yalançı  Hacı  Ġlyas  oduğunu 
təsdiq edirlər. 
Üç aydan çox - iyun, iyul və avqust aylarında bu vəzifədə çalıĢan Hacı Ġlyas 
general-leytenant  Məmməd  bəy  Sulkeviçi,  general-mayor  Ġbrahim  ağa  Usubovu, 
Ģahzadə-general  Feyzulla  Mirzə  Qacarı,  Əbdülhəmid  bəy  QaytabaĢını,  Murad 
Gəray  bəy  Tlexası,  Əlyar  bəy  HaĢımbəyovu,  Həbib  bəy  Səlimovu,  polkovnik 
Rüstəm bəy ġıxlinskini, Ġsgəndər bəy Seyfullanı və mindən çox dindaĢımızı məhv 
etmiĢdir. 
Fövqəladə Komissiya yalançı, müsəlman qanına susamıĢ Hacı Ġlyası dərhal 
həbs  etdi.  1921-ci  ildə  güllələnmə  kəsiləndə  o,  məhkəmədə  demiĢdir: 
“Müsəlmanları o dünyaya göndərmək üçün var qüvvəmlə çalıĢırdım. Amma heyf... 
Mümkün olsaydı, daha çox qırar və daha çox adam öldürərdim. 
Respublika Mərkəzi Dövlət Arxivindəki sənədlərdən məlum olur ki, yalançı 
Hacı Ġlyasın milliyyəti yəhudidir. O, Odessa Ģəhərində anadan olub. Ağqvardiyaçı 
general Denikinin qoĢununda xidmət edib. KəĢfiyyatçı olub. 
Arxiv sənədlərində bolĢeviklərin iç üzünü açan belə bir epizod da var. 
1920-ci ilin may ayında bolĢevik-daĢnak qoĢunlarına qarĢı Gəncə əhalisi və 
Gəncədə yerləĢən birinci piyada Azərbaycan diviziyası üsyan etdi. Üsyana diviziya 
rəisi  general  Cavad  bəy  ġıxlinski,  Azərbaycan  ordusunun  baĢ  intendantı  general-
Ģahzadə  Məhəmməd  Mirzə  Qacar,  süvari  diviziyasının  rəisi  general  Teymur  bəy 
Novruzov və polkovnik Cahangir bəy Kazımbəyov baĢçılıq edirdi. May ayının 24-
dən  31-dək  davam  edən  döyüĢlərdən  sonra  Bakıdan  göndərilən  əlavə  qoĢun  və 
zirehli  qatarla  bolĢeviklər  yerli  əhaliyə,  Milli  ordu  əsgərlərimizə  divan  tutdular. 
Həmin  vaxtlar Gəncə  ÇEKA-sı olan polkovnik Tuxareli qeyri-bərabər döyüĢlərdə  
general-Ģahzadə  Əmir  Kazım  Mirzə  Qacarı,  polkovnik  Danyal  bəy  Həməcovu, 
kapitan  Hüseyn  bəy  Mirizadəni  və  onlarla  əsgərlərimizi  mühasirəyə  salıb 
doğrayırdı.  Yüzlərlə  azərbaycanlı  qanı  axıdan  Tuxareli  üsyan  yatırılandan  sonra 
evləri,  ailələri  talan  etməkdə  də  əli  uzunluq  edirdi.  Ġyun  ayında  o,  üç  bolĢevik 

174 
 
əsgərinə  iki  dolu  çamadan  verib  tapĢırır  ki,  bunları  Tiflisə  aparıb,  filan  ünvanda, 
filankəsə verin. 
Sınıq  körpüdə  sərhədçilər üç  bolĢevik  əsgərini saxlayır  və  tələb edirlər ki, 
çamadanlar  açılsın,  yoxlayacağıq.  Əsgərlər  imtina  edib  deyirlər  ki,  çamadanlar 
Tiflisdəki  gizli  bolĢevik  təĢkilatında  açılacaq.  Ġçindəkilər  onlara  çatası  məxfi 
sənədlərdir.  Uzun  mübahisədən  sonra  Ģübhələnən  sərhədçilər  Bakı  ÇEKA-sı  ilə 
əlaqə yaradırlar. Respublika ÇEKA-sından “Çamadanlar açılıb, yoxlanılsın! əmrini 
verirlər. 
Açılan  çamadanların  içindən  ləl-cəvahirat,  qızıl  boyunbağılar,  qızıl  pul  və 
üzüklər tökülür. 
Məlum  olur  ki,  bolĢevik  polkovniki  Tuxarelinin  Gürcüstana  qohumlarına 
ötürmək  istədiyi  bu  qiymətli  əĢyaları  Gəncədə  güllələdiyi  imkanlı  azərbaycanlı 
arvad-uĢağın boynundan, qarət etdiyi evlərdən yığıbmıĢ. 
Dərhal  keçmiĢ  ağ  qvardiyaçı  Tuxarelini  həbs  edib  Bakıya  gətirdilər.  Onu 
indiki  Yusif  Məmmədəliyev  küçəsindəki  beĢ  saylı  binanın  zirzəmisində 
güllələyirlər. O vaxtlar Respublika ÇEKA-sı həmin küçədə yerləĢirdi. 
 
*  *  * 
 
Vaxtilə  Məhəmmədəmin  Rəsulzadə  Ġstambulda  nəĢr  etdiyi  “Odlu  yurd 
dərgisində Dəmirçioğlu soyadlı  müəllifin iki kiçik  hekayətini dərc etmiĢdi. “Ana” 
və  “Ölüm”  düyünü  adlı  xatirələri  oxuyanda  namərd  Hacı  Ġlyasın,  Pankratovun  və 
Tuxarelinin xalqımıza etdikləri olmazın zülmün Ģahidi olursan. “Ana” hekayatində 
oxuyuruq: 
“Asobu oddelə (çekadan daha müdhiĢ bir yer) götürdülər. Soyuqlu bir gün. 
Sabah erkən, baxdım gənc, əsmər, zəif bir qadın bir məmurla yeyin-yeyin gediyor. 
Minlərcə adamlar əmri verilmiĢ ölüm kançılaryasına sevinərək ediyor. 
Bu  qadının  belə  gediĢi  məni  çox  maraqlandırdı.  Bunun  kim  olduğunu 
sordum, dedilər ki: 
Bu bir azərbaycanlı zabitinin arvadıdır. Ərini bolĢeviklər baĢqa bir Ģəhərdə 
həbs edib, sonra da öldürmüĢlər. Bu qadın ərinə təsəlliverici bir məktub yazmıĢdır. 
BolĢeviklər  qadını  məktub  yazdığı  üçün  və  qoca  qaynanasını  da  məktubu 
göndərdiyi  üçün  həbs  etmiĢlər.  Qadının  bir  südəmər  uĢağı  vardır.  Gündə  üç  dəfə 
uĢağı anasına əmizdirmək üçün gətirirlər. Gənc ana da balasını görmək üçün belə 
tez-tez gedir. Bu qadın günlərlə belə qaçaraq gedirdi!.. 
Onu hər gün körpəsinin yanına aparan məmur bir gecə gəlib ona amiranə üç 
kəlməlik bir söz söylədi: 
- ġəxsi əĢyalarını topla! 
Qadın əĢyalarını topladı və getdi. 
Bu  üç  kəlmədən  ibarət  olan  bir  cümlə  gedənlərin  yüzdə  doxsanının  ölümə 
getdiyini  bildiyimiz  halda  bu  gənc  ananın  da  ölümə  getdiyinə  inana  bilmirdik.  O 

175 
 
biri  gün  səhər  erkən  qadını  körpəsinə  aparan  məmurun  uĢağı  gətirən  adama 
söylədiyi üç kəlməlik: 
-  UĢağı  daha  gətirmə!  -  cümləsi  bu  gənc  ananm  edam  edilməsinə  bir  iĢarə 
idi. 
Ġxtiyar  baba  və  qaynana  həbsxananın  bir  küncündə  oturaraq,  heç  bir  söz 
söyləmədən  ağlayırdılar.  Göz  yaĢları  ağ  saqqalından  üzünə  tökülürdü.  Məhbuslar 
da onun ətrafina toplanmıĢ, heç bir söz söyləmədən, bəzisi kinli-kinli baxır, bəzisi 
də ağlayırdı. 
 
*  *  * 
 
Məni  böyük  bir  həbsxanaya  gətirdilər.  Məndən  əvvəl  gətirilmiĢ 
məsləkdaĢlarımın saxlandıqları kameraya girdim. Altı adamlıq kameraya on iki kiĢi 
yerləĢdirilmiĢdi. 
Part, part, part. DəhĢətli bir avtomobil gurultusu eĢidildi. 
- Bu nədir? 
- Ölüm avtomobili. 
- Ölüm avtomobili nə deməkdir? 
- Hərbi inqilab məhkəməsinin rəisi yəhudi Hacı Ġlyasın avtomobili. 
- Gurultu nə üçündür? 
- Edama aparılanların səsləri eĢidilməmək üçün. 
YoldaĢlar  bu  sözü  deyər-deməz  bəzisi  teĢt,  bəzisi  ağ  tabaq  və  digərləri  də 
baĢqa Ģeylər alaraq çalmağa və Ģərqi oxumağa baĢladılar. 
Mən vahimələndim və bu nə oxumaqdır - deyə soruĢdum.  
Mənə - sən də oxu! - dedilər. 
-  Ġndi  ölümə  məhkum  olanları  ovludan  içəriyə  çıxaracaq  və  həbsxananın 
arxasında, dəniz sahilində güllələyəcəklər. 
Onların  ovludan  gedərkən  bağırtılarını  və  edam  edilərkən  yalvarmalarını, 
dualarını  və  güllələrin  səsini  eĢitməmək  üçün  məhbuslar  hər  gün  belə  etmək 
məcburiyyətində olduqlarını əlavə etdilər. 
Mən oxuyammadım, çünki edama aparılanların səsi ovludan və sonra yenə 
onların və onları öldürən güllələrin səsi çöldən eĢidilirdi. 
Bu ölüm düyünü (“toy”) hər axĢam davam edirdi. 
Havalar  istiləĢdikcə  dərin  basdırılmamıĢ  edam  edilənlərin  ağırlaĢmıĢ  iyisi 
həbsxanaya gəlirdi. 
Bir gün məhbuslar Hacı Ġlyasdan kiçik bir xahiĢ etdilər: edam edilənlər daha 
uzaq  bir  yerdə  edam  edilsinlər  ki,  məhbuslar  onların  və  onları  öldürən  güllələrin 
səslərini eĢitməsinlər. Və bir də ölüləri bir az dərin basdırsınlar. 
Hacı Ġlyas qəzəblənərək dedi ki, bu sizin qarıĢacağınız iĢ deyil. Mən istəsəm 
burda öldürər və burda da qoyaram. 
 

176 
 
*  *  * 
 
Hətta  qaniçən  bolĢeviklər  Azərbaycana  basqın  edən  günü  Samur  çayının 
sahilində  onların  qarĢısına  çıxıb  vuruĢan,  ağır  döyüĢlərdən  sonra  son  nəfəsinə 
qədər  vuruĢub  həlak  olan  üç  yüz  nəfərdən  çox  əsgər  və  zabitlərimizin  qohum-
əqrəbasını  da  güllələdilər,  sürgünə  göndərdilər.  Ġndiyədək  öyrənilməmiĢ,  yetmiĢ 
ildən çox  “məxfidir” qrifilə saxlanan arxiv qovluqlarından  onların döyüĢ  və ömür 
yolu barədə hələlik ilkin məlumatımız bunlardır: 
Polkovnik ġAHZADƏ SEYFULLA BƏHMAN MĠRZƏ OĞLU QACAR 
-  1918-ci  il,  noyabrın  15-də  Azərbaycan  ordusunun  BaĢ  Qərargahında  intendant 
Ģöbəsinin  rəisi.  1919-cu  il  yanvarın  6-dan  üçüncü  Gəncə  piyada  alayının 
komandiri, həmin il iyulun birində xəstəliyinə görə istefaya çıxmıĢ, sentyabrın 15-
də  yenidən  xidmətə  qayıtmıĢ  və  nazirlikdə  hərbi  donanmanın  qərargah  iĢləri  ona 
tapĢırılmıĢdır. 
1864-cü  il  martın  6-da  Tiflisdə  anadan  olan  Ģahzadə  Seyfulla  Mirzə  Tiflis 
Ədadiyyə  Məktəbinin  tam  kursunu  bitirmiĢdir.  1886-cı  il  avqustun  30-da  isə 
Tiflisdəki birinci dərəcəli Yunkerlər Məktəbini qurtaran podporuçik Seyfulla Mirzə 
152-ci  Vladiqafqaz  alayında  hərbi  xidmətə  baĢlamıĢdır.  Rusiyanın  müxtəlif 
Ģəhərlərində,  süvari  diviziyalardakı  əla  xidmətinə  görə  həmiĢə  fərqlənmiĢdir. 
Birinci  Cahan  Müharibəsi  illərində  Qərb  cəbhəsində  batalyon  və  208-ci  Loru 
süvari  alayının  komandiri  olmuĢdur.  Ġvanqorod  Ģəhəri  uğrunda  gedən  döyüĢlərdə 
yaralanmıĢdır. 1916-cı ilin sentyabrında polkovnik rütbəsi ilə təltif olunan Ģahzadə 
Seyfulla Mirzə ən nümunəvi zabit kimi Amur sərhəd alayının komandiri idi.  
Ġkinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli 
“Müqəddəs  Vladimir”,  ikinci  dərəcəli  “Müqəddəs  Stanislav”  ordenləri  ilə  və 
Georgi silahı ilə təltif olunmuĢdur. 
1920-ci  il  bolĢevik  istilasından  sonra  1921-ci  ilin  yanvar  ayına  kimi 
respublika konvoy-nizami hissəsinin rəisi olmuĢdur. Müsavat zabiti olduğuna görə 
etibarsız  Ģəxs  kimi  iĢdən  çıxarılmıĢdı.  Ağır  ehtiyac  içərisində  yaĢayan  polkovnik 
Seyfulla  Mirzə  Qacar  1924-cü  ilin  martında  belə  bir  məktubla  Azərbaycan  SSR 
Hərbi  komissarlığından  maddi  kömək  istəmiĢdir:  “Azərbaycanda  sovetləĢmədən 
sonra bir neçə hərbi xidmət veteranı qalıb ki, yaĢlarının keçməsi ilə ağırlaĢan çətin 
maddi  vəziyyətlərinə  iltifat  göstərərək,  hökumət  onları  ömürlük  təqaüdlə  təmin 
edib. 
Bütün  gəncliyimi  Rusiyada  hərbi  xidmətdə  keçirmiĢəm.  Birinci  Dünya 
Müharibəsində  əvvəldən  axıradək  iĢtirak  etmiĢəm.  Sizə  məlum  olduğu  kimi, 
Azərbaycanın sovetləĢməsinin birinci gündən fasiləsiz olaraq hərbi idarələrdə və o 
cümlədən  son  bir  il  yarımında  Azərbaycan  proletar  hərbi  məktəbində  müəllim 
vəzifəsində  çalıĢıram.  Lakin  pozulmuĢ  sağlamlıq  (60  yaĢım  var)  mənim 
iĢləməyimə  son  qoyub  və  mən  ötən  ilin  sentyabr  ayından  hər  cür  yaĢamaq 
imkanlarından məhrumam. Ailəmlə birlikdə dərin maddi ehtiyac keçirirəm. 

177 
 
Bu  vəziyyətdə  yeganə  ümidim  odur  ki,  mən,  Sizin  iltifatınızla  yardımla 
təmin olunacağam və veteran yoldaĢlarımla bir sırada qoyulacağam. 
Polkovnik Seyfulla Mirzə Qacar 1926-cı ildə Bakıda vəfat etmiĢdir. 
Polkovnik VƏLĠ BƏY SADIQ BƏY OĞLU YADĠGAROV - 1918-ci ilin 
sentyabrından  Milli  Orduda  korpus  komandirinin  yanında  eskadron  komandiri 
olmuĢdur. XI Ordu Bakıya  basqın edəndə  üçüncü  ġəki süvari alayının pərakəndə 
dəstəsilə  vuruĢa-vuruĢa  Gürcüstan  ərzisinə  çəkilmiĢdir.  1921-ci  ilin  martınadək 
bolĢeviklərə  qarĢı  vuruĢmuĢ  və  həmin  il  əvvəlcə  Türkiyəyə,  sonra  PolĢaya 
mühacirətə  getmiĢdir.  PolĢada  “Armiya  krayova”  xalq  ordusunda  əməliyyat 
Ģöbəsində  süvari  rəisi  və  10-cu  süvari  atıcılar  əlahiddə  diviziyasının  komandiri 
olmuĢdur. 
PolĢada  çıxan  “Jiçe  VarĢavı”  qəzeti  6  iyul  1990-cı  il  tarixli  nömrəsində 
polkovnik Vəli bəy Yadigarov haqqında yazır: 
“Ötən  Ģənbə  VarĢava  qəbirstanlığında  Vəli  bəy  Yadigar  müsəlman-tatar 
qaydası ilə dəfn olunmuĢdur. 
Dəfn fəxri qarovulun müĢayiəti və hərbçi Ģöhrəti qaydaları ilə keçirilmiĢdir. 
Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiĢ alaydaĢları yola salmıĢlar. 
Yaylım  atəĢi  açılmıĢ,  orkestr  ġopenin  dəfn  marĢını  çalmıĢdır.  Cənazə  üzərində 
müsəlman  ayinini  VarĢava  və  Belastok  yeparxiyasının  imamı  Aleksandr  Əli 
ġaletski icra etmiĢdir. 
Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır... 
Bu  qərib  PolĢa  ordusu  heyətində  vuruĢmuĢ,  K.Soskovski  adına  yeddinci 
Ulan  alayının  zabiti  olmuĢdur.  O,  1920-ci  ildə  tabeliyində  olan  hissə  ilə  birlikdə 
Azərbaycanı tərk etmək məcburiyyətində qalmıĢ, 1921-ci ilin mart ayında PolĢada 
sığınacaq tapmıĢ, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuĢdur. 
Qruzdendə  süvari  məktəbini  və  VarĢavada  Ali  Hərbi  Məktəbi  bitirdikdən 
sonra  yeddinci süvari polkunun  komandir  müavini təyin edilmiĢdir. Polyak qızına 
evlənmiĢ,  polyak  dilini  öyrənmiĢdir.  KeçmiĢ  alaydaĢları  onu  son  dərəcə  yüksək 
mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi 
xatırlayırlar. 
Vəli  bəy  PolĢaya  hücum  etmiĢ  hitlerçi  qəsbkarlara  qarĢı  1939-cu  il 
sentyabrın  on  birində  təĢkil  olunmuĢ  müdafiə  kampaniyasında  iĢtirak  etmiĢ, 
Mazovetski süvari briqadasının qərargah rəisi olmuĢdur. PolĢanın iĢğalından sonra 
Armiya  Krayovanın  (AK)  tərkibinə  daxil  olan  “Olen”  polkunun  komandiri  kimi 
VarĢava üsyanında iĢtirak etmiĢdir. 
Müharibədən  sonra  Vəli  bəy  Yadigar  Argentinaya  mühacirət  etmiĢ,  on 
doqquz il əvvəl - 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmiĢdir. 
Öz  vəsiyyəti  ilə  PolĢada  təkrar  dəfn  edilmiĢdir.  Dəfn  mərasimində 
mərhumun  qızı  -  Züleyxa  xanım  Yadigar-Kalinovskaya  da  olmuĢdur.  O,  hazırda 
milliyyətcə polyak olan əri ilə Ġspaniyada yaĢayır.” 

178 
 
Vəli  bəy  Sadıq  bəy  oğlu  1897-ci  ildə  anadan  olmuĢdur.  Borçalının  Təkəli 
kəndindəki nüfuzlu Yadigarovlar nəslindəndir. Bu nəsildən 1918-20-ci illərdə Milli 
Orduda səkkiz zabit Ģərəflə xidmət etmiĢdir: poruçik Nadir bəy, kornet Rəhim bəy, 
praporĢik  Adilbəy,  poruçik  Abuzər  bəy,  ikinci  Qarabağ  süvari  alayında  üçüncü 
bölüyün  komandiri,  Ģtabs-rotmistri  Məmməd  bəy,  ikinci  Qarabağ  süvari  alayında 
ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik Ġsrafil bəy Həsən bəy oğlu və 
süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Zadəgan 
nəslinə  məxsus  olan  Vəli  bəy  ilk  hərbi  təhsilini  1909-1915-ci  illərdə  Tiflis 
gimnaziyasında almıĢdır. 1915-ci ildə kornet Vəli bəy Əlahiddə Qafqaz ordusunun 
korpusunda xidmət etmiĢdir. 
Birinci Dünya Müharibəsi illərində 17-ci Nijedraqun süvari alayında xidmət 
edən  poruçik  Ġsrafil  bəy  Yadigarov  döyüĢlərdə  göstərdiyi  igidliyə  görə  dördüncü 
dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə), üçüncü dərəcəli “Müqəddəs 
Anna”  (qılınc  və  bantla  birgə),  dördüncü  dərəcəli  “Müqəddəs  Anna”  (üzərində 
“Ġgidliyə  görə”  yazısı  ilə)  və  üçüncü  dərəcəli  “Müqəddəs  Stanislav”  (qılınc  və 
bantla  birgə)  ordenlərilə  təltif  olunmuĢdur.  1916-cı  il  aprelin  29-da  isə  Əlahəzrət 
imperatorun əmrilə Ġsrafil bəy Yadigarova rotmistr rütbəsi verilmiĢdir. 
On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edən Kərim bəy 
Yadigarov  isə  ön  cəbhədə  apardığı  uğurlu  döyüĢlərə  görə  üçüncü  dərəcəli 
“Müqəddəs  Anna”  (qılınc  və  bantla  birgə),  ikinci  dərəcəli  “Müqəddəs  Stanislav” 
(qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “Ġgidliyə görə” 
yazısı ilə) ordenlərilə təltif olunmuĢdur. 
Arxiv  sənədlərindən  o  da  məlum  olur  ki,  süvari  alayında  xidmət  edən 
Məmməd  bəy  Yadigarov  üstü  “Ġgidliyə  görə”  yazılı  “Müqəddəs  Anna” 
ordenlərinin dördüncü dərəcəsilə təltif olunmuĢdur. 
Bunlar  Yadigarov  qardaĢlarının  1914-16-cı  illərdə  təltif  olunduğu 
ordenlərdir. 
Polkovnik RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ġIXLĠNSKĠ - 1912-
13-cü illərdə Birinci Qafqaz atıcı artilleriya divizionunda Ģtabs-kapitan rütbəsində 
xidmət  edib.  1918-ci  ildə  Topçu  hissəsinin  və  Ağdamdakı  pulemyot  məktəbinin 
rəisi idi. 
1919-cu  il  fevralın  beĢindən  Əlahiddə  Ağır  Top  divizionunun  və  1920-ci 
ilin  əvvəlində  ikinci  Artilleriya  briqadasının  komandanı.  1920-ci  ilin  aprelində 
bolĢeviklər  tərəfindən  Bakıda  güllələnmiĢdir.  MəĢhur  generalımız  Əliağa 
ġıxlinskinin  qardaĢı  oğlu,  general  Cavad  bəy  ġıxlinskinin  isə  qardaĢıdır.  1877-ci 
ildə  Qazaxda  anadan  olub.  Tiflisdəki  kadet  korpusunu  və  Peterburqda  Mixaylov 
topçuluq  məktəbini  bitirib.  Birinci  Dünya  Müharibəsində  birinci  Qafqaz  atıcı 
artilleriya  divizionunda  kapitan  rütbəsində  döyüĢüb.  Cəbhədəki  xidmətləri 
dördüncü  dərəcəli  “Müqəddəs  Anna”  (üzərində  “Ġgidliyə  görə”  yazısı  ilə)  və 
dördüncü  dərəcəli  “Müqəddəs  Vladimir”  (qılınc  və  bantla  birgə)  ordenlərilə 
qiymətləndirilib. 

179 
 
Polkovnik  ġAHZADƏ  XOSROV  MĠRZƏ  XANBABA  XAN  OĞLU 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin