"DĠKAYA DĠVĠZĠYA", yoxsa...
(və Azərbaycan Milli Ordusu 1918-ci ildə necə yaranıb?)
Azərbaycanlılar hərbçilik istedadına, sönməz daxili ruhi zənginliyə
malikdirlər. Belə xalq həmişə qalib gələr.
Alfons Rabbe,
fransız tarixçisi
1930-cu il martın üçündə Zaqafqaziya Dövlət Siyasi idarəsinin qərarı ilə
güllənənən Qarxunlu mərdi ƏĢrəf bəyi müstəntiqlər ən çox 1918-ci ildə “dinc
erməni əhalisi”ni qırdığına və həmin ildə ƏrəĢ mahalında döyüĢən əsgəri qüvvə
təĢkil etdiyinə görə günahlandırmıĢlar. Bu könüllü hərbi qüvvələrin əksəriyyəti o
vaxt Birinci Dünya Müharibəsindən qayıdan “Tatar süvari alayı”nın əsgər və
zabitləri idi. ƏĢrəf bəy Qarxunlunun özü də 1918-ci ilin iyun-sentyabr aylarında
həmin alayın tərkibində Göyçayı, Müsüslünü, BərgüĢadı, ġamaxını və Bakını
düĢmənlərdən təmizləmək üçün igidliklə vuruĢmuĢdur.
* * *
Bu gün hamını haqlı bir sual düĢündürür: 1918-ci ildə müstəqilliyini elan
edən Azərbaycan hərbi qüvvələri necə və nəyin əsasında yaranıb? Axı, deyilənlərə
görə, bu tarixdən əvvəl azərbaycanlılar əsgəri xidmətə çağırılmırdı...
Oxucuların bu sualları qarĢısında uzun müddət düĢünməli olursan. Ona görə
ki, bəzi tarixçilərimiz ordunun yaranmasını alqıĢlayır, digəri onun komandirlərinə
tənqidi yanaĢır, baĢqa birisi də yazır ki, 1918-ci ildə ordumuz “könüllülərdən”
yaranıb. Mətləb isə açılmır, bu “könüllülər” yerli mülki əhalidən ibarət idi, yoxsa
kənardan gətirilmiĢdi.
Amma ordunun yaranmasında ilkin mənbə kimi bir fakt da var ki, tarixçilər
ona da ötəri toxunurlar və bu mənbəyə tənqidi münasibət bəsləyirlər. O da Birinci
Dünya Müharibəsində iĢtirak edən “Dikaya diviziya”nın azərbaycanlılardan ibarət
nizami “Tatar alayı”nın əsgəri qüvvələridir. 1920-ci ildən ta bu günlərimizə qədər
sovet rejimində də “Dikaya diviziya”nın fəaliyyətinə tarixçi alimlərimiz tənqidi
165
yanaĢıblar. AĢkarlıq və demokratiyanın sayəsində açılan arxiv qovluqlarında isə
bunların tam əksinin Ģahidi oluruq. Sənədlərlə tanıĢ olanda düĢünürsən ki, 1914-cü
ildən 1917-ci ilə qədər rus imperiyasını almanlardan, 1918-20-ci illərdə isə
Azərbaycanı daĢnak-bolĢevik əsgəri qüvvələrindən qoruyan və torpağımızın
bütövlüyü uğrunda silaha sarılan “VəhĢi diviziya”nın Tatar-Azərbaycan alayı həm
bizim, həm də rus hərb tədqiqatçılarının niyə tənqid obyekti olub. Guya səbəbi də
ondan ibarətdir ki, “VəhĢi diviziya” 1914-17-ci illərdə çara, 1918-20-ci illərdə isə
Azərbaycan Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru PaĢanın
ordusu 1918-ci ilin iyun-sentyabr aylarında Bakını düĢmənlərdən təmizləyəndə
onlarla çiyin-çiyinə vuruĢan min nəfərdən çox könüllünün əksəriyyəti “Tatar süvari
alayı”nın əsgər və zabitlərindən təĢkil olunmuĢdu. Bəs süvari alayının o vaxtlarda
qoruduğu vuruĢduğu torpaqlar onda bizim deyildimi?
Bəli, bitib-tükənməyən bu suallara cavab tapmağın vaxtı çatıb. Bunu bu
günkü müstəqil Azərbaycan və onun yenidən yazılan hərb tarixi tələb edir. Bəzi
məqalə müəllifləri ağız dolusu yazırlar ki, Birinci Dünya Müharibəsi illərində
Ģovinist ruslar Qafqaz müsəlmanlarından təĢkil olunmuĢ diviziyaya “VəhĢi” adını
təhqir mənasında veriblər. Əvvəla, diviziyanın döyüĢ yolunu təsvir edən sənədlərdə
belə fakta rast gəlmək qeyri-mümkündür. Əslində rus hərb tarixçiləri daha yumĢaq
tənqidlə yazırlar nəinki bizimkilər. Bütün rəsmi sənədlərdə diviziyanın adı belədir:
“Kafkazskaya tuzemnaya konnaya diviziya” - yəni Qafqazın yerli əhalisindən
təĢkil olunmuĢ süvari diviziya, “VəhĢi” ayaması isə cəbhədaĢları tərəfindən
diviziyaya qeyri-rəsmi verilib. Müharibənin ilk günlərindən diviziyanın apardığı
döyüĢ əməliyyatları çox uğurlu və qəhrəmanlıqları parlaq olmuĢdur. Diviziya
bütün müharibə boyu məğlubiyyətin nə olduğunu bilməyib, hücumları həmiĢə
zəfərlə bitib. Onların döyüĢ amalı belə idi: “Nə bir addım geri çəkilməli, nə də əsir
düĢməli.” Ona görə də döyüĢlərin ən çətin məqamında düĢmən mühasirəsini
yarmaq üçün bu diviziyanın təcrübəsindən və gücündən istifadə olunurdu.
Hətta “VəhĢi diviziyanın sıralarında zəfərlə döyüĢən həmyerlilərimizin
Ģərəfinə cəbhədaĢları hərbi marĢ da qoĢmuĢdular.
Tutaq ki, bizdə bəzi məqalə müəlliflərinin dediyi kimi, diviziyaya təhqir
mənasında vəhĢi” adı verilmiĢdir. Bəs, Koroğlu igidlərinə və Dədə Qorqud
qəhrəmanlarına “dəli” ayamasının verilməsi necə, onlar həqiqətənmi “dəli” idilər?
Əlbəttə, yox!
Hər iki ifadədə incə yumor, sevgi, nəvaziĢ çalarları var. Niyə uzağa gedirik.
Bizim müasirimiz, dünya Ģöhrətli sərkərdə Əliağa ġıxlinski aydan-arı, sudan-duru
olan “Xatirələrim” kitabında yazır ki, bizim nəsil öz cəngavərliyi, tündməcazlığı ilə
qəzada tanınırdı. Qəzada bizi “dəli-qazaxlı” adlandırırdılar. Əli Qazaxoğlu nəsli
içərisində birinci savadlı adam mənim atam idi. Sual olunur: hərfi mənada baĢa
düĢsək “dəli” olan bir nəsil “artilleriyanın Allahı” kimi oğul yetirə bilərdimi? Onu
da unutmaq lazım deyil ki, ġıxlinskilər nəsli Azərbaycan maarifinə, ədəbiyyatına
və hərb tarixinə bütöv, sağlam ziyalı nəsli bəxĢ etmiĢdir.
166
Sonralar (1917-ci ilin noyabrından - ġ.N.) həmin diviziyanın Tatar
(Azərbaycan - ġ. N) süvari alayının əsgərlərindən ibarət ilk dəfə 600 nəfərlik
“Müsəlman korpusu” təĢkil olundu. 1918-ci ildə müstəqilliyini elan edən
Azərbaycan Zaqafqziya Seymindən çıxdı. Bu dövrdə ölkədə siyasi durum çox
qarıĢıq və mürəkkəb idi. BolĢevik-daĢnak silahlı qüvvələri tərəfindən güclü təhlükə
yaranmıĢdı. Məhz Tatar-Azərbaycan alayının qüvvəsinə arxalanıb, əlavə könüllülər
toplamaqla həmin il iyunun 26-da “Əlahiddə Azərbaycan korpusu” yaratmaqla
Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov Milli ordunun təməl daĢını qoydular.
“...BirləĢməyə belə bir ad qoĢulanda onun məna mərkəzində müsbət bir
münasibət dayanırdı və bununla da “Dikaya diviziya”nın məğlubedilməzliyinə
iĢarə ifadə olunurdu. Xüsusən, daĢnak və ifrat bolĢevik elementləri “Dikaya
diviziya”dan danıĢarkən heç də bu sözü həmin diviziyanın Ģücaətinə olan
heyranlığına görə iĢlətmirdilər. Belə münasibət elə sovet tarixĢünaslığının özündə
də mövcuddur. Bir sıra müəlliflər “Dikaya diviziya”dan danıĢarkən bu ifadənin
nəzərdə tutulan mənasını deyil, məhz “dikiy” sözünün leksik mənasını qabartmağa
çalıĢmıĢlar. Bununla da həmin birləĢmənin hissələrinin hərbi keyfiyyətlərinə,
Cümhuriyyət Ordusunun özülünü təĢkil etmiĢ qoĢun hissələrinin nizam-intizamına
bir istehza ifadə olunmuĢdur. Həmin diviziya 1917-ci ildə ləğv edilmiĢ və bununla
da onun mövcudluğuna son qoyulmuĢdur. Diviziya ləğv edildikdən sonra
azərbaycanlılardan və çeçenlərdən təĢkil olunmuĢ Tatar süvari alayının qalıqları
Azərbaycana qayıtmıĢ və onun bazasında Müsəlman korpusunun ikinci süvari alayı
yaradılmıĢdı”. (M.Süleymanov “Azərbaycanda “Dikaya diviziya” olubmu?”
məqaləsi, “Hərbi bilik” jurnalı, 1998-ci il, - № 4). Və bu hərbi qüvvələrin özəyi
əsasında da 1920-ci ilə kimi Azərbaycan Demokratik Cümhuriyyətinin 40 minə
yaxın Milli ordusu yarandı. Əliağa ġıxlinski və Səməd bəy Mehmandarov kimi
iliyinə qədər hərbçi olan generallar ordunun təməl daĢının “dəlilər”dən olmasına
razı olardımı?
1917-ci ildə imperiya dağılandan sonra Petroqrada aparılan “Dikaya
diviziya”dan qarmaqarĢıqlığı yatırmaq və üsyan edən xalqı qırmaq üçün istifadə
etmək istədilər. Onlar isə milli adət-ənənəyə və nizamzaməyə sadiq qalaraq
silahsız xalqı qırmaqdan imtina edib Qafqaza qayıtdılar.
“Müsəlman milli korpusu”nun əsasında Petroqraddan köçürülən həmin
“VəhĢi diviziya”nın “Tatar süvari alayı” dayanırdı. General Əliağa ġıxlinski
ümumi komandanlığı qəbul etdi. Tərxis edilmiĢ rus ordusunun zabitləri də həmin
qoĢun birləĢmələrinə götürüldü. Bu zaman müsəlmanlara üstünlük verilirdi.
Bundan əlavə, 1917-ci il çevriliĢindən sonra Bakıdakı kadet məktəbində yerli zabit
karlarının hazırlanmasına da baĢlandı.”
21
Ayrı-ayrı sənədlər Ģahidlik edir ki, Birinci Dünya Müharibəsi cəbhələrində
üç mindən çox sıravi və kiçik rütbəli azərbaycanlı döyüĢürdü. Bunlar müharibə
21
T.Svayatoçevski “Rusiya Azərbaycanı” , 1905-1920-ci illər məqaləsi.
167
baĢlananda səfərbər olunanlar idi. Lakin imperiya qoĢunlarının tərkibində yüksək
rütbəli zabit və generallarımız da az deyildi. Tam artilleriya generalı Səməd bəy
Mehmandarov, general-leytenant Əliağa ġıxlinski, tam süvari generalı Hüseyn xan
Naxçıvanski, general Məmmədsadıq bəy Ağabəyzadə, Əsəd bəy və Mirkazım xan
TalıĢxanovlar, Cavad bəy ġıxlinski, Ġbrahim ağa Usubov, Gəray bəy Vəkilov,
rotmistr Teymur bəy Novruzov (1919-cu il avqustun 2-də Milli Ordudakı əla
xidmətinə görə general-mayor rütbəsi verilmiĢdir - ġ.N.), hərbi təyyarəçi Fərrux
ağa Qayıbov, praporĢik Sayad bəy Zeynalov və onlarla baĢqa oğullarımız cəbhədə
ad-san qazanmıĢdılar.
1917-ci il noyabrın 15-də Peterburqdan Qafqaza qayıdan general-leytenant
Əliağa ġıxlinski ilk dəfə Tiflisdə azərbaycanlılardan ibarət milli korpus yaratmıĢdı.
Bununla da o, Milli Azərbaycan Ordusunun təməl daĢını qoymuĢdu. Bu barədə
general “Xatirələrim” hərbi memuarında daha dəqiq məlumat verir:
“Noyabr ayında Tiflisə qayıtdıqda, müvəqqəti olaraq mənə korpus
komandanlığı həvalə olunduğu barədə əmri oxudum. Öz xalqımı, baĢ verə biləcək
təzyiqlərdən və daxili qarıĢıqlıqlardan özünü qorumasına xidmət etmək arzusu ilə
korpus təĢkil etməyi qət edib, Tiflisdə öz qərargahımı
22
düzəltməyə baĢladım.”
“Açıq söz” qəzeti 1918-ci il yeddi yanvar tarixli nömrəsində nizami
müsəlman əsgəri qüvvələrinin yaranması haqqında belə bir xəbər yaymıĢdı:
“Yanvarın üçündə Mərkəzi Müsəlman Zaqafqaziya komitəsinin üzvü,
Mərkəzi Komitə sədri Fətəli xan Xoyski müsəlman əsgəri dəstələri təĢkilatı
haqqında məruzədə bulunmuĢdur. Məruzədən anlaĢıldığına görə 1917-ci il
dekabrın on birində Zaqafqaziya Komissarlığı Zaqafqaziya müsəlmanlarından
nizami ordu təĢkil etməsi qətnaməsini çıxarmıĢdır. Nizami ordu üçün lazımi qədər
könüllü cəm edilməsi iĢi Qafqasiya Mərkəzi - Müsəlman Komitəsinə həvalə
edilmiĢdir. Nizami ordu təĢkil edildikdən sonra müsəlmanlardan alınan əsgəri
verginin ləğv edilməsi haqqında Zaqafqaziya komissarlığı tərəfindən dekret
veriləcəkdir. Zaqafqaziya Komissarlığının bu qətnaməsinə bianən dekabrın on
doqquzunda beĢinci və yeddinci Qafqasiya niĢançı firqələrindən ibarət olan altıncı
ordu korpusunun Müsəlman nizami ordusuna əvəz edilməsi haqqında Qafqasiya
cəbhəsi qoĢunlarının baĢ komandanı tərəfindən Əmrnamə verilmiĢdir. Həmin əsgər
dəstələrinin milliləĢdirmək iĢlərinin nəzarəti general Əliağa ġıxlinskiyə həvalə
edilmiĢdir.
General-leytenant Əliağa ġıxlinski öz vəzifəsinin ifasına baĢlamıĢdır.”
1918-ci ildə ölkəmiz ağır və təhlükəli günlərini yaĢayırdı. Həmin ilin yanvar
ayında Türkiyəyə hərbi yardım üçün gedən Azərbaycan hökumətinin əks-kəĢfiyyat
22
Qərargah Tiflisdəki “London” mehmanxanasının birinci mərtəbəsində yerləĢirdi. Həmin iki mərtəbəli
mülk indi də qalır. Bu sətirlərin müəllifi 1999-cu ilin aprel ayında Tiblisidə yaradıcılıq ezamiyyətində
olanda binanı axtarıb tapmıĢdır. - (ġ.N.)
168
idarəsinin rəisi Nağı bəy ġeyxzamanlı Türkiyənin hərbi naziri Ənvər paĢa ilə
görüĢəndə demiĢdir:
- PaĢam, Birinci Dünya Müharibəsində biz azərilərdən dörd general rus
ordusunda ordu komandiri olmuĢdular. QonĢularımız ermənilər və gürcülərdən
ordu komandiri çıxmamıĢdır. Yalnız bir gürcü general hərbi korpus komandiri ola
bilmiĢdir. Azərilərdən ordu komandiri Səməd bəy Mehmandarlı rus-yapon
müharibəsində hərbi korpus komandiri olaraq rus ordusunun ən yüksək ordenini
almıĢdır. Ġkinci general Əliağa ġıxlinskidir. Rus ordusunun topçu baĢ inspektoru
idi. Üçüncü general Hüseyn xan Naxçıvanskidir, Dördüncü isə Xan Yerivanskidir.
(N.ġeyxzamanlı “Azərbaycan istiqlal mücadiləsi xatirələri” kitabı, 1997 il, səh.,
73-də).
1914-cü ildə Gəncədə, ġuĢa və baĢqa qəzalarda alaylar təĢkil olundu.
ġuĢalılardan “Tatar süvari alayı”, gəncəlilərdən isə “Ġkinci Gəncə süvari müsəlman
alayı” yaradıldı. Bunların hamısı “Qafqazın Yerli əhalisindən təĢkil olunmuĢ süvari
diviziyası”
23
nın tərkibinə daxil oldu.
Diviziya üç briqadadan və üç süvari alayından ibarət idi: birinci alay
Kabardin və Dağıstanlılardan, ikinci alay tatar (Azərbaycan - ġ.N.) və çeçenlərdən,
üçüncü alay inquĢ və çərkəzlərdən təĢkil olunmuĢdu. Bundan baĢqa osetinlərdən
ibarət piyadalar briqadası və Don kazaklarından səkkizinci artilleriya divizionu
yaradılmıĢdı.
Diviziyanın baĢ komandanı imperator II Nikolayın qardaĢı; böyük knyaz
Mixail Aleksandroviç Romanov, rəisi isə general-leytenant, knyaz D.P.Baqration
idi.
Sıravi əsgərləri (aĢağı rütbəliləri) “süvari”, bəzən də “atlı” deyə çağırırdılar.
Zabitlər ayda 25 manat maaĢ alırdı. Onların əksəriyyəti ruslardan və Qafqazın xan,
bəy və ağa oğullarından ibarət idi.
Diviziya əsgərlərinin yaxĢı təlimi, əla döyüĢ qabiliyyəti vardı. Bunu “Gəncə
alayı”nın komandiri podpolkovnik Q.Polovtsovun 1915-ci il iyulun on birində
Gəncə qubernatoru Kovalyovun adına göndərdiyi teleqram da təsdiq edir.
Podpolkovnik Q.Polovtsov yazır:
“Qafqazın yerli əhalisindən təĢkil olunmuĢ diviziya”nın alayları arasında
Gəncə süvari alayı birinci olaraq öz komandirinə “Müqəddəs Georgi xaçı” ilə təltif
olunmaq Ģərəfi nəsib etdi. Bu yüksək mükafatla fəxr edərək onu Tatar (Azərb. -
ġ.N.) süvarilərinin yüksək döyüĢ bacarığı və fədakar qəhrəmanlığının qiyməti kimi
qəbul edirəm. Müsəlman süvari döyüĢçülərinin misilsiz Ģücaəti qarĢısında mənim
dərin heyrətimi qəbul etməyinizi xahiĢ edirəm.”
Görkəmli Ģairimiz Məhəmməd Hadi azərbaycanlılardan ibarət alaylarla
birgə PolĢada, Lvovda, Stanislavda, Karpatlarda, Qaliç və Qorodinka Ģəhərləri
uğrunda gedən döyüĢlərdə üç il cəbhə həyatı keçirmiĢdir. Həmyerlilərimizin
23
Bundan sonra “VəhĢi divizya”nın adlı rəsmi sənədlərdə olduğu kimi yazılacaq. (ġ.N.)
169
qəhrəmanlığından ruhlanan böyük Ģair bu mövzuda silsilə Ģerlər yazmıĢdır. 1917-ci
ildə Gəncədə əsgərlər qarĢısında çıxıĢ edən Məhəmməd Hadi demiĢdir:
“Əziz vətəndaĢlarım! Alayımızı təĢkil edən Azərbaycan türklərinin
göstərdikləri hərbi qabiliyyəti və yapdıqları qəhrəmanlıqları söyləməklə bitməz.
Ancaq mən burada bir hadisə üzərində dayanacağam. Hərb Ģiddətlə davam edirdi.
General Samsonovun komandasındakı rus ordusu ilə alman qüvvələri Ģiddətlə
çarpıĢırdı. Samsonovun sağ cinahını “Dikaya diviziya” (müsəlman diviziyası)
qorumaqda idi. Almanlar rus ordusunu boğurdular, nəhayət çəmbərə (mühasirəyə)
aldılar. Almanlar çəmbəri daraldarkən ətrafla əlaqəsi kəsilən alay komandanımızın
verdiyi əmrlə Alman çəmbərinə hücum edərək, çəmbəri yardı və alayı ikiyə böldü.
Yanları çəmbərin sağ və solunu sıxıĢdırmağa baĢladı. BeĢ alaydan ibarət olan
Qafqaziya qardaĢları rusları alman çəmbərindən qurtardı. Bu mühüm hadisə
həftələrcə rus mətbuatını iĢğal etdi. Rus çarı bizim alayın bayrağına ən böyük niĢan
verdi.”
“Hadi doğma Azərbaycandan minlərlə kilometr uzaqda, Karpat dağlarında,
müharibə alovları içində də Vətənin taleyini düĢünməyi, onun təbii gözəlliklərini
və gələcək xoĢbəxtliyini tərənnüm etməyi çox sevirdi.” (Ə.Mirəhmədov
“Məhəmməd Hadi” kitabı, Bakı, 1962-ci il səb. 183)
Azərbaycan
Demokratik
Cümhuriyyətinin
liderlərindən
biri,
dahi
bəstəkarımız Üzeyir bəyin kiçik qardaĢı Ceyhun bəy Hacıbəyli-Dağıstani 1916-cı
ilin fevral-iyun aylarında Birinci Dünya müharibəsində azərbaycanlı əsgər və
zabitlərin döyüĢ yolunu əks etdirən “Müsəlman zabitləri” adlı on dörd silsilə
məqalə dərc etmiĢdir. “Kaspi” qəzetində dərc olunmuĢ bu məqalələrdə cəbhələrdə
Ģərəflə vuruĢan yalnız azərbaycanlıların deyil, ümumi Qafqazda yaĢayan din
qardaĢlarımızın qəhrəmanlığı haqqında da qiymətli məlumatlar var. Ceyhun bəy 19
aprel 1916-cı il tarixli (№ 86) məqaləsində yazır ki, apardığımız araĢdırmalardan
məlum oldu ki, yalnız 1915-ci ildə müsəlman zabitlərindən yeddi general, on iki
polkovnik, bir kazak qoĢun starĢinası
24
, on doqquz podpolkovnik, iyirmi dörd
kapitan, iki yasaul, on yeddi rotmistr, iyirmi bir Ģtab-rotmistri, on səkkiz Ģtabs-
kapitan, beĢ podyasaul, üç yüzbaĢı, əlli poruçik, iki xonjuri, otuz səkkiz
podporuçik, iyirmi bir kornet və on iki praporĢik rütbəli müsəlmanlar döyüĢlərdə
fərqləndiklərinə görə təltif olunmuĢlar. Bu saydan üç general üçüncü dərəcəli
“Müqəddəs Georgi”, on yeddi zabit, o cümlədən bir polkovnik, beĢ podpolkovnik,
üç kapitan, bir rotmistr, bir Ģtabs-rotmistr, bir Ģtabs-kapitan, iki poruçik, iki
podporuçik və bir praporĢik dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif
olunmuĢdur.
On dörd zabitə, bir polkovnikə, iki podpolkovnikə, bir kapitana, bir yasaula,
bir rotmistrə, bir Ģtabs-kapitana, bir yüzbaĢıya, dörd poruçikə, bir podporuçikə və
bir kornetə isə adlı Georgi silahı bağıĢlanmıĢdır.
24
Kazak süvari qoĢunlarında podpolkovnik rütbəsi belə təsis olunmuĢdu.- ġ. N.
170
“Kaspi” qəzetinin 1916-cı il 29 aprel tarixli nömrəsində belə bir fərəhli
fakta da rast gəldik: “Qvardiya süvarisindəki Qafqaz ordusunun BaĢ Komandanın
sərəncamında olan general-adyutant, general-leytenant Hüseyn xan Naxçıvanskiyə
tam süvari generalı rütbəsi verilsin.” Qafqazın yerli əhalisindən təĢkil olunan
süvari diviziya”nın qəhrəmanlığından iftixarla danıĢan Ceyhun bəy yazır:
“Almanlara qarĢı vuruĢan müsəlman döyüĢçülərinin mərdlik və fədakarlığı
bütün imperiya mətbuatını onlar haqqında danıĢmağa vadar etdi. “Dikaya
diviziya”nın adı əfsanələĢdi. Onu demək kifayətdir ki, üç min müsəlman
döyüĢçüsünə müharibə vaxtı beĢ min “Müqəddəs Georgi xaç” ordeni verilmiĢdir.
Bu mərdlikdə heç bir saxtakarlığın olmadığını “Terski vedomost” qəzetində
verilmiĢ aĢağıdakı nümunə bir daha təsdiq edir.
Diviziya komandanına xidməti iĢ üçün bir neçə günlüyə on beĢ nəfəri
Tiflisə göndərmək lazım idi. O, döyüĢçüləri yığıb getməyi təklif etdikdə heç kəs
könüllü olaraq cəbhəni tərk etmək istəmədi. Axırda püĢk atmaq məcburiyyətində
qaldılar. PüĢk düĢən əsgərlər səhər Tiflisə yola düĢməli idilər. Amma... səhərisi
onlardan heç kəs tapılmadı. Onların döyüĢçü dostları gülümsünərək deyirdilər: -
“onlar səngərlərdən çıxmırlar, Tiflisə baĢqa döyüĢçülər göndəriləndən sonra üzə
çıxacaqlar.
“Dikaya diviziya”nın əsgərləri sadəcə olaraq cəbhəni tərk etmək
istəmirdilər. Tiflisə on beĢ nəfər yola düĢəndən sonra göründülər.”
Ġmperiya dağılıb, “Dikaya diviziya” buraxılandan sonra Azərbaycanda
“Tatar alayı”na kim baĢçılıq etmiĢdir? Tiflisdə general-leytenant Əliağa ġıxlinski,
Gəncədə polkovnik Süleyman bəy Əfəndiyev (1919-cu ildə general-mayor olub,
həmin ili də tif xəstəliyindən vəfat edib), Bakıda isə milyonçu ġəmsi
Əsədullayevin oğlu Əli Əsədullayev Azərbaycan Demokratik Hökuməti qurulana
qədər “Tatar alayı”nın ayrı-ayrı dəstələrinə baĢçılıq və himayədarlıq etmiĢlər. Bu
dövrdə Gəncə Milli Komitəsinin üzvü Adilxan Zayadxanovun və ƏrəĢ mahalının
bəylərbəyisi ƏĢrəf bəy Qarxunlunun baĢçılığı ilə “Tatar alayı” Gəncə və
ġamaxıdakı rus əsgərlərinin silah ambarını dağıtdı, ġəmkirin Dəlilər stansiyasında
Qars və SarıqamıĢdan qayıdan rusların hərbi eĢalonunu tərksilah etdi. Bakıda
erməni bolĢevik qoĢunu ilə döyüĢlər apardı...
1917-ci ilin sonunda könüllülərdən yaranan Milli Azərbaycan korpusunda
döyüĢ və təlim görmüĢ nizami hissə birinci Azərbaycan süvari alayı idi. “Dikaya
diviziya”nın ikinci alayından təĢkil edilmiĢ bu süvarilərə 1918-20-ci illərdə
“Tatarski polk”da deyirdilər. Həmin illərdə Milli ordumuzda döyüĢ qabiliyyəti ilə
fərqlənən ən yaxĢı əsgər və zabitlər də bu alayda vuruĢurdu. MəĢhur sərkərdə
CəmĢid xan Naxçıvanski, poruçik Osman ağa Gülməmmədov, praporĢik Lütvəli
bəy Vəkilov, poruçik Məhəmməd bəy Aslanbəyov, praporĢik PaĢa bəy Rüstəmov,
Sayad bəy Zeynalov və bir çoxları Birinci cahan savaĢında göstərdikləri igidliyə
görə imperiyanın ən ali “Müqəddəs Georgi Xaç”ı ilə təltif olunmuĢlar.
171
O vaxt Gəncədə rusların 218 və 219 saylı tibb xidməti alayı yerləĢirdi. Bu
ehtiyat alayları Birinci Dünya Müharibəsi illərində yaralıları müalicə edib, yenidən
cəbhəyə göndərirdi. Ġmperiya dağılsa da, minə yaxın əsgər və zabiti olan rus alayı
hələ də fəaliyyətini davam etdirirdi. Erməni məhəlləsində yerləĢən bu rus alayına
ermənilər xüsusi qayğı göstərir, onlara ərzaq və silah verir, özlərinin xilaskarı kimi
himayədarlıq edirdilər.
Gəncə Milli Komitəsi “Difai” firqəsinin köməyi ilə uzun mübahisədən
sonra silahlarını alıb döyüĢsüz, davasız onları Rusiyaya yola saldı.
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra 1917-ci ilin noyabr
ayından baĢlayaraq bolĢevik əhval-ruhiyyəli rus əsgərləri geri, Rusiyaya qayıdırdı.
Yeni yaranan Milli Ordumuza silah lazım idi. Ġmperiya dağılandan sonra Tiflisdəki
ehtiyat silah ambarından biz müsəlmanlara heç bir pay verilməmiĢdi. Lakin
gürcülər hərbi korpus yaratmaq üçün silah paylarını almıĢdı. Hətta, ermənilər külli
miqdarda silah daĢıyıb Ġrəvana aparmıĢdılar.
Gəncədəki Müsəlman Milli Komitəsi Qafqaz-Türk cəbhəsindən qayıdan rus
hərbi eĢalonlarının Azərbaycan ərazisindən gəlib keçəcəyi vaxtı öyrənib həmin
günü - 1918-ci il yanvarın doqquzunu “döyüĢ günü” elan etmiĢdi. Məqsədi
onlardan silah almaq idi.
Milli Komitənin baĢçıları Adil xan Ziyadxanov, Nəsib bəy Yusifbəyli, Xəlil
bəy Xasməmmədov, Xudadat bəy Rəfibəyov, Aslan bəy Səfikürdski və baĢqaları
gürcü menĢeviklerindən aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının
(bu alay keçmiĢ “Dikaya diviziya”nın “Tatar alayı”nın əsgər və zabitlərindən ibarət
idi - ġ.N.) qüvvəsilə rus hərbi eĢalonunun qabağını Gəncənin otuz kilometrliyində -
ġəmkir və Dəllər stansiyaları arasındakı məsafədə keçdilər. Zirehli qatara general-
mayor knyaz Maqalov (300 nəfər gürcü əsgər və zabiti ilə birgə), “Azərbaycan-
Tatar alayı”na isə polkovnik Süleyman bəy Əfəndiyev komandirlik edirdi. Bu
qabaqkəsmədə Gürcüstan menĢevik hökumətinin də silah təmənnası vardı.
Yanvarın doqquzunda, səhər saat onda baĢlayan qanlı döyüĢ dörd gün
davam etdi. Ġki mindən çox rus əsgəri öldürüldü və yaralandı. On beĢ min tüfəng,
yetmiĢ pulemyot və iyirmi top ələ keçirildi. Azərbaycan tərəfindən on beĢ,
gürcülərdən isə qırx nəfər əsgər Ģəhid oldu. Güclü müqavimətə rast gələn rus əsgər
və zabitləri perrona çıxıb ağ bayraq qaldırdılar: “Lənət olsun, biz bu silahları
verməyə - çoxdan razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” - deyib
silahları təhvil verdilər.
Bu, Bakıda özünə yuva qurmuĢ Sovetlər Hakimiyyətinə qarĢı Gürcü və
Azərbaycan xalqının ilk silahlı mübarizəsi idi. Sonralar isə kommunistlər bu üsyanı
“qardaĢ qırğını” və “Azərbaycan burjua hökumətinin ruslara divanı” kimi
qiymətləndirdilər.
Bakıda daĢnak ġaumyan baĢda olmaqla Qafqaz Ölkə Komitəsi bərk
qəzəblənib bildirdi ki, “ġamxor cinayətkarları inqilabi məsuliyyətə alınacaq və
172
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları
Sovetləri hakimiyyətini təĢkil edəcəkdir.”
Lakin tarixi dönüĢlər daĢnak Stepan ġaumyana bəd niyyətlərini həyata
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında iyirmi altılarla birgə
güllələdilər.
* * *
Bəs sonralar “Tatar-Azərbaycan alayı”nın əsgər və zabitlərinin döyüĢ yolu
haradan, hansı oddan, alovdan keçib? 1920-ci ilin aprel ayında XI Ordunun
daĢnak-bolĢevik dəstələri xüsusi Ģöbəsinin rəisi, cəllad Pankratovun rəhbərliyi ilə
yüzlərlə əsgər və zabitlərimizi güllələdi, Sibirə və Solevstsk adalarına sürgün etdi.
Çoxunu da Bulla və Nargin adasında təĢkil etdikləri konslagerdə saxladılar. Bir az
sonra isə onların ayaqlarına dağ basıb, bəzilərinin də boğazına ağır dəmir bağlayıb
diri-diri dənizə atıb məhv edirdilər.
* * *
On birinci ordu Bakıya tərəf yeriyəndə onun sıralarında Hacı Ġlyas soyadlı
bir kommunist də vardı. ġəxsən Leninin verdiyi mandatla o, 1920-ci il iyunun 19-
da otuz iki saylı əmrlə Azərbaycan Respublikası Hərbi Ġnqilab səhra məhkəməsinin
sədri və kəĢfiyyat idarəsinin rəisi təyin olundu. Fəaliyyətə baĢladığı ilk gündən
Hacı Ġlyas (arxiv sənədlərində onun soyadı M.Z.Xadjilas kimi göstərilir – ġ.N.)
imkanlı adamları ailəsi ilə birgə həbs edib çəkidən yüngül, vəzndən ağır olan
Ģeyləri mənimsəyirdi. Günün günorta çağı qız və qadınları saxlatdırır, üstündəki
sırğanı, boyunbağını, üzükləri dartıb qoparırdı. Qalib XI ordu üçün “talan həftəsi
keçirirdi. Bu “talan həftəsinin müddəti artıq iki ayı keçirdi. 1919-cu il dekabrın 2-
də Ġtaliyadan Milli ordu üçün alınmıĢ otuz beĢ min dəst geyim və təchizat
əĢyalarının cındır köynəkdə, yamaqlı Ģalvarda gəlmiĢ XI ordunun əsgərlərinə
paylayırdı. Üsyan səsini qaldıran ziyalıları, Azərbaycan ordusunun əsgər və
zabitlərini isə Krasnovodskiyə, Orta Asiyaya sürgünə göndərmək adı ilə gəmiyə
doldurub Nargin, Bulla və Çilov adalarına aparıb boyunlarına daĢ bağlatdırır,
gicgahına güllə ilə vuraraq dənizə atdırırdı.
Ġnsan qanına susamıĢ namərd Hacı Ġlyas bir nəfər ras zabitini də həbs edir.
Məhbusun arvadı biləndə ki, ərini Hacı Ġlyas həbs edib, xilas etmək üçün onun
qəbuluna gəlir. Onunla söhbət edən qadın təəccübdən donub qalır. Ordan birbaĢa
Hərbi Səhra Məhkəməsinin sədr müavini Teymur Əliyevin yanına gəlir. O,
Teymur Əliyevə məlumat verir ki, sizin sədr əsl inqilabçı Hacı Ġlyas deyil. Mən
Hacı Ġlyası yaxĢı tanıyıram, o ərimin yaxın dostudur. Dəfələrlə bizim evdə qonaq
olub, bu əllərimlə ona çay-çörək vermiĢəm. Teymur Əliyev Respublika Ġnqilab
Komitəsinin sədri Nəriman Nərimanova bu barədə məruzə edir. Nərimanovun
tapĢırığı ilə “Altıbarmaq Baba Əliyev və Ponkratyov Hacı Ġlyasın kimliyi barədə
173
axtarıĢlar aparırlar. Nərimanov həm də göstəriĢ verir ki, həbsxana rəisinə tapĢırın,
qadının ərini Hacı Ġlyas dindirilməyə və ya baĢqa yerə aparmağa tələb edərsə
verməsin.
Ciddi araĢdırmalardan sonra məlum olur ki, Ģəxsən Leninin mandat verdiyi,
hazırda Respublika Hərbi Səhra Məhkəməsinin sədri vəzifəsində iĢləyən Ģəxs əsl
bolĢevik Hacı Ġlyas deyil. O, Odessadan xaricə qaçmaq istəyən ağqıvardiyaçı
zabitdir. BolĢeviklər Odessanı alanda cildini dəyiĢib onlara qoĢulur, XI ordu ilə
Dərbəndə gəlir. Burada Leninin Ģəxsən mandat verdiyi əsl inqilabçı Hacı Ġlyasla
tanıĢ olur. Onunla dostlaĢır və qətlə yetirir. Onun sənədləri ilə də XI ordunun
sıralarında Bakıya gəlir.
Əsl inqilabçı Hacı Ġlyasın arvadını da tapıb Bakıya gətirirlər. Gizlindən ərini
ona göstərirlər. Qadın sədrin onun əri olmadığını təsdiq edir. Üstəlik də əsl
inqilabçı Hacı Ġlyasın türmədə olan dostu və onun arvadı da Azərbaycan
Respublikasının Hərbi Səhra Məhkəməsinin sədrinin yalançı Hacı Ġlyas oduğunu
təsdiq edirlər.
Üç aydan çox - iyun, iyul və avqust aylarında bu vəzifədə çalıĢan Hacı Ġlyas
general-leytenant Məmməd bəy Sulkeviçi, general-mayor Ġbrahim ağa Usubovu,
Ģahzadə-general Feyzulla Mirzə Qacarı, Əbdülhəmid bəy QaytabaĢını, Murad
Gəray bəy Tlexası, Əlyar bəy HaĢımbəyovu, Həbib bəy Səlimovu, polkovnik
Rüstəm bəy ġıxlinskini, Ġsgəndər bəy Seyfullanı və mindən çox dindaĢımızı məhv
etmiĢdir.
Fövqəladə Komissiya yalançı, müsəlman qanına susamıĢ Hacı Ġlyası dərhal
həbs etdi. 1921-ci ildə güllələnmə kəsiləndə o, məhkəmədə demiĢdir:
“Müsəlmanları o dünyaya göndərmək üçün var qüvvəmlə çalıĢırdım. Amma heyf...
Mümkün olsaydı, daha çox qırar və daha çox adam öldürərdim.
Respublika Mərkəzi Dövlət Arxivindəki sənədlərdən məlum olur ki, yalançı
Hacı Ġlyasın milliyyəti yəhudidir. O, Odessa Ģəhərində anadan olub. Ağqvardiyaçı
general Denikinin qoĢununda xidmət edib. KəĢfiyyatçı olub.
Arxiv sənədlərində bolĢeviklərin iç üzünü açan belə bir epizod da var.
1920-ci ilin may ayında bolĢevik-daĢnak qoĢunlarına qarĢı Gəncə əhalisi və
Gəncədə yerləĢən birinci piyada Azərbaycan diviziyası üsyan etdi. Üsyana diviziya
rəisi general Cavad bəy ġıxlinski, Azərbaycan ordusunun baĢ intendantı general-
Ģahzadə Məhəmməd Mirzə Qacar, süvari diviziyasının rəisi general Teymur bəy
Novruzov və polkovnik Cahangir bəy Kazımbəyov baĢçılıq edirdi. May ayının 24-
dən 31-dək davam edən döyüĢlərdən sonra Bakıdan göndərilən əlavə qoĢun və
zirehli qatarla bolĢeviklər yerli əhaliyə, Milli ordu əsgərlərimizə divan tutdular.
Həmin vaxtlar Gəncə ÇEKA-sı olan polkovnik Tuxareli qeyri-bərabər döyüĢlərdə
general-Ģahzadə Əmir Kazım Mirzə Qacarı, polkovnik Danyal bəy Həməcovu,
kapitan Hüseyn bəy Mirizadəni və onlarla əsgərlərimizi mühasirəyə salıb
doğrayırdı. Yüzlərlə azərbaycanlı qanı axıdan Tuxareli üsyan yatırılandan sonra
evləri, ailələri talan etməkdə də əli uzunluq edirdi. Ġyun ayında o, üç bolĢevik
174
əsgərinə iki dolu çamadan verib tapĢırır ki, bunları Tiflisə aparıb, filan ünvanda,
filankəsə verin.
Sınıq körpüdə sərhədçilər üç bolĢevik əsgərini saxlayır və tələb edirlər ki,
çamadanlar açılsın, yoxlayacağıq. Əsgərlər imtina edib deyirlər ki, çamadanlar
Tiflisdəki gizli bolĢevik təĢkilatında açılacaq. Ġçindəkilər onlara çatası məxfi
sənədlərdir. Uzun mübahisədən sonra Ģübhələnən sərhədçilər Bakı ÇEKA-sı ilə
əlaqə yaradırlar. Respublika ÇEKA-sından “Çamadanlar açılıb, yoxlanılsın! əmrini
verirlər.
Açılan çamadanların içindən ləl-cəvahirat, qızıl boyunbağılar, qızıl pul və
üzüklər tökülür.
Məlum olur ki, bolĢevik polkovniki Tuxarelinin Gürcüstana qohumlarına
ötürmək istədiyi bu qiymətli əĢyaları Gəncədə güllələdiyi imkanlı azərbaycanlı
arvad-uĢağın boynundan, qarət etdiyi evlərdən yığıbmıĢ.
Dərhal keçmiĢ ağ qvardiyaçı Tuxarelini həbs edib Bakıya gətirdilər. Onu
indiki Yusif Məmmədəliyev küçəsindəki beĢ saylı binanın zirzəmisində
güllələyirlər. O vaxtlar Respublika ÇEKA-sı həmin küçədə yerləĢirdi.
* * *
Vaxtilə Məhəmmədəmin Rəsulzadə Ġstambulda nəĢr etdiyi “Odlu yurd
dərgisində Dəmirçioğlu soyadlı müəllifin iki kiçik hekayətini dərc etmiĢdi. “Ana”
və “Ölüm” düyünü adlı xatirələri oxuyanda namərd Hacı Ġlyasın, Pankratovun və
Tuxarelinin xalqımıza etdikləri olmazın zülmün Ģahidi olursan. “Ana” hekayatində
oxuyuruq:
“Asobu oddelə (çekadan daha müdhiĢ bir yer) götürdülər. Soyuqlu bir gün.
Sabah erkən, baxdım gənc, əsmər, zəif bir qadın bir məmurla yeyin-yeyin gediyor.
Minlərcə adamlar əmri verilmiĢ ölüm kançılaryasına sevinərək ediyor.
Bu qadının belə gediĢi məni çox maraqlandırdı. Bunun kim olduğunu
sordum, dedilər ki:
Bu bir azərbaycanlı zabitinin arvadıdır. Ərini bolĢeviklər baĢqa bir Ģəhərdə
həbs edib, sonra da öldürmüĢlər. Bu qadın ərinə təsəlliverici bir məktub yazmıĢdır.
BolĢeviklər qadını məktub yazdığı üçün və qoca qaynanasını da məktubu
göndərdiyi üçün həbs etmiĢlər. Qadının bir südəmər uĢağı vardır. Gündə üç dəfə
uĢağı anasına əmizdirmək üçün gətirirlər. Gənc ana da balasını görmək üçün belə
tez-tez gedir. Bu qadın günlərlə belə qaçaraq gedirdi!..
Onu hər gün körpəsinin yanına aparan məmur bir gecə gəlib ona amiranə üç
kəlməlik bir söz söylədi:
- ġəxsi əĢyalarını topla!
Qadın əĢyalarını topladı və getdi.
Bu üç kəlmədən ibarət olan bir cümlə gedənlərin yüzdə doxsanının ölümə
getdiyini bildiyimiz halda bu gənc ananın da ölümə getdiyinə inana bilmirdik. O
175
biri gün səhər erkən qadını körpəsinə aparan məmurun uĢağı gətirən adama
söylədiyi üç kəlməlik:
- UĢağı daha gətirmə! - cümləsi bu gənc ananm edam edilməsinə bir iĢarə
idi.
Ġxtiyar baba və qaynana həbsxananın bir küncündə oturaraq, heç bir söz
söyləmədən ağlayırdılar. Göz yaĢları ağ saqqalından üzünə tökülürdü. Məhbuslar
da onun ətrafina toplanmıĢ, heç bir söz söyləmədən, bəzisi kinli-kinli baxır, bəzisi
də ağlayırdı.
* * *
Məni böyük bir həbsxanaya gətirdilər. Məndən əvvəl gətirilmiĢ
məsləkdaĢlarımın saxlandıqları kameraya girdim. Altı adamlıq kameraya on iki kiĢi
yerləĢdirilmiĢdi.
Part, part, part. DəhĢətli bir avtomobil gurultusu eĢidildi.
- Bu nədir?
- Ölüm avtomobili.
- Ölüm avtomobili nə deməkdir?
- Hərbi inqilab məhkəməsinin rəisi yəhudi Hacı Ġlyasın avtomobili.
- Gurultu nə üçündür?
- Edama aparılanların səsləri eĢidilməmək üçün.
YoldaĢlar bu sözü deyər-deməz bəzisi teĢt, bəzisi ağ tabaq və digərləri də
baĢqa Ģeylər alaraq çalmağa və Ģərqi oxumağa baĢladılar.
Mən vahimələndim və bu nə oxumaqdır - deyə soruĢdum.
Mənə - sən də oxu! - dedilər.
- Ġndi ölümə məhkum olanları ovludan içəriyə çıxaracaq və həbsxananın
arxasında, dəniz sahilində güllələyəcəklər.
Onların ovludan gedərkən bağırtılarını və edam edilərkən yalvarmalarını,
dualarını və güllələrin səsini eĢitməmək üçün məhbuslar hər gün belə etmək
məcburiyyətində olduqlarını əlavə etdilər.
Mən oxuyammadım, çünki edama aparılanların səsi ovludan və sonra yenə
onların və onları öldürən güllələrin səsi çöldən eĢidilirdi.
Bu ölüm düyünü (“toy”) hər axĢam davam edirdi.
Havalar istiləĢdikcə dərin basdırılmamıĢ edam edilənlərin ağırlaĢmıĢ iyisi
həbsxanaya gəlirdi.
Bir gün məhbuslar Hacı Ġlyasdan kiçik bir xahiĢ etdilər: edam edilənlər daha
uzaq bir yerdə edam edilsinlər ki, məhbuslar onların və onları öldürən güllələrin
səslərini eĢitməsinlər. Və bir də ölüləri bir az dərin basdırsınlar.
Hacı Ġlyas qəzəblənərək dedi ki, bu sizin qarıĢacağınız iĢ deyil. Mən istəsəm
burda öldürər və burda da qoyaram.
176
* * *
Hətta qaniçən bolĢeviklər Azərbaycana basqın edən günü Samur çayının
sahilində onların qarĢısına çıxıb vuruĢan, ağır döyüĢlərdən sonra son nəfəsinə
qədər vuruĢub həlak olan üç yüz nəfərdən çox əsgər və zabitlərimizin qohum-
əqrəbasını da güllələdilər, sürgünə göndərdilər. Ġndiyədək öyrənilməmiĢ, yetmiĢ
ildən çox “məxfidir” qrifilə saxlanan arxiv qovluqlarından onların döyüĢ və ömür
yolu barədə hələlik ilkin məlumatımız bunlardır:
Polkovnik ġAHZADƏ SEYFULLA BƏHMAN MĠRZƏ OĞLU QACAR
- 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusunun BaĢ Qərargahında intendant
Ģöbəsinin rəisi. 1919-cu il yanvarın 6-dan üçüncü Gəncə piyada alayının
komandiri, həmin il iyulun birində xəstəliyinə görə istefaya çıxmıĢ, sentyabrın 15-
də yenidən xidmətə qayıtmıĢ və nazirlikdə hərbi donanmanın qərargah iĢləri ona
tapĢırılmıĢdır.
1864-cü il martın 6-da Tiflisdə anadan olan Ģahzadə Seyfulla Mirzə Tiflis
Ədadiyyə Məktəbinin tam kursunu bitirmiĢdir. 1886-cı il avqustun 30-da isə
Tiflisdəki birinci dərəcəli Yunkerlər Məktəbini qurtaran podporuçik Seyfulla Mirzə
152-ci Vladiqafqaz alayında hərbi xidmətə baĢlamıĢdır. Rusiyanın müxtəlif
Ģəhərlərində, süvari diviziyalardakı əla xidmətinə görə həmiĢə fərqlənmiĢdir.
Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və 208-ci Loru
süvari alayının komandiri olmuĢdur. Ġvanqorod Ģəhəri uğrunda gedən döyüĢlərdə
yaralanmıĢdır. 1916-cı ilin sentyabrında polkovnik rütbəsi ilə təltif olunan Ģahzadə
Seyfulla Mirzə ən nümunəvi zabit kimi Amur sərhəd alayının komandiri idi.
Ġkinci dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli
“Müqəddəs Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav” ordenləri ilə və
Georgi silahı ilə təltif olunmuĢdur.
1920-ci il bolĢevik istilasından sonra 1921-ci ilin yanvar ayına kimi
respublika konvoy-nizami hissəsinin rəisi olmuĢdur. Müsavat zabiti olduğuna görə
etibarsız Ģəxs kimi iĢdən çıxarılmıĢdı. Ağır ehtiyac içərisində yaĢayan polkovnik
Seyfulla Mirzə Qacar 1924-cü ilin martında belə bir məktubla Azərbaycan SSR
Hərbi komissarlığından maddi kömək istəmiĢdir: “Azərbaycanda sovetləĢmədən
sonra bir neçə hərbi xidmət veteranı qalıb ki, yaĢlarının keçməsi ilə ağırlaĢan çətin
maddi vəziyyətlərinə iltifat göstərərək, hökumət onları ömürlük təqaüdlə təmin
edib.
Bütün gəncliyimi Rusiyada hərbi xidmətdə keçirmiĢəm. Birinci Dünya
Müharibəsində əvvəldən axıradək iĢtirak etmiĢəm. Sizə məlum olduğu kimi,
Azərbaycanın sovetləĢməsinin birinci gündən fasiləsiz olaraq hərbi idarələrdə və o
cümlədən son bir il yarımında Azərbaycan proletar hərbi məktəbində müəllim
vəzifəsində çalıĢıram. Lakin pozulmuĢ sağlamlıq (60 yaĢım var) mənim
iĢləməyimə son qoyub və mən ötən ilin sentyabr ayından hər cür yaĢamaq
imkanlarından məhrumam. Ailəmlə birlikdə dərin maddi ehtiyac keçirirəm.
177
Bu vəziyyətdə yeganə ümidim odur ki, mən, Sizin iltifatınızla yardımla
təmin olunacağam və veteran yoldaĢlarımla bir sırada qoyulacağam.
Polkovnik Seyfulla Mirzə Qacar 1926-cı ildə Bakıda vəfat etmiĢdir.
Polkovnik VƏLĠ BƏY SADIQ BƏY OĞLU YADĠGAROV - 1918-ci ilin
sentyabrından Milli Orduda korpus komandirinin yanında eskadron komandiri
olmuĢdur. XI Ordu Bakıya basqın edəndə üçüncü ġəki süvari alayının pərakəndə
dəstəsilə vuruĢa-vuruĢa Gürcüstan ərzisinə çəkilmiĢdir. 1921-ci ilin martınadək
bolĢeviklərə qarĢı vuruĢmuĢ və həmin il əvvəlcə Türkiyəyə, sonra PolĢaya
mühacirətə getmiĢdir. PolĢada “Armiya krayova” xalq ordusunda əməliyyat
Ģöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri
olmuĢdur.
PolĢada çıxan “Jiçe VarĢavı” qəzeti 6 iyul 1990-cı il tarixli nömrəsində
polkovnik Vəli bəy Yadigarov haqqında yazır:
“Ötən Ģənbə VarĢava qəbirstanlığında Vəli bəy Yadigar müsəlman-tatar
qaydası ilə dəfn olunmuĢdur.
Dəfn fəxri qarovulun müĢayiəti və hərbçi Ģöhrəti qaydaları ilə keçirilmiĢdir.
Mərhumu son mənzilə yaxın qohumları, dostları, keçmiĢ alaydaĢları yola salmıĢlar.
Yaylım atəĢi açılmıĢ, orkestr ġopenin dəfn marĢını çalmıĢdır. Cənazə üzərində
müsəlman ayinini VarĢava və Belastok yeparxiyasının imamı Aleksandr Əli
ġaletski icra etmiĢdir.
Bəs polkovnik Yadigar kimdir? Müsəlmandır, Azərbaycan knyazıdır...
Bu qərib PolĢa ordusu heyətində vuruĢmuĢ, K.Soskovski adına yeddinci
Ulan alayının zabiti olmuĢdur. O, 1920-ci ildə tabeliyində olan hissə ilə birlikdə
Azərbaycanı tərk etmək məcburiyyətində qalmıĢ, 1921-ci ilin mart ayında PolĢada
sığınacaq tapmıĢ, müqavilə ilə polyak ordusu sıralarına daxil olmuĢdur.
Qruzdendə süvari məktəbini və VarĢavada Ali Hərbi Məktəbi bitirdikdən
sonra yeddinci süvari polkunun komandir müavini təyin edilmiĢdir. Polyak qızına
evlənmiĢ, polyak dilini öyrənmiĢdir. KeçmiĢ alaydaĢları onu son dərəcə yüksək
mədəniyyətə, sağlam həyat tərzinə malik insan, həm də olduqca tələbkar zabit kimi
xatırlayırlar.
Vəli bəy PolĢaya hücum etmiĢ hitlerçi qəsbkarlara qarĢı 1939-cu il
sentyabrın on birində təĢkil olunmuĢ müdafiə kampaniyasında iĢtirak etmiĢ,
Mazovetski süvari briqadasının qərargah rəisi olmuĢdur. PolĢanın iĢğalından sonra
Armiya Krayovanın (AK) tərkibinə daxil olan “Olen” polkunun komandiri kimi
VarĢava üsyanında iĢtirak etmiĢdir.
Müharibədən sonra Vəli bəy Yadigar Argentinaya mühacirət etmiĢ, on
doqquz il əvvəl - 1971-ci il dekabrın 13-də Buenes-Ayresdə vəfat etmiĢdir.
Öz vəsiyyəti ilə PolĢada təkrar dəfn edilmiĢdir. Dəfn mərasimində
mərhumun qızı - Züleyxa xanım Yadigar-Kalinovskaya da olmuĢdur. O, hazırda
milliyyətcə polyak olan əri ilə Ġspaniyada yaĢayır.”
178
Vəli bəy Sadıq bəy oğlu 1897-ci ildə anadan olmuĢdur. Borçalının Təkəli
kəndindəki nüfuzlu Yadigarovlar nəslindəndir. Bu nəsildən 1918-20-ci illərdə Milli
Orduda səkkiz zabit Ģərəflə xidmət etmiĢdir: poruçik Nadir bəy, kornet Rəhim bəy,
praporĢik Adilbəy, poruçik Abuzər bəy, ikinci Qarabağ süvari alayında üçüncü
bölüyün komandiri, Ģtabs-rotmistri Məmməd bəy, ikinci Qarabağ süvari alayında
ikinci bölüyün rotmistri Daniyal bəy, podpolkovnik Ġsrafil bəy Həsən bəy oğlu və
süvari diviziyasının rəis müavini general-mayor Davud bəy Yadigarovlar. Zadəgan
nəslinə məxsus olan Vəli bəy ilk hərbi təhsilini 1909-1915-ci illərdə Tiflis
gimnaziyasında almıĢdır. 1915-ci ildə kornet Vəli bəy Əlahiddə Qafqaz ordusunun
korpusunda xidmət etmiĢdir.
Birinci Dünya Müharibəsi illərində 17-ci Nijedraqun süvari alayında xidmət
edən poruçik Ġsrafil bəy Yadigarov döyüĢlərdə göstərdiyi igidliyə görə dördüncü
dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə), üçüncü dərəcəli “Müqəddəs
Anna” (qılınc və bantla birgə), dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində
“Ġgidliyə görə” yazısı ilə) və üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və
bantla birgə) ordenlərilə təltif olunmuĢdur. 1916-cı il aprelin 29-da isə Əlahəzrət
imperatorun əmrilə Ġsrafil bəy Yadigarova rotmistr rütbəsi verilmiĢdir.
On yeddinci Nijedraqun alayında kornet rütbəsində xidmət edən Kərim bəy
Yadigarov isə ön cəbhədə apardığı uğurlu döyüĢlərə görə üçüncü dərəcəli
“Müqəddəs Anna” (qılınc və bantla birgə), ikinci dərəcəli “Müqəddəs Stanislav”
(qılıncla birgə) və dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “Ġgidliyə görə”
yazısı ilə) ordenlərilə təltif olunmuĢdur.
Arxiv sənədlərindən o da məlum olur ki, süvari alayında xidmət edən
Məmməd bəy Yadigarov üstü “Ġgidliyə görə” yazılı “Müqəddəs Anna”
ordenlərinin dördüncü dərəcəsilə təltif olunmuĢdur.
Bunlar Yadigarov qardaĢlarının 1914-16-cı illərdə təltif olunduğu
ordenlərdir.
Polkovnik RÜSTƏM BƏY MƏMMƏDAĞA OĞLU ġIXLĠNSKĠ - 1912-
13-cü illərdə Birinci Qafqaz atıcı artilleriya divizionunda Ģtabs-kapitan rütbəsində
xidmət edib. 1918-ci ildə Topçu hissəsinin və Ağdamdakı pulemyot məktəbinin
rəisi idi.
1919-cu il fevralın beĢindən Əlahiddə Ağır Top divizionunun və 1920-ci
ilin əvvəlində ikinci Artilleriya briqadasının komandanı. 1920-ci ilin aprelində
bolĢeviklər tərəfindən Bakıda güllələnmiĢdir. MəĢhur generalımız Əliağa
ġıxlinskinin qardaĢı oğlu, general Cavad bəy ġıxlinskinin isə qardaĢıdır. 1877-ci
ildə Qazaxda anadan olub. Tiflisdəki kadet korpusunu və Peterburqda Mixaylov
topçuluq məktəbini bitirib. Birinci Dünya Müharibəsində birinci Qafqaz atıcı
artilleriya divizionunda kapitan rütbəsində döyüĢüb. Cəbhədəki xidmətləri
dördüncü dərəcəli “Müqəddəs Anna” (üzərində “Ġgidliyə görə” yazısı ilə) və
dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenlərilə
qiymətləndirilib.
179
Polkovnik ġAHZADƏ XOSROV MĠRZƏ XANBABA XAN OĞLU
Dostları ilə paylaş: |