ġahzadə-general RZAQULU QACAR
1860-cı il fevralın 4-də general-mayor ġahzadə Rzaqulu Mirzə Qacar ilk
zabit rütbəsi alıb. O, məĢhur tarixçi, ġahzadə Bəhmən Mirzə Qacarın ikinci
oğludur. 1837-ci ildə Cənubi Azərbaycanda anadan olan ġahzadə Rzaqulu Mirzə
atası ilə 1848-ci ildə Tiflisə gələrək zadəgan balalarına məxsus kadet korpusu
məktəbində təhsil alıb.
Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən ġahzadə Rzaqulu
Mirzə Qacar əlahəzrət imperatorun adını daĢıyan leybqvardiya xas alayında
eskadron komandiri olub. O, 1862 və 1864-cü illərdə üsyan etmiĢ dağlılara qarĢı
hərbi yürüĢlərdə iĢtirak edib. 1877-78-ci illərdə rus-türk müharibəsində polkovnik
kimi döyüĢən ġahzadə Rzaqulu Mirzə Qacar 1883-cü il mayın 15-də general-
mayor rütbəsi alıb.
ġahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq ədəbi yaradıcılıqla da
məĢğul olub. O, ĢərqĢünas Adolf Berje, böyük dramaturq Mirzə Fətəli Axundov,
dövlət müĢaviri ĢərqĢünas Aleksandr ġerbin, Müsyö V.Qrimm, Mariya Polan və
baĢqa görkəmli Ģəxslərlə məktublaĢaraq qohumu M.F.Axundovun əlifba və
“Kəmalüddövlə məktubları” əsərinin çapı uğrunda çalıĢmıĢdır. ġair təbiətli
ġahzadə dərin məzmunlu məktublarını “ġahzadə Rzaqulu Mirzə Ġrəvani” təxəllüsü
ilə imzalayıb.
Mülki müĢavir A.Q.ġerbinin Mirzə Fətəli Axundova 14 may 1877-ci il
tarixli məktubundan: “Bir az bundan əvvəl cənab V.Qrimdən öyrəndiyim sevinc
dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, Şahzadə
Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri
17
təyin olunub.”
Şahzadə Rzaqulu Mirzə Qacarın peterburqlu Mariya Pollana 28 yanvar
1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz ordusunda göndərilməyim yəqin
ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan İrəvana yola düşdüm. Əlahəzrət böyük
knyaz Qafqaz canişininin 13 əmrilə mən oraya təyin edilmişəm... Mənim Tiflisdə
bir nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba xanın
qaynatası, polkovnik Mirzə Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə görə
səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim edirəm...”
Qırx ildən çox nizami orduda Ģərəflə xidmət edən ġahzadə general-mayor
Rzaqulu Mirzə Qacar imperiyanın kavaler ordenlərilə təltif olub. Onun xidmətləri
Brilyant qaĢlı ordenə (1861), müqəddəs Stanislav ordeninin birinci, ikinci və
üçüncü dərəcəsinə (qılınc və bantla birgə - 1862, 1868, 1892-ci illərdə), Müqəddəs
Anna ordeninin ikinci və üçüncü dərəcəsinə (qılıncla birgə - 1865, 1877-ci illər),
müqəddəs Vladimir ordeninin üçüncü və dördüncü dərəcəsinə - 1875 və 1888-ci
illər, layiq görülüb.
17
Çar ordusunda polkovniklə general arasında olan yüksək hərbi rütbə idi – ġ. N.
133
General Rzaqulu Mirzə Qacar iki xarici ölkənin - 1873-cü ildə Prusiyanın
“Tac ordeni” və 1891-ci ildə maarifçilik sahəsindəki xidmətlərinə görə Fransanın
zabitlərə məxsus “Xaç ordeni” ilə təltif olunub.
GENERAL-MAYOR AĞASI BƏY AVġAROV
1902-ci il fevralın 3-də general-mayor Ağası bəy AvĢarovu Peterburq
Süvari Məktəbinin rəisi vəzifəsindən azad edib BaĢ Qərargahda süvari ordusunun
BaĢ MüfəttiĢi təyin etdilər. MəĢhur rus sərkərdəsi Aleksey Brusilov həmin
məktəbdə həmyerlimizin müavini iĢləmiĢdir. Tam süvari generalı A.Brusilov
“Mənim xatirələrim” hərbi memuarında iftixarla yazır:
“1897-ci ildə general-mayor Ağası bəy Avşarov Peterburq Süvari
məktəbinin rəisi təyin olundu. O, Azərbaycanın zadəgan nəslinin nümayəndəsi idi.
Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün
yerli nəcabətli kübar ailələri kimi - İslam dinini saxlamaq şərtilə rus zadəganları
ilə eyni hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də
süvari və draqun alaylarında şərəflə qulluq edirdilər. General Avşarov geniş ürəyə
malik, hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus
hiyləgərlik və bir az da tənbəllik vardı”.
1883-cü il iyulun on dördündə general-mayor rütbəsi alan Ağası bəy
AvĢarov Qafqaz Əlahiddə Ordusunda altıncı süvari briqadasının rəisi kimi yüksək
vəzifədə xidmət etmiĢdir. Türk zabit rütbəsilə 1853-cü il iyunun on ikisində
xidmətə baĢlayan Ağası bəy nizami orduda Ģərəflə qulluq etmiĢdir. O, ikinci
dərəcəli Müqəddəs Anna (1878-ci il), dördüncü dərəcəli müqəddəs Vladimir
(1883-cü il) və birinci dərəcəli müqəddəs Stanislav (1886-cı il) ordenləri ilə təltif
olunmuĢdur.
General-mayor Ağası bəy AvĢarovun harada anadan olmasını hələlik
dəqiqləĢdirmək mümkün olmayıb. ġəxsi hərbi xidmət kitabçası tapılmayan Ağası
bəyin pərakəndə sənədlərə görə Ġrəvan Ģəhərində anadan olmasını güman etmək
olar. Onun təvəllüd ili Gürcüstan Dövlət Arxivindən əldə etdiyimiz rəsmi sənədlərə
təxminən 1830-cu il göstərilir. Vəfatı isə məlum deyil. Yenə rəsmi sənədlərə görə
1902-ci ildə BaĢ Qərargahda süvari ordusunun BaĢ MüfəttiĢi vəzifəsində
iĢləmiĢdir.
1886-cı ildə “Qafqazda xidmətdə olan generalların siyahısı” illik
məcmuəsində general Ağası bəy AvĢarovun adı və soyadı yanında, mötərizədə
onun Rusiyada “Aleksandr Aleksandroviç” kimi məĢhur olması qeyd olunur.
General-mayor Ağası bəy AvĢarov Yaxın ġərqdə döyüĢkənliyi ilə ad-san
qazanmıĢ əfĢarlar tayfasındandır. Bu nəsil qızılbaĢlarla birgə Səfəvilər dövlətinin
yaranmasında fəal iĢtirak edib. MəĢhur sərkərdə və dövlət xadimi Nadir Ģah ƏfĢar
da bu nəsildəndir.
134
GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV
General-mayor Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov 1898-ci il
noyabrın 28-də vəfat edib. O, Abbasqulu ağa Bakıxanovun qardaĢı oğlu, general-
leytenant Cəfərqulu ağa Bakıxanovun böyük oğlu idi.
Cəfərqulu ağanın ölümündən sonra üç övladı qalmıĢdı: Həsən ağa (1833-
1898), Əhməd ağa (1837-1882) və qızı Nurcahan xanım (1831-1912).
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib. Böyük oğlu Həsən ağa
general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər
yüksəlmiĢdi. Polkovnik Əhməd ağa qırx beĢ yaĢında - 1882-ci il aprelin 13-də
nökəri Ocaqqulu ilə birgə Gəncədə öldürülüb.
General Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada anadan olmuĢdur. On
dörd yaĢında Tiflis kadet məktəbini bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün
Peterburqdakı Paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən
sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi
yürüĢlərdə iĢtirak etdiyinə görə orden və medallarla təltif olunub.
1894-cü ildə tərtib olunmuĢ bir arxiv sənədində general-mayor Həsən ağa
Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınıb.
O, Üçüncü dərəcəli “Müqəddəs Vladimir, üzərində “igidliyə görə” yazısı
olan dördüncü dərəcəli “Müqəddəs Stanislav, bundan baĢqa yüz altı nömrəli ikinci
dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti (üzərində qızıl medal), müqəddəs
hərbi Georgi ordeninin yüz illiyi Ģərəfinə buraxılmıĢ bürünc medalla, 1877-1878-ci
il müharibəsi xatirəsinə buraxılmıĢ tunc bürünc medal və Qafqazdakı əla xidmətinə
görə xaç ordenilə təltif olunub.
Bir müddət Ġrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə general-mayor
Həsən ağa Bakıxanov həmin ölkənin ali ordeni olan “ġire-XorĢid” ordeninin
üçüncü dərəcəsinə layiq görülüb.
Çar ordusunda belə yüksək ordenlərlə təltif olunan zabit və generallara
kavaler kimi fəxri titul da verilirdi. Ona görə də arxiv sənədlərinin hamısında,
təltifat qrafasında general Həsən ağa Bakıxanovun adının yanında kavaler sözü
iftixarla qeyd olunmuĢdur.
1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba
Nisə bəyimlə (1831-1894) ailə qurmuĢdur. 1879-cu ildə general-mayor rütbəsilə
təltif olunan Həsən ağa Bakıxanov bir il sonra istefaya çıxıb Quba qəzasındakı
dədə-baba torpaqlarını idarə etməklə məĢğul olmuĢdur.
Ömrünün son üç ilini Bakıda yaĢamıĢdır.
1898-ci il noyabrın 28-də vəfat edən general Həsən ağa Bakıxanovu öz
vəsiyyətinə görə Bibi-Heybət məqrəbəsində atası Cəfərqulu ağanın yanında dəfn
etmiĢlər. Onun təntənəli və Ģərəfli dəfni münasibətilə nekroloq dərc edən “Kaspi”
qəzeti dekabrın 1-də yazırdı:
135
“Noyabrın 28-də axşam saat doqquzda uzun sürən ağır xəstəlikdən sonra
Bakı şəhərində general-mayor Həsən ağa Bakıxanov altmış beş yaşında vəfat
etmişdir. Mərhum, Bakının keçmiş hakimi məşhur Mirzə Məhəmməd xanın nəvəsi
idi. Onun mərhum atası general-leytenant Cəfərqulu ağa Bakıxanov Mirzə
Məhəmməd xanın ikinci oğlu olmuşdur. Cəfərqulu ağa Qafqaz ordusunda yerli
əhalidən ibarət süvari alayına komandirlik etmişdir. Mərhum Həsən ağa iyirmi il
bundan əvvəl vəfat etmiş qardaşı polkovnik Əhməd ağa ilə birgə süvari
qvardiyasında xidmət etmiş, şərəfli döyüş xidmətlərinə görə Rusiyanın və xarici
ölkələrin kavaler ordenlərilə təltif olunmuşdur. O, üçüncü dərəcəli “Müqəddəs
Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav” və başqa ali ordenlərə layiq
görülmüş nizami ordu zabiti idi.
1879-cu ildə general rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu
Qubadakı şəxsi malikanəsində keçirmişdir. Son üç ili isə Bakıda yaşamışdır. Həsən
ağa Bakıxanovun ölümü ilə keçmiş Bakı xanlığının kişi nümayəndəsi kəsildi.
General Həsən ağadan sonra bacısı Nurcahan xanım və qızı Reyhan xanım
qalmışdır.
Dünən, noyabrın 30-da dəfn mərasimi xüsusi təntənə ilə keçmişdir. Səhər
tezdən mərhumun həyətinə toplaşan çoxsaylı camaat axırıncı Bakı xanını son
mənzilə yola salmağa gəlmişdilər. Saat onda Bakının ali və aşağı rütbəli
ruhaniləri, həmçinin şəhərin adlı-sanlı bəyləri, tacirləri mərhumun yas mərasiminə
toplaşmışdılar. Həmin anlarda da mərhum xanın evi qarşısında Salyan alayının bir
batalyonu musiqi sədaları altında nizamla dayanmışdı.
Zəngin və bahalı parçaya bükülmüş tabut saat on birdə yaxın qohumlarının
çiynində Şamaxı küçəsindən Təzəpir məscidinə tərəf istiqamət götürdü. Arxada
sonu görünməyən Bakı əhalisi gedirdi. Qabaqda Salyan alayının qvardiyaçı
zabitləri ipək döşəkçələrdə mərhumun orden-medallarını, bir zabit isə cilovundan
yapışdığı atın üstündə tabutun qapağını aparırdı. Onların dalınca Quba qəzasının
sakinləri yarım idarə şəklində müqəddəs Qurandan kədərli ayələri xorla oxuya-
oxuya gedirdilər. Quba dərvişləri azacıq fasilə verəndə ali ruhanilərin Qurandan
oxuduqları surə daha gur və əzəmətlə səslənirdi. Tabutun arxasınca gedən insan
kütləsinin arasında çoxlu zabit, idarə işçiləri, məmur və ali rütbəli şəxslər vardı.
Şəhərin bələdiyyə başçısı Fonder-Nonne də onların arasında idi. Salyan alayının
musiqili xoru mərasimə qoşuldu. Ruhanilərin Təzəpir məscidində ibadətindən
sonra mərasim eyni ahənglə Persidski və Nikolayev küçələrindən keçib Sahil boyu
irəlilədi. Bayıla çatan mərasim ordan Şıx kəndinə istiqamət götürdü. Bibi-Heybət
məscidi yanında alınmış ayrıca Bakıxanovlar soyadının sərdabəsində Həsən ağa
Bakıxanov torpağa tapşırıldı.
Mərasimi müşayət edən batalyon general-mayor Həsən ağa Bakıxanova
axırıncı hörmət əlaməti olaraq tüfənglərdən üç dəfə yaylım atəşi açıb son
borclarını verdilər”.
136
GENERAL ƏSƏD BƏY TALIġXANOV
General-mayor Əsəd bəy TalıĢxanov 1857-ci il noyabrın 16-da anadan olub.
TalıĢxanovlar nəsli Azərbaycan hərb tarixinə Mir Mustafa xan, Qara xan,
Miribrahim xan və Mirkazım xan kimi generallar bəxĢ edib.
Əsəd bəy TalıĢxanov atası Ağaəli bəyin Lənkəranda açdığı müsəlman
məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtını ən yaxĢı tədris ocaqlarından
biri olan Bakı ədadiyyə məktəbində oxuyub.
Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə gənc zabit Əsəd
bəyin artıq iyirmi yaĢı vardı. Nizami ordu üçün püxtələĢmiĢ, yetkin bir zabit idi.
1878-ci il aprelin 16-da Qafqaz Əlahiddə ordusuna göndərilən Əsəd bəy
TalıĢxanov praporĢik rütbəsilə əlli ikinci briqadada xidmətə baĢlayıb. Xidmətinin
üçüncü ilində əlaçı zabit olduğuna görə iyirmi birinci artilleriya briqadasında
birinci batareyanın komandiri təyin edilib.
Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirib, hətta
ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağlayıb.
Çar Rusiyası ötən əsrin otuzuncu illərindən baĢlayaraq Orta Asiyada
iĢğalçılıq siyasəti aparırdı. Qafqazda Krım müharibəsi (1853-56) sona yetən kimi
ġərqə tərəf yürüĢ baĢlandı. Ən böyük əraziyə malik olan Kokand və Buxara
xanlıqları iĢğal olundu. Çimkənd, DaĢkənd, Səmərqənd Ģəhərləri bir-birinin dalınca
alındı. 1880-cı ildə Türkmənistanı fəth etmək üçün ruslar oraya on bir minlik
nizami qoĢun yeritdi. Torpağın hər qarıĢı uğrunda inadla döyüĢən mərd Axal-
Təkinlilər general Lazerevin ordusunu məğlubiyyətə uğradırdılar. ġərqə yürüĢdə
qələbə əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini ələ keçirmək üçün ġipka
qəhrəmanı general Skobolevi də göndərdi. Skobelevin qoĢunu Qafqaz Hərbi
Dairəsinin döyüĢçüləri ilə birləĢib Göytəpə Ģəhərini dağıtdı, onu müdafiə edən
iyirmi beĢ min döyüĢçünü qılıncdan keçirtdi. Axal-Təkini və Mərv Ģəhərini
özlərinə tabe etdilər.
Əsəd bəy TalıĢxanov da öz batareyası ilə Axal-Təkini iĢğal edən hərbi
yürüĢün tərkibində iki il (1880-1881) iĢtirak edib. ĠĢğalçı çarın əmrilə vəzifə borcu
kimi din qardaĢlarına silah qaldırıb.
Bu döyüĢlərdəki igidliyinə görə üçüncü dərəcəli “Müqəddəs Anna (qılınc və
bantla birgə), “Müqəddəs Stanislav ordenləri ilə təltif olunub.
On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə təltif olunan
kapitan Əsəd bəy TalıĢxanov yeni əsri podpolkovnik rütbəsində qarĢılayıb. O,
1904-05-ci illərdə Port-Artur döyüĢlərinin də iĢtirakçısı olub.
Hərbi xidmətinin iyirmi beĢ illiyi münasibətilə Əsəd bəy 1902-ci ildə
“Müqəddəs Vladimir (bantla birgə) ordenilə təltif olunub, 1910-cu il iyulun
doqquzunda isə polkovnik rütbəsi qazanıb. Bu illər ərzində o, əlli ikinci artilleriya
briqadasının birinci diviziyonunun komandiri vəzifəsinə qədər yüksələ bilib.
137
Əsəd bəy TalıĢxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il
aprelin iyirmi ikisində general-mayor rütbəsilə təltif olunub. O, həmin il iyulun 25-
də Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi
yüksək vəzifəyə təyin olunub. Bu ordunun uzun illər tərkibində qüsursuz
xidmətlərinə görə birinci dərəcəli “Müqəddəs Anna, “Müqəddəs Stanislav, üçüncü
dərəcəli “Müqəddəs Vladimir və dördüncü dərəcəli “Müqəddəs Georgi ordenlərilə
təltif olunub.
General-mayor Əsəd bəy TalıĢxanov 1919-cu ildə Dağıstanın Teymurxan-
ġura (indiki Buynaksk) Ģəhərində vəfat edib və orada da dəfn olunub.
General-leytenant FƏRƏC BƏY AĞAYEV
General-leytenant Fərəc bəy Ağayev 1891-ci il noyabrın 26-da səksən
yaĢında Tiflisdə vəfat etmiĢdir. Ötən il Gürcüstan Dövlət Arxivində xalqımızın
hərbçi oğulları haqqında araĢdırmalar aparanda indiyədək bizə məlum olmayan
çoxlu sayda fotoĢəkil və rəsmi sənədlər əldə edə bildim. 1850-55-ci illərdə
Yermakov soyadlı bir Ģəkilçəkən Qafqazın müxtəlif bölgələrini gəzmiĢ, ötən əsrin
görkəmli adamlarının - bəylərin, xan və ağaların foto Ģəklini çəkmiĢdir. Onların
arasında hərbçilər də az deyil. Yermakovun öz əlilə tərtib etdiyi on beĢdən çox iri
həcmli foto albomda bir Ģəkil diqqətimi cəlb etdi. Təxminən 40-45 yaĢında cavan
zabitdir. Qalın bığlı, iri alınlı, mavi gözlü zabitin qurĢağında naxıĢlı bir xəncər
bağlanıb. Onun ağayana oturuĢunda bəy vüqarı var. ġəkil sanki dilə gəlib deyir:
“Mən azərbaycanlıyam!” Ümumi siyahıda göstərilirdi ki, fondda onun iki fotoĢəkli
saxlanılır. Hər ikisini sifariĢ verdim. Hər ikisinin də altında “Tatarskiy bek” sözləri
yazılıb. Daha heç nə. ġəkildə kimin təsvir olunduğunu isə fondda saxlanan ad
göstəricisi dəftərindən öyrənə bildim. Orada yazılıb: “2899 və 8215 saylı foto
Ģəkillərdə general-leytenant Fərəc bəy Ağayev təsvir olunub”. Bir ay üç günlük
yaradıcılıq ezamiyyətimdə bu anlardakı qədər sevinməmiĢdim. Nə yaxĢı ki, zəndim
məni aldatmamıĢdı. Bir də ki, necə sevinməyəydim. Yüz səksən səkkiz il əvvəl
anadan olmuĢ, yüz on bir il əvvəl isə vəfat etmiĢ generalın fotoĢəklini indiyədək
Azərbaycanda görən olmamıĢdı. Hələ iyirmi il əvvəl Sankt-Peterburqda oxuduğum
bir sənəddən mənə məlum idi ki, general-leytenant Fərəc bəy Ağayev məĢhur
maarifçimiz Həsən bəy Zərdabinin atası Səlim bəyin doğmaca dayısı olub. 1858-ci
ildə balaca Həsən bəyin birinci dərəcəli Tiflis gimnaziyasına qəbul olunmasına o
kömək edib.
Bəs, general-leytenant Fərəc bəy Ağayev kimdir? Həsən bəy Zərdabi kimi
görkəmli maarifpərvəri bizə bəxĢ edən bu xeyirxah adamın ömür yolu həyatın
hansı sınaqlarından çıxıb?
General-leytenant Fərəc bəy Ağayevin haqqında biz ilkin məlumata
“Kafkaz” qəzetinin səkkiz dekabr min səkkiz yüz doxsan birinci il tarixli
nömrəsində və “Kavkazski kalendar” illik məcmuəsinin 1873-1874-cü illərdəki
138
nömrələrində rast gəldik. Birinci mənbədə haqqında geniĢ məlumatla “Fərəc bəy”
kimi təqdim olunan eloğlumuz, ikincidə Qafqaz Əlahiddə Ordusunun generalları
sırasında “Nikolay Nikolayeviç Ağayev” adlandırılır. Ona görə ki, bu yaraĢıqlı,
igid qafqazlı zabitini 1844-cü ildə imperator birinci Nikolay və onun arvadı Mariya
Aleksandrovna xaç suyuna çəkib oğulluğa qəbul etmiĢdilər.
Uzun müddət Peterburqda xidmət edən padĢahın sevimlisi Fərəc bəy
Ağayevə Qafqaza qayıtdıqdan sonra yaxın qohumları belə yaxĢı münasibət
bəsləməmiĢlər. Hətta Həsən bəy Zərdabi məktublarından birində yazır ki, atam el
arasında xəcalət çəkirdi ki, dayısı rus adını qəbul edib. Ona görə də ondan üz
döndərib küsmüĢdü. Get-gəlimiz belə yox idi. Ömrünün sonlarında Tiflisdə
yaĢayan generala hamı “rus Ağayev” deyərmiĢ. ġübhəsiz ki, sonralar səhvini baĢa
düĢən general vəsiyyət edib ki, nekroloqunda ad-familiyası Fərəc bəy Ağayev kimi
göstərilsin. Onun bu vəsiyyətinə əməl olunmayıb.
General-leytenant Fərəc bəy Ağayev 1811-ci ildə füsunkar Qarabağın ġuĢa
Ģəhərində adlı-sanlı bəy ailəsində dünyaya gəlib. Ġlk hərbi təhsilini Tiflis kadet
korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə ordusunda müsəlman
süvari polkunda xidmətə baĢlayıb. Xidmətinin yeddinci ilində ən yaxĢı qvardiya
rotmistri Fərəc bəy eskadron komandiri kimi Peterburqda göndərilir. Peterburqda
o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandiri
vəzifəsinə təyin olunur. Elə burada da o, imperatorun və onun arvadı Mariya
Aleksandrovnanın sevimlisi olunmayıb.
Fərəc bəy Ağayev 1811-ci ildə özünün qeyri-adi hərbi qabiliyyəti və igidliyi
sayəsində xidmətinin on ili ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ilə
qədər Peterburqa, xüsusi qvardiya kazak polkunda qüsursuz xidmət edən polkovnik
F.Ağayev həmin ili Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir.
1853-cü ildə Krım müharibəsi baĢlananda polkovnik Fərəc bəy Ağayev
Qarabağın azərbaycanlı igidlərindən ibarət süvari alayı təĢkil edir, özü də onun
komandiri olur. Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və
məktublar göstərir ki, Fərəc bəyin ĢuĢalılardan ibarət süvari polku Kürəkdərə
uğrunda - gedən döyüĢlərdə altmıĢ minlik korpusa qarĢı dönməz bir iradə ilə
vuruĢmuĢdur. 1854-cü ildə osetinlərdən təĢkil olunmuĢ milis alayı da Fərəc bəyin
alayına təhkim edilir. Süvari qoĢun dəstəsinin komandiri kimi yüksək vəzifə
daĢıyan eloğlumuz hərbi xidmətinə və qoĢun baĢçısı kimi göstərdiyi qəhrəmanlığa
görə üstündə “Cəsurluğa görə” sözləri yazılmıĢ qızıl xəncərlə, çoxlu hərbi
ordenlərlə, həmçinin imperator tacı ilə bəzədilmiĢ birinci dərəcəli “Müqəddəs
Anna “ (qılıncla birgə) ordenləri ilə təltif olunur.
1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev
general-mayor rütbəsinə layiq görülür.
Müharibə yenicə baĢlayanda Fərəc bəy Ağayevin baĢçılığı ilə Qarabağ
Azərbaycan süvari dəstəsinin təĢkili haqqında Peterburqa məlumat göndərən qraf
Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr
139
tezliklə yığıldı. DöyüĢçülər yürüĢə məĢhur Qarabağ kəhərlərində və layiqincə
silahlanmıĢ halda baĢladılar.
Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə
general-leytenant rütbəsində istefaya çıxmıĢ, ömrünün sonuna kimi Tiflis
Müsəlman Xeyriyyə Cəmiyyətində çalıĢmıĢdır.
GENERAL-MAYOR TƏRLAN BƏY ƏLĠYARBƏYOV
1944-ci il fevralın 9-da polkovnik Tərlan bəy Əliyarbəyov döyüĢ
xidmətlərinə görə general-mayor rütbəsi ilə təltif edilib. KeçmiĢ zamanlarda belə
hesab edirmiĢlər ki, zabit ömrü cəmi iki müharibə əzablarından keçə bilər. Biri
onun gəncliyinə, o biri isə yaĢlı vaxtına təsadüf edər. Lakin general Tərlan bəy
Əliyarbəyov altmıĢ dörd illik ömür yolunda üç müharibənin iĢtirakçısı olub. O,
Birinci Dünya müharibəsində, 1918-1920-ci illərdə Azərbaycan Milli Ordusunda
və Böyük Vətən müharibəsində vuruĢub. 1911-ci ildə üçüncü Qafqaz alayının əlaçı
əsgəri Tərlan bəy Əliyarbəyovu Tiflisdəki piyada hərbi məktəbə oxumağa
göndərdilər. Dörd il kursdan-kursa müvəffəqiyyətlə keçən Tərlan bəy hərbi
məktəbi birinci dərəcəli diplomla bitirib. Podporuçik Əliyarbəyov ġamaxıdakı 205-
ci piyada alayında xidmətə baĢlayıb.
1914-cü ilin yayında birinci dünya müharibəsi baĢlandı. Kayzer Almaniyası
Rusiyaya müharibə elan etmiĢdi. Əliyarbəyovun xidmət etdiyi 205-ci alay da Qərb
cəbhəsinə göndərilib. Od-alov yağan səngərlərdə gənc zabitin çətin sınaq günləri
baĢlanıb. Komandirin verdiyi tapĢırıqları yerinə yetirən, hər döyüĢdən qələbə ilə
çıxan Tərlan bəy əsgərlərin də sevimlisi olub. Ona görə də rota komandiri təyin
edilib.
Öz batalyonunu qələbədən-qələbəyə aparan Ģtabs-kapitan Əliyarbəyovun
igidliyi bütün qərb cəbhəsinə yayılmıĢdı.
Bir dəfə Verden ətrafında gedən vuruĢmaların qızğın çağında ona 10-cu
ordunun komandanı general Əliağa ġıxlinski ilə görüĢmək nəsib olub.
General hərbçi qaydası ilə onu baĢdan-ayağa süzüb: “Səsini-sorağını
eĢitmiĢəm, eloğlu, əsl igid kimi vuruĢursan”, - deyib. Əlini onun çiyninə qoyub –
“Böyük Ģair PuĢkin vaxtilə ġamaxı gözəlini vəsf eləyib, indi yeni bir PuĢkin
lazımdır ki, sənin - ġamaxı Tərlanının qəhrəmanlığını qələmə alsın”.
Sonra maraq dolu baxıĢlarını Tərlana zilləyib:
- Bir de görüm, hansı hərbi məktəbi bitirmisən, oğul?
- Tiflisdəki hərbi gimnaziyanı...
General ġıxlinski sevinclə:
- Hə, demək ikimiz də bir yuvadan pərvazlanmıĢıq. Çox Ģadam. Bu qürbət
diyarda sevindirdin məni, oğul. Onsuz da bir neçə gündür ki, sevincimdən ürəyim
köksümə sığıĢmır. Xəbərin varmı, bu günlərdə bir eloğlumuz qeyri-adi igidlik
göstərdiyinə görə Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunub.
140
- Xeyr, eĢitməmiĢəm. Düzü, cəbhəyə gələndən heç bir azərbaycanlıya rast
gəlməmiĢəm, cənab general. Ġcazənizlə soruĢum, kimdi belə yüksək təltifata layiq
görülən?
- Nijeqorod draqun alayının rotmistri Teymur bəy Novruzovun igidliyi
haqqında qəzetlər bar-bar bağırır. Sən isə burdan-buraya eĢitməmisən. Eloğlumuz
Teymur bəy özünün eskadronu ilə bir ay əvvəl düĢmənin süvarilərinə hücum
edərək onların hamısını qılıncdan keçirib. Hələ üstəlik də iki gün sonra üç ağır
topunu qənimət götürüb. Cəmisi iki ay yarımlıq döyüĢdən sonra həmyerlimiz
Teymur bəy Novruzov Georgi ordeninin dörd dərəcəsi ilə təltif olunub. Bu çox
böyük fəxrdir. O, artıq kavalerdir.
Tərlan bəy bu Ģöhrətli generalla görüĢünü uzun müddət unuda bilməyib.
Onlar bir də on səkkizinci ildə Bakıda görüĢdülər.
1916-cı ilin yayında general A.A.Brusilovun ordusu Pripyat çayından
Rumıniya sərhədinə kimi uzanan 400 kilometrlik cəbhə boyunca hücuma keçib
düĢmənin müdafiə xəttini yardı. Ağır Ģəraitdə vuruĢan qoĢunlar güclü düĢməni
xeyli geriyə qovdu. Tərlan bəy Əliyarbəyov bu döyüĢlərdə sinəsindən ağır
yaralandı. Bu, müharibə baĢlanandan Tərlan bəyin aldığı dördüncü yara idi. ġtabs-
kapitan bir müddət Brest Ģəhərindəki qospitalda müalicə olunduqdan sonra Bakıya
göndərildi.
1918-ci ilin avqustunda müsavat ordusuna Tərlan bəy Əliyarbəyov ikinci
alayın komandir köməkçisi təyin edildi. Rusiyada qızıl Ordu tərəfindən dağıdılmıĢ
Denikin ordusu pərən-pərən düĢüb ölkənin hər yerinə dağılmıĢdı. Dərbəndi tutan
ağqvardiyaçılar Azərbaycana soxulmaq istəyirdilər. Qusarda yerləĢən ikinci
Azərbaycan alayı gecə-gündüz vuruĢaraq düĢməni Azərbaycana buraxmadı.
Ġyirminci ilin baharında Tərlan bəy Əliyarbəyov Bakı hərbi idarə rəisinin
müavini idi. O, heç vaxt əvvəllər Bakını belə qaynar, belə təlatümlü görməmiĢdi.
Komandanlıq Tərlan bəy Əliyarbəyovu hansı sahəyə göndərirdisə, o,
namuslu bir zabit kimi çalıĢır, verilən tapĢırığı ləyaqətlə yerinə yetirirdi. 1927-ci
ildə M.V.Frunze adına Hərbi Akademiyada Ali komanda heyəti kursunu
bitirdikdən sonra Bakıya qayıdan Əliyarbəyov hərbi istedadını milli hərbi kadrların
yetiĢdirilməsinə sərf edib. O, ikinci dəfə (1941-ci il) bu Ali hərbi Akademiyanı
bitirəndə Böyük vətən müharibəsi baĢlandı.
Cəbhəyə
səfərbər
olunan
polkovnik
Tərlan
bəy
Əliyarbəyov
azərbaycanlılardan ibarət 416-cı diviziyanın komandir müavini, üç ay sonra isə
komandiri təyin edilib.
Diviziya 1942-ci il noyabrın 30-da səhər Terek çayı sahilində düĢmənlə ilk
dəfə döyüĢə girib. Ġki günlük döyüĢdən sonra ĠĢĢorsk rayonunda faĢistlərin müdafiə
xətti yarılıb, Novo-Lednev və Kapustino yaĢayıĢ məntəqələri azad edilib.
Xalqımızın igid oğullarından ibarət olan bu diviziya dekabrın altısında
inamla vuruĢaraq düĢmənin möhkəmləndirilmiĢ daha bir atəĢ nöqtəsini məhv edib.
141
Hücumu müvəffəqiyyətlə geniĢləndirən polkovnik Tərlan bəy Əliyarbəyov həmiĢə
ön cəbhədə olub, döyüĢçülərdə qələbəyə sarsılmaz inam yaradıb.
Qırx dördüncü ordunun tərkibində olan bu diviziya 1942-ci ilin qıĢında
ġimali Qafqazda 350 kilometrlik döyüĢ yolu keçərək, onlarla Ģəhər və kəndi
düĢməndən azad edib. Dəfələrlə ordu komandanlığının təĢəkkürünə layiq görülüb.
Sonralar 79-cu, 88-ci alaylara, 402-ci atıcı diviziyaya baĢçılıq edən və 58-ci
korpusun komandir müavini kimi məsul vəzifələrdə çalıĢan Tərlan bəy
Əliyarbəyov özünün komandirlik bacarığını parlaq Ģəkildə nümayiĢ etdirib. O,
xidmət etdiyi bütün hərbi hissələrdə böyük nüfuza və hörmətə malik olub.
Müharibə illərində Tərlan bəy Əliyarbəyovun döyüĢ xidmətlərini yüksək
qiymətləndirən komandanlıq 1944-cü il fevralın doqquzunda ona general-mayor
rütbəsini vermiĢdir.
PeĢəkar hərbçi, igid general Tərlan bəy Əliyarbəyov 1892-ci il noyabrın
iyirmi səkkizində qədim ġamaxıda anadan olmuĢdur. Əsl mənada eli, obası və
doğma xalqı üçün əvəzsiz xidmətlər göstərən Tərlan bəy Əliyarbəyovun
yetiĢdirdiyi milli hərbi kadrlar respublikada böyük nüfuza malikdirlər.
Müharibənin ağır sınaqlarında həqiqi sərkərdə Ģöhrəti qazanan general
Tərlan bəy Əliyarbəyovun sinəsini Lenin ordeni, Qırmızı Bayraq, Qırmızı Ulduz
ordenləri və çoxlu medallar bəzəyirdi.
1956-cı il fevralın on beĢində vəfat edən general-mayor Tərlan bəy
Əliyarbəyovun adına dünyaya gəldiyi ġamaxıda və Bakıda abad küçələr qoyulub.
Dostları ilə paylaş: |