ĠƏMĠstan nəZĠRLĠ



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə14/24
tarix05.03.2017
ölçüsü2.8 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

QƏHRƏMAN ALAY 
 
Avtomobilin  Ģeypuru  təhlükə  görmüĢ  qaz  kimi  həyəcanlı  gəlirdi.  QıĢlanın 
qabağında  toplaĢmıĢ  zabit  və  əsgərlər  naziri  tanıyıb  “urra”-  deyə  qıĢqırdılar. 
Bəhram  bəy  irəli  yeridi.  Sərt  səslə  “sıraya  düzülün”  komandası  verdi.  Zabitlər 
qabaqda, əsgərlər də onlardan sonra nizami qıvraqlıqla sıraya düzüldülər. Bəhram 
bəy sıra qabağında vüqarla dayanıb ahəngdar səslə komanda verdi: 
- Alay, sağa dön! Düzlən, düzlən, deyirəm, arxada səs var... 
Alay  bir  nəfər  vicud  kimi  sağa  dönüb  farağat  dayandı.  MaĢından  üç  nəfər 
düĢdü.  Qarabağın  general-qubernatoru  Xosrov  bəy  Sultanov,  Qarabağ  ərazi 
qoĢunlarının komandanı general-mayor Həbib bəy Səlimov və Hərbiyyə naziri, tam 
artilleriya  generalı  Səməd  bəy  Mehmandarov.  Nazirin  iti  qartal  baxıĢları  nizami 
qaydada düzülən əsgərlərə zillənmiĢdi. 
                                                           
15
 Akselbant, venzel – imperiya ordusunda zabitlərin çiyinlərinə və döyüĢlərinə taxdıqları zərli, hörmə 
qaytan – ġ. N. 
 

115 
 
- Cənab hərbiyyə naziri, tam artilleriya generalı, Sizin gəliĢiniz münasibətilə 
döyüĢən  ordunun  üçüncü  artilleriya  batareyasının  zabit  və  əsgər  heyəti  sıraya 
düzülmüĢdür. Batareya komandiri, podpolkovnik Bəhram bəy Nəbibəyov. 
Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə: 
-  Azad,  mənim  Vətənimin qəhrəman  əsgərləri,  - deyib bir neçə addım irəli 
yeridi,  Bəhram  bəyin  əlini  sıxdı:  -  Mərhəba,  alayına  da,  özünə  də.  Sizin  döyüĢdə 
göstərdiyiniz  qeyri-adi  qəhrəmanlıqlar  artıq  Azərbaycanın  hər  yerində  iftixarla 
söylənilir.  Komandanınız  general  Həbib  bəy  Səlimov  da  buradadır.  Əmr  edirəm! 
Üçüncü  artilleriya  batareyasının  hər  bir  əsgər  və  zabit  heyəti  döyüĢdə  göstərdiyi 
igidliyə görə təltif olunsun. Komandiriniz Bəhram bəyi isə təbrik edə bilərsiniz. O, 
daha podpolkovnik yox, polkovnikdir... 
Batareya  üç  dəfə:  “urra,  urra,  urra”,  -  deyə  komandirini  alqıĢladı.  Nazir 
birdən sərt hərəkətlə yerində dikəlib, pəncələri üstə qalxdı. 
- Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları! 
Batareyanın  əsgər  və  zabitlərindən  dalğa-dalğa  çıxan  səs  Qarabağ 
dağlarında  əks-səda  verdi.  Onlar  bir  nəfər  kimi  avazla:  “Azərbaycan  xalqına 
xidmət edirik!” - cavabını verdilər. 
Hərbiyyə naziri sıra qarĢısında var-gəl edib, tən ortada dayandı. 
- Biz bu gün səhər ġuĢada bir yığıncaq keçirdik. Mən orda da qoĢunlarımızı 
təbrik  etdım.  Əvvəlcədən  əmr  vermiĢdim  ki,  sizin  batareyanı  oraya  gətirməsinlər. 
Sonra  Bakıdan  çıxanda  öz-özlüyümdə  belə  qərara  gəldim  ki,  Sizi  öz  yerinizdə, 
döyüĢ  bölgənizdə  təbrik  edim.  Siz  buna  layiqsiniz,  bu  hörmət  və  ehtiramı 
qəhrəmanlığınızla  qazanmısınız.  Bəli,  Dəli  Qazar  kimi  generalı  məhv  edib, 
süvarisini də pərən-pərən salan üçüncü artilleriya batareyası Azərbaycan bayrağını 
ilk  dəfə  Qarabağda  dalğalandırırdı.  Martın  iyirmi  ikisindən  iyirmi  üçünə  keçən 
gecə saat üç radələrində düĢmən ilk dəfə güclü qüvvə ilə buradan, Əskərandan baĢ 
qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib və əsir alıb. Siz də ilk 
dəfə  düĢmənin  burnunu  Əskəranda  ovub,  öz  silahdaĢlarınızın  qanını  yerdə 
qoymadınız. 
Qəhrəman  əsgərlər,  mən  Ģəxsən  Almaniya  cəbhəsində  bir  çox  döyüĢlərdə 
oldum.  Fəqət  sizin  qədər  qəhrəman  əsgərlərə  nadir  hallarda  təsadüf  etmiĢəm.  Siz 
mənim  ümidlərimi  qüvvətləndirdiniz.  Siz  canınızla  gənc  Azərbaycan  ordusunun 
namusunu layiqincə müdafiə etdiniz. EĢq olsun sizə və sizə döĢlərindən süd verən 
analara! 
Əsgərlər  sevimli  komandanlarını  “YaĢasın  Azərbaycan!”  sözlərilə 
alqıĢladılar. 
Ürəyini  boĢaldan  nazir  xeyli  sakitləĢdi.  O,  özünü  rahat  və  gümrah  hiss 
edirdi. Sıradakı əsgər və zabitlərə yaxınlaĢır, həmsöhbət olur və hal-əhval tuturdu. 
Mehmandarov  cavan,  sir-sifətdən  göyçək  zabiti  göstərib  nəsə  soruĢdu.  General 
Həbib bəyin iĢarəsilə həmin zabit nizami addımlarla qabağa çıxıb dedi: 

116 
 
-  Möhtərəm  Səməd  paĢa,  mən  Qafqaz  Ġslam  ordusundan  könüllü  olaraq 
Sizdə  yardımçı  qaldım.  Çünki  dilimiz  bir,  inancımız  bir,  tariximiz  də  birdir. 
Azərbaycan həm sizin, həm də bizim Vətəndir. 
- Ġsminiz nədir? - nazir maraqla soruĢdu. 
- Əfv edin,  günahkar bəndəyəm, unutdum, daha doğrusu, ĢaĢırdım. Ġsmim: 
yarbay Ġsmayıl Həqqi əfəndidir. 
General Həbib bəy Səlimov nazirə bir az yaxınlaĢıb əlavə etdi: 
-  Cənab  nazir,  yarbay  əfəndi  yaxĢı  Ģərqilər  qoĢur.  DöyüĢlərarası  fasilədə 
əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraqlı söhbətlər eləyir. Hər gün 
də yarım saat özü yazdığı marĢları əzbərlədir. 
Nazir səmimiyyətlə: 
-  Afərin,  -  dedi,  -  bu  da  gərəkdir,  çox  gərəkdir.  Yüz  illik  rus 
hakimiyyətindən azad olunmuĢ türk xalqlarına xatırlatmaq lazımdır ki, biz həmiĢə 
boyunduruq  altında  olmamıĢıq.  Hətta,  Avropa  və  Asiyaya  öz  tələblərimizi  diktə 
etmiĢik.  Xalq  özünün  ümumdünya  tarixinin  səhifələrində  yazılmıĢ  Ģanlı,  mübariz 
keçmiĢini bilməlidir. Əgər düĢmənə qalib gəlmək istəyirsənsə, xalqda sağlam milli 
hissləri oyatmalısan. Cənab yarbay, evlisinizmi? 
- Xeyr, hələ subayam. 
- Nə oldu, briqada komandanı Həbib bəy - subay, diviziya komandiri Cavad 
bəy - subay, batareya komandiri Bəhram bəy - subay, siz də subay... Canım, atın bu 
subaylığın daĢını. 
Ġsmayıl Həqqi əfəndi: 
- Möhtərəm paĢam, - dedi - məstəvsiz gavurların axırına çıxaq, sonrasına... 
Nazir general Həbib bəydən soruĢdu: 
- Yarbay Ġsmayıl Həqqi əfəndi harada yaĢayır, Bakıda? 
- Xeyir, cənab nazir, ġəkini özünə vətən kimi qəbul edib. Bu da, bilirsiniz, 
kimə görədir? O, Bəhram bəyin çox yaxın dostudur. 
- Çox əla, çox pakizə, - deyib nazir dübarə sorğu-suala baĢladı: 
- Yarbay Ġsmayıl Həqqi əfəndi, cəlallı Ġstambul üçün darıxmırsınız ki? 
-  Xeyir,  mən  öz  Vətənim  Azərbaycandayam,  Mən  Qeysər  Ģəhərində 
dünyaya gəldim. Ġstambulda az, lap az yaĢamıĢam. Qafqazda çox yerlərdə oldum. 
Dərbənddə,  Teymurxan-ġurada,  Axtıda,  Hətta,  Ġmam  ġamilin  köyünə  də  getdim. 
Amma oralarda bənd almadım. Çünki oralarda Ġslama, müqəddəs dinimizə, hörmət 
görmədim,  orda  ĢiĢpapaq  bolĢeviklər  yabançı  təbliğatlar  aparırlar.  Ötən  il  dostum 
Bəhram  bəy  məni  ġəkiyə  qonaq  apardı.  ġəkini  Vətən  kimi,  Bəhram  bəyi  qardaĢ 
qədər sevdim, yenə sevəcəm. Oradan ev də aldım.  
 
 
 
 

117 
 
DÜġMƏN TƏSLĠM OLMAYANDA... 
 
Mehmandarovun gəliĢinə yığıĢanlar çəkilib getdilər. Otaqda nazirdən baĢqa 
üç nəfər qalmıĢdı: qubernator Xosrov bəy Sultanov, general Həbib bəy Səlimov və 
polkovnik  Bəhram  bəy  Nəbibəyov.  Nazir  qonaq  üçün  ayrılmıĢ  otağın  bürkülü 
havasından  darıxdı.  Üzrxahlıq  edib  yan  otağa  keçdi.  Bir  azdan  ev  qiyafəsində 
qayıdıb: 
-  Qafqazda,  hər  yer  gözəldir!  -  dedi  -  Amma  mənim  Vətənim,  dədə-baba 
torpağım Qarabağın füsunkar təbiətinin tayı-bərabəri yoxdur. Əlli ilə yaxın ondan 
cismən ayrılsam da ruhən  həmiĢə Qarabağlı olmuĢam. Uzaq ġərqdə, Port-Arturda 
və  VarĢavada  da  olanda  həmiĢə  onu  xatırlayıb,  istəmiĢəm.  Ən  böyük  arzum 
istefaya  çıxıb  ömrümün  axırına  kimi  ġuĢada  yaĢamaq  olub.  Atam  rəhmətlik  bu 
Ģəhəri övladı qədər sevərdi. 
Sonra  üzünü  qubernator  Xosrov  bəyə  tutub  dedi:  -  Sənə  qibtə  eləyirəm 
qardaĢım.  Bilirəm  ki,  bu  namərd  daĢnakların  öhdəsindən  Qarabağ  general-
qubernatoru kimi bircə sən gələ bilirsən. Çünki sən, üzünə demək olmasın, hünər, 
əməl, iĢ adamısan. Nəsə, bu təhlükədən də sovuĢduq... 
Mehmandarov  bu  tərifləri  Xosrov  bəy  haqqında  nahaq  yerə  demirdi.  Ötən 
ilin  yayında  Qarabağda  hay-küy  qaldıran  daĢnakları  yenə  Xosrov  bəy  dizə 
çökdürmüĢ  və  onları  silah  gücünə  Azərbaycan  hökumətini  tanımağa  məcbur 
etmiĢdi.  Hətta  ġuĢadakı  gizli  daĢnak  komitəsinin  üzvlərini  qovub  ərazidən 
çıxartmıĢdı.  Əllərindən  bir  iĢ  gəlməyən  daĢnaklar  bolĢevik  əhval-ruhiyyəli 
müsəlmanların  köməyilə  səs  yaymıĢdılar  ki,  Hərbiyyə  naziri  Xosrov  bəyi  geri 
çağıracaq.  Bu  Ģayələri  kəsmək  üçün  Üzeyir  bəy  Hacıbəyov  “Azərbaycan” 
qəzetində (24 iyun 1919 il) yazırdı:  
“Həqiqətən,  Xosrov  bəy  Qarabağ  üçün  ən  münasib  bir  rəisdir.  Qarabağ 
həyatına tamamilə aşna olan bu zat sağlam bir vücudə malik olan kimi sağlam və 
salamat politika yeridən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini 
xüsusi  surətdə  nəzərdə  tutan  bir  zatdır.  Ermənilər  Qarabağda  qəsdən  süni 
iğtişaşlar  çıxarmaqla Qarabağ  general-qubernatorunu baş komandanlıq gözündə 
ləkələmək  istəyirlər.  Əgər  Qarabağ  müsəlmanları  arasında  böyük  və  layiqli  bir 
nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan Xosrov bəy 
Qarabağın  hökuməti  başında  olmasa  idi,  burası  Azərbaycanın  cənnəti  hesab 
olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital ocağı olmuşdu”. 
Dəmir  çarpayıda  mütəkkəyə  dirsəklənən  nazir  astadan  yorğun-yorğun 
danıĢırdı.  Onun  səsindəki  yaĢlı  adamlara  məxsus  kövrəklik  həmsöhbətlərinin 
diqqətindən yayınmamıĢdı. 
- AltmıĢ dörd yaĢım var, - deyirdi general, xoĢbəxtəm ki, ömrümün sonunda 
bir əsgər  kimi  vətənimə gərək oldum. Sonra birdən nəyisə xatırlamıĢ kimi oldu.  - 
Balam,  elə  təkcə  mən  danıĢıram.  Bəs  siz?  Mən  Bakıdan  sizi  eĢitməyə  gəlmiĢəm. 
Bayaq  Əskərandan  qayıdanda  Həbib  bəydən  soruĢdum  ki,  Dəli  Qazar  əməliyyatı 

118 
 
necə  olub,  təfsilatı  ilə  bir  danıĢ  görüm.  O  da  cavab  verdi  ki,  həmin  əməliyyatı 
polkovnik Bəhram bəy aparıb, o da Sizə danıĢacaq. Hə, Bəhram bəy eĢidirik səni. 
Ayaq üstə dayanan Bəhram bəy gözləmədiyi sualdan qıpqırmızı oldu. 
Nazir: 
DanıĢ,  -  dedi,  bura  çəkinməyin  yeri  deyil.  Bu  qələbənin,  əgər  belə  demək 
mümkünsə, qəhrəmanı sənin batareyandır. 
General Həbib bəy dostunun sıxıldığını görüb onun köməyinə gəldi. 
- DaĢbaĢı yüksəkliyi uğrunda döyüĢlərdə artilleriyanı susduran Bəhram bəy 
əvvəlcə məni hövsələdən çıxartmıĢdı. Yavərim tez-tez xatırladırdı ki, Bəhram bəy 
deyir tələsməsin. Dəli Qazarsa elə  hey irəliləyirdi. Onu da  deyim  ki, Bəhram bəy 
batareyasını  çox  böyük  məharətlə  meĢənin  ətəyində  gizlətmiĢdi.  Sanki  düĢmən 
qarĢısında  heç  nə  yox  idi.  Dəli  Qazarın  süvari  dəstəsi  də  inamla  irəliləyirdi. 
Bəhram  bəy  susur,  düĢmən  irəliləyir,  dözmək  olmur,  az  qala  ürəyim  partlayırdı. 
Nəhayət,  dözməyib  bunların  mövqeyinə  gəldim.  Mənə  iĢarə  verdi  ki,  narahat 
olmayın.  KəĢfiyyat  xəbər  gətirib  ki,  ermənilərin  toplarının  əksəriyyəti  sıradan 
çıxıb, atmır. Biclik eləyib yararsız topları da özlərilə gətirirlər. Necə deyərlər, bizə 
“xox”  gəlirlər.  Təxminən  səkkiz-on  dəqiqə  keçdi.  Bax,  indi  vaxtdır,  -  deyib, 
Bəhram  bəy  var  səs  ilə  komanda  verdi:  “Ġrəli,  mənim  tərlanlarım,  irəli,  anamız 
Azərbaycan uğrunda!” 
DöyüĢə  bir  qasırğa  kimi  baĢlayan  batareya  güllə  yağıĢı  altında  düĢmən 
üstünə Ģığıdı. Heç yarım saat çəkmədi erməni süvarisi yavaĢ-yavaĢ geri çəkilməyə 
məcbur  oldu.  Quba  batalyonunun  bir  rotası  və  Zaqatala  alayının  xeyli  hissəsi 
düĢmənə  yandan  və  arxadan  göz  açmağa  imkan  vermədi.  -  Dəli  Qazarın 
süvarilərindən otuz-otuz beĢ adam ancaq qaçıb canını qurtara bildi. Ortada beĢ-altı 
nəfərlə  sağ  qalmıĢ  Dəli  Qazar  yaralı  heyvan  kimi  bağırırdı.  Bəhram  bəyin  səsini 
eĢidib daha da qəzəbləndi. 
Nazir maraqlandı: 
- Necə, danıĢırdılar, yəqin ki, rusca?.. 
- Yox, əksər sözləri Bəhram bəy o itin öz dilində deyirdi. Düzü çoxunu baĢa 
düĢə bilmirdim. Bir onu görürdüm ki, insanın tələyə düĢməsi necə də böyük fəlakət 
imiĢ. EĢitmiĢdim ki, suda boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi 
erməni generalı. 
Nazir cəld bir hərəkətlə baĢını qaldırıb: 
- Axı, nə deyirdin Bəhram bəy, sən ona?.. 
-  Kutaisi  realni  məktəbində  oxuyanda  onların  dilini  öyrənmiĢdim.  Əvvala, 
mən ona təklif elədim ki, təslim olsun, uĢaqlara da tapĢırdım ki, hələ atmayın, onu 
diri  tutmaq  istəyirəm.  Gördüm  ipə-sapa  yatmır,  yalandan  dedim  ki,  zavallı,  sənin 
əsgərlərinə əvvəlcədən danıĢıb səni satın almıĢam. Səni özününkülər satıb. Təslim 
olmalısan... 
General Həbib bəy Səlimov: 
- Cənab nazir, eynilə bir teatr səhnəsi... 

119 
 
Nazir: 
- Dayan, dayan, Həbib bəy, qoy özü danıĢsın.  
Bəhram bəy davam elədi: 
-  Dedim,  təslim  olmursansa  onda  belə  çıxır  ki,  özünü  müsəlman  əsgərinin 
gülləsilə ölməyə məhkum eləmisən. 
-  Gözəl  demisən,  əhsən  sənə.  Bax,  görürsünüzmü  peĢəkar  hərbçi  olmaq 
budur.  Bu  əclafın  döyüĢ  ruhu  varmıĢ,  qəsbkarlıq  iĢtahı  da  varmıĢ,  amma  döyüĢ 
qabiliyyəti  yoxmuĢ.  Yalançı  general  olduğunu  dar  macalda  biruzə  verib.  Heç  bir 
xidməti  olmadan  aldığı  general  rütbəsi  onu  iĢtahlandırıb  ölümə  gətirib.  Belə 
adamdan yalnız döyüĢçü kimi istifadə etmək olardı. Hə, maraqlıdır, sonra nə oldu? 
Bəhram bəy: 
-  Dəli  Qazar  yalvarırdı  ki,  icazə  verin  çıxıb  gedim.  Dilcanda,  bir  də 
Qarabağda  görünsəm,  atama  nəhlət.  UĢaq  aldadır.  Gəldim  Həbib  bəyin  yanına. 
SoruĢdum ki, nə etməliyəm, əsgərlərim də qana susayıblar, öldürmək istəyirlər. O 
da yek kəlmə ilə cavab verdi: 
Susdurun! Biz də tapĢırığı əməl elədik. 
Səməd bəy Mehmandarov: 
- Düz eləmisiniz - dedi, - düĢmən təslim olmadıqda onu məhv edərlər. 
 
GENERAL SƏMƏD BƏY NARAHATDIR... 
 
Qapı  astadan  döyüldü  Səməd  bəy:  “buyurun”  deyənə  kimi  qapıya  yaxın 
olan polkovnik Bəhram bəy irəli yeridi. Qapıda mehriban üzlü, qıvraq geyimli bir 
gənc  zabit  “çay  hazırdır,  icazə  verin  gətirim”,  -  deyib  əli  padnoslu  içəri  keçdi. 
Divara söykəndilmiĢ çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaĢdırdı. 
Səməd  bəy  mütəkkəni  kənara  qoyub,  çarpayıda  oturdu.  Çay  gətirən  gənc  zabit 
dərhal dabansız ev ayaqqabılarını cütləyib onun ayaqlarının yanına qoydu. Səməd 
bəy  mehribanlıqla  zirək  zabitə  baxıb  ürəyində  “afərin”  -  dedi.  Üzü  pörtmüĢ  gənc 
zabit stəkanlara çay süzüb, stolun qırağındakı çaynikin üstünə qalın dəsmal tutdu. 
“Ġcazə  verin  mürəxxəs  olum”.  Nazir  hələ  də  xoĢ  təbəssümlə  onun  hərəkətlərini 
izləyirdi. 
General Həbib bəy: 
- Azadsan, - dedi. Amma uzaq getmə... 
Gənc zabit çıxan kimi Səməd bəy onun davranıĢını, səliqəli geyimini və əsl 
zabit yaraĢığını təriflədi: 
- Bəzi rus Ģovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan hərbçi olmaz. 
Buyursun,  baxsın,  belə  yaraĢıqlı  zabiti  rus  ordusunda  çıraqla  da  axtarsan 
tapmazsan.  Ġlyarımlıq  fəaliyyəti  dövründə  ordumuzda  qabiliyyətli  zabit  yetiĢibsə, 
rus ordusu kimi üç yüz il yaĢı olsaydı gör nələrə qadir olardıq. 
O dərindən köks ötürdü: 

120 
 
-  Qoyurlar  ki.  Yağlı  tikə  olan  Azərbaycana  hərə  bir  caynaq  atır.  Denikin 
rədd olub getdi. Ġndi də bu bic bolĢeviklər cənuba qoĢun yeritmək həsrətilə minbir 
oyundan çıxırlar. Dağıstanda, ġimali Qafqazda kazaklarla dağlıların arasına təfriqə 
salıb toqquĢdururlar. Bu, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir. 
-  Səməd  bəy,  Sizcə  Denikin  yenidən  Qafqazda  peyda  ola  bilərmi?  - 
qubernator Xosrov bəy Sultanov çəp gözlərilə
16
 Səməd bəyə baxıb soruĢdu. 
- Yox, heç vaxt! BolĢeviklər artıq onun mahnısını oxudular... Denikinin iĢi 
bitdi.  -  Üzündə  təbəssüm  yox  olan  Səməd  bəy  sonra  nifrət  hissiylə  əlavə  elədi: 
BolĢeviklər  elə  toxumdur  ki,  onlar  hara  yerisələr  orda  yüz  il  ot  bitməz.  Bu  saat 
Volqa boyunda və Sibirdə vətəndaĢ müharibəsi aparan Kolçak cənablarını da belə 
bir tale gözləyir. 
-  Əsir  aldığımız  ermənilər  deyirlər  ki,  sizə  qarĢı  ağqvardiyaçı  Denikinlə 
birləĢmək  istədik,  baĢ  tutmadı  -  polkovnik  Bəhram  bəy  Nəbibəyov  söhbətə 
qoĢuldu. - Gec-tez bolĢeviklərlə əlbir olub Azərbaycan adlı müstəqil respublikaya 
divan  tutacağıq.  KeĢiĢkənd  uğrunda  qanlı  döyüĢlər  gedəndə  ermənilərin  çoxusu 
sərxoĢ  idi.  Podpolkovnik  Rəfibəyovun  və  polkovnik  Levestamın  əsir  götürdüyü 
ermənilər də bu barədə çox sayaqladılar. 
Səməd bəy Mehmandarov: 
- BolĢeviklər Bakıda yaĢayıb iĢləyən rus fəhlələri və müsəlman bolĢevikləri 
arasında  güclü  təbliğat  aparıb  Azərbaycan  milli  hökumətinə  və  bu  hökuməti 
istəyənlərdə  nifrət  hissi  yaratmağa  çalıĢırlar.  Bu  gün  də  içimizdən  təmizləyə 
bilmədiyimiz  agent  və  Ģpionların  sayəsində.  Bir  həftə  əvvəl  Gəncədə  agent 
Smıslovun  təxribatçı  qrupunu  həbs  etdik.  Bu  dəstədə  kimlər  vardı?  Bakıda  BaĢ 
Qərargahda çalıĢan, adını çəkmək istəmirəm - bir nəfərin zövcəsi Nelli ÇernıĢova, 
Stanislav  Zuber  və  baĢqaları.  Hamısı  bizim  əleyhimizə  iĢləyib.  Görünür,  bizim 
əkskəĢfiyyat və daxili orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər... 
Mənim aldığım məlumata görə bolĢeviklər Ermənistanda baĢqa cür təbliğat 
aparır.  Onlar  ermənilərə  canıyananlıqla  bildiriblər  ki,  Siz  nə  Azərbaycansınız,  nə 
də  Gürcüstan.  Siz  Ġran,  Türkiyə  və  Azərbaycan  kimi  müsəlman  ölkələri  arasında 
boğulursunuz.  Biz  Sizə  Türkiyə  və  Azərbaycandan  torpaq  qopartmaqla  ərazinizi 
böyüdüb  tam  dövlət  müstəqiliyinizə  zəmanət  veririk.  Görürsünüzmü,  bolĢeviklər 
özlərinin  ikiüzlü,  xəbis  siyasətlərilə  ġimali  Qafqazı  və  Dağıstan  dağlılarını  fəth 
edib, indi də murdar əllərini bizə - cənuba tərəf uzadırlar. 
General Həbib bəy Səlimov ikrah hissi ilə: 
-  Rusların  bu  ikiüzlü  siyasəti  bizi  təngə  gətirib  -  dedi.  -  Siz  ötən  həftə 
Gəncədə  olanda  müavininiz  general  ġıxlinskiyə  ermənilərin  Qarabağdan  qovub 
çıxartmaqla arxayınlaĢmamaq barəsində bir məlumat göndərmiĢdim. Yəqin ki, Sizə 
çatdırıb.  ġuĢa  və  Xankəndindəki  CavanĢir  alayının,  Quba  alayının,  bir  də  Tatar 
                                                           
16
  1917-ci  ildə  Bakıda  məhĢur  bir  ağanın  qoçusu  ilə  mübahisədən  sonra  bir-birinə  güllə  atıblar.  Qoçu 
Xosrov bəy Sultanova sol gözündən xətər yetirib. Bundan sonra gözü çəp qalıb – ġ.N. 
 

121 
 
süvari alayının sayını artırmaq Ģərtilə qvardiyanın da sayını çoxaltmalıyıq. Çünki, 
əsir  alınan  ermənilər  desə  də,  deməsə  də  daĢnaklar  Qarabağ  iĢtahı  ilə  yaĢayırlar. 
Mənim  zənnimə  görə  onlar  mütləq  bolĢeviklərlə  birləĢib  məhz  Qarabağa  hücum 
edəcəklər. 
Yorğun və əsəbi Səməd bəy Mehmandarov: 
-  Məncə,  -  dedi  -  hələlik  ġəki  və  ƏrəĢ  alaylarını  da  burada  saxlamalıyıq. 
Polkovnik  Seyfulla  Qacarın  alayını  isə  Qazaxa  göndərin.  Ordan  da  həyəcanlı 
xəbərlər  gəlir.  Əmir  xan  Xoyskinin  məlumatına  görə  ermənilər  sərhəd  kəndi 
Kəmərliyə və Tatlıya hücuma hazırlaĢırlar. 
Dostları  gedəndən  sonra  Səməd  bəy  yata  bilmədi.  Yuxusu  ərĢə  çəkilmiĢ 
nazir oturduğu yerdə xeyli fikrə getdi. Gərgin düĢüncələr onu ağır məngənə  kimi 
sıxırdı.  Günorta  üstü  polkovnik  Bayram  bəyin  batareyasında  olan  Ģən  əhval-
ruhiyyəsindən  elə  bil  onu  illər  ayırınıĢdı.  Dirsəyini  mütəkkəyə  söykədi,  göz 
qapaqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyəcandan boynunun 
damarları, əlləri titrəyirdi. Durub pəncərənin qabağına gəldi. AĢağılarda, Ərimgəldi 
təpəsindəki evlərdə təkəm-seyrək iĢıqlar yanırdı. Uzaqdan qəfil güllə səsi eĢidildi. 
Ġtlər  dərhal  ağız-ağıza  verib  hürüĢdülər.  Səməd  bəy  pəncərəyə  yanakı  durub 
Mehmandarovların  dədə-baba  mülkünə  baxmaq  istədi.  Heç  nə  görə  bilmədi. 
Birdən xatırladı ki, o, tamam baĢqa səmtdədir. “Sabah mütləq ora gedəcəm”, - deyə 
fikirləĢdi. “Mütləq,  yoxsa atam  Sadıq bəyin, babam qatırçı Muradın ruhu  məndən 
inciyər.  Ya  qismət,  bir  də  nə  yaxt  gələcəm,  ġuĢaya  allah  bilir”...  Fikir-xəyal  ona 
aman vermirdi. Ġllah ki, bolĢeviklərin Azərbaycana soxulmaq iddiası. – Dünyanın 
iĢinə  bax  ki,  Bakıda  yaĢayan  rus  fəhlələri  özlərini  Ģəhərin  mütləq  sahibi  kimi 
aparırlar.  Onların  hamısına  malçiĢka  Əlheydər  dil  verir.  Cəfər  Babayev  kimisini 
Qusara  göndərib alayda bolĢevik təbliğatı apartdırır. Kimin fitvası  ilə? - Mikoyan 
kimi daĢnakın. Niyə bolĢeviklər bu millətə sərbəst, müstəqil yaĢamağı günah hesab 
edir?  Qayıdan  kimi  belələrini  həbs  elətdirib  ciddi  rejim  altında  saxlamaq  barədə 
sərəncam  verməliyəm.  Yoxsa...  Əlheydər  kimi  bolĢeviklər  rus  fəhlələrini 
öyrətməklə,  özümüzün  bəzi  nadanlarımızı  da  baĢdan  çıxarır.  Bu  da  fitilə  od 
vurmaq kimi bir Ģeydir. Mübarizə aparmalıyıq. Kim gəlir gəlsin, qabağına silahla 
çıxmalıyıq. DöyüĢməliyik, vəssalam!” 
Orta  boylu,  ağ  saçlı,  ağ  saqqallı,  səsində  və  sifətində  hərbçi  zəhmi  olan 
altmıĢ dörd yaĢlı general Səməd bəy Mehmandarov gecənin qaranlığında xalqının 
taleyini fikirləĢməkdən yumağa dönmüĢdü. Qəzəb və hiddət hissi onu boğurdu. 
Ġki addımlıqdakı Köçərli  məhəlləsində  xoruzlar səs-səsə  verdi.  Bikef nazir 
gözucu  stolun  üstündəki  zəncirli  saatına  baxdı.  Gözlərinə  inanmadı,  pensnesini 
taxıb  təəccüblə  dodaqlarını  bir-birinə  sıxdı.  Saat  dördə  on  dəqiqə  qalırdı.  Canı 
ağrıyan, narahat Səməd bəy çarpayısına tərəf getdi… 
 
 
 

122 
 
30-cu ĠL ġƏKĠ ÜSYANI 
(Polkovnik Bəhram bəy Nəbibəyovun 
ömür yolundan səhifələr) 
 
Sovet  çekistlərinin  dili  ilə  desək,  “Nuxa-Zaqatala  banditizm  üsyanı”  məni 
çoxdan  düĢündürürdü.  DüĢünürdüm  ki  necə  ola  bilər  ki,  səkkiz  rayonun  əhalisi 
ayağa  qalxıb  hakimiyyətə  qarĢı  üsyan  etsin,  sonra  da  onlar  “bandit” 
adlandırılsınlar.  Qəribədir  ki,  1920-ci  il  aprel  çevriliĢdən  əvvəl  həmin  ərazilərdə 
çar  hökumətinə  qarĢı  olmuĢ  üsyanlara  görə  sovet  hökuməti  özünün  tarix 
kitablarında  xalqa  haqq  qazandırır  və  çar  üsuli-darəsini  tənqid  edir.  Bu  mənada 
1806-cı ildə AĢağı Göynük kəndlərində, 1830-cu ildə Car Balakəndə, 1838-ci ilin 
avqustunda  ġəkidə  MəĢədi  Məmmədin  baĢçılığı  ilə,  1863-cü  ildə  Hacı  Murtuzun 
baĢçılığı  ilə  Zaqatalada  olan  üsyanlarda  xalqa  bəraət  qazandırılır.  Amma  yüz  il 
sonra  sovetlər  quruluĢunda  ac-yalavac  saxlanan  xalq  üsyana  qalxıb  haqqını  tələb 
etdiyinə görə səkkiz rayonun əhalisinə “bandit” damğası vurulur? 
Mən  bir  neçə  ildir  ki,  vaxt  tapdıqca  ġəki  üsyanını  arxiv  sənədləri  əsasında 
öyrənirdim.  Respublika  Mərkəzi  Dövlət  və  Milli  Təhlükəsizlik  Nazirliyinin  arxiv 
sənədləri  ilə  “silahlanıb”,  ötən  ilin  oktyabr  ayında  ġəkiyə,  yerli  ağsaqqal  və 
ağbirçəklərlə görüĢə getdim. Balakən, Qax, ġəki, Zaqatalanın kəndlərini gəzib çox 
qiymətli fotoĢəkillər, sənədlər və xatirələr topladım. 
 
*   *   * 
 
Milli Təhlükəsizlik Nazirliyinin arxiv sənədlərinə əsasən “Nuxa – Zaqatala 
banditizm  üsyanı”nın  baĢçısı  üç  nəfər  olmuĢdur:  BaĢ  ġabalıdlı  Molla  Mustafa 
ġeyxzadə, ġəki rayon hərbi komissarı polkovnik Bəhram bəy Nəbibəyov və qaxlı 
Sadıq bəy Balacayev. 
Üsyan məğlub olandan sonra istintaq Molla Mustafa ġeyxzadəyə 1933-cü il 
avqustun  10-da  güllələnmə  kəsmiĢ,  lakin  hökm  icra  olunmamıĢdır.  Sənədlər 
göstərir  ki,  1934-37-ci  illərdə  o,  Solovetsk  adalarından  və  sonralar  Bakı 
türməsindən ailəsinə məktub yazmıĢdır. Molla Mustafa ġeyxzadənin əllinci illərdə 
də  sağ  olmasını  sübut  edən  ikinci  dəlil  1956-cı  ilin  yazında  Mir  Cəfər  Bağırovun 
məhkəməsində  Ģahid  kimi  dindirilən,  həmin  ərazidə  müvəkkil  iĢləyən  Hacı 
Məmməd Padarovun məhkəmədə verdiyi ifadədir. 
1956-cı ildə M.C.Bağırovun məhkəməsində dindirilən Ģahid Hacı Məmməd 
Padarov demiĢdir: 
-  Azərbaycan  SSR  DTN  istintaq  Ģöbəsinin  rəisi  iĢlədiyim  dövrdə 
vətəndaĢların Bağırov və Yemelyanovun göstəriĢi ilə çoxlu miqdarda qeyri-qanuni 
həbsə alınmasının Ģahidi olmuĢam. 
Mənə məlum olan cinayət faktına diqqət yetirməyi zəruri sayıram. 1930-cu 
ildə  Nuxa  -  Zaqatala  zonasının  səkkiz  rayonunda  silahlı  əksinqilabi  üsyan  baĢ 

123 
 
verdi. Həmin üsyanın təĢkilatçısı və baĢçısı ruhani ailəsindən çıxmıĢ  nuxalı  molla 
Mustafa ġeyxzadə idi. Üsyan yatırılandan sonra üsyanın iĢtirakçılarına qarĢı hərbi 
çekist  əməliyyatı  aparıldı.  Fövqəladə  üçlüyün  baĢçısı  Sumbatov-Topuridze  idi. 
Həmin  vaxt  yüzlərlə  adam  həbs  edildi,  güllələndi  və  sürgünə  göndərildi.  Lakin 
mənə məlum olmayan səbəbdən üsyanın təĢkilatçısı ġeyxzadə Molla Mustafa həbs 
olunmadı. 
1932-ci  ilin  fevralında  Azərbaycan  BaĢ  Siyasi  Ġdarəsinin  Balakən  rayonu 
üzrə müvəkkili iĢlədiyim zaman öyrəndim ki, ġeyxzadə Molla Mustafa Tiflisdədir. 
Türkiyəyə  keçməyə  hazırlaĢır.  Mən  Tiflisə  getdim.  ġeyxzadəni  Borçalının  Qızıl 
Hacılı  kəndində  tapdım.  Həbs  edib  Bakıya  gətirdim.  O  vaxtlar  məlum  idi  ki, 
ġeyxzadənin ingilis və türk kəĢfiyyatı ilə əlaqəsi var, üsyanı da onların tapĢırığı ilə 
təĢkil  edib.  Molla  Mustafa  ġeyxzadə  çox  təhlükəli  cinayətkar  idi  və  Sovet 
hökumətinə  qarĢı  törətdiyi  cinayətlər  üçün  güllələnməli  idi.  Mən  ġeyxzadəni 
Bakıya gətirəndən sonra BaĢ Siyasi Ġdarəyə təhvil verdim və bu barədə Sumbatova 
məlumat verdim. Molla Mustafa ġeyxzadənin iĢini BaĢ Siyasi Ġdarənin müstəntiqi 
Zeynal  Əliyevə tapĢırdılar. Mən elə  güman etdim ki,  ġeyxzadə güllələnib. Ancaq 
1937-ci  ildə  öyrəndim  ki,  ġeyxzadə  sağ-salamatdır,  qohum-əqrəbası  ilə 
məktublaĢır.  Mən  heyrətə  gəldim  ki,  üsyanın  sıravi  iĢtirakçıları  (onların  arasında 
elələri  var  ki,  ġeyxzadə  baĢlarını  aldadıb  üsyana  qoĢmuĢdu)  Sumbatovun  əmrilə 
güllələnib,  üsyanın  baĢçısı,  cəsus  isə  sağ  qalıb.  Mən  bu  barədə  Sumbatovla 
danıĢdım.  O  da  özünü  elə  göstərdi  ki,  guya  Molla  Mustafa  ġeyxzadənin  yüngül 
cəza  ilə  yaxa  qurtarması  onu  da  hiddətləndirir  və  söz  verdi  ki,  ġeyxzadənin  iĢinə 
yenidən  baxmaq  üçün  tədbir  görəcək.  Əslində  isə  Sumbatov  bu  söhbəti  gözdən 
pərdə asmaq üçün edirdi, çünki ġeyxzadə hal-hazırda sağ-salamatdır. Onun harada 
yaĢadığı  mənə  məlum  deyil,  ancaq  onu  bilirəm  ki,  Nuxada  yaĢayan  ailəsi  ondan 
məktub alır (M.C.Bağırovun məhkəməsi, iş № 0043). 
Padarov  öz  ifadəsində  Molla  Mustafa  ġeyxzadənin  ingilis  kəĢfiyyatı  ilə 
əlaqəsi  olduğunu  bildirir.  Bu,  tamamilə  yalan  faktdır.  Milli  Təhlükəsizlik 
Nazirliyinin  arxiv  sənədləri  bunu  tamamilə  inkar  edir.  O  ki,  qaldı  Molla  Mustafa 
ġeyxzadənin  “türk  kəĢfiyyatı”  ilə  əlaqəsinə,  bu,  həqiqətən  olub.  Sənədlərdən  və 
həbs  olunan  üsyançıların  istintaq  ifadəsindən  məlum  olur  ki,  Molla  Mustafa  türk 
“Ġstihad”çıları  və  Tiflisdə  yerləĢən  “Türkiyə  komissiyası”  ilə  tez-tez  görüĢərmiĢ. 
Üsyanın  da  ideya  rəhbərliyi  Tiflisdə  və  ġəkidə  gizli  fəaliyyətdə  olan  “Ġttihadi-
Tərəqqi” partiyası olub. Həmin partiyanın baĢçısı türk Ġsmayıl Həqqi idi. 
Tala  kənd  sakini  Süleyman  Süleymanov  1921-ci  ildən  AzK(b)P  üzvü  idi. 
O, bu il (1930-cu il) aprelin 6-da Tiflisdəki gizli “Türkiyə komissiyası” təĢkilatına 
belə bir ərizə ilə müraciət etmiĢdir: 


Поделитесь с Вашими друзьями:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə