ĠƏMĠstan nəZĠRLĠ


“Ərizəmlə  bildirirəm  ki,  mən  1921-ci  ildən  Kommunist  partiyasının



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/24
tarix05.03.2017
ölçüsü2,8 Kb.
#10120
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

“Ərizəmlə  bildirirəm  ki,  mən  1921-ci  ildən  Kommunist  partiyasının 
üzvü  olmuĢam.  Təəssüf  ki,  Kommunist  partiyasının  mahiyyətini  baĢa 
düĢməmiĢəm. Ġndi isə görürəm ki, bu partiya həqiqətin və inamın düĢmənidir. 
Mən Allahın varlığını danan kompartiyanın fikri ilə razı deyiləm. Söz verirəm 

124 
 
ki,  sovet  hökumətinin  əleyhinə  iĢləyəcəm  və  Ġslamın  təntənəsi  üçün  var 
qüvvəmlə  çalıĢacam.  Bütün  varlığımla  söz  verirəm  ki,  Türkiyə  hökumətinin 
varlığı və Ģərəfi uğrunda  çalıĢacağam”. 
Həmin  vaxtlarda  səs  yayılmıĢdı  ki,  Qabaqçöl  kəndində  yeddi  min  türk 
əsgəri  gəlib, onlar meĢədə saxlanılır, üsyanın baĢlanmasını gözləyirlər. Yalamada 
isə səkkiz min nəfərdir. Atatürk artıq Bakını alıb, özü də ordadır. 
“Xalqlara  Azadlıq  Partiyası”nın  “xalqçılar  fraksiyası”  BaĢ  Göynükdə 
yerləĢirdi. Onun sədri Molla Mustafa ġeyxzadə idi. Fraksiyanın 450-dən çox üzvü 
vardı. 
Üsyan aprelin 12-nə planlaĢdırılıb, lakin baĢ tutmayıb, 13-də baĢlayıblar. 
Aprelin  11-də  BaĢ  Göynüklü  Eyvaz  kiĢinin  evində  silahlı  üsyan  haqqında 
son yığıncaq olub. Burada M.M.ġeyxzadə, üç nəfər Göynüklü qaçaq, iki ləzgi, iki 
erməni,  Həmid MaĢiyev  və baĢqaları iĢtirak ediblər (həbs  olunan  və güllələnənlər 
arasında ermənilər yoxdu, görünür, ÇK iĢçisi olublar). 
Molla Mustafa ġeyxzadə deyib: “Sovet  hökuməti devrilməlidir. Üç aydır 
ki, mən hazırlıq iĢi aparıram. Türkiyənin Batumdakı konsulu razılıq verib ki, may 
ayında türk ordusu Azərbaycanı alacaq”. Sonra ġeyx atasının məzarına and içib ki, 
sözlərimə məsuliyyət daĢıyıram, aldığım məlumat dəqiqdir. 
Kompartiya  üzvü  MaĢiyev  Həmid:  “Bu  günə  qədər  kor  və  kar  olub, 
bolĢeviklərə inanmıĢam. Dini və böyük Allahı inkar eləmiĢəm. Ġndi peĢmanam, söz 
verirəm ki, bu gündən üsyançılara əlimdən gələn köməyi edəcəm. Millət və Ġslam 
dini uğrunda bolĢeviklərə qarĢı son nəfəsimə qədər vuruĢacağam”. 
 
*  *  * 
 
Qax rayonu ərazisində üsyanın baĢçısı olan Sadıq bəy Balacayev isə 1930-
cu il iyulun 16-da həbs olunub güllələnmiĢdir. 
Üsyanın  üçüncü  -  əsas  baĢçısı  polkovnik  Bəhram  bəy  Nəbibəyov  isə 
Bideyiz  kəndinin  yanındakı  Buxdur  dağında  ÇK-nın  qoĢunları  ilə  ölüm-dirim 
döyüĢlərində 1930-cu ilin iyul ayında həlak olmuĢdur. Arxiv sənədləri və ayrı-ayrı 
ağsaqqallar  Ģahidlik  edir  ki,  üsyan  heç  də  sovetlərin  dediyi  kimi  “banditizm” 
üsyanı deyildi.  Bundan əvvəl də BaĢ Göynük kəndində, ġəkidə və Azərbaycanın 
hər  yerində  Ģura  hökumətinin  ağır  rejiminə  qarĢı  üsyanlar  olub.  1920-ci  ilin 
mayından  Qarabağda,  Qazaxda,  Zaqatala  və  Qubada  Azərbaycan  xalqı  üsyankar 
səsini  qaldırmıĢdı.  1924-cü  il  aprelin  3-də  Tiflisdə  olan  Azərbaycan  xalq 
komissarlığı sovetinin sədr müavini Mir Cəfər Bağırov “Zarya Vostoka” qəzetinə 
verdiyi müsahibəsində demiĢdi: 
- Cinayətkar dəstələr üç ildən çox gənc sovet respublikamızın quruculuğuna 
mane  olurdular.  1920-ci  ilin  yazında  Gəncədə,  Zaqatalada,  Qarabağda  və  baĢqa 
rayonlarda  üsyan qaldırdılar. 1922-ci  ilin  may ayında  belə  cinayətkar dəstələrdən 
cəmisi  58-i  qalmıĢdı.  Onların  ümumi  sayı  310  nəfər  idi.  Lakin  ÇK  da 

125 
 
mürgüləmirdi. 1924-cü ilin mart ayında Azərbaycanda çox da gücə malik olmayan 
cəmisi beĢ cinayətkar dəstə qaldı. Mənim Tiflisə gəliĢimdən bir az əvvəl 17 nəfər 
cinayətkar  bandit  hökumətə  təslim  oldular.  Ġndi  respublika  ərazisi  cinayətkar 
dəstələrdən,  həm  də  eser,  müsavat,  monarxist  təĢkilatlardan  tamamilə 
təmizlənmiĢdir. Hətta kəndlilər belə onlarda olan silahı könüllü olaraq təhvil verir 
və iqtisadiyyatın inkiĢafına kömək edirlər. 
Sovet  orqanlarına  inanıb desək ki,  din xadimi  molla Mustafa  ġeyxzadə  və 
var-dövləti  əldən  çıxmıĢ  Sadıq  bəy  Balacayev  üsyan  qaldırıb  xalqı  yoldan 
çıxartmıĢlar. 
Bəs  onda  üçüncü,  əsas  Ģəxs,  ġəki  rayon  hərbi  komissarı  Bəhram  bəy 
Nəbibəyovun  üsyana  baĢçılıq  etməkdə,  əgər  belə  demək  mümkünsə,  “cinayətkar 
dəstələrə” qoĢulmaqda  məqsədi nə idi? Axı Bəhram bəy hərtərəfli təmin olunmuĢ  
Ģəxs idi: vəzifə, rütbə və hər bir imkana malik bəy nəsilli hərbçi. 
Azərbaycan  BaĢ  Siyasi  Ġdarəsinin  sədri  Mir  Cəfər  Bağırovun  və 
Nevernovun imzası ilə 1930-cu il  mayın 12-də 66 səhifə  makina  yazısı  həcmində 
Moskvaya  göndərdiyi  rəsmi  hesabatda  bu  üsyanın  səbəbi  aydınlaĢır.  Oradan  belə 
anlaĢılır ki, yerli raykom və icrakom milis orqanlarının əməkdaĢları, ümumiyyətlə, 
səlahiyyətli vəzifə sahibləri xalqa yeni qurulan kolxozun mahiyyətini düzgün baĢa 
sala  bilməyiblər.  Zaqatala  -  Nuxa  ərazisində  rüĢvətxorluq,  əhalini  yerli-yersiz 
incitmək, səhərdən axĢama kimi ağır zəhmətlə məĢğul olan rəiyyətə qara qəpik də 
verməmək üsyanın alovlanmasına səbəb olmuĢdur. 
Xalqın  bu  ağır  güzəranının  görüb  ürəyi  yanan  imkanlı  Bəhram  bəy 
Nəbibəyov üsyana məhz bu məqsədlə qoĢulmuĢdu. 
Polkovnik Bəhram bəy Nəbibəyov özü də Ģəkili idi. O, 1884-cü il dekabrın 
6-da bəy ailəsində anadan olmuĢdur. Birinci Dünya  müharibəsinin iĢtirakçısı olan 
Bəhram bəy Nəbibəyov 1918-20-ci illərdə məĢhur sərkərdələrimiz Əliağa ġıxlinski 
və  Səməd  bəy  Mehmandarovla  milli  ordu  quruculuğumuzun  təməl  daĢını 
qoyanlardandır. 
Ġlk  təhsilini  Kutaisi  realnı  məktəbində  alan  Bəhram  bəy  1904-cü  il 
sentyabrın  2-də  Peterburqdakı  Konstantin  artilleriya  məktəbini  birinci  dərəcəli 
diplomla  bitirmiĢdir.  Həmin  ildən  Qafqazdakı  iyirminci  Artilleriya  briqadasında 
podporuçik kimi xidmətə baĢlayan Bəhram bəy Nəbibəyov 1909-cu il sentyabrın 7-
də poruçik, 1912-ci il avqustun 31-də Ģtabskapitan rütbəsinə layiq görülüb. 
Bir  il  sonra  üçüncü  batareyanın  komandiri  təyin  olunan  Bəhram  bəy  əlaçı 
zabit  kimi  birinci  Əlahiddə  Qafqaz  ordusunun  qərargahında  artilleriya  rəisinin 
müavini  vəzifəsinə  layiq  görülüb.  1913-cü  ildə  Axalsixe  Ģəhərində  xidmət  edən 
kapitan  Bəhram  bəy  Nəbibəyov  ordudakı  nümunəvi  xidmətinə  görə  “Müqəddəs 
Stanislav” ordeninin üçüncü dərəcəsi ilə təltif olunub. 
Milli ordumuzun yaranmasında əvəzsiz xidmətləri olan Bəhram bəy qardaĢı 
kapitan Vahid bəy və podpolkovnik Hüseyn bəylə birgə 1918-20-ci illərdə erməni 
daĢnaklarına qarĢı igidliklə vuruĢmuĢdur. 

126 
 
Polkovnik  Bəhram  bəy  Nəbibəyovun  və  onun  zabit  qardaĢlarının  hərbi 
fəaliyyəti  barədə  Respublika  Mərkəzi  Dövlət  Tarix  Arxivində  qismən  də  olsa, 
sənədlər  saxlanılır.  1918-ci  il  dekabrın  5-də  yenicə  yaranmıĢ  Azərbaycan 
ordusunun hissələrinə baxıĢ keçirən Hərbiyyə naziri, tam artilleriya generalı Səməd 
bəy  Mehmandarov  kapitan  Bəhram  bəy  Nəbibəyovun  komandir  olduğu  dördüncü 
Dağ  batareyasında  əsgər  və  zabitlərin  hazırlığından  tam  razı  qaldığını  bildirir. 
Nazir  səkkiz  saylı  əmrində  qeyd  edir  ki,  yoxlanıĢ  zamanı  batareya  komandiri 
Nəbibəyovun  əsgərləri  məndə  xoĢ  təəssürat  yaratdı.  Hiss  olunur  ki,  batareya 
komandiri  zabitlərlə  birlikdə  qüsurları  aradan  qaldırmağı  bacarır.  Nəbibəyovun 
qısa  müddətdə  etdikləri  mənə  qəti  inam  verir  ki,  ən  yaxın  vaxtda  bu  batareyanı 
daha  yüksək  səviyyədə  görəcəyəm.  Onun  azsaylı  zabitlərinə  və  kapitan 
Nəbibəyova yorulmaz zəhmətlərinə görə təĢəkkür edirəm. 
General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə 
Nazirliyinə göndərdiyi raportdan: 
-  Bu  gün  saat  13-də  Xanabadın  ucqarı  bizim  partizanlar  tərəfindən  alındı. 
Bakı  alayı  sıldırım  qayalara  DaĢbaĢı  yüksəkliyinə  yanaĢdı:  podpolkovnik 
Nəbibəyov  ermənilərin  təqib  edilməsinə  uymasaydı  və  mövqeləri  dəyiĢməsəydi, 
alayın həmləsi daha uğurlu olardı. 
-  Sol  cinahda  ermənilər  Əsgəranda  ələ  keçirdikləri  iki  pulemyotla  əks 
həmləyə keçdilər. Onları Xanabaddan vurub çıxartmağa və qaçmağa məcbur etdik. 
Artilleriya  əla atırdı, xüsusən  podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, 
ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə 
döyüĢə atılır. 
QoĢunların  əhval-ruhiyyəsi  əladır,  düĢmən  çoxlu  itki  verib,  təkcə 
XaraĢurtda 60-dək erməni meyidi var. 
General Həbib bəy Səlimov. 
Şuşa 10 aprel 1920-ci il 
 
* * * 
 
Podpolkovnik  Bəhram  bəy  Nəbibəyovun  üçüncü  batareyasının  topları 
aramsız döyüĢlər apardığına görə tamamilə yararsız hala düĢmüĢdür. YaxĢı olar ki, 
onlar  1902-ci  il  nümunəli  porĢenli  toplarla  əvəz  olunsun.  Əlavə  batareya  qüvvəsi 
göndərməyinizi xahiĢ edirəm. 
General Həbib bəy Səlimov. 
 
Polkovnik  Bəhram  bəy  Nəbibəyovun  atası  Qasım  bəy  1920-ci  il  aprel 
inqilabına  qədər  uzun  müddət  podpolkovnik  rütbəsində  çar  pristavı  olmuĢdur. 
YaxĢı təhsil almıĢ Qasım bəy on beĢ il Ġrandakı rus səfirliyində çalıĢmıĢ, 1915-17-
ci illərdə isə Türkmənistanda məĢhur general A.N.Kuropatkinin qərargahında ġərq 
dilləri üzrə tərcüməçi olmuĢdur. 

127 
 
1930-cu il iyulun 14-də ġəki sakini Məbud Əli oğlu Ġmamverdiyev üsyanla 
bağlı dindirilərkən demiĢdi: 
- KeçmiĢ çar podpolkovniki  Qasım bəy Sovet hökumətinin düĢmənidir. O, 
bu  hökumətə  qarĢı  əks-təbliğat  aparır.  ġəkidə  və  Türkmənistanda  böyük  mülk 
sahibidir.  Onun  oğlanları  Zahid  bəy,  Bəhram  bəy,  Vahid  bəy  və  Hüseyn  bəy 
həmiĢə yaxĢı vəzifədə olmuĢlar. Bunların hamısı keçmiĢ çar və müsavat ordusunun 
zabiti  idilər.  Doxsan  beĢ  yaĢı  olmasına  baxmayaraq,  Qasım  bəy  yenə  də  hər  il 
Türkmənistana  gedir,  orada  icarəyə  verdiyi  mülkün  pulunu  alır  və  gəlir.  Camaata 
sələmi  ilə  pul  verib,  qazanc  əldə  edir.  Qasım  bəy  fəhlə-kəndli  hökumətinin  çox 
təhlükəli düĢmənidir. 
Üsyandan  sonra  silahdaĢları  ilə  son  gülləsinə  qədər  sovet-çekist  qoĢunları 
ilə  vuruĢub  həlak  olan  polkovnik  Bəhram  bəy  Nəbibəyovun  qardaĢlarını  da  həbs 
edirlər.  Otuz  səkkiz  yaĢlı  Hüseyn  bəyin  və  altmıĢ  yaĢlı  Vahid  bəy  Nəbibəyovun 
hərəsinə  1931-ci  il  martın  2-də  3  il  həbs  cəzası  kəsilir.  Bundan  sonra  təkcə 
hökumət  yanında  gözükölgəli  olan  ziyalı  Nəbibəyovlar  ailəsinin  yox,  həmin 
ərazidə yaĢayan yüzlərlə soydaĢımız günahlı-günahsız güllələnmiĢdir. Təkcə üsyan 
yatırılan  günü  iki  yüz  iyirmi  altı  adam  həbs  olunub,  yüz  səksən  nəfər  güllələnib, 
yüz  əlli  nəfər  yaralanıb,  səkkiz  yüz  altmıĢ  beĢ  nəfər  isə  tutulub  saxlanılıb.  Bir 
sözlə, 37-ci ilin qara günlərinin təməl daĢı qoyulub. 
BaĢ  Göynük  kəndində  ağsaqqal  müəllim  Yaqub  Səmədov  mənə  belə  bir 
əhvalat danıĢıb: 
...Üsyan yenicə yatırılmıĢdı. Amma rus əsgərləri kəndlərə doluĢur, qarĢısına 
çıxan  kiĢiləri,  cavan  günahsız oğlanları sorğusuz-sualsız  güllələyirdilər. Ona  görə 
də  kiĢilərin  çoxusu  qaçıb  meĢələrdə  gizlənmiĢdi.  Əsgərlər  kəndimizə  doluĢanda 
ağsaqqal  həmkəndlimiz  Həbibullah  ġabəddinov  onların  qarĢısına  çıxır, 
canıyananlıqla: 
-  Hara  gedirsiniz,  -  deyir,  bəsdi,  kənddə  kiĢi  qalmadı,  hamısını  qırdınız, 
olub-qalanı  da  meĢələrə  çəkilib,  siz  onları  tapa  bilməzsiniz.  Mən  sabah  gedib 
kəndə qaytararam. Amma söz verin ki, onlara toxunmayacaqsınız... 
-  Aha,  demək,  sən  qoca  da  üsyançılardan  birisən,  -  deyib,  Həbibullah 
ġabəddinovu güllələyirlər. 
Sovet çekistləri günahlı-günahsızı araĢdırmadan bir ucdan kimini həbs edir, 
kimini də güllələyirdilər. 
ġəki üsyanı xalq Ģairi Bəxtiyar Vahabzadənin uĢaqlıq yaddaĢında bu gün də 
yaĢayır: 
-  Üsyan  yatırıldı,  üsyançıların  bir  hissəsi  həbs  edilib  dərhal  güllələndi,  bir 
hissəsi  də  dağlara  çəkilib  qaçaq  oldular.  Bizim  evimiz  Ģəhərin  “YuxarıbaĢ” 
məhəlləsində  dağın  döĢündə  meĢənin  içində  yerləĢdiyindən  qaçaqlar  qapımızı 
döyür,  bizə  və  yaxud  qoĢunlarımıza  pənah  gətirirdilər.  Səhər  açılana  qədər 
xurcunlarını  ərzaqla  doldurub,  yenidən  dağlara,  meĢələrə  çəkilirdilər.  Qaçaqlara 
yardım  edən  “düĢmən”  elan  edilib  dərhal  cəzalandırılırdı.  O  zaman  ġəkidə  milis 

128 
 
rəisi Zahidov familiyalı bir qaniçən idi. Onun hər Ģeyə səlahiyyəti çatırdı. Qaçağa 
çörək  verdiyinə  görə  Zahidov  neçə-neçə  kəndlini  məhkəməsiz,  sübutsuz 
güllələmiĢdi.  Onların  ikisi  atamın  yaxın  dostları  idi.  Qaçağa  yardım  göstərmək 
üstündə  güllələnənlərdən  biri  də  Ģəhərin  ən  hörmətli  ağsaqqallarından  HacıYusif 
Əfəndi idi. Atam onun haqqına danıĢırdı ki, üzünə güllələnmə aktını oxuyanda o, 
Zahidovdan  iki  rükət  namaz  qılmağa  icazə  istəmiĢdir.  Torpaqla  dəstəmaz  alıb 
üzünü Zahidova tutmuĢdur: 
- Bir xahiĢim var, məni sinəmdən vurun. 
Dediyi kimi də eləyiblər. 
Qaçağa yardım etmək bəhanəsi ilə həbs olunanlardan biri də atam Mahmud 
ağa oldu. 
AraĢdırmalar  göstərir  ki,  ġəki  üsyanın  baĢlanmasında  bəzi  rəsmi  hökumət 
adamlarının - çekistlərin, partiya və dövlət adamlarının marağı varmıĢ. 
Sual  olunur:  məqsəd  nə  idi?  Yalnız  və  yalnız  kimin  sovet  hökumətini 
istəyib-istəməməsini  aĢkar  etmək  və  sonra  həmin  adamları  güllələmək. 
Üsyanqabağı  Sovet  təhlükəsizlik orqanlarının  əməkdaĢları  cildə  girib eyni  vaxtda 
iki  yerə  iĢləyiblər.  Onlar  xalq  arasında  üsyançıları  qızıĢdırmıĢ,  həm  də  gündəlik 
hadisə və Ģəxslər barədə danoslar yazıb yuxarılara çatdırmıĢlar. 
 
HƏRB TARĠXĠMĠZDƏ NƏLƏR OLMUġDUR? 
 
Totalitar  sovet  rejimi  dövründə  belə  bir  səhv  fikir  vardı  ki,  ötən  əsrlərdə 
Azərbaycanın görkəmli hərbçiləri olmayıb. Guya ona görə də, bizim hərb tariximiz 
yox  dərəcəsindədir.  Lakin  açılan  məxfi  qovluqlar,  aparılan  hərbi-elmi  tədqiqatlar 
göstərdi  ki,  qədimdən-qədim  olan  xalqımızın  mərd  sərkərdə  oğulları  Azərbaycan 
hərb tarixinin solmaz, yaddan çıxmaz səhifələrini yaradıblar. 
Uzun  illər  apardığımız  axtarıĢlar  sayəsində  məlum  olmuĢdur  ki,  1920-ci  il 
aprel çevriliĢinə qədər xalqımızın altmıĢ üç general oğlu nizami ordu hissələrində 
xidmət  edib.  Onların  iyirmi  iki  nəfəri  1918-20-ci  illərdə  Milli  Ordumuzda 
xidmətini Ģərəflə etmiĢdir. 
“Hərb tariximizdə nələr olmuĢdur?” yazısı da bu ideyanın - faktın təsdiqidir. 
 
* * * 
 
Görkəmli Azərbaycan sərkərdəsi Fətəli xan Hüseynəli xan oğlu 1735-ci ildə 
anadan olub, əlli üç yaĢında vəfat edib. 1758-ci ildə atası öldükdən sonra iyirmi üç 
yaĢında  hakimiyyətə gələn gənc  Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını 
birləĢdirməklə ġərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmıĢdır. 
Vahid  Azərbaycan  naminə 40  min qoĢun  yaradan Fətəli xan ġamaxı,  ġəki, 
Bakı  xanlıqlarını,  Car-Balakən  azad  cəmiyyətini  və  ƏrəĢ  sultanlığını  ittifaqa 
çağırmıĢdır.  Nadir  Ģah  ƏfĢarın  öldürülməsindən  sonra  xırda  xanlıqlara  bölünən 

129 
 
Azərbaycaın  müstəqil  və  abad  bir  ölkə  kimi  görmək  istəyən  Fətəli  xan  Qubalı 
ittifaqa gəlməyən xanlıqları birləĢdirmək üçün silaha əl atmağa məcbur olmuĢdur. 
O, 1785-ci ildə ġəki xanlığını, 1787-ci ildə ġamaxı xanlığını və bir az sonra Bakı 
xanlığını özünə tabe etdi. 
Otuz  illik  silahlı  mübarizəsindən  sonra  Fətəli  xan  Azərbaycanın  əsas 
xanlıqlarını birləĢdirməyə nail oldu. 
Həmin illərdə (1769-cu ildə)  Qafqaza səyahət etmiĢ akademik S.Q.Qmelin 
igid  sərkərdə  Fətəli  xan  Qubalının  xalq  arasında  böyük  ehtirama  layiq  olduğu 
haqqında iftixarla yazır: 
“Dərbənd  əhalisi  onu  sevirdi.  Şamaxı  təbəələri  Fətəli  xandan  razı  idilər. 
Bakı  əhalisi,  onun  vergi,  toplamaqla  kifayətlənməyib,  Bakıya  sahib  olmasını 
istəyirdi.  Fətəli  xan  Azərbaycanı  birləşdirməyə  1759-cu  ildə  Dərbənddən 
başlamışdı. Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə 
Fətəli xanla əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı”. 
Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər Ģahidlik verir ki, Fətəli 
xan  hakimiyyəti  saxlamaq  üçün  ilk  növbədə  güclü  qoĢun  yaratmıĢdı.  Müharibədə 
könüllülərdən, partizan dəstələrindən və birləĢmiĢ nizami qoĢun dəstələrindən daha 
çox istifadə olunurdu. 
Müasirləri  Fətəli  xanı  mahir  və  istedadlı  dövlət  xadimi  kimi  xarakterizə 
edirlər.  Görkəmli  tarixçi  Abbasqulu  ağa  Bakıxanov  yazır  ki,  Fətəli  xan  öz  ağlı, 
səxavəti və bacarığı nəticəsində yüksəlmiĢdi. O, hakimiyyət baĢına keçəndən sonra 
ağıllı və çalıĢqan hakim olduğunu göstərdi; bütün ətrafındakı adamları özünə cəlb 
etdi, düĢmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi. 
Azərbaycan  hərb  tarixində  igid  sərkərdə  kimi  xatırlanan  Fətəli  xan 
Hüseynəli xan oğlu Qubalı 1735-ci ildə anadan olmuĢdur. 
Dayaz  tədqiqat  həmiĢə  çaĢqınlığa  salıb,  hətta  bəzi  nəsillər  və  Ģəxsiyyətlər 
arasında  təfriqə  yaradıb.  Totalitar  Sovet  rejimi  dağılıb  mətbuat  azadlığı  yaranan 
kimi  heç  bir  məxəzə,  mənbəyə  əsaslanmayan  “qoçaq  yazarlar”  qol  çırmayıb  XIX 
əsr  klassiklərimizə  və  sərkərdələrimizə  hücuma  keçdilər.  Tariximiz  qarĢısında 
əvəzsiz  xidmətləri  olan  Abbasqulu  ağa  Bakıxanova,  Ġsmayıl  bəy  QutqaĢınlıya, 
Mirzə Fətəli Axundova, Fətəli xan Qubalıya qara yaxmağa baĢladılar. Guya onlar 
rus  hakimiyyəti  dövründə  fəaliyyət  göstərməklə  torpaqlarımızı  ruslara  satıblar. 
Belə  cızmaqaraçılara  “Azərbaycan”  qəzetinin  1992-ci  il  11  noyabr  tarixli  sayında 
tarix elmləri doktoru  Fəxrəddin Nərimanoğlu tutarlı cavab  verdi. O,  “Hüseynqulu 
xan kimdir?” məqaləsində haqlı olaraq yazırdı: “Təəccüblü odur ki, indinin özündə 
də  mətbuat  orqanlarımızda  tarixi  Ģəxsiyyətlərin  xidmətlərinin  bir  kənara 
qoyulduğu, onların adi xətalarının belə ĢiĢirdilib göyə qaldırıldığı, bir sözlə, tarixi 
ədalətin  unudulduğu  yazıları  rast  gəlinir.  YaxĢı  olardı  ki,  yazarlarımız  tarixi 
mövzulara  müraciət  edərkən  ayrı-ayrı  ədiblərin  bədii  əsərləri  ilə  yanaĢı,  tarixi 
mənbə  və  məxəzlərə  müraciət  edəydilər.  Onda  əsl  həqiqət  üzə  çıxardı  və 
oxucularda  belə  bir  yanlıĢ  fikir  oyanmazdı  ki,  bizim  əsl  milli  faciəmiz  Qubalı 

130 
 
Fətəli xanın fəaliyyəti ilə bağlıdır. Halbuki tutarlı mənbələr əsasında tarixçilərimiz 
Fətəli xanın kimliyini oxuculara çoxdan çatdırmıĢlar. Bu danılmaz tarixi həqiqətdir 
ki,  o,  Azərbaycan  ərazisini  vahid  bir  hakimiyyət  altında  görmək  arzusunda  idi  və 
bu yolda az iĢ görməmiĢdi. Məmləkətin az qala üçdə bir hissəsini öz hakimiyyəti 
altında  birləĢdirən  Fətəli  xan  sözsüz,  ayrı-ayrı  xanların  müqavimətinə  də  rast 
gəlmiĢ,  onların  bəziləri  üzərində  qələbə  çalmıĢ,  bəziləri  ilə  də  dostluq,  qohumluq 
münasibətləri  yarada  bilmiĢdi.  Yeri  gəlmiĢkən,  qeyd  edək  ki,  XVIII  əsrin  ikinci 
yarısında  Azərbaycan  ərazisində  ayrı-ayrı  xanlıqların  bir-birilə  çəkiĢmələri 
inkaredilməz  faktdır.  Lakin  belə  bir  çatıĢmazlıqdan  istifadə  edib,  onları  ayrı-
ayrılıqda  xarakterizə  etmək,  birinə  obyektiv,  digərinə  qeyri-obyektiv  qiymət 
vermək  tarixi  hadisələrə,  tarixi  Ģəxsiyyətlərə  birtərəflı  yanaĢmağın  nəticəsidir. 
Azərbaycanın  bugünkü  oxucusunun  belə  bir  həqiqəti  bilməsi  daha  düzgün  olardı 
ki,  XVIII  əsrin  ikinci  yarsında  Azərbaycanda  Pənahəli  xan,  Cavad  xan,  Ġbrahim 
xan,  Məmməd  Həsən  xan,  Hüseynqulu  xan  və  baĢqaları  kimi  hakimlər  tərəfindən 
dövlətçilik bərpa edilmiĢ, onilliklər ərzində qorunub saxlanılmıĢdır. O ki qaldı ayrı-
ayrı xanlıqların bəzi qonĢu dövlətlərə, o cümlədən Rusiya ilə münasibətlərinə, onda 
gərək biz XVIII əsrin axırlarından baĢlayaraq bu günə qədərki tariximizin üstündən 
qələm çəkək. Dünya diplomatiya tarixindən xəbərsizlər yalnız belə düĢünə bilərlər. 
Qubalı Fətəli xanı Rusiyaya  meyldə günahlandıranlar bilməlidirlər ki, son vaxtlar 
bu  dövrlə  məĢğul  olan  tarixçi-tədqiqatçılarımız  onun  Türkiyə  ilə  də  yaxınlığını 
sübut  edən  dəlillər  aĢkar  etmiĢlər.  Bizə  belə  gəlir  ki,  hər  bir  xalqın  tarixi  Ģərəfli 
səhifələrlə  yanaĢı,  uğursuzluqlardan  da  xali  deyildir.  Milli  faciəmizi  tarixin  ayrı-
ayrı anlarında deyil, Allahın bizə bəxĢ etdiyi iqtisadi zənginliyimizdə axtarmalıyıq 
ki, bütün bunlar tarix boyu düĢmənlərimizin gözlərini qamaĢdırmıĢdır”. 
 
* * * 
 
1919-cu  il  yanvarın  3-də  Süleyman  bəy  Əlisüleyman  oğlu  Əfəndiyev 
general-mayor rütbəsilə təltif olunub. Bu, Azərbaycan Respublikasının təltif etdiyi 
ilk milli ordu generalı idi. 
General  Süleyman  bəy  1864-cü  il  oktyabrın  5-də  Ağdamda  dünyaya 
gəlmiĢdir.  Ġlk  hərbi  təhsilini  Yelizavetqrad  (indiki  Kirovqrad  -  ġ.N.)  Ģəhərində 
almıĢdır.  1899-cu  ilin  martına  kimi  eskadron  komandiri  olan  Süleyman  bəy 
Əfəndiyevə Kavaler kimi fəxri ad verilmiĢdir. 
Aprel  çevriliĢinə  kimi  Kutaisi  quberniyası  üzrə  baĢ  nəzarətçi  vəzifəsində 
çalıĢan polkovnik Süleyman bəy xalqımızın maariflənməsində fəal iĢtirak etmiĢdir. 
O,  tez-tez  Qori  Ģəhərindəki  seminariyanın  Azərbaycan  Ģöbəsində  təhsil  alan 
gənclərə maddi yardım göstərmiĢdir. 
General-mayor Süleyman bəy Əfəndiyevin çox böyük və danılmaz xidməti 
1917-ci ilin iyul ayından baĢlayaraq general Əliağa ġıxlinski ilə birgə Azərbaycan 
Milli Ordusunu yaratmaq təĢəbbüsüdür. 

131 
 
Birinci Azərbaycan piyada diviziyasının rəisi, general-mayor Süleyman bəy 
Əfəndiyev  1919-cu  il  fevralın  21-də  səpmə  yatalaq  xəstəliyindən  vəfat  etmiĢdir. 
Vəsiyyətinə görə onu Qazaxda dəfn etmiĢlər. 
 
* * * 
 
1918-ci il yanvarın 9-dan 12-ədək ġəmkir hadisəsi olub. 
Qafqaz-Türk cəbhəsində sülh bağlandıqdan sonra - 1917-ci ilin noyabrından 
baĢlayaraq  bolĢevik  əhval-ruhiyyəli  rus  əsgərləri  geri  -  Rusiyaya  qayıdırdı.  Yeni 
yaranan  ordumuza  Tiflisdəki  ehtiyat  silah  anbarından  müsəlmanlara  heç  bir  pay 
verilməmiĢdir.  Lakin  gürcülər  hərbi  korpus  yaratmaq  üçün  silah  paylarını 
almıĢdılar.  Hətta  ermənilər  onlara  çatacaq  külli  miqdarda  silah  payını  daĢıyıb 
Ġrəvana aparmıĢdılar. Ona görə də Gəncədəki “Müsəlman Milli Komitəsi” Qafqaz-
Türk Cəbhəsindən qayıdan rus hərbi eĢelonlarının Azərbaycan ərazisindən onların 
gəlib keçəcəyi vaxtı öyrənib həmin günü “döyüĢ günü” elan etmiĢdi. 
Milli Komitənin baĢçıları Adil xan Ziyadxanov, Nəsib bəy Usubbəyli, Xəlil 
bəy  Xasməmmədov,  Aslan  bəy  Səfikürdski  və  baĢqalar  gürcü  menĢeviklərindən 
aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının (bu alay keçmiĢ “Dikiy 
diviziya”nın Tatar alayının əsgər və zabitlərindən ibarət idi - ġ.N.) qüvvəsi ilə rus 
hərbi  eĢalonunun  qabağını  Gəncənin  otuz  kilometrliyində  -  ġəmkir  və  Dəllər 
stansiyaları arasındakı məsafədə kəsdilər. Zirehli qatarda (300 nəfər gürcü əsgər və 
zabiti ilə birgə) general-mayor knyaz Maqalov,  Azərbaycan alayına isə polkovnik 
Süleyman  bəy  Əfəndiyev  komandanlıq  edirdi.  Bu  qabaqkəsmədə  Gürcüstan 
menĢevik hökumətinin də silah təmənnası vardı. 
Yanvarın  doqquzunda,  səhər  saat  onda  baĢlayan  qanlı  döyüĢ  dörd  gün 
davam  etdi.  On  beĢ  min  tüfəng,  yetmiĢ  pulemyot  və  iyirmi  top  ələ  keçirildi. 
Azərbaycan  tərəfdən  on  beĢ,  gürcülərdən  isə  qırx  nəfər  Ģəhid  oldu.  Güclü 
müqavimətə  rast  gələn  rus  əsgər  və  zabitləri  perrona  çıxıb  ağ  bayraq  qaldırdılar: 
“Lənətə  gəlsin  bu  silahları,  onları  verməyə  çoxdan  razıyıq,  bircə  evimizə  sağ  və 
salamat gedə bilək” - deyib silahları təhvil verdilər. 
Bu,  Bakıda  özünə  yuva  qurmuĢ  Sovetlər  hakimiyyətinə  qarĢı  gürcü  və 
Azərbaycan xalqının silahlı mübarizəsi oldu. Sonralar isə kommunistlər bu üsyana 
“qardaĢ qırğını”, “Azərbaycan burjua hökumətinin ruslara divanı” adını verdilər. 
Bakıda  daĢnak  ġaumyan  baĢda  olmaqla  Qafqaz  ölkə  komitəsi  bərk 
qəzəblənib  bildirdi  ki,  “ġamxor  cinayətkarları  inqilabi  məsuliyyətə  alınacaq  və 
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları 
Sovetlər hakimiyyətini təĢkil edəcəkdir”. 
Lakin  tarixi  dönüĢlər  daĢnak  Stepan  ġaumyana  bəd  niyyətlərini  həyata 
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında güllələdilər. 
 

132 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin