AĠLƏNĠN BƏXT ULDUZU
Arxiv sənədlərində general Ġbrahim ağa Vəkilovun hərbi topoqrafiya
sahəsində qeyrət və vicdanla çalıĢmasına aid maraqlı sənədlər, rəylər vardır.
Bir Ģəhadətnamə də diqqətimi cəlb edir. O, 1928-ci il iyulun 30-da
Azərbaycan SSR Xalq Ġctimai Təminat komissarı Muxtar Hacıyev tərəfindən
verilib:
“Bununla təsdiq edirəm ki, hərbi topoqraf İbrahim ağa Vəkilov, mən
Azərbaycan MİK-nin sədri olarkən, bir neçə dəfə müxtəlif komissiyalara üzv
seçilib, eləcə də Azərbaycan və Ermənistan respublikalarının sərhəddi təyin
ediləndə və ümumiyyətlə, Azərbaycan MİK yanında müxtəlif işlərdə iştirak
etmişdir. Yoldaş Vəkilov ixtisasını qəlbən sevir, üzərinə düşən vəzifəni vicdanla,
ləyaqətlə və səliqəli yerinə yetirirdi”.
ġair Mənsur Vəkilovun yaddaĢından:
1952-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin müavini
iĢləyən atam Fəxri Məmmədrza ağa oğlu Vəkilovla bağlı maraqlı bir hadisəni indi
də unuda bilmirəm. Gecə yarısı qəfildən qəbuluna çağıran Mircəfər Bağırov elə
qapının astanasında sərt səslə atamdan soruĢmuĢdur: “General Vəkilov sənin
qohumundur?” Bu qəfil çağırıĢdan yaxĢı heç nə gözləməyən rəngi saralmıĢ atam
“Bəli” cavabını verir. Bir az mülayimləĢən Bağırov səsinin ahəngini yumĢaldıb
demiĢdir: “Niyə həyəcan keçirirsən? Belə qohumla ancaq fəxr etmək olar. Bu
yaxınlarda bizim sərhədlərimiz haqqında mən ermənilərlə mübahisə edirdim.
Vəkilovun xəritəsini tapıb əyani olaraq onlara sübut etdim ki, sizin mübahisə
etdiyiniz torpaqlar bizimdir.”
Bu əlbəttə o dövrün dəhĢətli möcüzəsi idi: bunları o adam deyirdi ki,
general Ġbrahim ağa Vəkilovun iki oğlundan birini-polkovnik Qalib bəyi
güllələtmiĢdi, mühəndis Faris bəyi isə on səkkiz illik sürgünə göndərmiĢdi.
1933-cü il noyabrın 29-da qocaman generala Azərbaycan SSR Xalq
Komissarlığı fərdi təqaüd kəsmiĢdir.
11
Ömrünün çoxunu Tiflisdə yaĢayan və iĢləyən Ġ.Vəkilov 1884-cü ildə rus
qızı Yelena Yefimovna Yermolayeva ilə ailə həyatı qurmuĢdur. Bir-birini sevərək
xoĢbəxt ailə quran gəncləri imperator Üçüncü Aleksandrın ədalətsiz qanunu
çıxılmaz vəziyyətdə qoymuĢdu. Çarın qanununda deyilirdi ki, müsəlmanın rus
qızına evlənməyi qəti qadağan olunur. Əks təqdirdə müsəlman oğlanı rus qızına
evlənərsə, o, mütləq öz islam dinindən çıxıb, xristianlığı qəbul etmirsə, valideynlik
hüququndan məhrum olunur. Vəziyyətdən çıxıĢ yolu axtaran Ġbrahim ağa Vəkilov
imperator III Aleksandrın müqqəddəs sinoduna, yəni ruhanilər məclisinin
oberkuryerinə - məĢhur Pobedonosevə müraciət etməli olur. O, xahiĢ edir ki,
xristian dinini qəbul etməyi ona məcbur etməsinlər və kəbini qanuniləĢdirsinlər.
Çarın sadiq nökəri Pobedonosev qəti etirazını bildirir, hətta onun üzərinə hücum
edib təqsirləndirərək deyir ki, siz rus qızı ilə kəbin kəsdirməyi heç xəyalınıza belə
gətirməyin. Biz sizdən uĢaqları belə alacağıq, sizin onlara atalıq etməyə hüququnuz
yoxdur.
Nəhayət, 1891-ci ildə bu gənc ailənin bəxt ulduzu doğdu. Tale sanki özü
onların xoĢbəxtliyini himayəçiliyinə götürdü. Həmin ili kapitan Ġbrahim ağa
Vəkilov çarın xüsusi əmri ilə ən yaxĢı topoqrafiya mütəxəssisi kimi Türkiyəyə
ezam olundu.
Ġki il sonra 1893-cü ildə Ġbrahim ağa ilə Yelenaya Bolqarıstanlı keĢiĢ
Georgi Misarov qanuni kəbin kəsdi. Bu vaxt ər otuz doqquz, arvad isə otuz iki
yaĢında idi. Artıq onun ailəsi də böyümüĢdü: ailənin böyük oğlu Faris bəyin yeddi,
kiçik oğlu Qalib bəyin isə altı yaĢı vardı.
General Ġbrahim ağa Vəkilov böyük Ģairimiz Səməd Vurğunun əmisi
oğludur. ġairin qardaĢı Mehdixan Vəkilov “Mənim qardaĢım” xatirə povestində
yazır:
“Səməd Vurğunun general İbrahim ağa ilə axırıncı söhbəti (general
İ.Vəkilov 1934-cu il iyunun 2-də vəfat edib - Ş.N.) onun arvadı Yelena
Yefimovnanın öz oğlanlarının islam dinini qəbul etmələrinin mümkünlüyü
barədə L.N.Tolstoydan məsləhət istəməsi haqqında göndərdiyi məktub və aldığı
cavab ətrafında olmuşdur”.
LEV TOLSTOYA MƏKTUB
Aradan altı il keçdi. Ancaq nə Ġbrabim ağanın ata ürəyi sakit olur, nə də
Yelena Yefimovnanın ana qəlbinin narahat döyüntüləri kəsilirdi. Onların
intizarının əsas səbəbi oğlanlarının hansı dinə qulluq etmələri idi. Tale onlara
üçüncü övlad da bəxĢ etmiĢdi. Reyhanın artıq on üç yaĢı vardı. Hara gedib, kimdən
ağıllı bir məsləhət almalı? Rəsmi dövlət idarələri və din xadimləri çıxılmaz
vəziyyətdə qalan ailəyə bu barədə kömək edə bilmirdilər.
Generalın Peterburq Texnologiya Ġnstitutunda təhsil alan böyük oğlu Borisi,
Moskvadakı Alekseyev hərbi məktəbində oxuyan Qlebi də bir sual düĢündürürdü:
12
Mən kiməm, hansı millətə məxsusam? Bu izahedilməz sual qarĢısında qalan hər iki
qardaĢ tez-tez ana-ataya müraciət edirdilər.
Faris bəy Vəkilovun söhbətindən:
- Mənim on doqquz yaĢım tamam oldu. Dərs məĢğələləri ilə bərabər
Məhəmmədin dininə keçmək fikri də məni tərk etmirdi. 1904-05-ci illərdəki Ģərait
bu niyyətimin həyata keçməsinə kömək etməli idi. Bəd niyyətli rus-yapon
müharibəsi, xalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə çar hökumətini bəzi
liberal qərarlar verməyə məcbur etdi.
1904-cü ildə “Din azadlığı haqqında manifest” nəĢr olundu. Orada hər hansı
bir səbəbdən ata-baba dinindən dönmüĢlərə yenidən o dinə qayıtmalarına icazə
verilirdi. Adama elə gəlirdi ki, müvafiq ərizə vermək kifayətdir ki, bununla da
məsələ həll olunsun. Təcrübəli adamlar, o cümlədən mənim valideynlərim
Peterburqa gəliĢimin birinci ilində pravoslav dininin müdafiəçilərinin bilavasitə
yaxınlığında bu məsələni qaldırmağı məsləhət görmədilər. Anamın Lev Tolstoya
məktubunda da ehtiyat öz əksini tapmıĢdı. XoĢagəlməz hadisələrdən yaxa
qurtarmaq məqsədilə mənim niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli
olduq.
Ata - Ġbrahim ağa Vəkilov və ana - Yelena Yefimovna belə qərara gəldilər
ki, müdrik yazıçı Lev Tolstoydan baĢqa heç kəs bu ciddi ailə məsələsinə ağıllı
cavab verə bilməz. Ona görə də 1909-cu il martın 2-də Tiflisdən Yelena Vəkilova
yazırdı:
“Bizim dərin istəkli müəllimimiz Lev Nikolayeviç!
Öz məktubumla Sizi narahat etdiyimə görə, Sizin qarĢınızda üzrxahlıq üçün
söz tapa bilmirəm. Bilirəm ki, mənim kimi Sizdən məsləhət almaq istəyənlər
çoxdur, bütün bunlara baxmayaraq mən də sizə müraciət edirəm. Çünki həyat
mənim qarĢımda gücüm çatmaz bir məsələ qoymuĢdur.
Mən çalıĢacam ki, istədiyimi qısaca izah edim. Mənim əlli yaĢım var, üç
uĢaq anasıyam, ərim müsəlmandır, ancaq kəbinimiz qanunidir. UĢaqlarımız
Pravoslav (xristian) dininə etiqad edirlər. Qızım on üç yaĢındadır. Oğlanlarımdan
birinin iyirmi üç yaĢı var. O, Peterburq Texnologiya Ġnstitutunun tələbəsidir. O
birinin iyirmi iki yaĢı var. Moskvadakı Alekseyev Hərbi Məktəbinin yunkeridir.
Bax, bu oğullarım atalarının dini etiqadına, daha doğrusu, müsəlmanlığa keçmək
üçün məndən icazə istəyirlər. Mən nə etməliyəm? Mən bilirəm ki, indi bu,
mümkündür və həmçinin bizdə yaĢayan yadellilərə pis münasibəti də bilirəm.
Onlarda bu fikrin oyanmasına səbəb xırda həyati məsələlər deyil: nə maddi
təminat, nə də mənsəbpərəstlik onları bu iĢə təhrik edir. Ancaq qaranlıqda qalan
tatar (Azərbaycan - ġ.N.) xalqına kömək etmək məqsədini güdürlər. Xalqla
qovuĢmağa, xalqa yanaĢmağa din onlara mane olur. Amma mən qorxuram ki, bu
dar düĢüncəli məsləhətimlə onları pis məqsədə təhrik edəm. Mən öz dərdlərimlə
13
tənhayam. Ah, əgər mən əzablarımı və mübarizəmi yaza bilsəydim... Mən öz
övladlarını dəlicəsinə sevən bir ananın göz yaĢları ilə yazıram. Budur, əzabdan
ağlını itirmiĢ halda sizdən məsləhət almaq qərarına gəldim. Siz, yalnız Siz öz
ağlınızla həyatımızın hazırkı Ģəraitində bunun nə ilə nəticələnəcəyini duya
bilərsiniz. Sizə mənim dərdim kiçik və xırda görünə bilər. Ancaq bu, mənə dəhĢətli
əzablar verir.
Lev Nikolayeviç, Siz bizə, biz balaca adamlara heç vaxt ürəkdən gələn
dəyərli məsləhətlərinizi əsirgəməmisiniz. Bunu bildiyim üçün cəsarət edib Sizi öz
xahiĢimlə narahat etdim. Məni təsəlli oduna atın.
Çox-çox üzr istəyirəm ki, Sizin qiymətli vaxtınızı aldım. Bu addımı atmağa
məni məcbur edən dəlicisinə analıq sevgisidir.
Bütün qəlblə Sizə sadiq olan
Yelena Yefimovna Vəkilova.
Tiflis şəhəri,
Uçebnıy Pereulok 1, ev 8.
* * *
1909-cu il martın on beĢində Yasnaya Polyanadan göndərdiyi cavab
məktubunda dahi sənətkar yazırdı:
Yelena Yefimovna (Vəkilova)
Sizin oğullarınızın tatar xalqının maariflənməsinə kömək etmək arzusunu
təqdir etməyə bilmərəm. Belə olduğu halda Məhəmmədin dinini qəbul etməyin nə
dərəcədə lazım olduğunu da deyə bilmərəm. Ümumiyyətlə, Sizə deməliyəm ki,
hökuməti etiraf etmədən, adamın hansı dinə mənsub olması barədə kimə olursa-
olsun, məlumat verməsini artıq hesab edirəm. Elə buna görə də Sizin oğullarınızın
dinini pravoslavdan üstün tutaraq qəbul etmələri, yəni bir dindən baĢqa dinə
keçmələri barədə kiməsə məlumat vermələri gərək deyildir. Bəlkə bu, zəruridir,
lakin mən bu haqda bir Ģey deyə bilmərəm, ona görə də Sizin övladlarınız bu haqda
lazımi hökumət orqanlarına xəbər verib-verməmələri barədə özləri qərar qəbul
etməlidirlər.
Müsəlmançılığın pravoslavlıq qarĢısındakı üstünlüyünə və xüsusilə
Sizin övladlarınızın xidmət etdikləri məqsədin alicənablığına gəlincə, bu
hərəkətə bütün qəlbimlə rəğbət bəsləyirəm.
Xristian idealı və təlimini onun həqiqi mənasında hər Ģeydən üstün tutan bir
adam üçün bunu demək nə qədər qəribə olsa da deməliyəm ki, müsəlmançılığın öz
xarici formasına görə kilsə pravoslavlığından müqayisəolunmaz dərəcədə
yüksəkdə durması məndə heç bir Ģübhə doğurmur. Belə ki, əgər bir kəsin
qarĢısında kilsə pravoslavlığına, yoxsa ki, islam dininə sitayiĢ etmək yollarından
14
hansını seçmək məsələsi qoyularsa, onda hər bir ağıllı adam, mürəkkəb və
anlaĢılmaz ilahiyyatın - üçsifətli allahın, günahın bağıĢlanması mərasiminin, dini
ayinlərin, Ġsanın anasına yalvarıĢının, müqəddəslər və onların Ģəkillərinə saysız-
hesabsız ibadətlərin əvəzinə bir ehkamı vahid Allahı və peyğəmbəri olan islam
dinini, Ģühbəsiz ki, üstün tutar. Bu, baĢqa cür ola da bilməz, çünki xristian
təliminin mahiyyətini qaranlıqlaĢdıran və kilsəyə daxil olan bir çox mövhumi
mərasimlərin olmaması baxımından və xristianlıqdan 600 il sonra meydana
çıxması baxımından müsəlmançılıq xristianlıqdan üstün durmaya bilməz.
Ayrı-ayrı fərdlərin, bütün insanlığın və bütün insanların həyatının əsasını təĢkil
edən dini Ģüurun təkmilləĢdiyi kimi, həyatda hər Ģey inkiĢaf edir və təkmilləĢir.
Dinin təkmilləĢməsi isə onun sadələĢməsindən, aydınlaĢmasından və onu
müəmmalı edən hər Ģeydən azad olmasından ibarətdir. Dini həqiqətin onu əmmalı
edən hər vasitədən azad edilməsi ən qədim zamanlardan bəri, bütün böyük dinlərin
əsasını qoyan bəĢər mütəfəkkirləri tərəfindən həyata keçirilmiĢdir. Beləliklə, bizə
məlum olan bütün dinlərin hamısından əvvəl belə yüksək, uca din anlayıĢı Vedının
(Hindistanda) kitablarında sonralar Moiseyin, Buddanın, Konfutsyanın, Lao-
Tsenin, Xristianın və Məhəmmədin təlimlərində verilmiĢdir. Dini onun köhnə,
kobud mənasından azad edib, daha dərin: sadə və ağıllı həqiqətlərlə əvəz edən
bütün bu təzə din xadimləri böyük adamlar olublar, lakin məhz böyük adam
olduqlarındandır ki, həqiqəti olduğu kimi, bütün aydınlığı, dərinliyi və saflığı ilə
keçmiĢ yanlıĢ fikirlərindən azad Ģəkildə ifadə edə bilməyiblər. Bu adamların səhv
edə bilməyəcəkləri, onların bütün dediklərinin təkzibolunmaz əsl həqiqət olduğu
güman edilsə də, onların özlərindən çox-çox aĢağıda duran Ģagirdləri həqiqəti
bütün dərinliyi ilə dərk etmədən, təbiidir ki, onu daha dəbdəbəli və hamı üçün
mütləq etmək arzusu ilə ona çoxlu lazımsız əlavələr, ələlxüsus əcaib ünsürlər daxil
etdiklərindən, əksəriyyət üçün həqiqəti vacibliyi ilə görmək çətin olur. Həqiqətin
din tərəfindən belə təhrifi nə qədər çox etiraf edilmiĢdirsə, bu təhriflər o qədər də
çox artmıĢ, nəticədə din xadimləri tərəfindən kəĢf olunmuĢ əsl həqiqət
qaranlıqlaĢmıĢdır. Elə buna görə də ən qədim dinlərdə həqiqəti gizləyən möcüzə və
mövhumatlar hər Ģeydən çoxdur: bu, ən çox, ən qədim dində, oramin dinində,
ondan az yəhudi dinində, ondan da az budda, konfuksiya, taosist dinlərində, daha
az xristian dinində, nəhayət, lap az və axırıncı böyük din olan islam dinindədir.
Odur ki, müsəlmanlıq bu baxımdan ən əlveriĢli Ģəraitdədir.
Ġslam dini onda xarici, qeyri-təbii nə varsa, hamısını atsa və öz bünövrəsinə
Məhəmmədin dini - mənəvi təliminin əsaslarını qoysa, təbiidir ki, bütün böyük
dinlərin əsasları, ələlxüsus, həqiqəti etiraf edən xristian təliminin əsasları ilə
birləĢir. Sizə belə uzun-uzadı ona görə yazıram ki, siz mənim fikirlərimi
oğullarınıza çatdıracaqsınız və bu fikirlər onların gözəl məramlarının həyata
keçməsinə yaraya bilərlər. Dinin mahiyyətini təĢkil edən həqiqətlərin böyük onu
qaranlıqlaĢdıran hər Ģeydən təmizlənməsinə təsir etmək insan fəaliyyətinin ən yaxĢı
15
növlərindən biridir. Əgər Sizin övladlarınız bu fəaliyyəti həyat məqsədləri hesab
etsələr, onda onların həyatı dolu və tam olacaq.
Bilmirəm, müsəlmançılıqda mənə məlum olan, ali əsas həqiqətləri gizlədən
yanlıĢ fikirlərdən və mövhumatından azad edilməsinə xidmət edən iki təlim Sizə və
Sizin övladlarınıza məlumdur, ya yox. Buna görə, hər iki təlim təqibə məruz qalıb,
indi də məruz qalır. Bu təlimlərdən biri Ġranda yaranmıĢ, sonra Türkiyəyə keçmiĢ
və orada təqibə məruz qalan babistlər təlimi indiki Akkedə yaĢayan Baqo-Ullanın
oğlunda səfərbər olub.
Ancaq bütün insanlıq üçün vahid olan məhəbbət dinini qəbul edən bu təlim,
ibadətin heç bir xarici formasını qəbul etmir.
Ġkinci təlim Kazanda meydana çıxıb. Onun tərəfdarları özlərini banilərinin
adıyla, Allah alayı və yaxud da Vaisovçular adlandırırlar. Bu adamlar da inamın
mahiyyətini məhəbbətdə görürlər və məhəbbətə zidd gedən bütün tədbirlərdən
kənarda qalırlar. Bu sekta da təqib olunur və bu günlərdə onun rəhbərləri tutulub
həbsxanaya salınıblar.
Əgər mənim məsləhətlərim heç olmasa bir Ģeyə yarasalar, Siz və yaxud da
Sizin oğullarınız özlərinin sonrakı fəaliyyətləri haqqında qərarlarını mənə
bildirsələr, çox Ģad olaram.
Lev Tolstoy
2
Görünür, böyük Tolstoyu ananın məktubu bərk həyəcanlandırıb. Bunu dörd
səhifəlik və demək olar ki, təcili yazılan cavab məktubundan da hiss etmək olur.
Tolstoyun: “müsəlmançılığın öz xarici formasına görə kilsə pravoslavçılığından
müqayisə olunmaz dərəcədə yüksəkdə durması məndə heç bir Ģübhə doğurmur”
cümləsi onların ailə intizarına son qoydu. Məktub ailədə hökm kimi oxunub, qanun
kimi qəbul olundu.
Lev Tolstoyun məktubundan sonra Tiflisdəki Zaqafqaziya Ruhani Ġdarəsi
general-mayor Ġbrahim ağa Vəkilovun övladlarını müsəlmanlığa qəbul etmiĢ və bu
barədə Müfti Mirzə Hüseyn əfəndi Qayıbzadənin imzası ilə rəsmi sənəd vermiĢdir.
UĢaqların adını da dəyiĢdirmiĢlər: Boris Faris olmuĢ, Qleb isə Qalib kimi
rəsmiləĢmiĢdir.
Lev Tolstoyun Yelena Yefimovna Vəkilovaya yazdığı məktubun əslini oğlu
Faris 1978-ci ildə Moskvadakı Lev Tolstoy adına Muzeyə vermiĢdir. Surəti isə bu
sətirlərin müəllifindədir.
Dahi Tolstoy müsəlman dininə etiqadını təkcə bu məktubla izhar
etməmiĢdir. Onun çoxminli qələm və qəlb dostları Tolstoyun Ġslam dininə,
Məhəmməd peyğəmbərin Ģəxsiyyətinə ülvi məhəbbəti barədə yazır, söhbət açırlar.
Tolstoyun özünün birbaĢa etirafı isə ilk dəfə möhtərəm oxuculara təqdim etdiyimiz
aĢağıdakı söhbətində aydın görünür.
2
Lev Tolstoyun məktubu makinada yazılıb. Müəllif cümlənin altından xətt çəkib və sonda “Lev
Tolstoy” sözlərini öz dəsti-xəttilə yazıb - ġ. N.
16
Milliyyətcə slovak olan D.P.Makovitski altı il Lev Tolstoyun Ģəxsi həkimi
olmuĢ və çoxsaylı qonaqların Tolstoyu ziyarət etməsi barədə “1904-1910-cu illərdə
Tolstoyun yanında” adlı monumental bir əsər yazmıĢdır.
1979-cu ildə həmin dörd cildlik “Yasnopolyana qeydləri” adı ilə Moskvada
ilk dəfə nəĢr olundu. Kitabın üçüncü cildinin üç yüz əlli altıncı səhifəsində
Tolstoyun ailəvi söhbəti verilib. Oxucu orada dahi yazıçının general Ġbrahim ağa
Vəkilovun həyat yoldaĢından qayğısının və Ġslam dinini qəlbən sevməsinin bir
daha Ģahidi olur.
DuĢan Petroviç Makovitski yazır:
“1909-cu il martın 13-də Lev Nikolayeviç söhbət zamanı dedi: bir anadan
məktub almışam, yazır ki, uşaqlarımın atası müsəlmandır, özüm isə xristianam. İki
oğlum var: biri tələbədir, o biri zabit. Hər ikisi də müsəlman dininə keçmək istəyir.
Sofya Andreyevna: - Yəqin ki, oğlanları müsəlman dininə çoxarvadlı
olmaq xatirinə keçmək istəyir.
Lev Nikolayeviç: - Nə olar ki... Məgər bizdə çoxarvadlılar azdır?
Sonra Lev Nikolayeviç dedi ki, bu məktub haqqında fikirləĢərkən mənim
üçün çox Ģey aydınlaĢdı. Məhəmməd həmiĢə Yevangelini üstələyir. O, Ġsanı Allah
hesab etmir və özünü də Allaha bərabər tutmur. Müsəlmanların allahdan
baĢqa allahı yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir
müəmma və sirr yoxdur. Hansı yaxĢıdır: xristianlıq yoxsa müsəlmançılıq? Mənim
üçün aydındır ki, müsəlman dini daha yaxĢıdır, daha üstündür. Qısa müddət
susduqdan sonra Lev Nikolayeviç təkrar etdi: - Müsəlmançılıq müqayisəolunmaz
dərəcədə xristianlıqdan üstündür. Müsəlmançılıq mənə çox kömək etmiĢdir.
Mixail Vasilyeviç: - Zaporojyeli nekrasovçular
3
müsəlman dininə
keçmiĢlər.
Lev Nikolayeviç: - Ġnsan inkiĢaf etdikdə dinin əsasları da: taosizm,
buddizm, xristianlıq da inkiĢaf edir. Bunların da hamısının dini əsasları birdir.
Zaman keçdikcə bu da birliyə və sadəliyə gətirib çıxardır.
GECĠKMĠġ CAVAB
Düz səksən iki il keçəndən sonra “Literaturnaya qazeta” yeddi nömrəli
dosyesində (1991-ci il) general Ġbrahim ağa Vəkilovun ailə məktubu haqqında
məlumat verdi. Dosye islam dininin bütün doğmalarını özündə birləĢdirən dahi
kitab - Qurani-Kərimə həsr olunmuĢdu. Bu təĢəbbüs Ġslam dininin əsasları barədə
çoxminli rus oxucularına açıq, mübaliğəsiz məlumat vermək üçün gözəl bir
baĢlanğıc idi.
3
1708-ci ildə Bulavin üsyanı yatırıldıqdan sonra ataman Ġqnat Nekrasovun rəhbərliyi ilə Türkiyəyə
köçən Don kazakları - ġ. N.
17
Yazıçı Lev Tolstoyun Yelena Vəkilovaya yazdığı məktubdan hissələr dərc
edən qəzet həm də sorğu vermiĢdi ki, çox təəssüf edirik, Vəkilovanın Ģəxsiyyəti
haqqında heç bir məlumatımız yoxdur.
Azərbaycanda bu sorğuya cavab verən bircə adam tapıldı - generalın yeganə
nəvəsi, professor Leyla Qalib qızı Vəkilova. Cavabında bu məsələni dəqiq
açıqlayan Leyla xanım yazır:
“Əhvalat belə olmuĢdu: Qızlıq famili Yermolayeva olan Yelena
Yefimovna
hərbçi-zadəgan
ailəsində
doğulmuĢdur.
Tiflisdə
zabit
toplanıĢlarının birində o, gənc zabit Ġbrahim ağa PaĢa ağa oğlu Vəkilovla
görüĢüb tanıĢ olur.
Bizim Vəkilovlar nəsli Azərbaycanın qəza Ģəhəri Qazaxdandırlar. Zadəgan
silkinə məxsus olan nəslimiz rəsmi olaraq üç yüz əlli ildən çoxdur ki, davam edir.
Bizim nəsil öz xalqına, vətəninə bir çox görkəmli hərbçi, alim, yazıçı və sairə bəxĢ
etmiĢdir ki, onların arasında müasir Azərbaycan ədəbiyyatının korifeyi Ģair Səməd
Vurğunun adını çəkməmək olmaz.
Ġki gənc - Yelena Yefimovna və Ġbrahim ağa PaĢa ağa oğlu bir-birini
sevirlər. Lakin onların birgə səadətlərinə din ayrılığı mane olurdu. Azərbaycanlı
Ġ.Vəkilov islam, Y.Yermolayevna isə pravoslav dininə məxsus idi. Rusiya
imperiyasının o vaxtı qanunlarına görə kəbin kəsdirmək üçün ikisindən biri öz
dinindən imtina etməli idi. Ancaq onların heç biri tərbiyə olunduqları dini
ehkamlara qarĢı çıxa bilmir. Belə olduğu halda mənim babam Ġbrahim ağa Vəkilov
imperatora müraciət edir. Əla-Həzrətdən xahiĢ edir ki, onların dinlərini
dəyiĢdirmədən kəbin kəsdirmələrinə icazə versin. Uzun çəkiĢmələrdən sonra bu
icazə verildi. Lakin Rusiya imperiyasının qanunlarına görə belə kəbindən sonra
dünyaya gələn uĢaqlar pravoslav dinində tərbiyə almalı idilər.
Beləliklə, Yelena Yefimovna hər üç uĢağını - qızı Reyhanı, oğlanları Boris
və Qlebi xaç suyuna salır. Lakin atalarının, dost və qohumlarının təsiri ilə uĢaqlar
islam dininə daha çox meyl və rəğbət göstərirlər. Analarını çox sevən hər üç uĢaq
böyüyəndə ondan xahiĢ edirlər ki, onların müsəlman dininə keçmələrinə razılıq
versin.
Məhz bu səbəbə görə də mənim nənəm onu üzən “nə etməli?” sualı ilə
“xristian dininin vicdanı” sayılan yazıçı Lev Tolstoya müraciət etməyə məcbur
olur.
Lev Tolstoy dörd səhifəlik, geniĢ məktubla nənəmə cavab yazır. Həmin
məktubdan bəzi parçaları Siz qəzetimizin yeddinci nömrəsində - dosyedə dərc
etmisiniz.
Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və Ġbrahim ağa PaĢa
ağa oğlunun uĢaqlarının üçü də müsəlman dinini qəbul edir. Oğlanları adlarını belə
dəyiĢirlər - Boris Faris, Qleb isə Qalib olur.
Yelena Yefimovna bütün həyatını sadiq ərinə və sevimli uĢaqlarına sərf
etmiĢdir. Hərbi vəzifəsinə görə ərinin hara göndərilməsindən asılı olmayaraq
18
(babam qərargah generalı rütbəsinə qədər yüksəlmiĢdir) nənəm həmiĢə onu
müĢayiət etmiĢdir. O, çox savadlı qadın olmuĢ, bir neçə dil bilmiĢ, ədəbi-bədii
tərcümələrlə məĢğul olmuĢ, maraqlı xatirələr yazmıĢdır. Nənəm 1923-cü ildə
Tiflisdə vəfat etmiĢdir.
Mənim babam və onun hər iki oğlu öz xalqına, Vətəni Azərbaycana böyük
inam və sadiqliklə qulluq etmiĢlər. Xüsusilə, 1918-20-ci illərdə Azərbaycan
Demokratik Respublikasının qurulmasında onların əvəzsiz xidmətləri olmuĢdur.
Babam Ġbrahim ağa hərbi topoqraf idi. O, Ġran, Türkiyə və Zaqafqaziyanın
xəritəsini yaratmıĢdı. Azərbaycanın ictimai həyatında görkəmli yer tuturdu.
Azərbaycanda Demokratik Respublika olduğu zaman o, Gəncənin general-
qubernatoru idi. Türk, Ġran və rus ordenləri ilə təltif olunmuĢdu.
Atam Qalib bəy Ġbrahim ağa oğlu Vəkilovun hərbi-texniki təhsili vardı.
Birinci dünya savaĢında iĢtirak etmiĢdi. Hərbi xidmətlərinə görə bir sıra ordenlərlə,
o cümlədən müqəddəs Georgi xaçı ilə təltif olunmuĢdu.
Əmim Faris bəy Ġbrahim ağa oğlu isə ixtiralarına görə bir sıra patent
qazanmıĢ istedadlı mühəndis idi. Təəssüf ki, bizim ailəmiz də siyasi təzyiq
tədbirlərindən kənarda qalmadı.
1931-ci ildə atam birinci dəfə həbs olundu, sonra səhhətinə görə həbsdən
azad edildi. 1937-ci ildə onu ikinci dəfə həbs etdilər və günahsız olmasına
baxmayaraq, keçmiĢ çar və müsavat zabiti kimi güllələdilər...
Əmim isə on səkkiz il Karaqanda, Maqadan və Sibir sürgünü çəkmiĢdi.
Atamdan xatirə olaraq məndə yalnız onun (ölümündən sonra) bəraət alması
həqqında olan arayıĢlar qalmıĢdır.
Sizin dosyenin səhifəsində adını çəkdiyiniz Y.Y.Vəkilovanın ailəsi
haqqında mənim demək istədiyim bunlar idi.
“Hə, bir neçə kəlmə də özüm haqqında demək istəyirəm. Mən-Leyla Qalib
qızı Vəkilova - pedaqoji elmlər doktoru, M.F.Axundov adına Pedaqoji rus dili və
ədəbiyyatı Ġnstitutunun professoru, Azərbaycanın ali və orta məktəbləri üçün rus
dili üzrə bir sıra dərsliklərin müəllifiyəm. Bütün Ģüurlu həyatımı gənclərin
tərbiyəsinə və təhsilinə sərf etmiĢəm.”
Dostları ilə paylaş: |